Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə20/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

116

 

 



 

 

                                                                



Summary 

In this article one of the main issues of nowadays multiculturalism problem is investigated on  

examples  of  literary  fiction.  Especially  formulation  of  multicultural  issues  and  their  topicality  is 

contemplated in the classic examples of our dramaturgy. In Azerbaijan, religious tolerance, mutual 

integration of national cultures, national, spiritual, ethical value embodiment issues on literature are 

being researched. 



 

 

 

 

 

 

 



Aygün Orucova, filologiya üzrə fəlsəfə doktoru 

AMEA-nın Naxçıvan Bölməsi 

orujovaaygun82@gmail.com 

 

NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA MULTİKULTURALİZM 



 

Açar sözlər: multikulturalizm, humanizm, din, millət, xalq 

Key words: multiculturalism, humanism, religion, nation, people 

 

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, 



əsrlər  boyu  milli-mədəni  rəngarənglik  mühitinin  formalaşdığı,  ayrı-ayrı  millətlərin  və 

konfessiyaların  nümayəndələrinin  sülh,  əmin-amanlıq,  qarşılıqlı  anlaşma  və  dialoq  şəraitində 

yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə 

çevrilmişdir”  [4].  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  yuxarıdakı  fikirlərinin  əks 

olunduğu  11  yanvar  2016-cı  il  tarixli  Sərəncamı  ilə  2016-cı  il  Azərbaycan  Respublikasında 

“Multikulturalizm  ili”  elan  edilmişdir.  Bu  heç  də  təsadüfi  və  əsassız  deyil.  Çünki  Azərbaycanda 

azərbaycanlılardan  başqa  bir  çox  millətlərin,  mədəniyyətlərin  və  bir  çox    dinlərin  nümayəndələri 

yaşayır. “Azərbaycanda yaşayan 20-dən artıq azsaylı xalqların nümayəndələri yaşayır. Bu xalqların 

bir  qismi  İslam  dininin  şiə  məzhəbinə,  bir  qismi  isə  İslam  dininin  sünni  məzhəbinə  qulluq  edir. 

Bundan başqa ölkədə xristianlığın pravoslav xəttinə, eləcə də, iudaizm dininə xidmət edən çoxsaylı 

yəhudilər  var.  Həmçinin,  ölkədən  getməmiş  erməni  Qriqoryan  məzhəbinə  qulluq  edən  və 

azərbaycanlılarla  müəyyən  qohumluq  əlaqələrinə  malik  ermənilər  də  var”  [3].  Multikulturalizm 

bütövlükdə  millətlərarası,  dinlərarası  münasibətləri  tənzimləyən  bir  elm  sahəsidir.  Bunsuz 

humanizm,  insanlar  arasında  qarşılıqlı  anlaşma,  qarşılıqlı  zənginləşmə,  dostluq  və  əməkdaşlıq 

mümkün deyil. 

Azərbaycan  intibahının  XII  əsrdə  ən  humanist  nümayəndələrindən  olan  Nizami  Gəncəvinin 

(1141-1209)  yaradıcılığı  multikulturalizm  və  tolerantlıq  elementləri  ilə  zəngindir.  Böyük  şair 

irqindən,  milli  və  dini  mənsubluğundan  asılı  olmayaraq  insana  çox  yüksək  dəyər  vermişdir.  Dahi 

Nizaminin  əsərlərində  türk,  rus,  fars,  ərəb,  hindli,  çinli,  həbəş,  yunan,  gürcü  və  başqa  xalqların 

nümayəndələrinə rast gəlirik. Nizami bütün bu xalqların hamısına hörmətlə yanaşmışdır: 

Zəncinin zahiri qaradır, ancaq, 

Sən ağzından çıxan saf sözlərə bax. 

Zənci dəmir kimi qara, parlaqdır, 

Üzü qaradırsa, ürəyi ağdır. 

Nizaminin  təsvir  etdiyi  Məzdəkilik  və  Xürrəmilik  ideyaları  ilə  səsləşən  “Xoşbəxtlər  ölkəsi”  

mütərəqqi  əxlaqi,  sosial,  mənəvi,  bəşəri  dəyərlərinə  görə  ən  yüksək  nöqtə,    bugünümüz  üçün  də 

bənzərsiz  bir  nümunədir.  “Təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın  və  Orta  Şərqdə  elm  və 

incəsənətin,  intibah  mədəniyyətinin  yetişdiyi  ən  yüksək  zirvə”  [1]  ancaq  və  ancaq  dahi  Nizami 

Gəncəvinin  insanlıqla  bağlı  xəyallarının  nəticəsi  idi.  Bu  cəmiyyətdəki  insanlar  arasındakı  dostluq, 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

117

 

 



 

 

bərabərlik,  maddiyyata  önəm  verməmək,  yalana,  iftiraya,  xəbərçiliyə,  qeybətə  yol  verilməməsi, 



bütün insanlara eyni gözlə baxılması, insanların siniflərə bölünməməsi və s. insana verilən yüksək 

dəyərdir.  Elə  bu  sadaladıqlarımız  multikulturalizmin  yaranmasına  gətirib  çıxaran,  onun  əsasını 

təşkil edən humanizmdir.  

“İskəndərnamə”  əsərində  dünya,  yaradılış,  insan,  həyat  və  ölüm,  elm  və  din,  ağıl  və  əxlaq 

haqqında  ictimai,  fəlsəfi  düşüncələrini  ifadə  etmişdir.  “İqbalnamə”  hissəsində  “Arşimideslə  Çinli 

kənizin  hekayəsi”,  “Qiptili  Mariyənin  hekayəsi  və  onun  kimyagərliyi”,  İskəndərin  antik  yunan 

filosof və alimləri Əflatun (Platon),  Ərəstun (Aristotel), Valis (Miletli Fales), Fərfuriyus (Porfiri), 

Bəlinas  (Plin),  Sokrat,  Hermes  kimi  tanınmış  yeddi  alimlə  dünyanın  yaranması  haqqındakı  elmi 

söhbətləri də diqqəti cəlb edir.  

Böyük    şair  Nizami  Gəncəvinin  ədalətli  hökmdar,  ideal  hökmdar  axtarışları  da  onun  məhz  

insansevərliyinin  təcəssümüdür.  Bu  səbəbdən  də  o,  zülmlə  abad  bir  ölkəni  xarabazarlığa  çevirən 

Rast-Rövşənə  olan  nifrətini  ifadə  edir,  onun  zalımlığını  isə  Allahı,  yaradanı,  haqq-hesab  gününü 

unutması ilə əlaqələndirir:  

Eşitmişəm şahın, üzlərdən iraq, 

Bir vəziri vardı Allahdan uzaq. 

Rast-Rövşən qoymuş adını düzü, 

Bu addan uzaqdı olduqca özü. 

Düzlükdən yuxaydı, nazikdi qat-qat, 

Düzlüyü əyrilik, işığı zülmat. 

Bəhramın  dünyanın  yeddi  ölkəsindən  olan,  yeddi  xalqı,  yeddi  müxtəlif  mədəniyyəti  təmsil 

edən  gözəlləri  öz  sarayına  gətirtməsi,  onlara  ehtiram  göstərməsi  də  Nizami  Gəncəvinin 

multikulturalizmini bir daha təsdiqləyir. Şair böyük məhəbbətlə, maraqlı bənzətmə və müqayisələr 

vasitəsilə yeddi gözəli təsvir etmişdir: 

Rəsm etmişdi gözəl yeddi şux pəri, 

Hər biri bir elin parlaq ülkəri.  

Hind şahının qızı sevimli Furək,  

On dördlük ay kimi dilbər bir mələk. 

Çin xaqanının qızı Yağmanaz, 

Gözəllər afəti, misli tapılmaz. 

Bir kəklik yürüşlü, şux, solmaz pəri, 

Xarəzm şahzadəsi gözəl Nazpəri. 

Slavyan şahının rumi geyimli, 

Gözəl Nəsrinnuşu, türktək sevimli. 

Məğrib padşahının Azəryun qızı,  

Nurə qərq eləyən günü, ulduzu. 

Şanlı qeysər qızı, şöhrəti Humay, 

Humayın gözəli, surəti Humay.  

Keykavus nəslindən dilli, diləkli, 

Kəsranın Dürsəti tavus bəzəkli . [2, s. 69] 

“Yeddi gözəl” poemasının “Bəhram-Gurun ədalət və səxavəti” adlı hissəsində böyük Nizami 

Bəhramın  şah  kimi  geyinməsindən  bəhs  edərkən  onun  gözəlliyini  rum  xalqı  ilə,  yaxşı  insani 

keyfiyyətlərini çin xalqı ilə müqayisə edir: 

Başda Çin papağı, tərlan döşütək 

Rumi paltar verdi əyninə bəzək. 

Rumdan gözəllikdə o bac alandı, 

Yaxşılıqda Çindən xərac alandı [2, s. 91]. 

Və  yaxud  eyni  əsərdə  Fitnənin  gözəlliyini  təsvir  edərkən  iki  xalqa  məxsus  zahiri  milli 

xüsusiyyətlərdən  istifadə  edilməsi  də  diqqətəlayiqdir.  Şair  “qıvrım  saçlar”  əvəzinə  “zənci  saçlar”, 

“qara xal” əvəzinə “hindu xal” ifadələrini işlədir və bu bənzətmələr də tamamilə orijinaldır, yenidir: 

Zənci saçlar qara, hindu xal təzə, 

Sanki vuruşmağa durub üz-üzə. 

Əqiq dodaqlarda qara xal durmuş, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

118

 

 



 

 

Zənci öz möhrünü xurmaya vurmuş [2, s. 105]. 



Böyük şairin müxtəlif dinlərə münasibəti məsələsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, 

“Xəmsə”nin  bütün  poemalarında  nət,  minacat  hissələrdə  və  ümumiyyətlə,  bir  çox  məqamlarda 

Allahın təkliyindən, böyüklüyündən, onun peyğəmbərlərindən bəhs etmişdir. Nizami Gəncəvi özü 

dindar,  mömin  bir  müsəlman  olmuş,  dönə-dönə  Allahın  hər  şeyə  qadir  olduğundan,  mərhəmətli, 

bağışlayan  olduğundan  bəhs  etmiş,  hətta  “Bişr  və  Məlixa”  hekayəsində  insana  inanan  dindar  bir 

şəxsi bəzi qüsurları olan alimdən belə uca tutmuşdur. Bəhram şahın islam dininə zidd olaraq mey 

içməsini,  eyş-işrətə  dalmasını  və  bütün  bunların  nəticəsi  olaraq  ölkəni  müdafiəsiz  buraxmağını 

dönə-dönə pisləmişdir:  

Hamı: Sərxoş olmuş, - dedi Bəhrama, 

Dini meyə satıb, şəmşiri cama [2, s. 109].  

Dahi  Nizami  “Şərəfnamə”də  Novruzla  bağlı  adətlərdən  “Zərdüştlük  qalıqları”  adı    altında 

bəhs etsə də, onun bu dinə olan böyük məhəbbəti açıq-aydın sezilir:  

Əllər al xınalı, üzlər bəzəkli, 

Hər yandan gəlirdi coşğun ürəkli. 

Atəşdən, mövludun əfsunlarından, 

Tüstüdən don geyər uca asiman. 

Nizami Gəncəvi Neman şahın xristian dininə itaət edən vəziri haqqında yazdıqları başqa dinin 

nümayəndəsi  olmasına  baxmayaraq,  çox  böyük  təsirə  malik  olmuşdur  və  şahın  taxt-tacı  tərk 

etməsinə səbəb olmuşdur:  

Onun ədalətli vəziri vardı, 

İsanın dininə pərəstişkardı.  

O dedi: “Allahı duyub tanımaq 

Sənin dövlətindən yaxşıdır ancaq. 

Sən o mərifəti duysan mükəmməl, 

Bu bəzək-düzəkdən götürərdin əl” [2, s. 59].  

Böyük    şairin  orta  əsr  Yaxın  və  Orta  Şərq  intibahının  ayrılmaz  tərkib  hissəsi  olan,  insan 

şəxsiyyətini  ucaldan  və  onu  müdafiə  edən  sufizmə  münasibəti  də  müsbət  mənalı  olmuşdur.  O, 

ehkamçılığa,  sxolastikaya  qarşı  çıxmaq,  azadfikirlilik  təbliğ  etmək  üçün  sufizmdən,  onun  məşhur 

terminlərindən istifadə etmişdir:  

Gər qürurun yox isə, lütf elə, meyxanəyə gəl, 

Nərd atıb, badə içib kafər olan xanəyə gəl.   

Şair bu qəzəlində insanları hər iki dünyanın əzabından xilas olub şadlanmağa, kafirlik şərabı 

içməyə dəvət edir. Belə kafirlik müsəlmanlığa qarşı qoyulmuşdur. 

Yuxarıda  qeyd  etdiklərimizdən  bir  daha  aydın  olur  ki,  Azərbaycan  intibahının  ən  görkəmli 

nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı həm də multikulturalizm və tolerantlıq 

baxımından zəngindir. Bu sahədə irihəcmli araşdırmalar aparılmasına ehtiyac vardır. 

ƏDƏBİYYAT: 

1. Ə.Səfərli, X.Yusifli. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1998, 632 s.  

2. N. Gəncəvi. Yeddi gözəl. Bakı: Lider, 2014, 336 s.  

3.http://musavat.com/news/olke/2016-ci-ilin-multikulturalizm-ili-elan-edilmesinin-sebebi-

nedir_317845.html  

4. http://president.az/articles/17437 

Aygun  Orucova 

MULTICULTURALISM IN THE WORKS NIZAMI GANJAVI 

Summary 

The  works  of  Nizami  Ganjavi  (1141-1209),  who  has  been  one  of  the  most  humanistic 

representatives  of  the  Azerbaijani  Renaissance  in  the  XII  century,  is  rich  in  elements  of 

multiculturalism  and  tolerance.  The  great  poet  had  a  high  opinion  of  a  Human,  regardless  of  his 

racial, ethnic or religious affiliation. In the works of genius Nizami we meet with representatives of 

the  Turkish,  Russian,  Persian,  Arabic,  Indian,  Chinese,  Abyssinian,  Greek,  Georgian  and  other 

nations. Nizami had a profound respect for all these nations. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

119

 

 



 

 

Gülşən Bəşirova  



filologiya üzrə fəlsəfə doktoru, dosent 

Heydər  Əliyev adına AAHM. 

 

FİRİDUN BƏY KÖÇƏRLİ RUS YAZIÇILARI HAQQINDA 

 

Açar  sözlər:    abid  (ibadətlə  məşğul  olan);  bimisl  (qiymətsiz);  əhli-kəmal  (bilik  əhli,  ağıllı); 

ədibanə (ədəbli və tərbiyəli adama yaraşan tərzdə); fəna (pis);  



Key words: worshipper; priceless knowledgeable; as an educated people; the bad;  

 

Firidun  bəy  Köçərli  (1863-1920)    ədəbi  tənqidi  məqalələrilə  böyük  bir  xəzinə  yaratmışdır. 



Onun  bu  mövzudakı  əsərləri  elmi  sanbalı,  təfəkkür  dərinliyi,  əhatəliliyi  və  yeniliyi  cəhətdən  çox 

qiymətli  əsərlərdir.  Dövrünün  elə  bir  mühüm  ədəbi-mədəni  hadisəsi  olmaz  ki,  F.Köçərli  ona 

dərindən nüfuz etməsin, öz sözünü deməsin. 

Dövrünün  (XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri)  böyük  və  kiçik  ədəbi  hadisələrini  diqqətlə 

izləyən F.Köçərlinin müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrinin ana xəttini xalqının 

mənafeyi, onun maariflənməsi kimi problemlər təşkil edir. 

"F.Köçərli  dövrünün  qabaqcıl  bir  ziyalısı  kimi  dünya  və  rus  ədəbiyyatının  təcrübəsindən 

istifadə edir, xalqın həyatında incəsənətin, ədəbiyyatın rolunu yüksək qiymətləndirirdi [2, 379]. Bu 

cəhətdən  onun    həmin  illərdə  çap  etdirdiyi  məqalələri  içərisində  rus  yazıçı  və  şairlərinin  həyat  və 

yaradıcılığına  həsr  etdiyi  xeyli  sayda  məqaləsi  vardır.  Məqalələrin  bir  qismi  həmin  yazıçıların 

yubileylərinə,  digər  qismi  ədəbi  yaradıcılıqlarına  həsr  edilmişdir.  Digər  məqalələr  isə  maarif  və  

mədəniyyətə,  təlim-tərbiyəyə  aid  fikirlərini  oxuculara  daha  ətraflı  çatdırmaq  üçün  istifadə  etdiyi 

əsərlərdir.  

F.Köçərlinin Anton Pavloviç Çexovun (1860-1904) vəfatı münasibətilə  16 iyul  1904-cü ildə 

"Şərqi-Rus"  qəzetində  çap  etdirdiyi  məqaləsi  maraqlıdır.  Burada  A.P.Çexov  "təbii,  mətin,  qələmi 

ötkün və dili şirin bir ədibdir". 

Köçərli qeyd edir  ki, A.P.Çexov özünün müxtəsər və qısa hekayələrində rus millətinin hər bir 

sinfinin  əhvalatını  yazıb,  eyib  və  qüsurlarını  istehza  və  kinayə  ilə  zərif  şəkildə  göstərir.  Kiçik  və 

məzmunlu  hekayələri  ilə  məişət  hadisələrini  yazıb,  demək  olar  ki,  onun  şəklini  çəkib  bir  tərəfdən 

oxucularını həm sevindirib, həm də kədərləndirib.  

O  zaman  A.P.Çexovun  əsərlərinin  12  cilddə  çap  olunduğunu  söyləyən  ədib  Çexovun 

komediyalarının  da  olduğunu  bildirir.  Qəzetdə  özünün  tərcüməsində  yazıçının  "At  familiyası" 

əsərinin Azərbaycan dilinə tərcüməsini də verir. 

F.Köçərli  1903-cü  ildə  çap  etdirdiyi  "Azərbaycan  ədəbiyyatı"  adlı  genişhəcmli  məqaləsində 

diqqəti Azərbaycan yazıçı və şairlərinin rus yazıçılarından etdiyi tərcümələrə cəlb edir. Məlum olur 

ki, artıq həmin dövrdə A.S.Puşkindən: "Dubrovski" və "Çöl xanımı" povestlərini M.H.Əfəndiyev, 

"Torçu və balıq", "Oleq haqqında mahnı" əsərini F.Köçərli və şairin bir çox əsərlərini Əhməd Bəy 

Cavanşir tərcümə etmişlər. 

M.Y.Lermantovdan:  "Mtsıri",  "Mühasirə",  "Üç  xurma  ağacı",  "Terekin  hədiyyələri",  "Hacı 

Abrek"  və  bir  çox  xırda  şeirləri  Əhməd  Bəy  Cavanşir,  "Yel  gəmisi"  əsərini  isə  Əsgərağa 

Adıgözəlov tərcümə etmişlər. 

N.V.Qoqoldan: "Müfəttiş" əsərini Nəriman Nərimanov tərcümə etmişdir. 

L.N.Tolstoydan:  "Əvvəlinci  şərabçı"  əsərini  S.M.Qəniyev  və  "Tənbəkinin  və  şərabın  zərəri 

barəsində" əsərini F.Köçərli  tərcümə etmişdir. 

V.A.Jukovskidən:  "Yatmış  şahzadə",  "Yay  axşamı"  və  bir  çox  başqa  şeirlərini  Əhmədbəy 

Cavanşir  tərcümə etmişdir. 

İ.A.Krılovdan: bir çox təmsilləri Xan Qaradağski və Rəşid Bəy Əfəndiyev tərcümə etmişlər. 

Qeyd  edək  ki,  F.Köçərli    əsərlərində  A.S.Puşkinin,  M.Y.Lermontovun,  L.N.Tolstoyun,  

İ.A.Krılovun, N.A.Nekrasovun və digər rus yazıçı və şairlərinin əsərlərinə dəfələrlə müraciət etmiş, 

onlar haqqında geniş və ətraflı məqalələr yazmışdır. 

F.Köçərli "Qaranliqda qalanlarımız" ["İrşad" qəzeti, 2 mart 1906-cı il] adlı məqaləsində ciddi 

bir  problemə  toxunur.  İ.A.Krılovun  "Ağacın  yarpaqları  və  kökləri"  adlı  təmsilinə  müraciət  edir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

120

 

 



 

 

Əsərin qısa məzmunu budur ki, ağacın  yarpaqları özlərini tərifləyir, ancaq kökləri  yada salmırlar. 



Bu zaman köklər  bildirir ki, siz hər yerdə təriflənirsiniz, amma biz həmişə qaranlıqda işləyib sizə 

həyat veririk. Biz olmasaq nə ağac salamat qalar, nə də sizdə lətafət və təravət olar. Ədib bildirir ki, 

bu təmsilə müraciət etməkdə məqsədi budur ki, "... bizim müsəlmanların nücəba və əhli-kəmalı öz 

kökləri və rişələri mənziləsində olan rəiyyət tayfasını, əkinçi və cütçü qardaşlarını unudub, bilmərrə 

onların qeydinə qalmazlar". 

1906-cı ilin 2 mart tarixində "İrşad" qəzetində çap olunmuş "İdarədən" adı altında bir qeyddə 

həmin  məqaləyə  aid  aşağıdakılar  yazılıb:    "Əfəndim,  bədbəxt  kəndçilərimiz  xüsusunda 

qələminizdən  tökülən  göz  yaşları  hər  bir  daş  ürəklinin  ciyərindən  bir  ah  qoparmağa  şayandır... 

Darülmüəllimlərdə  kəsbi-maarif  etmiş  cavanlarımızın  kəndlərdən  qaçmağına  gəlincə,  bu  özü 

kəndçilərdən  ötəri    bir  xoşbəxtlikdir.  Mironov  və  Smirnov  kimi  missionerlərin  təhti-idarəsində 

bulunan  darülmüəlliminlərdə  kəsbi-maarif  deyil,  ruslaşmış  və  ruslatmaq  sənətini  kəsb  etmiş 

cavanların  kəndçilərimizin  qaranliq  olmuş  olsa  da  idilliyaya  mənsub  olan  həyat  və  məişətlərini 

bulandırmaları heç bir halda arzu olunmasın gərək". Burada sənətkar bir qədər aşkar və gizli şəkildə 

rusların  ruslaşdırma  siyasətinə  qarşı  çıxır.  Həmçinin  darülmüllimlərdə  təhsilin  birtərəfli  olduğuna 

təəssüflənir. 

Böyük sənətkarın N.V.Qoqolun (1809-1852) anadan olmasının 100 illiyi  münasibətilə 1909-

cu ilin  mart  ayının 18 və 19-da  "Tərəqqi"  qəzetində çap olunmuş məqaləsi  xüsusilə diqqəti cəlb 

edir. 


F.Köçərli  bu  genişhəcmli  məqaləsində  bildirir  ki,  A.S.Puşkin  və  N.V.Ooqoldan  sonra  digər 

yazıçı  və  şairlər  gördüklərinin  surətini  və  şəklini  mahir  naqqaş  kimi  eynilə  çəkib,  bütün  aləmə 

göstərib  deyirlər:  "Baxın,  görün!  Budur    bizim  millət;  bu  sayaqdır  onun  diriliyi  və  dolanacağı; 

budur onun halı , fikirləri, hissiyyatı və xəyalatı!" 

Burada yazıçının uşaqlıq və gənclik illəri, A.S.Puşkinlə görüşməsi və bu hadisənin onun bir 

yazıçı  kimi  yetişməsində  rolu  şərh  olunur.  Sonra  ədib,  əsasən,  Qoqolun  "Müfəttiş"  əsəri  üzərində 

ətraflı  dayanır.  Əsərdəki  məmurları  -  qalabəyi  Anton  Antonoviçi  (o  hamını  aldadır,  onun  kimi 

rüşvətxor,  rəzil,  tənbəl,  axmaq,  səfeh,  əxlaqsız,  qorxaq,  gülünc,  bədbəxt  adam  yoxdur),  hakim 

Lyapkin-Tyapkini  (məhkəmə  işlərini  unudub,  yox  ağlından  dəm  vurur,  allaha  inanmır,  kilsəyə 

getmir,  şam  yandırmır  və  s.),  xəstəxananın  müdiri  Zemlyaniki  (onun  günahları  ucundan 

xəstəxanadakı xəstələr milçək kimi qırılır, xəstələr üçün dövlətin verdiyi pulları yeyib dağıdır, heç 

kimin  qeydinə  qalmır),  poçt  müdiri  Şpekini  (sadədildir,  poçta  salınan  kağızları  açıb  oxuyur  və 

bundan  ləzzət  alır),  şəhər  məktəbinin  müdiri  Xlepovu  (qorxaq  və  hər  şeydən  ehtiyat  edən  bir 

adamdır),  həkim  Xristian  İvanoviçi  (o,  rus  dilini  bilmir,  xəstələrə  ucuz  dərman  verir)  və 

Zemlyanikanın  dediyi  kimi:  "Avam  adam  naxoşluqdan  sağalsa,  dərmansız  da  sağalacaqdır,  ölsə, 

dərman versən də öləcəkdir" kimilərinin iç dünyasını açır. 

Dobçinski və Bobçinski məmur olmasalar da onlar bu quldurların himayəsində gəzib dolanır, 

harada  aş  olsa,  orada  başdırlar.  Haradan  bir  xəbər  eşitsələr,  birinin  üstünə  beşini  qoyub  ötənə, 

keçənə xəbər verirlər. 

Bu avaralar Peterburqdan gəlmiş cavan Xlestakovu müfəttiş hesab edirlər. Köçərli əsərin əsas 

qəhrəmanı olan Xlestakovun (o, özünü öyür, hərdəmxəyaldır,  yalan danışır, acığı tez tutub, tez də 

soyuyur,  boş  yerə  çoxlu  pul  xərcləyir,  arsız,  boşboğaz  və  yüngül  adamdır)  xarakter  cizgilərini 

rəssam dəqiqliyi ilə çəkir. 

Qalabəyi  Xlestakovu  öz  evinə  gətirir.  O,  əvvəl  qalabəyinin  arvadına  aşiq  olur,  sonra  qızına 

elçi düşür və özündən ağıllı olan nökəri Osipin məsləhətilə qaçıb aradan çıxır. 

Sonda  F.Köçərli  yazır:  "Onun  (Qoqolun)  ədibanə  vəsf  qıldığı  rüşvətxor,    tamahkar,  tənbəl, 

bacarıqsız,  öz  vəzifəsini  anlamayan,  camaata  zülm  edən  və  həməvəxt  öz  nəfslərini  güdən 

çinovniklər ilə bizim uyezdlər və mahallar doludur". 

F.Köçərlinin  Qoqolun  "Ölü canlar" ("Fövt olmuş nüfus") əsəri haqqında da maraqlı qeydləri 

vardır. 


F.Köçərlinin rus sənətkarlarının  yaradıcılığına müraciəti heç də təsadüfi  deyildi.  O,  "Puşkin, 

Qoqol  irsindən  söhbət  açarkən  Mirzə  Fətəli  realizmini  yada  salır,  oxucunun  nəzərini  doğma 

ədəbiyyatın tarixinə və bu gününə yönəldir, həyat və sənət həqiqətini ona başa salmaq istəyirdi" [2, 

380] 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

121

 

 



 

 

F.Köçərlinin "Dünyada bəla nədən törəyir?" adlı məqaləsi "Tərəqqi" qəzetinin 26 mart 1909-



cu  il  tarixli  sayında  çap  edilmişdir.  Ədibin  L.N.Tolstoyun  bu  əsərinə  müraciət  etməkdə  məqsədi 

insanların  daxilində  olan  qorxaqlığı  onların  qəlbindən  çıxarmaq,  qorxuya  əsas  səbəb  olan 

savadsızlığa, elmsizliyə və avamlığa qarşı mübarizə aparmaq idi. 

Hekayədə  bildirilir  ki,  bir  abid  (ibadətlə  məşğul  olan)  adamlardan  qaçıb  meşədə  ibadətlə 

məşğul  olur.  Meşənin  heyvanları  ondan  qorxmayıb  başına  cəm  olur.  Abid  onların  dilini,  onlar  da 

abidin dilini başa düşürlər. Bu zaman qarğa, göyərçin, ilan və maral oraya yığılıb aralarında söhbət 

edirlər.  Bəla  və  günahın  haradan  törəndiyinə  cavab  tapmağa  çalışırlar.  Qarğa  bəla  və  günahın 

aclıqdan,  göyərçin  məhəbbətdən,  ilan  qəzəb  və  şərdən  törəndiyini  bildirir.  Maralsa  deyir  ki,  əgər 

ürəkdə qorxu və  vahimə olmasa hər şey yaxşı olar, işlər öz qaydası ilə gedər. 

F.Köçərli  bu  hekayəyə  istinadən  bildirir  ki,  elmsizlikdən  və  avamlıqdan  müsəlmanların 

ürəyinə  qorxu  bərk  sirişk  edibdir.  Cəhl  və  nadanlıq  onları  cürətsiz,  hünərsiz  və  bir  növ  üftadə 

(biçarə),  xar  və  zəlil  edibdir.  Avamlığımızın  ucbatından  vətənimizdə  özümüzü  qəriblər,  evimizdə 

yadlar kimi saxlayırıq. 

F.Köçərli  daha  sonra  yazır:  "Bu  fəlakətlərin  tamamisinə  səbəb  haman  maralın  canına  sirişt 

edən  qorxudur  ki,    biz  müsəlmanların  bədəninə  də  analarımızın  südü  ilə  giribdir.  Söz  yox  ki,  hər 

şeydən  qorxan,  həmişə  qorxu  altında  ömürlərini  çürüdən,  dilsiz-ağılsız,  fəqir  və  yazıq  anaların 

südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir". 

"Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" məqaləsi də "Tərəqqi"  qəzetinin 26 aprel,  29 iyul, 4 

avqust  1909  -cu  il  saylarında  çap  olunmuşdur.  Rus  şairi  N.A.Nekrasov  fəna  halında  yaşayan  rus 

qadınlarını  3  qismə  bölür:  Birincilər,  anadan  kəniz  və  ixtiyarsız  doğulanlar;  ikincilər,  qul  kişiyə 

arvad olanlar; üçüncülər, qul anası olanlar və qul övladına  baxanlardır. 

Böyük  sənətkar  yuxarıda  deyilənlərə  istinad  edərək  ailə  münasibətlərinə  toxunur,  möhkəm 

ailənin, xüsusilə, ata-ananın uşaqların təlim-tərbiyəsində əvəzsiz rola malik olduğunu bildirir.   

Böyük alim, xalqımızın elm və təhsili yolunda bütün varlığı ilə yorulmadan mübarizə aparmış 

Firidun  bəy  Köçərlinin  ədəbi  irsi  o  qədər  zəngindir  ki,  bitib-tükənən  deyil.  Orada  bu  günümüz  və 

gələcəyimiz üçün lazımi biliklər əldə etmək bundan sonra da mümkün olacaqdır.  

 

ƏDƏBİYYAT: 



 

1. Bəkir Nəbiyev. Firidun Bəy Köçərli. Bakı, Gənclik, 1984, 228 s. 

   2. Firidun Bəy Köçərli.Seçilmiş əsərləri. Bakı, AEA, 1963, 342 s. 

3. Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1974, 392 s. 

 

Rezüme 


 

Məqalədə  P.  Çexov,  N.  V.  Qoqol  və  b.  rus  yazıçıları  haqqında  Firidun  Bəy  Köçərlinin 

müxtəlif  illərdə  yazdığı  və  o  dövrün  mətbuatında  çap  etdirdiyi  məqalələrinə  diqqət  yetirilir.  Bu 

əsərlərdə  irəli  sürülən  ideya  və  fikirlərin  həmin  dövrdəki  Azərbaycan  gercəkliyi  ilə  əlaqələri  ön 

plana çəkilir. 

 

Gulshan Bashirova 



FIRUDIN BEY KOCHARLI ABOUT RUSSIAN WRITERS 

 

Summary 



 

The article is dedicated to the works of Firudin Bey Kocharli about P. Chexov, N. V Gogol 

and  other  Russian  writers,  written  in  different  years  and  published  in  the  press  of  the  time.  The 

relations  of  thoughts  and  ideas  discussed  in  these  works,  come  to  the  fore  with  the  realities  of 

Azerbaijan of that time. 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin