Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə12/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   8   9   10   11   12   13   14   15   ...   88
Partlamışğoydu- “Partladı;  Şagird uxəc başdəmiş ərc - “Şagird oxumağa başladı”; Zın artux hər 

zad  başə  əskızın  başdəmiş  ərzın  –  “Mən  artıq  hər  şeyi  başa  düşməyə  başladım”;  “Basmış  ər  – 

“Bas”; “Çırpmış ər – “Çırp” 

Başlamış feilinə -əric artırmaqla isə məsdər yaranır: başdamış əric. 

Ləzgi  dilində  isə  Azərbaycan  dilindən  keçmiş  düz,  təklif,  rastlaş,  xahiş,  izah,  fikir, 

mehriban, asan, zillə, doğru, asılı, nəzarət, mızılda, cəzalan, qabul, nifrət, ciddi, kıbıt (kobud), 

ayrıl, bağışla, şərait, deqiş (dəyiş), izlə, razı, yoxla və s. kimi çoxlu sayda leksik vahidlər vardır. 

Maraqlıdır ki, tat və hapıt dilində olduğu kimi, ləzgi dilində də Azərbaycan türkcəsinə məxsus 



-mış

şəkilçili feili sifət feil yaradıcılığında aktiv şəkildə iştirak edir: yoxlamışalı – “yoxlayacaq”; 



izləmişzivi  –  “izləyir”;  şərait  yaranmış  hanvay  –  “şərait  yaranmışdı”;  bağışlamışaldış  – 

bağışlamayacaq”;  ayrılmışmva  –  “ayrılmış”;  rastlaşmışhanı  –  “rastlaşdı”;  zilləmişnivay  – 

zilləmişnivay;  başlamışnı  –  “başlayıb”;  yaşamışnı  –  “yaşayıb”;  mızıldamışzevay  – 

mızıldanırdı”;  cəzalandırmışzay  –  “cəzalandırardıq”.“Mahnı  oxure”  (Mahnı  oxuyur) 

cümləsindəki feil milli indiki zaman feillərimizə bənzəyir. 

Hər  hansı  bir  ərazidə  yaşayan  xalqların  dil  əlaqələrinin  tədqiqinin  böyük  əhəmiyyəti  vardır. 

Belə  ki,  bu  əlaqələrin  öyrənilməsində  meydana  çıxan  dil  faktları  həm  də  həmin  xalqların.  ya  da 

etnosların  istisadi-sosial,  mədəni  əlaqələrini  üzə  çıxarır.  İsmayıllı  rayonunda  tatlar,  hapıtlar, 

ləzgilər,  ruslar,  yəhudilər  əsrlərdir  iç-içə  yaşamaqdadırlar.  Qeyri-avtoxton  etnoslar  içərisində 

əhalisinin  sayının  müqayisədə  çoxluğuna  və  dil  əlaqələrinin  daha  sız  olmasına  görə  tat  dili,  onun 

Lahic  ləhcəsi  birinci  yer  tutur.  Lahıc  ləhcəsində  çox  sayda  türk  mənşəli  söz  olmaqla  yanaşı, 

Azərbaycan  türkcəsinin  qrammatik  səviyyədə  təsiri  diqqəti  cəlb  edir.  Tatca  sözlərə  milli 

şəkilçilərimizin, milli sözlərimizə isə tat dili şəkilçilərinin qoşulması ilə söz yaradıcılığı və relyativ 

əlaqələrin qurulması,  İsmayıllı şivəsində çoxlu  sayda tat mənşəli sözün olması  bu dil  əlaqələrinin 

həm tarixi, həm də etnoslararası iqtisadi, mədəni əlaqələrin dərinliyindən xəbər verir. 

Hapıtlar  isə  özlərinin  etiraf  etdiyi  kimi  türk  ruhuna  çox  yaxın  olduqları  kimi,  Azərbaycan 

türkləri ilə ortaq kültürə, eyni zamanda çoxlu sayda ortaq dil faktlarına malikdir. 

İsmayıllıda yaşayan etnik azlıqların dilləri həm dövlət dilimizlə, həm də bir-biri ilə oxşar və 

ortaq təsirlənmə nöqtələrinə malikdır. Məsələn, Azərbaycan dilinə məxsusu feili sifətlərə köməkçi 

feil, və ya şəkilçi artırmaqla söz yaradıcılığı həm tat, həm hapıt, həm də ləzgi dilində vardır. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

74

 

 



 

 

Ədəbiyyat: 



1. Azərbaycan dilinin dialektoloji lüğəti,”Şərq-Qərb,Bakı, 2007 ). 

2. Azərbaycan dilinin dialektoloji lüğəti. I c. Ankara, 1999, 374 s.     

3.Eren  Hasan.  Anadoluda  toplu  yardımlaşma  gelenekleri  İmece  s.  548  file:///C:/Users/ 

Casper/Downloads/Anadoluda%20Toplu%20Yard%C4%B1mla%C5%9Fma%20Gelenekleri,%20

%C4%B0mece.pdf 

4. Ərəb və fars sözləri lüğəti. Bakı, Yazıçı, 1985, 1036 s.s.55 

5. Gülsüm Hüseynova. Tat dilinin leksikası, ”Elm və təhsil”,Bakı,2013, 250 s. 

6. Gülsüm Hüseynova. Tat dili leksik fondunun geneoloji təhlili Azərbaycan tatlarının dilinin 

materialları əsasında),”Elm və Təhsil”, Bakı, 2013, 160 s. 

8.Qubatov  Ə.B.  “Şahdağlılar  və  dilləri”  http://  www.translit.Az/ELEKTRON%20  KITAB-

XANA/ TERCUMESUNASLIQ/44.htm 

7. Rəcəbli Qəzənfər. Azərbaycanda qarşılıqlı yardım formaları (tarixi-etnoloji tədqiqat), Bakı, 

2008   

9. http://www.translit.az/ ELEKTRON% 20KITABXANA/TERCUMESUNASLIQ/44.htm 



10.http://www.anl.az/down/meqale/xalqcebhesi/2011/iyun/187533.htm11.http://www.tdk.gov

.tr/index.php?option=com_gts&arama=gts&guid=TDK.GTS.5761431eb4ce94.27328909 

11.http://www.tdk.gov.tr/index.php?option=com_gts&arama=gts&guid=TDK.GTS.5761431e

b4ce94.27328909 

Xülasə 

Multikulturalizm  şəraitində  iqtisadi,  mədəni  əlaqələrlə  yanaşı,  dillərin  qarşılıqlı  təsir 



prosesləri də baş verir. Belə məkanlardan biri  İsmayıllı rayonudur. Rayonda İran, Qafqaz, slavyan 

və s. dillərinin ləhcələri əsrlərlə birgə yaşadıqları milli əsas təşkil edən xalqın dilinin təsirinə məruz 

qalmaqla yanaşı, həm də Azərbaycan dilinin İsmayıllı şivəsinə təsirsiz qalmamışdır. Məqalədə bu 

məkanda dillərin leksik və qrammatik səviyyədə əlaqələri araşdırılmışdır. 

S. Qasumova 

LANGUAGE CONNECTIONS IN ISMAILLY REGION 

Summary 

In  the  condition  of  multiculturalism  in  additon  to  economic,  cultural  relations,  interaction 

processes of languages occur. One of these places is Ismailly region. In the region the dialects of the 

Iran, Caucasus, Slavic languages etc. exposed to the effect of the language of the people that make 

up the national base and lived together for centuries and at the same time these dialects influenced 

the  Ismailly dialects  of the Azerbaijan language.In this article it was analyzed  the connections  of 

languages in the lexical and grammatical level in this place. 

 

    

 

 

 



 

 

 



Firuzə Aşur qızı Əsgərova 

E-mail: firuzeesgerova@icloud.com 

 

AZƏRBAYCANIN ŞİMAL BÖLGƏSİNDƏ YAŞAYAN AZSAYLI XALQLAR 

 

Açar sözlər: Quba, xalq, dağ yəhudiləri, ləzgi, tat, Qusar, şimal, rayon, etnos 

Key words: Guba, people, jews, lezghin, tat, Gusar, north, region, ethnicity 

 

Zəngin tarixə və bənzərsiz təbiətə malik Quba rayonu Azərbaycanın sosial-iqtisadi, siyasi və 

mədəni  həyatında  hər  zaman  əhəmiyyətli  rol  oynamışdır.  Rayonun  ərazisində  134  tarixi-arxeoloji 

abidə, o cümlədən eramızdan əvvəlki dövrlərə aid Gültəpə, Çarıqtəpə, Pirtəpə kurqanları ilə yanaşı, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

75

 

 



 

 

türbələr,  məbədlər  və  məqbərələr,  XIX  əsrə  aid  Hacı  Cəfər,  Səkinə  xanım  və  Cümə  məscidləri 



mövcuddur. Əhalisi ayrıca etnoqrafik qrup təşkil edən və unikal xüsusiyyətləri ilə seçilən Xınalıq 

kəndi  bu rayondakı  qədim və  yüksək mədəniyyətdən xəbər verir. Quba rayonundakı  müxtəlif dini 

konfessiyalara  mənsub  insanların  əsrlərdən  bəri  birgə  yaşaması  ölkəmizdə  tolerantlığın  parlaq 

nümunəsi sayıla bilər. 

Azərbaycanın  şimal-qərb  bölgəsində  yaşayan  türk  mənşəli  tayfaların  tarixi  haqqında  xeyli 

faktlar və materiallar mövcuddur. Erkən orta əsrlərdə bu bölgədə bir sıra türk mənşəli toponimlərin 

mövcudluğu (Quba, Alpan, Şabran, Qarqar, Xursar, Dondar, Samur, Çul, Çöl və b.) göstərir ki, bu 

ərazilərdə hələ qədim dövrlərdən türkdilli tayfalarla yanaşı bir sıra Dağıstan və xüsusən İber-Qafqaz 

dillərinə  mənsub  tayfalar  və  xalqlar  yaşamışlar.  Bu  baxımdan  xüsusi  olaraq  qeyd  edilməlidir  ki, 

Şimal-Şərqi Azərbaycanın bir çox toponimləri qədim türk mənşəlidir. 

Quba-Xaçmaz bölgəsində  tarixən qıpçaqlara məxsus  tayfa  adlarını  əks  etdirən çoxlu  yaşayış 

məntəqə adları müəyyən edilmişdir. Məsələn, qıpçaqların mənbələrində çəkilən Kuç, Çələqər, Tuk 

tayfa adları, Xuc, Calaxar və Tuq kənd adlarında öz əksini tapmışdır. Eranın ilk əsrlərində  Cənub-

Şərqi  Avropada  yaşamış  avar  Qudi  tayfasının  adı  Xaçmaz  rayonundakı  Avaran  kənd  adında 

qalmışdır.  Mənbələrin  təsdiqinə  görə  eranın  ilk  əsrlərində  indiki  Dərbənddən  17  km  cənubda 

yerləşmiş Çul şəhəri qədim türk mənşəli Çul tayfasının adını daşıyırdı. Quba rayonunda Alpan kənd 

adının məhz alban tayfasının adı ilə bağlanılması göstərir ki, Alpan, Alban, və Alvan formalarında 

kənd adları Qərbi Azərbaycanda, Gürcüstanda və hətta Cənubi Azərbaycanda da vardır  [2, s. 71]. 

Quba əhalisi həmişə ərazidə çoxsaylı tayfa tərkibi olması ilə fərqlənmişdir. Hal-hazırda Quba 

ərazisində mövcud olan və özündə onlarla etnoqrafik xüsusiyyət saxlayan yer adları mövcuddur.  

Azərbaycanın  Şimalında    yaşayan  ən  qədim  xalqlardan  biri  yəhudilərdir.  Yəhudilər  hazırda 

Bakı,  Sumqayıt,  Quba,  Oğuz  və  Göyçay  rayonunda  yaşayırlar.  Quba  rayonunda  yerləşən  Qırmızı 

qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir.  “Qırmızı Qəsəbə” 

Quba  rayon  mərkəzinin  iki-üç  kilometrliyində,  Qudyalçayın  kənarında  yerləşir.  Paytaxt  Bakıdan 

təxminən iki yüz kilometr şimalda yerləşən bu qəsəbədən keçərkən təmtəraqlı binalarla yanaşı, dini 

məbədlər-sinaqoqlar gözə dəyir. Dağ yəhudiləri Şərqi Qafqazda, əsasən, Azərbaycan və Dağıstanda 

kök  salmış  yəhudilərdir.  Azərbaycanda  dağ  yəhudilərinin  kompakt  yaşadığı  yer  “Qırmızı 

Qəsəbə”dir. 1926-cı ilədək bu qəsəbə “Yəhudi qəsəbəsi ” adlanıb. Sonra Sovet qurulanda, rusların 

11-ci Qırmızı ordusu Azərbaycana daxil olarkən bu qəsəbədən keçib və bu ordunun şərəfinə qəsəbə 

“Qırmızı qəsəbə” adlanıb . Əhalinin 99%-i dağ yəhudilərdən ibarət olan qəsəbədə azərbaycanlılar 

və ləzgilər də yaşayır 

Müasir dövrdə dağ yəhudilərinin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər 

dağ  yəhudilərinin  VII  əsrdə  yaranmış  və  Azərbaycan  torpaqlarını  da  əhatə  edən    xəzərlərdən 

törədiyini  deyirlər.  Məlum  olduğu  kimi  xəzərlər  yəhudi  dinini  qəbul  etmiş  türk  tayfaları  idilər. 

Lakin müasir alimlər bu fikrə qarşı çıxaraq dağ yəhudilərinin eramızdan əvvəl Assur və Babil işğalı 

zamanı  əsir  götürülmüş  yəhudilər  olduğunu  qeyd  edirlər.  Yəhudi  dini  kitablardında  göstərilir  ki, 

Samirə  şəhərinin  assurlar  tərəfində  işğal  olunması  nəticəsində  burda  olan  yəhudilər  Assuriyanın 

Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında indiki Cənubi Azərbaycan 

ərazisində yerləşdirilir. Dağ yəhudilərinin əcdadları bura 15 əsr bundan əvvəl gəlmişlərdir. V əsrin 

sonları  VI  əsrin  əvvəllərində  İranda  məzdəkilər  hərəkatının  yatırılmasından  sonra  onlara  dəstək 

verən  İran  yəhudiləri  imperiyadan  kənarlaşdırılaraq  Şimali  Azərbaycan  və  Cənubi  Dağıstan 

ərazisində yerləşdirilir [6]. 

Uzun  illərdir  buradakı  yəhudilər  azərbaycanlılarla  birlikdə,  sülh  və  əmin-amanlıq  şəraitində 

yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin 

ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə 

yaşayan  yəhudilər  bura  köçməyə  başlayıblar.  Həmin  vaxt  salınan  yəhudi  məhəllələrində  10-dan 

artıq sinaqoq inşa olunub.  

Dağ yəhudilərinin digər yəhudilərlə fərqləri danışıqlarında, bir də adətlərində hiss olunur. Dağ 

yəhudilərinin  dili  fars  dilinə  bənzəyir.  Qəsəbədə  üç  dildə  danışılır:  dağ  yəhudilərinin  gündəlik 

işlətdikləri  İran  kökənli  "cuvuri"  və  Azərbaycan  dillərində.  Bu  qəsəbə  sakinlərinin  böyük 

əksəriyyəti  rus  və  ingilis  dillərini  də  yaxşı  mənimsəyiblər.  Burada  yerləşən  2  məktəbdən  birində 

dərslər  Azərbaycan  ,  digərində  isə  rus  dilində  tədris  olunur.  Hər  ikisində  dünya  yəhudilərinin 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

76

 

 



 

 

danışdığı  ivrit  dili  tədris  olunur.  Azərbaycanda  fəaliyyətdə  olan  5  sinaqoqdan  2-si  Bakıda,  2-si 



Qırmızı  Qəsəbədə,  1-i  isə  Oğuzda  yerləşir.  Respublikamızda  iki  yəhudi  məktəbi,  kollec,  uşaq 

bağçaları  və  dini  məktəb  fəaliyyət  göstərir.  1993-cü  ildə  Bakı  Dövlət  Universitetində  ivrit  dili 

fakültəsi  açılıb,  ivrit  dilində  qəzet  və  jurnallar  çap  olunur.  Bu  gün  Azərbaycanda  yaşayan  20  min 

yəhudinin 95 faizini dağ yəhudiləri təşkil edir. 

Sayca az olan Quba  yəhudiləri, bəzən də dağ  yəhudiləri adlanan  yəhudilər daha böyük etnik 

qrupun  əhatəsinə  düşdüklərindən  normal  alış-veriş  və  ticarət  əlaqələri  yaratmaq  üçün  yerli  dili 

öyrənməyə  məcbur  olmuşlar.  İlk  vaxtlar  ikidillilik  şəraitində  yaşayan  yəhudilər  tədricən  hətta 

məişətdə  də  öz  doğma  dillərini  unudaraq  bir  dilliyə,  bütünlüklə  tat  dilinə  keçmişlər.  Təbiidir  ki, 

onlar  bu  torpağa  özləri  ilə  tat  dilini  gətirməmişdilər.  Elə  bundan  sonra  da  yəhudilər  öz  milli 

mənsubiyyətlərini  yəhudi  yox,  tat  hesab  etməyi  daha  üstün  tutmuşlar.  Əsasən  də  tatarlar  öz  milli 

etnik  mənsubiyyətlərini  qəbul  etdiklərinə  görə  məsələn,  indi  Xızı  tatı  başqa  dilə  mənsub  olan 

“dağlı”  sözünü  özünə  etnik  ad  seçmişdir,  lahıclı  tat  isə  Lahıc  coğrafi  adından  özünə  etnik  ad 

düzəltmiş,  Suraxanı  tatı  isə  özünü  “pars”  adlandırmağı  üstün  tutur.  Alınma  dili  öz  doğma  dilinə 

çevirən  yəhudilər  ailə-məişət,  xüsusilə  din  və  onun  mərasimlərinə  dair  leksik  vahidləri  tat  dilinə 

gətirmiş,  beləliklə  də  alınma,  özününkü  olmayan  tat  dilini  bir  növ  özününküləşdirmiş,  ona  milli-

semit tərkibi vermişlər. Bu da təbiidir. Çünki yəhudi tat deyil. Azərbaycana gələndən sonra tat dilini 

qəbul etmişdir.  

Tatlar  –  Azərbaycanda  yaşayan  İran  dilli  etnoslardan  biri  olub,  əsasən  Abşeron 

yarımadasında, Bakı şəhərində, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma 

ərazilərinə,  etnik  əlamətlərinə,  dialekt  xüsusiyyətlərinə  görə  Azərbaycan  tatları  müəyyən  fərqli 

cəhətlərə  malik  olsalar  da,  əslində  onlar  vahid  bir  azsaylı  etnos  sayılırlar.  Azərbaycan  tatları 

arasında başlıca fərq onların dillərində özünü göstərir. Yəni Abşeron, Şamaxı tatları ilə Quba, Xızı 

tatlarının dillərində müəyyən dialekt və ləhcə fərqləri var. Dilçilər ləhcə fərqlərinə görə tat dilini üç 

qrupa bölürlər. Birinci qrupa Quba, Dəvəçi, Qonaqkənd ərazisində yaşayan tat əhalisi daxildir – tat 

dilinin  şimal  ləhcəsi  adlandırılır.  İkinci  qrup  –  mərkəz  ləhcəsi  adlanır  ki,  bura  Xızı  rayonu 

ərazisində yaşayan tatlar aid edilir. Üçüncü qrup – cənub ləhcəsi adlanır, buraya Abşeron, Lahıc və 

Şamaxının tat əhalisi daxildir. 

Azərbaycan  tatlarının  bir  qolu  da  «dağ  yəhudiləridir»  onlar  özlərini  «cuhud»  (yəni  başqa 

dindən olanlar, «tat cuhudları») adlandıran azsaylı etnosdur. Dinlərinə görə bu etnos yəhudi sayılır. 

Dağ  yəhudiləri  başlıca  olaraq  Quba  rayonundakı  Qırmızı  qəsəbədə  və  qismən  də  Oğuz  rayon 

mərkəzində yaşayırlar.  

Maqsud  Hacıyev  tat  sözünün  17  mənasını  verib.  Onların  içərisində  “yad”,  “gəlmə”,  “qeyri-

türk”,  “şəhərli”,  “oturaq  həyat  keçirən”,  “savadlı,  bilikli”  və  s.  mənaları  vardır.  Ümumiyyətlə,  tat 

sözü müxtəlif mənalarda təzahür edir. Tatların yüz illərdən bəri öz ədəbi dili olmamışdır. Fars dilinə 

yaxın  qohum  dillərdən  sayılan  ədəbi  dil  kimi  formalaşa  bilməmişdir.  Tatların  da  ədəbi-yazı  dili 

Azərbaycan(türk) dili , ya da fars dili hesab olunur.   

Tat dilinin tədqiqi Azərbaycan dilçiliyinə çox fayda verə bilər. Çünki Azərbaycan xalqının və 

ərazisinin tarixi kimi onun dili də bir çox xalq və tayfaların tarixi və dili ilə bu və ya digər şəkildə 

əlaqədardır.  Müxtəlif  dövrlərdə  olmuş  və  az-çox  davam  etmiş  belə  əlaqələr  həm  də  Azərbaycan 

xalqının  mədəniyyətində,  dilində  müəyyən  izlər  salmışdır.  Belə  izləri  dəqiq  öyrənmədən  dürüst 

tarixi-elmi  nəticələrə  də  gəlmək  çətindir.  Buna  görə  də  Azərbaycanda  həm  İber-Qafqaz  tayfa  və 

xalqlarının,  həm  də  İran  dilli  tayfa  və  xalqların,  xüsusən  bunlardan  Azərbaycan  ərazisində 

yaşayanların tarixini, mədəniyyət və dilini tədqiq etmək lazımdır.  

Tat  dilini,  bu  dilin  müxtəlif  şivə  və  ləhcələrini,  onların  leksika  və  qrammatikasını  bitkin  və 

tam şəkildə öyrənmək müasir Azərbaycanşünaslığın qarşısında duran mühüm və vacib məsələlərdən 

biridir. [3, s. 16] 

Dil insanları birləşdirən ünsiyyət vasitəsi kimi təkcə öz doğma etnik mühiti ilə kifayətlənmir, 

bu dilin daşıyıcıları olan etnosun ictimai-siyasi vəziyyəti, xüsusilə burada iqtisadi-mədəni tələbləri 

mövcud  qəbilə,  tayfa  və  ya  xalq  dilinin  öz  əhatə  dairəsini  genişləndirməyi  tələb  edir.  Bir  dildə 

danışan  kiçik  insan  cəmiyyəti,  yaxud  indi  qəbul  olunduğu  kimi  azsaylı  xalqın  nümayəndələri 

fəaliyyət dairələrini genişləndirmək üçün daha böyük başqa xalqın dilini bilmək ehtiyacı duyurlar.  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

77

 

 



 

 

Azərbaycan  dilinin  tat  dilinə  təsiri  hərtərəfli  və  əhatəlidir.  Bu  təsir  özünü  tat  dilinin  bütün 



qrammatika  və  leksikasında  geniş  dairədə  göstərir.  Fonetik,  morfoloji,  sintaktik  və  leksik  təsirin 

bəzi məsələlərini hətta ötəri nəzərdən keçirməklə bu haqqında müəyyən təsəvvür əldə etmək olar.  

Azərbaycandakı  azsaylı  xalqların,  o  cümlədən  tatların  dil  və  mədəniyyətlərinin  əsasən 

türkdilli  mühitdə  qorunub  saxlanması  həm  elmi,  həm  də  siyasi  cəhətdən  xüsusilə  mühümdür.  Tat 

dili hind-avropa dillər ailəsinin İran qrupuna daxildir və şifahi nitqdə bir-birini qarşılıqlı başa düşən 

Şimal,  Mərkəzi  və  Cənub  (Azərbaycan  Respublikası  ərazisində)  kimi  üç  əsas  ləhcəyə  bölünür. 

Tatların  ictimai  vəziyyəti  və  ailə  məişəti  yeni  məzmun  kəsb  etmiş,  xeyli  inkişaf  etmişdir.  Onların 

mədəni inkişafı Azərbaycan türklərinin mədəni tərəqqisi ilə eyniləşmişdir. Elə buna görə də, bu gün 

tatların  nəinki  təkcə  məişəti  və  həyat  tərzini,  hətta,  ümumiyyətlə,  tarixi-mədəni  inkişafını  ümumi 

mənada Azərbaycan xalqından, o cümlədən də azəri türklərinin inkişaf problemlərindən, bu xalqın 

ümumi irəliləyiş prosesindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycandakı azsaylı xalqların, 

etnik qrupların və milli  azlıqların  hər birini ümumazərbaycan inkişaf prosesindən ayırmaq sadəcə 

olaraq  məntiqsizlikdir.  Bu  eyni  dərəcədə  çoxmillətli  və  müxtəlif  etnik  tərkibli  Azərbaycanda 

yaşayan tatlara da aiddir. Tatların əsas məşğuliyyəti əkinçilik, bağçılıq və xalçaçılıqdır. [1,s.10]  

Antik  yunan  tarixçisi  Strabon  və  Heradot,  eramızdan  əvvəl  və  eramızın  I-III  əsrlərində 

yaşamış  Roma-Bizans  tarixçiləri  Apolloni  Rodosski,  Stefan  Vizantyski,  Korneli,  Tasit,  Klavdi 

Ptolomey  və  başqaları,  V-VIII  əsrlərin  tarixçiləri  Aqofenqel,  Koryun,  Favtos  Buzand,  Movses 

Xorenasi,  Egişe,  Sebeos,  VII-XI  əsrlərlərdə  Qafqazda  olmuş  ərəb  tarixçiləri  əl-Kufi,  Balazuri,  əl-

Masudi,  İbn  əl-Asir,  Yaqut  əl-Həməvi  və  başqaları,  alban  tarixçiləri  Moisey  Kaqankatvasi 

(Kalankatuylu)  və Yesai Calayan ləzgilər haqqında maraqlı məlumatlar vermişlər [4, səh.611]. 

Ləzgilərin  “leg”  və  “gel”  tayfaları  qədim  zamanlardan  Gülgəri  və  Qudyal  çayları  arasındakı 

ərazilərdə yaşamışdılar. Qafqaz Albaniyası İran tərəfindən işğal etdikdən sonra Albaniyanın bir çox 

vilayətləri müstəqil siyasi  qurumlar  yaratmağa cəhd göstərmişlər. Albaniyanın  şimal  torpaqlarında 

Lezgan,  Müşkür,  Layran,  Filan  dövlətləri  yaranmışdır.  Orta  əsrlərin  ərəb  mənbələrində  həmin 

dövlətlərin  adları  al-Lakz,  Maskut,  Layran,  Filan  və  yaxud  Lezganşah  Layranşah,  Filanşah  və 

Maskur kimi verilmişdir.  

Lezgan  ləzgiləri  ən  güclü  tayfalardan  olan  ləzgilər  tərəfindən  təşkil  olunmuşdur.  XII  əsrin 

sonu, XIII əsrin əvvəllərində ləzgilərin yaşadığı ərazilər Lekzistan (Ləzgistan) kimi tanınır və tarixi 

mənbələrə ölkənin adı belə düşür. XVII-XIX əsrlərdə ləzgilərin Qafqazda işğalçılara qarşı apardığı 

qəhrəmanlıq mübarizəsi bu döyüşkən xalqı daha da məşhurlaşdırır.  

XVI-XVII əsrlərdə Cənubi Dağıstanda ləzgilərin müstəqil Qurah vilayəti və 3 müstəqil azad 

icması  -  Axtıpara,  Altıpara  və  Doqquzpara  yaranmışdı.  XVIII  əsrdə  yaranmış  Quba  xanlığının 

tərkibinə  müasir  Quba  və  ona  qonşu  olan  rayonlarla  yanaşı,  tarixi  Şabran  və  Müşkür  mahalları 

həmçinin Cənubi Dağıstanın xeyli hissəsi də daxil idi. 

Ləzgilər  Qafqaz  xalqlarından  biri,  Dağıstan  və  Azərbaycanda  yaşayırlar.  Azərbaycanda 

əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt 

və  Mingəçevir  şəhərlərində,  Qəbələ,  İsmayıllı,  Oğuz,  Göyçay  rayonlarında  yaşayırlar.  Ləzgilər 

Azərbaycan əhalisinin 2,2 % -ni təşkil edir. 

Ləzgilərin  hazırki  ərazilərdə  qədimdən  məskunlaşmasını  hələ  eramızdan  əvvəlki  dövrlərdə 

yaşamış  yunan  müəllifləri  də  öz  əsərlərində  qeyd  edirlər.  Ləzgilərin  nəsilləri  olan  ləklər  (leqlər) 

hazırda Quba rayonunda və Dərbənd yaxınlığında yaşayırlar. Tarixi keçmiş, xarici işğalçılara qarşı 

mübarizə,  əlverişsiz  təbii  şəraitlə  əlaqədar  müxtəlif    qrupların  uzun  müddət  bir-birindən  təcrid 

olunması ləzgilərin bir neçə qola parçalanmasına gətirib çıxarmışdır. [5, s. 35] 

Ləzgi  dili  Dağıstanın  böyük  dillərindən  biridir.  Bu  dil  qrupuna  ləzgi,  tabasaran,  ağul,  rutul, 

saxur,  qrız,  buduq,  arçi,  udin,  xınalıq  dilləri  daxildir.  Ləzgi  dili  Dağıstan  dilləri  qrupunun  iber-

qafqaz  dillərindən  biridir.  Bu  dildə  danışanlar  ən  çox  Azərbaycan  Respublikasında  və  Dağıstanda 

Respublikasında yaşayırlar.  

Ləzgi dili üç böyük ləhcədən (Küre, Quba, Axtı) altı dialektdən (Güne, Yarki, Qurah, Quba, 

Axtı,  Fiyar)  və  xeyli  şivələrdən  ibarətdir.  Ləzgi  ədəbi  dili  Güne  dialekti  əsasında  formalaşmışdı. 

Ləzgi  dilinin  fonetik  sistemi  özünəməxsus  fonetik  xüsusiyyətləri  ilə  seçilir.  Bu  dil  samitlərlə 

olduqca zəngindir. Hallanma sistemi zəngin olub, 18 haldan ibarətdir.  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

78

 

 



 

 

Ləzgi  dili  Quba  ləhcəsi  və  onu  dialektlərini  məşhur  alim,  “Ləzgi  dialektologiyasının 



oçerkləri”  (1964)  kitabının  müəllifi,  məşhur  dilçi  alim,  filologiya  elmləri  doktoru  Uneyzat 

Meylanova  da  araşdırmışdır.  Onun  1992-ci  ildə  rusca  Tbilisidə  çap  etdirdiyi  “Ləzgi  dilinin  Quba 

ləhcəsinin  Kuzun  dialekti  ”  və  həmin  il  Bukar  Talıbovla  birgə  Mahaçqalada  buraxdırdığı  “Quba 

ləhcəsi ləzgi dialektləri sistemində orta mövqe tutan halqa kimi ” məqalələrində maraqlı fikirlər irəli 

sürülür.  Müzəffər  Məlikməmmədov  “Ləzgi  dilləri”    kitabında  ilk  dəfə  olaraq  ləzgi  dilinin  Quba 

ləhcəsinin  üç  dialektdə  -  Quba,  Qusar  və  Qımıl-Küsnət  dialektlərindən  ibarət  olduğunu 

göstərmişdir. Bütün bunlar Quba ləhcəsinin ləzgi dilinin öz dialektləri olan zəngin ləhcələrdən biri 

olduğunu bir daha sübut edir.  

Ləzgi dilləri  yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının 

şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar 

Kuzun  dialektləri  mövcuddur.  Azərbaycan  dilinin  Quba  dialektinin  yaranmasında  Ləzgi  Güney 

ləhcəsinin  rolu  böyükdür.  Ədəbi  dilinin  əsasında  Güney  dialekti  durur.  Yazıda  1938-ci  ildən  kiril 

qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın  qrafikası  əsasında  yaradılan ləzgi  əlifbası 

ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. 

Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. 

 

ƏDƏBİYYAT: 



 

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda yaşayan azsaylı 

xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu” , Bakı-2012, səh.47 

2.  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizim  Nazirliyi  “Quba  və  qubalılar”,  Bakı-

2012, səh. 589 

3. Maqsud Hacıyev “Azərbaycan tatlarının dili” Bakı-1995, səh. 226 

4. Sədaqət Kərimova “Qusar Qusarlılar” Bakı-2011 səh.703 

5. Z.N.Eminov “Azərbaycanın əhalisi” Bakı-2005, səh. 558 

6. http://publika.az/  

 

Firuza Ashur Asgarova 



MINORITIES LIVING IN THE NORTHERN REGION OF AZERBAIJAN 

SUMMARY 


  

The  world's  most  ancient  nations,  some  of  the Jews  who  are  scattered  all  over  the  earth  are 

equal  citizens  of  the  Republic  of  Azerbaijan.  Unique  place  in  the  world  after  Israel  densely 

populated  by  Jews  in  Krasnaya  Sloboda.  Mountain  Jews  in  Guba  region,  as  well  as  actively 

participate in the country's socio-economic life. Flavors of Azerbaijan, Guba, Khachmaz, Khizi and 

some of the people living in the villages. According to some researchers, along the western coast of 

the  Caspian  Sea  from  Apsheron  to  Derbent  tats,  and  they  are  the  remains  of  ancient  Persians 

resettled here, no doubt,  one of the oldest ethnic layers of Shirvan. Lezghin  - speaking peoples of 

the Caucasus, which is one of the Lezghin in the compact southeast Dagestan, part of the north-east 

of the country, a small number live in many countries of the world. Lezghins of the more than  20 

districts of Baku, Sumgait, Ganja, Mingechevir, Goychay and live in other cities. There are around 

170  thousand  Lezghin  carrier  of  the  Republic  of  Azerbaijan.  Traditional  crafts  such  as  carpet 

weaving in rural areas of the region is developing. The ancient peoples of the Caucasus, which play 

an important role in the economic development of the region Lezghins. 



Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin