“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
84
Qrız dilində bu fonetik xüsusiyyətlərdən ən çox samit səslərin qoşalaşması və boğaz
samitlərin daha çox işlədilməsi prosesinə rast gəlirik. Qeyd etmək lazımdır ki, mənbələrdə qədim
alban tayfalarının da belə boğaz səsləri ilə zəngin olduğu qeyd olunur. Hər hansı bir sözün düzgün
tələffüz olunmaması sözün düzgün anlaşılmamasına səbəb ola bilər. Bu dilin əlifbasının olmaması
və ya işlədilməməsi yaxud unudulması sözlərin düzgün tələffüz edilməsinə maneə törədir. Bu
baxımdan etnik qrupların dillərini öyrənmək üçün mütləq şəkildə həmin etnik qrupun əhalisi ilə
təmasda olmaq vacibdir. Məsələn, qrız dilində, yuxarıda da qeyd etdiyimiz kimi ev pişiyinə “kəc,
suya da ona oxşar şəkildə “kəd” deyilir. Bu sözlərin doğru tələffüzü onları bir-birindən ayırır. Belə
ki, tələffüz zamanı “kəc” sözündəki k hərfi - k/h/ğ kimi üç hərfin, “kəd” sözündəki k hərfi isə - k/h
kimi samitlərin birləşməsindən yaranan səs kimi ifadə olunur. Qrız dilində belə samit birləşməsi
ilə müxtəlif səslərlə ifadə olunan bir çox sözləri misal gətirmək mümkündür. Məsələn, kənd
mənasını verən “kum” və çay mənasını verən “kur” və s. kimi qrız sözlərini də yalnız boğaz səsləri
bir-birindən ayırır. Şimal bölgəsinə xas olan boğazın qırtlaq nahiyəsində danışılması bu, eləcə də,
digər etnik qrupların dilində rast gəlinir. Qeyd etmək lazımdır ki, bir çox albanşünas müəlliflərin də
qeyd etdiyi kimi
alban əlifbası da fışıltılı və boğaz səsləri ilə zəngin idi. [9, s. 35].
Qrız dilinə aid spesifik xüsusiyyətlərdən biri də sözlərin hallanması zamanı kökdən
dəyişməsidir. Məsələn: ət –“yek” deməkdir, ətdən dedikdə isə “yekkir” deyil, “yikkir”, yaxud inək-
“zar”, inəkdə isə “zarık” deyil, “zırık” kimi ifadə olunur. Qrızlılarda -lı, -li, -lu, -lü şəkilçiləri
olmadığı üçün Buduğlu –“Buduğəd”, “Cəgli-Cəgəd” kimi səslənir. Qrız dilində özünəməxsus
şəkilçilərdən bir də qohumluq bildirən sözlərin sonuna artırılan -əy şəkilçisidir. Bu şəkilçini qrız
dilindəki ata-“bəy”, ana –“dəy”, xala-“xələy”, əmi-“şitəy” və əmi-“mləy”, dayı-“şitəy” və s. kimi bir
sıra qohumluq terminlərində görmək mümkündür.
Maraqlı faktlardan biri də odur ki, etnik qrupların bir-birinə verdikləri adlar əsasında onların
morfologiyasındakı şəkilçiləri də aşkara çıxarmaq mümkündür. Belə ki, buduq və qrızlıların
xınalıqları “qetdi” adlandırması burada “di” hissəciyinin cəm şəkilçisi olmasını göstərir.
Hər hansı bir ölkənin toponimləri və şəxs adları həmin ölkədə yaşayan etnosun mövcud
olduğu dövrdə yaranır. Əgər biz həmin yer və şəxs adlarının mənalarını aça bilsək, bununla da
həmin etnosun dilinə məxsus sözləri leksik vahidləri müəyyən etmiş olarıq və həm də bu etnosun
etnik mənsubiyyətini aydınlaşdırmış olarıq [2, s. 12]. Bu baxımdan qrızların yaşadığı kəndlərin
toponimik xüsusiyyətlərinin təhlilini vermək olar. Məsələn, XIX əsrdən etibarən bir çox qrız
nəsillərinin məskunlaşdığı Xaçmaz bölgəsinin oykonimlərindən ən çox diqqəti çəkən
komponentlərdən biri də oba komponentli oykonimdir. (Oykonim – yaşayış məntəqələrinin adını
bildirən xüsusi isimlərdir) Qrızların Xaçmaz bölgəsində saldıqları kəndlərin adlarında ən çox oba
oykoniminə rast gəlmək olar. Qeyd edək ki, qrız dilində də kəndə “oba” deyirlər. Bir çox
mənbələrdə də qeyd olunduğu kimi kəndlərə nəsil başçılarının, nüfuzlu adamların adları verilirdi.
Qələmşah İdrisov bir çox mənbələrə M.Seyidovun, V.V.Radlovun. P.İvanovun fikirlərinə istinad
edərək, “oba” sözünün mənalarının açıqlamalarını göstərmişdir. [3, s. 44]. Fərzəlioba,
Hacıəhmədoba, Aslanoba, Əhmədoba, Ağaşirinoba kimi kənd adları II və III növ təyini söz
birləşmələri ilə eynilik təşkil edir. Yəni Fərzəlinin obası, Hacıəhmədin obası, Aslanın obası kimi
məna verir.
Qrızlıların patronomik ənənələrini araşdırarkən əslində onların özlərinin də daxilində
müəyyən soyların-patronomik qrupların olduğunu görürük. Bu soyların hər birinin özünəməxsus
adları və adlarının özünəməxsus mənaları vardır. Bu araşdırmadan belə məlum olur ki, qrızlarda
hələ öyrənilməyə ehtiyac olan maraqlı məqamlar çoxdur. Belə ki, bu soyların bəzilərinin nə üçün bu
cür adlandırıldığını öyrənə bilsək də, bəzilərinin tarixən niyə bu ad verilməsi məlum deyil. Bu
soylardan bir çoxu hal-hazırda Xaçmaz rayonunda qalmaqdadır. Onların məskun olduqları
məhəllələr soylarının adına uyğun olaraq adlandırılırlar. Məsələn, Tağanlar, Dövrüşlər, Qaraxanlar,
Sifilər, Çələbilər və s. adlarını çəkmək olar.
“Tağan” qoyun dərisindən hazırlanmış xurcun formasıdır. İnsanlar dəyirmana gedərkən bu
tağanlardan istifadə edirlərmiş. Görünür Tağanlar soyunun nümayəndələri vaxtilə tağan
hazırlanması ilə məşğul olduqları üçün həmin nəsil tağanlar adlandırılıb. Dövrüşlər soyunun isə
dərvişlik, sufilik təriqətinə mənsub olması ilə əlaqələndirirlər. Bu soyların bəziləri Xaçmaz
rayonunda toplu halda eyni məhəllədə yaşasalar da, bəziləri sırf Qubanın Qrız kəndində yaşayırlar.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
85
Ancaq bu o demək deyildir ki, Albaniyada yalnız qafqazdilli etnik qruplar vardır. Tədqiqatlar
həmçinin türkmənşəli tayfaların yaşadığını göstərmişdir. Q.Qeybullayev Azərbaycanlıların etnik
tarixinə dair əsərində də eranın I əsrinə qədər Albaniyadakı tayfaları qruplaşdırmış və adlarını
çəkmişdir [5, s. 61]
Nəticə olaraq qeyd etmək lazımdır ki, alban tayfalarından biri olan herlərin varisləri –qrızlar
öz etnik adlarında və etnik ənənələrində olduğu kimi, dillərində də öz qədim əcdadlarının –
albanların izlərini qoruyub saxlamışlar. Bunu onların
albanlarda olduğu kimi fışıltılı və boğaz
səsləri ilə zəngin dillərində, toponimikasında və soy adlarında görmək mümkündür.
Ədəbiyyat siyahısı
1. Q.C.Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları(tarix və müasirlik). Bakı,
“Elm” nəşriyyatı, 2000, 440 s.
2. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 s.
3. Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 104 s.
4. Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr.
1994. 248 s.
5. Qiyasəddin Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair. Bakı, “Elm” 1994, 102. s
6. Məmmədağa Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı, “Şərq-Qərb”, 2008,
416 s.
7. Paşayeva Məhəbbət. Azərbaycanın qədim diyarı Xınalıq. Azərnəşr, Bakı, 2006, 60 s.
8. Şıxbala Qrızlı. Qrızlılar və qrız dili. Elmi red: R.Mədinov, rəyçi prof. Ə.Qubatov, B: Mars-
Print, 2002, 138 s.
9. Бабаев И. А. Города Кавказской Албании. Баку, 1991.
XÜLASƏ
Məqalədə alban etnik qruplarından biri olan qrızların tarixi, mənşəyi, qədim tarixi adı və dili
araşdırılmışdır. Qrız dilində alban izləri, eləcə də qrız dilinin spesifikliyi, özünəməxsusluğu qısa
şəkildə nümunələr əsasında göstərilmişdir. Həmçinin qrız soyları və bu soyların mənaları
açıqlanmış, qrız kəndlərinə məxsus olan və üstünlük təşkil edən “oba” oykonimkasına açıqlıq
gətirilmişdir.
Nezire Shalbuzova, Ph D candidate
Albanian signs in Griz language
SUMMARY
It was researched history, origins, ancient historical name and language of griz ethnos which
was one of the Albanian ethnic groups in the article. It was studied Albanian signs of griz language,
also, spesification and characteristics of griz language on the basis of samples. Also, cleared up
meanings of griz tribes and “oba” oyconim which use more and more in the names of griz villages
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
86
Ayişə Şabutova
Quba rayon Xucbala kənd tam orta məktəbi, tarix müəllimi
aynur-quba@mail.ru
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN VƏ ETNİK QURUPLARIN DİLİ
Aşar sözlər: Şifahi nitq, tayfa, ünsiyyət, tələffüz, etnik tərkib
Key words: Oral speech, tribe, communication, pronunciation, ethnic composition
Azərbaycan Respublikasının bəzi rayonları əhalinin etnik tərkibinin rəngarəngliyinə görə
diqqəti cəlb edir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də
yekcins deyil. Azərbaycanda azərbaycanlılarla yanaşı başqa xalqların nümayəndələri də yaşayırlar.
Coğrafi baxımdan (Azərbaycan) Avropa və Asiya qitələrinin sərhədində yerləşən tarixi keçmişdə
müxtəlif sivilizasiyaların:
Əhəməni-Sasani, Roma-Bizans, skif-xəzər, türk-oğuz mədəniyyətinin kəsişməsində bərqərar
olmuşdur. Azərbaycan ərazisində türklərlə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər,
molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlar, qrızlar kimi etnik qruplar
yaşayır. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup
özünə məxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışlar. Əhalinin etnik tərkibi
baxımından maraq doğuran ərazilərdən biri də respublikamızın şimal-şərqində Quba, Qusar və
Xaçmaz rayonlarıdır. Azərbaycanlılarla bərabər ləzgilər, tatlar, yəhudilər Şahdağın ətəklərində
yerləşdiyinə görə etnoqrafiya elmində “Şahdağ etnik qrupları” və ya “Şahdağ xalqları” adları ilə
məşhur olan xınalıqlılar, qrızlar, buduqlar, haputlular, ceklilər, əliklilər yaşadıqları bu rayonlarda
müxtəlif dilli xalqların birgə yaşayış tərzi nəticəsində qarşılıqlı inkişaf prosesi gedir. Bu proses
təkcə maddi, iqtisadi və mədəni əlaqələr çərçivəsində qalmır, həm də xalqların varlığının başlıca
əlaməti sayılan dillərinə da aiddir.
Qrız, Buduq, Xınalıq, Haput, Əlik, Cek, kəndlərinin hər birinin tarixi haqqında araşdırmalar
aparılmasına ehtiyac var. Say etibarilə azlıq təşkil etməklərinə baxmayaraq, bu kəndlərin hərəsinin
əhalisi ayrı-ayrılıqda bir xalq və ya etnik qrupdur.
Biri digərindən o qədər uzaq olmayan Xınalıq, Buduq, Qırız, Haput, Cek, Əlik kəndləri, yaxın
vaxtlara qədər bu kəndlərə qonşu Yergüc kəndi də mövcud olmuşdur. (Əlik kəndinin
şərqində).
Bu kəndin əhalisinin tədricən köçməsi Xaçmaz rayonunda başqa bir Yergüc kəndinin
meydana çıxması ilə nəticələnmişdir. (Yerlilər öz kəndlərinin adını da özləri ilə aparmışlar).
Göstərilən 7 kənd, bu kəndlərdə yaşayanlar keçən əsrin ortalarından dünya alimlərinin
böyük marağına səbəb olmuşdur. İnqilabdan əvvəl Qafqaza aid yazılmış bir çox əsərlərdə
Şahdağ etnik qruplarından bəhs edilmişdir. Onlara olan maraq getdikcə güclənir.
Soruşula bilər: Xınalıqlılar, buduqlar, qrızlar mütəxəssislərin diqqətini nə üçün cəlb edir?
Şahdağlılara olan maraq daha çox onların dillərinə görədir. Axı dil etnik qrupun varlığını
göstərən başlıca əlamətdir. Dil öyrənmək həmdə o dildə danışanları öyrənmək deməkdir.
Keçən əsrin məşhur qafqazşünası P.Usların sözləri ilə desək, dil faktları keçmişin qəribə
sirlərini öyrənməklə, arxeoloji tapıntılar kimi əhəmiyyətlidir.
Xınalıq dili haqqında ilkin məlumatlar R.Fon Erkertin yazılarında rast gəlirik. O,1895-
ci ildə Vyana şəhərində alman dilində nəşr etdirdiyi “Qafqaz köklü dillər” (2, s. 296-298)
kitabında Xınalıq-Buduq dillərinin və Cek dialektinin lüğət və frazeologiyasına aid
nümunələr vermiş, onların qrammatik quruluşuna toxunmuşdur. Burada 545 almanca söz və
onların 26-sı Qafqaz dilində, o cümlədən, Buduq, Xınalıq, Qırız dillərində tərcüməsi
göstərilmişdir. Şahdağın ətəklərində yayılmış dillər bildirən “ Şahdağ dillər” termini ilə həmin
müəllifə məxsusdur. A.Dirr 1928-ci ildə Leypsiq şəhərində çıxmış “Qafqaz dillərinin
öyrənilməsinə giriş” (1, s.11-13) kitabında bu dillərin qrammatik quruluşundan bəhs etmişdir.
A. Dirr Buduq və Xınalıq dillərinin ləzgi yarımqrupunda dəqiq yerini müəyyənləşdirməyə ilk
təşəbbüs göstərmişdi.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
87
1895-ci ildə görkəmli Avstriya dilçisi Hüqo Şuxardtın “Qafqaz dillərində feilin
passivlik xarakteri” adlı kitabı çap olunmuşdu. Əsərdə Xınalıq və Buduq feilləri haqqında
qısa məlumat verilir və bir neçə nümunə gətirilir.
Sovet dövründə şahdağlılar və onların dilləri haqqında məlumatlar mərkəzi şəhərlərin
alimlərinin respublika ziyalılarının diqqətini cəlb etmişdir. Məsələn, XX əsrin ikinci yarısında
A.Qenko Xınalıq kəndində işlənmişdir. O, latın qrafikası əsasında bu dilin 51 hərfdən ibarət
əlifbasını tərtib etmişdir. Bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput,
Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət gedir.
Hətta N.Marr, N.Yakovlev, R.Şor, L.Zirkov və s. dünya dillərini təsnif edərkən Şahdağ
dillərinin yeddi dildən ibarət olduğunu göstərmişdir.
V.N.Pançvidze uzun müddət Buduq dilinin tədqiqi ilə məşğul olmuş, 1941-ci ildə
namizədlik dissertasiyasını yazmışdır.
1950-ci illərdən başlayaraq Ş.Sədiyevin, V.S.Xıdırovun məqalələrində qrız dilinin leksik
tərkibinə aid və dilin morfoloji quruluşunun geniş tədqiqinə fikir verilirdi. 1972-ci ildə
Ş.Sədiyev “Qırız dilinin tədqiqi təcrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. Keçmişdə özlərini necə adlandırmaları , haradan və nə vaxt buraya gəlib məskən
salmaları haqda yerli əhali bir şey deyə bilmir. Yazılı mənbələr də bu sualların qarşısında
susur.
Əsirlərin sərt sınağından çıxmış öz yeganə dilini, mədəniyyətini və adət-ənənəsini
qoruyub saxlamış Xınalıq kəndinin keçmişi haqda alimlərimiz, yazıçılarımız, arxeoloqlarımız
hələ qəti fikirlərini söyləməmişdir. E.ə I əsrdə bu ərazidə ket tayfalarının yaşadıqları
barəsində qədim yunan tarixçiləri Xınalığın varlığı haqda hələ o vaxtlar məlumat vermişdir.
Qədimliyini bundan görmək olar ki, 8 qəbiristanı var. Məzarların çoxu 3-4 qat bir-birinin
üstündə qazılıb.
Baş daşları ya ərəb əlifbası, ya da ondan qabaqkı əlifbalarla yazılıb. Köhnə qəbirlər
olduqca enli və uzundur, sankı Herakl cüssəli pəhləvanlar orda yatır.
“Xınalıq” sözünü arxeoloqlar, tarixçilər burada olan xınalı qayaların adından və yaxud
hun “Xunluq”-“Xınalıq” tayfasının adından götürüldüyünü göstərirlər.
Xınalıq dilində Xınalığa “Ketiş” xınalıqlılara isə özlərinə Kettid və ya Kəttid deyirlər. Bu
sözlərin mənasını ayrı-ayrılıqda araşdıraq. “Ketiş” və “Kettid” sözləri nəyi göstərir. Əvvəlcə
kəndin ətrafındakı yer adlarına nəzər salaq: Dərədiriş, Maqaldırış, Nöhurduruş, Antiş.
Sözlərə iş-ış-uş-üş şəkilçiləri əlavə edilib, bir yurd kimi məna verir.
Qədim tarixə, dünyaya yalnız bir kənddə işlədilən dilə malik Xınalığın (Kettişin) tarixini
kettiş dilini tədqiq etməyin əhəmiyyəti böyükdür. Rəsul Rza Xınalığı qartal yuvasına
bənzədirdi.
Keçən əsrin 30-cu illərində Haput kəndində bir müddət tədqiqat aparmış A.N.Qenkonun
məlumatına görə haputlular özlərinə “hereti” deyirlər. Əgər bu doğru isə, onda bu xalqın adı
VI-VII əsrlərə aid gürcü mənbələrindəki “ereti” termininə yaxındır, bəlkə də eynidir. Qədim
gürcü mənbələrində isə “ereti” Albaniyaya verilən addır. Yunan coğrafiyaşünası Strabonun
qeyd etdiyi 26 dildə danışan alban tayfalarındandır. Qədim mənbələr əsasında bəzi alban
tayfalarının İber-Qafqaz dillərində danışması artıq sübut olunmuşdur. İndi bu xalqların dilləri
dilçilər tərəfindən İber-Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarım qrupuna aid edilir.
Dillər içərisində Xınalıq dili xüsusi yer tutur, çünki bu dildə yalnız həmin kəndin
adamları danışır. Qrız dilində Qrız kəndindən başqa Haput, Əlik, Cek kəndlərinin əhalisi də
danışırlar. Bununla belə, qeyd etmək lazımdır ki, Qrız dili ilə onun dialektləri arasında
fərqləndirici xüsusiyyətlər o qədər çoxdur ki, keçən əsrə aid ədəbiyyatda Haput dili müstəqil
dil kimi qeyd olunmuşdur. Buduq dili də müstəqil dildir.
Əsrlər boyu bu zonada yaşamış, lakin müxtəlif dillərdə danışan bu xalqlar üçün
Azərbaycan dili ünsiyyət vasitəsi rolunu oynamışdır. Bu etnik qruplar iki dildə danışırlar:
onlar ana dilləri ilə yanaşı Azərbaycan dilinə də mükəmməl yiyələnmişlər. İkidillilik
Azərbaycanda geniş yayılmış hadisədir. Ta qədimdən azərbaycanlılarla təmasda olan,
qaynayıb-qarışan şahdağlılar ikidilli xalqlardır. Ona görə də Y.D.Deşeriyevin: “iki dilin
qarşılıqlı təsirində bir dilin başqa dilə təsir dərəcəsi, həmçinin, onlardan hər birinin ictimai
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
88
vəzifələri, cəmiyyətin həyatında onların rolu ilə müəyyənləşdirilir ” (15.36.37) fikri tamamilə
yerinə düşür. Etnik qrupların dillərində külli miqdarda Azərbaycan dilindən alınmış sözlərin
işlənməsi onunla izah olunur ki, bu dillərdə danışan xalqlar uzun müddət eyni ərazidə və
mehriban qonşuluq əlaqələrində olmuşlar.
Şahdağ xalqlarının məktəb və kargüzarlıq işləri Azərbaycan dilindədir. Bütün mədəni
kütləvi tədbirlər Azərbaycan dilində aparılır. Bu dil etnik qrupların dillərinin
zənginləşməsində təkcə mənbə deyil, eyni zamanda etnik qrupların gündəlik həyatlarında
işlətdikləri əsas dildir. Şahdağ xalqlarının dillərində işlənən bağlayıcılar və ədatlar, əsasən,
Azərbaycan dilindən, yaxud da bu dil vasitəsilə ərəb və fars dillərindən alınmışdır.
Azərbaycan dili ana dili olmayan, lakin azərbaycanlılarla uzun müddət ünsiyyətdə olan,
respublikamızda yaşayan başqa dilli xalqlar, o cümlədən, şahdağlılar azərbaycanca danışarkən
dil qaydaları çox zaman pozulur. Onların danışığını ədəbi dil normalarından fərqləndirən
əsas iki cəhəti qeyd etmək lazımdır. Öz ana dil xüsusiyyətləri və təmasda olduğu
Azərbaycan dialektinin xüsusiyyətləri.
Şahdağlılar azərbaycanca danışarkən ana dil vərdişlərinin təsiri altında Azərbaycan dili
səslərini qeyri iradi olaraq, özlərinə məxsus şəkildə tələffüz etməklə də ədəbi dil normalarını
pozur. Onların tələffüzü qonşu azərbaycanlıların dilindən demək olar ki, fərqlənmir.
Azərbaycanda Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da
yaşayırlar. Məsələn: tatlar, talışlar, kürdlər bunlara misaldır. Tatlar Quba, Dəvəçi, Şamaxı,
İsmayıllı, habelə, Abşeronun bəzi kəndlərində yaşayırlar. Tatlar Sasanilər dövründə 387-ci
ildə İrandan Azərbaycana köçürülmüşlər.
Azərbaycanda yaşayan ən qədim xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda
Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonlarında yaşayırlar. Quba rayonunda yerləşən
Qirmızı Qəsəbə dünyada dağ yəhudilərinin əhali sayına görə ən sıx yaşadığı ərazidir.
Yəhudilər - Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Musa Kalankatlı dağ
yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu etnik qrup haqqında
fikirləri müxtəlifdir.
Ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və
Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşmış İsrail oğulları
nəslindəndirlər . Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiya
ikən onlara tatlara qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin
qədim arami və yəhudi sözləri ilə qarışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ
yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünürlər.
1. Qubalılar (qubai) - Azərbaycanın Quba rayonu, əsasən, Qırmızı qəsəbə
2. Şirvanlılar (Şirvani) –Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Muçi kəndi,
habelə Bakı.
3. Oğuzlar-Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı.
Bu xalq azərbaycanlılarla birgə yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini
qoruyub saxlayırlar. Talışlar Azərbaycan Respublikasının cənub-şərqində, əsasən, Lənkəran,
Astara, Masallı və Lerik rayonlarında eləcə də İranın şimalında yaşayan xalqlardır. İran dil
ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab
edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin
nəsli hesab edirlər. Lakin qərb alimləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların
Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır.
Kürdlər də İran dil ailəsinə məxsus kürd dilində danışırlar.
Avarlar Azərbaycan Respublikasının, əsasən, Zaqatala və Balakən rayonlarında yaşayan
etnik azlıqlardan biridir. Şimal Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar.
Bu xalqların minlərlə oğul və qızı hazırda respublikada iqtisadiyyatın, elm və
texnikanın, mədəniyyətin, ədəbiyyat və incəsənətin yüksəlişində fəal iştirak edirlər. Onların
keçirdiyi təbii inkişaf prosesini izləməyin müasir nəzəri dilçilik elmi üçün də əhəmiyyəti
vardır.
|