/
Tənri (qazax.
Teniri, türkmən. Tanri, qırğız.
Tenir, başqırd,
Tenre, uyğur.Tenri, özbək. Tanqri, altay. Tenqri, xakas. Tiqir, yakut. Tanqara) “prototürklərin
etnik-mədəni tarixinin ən alt qatında belə var olan bu anlayış” kimi “KDQ-da İslamiyyətdəki Allah
mənasının da qarşılığı olaraq işlənmişdir: “Yazılıb - düzilib gögdən endi Tənri elmi Quran görklü”
(D-6) [3; 316-318]. Bu mənada dastanda həyat və məişəti, eləcə də qəhrəmanlıq salnamələri əks
olunan qədim türklərin İslamiyyətin Allah anlayışını belə yetərincə asanlıqla mənimsəməsini, məhz
protürk mifik dünya modelində tək olan, şəriki və vəliəhdi olmayan Tanrı - Allah obrazının var
oluşu ilə əlaqələndirmək olar. Məhz bu səbəbdəndir ki, dastan mətnlərinə ərəb dilindən alınmaların
digər orta əsr mətnləri qədər müdaxilə etməməsi fonunda İslam termin və prototermin-
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
101
lərinin
1
kifayət qədər geniş biçimdə işlədilməsi mümkün olmuşdur. Digər araşdırmasında “türk
mifoloji obrazlarının funksional - semantik xüsusiyyətləri” problemini tədqiq etmiş C.Bəydilinin
qeyd etdiyi kimi, “bir çox araşdırmalarda ...türk tanrıçılığının mahiyyətini qaranlıq edən fikirlər irəli
sürülmüş” olsa da, real faktlar “tanrıçılıq dini inanışının köklərinin gerçəkdə türklərin cəmiyyət
həyatındakı əski nizamına bağlanmasına” heç bir şübhə yeri qoymur[11 s. 26-27].
“İlk cümləsi Rəsuləleyhissəlamın adıyla başlayıb [10;31]
2
, son cümləsi də elə bu müqəddəs
şəxsin Həzrət Məhəmməd Mustafa səllallahi əleyhi və alihi vəsəlləmin adıyla qurtaran [10 s. 126]
3
“Kitabi - Dədə Qorqud” boylarında islami görüş və ənənələrin asanlıqla seçilən üst qatda”
(kursiv bizimdir. – S.Ə.) təzahür tapmasına xüsusi diqqət çəkən B.Abdulla həmin təsirin hansı vaxta
aid olması məsələsinin kifayət qədər müəmmalı məsələ olduğunu və bu məsələdə birmənalı həllin
tapılmadığını vurğulamışdır [1;146]. Məhz həmin təsirin özünü üst qatda büruzə verməsi, dərin
arxetip, eləcə də dastan poetikasının semantik - struktur özülünə nüfuz etməməsi və bizim üçün
maraqlı olan məqama görə, ərəb alınmalarının müəyyən limit həddini aşmaması İslam təsirinin və
dolayısı ilə də, ərəb leksikasının təsirinin nisbətən sonrakı dövrlərə aid olması faktını, zənnimizcə ,
təkzibedilməz edir. Dastan süjetlərində İslam dini kanon və doqmaları ilə səsləşən məqamların
Tanrıçılıqla paralelliyi də bir çox halda mifik dünya modeli paradiqmalarının paralelliyindən başqa
bir şey deyil. “Dəli Domrul” boyunda Allahla, onun ölüm məlakəsi olan Əzrayılla “çəkişən”
qəhrəmanın davaranışını bu paralellik prizmasından təhlil edən tədqiqatçılar da analoji mövqe
nümayiş etdirirlər. Belə ki, “Dəli Domrul” boyunda əks olunan süjetdə islam düşüncəsinin şüurlarda
dərin kök sala bilmədiyini, ölümə qarşı çıxmaqla, ruhu geri qaytarmağa çalışan insanın buna
inamının şamançılıqdan qaynaqlana biləcəyinə diqqət çəkən S.Şıxıyeva burada İslam təsirinin deyil,
şamançılığın ön plana çıxdığını vurğulayır. Müəllif ruhun geridönüşü ilə bağlı inamı şamanlığın
qüvvətli olduğu bir düşüncənin ifadəsi kimi dəyərləndirir və insanın ölümə qarşı çıxaraq ona qalib
gələ bilməsini, tamamilə haqlı olaraq, islamdakı alın yazısı və qədər anlayışı ilə uyuşmadığını
vurğulayır [12 s. 339]. Oxşar mövqedən çıxış edən Y.İsmalyılova da eyni epizodla bağlı
dəyərləndirməsində “islama qədər də təktanrılı” olan “türklərin islamı asanlıqla qəbul etməsi”
faktına diqqət çəkərək yazır: «Dədə Qorqud» dastanındakı Allah qədim türk Tanrısıdır. Yəqin ki,
Əzrayıl da qədim türk dinindəki – tanrıçılıqdakı hansısa bir obrazdır. Ancaq tanrıçılıq da, islam da
– hər ikisi təktanrıçılıq dini, yəni monoteist dindir”[9 s. 305]. Müqayisə üçün xatırladaq ki,
Türküstan türklərində yaşadılan Qorqud (Korkut / Xorxut) miflərinə görə, bu şaman ölümlə
mübarizəsi ilə seçilir (daha ətraflı bax: [18 ]). Konkret olaraq, tarixi İslamiyyətdən çox öncələrə
gedən kazax mifoloji dünyagörüşünə görə. “tanrıçılıq Yaradanın həm transendental, həm immanet
mahiyyətini nümayiş etdirən” dünya modelidir. “O, (Yaradan – S.Ə.) dünya yaradıcılığının
mahiyyətidir, özüdür.Tanrı / Tenqri onun (dünyanın – S.Ə.) hər bir hissəciyində təzahür tapır...
Tanrı / Tenqri dünyanı təcəssüm etdirir və burada özünün təzahür forması olan Qorqud vasitəsilə
üzə çıxır (müq.et: Тенгри становится миром, проявляется в нем через свою ипостась –
Коркута)” [18]
“Başqırdların tanrıçılığı məsələsinə dair” araşdırmasında R.Sultanqareyeva, inanclara görə,
“Tanrıçılığın mənəvi atası sayılan, “Kitabi - Dədə Qorqud” epik abidəsinin müəllifi olan ... Dədə
Qorqudun III əsrdə yaşamış real tarixi şəxs olduğunu” qeyd edir və xüsusi olaraq vurğulayır ki,
“bununla bərabər, Qorqud Tanrıçılığın banisi deyil, lakin o, (Qorqud – S.Ə.) tanrıçılığı, demək olar
ki, bütün türklər arasında yaymışdır” [21 ; 156-178].
Bu mənada biz, istər Tanrıçılıq ideologiyası ilə bağlı məlumatlar fonunda, istərsə də KDQ
mətnlərinə İslam ideologiyası və ərəb - fars leksikasının “interferensiya” – müdaxilə spesifikasının
təhlili fonunda N.Cəfərovun aşağıda iqtibas gətirdiyimiz fikri ilə tam razılaşa bilmərik. Dədə
Qorqud eposunun təşəkkülü (VII-IX əsrlər) və son əlyazmaların (XV-XVI əsrlər) arasında təxminən
1
Proto yunan dilindəki protos yəni “birinc, ilkin” sözündən götürülüb[15]. Proto termin sözünün hərfi tərcüməsi “ilkin
birinci olan termin” anlamını verir. Prototerminlər “xüsusi elm sahələrinə aid olan, lakin elmə qədərki mərhələdə
meydana gələn xüsusiləşmiş leksikanı (yəni, başqa sözlə, “terminə qədərki termini”, “primitiv istilah”ı – S.Ə.)” əhatə
edir [20; 216]
2
Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqud ata diyərlər, bir ər qopdı [10; 31]
3
Günahınızı
Məhəmməd Mustafaya bağışlasun! Xanım, hey!...[10;126]
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
102
min ilə qədər bir məsafə” olması faktına diqqət çəkən görkəmli alim yazır: “Kitabi-Dədə Qorqud"da
İslam dini motivləri də, bir sıra tədqiqatçıların dönə-dönə qeyd etdikləri kimi, sonradan edilmiş
əlavə (katib əlavəsi!) deyildir, əksinə, "Kitab"ın ideya-estetik, poetik əsaslarından biridir. Və hətta
müqayisələr, təhlillər göstərir ki, müxtəlif dövrlərdə (görünür, təxminən I-V əsrlərdə), oğuz
türklərinin yaşadıqları müxtəlif ərazilərdə (xüsusilə Türküstanda) yaranmış süjetlər həm də İslamın
qəbulu ehtiyacı, yaxud İslam ideologiyası əsasında bir yerə yığılmış, bütöv bir dastana çevrilmişdir”
[6]. Biz, həmin tarixi mərhələdə qədim türklərin istər mifik dünyagörüşü modelinin uyarlılığı
baxımından, istərsə də ümumi ictimai - siyasi proseslərin sanksiyalaşdırıcı gücü baxımından İslamın
qəbulunun tarixi ehtiyac və zərurət olduğunu qəbul etsək də, KDQ mətnlərindəki İslamla bağlı
anlayışların, o cümlədən müvafiq leksik vahidlərin sonradan əlavə edilməsi fikrinin tənqidi
yanaşması ilə razılaşa bilmirik. Maraqlıdır ki, özünün digər araşdırmasında–“«Kitabi-Dədə
Qorqud»da İslama keçidin poetikası”nı izləmiş olan görkəmli dilçi məsələyə məhz bu prizmadan
yanaşaraq, tam haqlı şəkildə qeyd edir: “Qədim türklərin dini-mifoloji sistemləri içərisində
monoteist xarakterə malik tanrıçılıq özümlü mövqeyə malik olmuşdur. Tədqiqatlar sübut edir ki,
qədim türkün Tanrı haqqında təsəvvürü, müsəlmanın Allah təsəvvürlərindən prinsip etibarilə bir o
qədər fərqlənmirdi. Tanrıçılıqdan İslama keçid dövrünün abidəsi olan KDQ-da da İslamı qəbul
etmiş oğuzların Allaha inamı, səmimi bağlılıqları bütün boylarda görünməkdədir” [7 s. 21-23].
Göründüyü kimi, “Dədə Qorqud” dastanları xalqımızın tarixinin bir çox mərhələlərini özündə
aydın şəkildə inikas etdirir.
ƏDƏBİYYAT:
1.Аbdullа B.«Kitаbi-Dədə Qоrqud»un pоеtikаsı. Bаkı, Еlm,1999, 224 s.
2. Azərbaycanda din /Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident
Kitabxanası 3.http://files.preslib.az/projects/remz/pdf/atr_din.pdf
4.Bəydili C. Tanrı, Tənri (s.316-318) // “Dədə Qorqud” kitabı. Ensiklopedik lüğət. Bakı:
Öndər nəşriyyatı, 2004
5. Bünyadov Z. I Varaz Tiridatın hakimiyyəti və Azərbaycanın qəti olaraq Xilafətin tərkibinə
qatılması // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm, 2007, s.181-185
6. Bünyadov Z., Vəlixanlı N. Azərbaycanda dini proseslər və onların yerli əhali üçün
nəticələri (s.204-210) // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm,2007, s.204
7. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005., 256 s.
8. Cəfərov N. Allah (s.21-23) // “Dədə Qorqud” kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər
nəşriyyatı, 2004
9. Еrgin M. Dеdе Kоrkut kitаbı. II İndеks-Grаmеr, Аnkаrа, Türk Tаrih Kurumu, Bаsımеvi,
1963, 483 s.
10. İsmayılova Y. «Dədə Qorqud kitabı» və müasir Azərbaycan ədəbi düşüncəsi. Bakı, Elm,
2011, 307s.
11. Kitabi - Dədə Qorqud (tərtib, transkripsiya, sadələşmiş mətn variantı və müqəddiməS.Əlizadə
və F.Zeynalov). Bakı: Yazıçı, 1988, 265 s.
12. Məmmədov C.M. Türk mifoloji obrazlarının funksional - semantik xüsusiyyətləri,
filol.elm.doktoru....dissert.avtoreferatı, Bakı, 2008, s. 26-27
13. Şıxıyeva S. Dəli Domrul boyundakı bir motivin analoqları / «Ortaq türk keçmişindən
ortaq türk gələcəyinə» III uluslararası folklor konfransının materialları. Bakı: Səda, 2005, s. 335-
343
14. Vəlixanlı N. Ərəb işğallarının başlanması. Azərbaycana ilk yürüş və onun nəticələri
(s.168-173) // Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı , Elm, 2007, s.168
15. Vəlixanlı N.,Baxşəliyeva G. Ədəbiyyat. VII əsrin II yarısı - X əsrlərdə Azərbaycan
mədəniyyəti // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm, 2007, s.297
16. Артемьева Т.В., И.П.Смирнов, Э.А.Тропп, Г.Л.Тульчинский, М.Н.Эпштейн.
Проективный философский словарь, 2002 г. http://terme.ru/dictionary/951/word/proto
17. Жирмунский В. М., Огузский героический эпос и «Книга Коркута» // Книга моего
деда Коркута: Огузский героический эпос / Сост. В. М. Жирмунский и А. Н. Кононов. — М.;
Л., 1962.http://www.vostlit.info/Texts/rus9/Korkut/framepril31.htm
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
103
18. Жирмунский В.М. Тюркский героический эпос. Л.: Наука, 1974, 320 с.; Короглы
Х.Г. Когда и кем написаны «Книга моего деда Коркуда (Китаб-и дадам Коркуд)?» //
«Филологические науки», 1987, № 5,с. 35-37. və b.
19. НаурзбаеваЗ. Ж. Мифоритуальные основания казахской культуры (на материалах
фольклорных текстов),автореферат диссерт…..канд.филос.наук., 1994,
http://www.otuken. kz/
index. php/mythzira/49?task=view
20. НаурзбаеваЗ. Ж. Коркут в тенгрианстве. Глава 1. Семь ипостасей
Коркутаhttp://www.otuken.kz/index.php/mythzira/48-korkut
21. Сорокина Э.А., Чернышова Л.А. Теория языка. Часть II. Общее языкознание:
Учебное пособие. -М.: МИИТ, 2007. 251 с.www.htbs-miit.ru:9999/biblio/books/ling/ling3.doc
22. Султангареева Р.А. К вопросу о тенгрианстве башкир // Ватандаш, 2006. т.№2 .-
С.156-178.http://www.vatandash.ru/?article=212
Xülasə
Məqalədə “Dədə Qorqud” dastanlarında ümumtürk varisliyi və yeni İslam stereotiplərinin
inikası araşdırılır. Məlum olur ki, ərəb işğalından sonra İslamın yayılması ilə dastan mətnində
müvafiq əlavələr edilsə də, mahiyyət etibarilə dastanın ümumtürk mifoloji dünya modelini əks
etdirir. Məlum olduğuna görə, Dədə Qorqud obrazı Türküstan türklərində yaşadılan Qorqud
(Korkut / Xorxut) mifləri ilə üzvi bağlılığa malikdir.
Sevinc Aliyeva
"Dede Qorqut" epos Turkic heritage in the context of a new Islamic stereotypes
Summary
The article is investigated "Dede Qorqut" epos Turkic heritage and image of the new
Islamic stereotypes. It’s known that the text of the relevant amendments to the saga of the spread of
Islam after the Arab conquest, but the Turkic epic mythological world model reflects the essence.
As you know, the image of Dede Qorqut alive Turkustan Turks (Qorqut / Xorxut) has the myths
attached to the organic.
Əli Fərhadov, t.ü.f.d.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi, elmi işçi
al304f@yahoo.com
AZƏRBAYCAN SUFİ MÜTƏFƏKKİRLƏRİNİN YARADICILIĞINDA
MULTİKULTURALİZM
Açar sözlər: din, sufizm, əl-Bakuvi, multikulturalizm, konstitusiya
Key words: religion, Sufism, al-Bakuvi, multiculturalism, constitution
Azərbaycan sufi ədəbiyyatı fərqli mədəniyyətlərə, din, məzhəb və təriqətlərə özünün xoş
münasibətilə dövrün dini-fəlsəfi məktəbləri arasında özünəməxsus yer tutur. Bu istiqamətdə
sufizmin multikultural mahiyyəti və tolerantlığı xüsusilə nəzərə çarpır. Bu müsbət baxışı biz Seyid
Nəsimidə, Füzulidə, Xətaidə, Seyid Yəhya Şirvanidə, Seyid Nigaridə və digər Azərbaycan
sufilərində də görürük.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
104
“Həllac Mənsur kimi asılsam da, yolumdan dönmərəm” [10, s. 130, 223] deyən Seyid Nəsimi
öz əsərlərində şəriətin dar hüdudlarını aşaraq kamil insanı Allah səviyyəsinə qaldırır. O, öz
müəllimi Fəzlullah haqqında söylədiyi şeirində hürufiliyin kamil insana baxışını belə izah edir:
“Həm rəəytü-rəbbi dedi leylətül-me`racdə,
Sənsən, ol fi surətin-əhsən ki, verdi Həq liqa” [11, s. 351].
Şair kamil insanla Allahı eyniləşdirərək deyir ki, “ey Fəzl, Məhəmməd əs., merac gecəsi
tanrını gözəl bir gənc surətində gördüyünü demişdir. Allahın təcəssüm etdiyi o gənc surət sən
idin!”. O, özünün başqa bir beytində isə -
“Həcci-əkbər qılmaq istərsən gəl, ey zahid, bəri,
Aşiqin qəlbi içində sən bu beytullahı gör!” [18].
deyərək kamil insanın qəlbini Kəbəyə bənzədir.
Nəsimi həm də “Qorxuram mən dərvişə sən deyəsən din tərk et” [1, s. 65] deyərək, özünü
sevdiyi qıza görə xristianlığı qəbul edən Şeyx Sənana da bənzədir.
Dahi Füzuli isə sufi fəlsəfəsinin əsası olan kamil insanın səcdəgah olması prinsipindən
hərəkətlə o mərtəbədə olan kamilin gözündə iman və küfrün eyni dərəcədə olduğunu, kamil insanın
dinlərüstü olduğunu ortaya qoyur:
“Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,
Xah mömin, xah kafir tut, budur dinim mənim” [2, s.30].
Öz müasirləri tərəfindən Piri-türk adlanan Ərdəbil şeyxi Şeyx Səfiəddin “Və bu övliyaların
könlü daha Kəbədir” deyərək övliyaların Haqqın təzahürü olduğunu qeyd edirdi ” [8, s. 48].
Böyük Xətai isə müqəddəs dini kitabların kamil insanı vəsf etdiyini belə bildirirdi:
“Bu vəchin təfsiri Tövratü Incil,
Edərlər anu fürqan əhli təvil” [14, s. 180].
XV əsr Şirvan sufisi Seyid Yəhya Şirvani “Qisseyi-Mənsur” əsərində Həllac Mənsurun dar
ağacında ikən bir məcnun ilə olan müsahibəsini mənzum məsnəvi tərzində qələmə almış, Seyid
Nigari isə “Nigarnamə” əsərində Həllacın “Ənəlhəq” fikrini müdafiə etmiş, onun faciəvi ölümünü
təsvir etmişdir.
XIX əsrdə məzhəbçiliyə və şəriətin dar sərhədlərinə qarşı sufizmi müdafiə edən Seyid Nigari
“Biz vəhdətiyiz məzhəbimiz rahi-Xudadır” [12, s.183], “Talibə guşeyi-vəhdət kimi məktəb olmaz”
[12, s. 193] deyərək məzhəb ixtilaflarının tərkini tövsiyə edir, “biz vəhdət yolunun yolçusuyuq, iki
məzhəblilik bizə yaraşmaz” deyirdi. Şairə görə ilahi eşqdə məzhəb ola bilməz. Bütün sevgilər
Allaha aid olduğu kimi bütün təriqətlər, məzhəblər də Allaha gedən müxtəlif yollardır.
XIX əsrin Cənubi Azərbaycan şairəsi Zərrintac Tahirə xanım da “Sildim həm kafirliyi həm
müsəlmanlığı; Kəbəylə kilsədə fərq yoxdur mənə!” [16] deyərək öz təsəvvüfi şeirləri ilə dinlərüstü
tolerantlıq və multikulturalizmin ədəbi incilərini yaratmışdır. Deyə bilərik ki, onun ədəbi-fəlsəfi
yaradıcılığı XIX əsr babi fəlsəfəsinin təməl sütunlarından biridir.
Nəcəfdə ali dini təhsil alan şair S.Ə.Şirvani də Haqqa qovuşmada Kəbə və kilsənin öz yolu
olduğunu –
“Kimisi Kə`bədə həqqi, kimi deyr [kilsə] içrə görər,
Hərə bir növü gəzər, axtarar ol Sübhani” [13].
deyərək qeyd edir, sufizm və hürufiliyin kamil insanı beytullah-Allah evi ilə bərabər sayması
prinsipindən hərəkətlə belə yazırdı:
“Həcər ol xal, üzün Kə`bə, qara örtügü zülfün
Qoyub səni, niyə hüccaclər Hicazə gedərlər” [6, s. 77].
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda mütərəqqi dini maarifçilik hərəkatı
inkişaf edir. Bu dövrdə fəaliyyət göstərmiş Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi və onun
1904-1906-cı illərdə H.Z.Tağıyevin dəstəyilə nəşr olunmuş ilk azərbaycanca təfsir olan “Kəşfül-
həqayiq” (“Həqiqətlərin açıqlanması”) əsəri də sufizm və multikulturalizm baxımından müstəsna
əhəmiyyətə malikdir. əl-Bakuvi bu əsərinin III cildinin müqəddiməsində müsəlmanları
maarifləndirmək istəməsindəki əsl qayəsinin islam dinindən ixtilafı yox etmək və islamda təfriqəyə
səbəb olan müxtəlif təriqətləri, məzhəbləri birləşdirmək olduğunu göstərirdi. əl-Bakuvi Quranın
başqa din mənsubları ilə və bütün millətlərlə sülh, ədalət və insaf üzrə hərəkət etməyi əmr etdiyini
qeyd edir [3, s. 225-229] və təfriqənin səbəbi olaraq Qurana zidd saxta etiqadları və savadsız
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
105
ruhaniləri göstərirdi. əl-Bakuvi islamda parçalanma yaradanları nəzərdə tutaraq bu haqda belə
deyirdi: “Ayə o zaman olmayıbdır ki müsəlman qardaşlar – mən şiəyəm, sən sünni, ya biləks
davasını kənara qoyub yekdil və yekqövl [bir qəlblə və bir sözlə] bir kitab, bir din və bir peyğəmbər
və bir məzhəbə ittifaq eyləsinlər. Və bu nifaqın xəbis ləfzlərini tərk edib İslam və ittihad ləfzləri
ixtiyar edib “eyd” (vahid güc) hökmündə olsunlar” [3, s. 645].
Əl-Bakuvinin “Kəşfül-həqayiq” əsərində dövrün şəriət xadimləri tərəfindən küfrlə ittiham
edilən Həllac Mənsur, Nəsimi kimi “ənəlhəq” deyən sufilər müdafiə olunur və onları qətl edənlər
günahlandırılırdı. Əl-Bakuvi Quranın “Taha” surəsinin 14-15-ci ayələrinə əsaslanaraq bu
nümunəni gətirirdi: “Bir ağacdan “Mən Həqqəm” demək doğrudur da, niyə xoşbəxt birindən
olmasın?” [4, s. 439]. Əl-Bakuvi “O zamanlarda səltənət və hökumət zalimlər əlində olmaq
cəhətinə nəinki Mənsur, ondan da böyük dini-islam rəislərinin qətlinə fətva verib muradlarına
yetişdilər” [5, s. 87] deyərək tarix boyu nadan din və dövlət xadimləri tərəfindən təqib və qətl
edilmiş Həllac Mənsur, Nəsimi kimi mütəfəkkirlərə öz rəğbətini ortaya qoymuşdu.
Qeyd edək ki, Quranın multikultural ideyaları, Bəqərə surəsi 62-də deyilən “İman
gətirənlərdən, musəvi, isəvi və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin
mükafatları Rəbbinin yanındadır” ayəsi və bənzər ayələr müsəlmanlar üçün dinlərin vəhdətinə bir
nümunədir. Bu prinsiplər, həmçinin əl-Bakuvi kimi sufi mütəfəkkirlərin ortaya qoyduğu
multikulturalizm ideyaları Azərbaycan Respublikasının Konstitusiyası 47 və 48-ci maddələrdəki
“Fikir və söz; Vicdan azadlığı” prinsipləri ilə də həmahəngdir. Cənab Prezident İlham Əliyevin
göstərdiyi kimi - “İslam sülh dinidir” [17]. Bu ideyaların klassik sufi mütəfəkkirlərimizin ideyaları
ilə birlikdə təbliği gənc nəslin daha tolerant, multikultural yetişməsi baxımından çox əhəmiyyətlidir
və daim təbliğ edilməlidir.
Ədəbiyyat:
1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı, 2016. Elmi red: K.Abdulla.
2. Cəfərov N. Füzulidən Vaqifə qədər. Bakı, 1991.
3. əl-Bakuvi, Kəşfül-həqayiq, I c., Tiflis, 1904.
4. əl-Bakuvi, Kəşfül-həqayiq. II c., Tiflis, 1904.
5. əl-Bakuvi, Kəşfül-həqayiq, III c., Tiflis, 1906.
6. Əhmədli R. Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri. Bakı, 2005.
7. Həmzə Nigari Simpoziumu Materialları. Amasiya, 2012. Tərtibçi: M.Rıhtım və b.
8. Qara məcmuə. Şeyx Səfiəddin Ərdəbilinin şeirləri, sözləri, öyüdləri və mənqəbələri //
Tərtib edən: Doktor Hüseyn Məhəmmədzadə Sədiq. Tehran, 2001.
9. Məmmədli N. Seyid Nigari və Mövlana Cəlaləddin Rumi // I Beynəlxalq Həmzə Nigari
Simpoziumu Materialları. Amasiya, 2012. Tərtibçi: M.Rıhtım və b.
10. Nəsimi İ. Sеçilmiş əsərləri. İki cilddə. I c., Bakı, 2004.
11. Nəsimi İ. Sеçilmiş əsərləri. İki cilddə. II c., Bakı, 2004.
12. Nigari. Divan / Haz: A.Bilgin. Ankara, 2011.
13. http://anl.az/el/k/fk_s.e/gs001.htm // Gürcü şairi Akaki Sereteli yubileyinə dair.
14. http://ebitik.azerblog.com/anbar/457.pdf // Xətai Ş.İ. Əsərləri. II cild.
15. http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=3854 // Rıhtım M. Şirvandan Anadoluya
axan irfan nəhri: Nəqşibəndiyyə təriqətinin tarixi kökləri.
16.http://www.bahaigrafik.com/wp-content/uploads/2013/12/TAHIRE.pdf
17. http://www.xezerxeber.com/gundem/128576/ilham-eliyev-islam-sulh-dinidir
18. http://www.azadliq.org/content/article/24775999.html
Dostları ilə paylaş: |