Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə17/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   13   14   15   16   17   18   19   20   ...   88



Tənri (qazax

TeniritürkmənTanri, qırğız

Tenir, başqırd

Tenre, uyğur.Tenri, özbək.  Tanqri, altay.  Tenqri, xakas. TiqiryakutTanqara)  “prototürklərin 

etnik-mədəni tarixinin ən alt qatında belə var olan bu anlayış” kimi “KDQ-da İslamiyyətdəki Allah 

mənasının da qarşılığı olaraq işlənmişdir: “Yazılıb - düzilib gögdən endi Tənri elmi Quran görklü” 

(D-6)  [3;  316-318].  Bu  mənada  dastanda  həyat  və  məişəti,  eləcə  də  qəhrəmanlıq  salnamələri  əks 

olunan qədim türklərin İslamiyyətin Allah anlayışını belə yetərincə asanlıqla mənimsəməsini, məhz 

protürk  mifik  dünya  modelində  tək  olan,  şəriki  və  vəliəhdi  olmayan  Tanrı  -  Allah  obrazının   var 

oluşu ilə əlaqələndirmək olar. Məhz bu səbəbdəndir ki, dastan mətnlərinə ərəb dilindən alınmaların 

digər  orta  əsr  mətnləri  qədər  müdaxilə  etməməsi  fonunda  İslam  termin  və  prototermin-



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

101

 

 



 

 

lərinin



1

 kifayət  qədər  geniş  biçimdə  işlədilməsi  mümkün  olmuşdur.  Digər  araşdırmasında  “türk 

mifoloji  obrazlarının  funksional  -  semantik  xüsusiyyətləri”  problemini  tədqiq  etmiş  C.Bəydilinin 

qeyd etdiyi kimi, “bir çox araşdırmalarda ...türk tanrıçılığının mahiyyətini qaranlıq edən fikirlər irəli 

sürülmüş”  olsa  da,  real  faktlar  “tanrıçılıq  dini  inanışının  köklərinin  gerçəkdə  türklərin   cəmiyyət 

həyatındakı əski nizamına bağlanmasına” heç bir şübhə yeri qoymur[11 s. 26-27]. 

“İlk cümləsi Rəsuləleyhissəlamın adıyla başlayıb [10;31] 

2

, son cümləsi  də  elə  bu müqəddəs 



şəxsin Həzrət Məhəmməd Mustafa səllallahi əleyhi və alihi vəsəlləmin adıyla qurtaran [10 s. 126] 

3

“Kitabi  -  Dədə  Qorqud”  boylarında islami  görüş  və  ənənələrin asanlıqla  seçilən  üst  qatda” 

(kursiv bizimdir. – S.Ə.) təzahür tapmasına xüsusi diqqət çəkən B.Abdulla həmin təsirin hansı vaxta 

aid olması məsələsinin kifayət qədər müəmmalı məsələ olduğunu və bu məsələdə birmənalı həllin 

tapılmadığını  vurğulamışdır  [1;146].  Məhz    həmin  təsirin  özünü  üst  qatda  büruzə  verməsi,  dərin 

arxetip,  eləcə  də  dastan  poetikasının  semantik  -  struktur  özülünə  nüfuz  etməməsi  və  bizim  üçün 

maraqlı olan məqama görə, ərəb alınmalarının müəyyən limit həddini aşmaması İslam təsirinin və 

dolayısı ilə də, ərəb leksikasının təsirinin nisbətən sonrakı dövrlərə aid olması faktını, zənnimizcə , 

təkzibedilməz  edir.  Dastan  süjetlərində  İslam  dini  kanon  və  doqmaları  ilə  səsləşən  məqamların 

Tanrıçılıqla paralelliyi də bir çox halda mifik dünya modeli paradiqmalarının paralelliyindən başqa 

bir  şey  deyil. “Dəli  Domrul”  boyunda  Allahla,  onun  ölüm  məlakəsi  olan  Əzrayılla  “çəkişən” 

qəhrəmanın  davaranışını  bu  paralellik  prizmasından  təhlil  edən  tədqiqatçılar  da  analoji  mövqe 

nümayiş etdirirlər. Belə ki, “Dəli Domrul” boyunda əks olunan süjetdə islam düşüncəsinin şüurlarda 

dərin  kök  sala  bilmədiyini,  ölümə  qarşı  çıxmaqla,  ruhu  geri  qaytarmağa  çalışan  insanın  buna 

inamının şamançılıqdan qaynaqlana biləcəyinə diqqət çəkən S.Şıxıyeva burada İslam təsirinin deyil, 

şamançılığın  ön  plana  çıxdığını  vurğulayır.  Müəllif  ruhun  geridönüşü  ilə  bağlı  inamı  şamanlığın 

qüvvətli olduğu bir düşüncənin ifadəsi kimi dəyərləndirir və insanın ölümə qarşı çıxaraq ona qalib 

gələ  bilməsini,  tamamilə  haqlı  olaraq,  islamdakı  alın  yazısı  və  qədər  anlayışı  ilə  uyuşmadığını 

vurğulayır  [12  s.  339].  Oxşar  mövqedən  çıxış  edən  Y.İsmalyılova  da  eyni  epizodla  bağlı 

dəyərləndirməsində  “islama  qədər  də  təktanrılı”  olan  “türklərin  islamı  asanlıqla  qəbul  etməsi” 

faktına  diqqət  çəkərək  yazır: «Dədə  Qorqud»  dastanındakı  Allah  qədim  türk  Tanrısıdır.  Yəqin  ki, 

Əzrayıl da qədim türk dinindəki – tanrıçılıqdakı hansısa bir obrazdır. Ancaq tanrıçılıq da, islam da  

–  hər  ikisi  təktanrıçılıq  dini,  yəni  monoteist  dindir”[9  s.  305].  Müqayisə  üçün  xatırladaq  ki, 

Türküstan  türklərində  yaşadılan  Qorqud  (Korkut  /  Xorxut)  miflərinə  görə,  bu  şaman  ölümlə 

mübarizəsi  ilə  seçilir  (daha  ətraflı  bax:  [18  ]).  Konkret  olaraq,  tarixi  İslamiyyətdən  çox  öncələrə 

gedən kazax mifoloji dünyagörüşünə görə. “tanrıçılıq Yaradanın həm transendental, həm immanet 

mahiyyətini  nümayiş  etdirən”  dünya  modelidir.  “O,  (Yaradan  –  S.Ə.)  dünya  yaradıcılığının 

mahiyyətidir,  özüdür.Tanrı  /  Tenqri  onun  (dünyanın  –  S.Ə.)  hər  bir  hissəciyində  təzahür  tapır... 

Tanrı /  Tenqri dünyanı  təcəssüm etdirir və burada özünün təzahür forması olan Qorqud vasitəsilə 

üzə  çıxır  (müq.et: Тенгри  становится  миром,  проявляется  в  нем  через  свою  ипостась  – 



Коркута)” [18] 

“Başqırdların  tanrıçılığı  məsələsinə  dair”  araşdırmasında  R.Sultanqareyeva,  inanclara  görə, 

“Tanrıçılığın  mənəvi  atası  sayılan, “Kitabi  -  Dədə Qorqud”  epik  abidəsinin  müəllifi olan ... Dədə 

Qorqudun  III  əsrdə  yaşamış  real  tarixi  şəxs  olduğunu”  qeyd  edir  və  xüsusi  olaraq  vurğulayır  ki, 

“bununla bərabər, Qorqud Tanrıçılığın banisi deyil, lakin o, (Qorqud – S.Ə.) tanrıçılığı, demək olar 

ki, bütün türklər arasında yaymışdır” [21 ; 156-178]. 

Bu  mənada  biz,  istər  Tanrıçılıq  ideologiyası  ilə  bağlı  məlumatlar  fonunda,  istərsə  də  KDQ 

mətnlərinə İslam ideologiyası və ərəb - fars leksikasının “interferensiya” – müdaxilə spesifikasının 

təhlili  fonunda  N.Cəfərovun  aşağıda  iqtibas  gətirdiyimiz  fikri  ilə  tam  razılaşa  bilmərik.  Dədə 

Qorqud eposunun təşəkkülü (VII-IX əsrlər) və son əlyazmaların (XV-XVI əsrlər) arasında təxminən 

                                                           

1

Proto yunan dilindəki protos yəni “birinc,  ilkin” sözündən götürülüb[15]. Proto termin sözünün hərfi tərcüməsi “ilkin 

birinci olan termin” anlamını verir. Prototerminlər “xüsusi elm sahələrinə aid olan, lakin elmə qədərki mərhələdə 

meydana gələn xüsusiləşmiş leksikanı (yəni, başqa sözlə, “terminə qədərki termini”, “primitiv istilah”ı – S.Ə.)” əhatə 

edir [20; 216] 

2

Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqud ata diyərlər, bir ər qopdı [10; 31]  

3

Günahınızı

 

Məhəmməd Mustafaya bağışlasun! Xanım, hey!...[10;126]  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

102

 

 



 

 

min ilə qədər bir məsafə” olması faktına diqqət çəkən görkəmli alim yazır: “Kitabi-Dədə Qorqud"da 



İslam  dini  motivləri  də,  bir  sıra  tədqiqatçıların  dönə-dönə  qeyd  etdikləri  kimi,  sonradan  edilmiş 

əlavə (katib əlavəsi!) deyildir, əksinə, "Kitab"ın ideya-estetik, poetik əsaslarından biridir. Və hətta 

müqayisələr,  təhlillər  göstərir  ki,  müxtəlif  dövrlərdə  (görünür,  təxminən  I-V  əsrlərdə),  oğuz 

türklərinin yaşadıqları müxtəlif ərazilərdə (xüsusilə Türküstanda) yaranmış süjetlər həm də İslamın 

qəbulu ehtiyacı, yaxud İslam ideologiyası əsasında bir yerə yığılmış, bütöv bir dastana çevrilmişdir” 

[6].  Biz,  həmin  tarixi  mərhələdə  qədim  türklərin  istər  mifik  dünyagörüşü  modelinin  uyarlılığı 

baxımından, istərsə də ümumi ictimai - siyasi proseslərin sanksiyalaşdırıcı gücü baxımından İslamın 

qəbulunun  tarixi  ehtiyac  və  zərurət  olduğunu  qəbul  etsək  də,  KDQ  mətnlərindəki  İslamla  bağlı 

anlayışların,  o  cümlədən  müvafiq  leksik  vahidlərin  sonradan  əlavə  edilməsi  fikrinin  tənqidi 

yanaşması  ilə  razılaşa  bilmirik.  Maraqlıdır  ki, özünün  digər  araşdırmasında–“«Kitabi-Dədə 

Qorqud»da  İslama keçidin  poetikası”nı  izləmiş olan görkəmli  dilçi   məsələyə  məhz bu prizmadan 

yanaşaraq,  tam  haqlı  şəkildə  qeyd  edir:  “Qədim  türklərin  dini-mifoloji  sistemləri  içərisində 

monoteist  xarakterə  malik  tanrıçılıq  özümlü  mövqeyə  malik  olmuşdur.  Tədqiqatlar  sübut  edir  ki, 

qədim türkün Tanrı haqqında təsəvvürü, müsəlmanın Allah təsəvvürlərindən prinsip etibarilə bir o 

qədər  fərqlənmirdi.  Tanrıçılıqdan  İslama  keçid  dövrünün  abidəsi  olan  KDQ-da  da  İslamı  qəbul 

etmiş oğuzların Allaha inamı, səmimi bağlılıqları bütün boylarda görünməkdədir” [7 s. 21-23].  

Göründüyü kimi, “Dədə Qorqud” dastanları xalqımızın tarixinin bir çox mərhələlərini özündə 

aydın şəkildə inikas etdirir. 



 

ƏDƏBİYYAT: 

1.Аbdullа B.«Kitаbi-Dədə Qоrqud»un pоеtikаsı. Bаkı, Еlm,1999, 224 s. 

2.  Azərbaycanda  din  /Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Prezident 

Kitabxanası  3.http://files.preslib.az/projects/remz/pdf/atr_din.pdf 

4.Bəydili  C.  Tanrı,  Tənri  (s.316-318)  //  “Dədə  Qorqud” kitabı.  Ensiklopedik  lüğət.  Bakı: 



Öndər nəşriyyatı, 2004  

5. Bünyadov Z. I Varaz Tiridatın hakimiyyəti və Azərbaycanın qəti olaraq Xilafətin tərkibinə 

qatılması // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm, 2007, s.181-185 

6.  Bünyadov  Z.,  Vəlixanlı  N.  Azərbaycanda  dini  proseslər  və  onların  yerli  əhali  üçün 

nəticələri (s.204-210) // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm,2007, s.204 

7. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005., 256 s.  

8.  Cəfərov  N.  Allah  (s.21-23)  //  “Dədə  Qorqud” kitabı.  Ensiklopedik  lüğət.  Bakı:  Öndər 

nəşriyyatı, 2004 

9. Еrgin  M. Dеdе Kоrkut  kitаbı.  II  İndеks-Grаmеr, Аnkаrа, Türk Tаrih Kurumu,  Bаsımеvi, 

1963, 483 s. 

10. İsmayılova Y. «Dədə Qorqud kitabı» və müasir Azərbaycan ədəbi düşüncəsi. Bakı, Elm, 

2011, 307s. 

11. Kitabi - Dədə Qorqud (tərtib, transkripsiya, sadələşmiş mətn variantı və müqəddiməS.Əlizadə 

və F.Zeynalov). Bakı: Yazıçı, 1988, 265 s. 

12.  Məmmədov  C.M.  Türk  mifoloji  obrazlarının  funksional  -  semantik  xüsusiyyətləri, 

filol.elm.doktoru....dissert.avtoreferatı, Bakı, 2008, s. 26-27 

13.  Şıxıyeva  S.  Dəli  Domrul  boyundakı  bir  motivin  analoqları  /  «Ortaq  türk  keçmişindən 

ortaq  türk  gələcəyinə»  III  uluslararası  folklor  konfransının  materialları.  Bakı:  Səda,  2005,  s.  335-

343 


14.  Vəlixanlı  N.  Ərəb  işğallarının  başlanması.  Azərbaycana  ilk  yürüş  və  onun  nəticələri 

(s.168-173) // Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı , Elm, 2007, s.168 

15.  Vəlixanlı  N.,Baxşəliyeva  G.  Ədəbiyyat.  VII  əsrin  II  yarısı  -  X  əsrlərdə  Azərbaycan 

mədəniyyəti // Azərbaycan tarixi. II cild (III-XIII əsrin I rübü). Bakı, Elm,  2007, s.297 

16.  Артемьева  Т.В.,  И.П.Смирнов,  Э.А.Тропп,  Г.Л.Тульчинский,  М.Н.Эпштейн. 

Проективный философский словарь, 2002 г. http://terme.ru/dictionary/951/word/proto 

17. Жирмунский В. М., Огузский героический эпос и «Книга Коркута» // Книга моего 

деда Коркута: Огузский героический эпос / Сост. В. М. Жирмунский и А. Н. Кононов. — М.; 

Л., 1962.http://www.vostlit.info/Texts/rus9/Korkut/framepril31.htm 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

103

 

 



 

 

18.  Жирмунский  В.М.  Тюркский  героический  эпос.  Л.:  Наука,  1974,  320  с.;  Короглы 



Х.Г.  Когда  и  кем  написаны  «Книга  моего  деда  Коркуда  (Китаб-и  дадам  Коркуд)?»  // 

«Филологические науки», 1987, № 5,с. 35-37. və b. 

19.  НаурзбаеваЗ.  Ж.  Мифоритуальные  основания  казахской  культуры (на  материалах 

фольклорных  текстов),автореферат  диссерт…..канд.филос.наук.,  1994,

http://www.otuken.  kz/ 

index. php/mythzira/49?task=view

 

20.  НаурзбаеваЗ.  Ж.  Коркут  в  тенгрианстве.  Глава  1.  Семь  ипостасей 



Коркутаhttp://www.otuken.kz/index.php/mythzira/48-korkut 

21.  Сорокина  Э.А., Чернышова  Л.А. Теория  языка. Часть  II. Общее языкознание: 

Учебное пособие. -М.: МИИТ, 2007. 251 с.www.htbs-miit.ru:9999/biblio/books/ling/ling3.doc 

22. Султангареева Р.А. К вопросу о тенгрианстве башкир // Ватандаш, 2006. т.№2 .-

С.156-178.http://www.vatandash.ru/?article=212 



 

Xülasə 


Məqalədə  “Dədə  Qorqud”  dastanlarında  ümumtürk  varisliyi  və  yeni  İslam  stereotiplərinin 

inikası  araşdırılır.  Məlum  olur  ki,  ərəb  işğalından  sonra  İslamın  yayılması  ilə  dastan  mətnində 

müvafiq  əlavələr  edilsə  də,  mahiyyət  etibarilə  dastanın  ümumtürk  mifoloji  dünya  modelini  əks 

etdirir.  Məlum  olduğuna  görə,  Dədə  Qorqud  obrazı  Türküstan  türklərində  yaşadılan  Qorqud 

(Korkut / Xorxut) mifləri ilə üzvi bağlılığa malikdir. 

 

Sevinc Aliyeva 



"Dede Qorqut" epos Turkic heritage in the context of a new Islamic stereotypes 

Summary 


      The  article  is  investigated  "Dede  Qorqut"  epos  Turkic  heritage  and  image  of  the  new 

Islamic stereotypes. It’s known that the text of the relevant amendments to the saga of the spread of 

Islam after the Arab conquest, but the Turkic epic mythological world model reflects the essence. 

As  you know, the image of   Dede  Qorqut  alive  Turkustan Turks  (Qorqut /  Xorxut) has  the myths 

attached to the organic. 

  

 



 

 

 



 

 

 



 

Əli Fərhadov, t.ü.f.d. 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi, elmi işçi 

al304f@yahoo.com 



 

AZƏRBAYCAN SUFİ MÜTƏFƏKKİRLƏRİNİN YARADICILIĞINDA 

MULTİKULTURALİZM 

 

Açar sözlər: din, sufizm, əl-Bakuvi, multikulturalizm, konstitusiya 

Key words: religion, Sufism, al-Bakuvi, multiculturalism, constitution 

 

Azərbaycan  sufi  ədəbiyyatı  fərqli  mədəniyyətlərə,  din,  məzhəb  və  təriqətlərə  özünün  xoş 



münasibətilə  dövrün  dini-fəlsəfi  məktəbləri  arasında  özünəməxsus  yer  tutur.  Bu  istiqamətdə 

sufizmin multikultural mahiyyəti və tolerantlığı xüsusilə nəzərə çarpır. Bu müsbət baxışı biz Seyid 

Nəsimidə,  Füzulidə,  Xətaidə,  Seyid  Yəhya  Şirvanidə,  Seyid  Nigaridə  və  digər  Azərbaycan 

sufilərində də görürük. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

104

 

 



 

 

“Həllac Mənsur kimi asılsam da, yolumdan dönmərəm” [10, s. 130, 223] deyən Seyid Nəsimi 



öz  əsərlərində  şəriətin  dar  hüdudlarını  aşaraq  kamil  insanı  Allah  səviyyəsinə  qaldırır.  O,  öz 

müəllimi Fəzlullah haqqında söylədiyi şeirində hürufiliyin kamil insana baxışını belə izah edir: 

“Həm rəəytü-rəbbi dedi leylətül-me`racdə, 

Sənsən, ol fi surətin-əhsən ki, verdi Həq liqa” [11, s. 351]. 

Şair  kamil  insanla  Allahı  eyniləşdirərək  deyir  ki,  “ey  Fəzl,  Məhəmməd  əs.,  merac  gecəsi 

tanrını  gözəl  bir  gənc  surətində  gördüyünü  demişdir.  Allahın  təcəssüm  etdiyi  o  gənc  surət  sən 

idin!”. O, özünün başqa bir beytində isə - 

“Həcci-əkbər qılmaq istərsən gəl, ey zahid, bəri, 

Aşiqin qəlbi içində sən bu beytullahı gör!” [18]. 

deyərək kamil insanın qəlbini Kəbəyə bənzədir.  

Nəsimi  həm  də  “Qorxuram  mən  dərvişə  sən  deyəsən  din  tərk  et”  [1,  s.  65]  deyərək,  özünü 

sevdiyi qıza görə xristianlığı qəbul edən Şeyx Sənana da bənzədir. 

Dahi  Füzuli  isə  sufi  fəlsəfəsinin  əsası  olan  kamil  insanın  səcdəgah  olması  prinsipindən 

hərəkətlə o mərtəbədə olan kamilin gözündə iman və küfrün eyni dərəcədə olduğunu, kamil insanın 

dinlərüstü olduğunu ortaya qoyur: 

“Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim

Xah mömin, xah kafir tut, budur dinim mənim” [2, s.30]. 

Öz  müasirləri  tərəfindən  Piri-türk  adlanan  Ərdəbil  şeyxi  Şeyx  Səfiəddin  “Və  bu  övliyaların 

könlü daha Kəbədir” deyərək övliyaların Haqqın təzahürü olduğunu qeyd edirdi ” [8, s. 48]. 

Böyük Xətai isə müqəddəs dini kitabların kamil insanı vəsf etdiyini belə bildirirdi:  

“Bu vəchin təfsiri Tövratü Incil,  

Edərlər anu fürqan əhli təvil” [14, s. 180]. 

XV  əsr  Şirvan  sufisi  Seyid  Yəhya  Şirvani  “Qisseyi-Mənsur”  əsərində  Həllac  Mənsurun  dar 

ağacında  ikən  bir  məcnun  ilə  olan  müsahibəsini  mənzum  məsnəvi  tərzində  qələmə  almış,  Seyid 

Nigari isə  “Nigarnamə”  əsərində Həllacın  “Ənəlhəq” fikrini müdafiə etmiş,  onun faciəvi  ölümünü 

təsvir etmişdir. 

XIX əsrdə məzhəbçiliyə və şəriətin dar sərhədlərinə qarşı sufizmi müdafiə edən Seyid Nigari 

“Biz vəhdətiyiz məzhəbimiz rahi-Xudadır” [12, s.183], “Talibə guşeyi-vəhdət kimi məktəb olmaz” 

[12, s. 193] deyərək məzhəb ixtilaflarının tərkini tövsiyə edir, “biz vəhdət yolunun yolçusuyuq,  iki 

məzhəblilik  bizə  yaraşmaz”  deyirdi.  Şairə  görə  ilahi  eşqdə  məzhəb  ola  bilməz.  Bütün  sevgilər 

Allaha aid olduğu kimi bütün təriqətlər, məzhəblər də Allaha gedən müxtəlif yollardır.  

XIX  əsrin  Cənubi  Azərbaycan  şairəsi  Zərrintac  Tahirə  xanım  da  “Sildim  həm  kafirliyi  həm 

müsəlmanlığı; Kəbəylə kilsədə fərq yoxdur mənə!” [16] deyərək öz təsəvvüfi şeirləri ilə dinlərüstü 

tolerantlıq  və  multikulturalizmin  ədəbi  incilərini  yaratmışdır.  Deyə  bilərik  ki,  onun  ədəbi-fəlsəfi 

yaradıcılığı XIX əsr babi fəlsəfəsinin təməl sütunlarından biridir.  

Nəcəfdə  ali  dini  təhsil  alan  şair  S.Ə.Şirvani  də  Haqqa  qovuşmada  Kəbə  və  kilsənin  öz  yolu 

olduğunu – 

“Kimisi Kə`bədə həqqi, kimi deyr [kilsə] içrə görər, 

Hərə bir növü gəzər, axtarar ol Sübhani” [13]. 

deyərək qeyd edir, sufizm və hürufiliyin kamil insanı beytullah-Allah evi ilə bərabər sayması 

prinsipindən hərəkətlə belə yazırdı: 

“Həcər ol xal, üzün Kə`bə, qara örtügü zülfün 

Qoyub səni, niyə hüccaclər Hicazə gedərlər” [6, s. 77]. 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Azərbaycanda  mütərəqqi  dini  maarifçilik  hərəkatı 

inkişaf edir. Bu dövrdə fəaliyyət göstərmiş Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi və onun 

1904-1906-cı  illərdə  H.Z.Tağıyevin  dəstəyilə    nəşr  olunmuş  ilk  azərbaycanca  təfsir  olan  “Kəşfül-

həqayiq”  (“Həqiqətlərin  açıqlanması”)  əsəri  də  sufizm  və  multikulturalizm  baxımından  müstəsna 

əhəmiyyətə  malikdir. əl-Bakuvi  bu  əsərinin  III  cildinin  müqəddiməsində  müsəlmanları 

maarifləndirmək istəməsindəki əsl qayəsinin islam dinindən ixtilafı yox etmək və islamda təfriqəyə 

səbəb  olan  müxtəlif  təriqətləri,  məzhəbləri  birləşdirmək  olduğunu  göstərirdi.  əl-Bakuvi  Quranın 

başqa din mənsubları ilə və bütün millətlərlə sülh, ədalət və insaf üzrə hərəkət etməyi əmr etdiyini 

qeyd  edir  [3,  s.  225-229]  və  təfriqənin  səbəbi  olaraq  Qurana  zidd  saxta  etiqadları  və  savadsız 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

105

 

 



 

 

ruhaniləri  göstərirdi. əl-Bakuvi  islamda  parçalanma  yaradanları  nəzərdə  tutaraq  bu  haqda  belə 



deyirdi:  “Ayə  o  zaman  olmayıbdır  ki  müsəlman  qardaşlar  –  mən  şiəyəm,  sən  sünni,  ya  biləks 

davasını kənara qoyub yekdil və yekqövl [bir qəlblə və bir sözlə] bir kitab, bir din və bir peyğəmbər 

və  bir  məzhəbə  ittifaq  eyləsinlər.  Və  bu  nifaqın  xəbis  ləfzlərini  tərk  edib  İslam  və  ittihad  ləfzləri 

ixtiyar edib “eyd” (vahid güc) hökmündə olsunlar” [3, s. 645].  

Əl-Bakuvinin  “Kəşfül-həqayiq”  əsərində  dövrün  şəriət  xadimləri  tərəfindən  küfrlə  ittiham 

edilən  Həllac  Mənsur,  Nəsimi  kimi  “ənəlhəq”  deyən  sufilər  müdafiə  olunur  və  onları  qətl  edənlər 

günahlandırılırdı.  Əl-Bakuvi  Quranın  “Taha”  surəsinin  14-15-ci  ayələrinə  əsaslanaraq  bu 

nümunəni  gətirirdi:  “Bir  ağacdan  “Mən  Həqqəm”  demək  doğrudur  da,  niyə  xoşbəxt  birindən 

olmasın?”  [4,  s.  439].  Əl-Bakuvi    “O  zamanlarda  səltənət  və  hökumət  zalimlər  əlində  olmaq 

cəhətinə  nəinki  Mənsur,  ondan  da  böyük  dini-islam  rəislərinin  qətlinə  fətva  verib  muradlarına 

yetişdilər”  [5,  s.  87]  deyərək  tarix  boyu  nadan  din  və  dövlət  xadimləri  tərəfindən  təqib  və  qətl 

edilmiş Həllac Mənsur, Nəsimi kimi mütəfəkkirlərə öz rəğbətini ortaya qoymuşdu.  

Qeyd  edək  ki,  Quranın  multikultural  ideyaları,  Bəqərə  surəsi  62-də  deyilən  “İman 

gətirənlərdən,  musəvi,  isəvi  və  sabiilərdən  Allaha,  axirət  gününə  inanıb  yaxşı  iş  görənlərin 

mükafatları Rəbbinin yanındadır” ayəsi və bənzər ayələr müsəlmanlar üçün dinlərin vəhdətinə bir 

nümunədir.  Bu  prinsiplər,  həmçinin  əl-Bakuvi  kimi  sufi  mütəfəkkirlərin  ortaya  qoyduğu 

multikulturalizm  ideyaları  Azərbaycan  Respublikasının  Konstitusiyası  47  və  48-ci  maddələrdəki 

“Fikir  və  söz;  Vicdan  azadlığı”  prinsipləri  ilə  də  həmahəngdir.  Cənab  Prezident  İlham  Əliyevin 

göstərdiyi kimi - “İslam sülh dinidir” [17]. Bu ideyaların klassik sufi mütəfəkkirlərimizin ideyaları 

ilə birlikdə təbliği gənc nəslin daha tolerant, multikultural yetişməsi baxımından çox əhəmiyyətlidir 

və daim təbliğ edilməlidir.  

 

Ədəbiyyat: 



1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı, 2016. Elmi red: K.Abdulla. 

2. Cəfərov N. Füzulidən Vaqifə qədər. Bakı, 1991. 

3. əl-Bakuvi, Kəşfül-həqayiq, I c., Tiflis, 1904. 

4. əl-Bakuvi, Kəşfül-həqayiq. II c., Tiflis, 1904. 

5. əl-Bakuvi, Kəşfül-həqayiq, III c., Tiflis, 1906. 

6. Əhmədli R. Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri. Bakı, 2005. 

7. Həmzə Nigari Simpoziumu Materialları. Amasiya, 2012. Tərtibçi: M.Rıhtım və b. 

8.  Qara  məcmuə.  Şeyx  Səfiəddin  Ərdəbilinin  şeirləri,  sözləri,  öyüdləri  və  mənqəbələri  // 

Tərtib edən: Doktor Hüseyn Məhəmmədzadə Sədiq. Tehran, 2001. 

9.  Məmmədli  N.  Seyid  Nigari  və  Mövlana  Cəlaləddin  Rumi  //  I  Beynəlxalq  Həmzə  Nigari 

Simpoziumu Materialları. Amasiya, 2012. Tərtibçi: M.Rıhtım və b. 

10. Nəsimi İ. Sеçilmiş əsərləri. İki cilddə. I c., Bakı, 2004. 

11. Nəsimi İ. Sеçilmiş əsərləri. İki cilddə. II c., Bakı, 2004. 

12. Nigari. Divan / Haz: A.Bilgin. Ankara, 2011. 

13. http://anl.az/el/k/fk_s.e/gs001.htm // Gürcü şairi Akaki Sereteli yubileyinə dair. 

14. http://ebitik.azerblog.com/anbar/457.pdf // Xətai Ş.İ. Əsərləri. II cild. 

15.  http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=3854  //  Rıhtım  M.  Şirvandan  Anadoluya 

axan irfan nəhri: Nəqşibəndiyyə təriqətinin tarixi kökləri. 

16.http://www.bahaigrafik.com/wp-content/uploads/2013/12/TAHIRE.pdf 

17. http://www.xezerxeber.com/gundem/128576/ilham-eliyev-islam-sulh-dinidir 

18. http://www.azadliq.org/content/article/24775999.html 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin