Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə24/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

137

 

 



 

 

 



Xülasə 

XIX və XX əsrlərdə Azərbaycan türklərinin mədəniyyətinin unikal fərdi xüsusiyyətləri bədii 

düşüncə  baxımından  fərqlənir.  Mövzuların,  fikirlərin,  məzmun  və  ədəbi  cərəyanların  müxtəlifliyi 

ədəbiyyatımızda  diqqəti  cəlb  edir.  Maarifçilik  və  demokratik  ideyaların  gücləndirilməsi  ictimai 

şüurun inkişafına böyük təsir göstərmişdir. Qarabağ ədəbiyyatı bu dövrdə yeni inkişaf mərhələsinə 

qədəm qoymuşdur. 

Bakhishova Rena Rizvan gizi  

THE LITERATURE IN QARABAGH REGION OF AZERBAIJAN  

(19-EARLY 20 CENTURIES) 

Summary 


In  the  nineteenth  and  twentieth  centuries  culture  of  Azerbaijani  Turks  is  distinguished  in 

terms  of  artistic  thinking  by  its  unique  individual  feature.  Variety  of  topics,  idea  and  content  and 

diversity of literary trends draw attention in literature. The strengthening of the enlightenment and 

the democratic ideas had a great impact on the development of social consciousness.  Literature of 

Karabakh region stepped to a new stage of development in this period. 

 

 

 

 

 

 

 

 

 

Ruqiyyə Hüseynova, müstəqil ekspert 

nazila_aliyeva@mail.ru 

 

“QUR`ANİ-KƏRİM”DƏKİ ŞƏFA ƏHKAMLARININ  



MÜASİR TƏBABƏTDƏ MÜSTƏSNA YERİ 

 

Açar sözlər: müasir təbabət, müalicə vasitələri, şəfa, şəfaət. 

Keywords: modern medicine, healing dogmas, remedies, curing. 

 

İnsan tutulduğu xəstəlikləri məcbur ikən düşünməyə və dərk etməyə başladığından indiyədək 



dərdinə  şəfa  bulmağa  çalışır.  Bu  da,  şübhəsizdir  ki,  xəstəlik  –  nadanlıqda,  naşılıq  və  cəhalətdə 

olduğu kimi şəfa – isə, elmdədir və bu birmənalıdır.  

Burada başqa bir izah da, vacib sayılmalıdır; xəstəliklər – hər bir fərdin öz yaşam tərzindən, 

məişətindən, peşə fəaliyyətindən, pis vərdişlərindən və s.-dən təzahür etdiyi faktı qarşısında, şəfa – 

Allahdandır.  Hədisi  Şərifdə  buyrulur:  “Xəstələndiyinizdə  həkimə  gedin  ki,  Allahın  şəfa  verməsi 

üçün səbəb olsun!” Allahın İlahi Zatı sifətlərini səciyyələndirən və bəşərə məlum olan 99 “Əsma ül-

Hüsna”  adlarından  biri  də,  “əş-Şəfi”dir  (şəfanın  və  şəfaətin  Rəbbi;  şəfanı  bol-bol  Verən  və  s.  – 

mənasındadır). 

Özünün Tövhid elmində bildirdiyi kimi, Yeri 6 gündə xəlq edən Allah-Təalə Xəlqalül-Aləm 

həmin  günlərin  ikisində  Yer  üzünü  bəzədiyini  bildirir.  Yer  üzünün  bəzədilməsi  anlamında  yer 

səthinin  nəbatətlə  –  bitkilərlə  və  s.  ilə  bəzədilməsi  nəzərdə  tutulur.  Rəvayət  olunan  hədislərdən 

məlum olur ki, Uca Allah yer üzünə yerləşdirdiyi bitkiləri Cənnətdən nazil edərək endirmişdir.  

Eyni zamanda da, Uca Allah, nəbatətdən başqa yenə də, Qur`ani-Kərimdə Cənnətdən olması 

bildirilmiş “süd”ü və “bal”ı şəfa olaraq bəşərə nazil edilmişdir. “Qur`ani-Kərim”in, ən-Nəhl («Bal 

arısı») surəsinin 66-cı ayəsində bildirirlir: “Şübhəsiz ki, davarda da, sizin üçün bir ibrət vardır. 

Biz onların qarınlarındakı  qanla  ifrazat arasında olan təmiz südü sizə içirdirik. O  içənlərin 

[boğazından] rahat keçər”. Hal-hazırda müasir elm də, bunu sübuta yetirir ki, süd Allahın rəhməti 

və  halal  olaraq  iki  haramın  –  “sidiyin  və  qanın”  arasından  süzülür.  Hədislərdə,  müalicədə  süddən 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

138

 

 



 

 

istifadənin  təşviq  edildiyi  halda,  Məhəmməd  (s.a.v.)  sidik,  [qan]  və  şərabla  müalicəni  haram 



buyurur!    

Süd ananın doğuşdan sonra öz övladına içirdiyi son dərəcə vacib qida maddəsi olmaqla yanaşı 

heç bir digər ilkin qida ilə müqayisə edilməyəcək şəfalı və şəfaətli xüsusiyyətlərə malik yeganə qida 

vasitəsidir.  

Ana südü – ananın övladına doğuşdan sonrakı verdiyi, onun orta həyat periodu (təxminən 40 

il) boyu dövr ərzində bütün patoloji xəstəliklərdən mühafizə edəcək və immun qabiliyyətini yüksək 

tuta  bilən,  bəlkə  də,  deyilməlidir  ki,  heç  bir  şeylə  əvəz  edilməyəcək  təbii  “peyvənddir”.  Bu  anda 

hətta övlad ilə anası arasında genetik yaddaş kodunun eyniliyi olmadıqda, başqa sözlə, uşaq anaya 

məxsus olmadıqda belə, digər qadının – “süd anası”nın südü körpə orqanizmi üçün əvəzedilməzdir. 

Hətta bu ana südü  də, olmadıqda, heyvani  südlər də, orqanizm  üçün olduqca faydalıdır və hətta o 

da,  körpələr  üçün  əvəzedilməz  qida  maddəsi  sayılır.  Belə  ki,  hansı  heyvanın  südü  hansı  xalqın 

məişətinə  daha  yaxın  sayılırsa,  analoji  hallarda  həmin  mənşəli  süd  tətbiq  edilir.  Belə  hallarda 

körpəyə bizim məişətimizdə daha çox keçi südü, məsəl üçün qazaxlarda və qırğızlarda onların daha 

çox tətbiq etdikləri at südü – “kumıs”, şimal xalqlarında maral südü, monqollarda isə, maral və ya at 

südü  verilir.  

Ümumiyyətlə,  süd  –  xüsusi  şəfa  və  şəfaverici  formula  malik  olmaqla,  candan  cana  ayrılan, 

məxsusiyyətindən  mənsubiyyətinə  İlahi  tərəfindən  təyin  bilinmiş  və  bu  anlamdakı  bütün  genetik 

yaddaşları doğuş prosesindən sonra özündə əks etdirən bir nemətdir. Elm bunu da, isbat etmişdir ki, 

süd  bir  maddə  kimi  bioloji  formula  deyildir.  Sadəcə,  Uca  Allah  insanı  doğuşla  insandan  ayıraraq 

həyata gətirdiyi kimi, südü də, süzərək və candan ayıraraq cana yetirir.  

Bu anlamda “Qur`ani-Kərim”in, Məhəmməd surəsinin 15-ci ayəsində bildirilir: “Müttəqilərə 

vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, təmi 

çönməyən  süddən  çaylar,  içənlərə  ləzzət  verən  şərabdan  nəhrlər  və  təmiz  baldan  irmaqlar 

vardır...”  

Bal  mövzusuna  keçincə  bal  da,  süd  kimi  Allahın  insanlara  və  digər  canlılara  ən`am  etdiyi 

əvəzolunmaz  dünyəvi  və  furqani  (ruhani)  xüsusiyyətlərə  malik  nemətidir  və  eyni  zamanda  da, 

əvəzsiz qida məhsuludur.  

Müasir  elm  adamlarının  kəşflərinə  görə  “bal”  aşağıdakı  şəfalı  və  müalicəvi  xassələrə 

malikdir:  Antibiotik  (antimikrob),  antibakterial,  antitoksik,  antioksidant,  antirabik  (quduzluğa 

qarşı),  yarasağaldıcı,  sakitləşdirici,  immunmodullaşdırıcı,  viruslarəleyhinə,  iltihaba  qarşı, 

desensibilizasiyaedici  (antiallerqik),  qipotenziv  (sistemli  arterial  təzyiq  endirici),  rezistentliyi 

qaldırıcı  (orqanizmin  müxtəlif  zədə  faktorlarına  qarşı  müqaviməti),  qara  ciyər  funksiyalarını 

stimullaşdırıcı  və  mübadilələr  proseslərinin  normallaşdırıcısı,  müalicəvi  dərmanların  farmakoloji 

xüsusiyyətlərinin gücləndirən və ziyanlı təsirlərini azaldan və s. 

“Qur`ani-Kərim”in,  ən-Nəhl  («Bal  arısı»)  surəsinin  68  və  69-cu  ayələrində  deyilir:  –  “68. 



Rəbbin bal arısına belə vəhy etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə 

yuva  tik;  69.  sonra  bütün  meyvələrdən  ye  və  Rəbbinin  sənə  göstərdiyi  yolla  rahat,  asanlıqla 

get!» O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, 

bunda da, düşünüb dərk edənlər üçün bir ibrət vardır!” 

Bal – eyni zamanda da, Uca Allah tərəfindən bəşərə bir şəfaətdir; digər şəfaətverici vasitələr 

kimi  bal  da,  orqanizmə  daxil  olduqda,  mənfi  qüvvələr  aurasını,  bədəndə  olan  “pislikləri”,  nəfsi, 

cadu  və  sehri,  kahinlik  əməllərini  və  s.  dəf  edır.  Xalq  təbabətində  və  xüsusən  də,  “Qeyri-ənənəvi 

təbabət”də  bal  bu  kimi  məqsədlərlə  qəbul  edilərkən  Şəfa  duaları  ilə  dualandırılmalı  və  sonra  isə, 

saxlanıldığı qabının ağzı tezliklə qapadılaraq açıq qoyulmamalıdır.  

Öncə  qeyd  edildiyi  kimi  bal  –  quduzluğa  qarşı  çarə  kimi  geniş  tətbiq  edilməkdədir.  Dini 

əsatirlərdən  yaxşı  məlumdur  ki,  quduz  heyvan,  şər  qüvvə  toxunmuş  heyvandır  və  onun  insanı 

məqsədli tərzdə dalaması da, xüsusi məna kəsb edir. Tibbdən də, yaxşı məlumdur ki, mənfi nəfsin 

daladığı quduz heyvan insana xəsarət yetirdikdə bu “qeyri-maddi şər” maddi olaraq virusla insana 

keçir  və  insanın  psixikasını  ruhi-mənəvi  durumunu  pozaraq  sonda  onu  həlak  edir.  Halbuki,  psixi 

pozğunluqdan insan ölməməlidir. Allahın şəfaəti sayılan yeganə vasitə baldır ki, bu şərə qarşı bütün 

qövmlərdə və bütün zamanlarda çarə sayılmışdır. Müasir antirabik vaksin zərdabları da, mövcuddur 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

139

 

 



 

 

ki, onlar da, özündə təbii balın bütün müalicəvi kimyəvi-tərkib xüsusiyyətlərinin prototiplərini əks 



etdirir.  

Heç də, təsadüfü deyildir ki, Uca Allah Hökmullah kitabında şəfaət olaraq insana nazil etdiyi 

südü və balı məhz, birlikdə, Ən-Nəhl surəsində yanaşı təsbit etmişdir. Heç şübhələr olmamalıdır ki, 

nə süd və nə də, bal hələ tam öyrənilməmişdir və onların möcüzəvi sirli şəfaəti Allah əməli olaraq 

insan zəkası və fəhmi ilə tamamilə ehtiva oluna bilməz! 

Yer  üzünə  endirilmiş  və  üzərində  yaşadığımız  yerdən  də,  daha  əvvəl  Xaliq  tərəfindən  xəlq 

edilmiş  su  barəsində  də,  şəfaətverici  xüsuslara  xüsusi  olaraq  diqqət  edilməlidir.  Bir  qədər  öndə 

“Qur`ani-Kərim”in,  Məhəmməd  surəsinin  15-ci  ayəsində  “...  qoxumayan  sudan  irmaqlar...“  – 

ifadəsi  verilmişdir.  Qoxumayan  su  anlayışını  bütün  mövcud  su  növlərinə  aid  etmək  yanlış  olardı. 

Şübhəsiz  ki,  bu  anlam  altında  imkanlarımız  yetən  daha  çox  “Zəm-Zəm”  suyu  düşünülə  bilər. 

Hərçənd,  Cənnətdə  Kövsər  çeşməsinin  suyu  mövcuddur;  belə  ki,  “Zəm-Zəm”  suyundan  fərqli 

olaraq,  onun  vəsfi  belədir  ki,  bundan  «içənlər  bir  daha  susuzluğun  nə  olduğunu  bilməyəcəklər»  – 

deyilmişdir. Yer üzünün “Zəm-Zəm” suyu da, bu kimi qoxu verməyən xüsusiyyətə malik olsa da, 

lakin  bu  hələ  Kövsər  suyu  demək  deyildir  və  yer  üzünün  Zəm-Zəm`i  həqiqətən  də,  saxlanıldığı 

bütün müddətlər boyu nə qoxuyur, nə qaxsıyır və nə də, rəngini dəyişərək onda sair dəyişiklər baş 

vermir. “Zəm-Zəm” suyu xəstəliklərə şəfa, cana can verir. O, həm də, digər su mənbələrindən çıxan 

sulardan fərqli olaraq uzun zaman qidanı əvəz edir və bu suyu mütəmadi olaraq içdiyi zaman insanı 

aylarla aclıqdan qoruyur. İslam tarixindən yaxşı məlumdur ki, Məkkədə baş vermiş 7 illik qatı aclıq 

dövrünün müxtəlif ən çətin mərhələlərində sahabələr aylarla bu sudan başqa ağızlarına qoymağa bir 

şey tapmamışlar və aclıqda salamat qalmışlar.  

“Zəm-Zəm”  –  duru,  şəffaf,  adından  göründüyü  kimi  bitib  tükənməyən,  tamı  bir  qədər  dil 

ucunda  azca  acıya  çalan,  içənləri  tez  doyuran  və  uzun  zaman  susuzluq  verməyən,  dünyəvi 

xəstəlikləri  və  ruhani  pislikləri  vurub  bədəndən  çıxaran  unikal  bir  su  olaraq  –İsmayılın  (ə.s.) 

doğuşunda, Allah tərəfindən Həcər (r.a.ə.) anamıza olan Ehsanı, müsəlmanlara olan Rəhmətidir və 

Bərəkətdir! 

“Zəm-Zəm”  suyu  da,  digər  sular  və  mayelər  kimi  qətiyyən  ayaq  üstə  içilməyərək,  ilk  dəfə 

içildikdə üzün Qiblə istiqamətində tutulmasına diqqət edilməklə, xırda qurtumlarla və dua edilərək 

Allahdan istəklərin dilənilməsi ilə içilər. 

Bu da, qeyd edilməlidir ki, barələrində söz gedən süd, bal və “Zəm-Zəm” suyu ayrı-ayrılıqda 

qəbul edildikləri kimi onların qarışıqları da, xüsusi gücə malik olur. Belə ki, təbii bal həm südlə və 

həm  də,  “Zəm-Zəm”  suyu  ilə  xüsusi  keyfiyyətlərlə  şəfavermə  qabliyyətinə  malik  bir  məhlul  kimi 

təqdir edilməlidir.  

Məqalənin  yazılmasında  məqsəd  –  Uca  Allahın  islami  Tövhid  əhkamlarındakı  şəfa  və 

şəfaətverici vasitələrinin işıqlandırılması idi. Lakin, bu da, qeyd edilməlidir ki, məqalədə “Qur`ani-

Kərim”də  təsbit  olunmuş  “süd”,  “bal”  və  “su”  tərəfimizdən  seçildi  ki,  bunlar  da,  “qeyri-maddi 

vasitələrlə”  yanaşı,  öz  növbəsində  “maddi  vasitələr”  kimi  təsnif  olunurlar.  İslamda  şəfaverici  – 

Zeytun yağı, Misvaq çubuğu, Qara çörək (Qara zirə) otu, Sidr ağacının yarpaqları və yağı, ud-Hindi 

(ud il-Hindi) və s.  bu kimi  digər maddi vasitələr barəsində də, Məhəmməd (s.a.v.)-in  hədislərində 

geniş məlumatlar vardır. 

ƏDƏBİYYAT 

1. “Qur`ani-Kərim”. Filoloji tərcümə. Z.Bünyadov, V.Məmmədəliyev. Azərnəşr. Bakı, 1992. 

(qrifli nəşr).  

 

Ruqiyya Huseynova 



Exclusive place of healing dogmas of the Holy Quran in modern medicine 

Summary 


The  paper  presents  scientific  explanations  of  «celestial  biological  formulas»  bestowed 

material cures, such as - milk, honey and water «Zam Zam» and an explanation of their therapeutic 

value.  And  this  article  reflects  the  findings  of  research  carried  out  by  the  system  from  among 

several cited in the Quran species on the three substantive remedy.  



 

 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

140

 

 



 

 

Vəfa Babayeva, doktorant 



AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi  

vefababasoy@gmail.com 



 

CƏLİL MƏMMƏDQULUZADƏNİN HEKAYƏLƏRİNDƏ MƏKAN ADLARININ 

TİPİKLƏŞDİRİLMƏSİ 

 

Açar sözlər: Cəlil Məmmədquluzadə, tipik, toponimlər,hekayə, yazıçının mövqeyi 

Key words: Jalil Mammadguluzadeh, typicalness, place names, story, writer`s opinion 

 

Cəlil  Məmmədquluzadə  yaradıcılığı  başdan-başa  tipikləşdirmə,  ümumiləşdirmələrlə 

zəngindir.  Əlbəttə,  bu  tipiklik  məkanın  da  tipikləşdirilməsindən  yan  keçməyib.  Cəlil 

Məmmədquluzadə  və  məkanın  tipikləşdirilməsi  dedikdə  ağla  ilk  gələn  məkan  Danabaş  kəndidir. 

Azərbaycan  ədəbiyyatında özündən sonra tipik,  eyni  zamanda, utopik məkan anlayışı məhz Mirzə 

Cəlilin adı ilə bağlıdır. “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi ” kimi əsərlərlə 

özülü  qoyulan  bu  tipikləşdirmə  onun  hekayə  və  felyetonlarında  da  davam  etmiş,    yazıçı  konkret 

məkandan istifadə etmədiyi hallarda sanki Danabaş kəndi anlamına bir vasitə kimi sığınmışdır.  

Ədibin öz əsərlərində Danabaş kəndindən bir priyom kimi istifadə etməsini filologiya elmləri 

namizədi  Allahverdi  Məmmədli  belə  qiymətləndirir:  “Bu  kənd  adı  Cəlil  Məmmədquluzadə 

əsəbiliyinin, xalqın avamlığına, qanmaq, anlamaq istəməməsinə sənətkar əsəbiliyinin ifadəsidir. O 

bilirdi ki, yalnız bu cür sərt ifadələrlə xalqı öz hüquqlarını anlamağa, bir xalq kimi formalaşmağa 

dəvət etmək olar ” [5].  

C. Məmmədquluzadənin yaradıcılığında şahidi olduğumuz Qapazlı, İtqapan, Zurnalı, Təzəkli 

kimi adları nəzərə alsaq, müəllifin bu adı seçməkdə də məqsədinin yalnız və yalnız oyanış olduğunu 

görə  bilərik.  Qapaz  altında  qalan,  insan  günü  yaşamayan,  əzilən,  hüquqları  tapdanan,  cəhalət 

girdabında  həyatı  məhv  olan  bir  milləti  oyatmağın  bir  yolunu  görürdü  ədib:  danlamaq,  bəzən  isə 

təhqir  səviyyəsinə  qədər  çatan  acı  kinayə.  Yazıçı  adi  təhkiyə  ilə  anladılan  heç  nəyə  reaksiya 

verməyən cəmiyyətin bu yolla oyanmasına nail olmağı qarşısına məqsəd qoymuşdu. Əhalisinin əsas 

qismi  kəndlilərdən  ibarət  olan  cəmiyyətdə  oyanmanın  da  kənddən  başlanmasını  istəyən  Mirzə 

Cəlilin hekayələrinin əsas qəhrəmanları da kəndlilər idi. İstər xan, bəy, istərsə də rəiyyət olsun, ədib 

kənddəki  cəhalətlə  barışmaq  istəmirdi.  Onların  acınacaqlı  həyatı  da  elə  ədib  qələmində  öz  əksini 

tapırdı.  

“Kənddən və zəhmətkeş kəndli kütlələrinin ağır  və dözülməz vəziyyətindən, demək olar ki, 

vaxtı ilə bütün Azərbaycan yazıçıları danışmışdır. Ancaq Mirzə Cəlil bu məsələyə başqa cür, başqa 

mövqedən,  başqa  niyyətlə  yanaşmışdır.  Ədib  kəndi  bizə  tamamilə  yeni  bir  şəkildə,  əhatəli  bir 

surətdə,  geniş  planda,  bütün  ziddiyyətləri,  mürəkkəb  xüsusiyyətləri,  yaxşı  və  pis  cəhətləri  ilə 

göstərmişdir. Cəlil Məmmədquluzadənin əsərlərindəki kənd – mübarizə və toqquşmalardan, hərəkət 

və inkişafdan uzaq, durğun, atil, iddillik kənd deyil, sinfi ziddiyyətlərin çılpaq şəkil aldığı, biri-biri 

ilə üz-üzə gəldiyi və amansız surətdə toqquşduğu kənddir. Tənqidi realizm ənənələrinə axıra qədər 

sadiq  qalan  ədib  qəlbinin  çağırışını  dinləyərək,  həyatın  dərinliklərinə  enmiş,  yoxsul  kəndlilərin 

acınacaqlı həyatını dərin bir həqiqət hissi, böyük bir vətəndaşlıq cəsarət ilə təsvir etmişdir ” [2, s. 

109].  

Yoxsul  kəndli  həyatlarının,  kəndli  güzəranının  təsvir  olunduğu,  ancaq  kənddəki  ictimai  və 



dini  mentalitetdən  irəli  gələn  eyiblərin  əks  etdirildiyi  hekayələrdən  biri  də  “Pirverdinin  xoruzu” 

hekayəsidir. Yuxarıda yazıçı qəzəbinin məhsulu olaraq ortaya çıxan Danabaş kəndinin sakinlərinin 

həyatından bəhs edən bu hekayədə Danabaş kəndi tipik məkandır.  

Bu hekayədə Danabaş kəndinin sakini Qasım əminin arvadı Həlimə xala çörək bişirmək üçün 

onu qonşu kənd olan Təzəkəndə bacısını gətirməyə göndərir. Təzəkəndə gedən Qasım əmi oradan 

Pirverdinin  xalasını,  eyni  zamanda,  Pirverdinin  xalasından  istədiyi  xoruzu  yox,  bir  arvad  gətirir. 

Qasım  əmi  Təzəkənddə  oranın  mollası  Axund  Molla  Cəfərlə  qarşılaşır.  Onun  məsləhəti  və 

başbilənliyi ilə Pərinisəni siğə edir.  

Burada ortaya çıxan bir neçə vacib məqam var: birincisi, Qasım əmi öz iradəsi olan biri deyil. 

Bu,  o  zaman  aydın  olur  ki,  arvadının  hər  dediyini  edir,  hətta  oğlu  da  ondan  çəkinmir,  xoruz 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

141

 

 



 

 

gətirəcəyini söz verənədək eşşəyin quyruğunu buraxmır. İkinci məqam ondan ibarətdir ki, o, hətta 



ikinci dəfə evlənməyə də özü qərar vermir, belə  demək mümkünsə, Molla Cəfər onu məcbur edir. 

Üçüncü  məqam  ondan  ibarətdir  ki,  o,  sonradan  da  arvadlarının  münasibətlərini  tənzimləyə  bilmir. 

Çünki ədib sonda Qasım əminin arvadlarının davasını təsvir edir.  

Ədibin Qasım əmini Danabaş kəndinin sakini olmağa “layiq görməsi” də yuxarıda saydığımız 

səbəblərlə  bağlıdır.  Heç  bir  iradə  sahibi  olmayan,  hətta  evlənməyə  belə  özü  qərar  verməyən  biri 

ədib tərəfindən Danabaş kəndinin sakini adlandırıla bilərdi. Xüsusən artıq yeni əsrin başlanğıcında, 

dünyada  sivilizasiyaların  surətlə  inkişaf  etdiyi  bir  dönəmdə  ikiarvadlılığın,  siğənin  var  olması 

yazıçıda qəzəb doğururdu. Elə bunun nəticəsi  olaraq da Danabaş kimi  tənqidi realizmin  ən kamil 

nümunəsi  ortaya  çıxmışdı.  Ancaq  şübhəsiz  ki,  C.Məmmədquluzadə  realizmi  təsvirçiliklə 

yekunlaşmır, həyatın ayrı-ayrı səhifələrini əks etdirirdi: “C. Məmmədquluzadənin realizmi təsvirçi, 

izah  və  şərhedici  realizm  deyil,  həyatın  ayrı-ayrı  faktları  arxasında  gizlənən  həqiqətləri  və  tipik 

cəhətləri  kəşf  edən,  bunların  ictimai  mahiyyətini  açıb  göstərən,  təsdiq  və  təcbitedici  realizmdir. 

Onun  əsərlərinin  hər  bir  lövhəsində,  surətlərinin  hər  bir  hərəkətində  və  davranışında  tənqid,  acı 

gülüş və istehza ilə yanaşı, incə lirika, dərin ictimai məna, fəlsəfi fikir vardır. Ədib özünə məxsus 

orijinal üsullarla oxucunu düşüncə və təfəkkür aləminə salıb, oxuduqlarından faydalanmağa vadar 

edir, onları həyata və hadisələrə fəal münasibət bəsləməyə çağırır” [1, s. 172]. 

C.Məmmədquluzadənin  hekayələrindəki  bədii-tipik  məkanlardan  biri  də  Təzəkli  kəndidir. 

“Fatma xala ” hekayəsinin qadın qəhrəmanı olan Fatma xala cəhalət dünyasının qadına qarşı olan 

münasibətinin  qurbanlarındandır.  Bu  hekayədə  Təzəkli  adı  ilə  yanaşı,  Qatırürküdən  şəhəri,  Qatırlı 

və başqa məkanların da adı çəkilir ki, bunların da təsadüf olduğunu iddia edə bilmərik.  

Təzəkli  kəndinin  adı  da  Danabaş  kəndinə  verilən  ad  kimi  qəzəbdən  yaranmışdı.  Bu  kəndin 

kişiləri o şəxsi əsl müsəlman hesab edirlər ki, onun arvadının üzünü görən, səsini eşidən olmasın. 

Bu,  o  zaman  idi  ki,  dünyada  qadınlar  daha  qısa  iş  günü,  istirahət  günləri  uğrunda  mübarizə 

aparırdılar. Müsəlman qadınının  əxlaqı isə evdən çıxmamaq, qıfıllı  qapılar ardında məhv olmaqla 

ölçülürdü.  

Təzəkli  kəndinin  kişiləri  Məşədi  Nurəlidən  atı  kimə  satdığını  soruşurlar,  biləndə  ki,  at 

Kərbəlayi  Xalıqverdiyə  satılıb,  onu  tərifləməyə  başlayırlar,  arvadının  səsini  eşitmədiklərini  qeyd 

edirlər.  

Bu kəndin sakinləri qadının heç bir hüququnu nəinki tanımır, hətta qadının adını çəkməyi də, 

övladının anası olduğunu qeyd eləməyi də ayıb bilirlər: “A molla, and olsun bizi yaradan məxluqa, 

mən  bircə  dəfə  də,  ayıb  olmasın  sizdən  də,  Cəfərin  anasını  heç  bir  yerə  aparmamışam.  O  biri 

kəndlilər də and içdilər ki, bir belə günah iş görməyiblər” [3, s. 173].  Deməli, bu kənddə qadının 

evdən  çölə  çıxması  yasaq  olduğu,  qadının  bütün  hüquqları  istismar  olunduğu  yetməzmiş  kimi, 

onların həyat yoldaşları qadınları yalnız uşaqlarının anası olaraq görürlər. Özü də oğlan uşaqlarının. 

Fatma  xala  və  onun  əri  Kərbəlayi  Xalıqverdi  Qatırürküdən  şəhərinin  sakinləridir. 

Qatırürküdən adı da yazıçının təxəyyül məhsulu olaraq ortaya çıxmış adlardan biridir. Qatır hibrid, 

eyni  zamanda,  çalışqan  heyvandır.  Bununla  belə,  yazıçının  bu  məkana  bu  adı  seçməsini  də  onun 

islahedici  gülüş  obyekti  olması  ilə  izah  edə  bilərik.  Şəhərin  adını  xüsusilə  nəsil  artırmaq 

xüsusiyyətinə  malik  olmayan  bu  canlının  adı  ilə  bağlamaq  da  C.  Məmmədquluzadənin  yaradıcı 

təxəyyülünün  məhsulu  olub,  özündə  bir  qədər  də  qərəz  daşıyır.  Ancaq  bu  qərəz  şəxsi 

münasibətlərdən  doğan  qərəz  olmayıb,  daha  çox  ictimai-sosial  eyiblərə  qarşı  yaradıcı  qəzəbdən 

qaynaqlanır.  

Hekayədə  maraqlı  məkan  adlarının  verildiyi  bir  parçaya  nəzər  salaq:  “Qatırlı  şəhəri  ilə 

Heydərli pirinin arası iki saatlıq yoldur. Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin 

yoludur, sonra çayı keçib Dovşan tutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə 

çatır.  


Heydərli  piri  çox  kəramətli  pirdir.  Bu  pirin  barəsində  çox  söz  danışmaq  olardı,  ancaq 

şamaxılıların xatirəsi üçün danışmırıq” [3, s. 172]. Bu parçada adı çəkilən maraqlı məkanlardan biri 

Dovşan tutan kəndidir. Dovşanla bağlı adın meydana çıxması da yazıçı alt şüurundan irəli gəlir. Bir 

sıra mifoloji qaynaqlarda dovşanın müqəddəsliyi ilə bağlı məlumatlara rast gəlinir. “Hititlərdə totem 

olaraq qəbul edilir; müqəddəs olduğuna inanılır və əti yeyilmir. Əski Türklərdə totem olaraq qəbul 

edilir  və  “12  heyvanlı  türk  təqvimində”  4-cü  ilə  adı  verilmişdir.  Çində  Ayla  bağlı  olduğu 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin