Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə23/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

132

 

 



 

 

adlı  müasir  ədəbiyyatın  şah  əsərində  Qustav  Yunqun  əsasını  qoyduğu  arxetiplərə  rast  gəlirik. 



Qustav Yunqa görə arxetiplər şüuraltının mental özünəməxsusluğunun formalaşmasında mühüm rol 

oynadılar  və  “instinktiv  nizamlayıcılar”  qismində  bizim  şüurumuza  və  real  davranışımıza  nəzarət 

etməyə  başladılar.  Arxetiplər  hər  bir  insanın  tipik  durumlarda  sövqi-təbii  arxaik  nümunələri-ulu 

babaların  kollektiv  təcrübəsini  təqlid  etməyə  yardım  edirlər.  Yunq  qeyd  edir  ki,  ümumi  bəşəri 

arxetiplərlə yanaşı, hər bir xalqın özünə xas arxetipləri də var.  

Bizim  həyat  tərzimizi  daha  çox  “şüuraltı  və  instinktiv  fenomenlər”  kimi  arxetiplər 

müəyyənləşdirir  və  gözə  görünmədən  bizim  tipik  davranışımızın  alqoritmini  təyin  edir.  Həyat 

tərzinin böhranlı durumlarında isə onlar son dərəcə fəallaşırlar – şüuraltıdan çıxır və dəqiq şəkildə 

hərəkətlərimizə nəzarət edirlər. “Normal halda” isə mentalitet ( və arxetip) gözəgörünməz (şüuraltı) 

fenomen qismində fəaliyyət göstərir ki, bu da onun öyrənilməsini xeyli çətinləşdirir [2, s. 7]. 

İlk  bəhs  edəcəyimiz  qismət  və  şabalıd  ağacı  arxetipi  Kolumbiya  əhalisinə  xas  olan  arxetip 

olduğundan bunu biz məhz Markezin əsərində görürük. 

Qismət arxetipi və şabalıd ağacı. 

Xalqların  kosmoqonik  təsəvvürlərinə  görə  kainat  bir-biri  ilə  bağlı  olan  3  aləmdən  ibarətdir. 

Tanrının  ilahi(səmavi)  aləmi,  insanların  yer  üzündəki  həyatı  və  əcdadların,  ruhların  yeraltı  aləmi. 

İnsan dünyaya gəlməmişdən əvvəl  ilahi  Həyat  Ağacında onun qisməti həkk olunmuş  yeni  yarpaq 

meydana  gəlir.  Yarpağın  mistik  naxışlarında  onun  həyatının  ən  xırda  detalları  belə  öncədən  öz 

əksini  tapmışdır.  Qismətə  söykənən  şüur  üçün  yer  üzündəki  həyatın  bütün  çalarlarının  və 

kolliziyalarının  Göylərin  xüsusi  işarəsi  –  Tanrının  şəfqətinin  təzahürü  qismində  dərk  olunması 

böyük əhəmiyyət kəsb edir [ 2, s. 254 ]. 

Əsərdə  şabalıd  ağacı  isə,  zənnimcə,  qadın  və  kişi  başlanğıcını  bildirir,  çünki  şabalıdlar  öz 

cecələrində  cüt-cüt  olur.  Bu  isə  ilk  yaradılış  Adəm  və  Həvvanın  simvoludur.  Belə  ki,  əsərdə 

Buendiya  Adəmdir,  daim  kəşflərin  ardınca  qaçan,  dünya  sirlərini  dərk  etməyə  çalışan,  Allahın 

şəklini çəkməyə cəhd etməklə ona qovuşmaq istəyən ilk kişi yaradılışı, Ursula isə Həvvadır. Onun 

qohumların əlaqəsindən yaranan uşaqların quyruqlu olması qorxusu da ikibaşlıdır. Markez bununla 

həm Həvvanın Allahın cəzasının nəinki onun, həmçinin onun dünyaya gətirdiyi bütün övladların və 

gələcək nəsillərin də alnına yazılmasından qorxur. Bu əsərdə olan simvolik mənadır, həqiqi mənası 

isə  doğrudan  da  insanların  qohumluq  əlaqəsi  nəinki  onları  maddi  baxımından  heyvana  çevirir, 

onların mənəviyyatını da heyvani edir. Çünki bir çox tayfalar incest prosesinə meylli olduqları üçün 

qohumluq  əlaqələrini  tanımadıqları  üçün  yer üzündən silinmişlər. Digər  mənası  isə  ailə  üzvlərinin 

bir-birini  sevməsi  və  bunun  təkrarlanması  başlanğıca  qayıtmaq,  bəşər  övladlarının  etdikləri  səhvi 

yenidən  təkrarlamaqla  uçuruma  yaxınlaşmaqlarını  göstərir.  Axı  Allah  da  Adəm  və  Həvvaya 

ağacdan  almanı  (şüuru)  yeməməyi  xəbərdar  etmiş,  ancaq  onların  buna  səthi  yanaşması  onların 

fəlakətinə gətirmişdi.  

Ursulanın  xəbərdarlığına  səthi  yanaşılması  nəticəsi  isə  nəinki  Buendiya  nəslinin  tənhalığına 

gətirdi,  həm  də  cənnətin  simvolu  olan  Makondadan  qovulmalarına  səbəb  oldu.  Buendiyanın, 

Palkovnikin  ağac  altında  can  verməsi,  Ursulanın  bura  gələrək  rahatlıq  tapması  onların  hələdə 

başlanğıca, köklərinə bağlı olmasını xatırladır. Buendia ağac altında latın dilində danışır, çünki İncil 

də bu dildə  yazılıb. İnsanlar ağacın budaqlarıdır, kökdən uzaqlaşdıqca onu unutmaqla keçmişlərini 

unudurlar. Keçmişini unudan insanın isə gələcəyi yoxdur. Elə əsərin də əsas mənası budur.  

2-ci bəhs edəcəyimiz Yunqun Ağsaqqal arxetipi də əsərdə özünü təcəssüm edir. 

Ağsaqqal arxetipi. 

Ali müdrikliyin rəmzi, nəslin sabitliyi və ənənələrin qorunub saxlanmasının zəmanəti, keçmiş 

təcrübələrin  daşıyıcısı,  məsləhətçi  və  gələcəkdən  xəbər  verəndir.  Ağsaqqal  mücərrəd  intellekt  və 

yaxud  kitab  erudisiyası  ilə  yox,  çoxsaylı  nəsillərin  təcrübəsinin  uzunmüddətli    təqlidi  ilə  əldə 

olunmuş həyat müdrikliyi ilə assosiasiya oyadır. Sosiumun (ailənin, nəslin) bütün üzvləri Ağsaqqala 

xüsusi olaraq hörmətcil münasibət bəsləyir. O, bütün həyatı ilə üzvi şəkildə icmanın keçmişi və bu 

günü ilə çulğalaşımışdır və bunun sayəsində hamının hörmətin qazanmışdır. Onun ölməzliyinə inam 

və  onun  çox  şeyə  qadir  olması  hamı  tərəfindən  qəbul  edilir.  Bu  cümləni  oxuduqda  ilk  növbədə 

əsərdəki Melikades (ciqan) obrazı yada düşür. Markez yalnız onun həqiqət haqqında məlumatı olan, 

gələcəkdən  xəbər  verən,  öldükdən  sonra  da  ruhunun  ailə  üzvləri  ilə  görüşməsi,  onlara  dünya 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

133

 

 



 

 

haqqında  məlumat  verməsi  ilə  onun  Ağsaqqal  olmasını  göstərir.  Ənənəvi  sosiumun  ağsaqqalsız 



həyatı onun mümkün tənəzzülünün başlanğıcı ola bilər.  

Məhz Melikadesin sonrakı nəsillərlə əlaqəyə girməməsi onların məhvinə səbəb olur. Ənənəvi 

ailə  yalnız  müdrik  müəllimin  mövcudluğu  şəraitində  sabitdir  və  funksional  baxımdan  yararlıdır. 

Ağsaqqalın  hansı  dünyadan  öz  missiyasını  həyata  keçirməsi  əsərdən  də  göründüyü  kimi  böyük 

əhəmiyyət kəsb etmir. 

Əsərdə həmçinin ümumi bəşəri arxetiplər olan qonaq və ad arxetiplərinə də təsadüf edirik. 

Qonaq arxetipi  

Qonaq  qəbul  olunması  mərasimi  ailənin  və  nəslin  nüfuzunun  formalaşmasının  mühüm 

şərtidir.  Ətrafdakıların  hər  hansı  bir  ailəyə  hörmətcil  münasibəti  bir  çox  cəhətdən  onun 

qonaqpərvərliyindən asılıdır. Qonağı incitmək qeyri – mümkün hal hesab olunurdu, belə bir hadisə 

həmin  evdən  qonaqların  ayağının  kəsilməsinə  gətirib  çıxara  bilərdi  ki,  bu  da  ailənin  nüfuzunun 

aşağı düşməsinə və ruzi-bərəkətin çəkilməsinə səbəb olardı. Əsərdə biz ilk öncə Makonda şəhərinin 

özünün  qaraçılardan  ibarət  qonaqları  çox  həvəslə  qəbul  etməsini,  sonra  isə  Buendia  ailəsinin 

özünün  qonaqpərvər  olmasını  görürük.  Ursula  dedi:  “Qapı-pəncərəni  açın!  Ətdən,  balıqdan, 

toyuqdan nə varsa qızardın yekə - yekə tısbağalar alın, bişirin, qoy yadellilər evə yeməyə gəlsinlər, 

qoy  masa  arxasında  oturub  qarınları  tutan  qədər  yesinlər,  qoy  gəyirsinlər,  ağızlarına  gələni 

danışsınlar, otaqları gəzsinlər, biz kasıblığı ancaq belə qova bilərik” [1, s. 192 ]. 

Markezin  bu  tipli  cümlələri  əsərində  işlətməsi  təsadüfi  deyil,  burada  xalqın  milli  adətləri  öz 

əksin tapır. Bu ailənin nüfuzunun aşağı düşməsi  simptomu kimi dərk olunur. Buendia ailəsi üçün 

bayram əhval - ruhiyyəsi yalnız tez-tez təşkil olunan qonaqlıq mərasimləri vasitəsilə təşkil olunur. 

Ətrafdakıların hər hansı bir ailəyə hörmətcil münasibəti bir çox cəhətdən onun qonaqpərvərliyindən 

asılıdır. Buna görə də ailə üçün qonağı qəbul etmək imkanı  və bu zaman öz xeyirxahlığını büruzə 

vermək böyük əhəmiyyət kəsb edir. Qonaq bir növ əsərdə bərəkət simvoludur, onu incitmək qeyri-

mümkün hal hesab edilir, belə bir hadisə qonağın evdən ayağının kəsilməsinə səbəb ola bilər ki, bu 

da  ailənin  nüfuzunun  aşağı  düşməsinə  və  bərəkətin  çəkilməsinə  səbəb  ola  bilər.  Buendiyanın 

qonaqlıq  mərasimləri,  Rebekanın  sinif  yoldaşlarını  evə  çağırması  və  bir  çox  qonaqlıqların  təşkili 

yuxarıda  göstərilən  səbəblərdən  əlavə  ailə  üzvlərinin  tənhalığını  onlara  unutdururdu.  Onların  ailə 

olduğunu, birgə işə atılaraq əl-ələ verib işləməklə ailə bağlarını qoruyub saxlamaqlarına müvəffəq 

olurdular, çünki evə gələn qonaqlarla bərabər onların deyib-gülən səslərindən yayılan müsbət enerji 

günəş  şüaları  kimi  Buendiyalıların  evini  işıqlandırır  və  isidirdi.  Bu  işıq  və  isti  isə  onlara  öz 

tənhalıqlarından yaranan soyuğa müəyyən müddət də olsa qorunmağa kömək edirdi. 

Ad arxetipi. 

Bütün xalqlarda uşağa ulu babaların adını vermək arxaik adəti mövcuddur. Bu öz kökləri ilə 

sözün  (adın)  insan  üzərində  ecazkar  qüvvəyə  malik  olduğu    və  həyatın  demək  olar  ki,  bütün 

tərəflərinə  aşkar şəkildə  təsir etdiyi qədim keçmişə  gedib  çıxır. Markez də  öz  əsərində  ada xüsusi 

önəm  verir,  çünki  Buendiya  nəslini  idarə  edən  tənhalıq  lənəti  məhz  onların  adlarına  süngər  suyu 

özünə çəkən kimi hopmuşdur. Hətta Ursulanın dilindən deyildiyi kimi, bütün Xose Arkadilar hırçın, 

coşub-daşan  çılğındırlar,  bütün  Aurelanolar  sakit,  tənhalıq  yağan  gözləri  ilə  insanları 

qorxudandırlar,  bütün  Amarntalar  isə  təmkinli,  gözəl  olmasalar  da  xoşdurlar.  Ursula  bu  adlı 

nəvələrini  başqa  yollara  yönəltməklə  onların  tənhalığının  qarşısını  almağa  cəhd  etməyinə 

baxmayaraq, hər şey əbəsdir.  

Mahiyyəti etibarı ilə ruhi həyat sözün (adın) daxilində cərəyan edir. Adla birlikdə sanki, ulu 

babanın ruhu uşağın içinə daxil olur, adın daşıyıcısına yol göstərir.  Bütün xalqlar nəsillərin sələf - 

xələf  əlaqəsini  təmin  edən  adlar  ehtiyatına  malikdir.  Ad  (söz)  magiyasına  düşən  hər  bir  kəs  onun 

semantik magiyasının girovuna dönür. Mahiyyəti etibarilə ruhi həyat sözün (adın) daxilində cərəyan 

edir və buna görə də sözə münasibət mistik enerji ilə yüklənir. Bunun sayəsində söz fövqəl reallığa 

çevrilir.  Sözün  (adın)  toruna  düşən  hər  hansı  bir  şey  yaxud    hər  hansı  bir  kəs  onun  semantik 

magiyasının girovuna dönür [2, s. 139]. 

Təhlildən  də  gördüyümüz  kimi  və  Yunqun  da  dediyi  kimi  arxetiplər  nəinki  bizim  gündəlik 

həyatımızda,  həmçinin  yaradıcılıq  prosesində  də  özünü  aydın  təcəssüm  edir.  Heç  vaxt  unutmaq 

olmaz ki, mentallığın özümlülüyü arxetiplərlə bağlıdır və hər bir aparıcı arxetipi mentallığın unikal 

– təkrar olunmaz simasına özünün xüsusi töhfəsini verir.  Arxetiplər icma-kollektiv həyat tərzinin 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

134

 

 



 

 

nümunələri  qismində  qədim  keçmişdən  uzaq  gələcəyə  qədər  bütün  icmanın,  yəni  etnosun  hər  bir 



nümayəndəsinin malıdır. 

Ədəbiyyat 

1. Qabriel Qarsiya Markes “Yüz ilin tənhalığı”. Qanun Nəşriyyat, 2011, 486 səh. 

2. H. Quliyev ”Arxetipik Azərilər: mentalitetin simaları”, Qanun Nəşriyyat, 2010, 344 səh. 

3.http://www.lib.ru 

4. http://pelevin.nov.ru/news 

5. http://www.grandars.ru/ tipy-lichnosti-po-yungu 

N.Agaeva 

Archetypes and symbols  in Gabriel García Márquez`s work 

“One Hundred Years of Solitude” 

Summary 

As  we  see  from  the  analysis  of  the  work  “One  Hundred  Years  of  Solitude”  and  from  the 

Yung`s words, archetypes are evident not only in our daily life, but also in the creative process. To 

clarify  this  issue  we  wrote  in  our  article  about  Destiny  archetype,  an  Elder  archetype,  Guest 

archetype, Name archetype and other archetypes. 

 

 

 

 

 

 

 

 

 



 

Rəna Rizvan qızı Baxışova 

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu “Qarabağ tarixi” şöbəsi, elmi  işçi 

rena-bakhishova@mail.ru 

 

ŞİMALİ AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNDƏ ƏDƏBİYYAT 

(XIX-XX ƏSRİN ƏVVƏLLƏRİ) 

 

Açar sözlər: ədəbiyyat, Azərbaycan, Qarabağ, mədəniyyət, yaradıcılıq. 

Key words: literature, Azerbaijan, Garabagh, culture, creativity 

 

XIX-XX yüzilliklərdə Azərbaycan türklərinin mədəniyyəti bədii düşüncə baxımından özünün 



təkrarsız  fərdi  özəlliyi  ilə  seçilir.  Bu  dövrdə  mütərəqqi,  humanist,  ümumbəşəri  mənəvi  dəyərlərlə 

yanaşı  zənginləşən  Azərbaycanda  əsrlər  boyu  etnik-milli  koloritə,  əxlaqa  yad  sosial  şüur,  milli 

ideologiya formalaşırdı [7, s.169]. 

XIX  əsrin  ilk  qərinəsində  Azərbaycan  xalqının  tarixi  taleyində  baş  verən  mühüm  hadisə  - 

Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə, bütövlükdə, mədəniyyətdə olduğu 

kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir.  

Ədəbiyyatda mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərəyanların müxtəlifliyi diqqəti cəlb 

edir.  Azərbaycanda  maarifçilik  və  demokratik  ideyaların  güclənməsi  ictimai  şüurun  inkişafına 

böyük təsir göstərir. Beləliklə, tənqidi realizm qüvvətlənir. İctimai həyatın güzgüsü olan ədəbiyyat 

zamanın tələbinə uyğun olaraq, yeni-yeni mövzu və keyfiyyətlər kəsb edir [6, s.12]. 

Bunun  təsiri  altında  ədəbiyyatda  milli  və  realist-dünyəvi  motivlər  aparıcı  mövqeyə  çıxır. 

Molla  Pənah  Vaqif  yaradıcılığının  təsiri  altında  Qarabağ  ədəbi  mühitində  tənqidi-realist  satiranın 

Qasım  bəy  Zakir  (1784-1857)  kimi  nümayəndəsi  yetişərək  poetik  inkişafın  istiqamətini 

müəyyənləşdirir.  Zakir  Şuşada  ruhani  məktəbində  farsca  təhsil  almış  və  fars  dilini  mükəmməl 

bildiyi  üçün  Firdovsi,  Xəyyam,  Xaqani,  Nizami,  Sədi,  Cəlaləddin  Rumi  kimi  böyük  klassiklərin 

əsərlərini mütaliə etmişdir. Azərbaycan klassiklərindən Füzuli və Vaqifin şeirləri ilə dərindən tanış 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

135

 

 



 

 

olmuş və öz yaradıcılığında bu şairlərin üslublarından daha çox istifadə etmişdir. Füzuli ənənələrini 



yeni səviyyədə davam etdirən Zakirin yaradıcılığında mənzum hekayə və təmsilləri də mühüm yer 

tutur.  Klassiklərin  hadisələrin,  real  insan  surətlərinin,  qabaqcıl  ideyaların  təsvir  və  tərənnümü 

Zakirin  mənzum  hekayələrində  də  öz  əksini  tapmışdır.  Onun  müxtəlif  mövzularda  yazılan 

"Məlikzadə  və  Şahsənəm",  "Əmirzadə,  məşuq  və  cavan  aşiq",  "Aşiqin  təam  bişirməyi",  "Aşiq  və 

məşuq  haqqında",  "Zövci-axər",  "Tərlan  və  elçi",  "Dəvəsi  itən  kəs",  "Dərviş  ilə  qız",  "Həyasız 

dərviş",  "Əxlaqsız  qazı",  "Xalqa  vəz  deyən,  özü  fisqü  fücurdan  çıxan  biəməl  alim"  kimi  mənzum 

hekayələri vardır. 

Zakirin realist  yaradıcılığında təmsillər mühüm  yer tutur. Onun nəşr olunmuş "Əsərləri"ndə 

"Aslan,  Qurd  və  Çaqqal",  "Dəvə  və  Eşşək",  "Tülkü  və  Qurd",  "Xain  yoldaşlar  haqqında"  ("İlan, 

Dəvə,  Tısbağa"),  "Tülkü  və  Şir",  "Sədaqətli  dostlar  haqqında"  ("Tısbağa,  Qarğa,  Kəsəyən,  Ahu") 

adlı altı təmsili çap olunmuşdur [2, s.99-123]. 

XIX  əsrdə  Azərbaycanda  qəzəl  ədəbiyyatına  güclü  bir  axın  yaranır  və  əsrin  ikinci  yarısında 

hər  şəhər  və  kənddə  şairlərin  və  şeir  həvəskarlarının  sayı  çoxalır.  «Riyazül-aşiqin»,  «Təzkireyi-

Nəvvab» əsərlərindən, həmçinin cüng və fraqmentlərdən məlum olur ki, XIX əsrdə təkcə Qarabağ 

mahalında  yüzə qədər şair  yazıb-yaratmışdır. Şuşada X.Natəvan, M.M.Nəvvab, A.Asi, M.Məmai, 

M.H.Yüzbaşov, N.X.Qaradaği, M.Ə.Növrəs, H.A.Agəh, və başqaları xüsusilə ustad şair kimi şöhrət 

tapmışdılar. [6, 14] 

Füzuli  ənənələrini  yeni  səviyyədə  davam  etdirən  Xurşid  Banu  Natəvanın  yaradıcıllığının 

başlıca keyfiyyətləri Azərbaycan ədəbiyyatında həzin, lirik, təbiət gözəlliklərinin və hisslərin real, 

romantik, tə`sirli poetik təsvirini vermişdir. Natəvanın qəzəlləri XIX əsr Azərbaycan ədəbiyyatında 

kədərli ana surəti yaratmışdır [4, s.164-168]. 

XIX  əsrin  ortalarında  Azərbaycanın  hər  yerində  kapitalist  münasibətlərinin  cücərdiyi  və 

təfəkkürün yeni məcrada inkişaf etdiyi bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib 

ensiklopediyaçı  alim  Mir  Möhsün  Nəvvab  görkəmli  musiqiçi,  şair,  rəssam,  xəttat,  münəccim, 

kimyaçı, riyaziyyatçı və orta əsrlərin təzkirəçilik ənənələrinin davamçısı kimi tanınmağa başladı.  

O,  "Təzkireyi-Nəvvab",  "Qarabağ  şairləri",  "Firdovsiyə  nəzirə",  "Kifayətül-ətfal", 

"Nəsihətnamə", "Nurül-Ənvar" və "Pəndnamə", “Vüzuh ül-ərqam” əsərinin də müəllifidir [6, s.211-

228]. 


Dövrünün  tanınmış  şairlərindən  biri  də  Mirzə  Həsən  Yüzbaşov–Qarabaği  (1841-1904)  idi. 

Natəvan və M.M.Nəvvab rəhbərlik etdikləri “Məclisi-üns” yığıncağının fəal üzvü olan Həsənəli xan 

yüksək  bilik  səviyyəsinə  malik  olduğundan  mirzə  titulu  almışdı.  Nəvvab  ona  “Kaşif”  təxəllüsünü 

vermiş,  lakin  o  bunu  qəbul  etməmişdi.  Məhəmmədəli  Təbiyyət  onu  Kaşif  təxəllüsü  ilə  oxuculara 

təqdim etmişdir. 

Həsənəliağa  Xan  Qaradağski  (Qaradaği)  görkəmli  Azərbaycan  maarifpərvəri,  şair,  pedaqoq, 

ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi kimi tanınmışdır. 1866-cı ildə qəza 

məktəbini  bitirən  rus  təhsilli  Həsənəliağa  ərəb,  fars  dillərini,  islamın  əsaslarını  öyrənib  dünya 

klassiklərinin əsərlərini orijinaldan mütaliə etməyə başlayır və İ. A. Krılovun 60-dan artıq təmsilini, 

K.D.Uşinskinin,  A.Y.İzmaylovun,  A.  A.  Seydlerin,  L.  N.  Modzalevskinin  hekayə,  şeir  və 

təmsillərini, rus dilindən roman, “Körpə uşağı necə saxlamaq”, “Göz ağrısı və onun müalicəsi” və s. 

bu kimi həkim məsləhətlərini Azərbaycan dilinə tərcümə edilmişdir. Əlyazmaları Azərbaycan Milli 

Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. 

Həsənəliağa  Xan  Qaradağski,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  şair,  ədəbiyyatşünas  kimi  də 

tanınmışdır.  Onun  ədəbi  fəaliyyəti  pedaqoji  fəaliyyəti  ilə  sıx  bağlı  olduğundan,  burada  onların 

arasına  bir  sədd  çəkmək  mümkün  deyil.  Xan  Qaradağskinin  didaktik  xarakterli  şeirlərini, 

düşünməcələrini,  təmsillərini,  müxtəlif  nümunələrdən  etdiyi  tərcümələrini  onun  ədəbi-pedaqoji, 

maarifçi  fəaliyyəti  ilə,  qəzəl,  müxəmməs,  müşairə  səpkisində  yazdığı  əsərləri  isə  sırf  ədəbi 

fəaliyyəti  ilə  bağlamaq  mümkündür.  Həsənəli  ağanın  ədəbi  fəaliyyəti  Şuşada  fəaliyyət  göstərmiş 

olan “Məclisi-fəramüşan” poetik məclisi ilə bağlıdır. 

Ədəbi məclislərin, xüsusilə, “Məclisi-fəramüşan” və “Məclisi-üns” ətrafında toplaşan şairlərin 

əksəriyyətinin yaradıcılığını ənənəvi qəzəliyyat təşkil etdiyi halda, Seyid Əzim Şirvani, Qasım bəy 

Zakir,  Mir  Möhsün  Nəvvab  və  başqaları  kimi  Həsənəliağa  Xan  Qaradağski  də  həmin  çərçivədən 

çıxaraq, tərbiyəvi, düşündürücü, satirik əsərlərlə yanaşı təmsil janrına da müraciət etmişdir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

136

 

 



 

 

Həsənəli ağa Xan-Qaradağskinin bizə gəlib çatmış olan şeiriyyatı sırasında 50-dən çox qəzəl, 



müxəmməslər, növhələr, onlarla məktub vardır. Əsərləri, əsasən, Azərbaycan dilindədir, lakin fars 

dilində  bir  neçə  qəzəlin  və  “Təzkireyi-Qaradaği”nin  müəllifidir.  Azərbaycan  ədəbiyyatşünaslığı 

Xan-Qaradağskiyə  ən  azı  bizim  günlərə  gəlib  çatdırdığı  öz  həmyerlisi,  əsli  Qaradağdan  olub 

Zəngəzurun  Güləbird  kəndinə  köçmüş  Sarı  Aşıq,  onun  bayatı  və  qoşmaları  haqqında  verdiyi 

məlumata görə borcludur. Belə ki, Sarı Aşıq haqqında ilk məlumatı Qaradaği vermişdir. O, 1878-ci 

ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib etmişdir [3, s.234-235]. 

XIX əsrin II yarısında bədii yaradıcılığa başlayan görkəmli şəxslərdən biri Nəcəf bəy Vəzirov 

yazıçı, realist sənətkar, faciə janrının banisi, Azərbaycanın ilk müəllif-aktyoru, istedadlı publisist və 

ilk  felyeton  yazıçısı  kimi  Azərbaycan  ədəbi  tarixində  silinməz  iz  qoymuşdur.  N.Vəzirov  həm 

dövrün eybəcərliklərini göstərən felyetonlar yazmış, həm dram dərnəklərinə rəhbərlik etmiş, həm də 

yeni  aktyor  nəslinin  yetişməsində  gərgin  əmək  sərf  etmişdir.  Onun  qələmə  aldığı  “Əti  sənin, 

sümüyü mənim”(1873), “ Qaragünlü”(1874), “Ev tərbiyəsinin bir şəkli”(1875), “Daldan atılan daş 

topuğa  dəyər”(1890),  “Sonrakı  peşmançılıq  fayda  verməz”(1890),  “Adı  var,  özü  yox”(1891), 

“Yağışdan  çıxdıq  yağmura  düşdük”(1895),  “Müsibəti-Fəxrəddin”(1896),  “Pəhlavani  zəmanə” 

(1898) və s. əsərlər Azərbaycan ədəbiyyatı dramaturgiyasında xüsusi yer tutur. 

Ədibin  1896-cı  ildə  qələmə  aldığı  “Müsibəti-Fəxrəddin”  faciəsi  ədibin  şah  əsəri  olub 

Azərbaycan dramaturgiyasının inkişaf tarixində mühüm yer tutur [8, s.196-211]. 

Adını Azərbaycan mədəniyyət tarixinə həkk etdirmiş realist sənətkarlardan biri də Əbdürəhim 

bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlamışdır. O, Şuşa realnı 

məktəbində  təhsil  alarkən  yerli  həvəskarların  təşkil  etdiyi  teatr  tamaşalarında  iştirak  etmiş, 

M.F.Axundzadənin  təsirilə  yazdığı  “Haci  Daşdəmir”  adlı  kiçik  bir  pyes-komediya  ilə  yaradıcılığa 

başlamışdı.  M.F.Axundzadənin,  N.B.Vəzirovun  ənənələrini  davam  etdirən  Ə.Haqverdiyev 

“Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramını və “Dağılan tifaq” faciəsini qələmə alır. “Bəxtsiz 

cavan”  və  “Pəri-cadu”  faciələrini  yazmaqla  milli  dramaturgiyanı  ideya  və  poetik-sənətkarlıq 

baxımından daha da zənginləşdirir. O, mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor, 

görkəmli alim kimi yer tutmuşdur. [5, 19-46] 

Azərbaycan  dramaturqu,  uşaq  ədəbiyyatı  yazıçısı  və  müəllim  kimi  tarixə  öz  imzasını  atan 

Süleyman  Sani  Axundov  "Tamahkar"  adlı  ilk  bədii  əsərini  qələmə  alır.  Tamahkarlıqdan, 

simiclikdən  bəhs  edən  bu  əsər  heç  zaman  öz  əhəmiyyətini  itirməmiş  və  zaman-zaman  teatr 

səhnələrini  bəzəmişdir. Ümumiyyətlə,  S.S.Axundov  yaradıcılığı  XX  əsrin  əvvəllərinə  təsadüf  edir 

[1, s.235-253]. 

Yuxarıda  da  göründüyü  kimi,  Q.Zakirin  Azərbaycan  satiriki,  milli  maarifçi-realizmin 

görkəmli  nümayəndəsi,  Natəvanın  qüdrətli  Azərbaycan  şairəsi,  N.Vəzirovun  ədəbiyyatımızda  ilk 

faciə janrının, Azərbaycan teatrının (H.Zərdabi ilə bilikdə) banisi, ilk felyeton yazıçısı, ilk müəllif-

aktyor,  M.M.Nəvvabın  astronom,  musiqişünas,  rəssam,  şair,  Ə.Haqverdiyevin  ədəbiyyatımızda 

tarixi  dram  janrının  banisi,  ilk  opera  rejissoru  və  dirijoru,  S.S.Axundovun  uşaq  ədəbiyyatının  ilk 

yaradıcılarından biri, ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı alan yazıçı-pedaqoq və s. 

bu  kimi  nailiyyətlərin  tarixə  düşməsi  Qarabağda  hər  zaman  yüksək  mədəniyyətin  mövcudluğuna 

dəlalət  edir,  “Qarabağ  musiqi  diyarıdır”  fikrinin  “Qarabağ  elm  və  mədəniyyət  beşiyidir”  fikri  ilə 

əvəzlənməsinə hüquqi əsas verir.  

İstifadə olunmuş ədəbiyyatların siyahısı 

1. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982, 430 s. 

2. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. II cild. Bakı, “AMEA” 1960, 460 s. 

3. Baxışova R. XIX əsrdə Azərbaycanın Qarabağ bölgəsində humanitar elmin inkişafına dair. 

/Qarabağ dünən, bu gün və sabah" 8-ci elmi-əməli konfransının materialları /Redaksiya heyəti: 

Ə.Abbasov və b. Bakı, “Biznesmen Namiq Həbibov” mətbəəsi, 2006, 292 s.  

4. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild. Bakı, “Avrasiya Press” 2005, 460s. 

5. Məmmədov K. Ə.Haqverdiyev. Bakı, Gənclik, 1970, 208s. 

6. Qarayev N. XIX  əsr  Azərbaycan  ədəbi məclisləri.  Bakı, Nurlan, 2012, 325 s. 

7. Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002. 740 s. 

8. Quliyeva X. Azərbaycan maarifçiliyində fəlsəfi-etik məsələlər (XIX əsrin ikinci yarısı XX 

əsrin əvvəlləri). Bakı, Elm və təhsil, 2014, 288 s. 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin