“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
148
məxsusluğu da əsas rol oyanır. Yəni Gülüstani-İrəm təkcə təbiəti ilə deyil, burada bitən qeyri-adi
meyvələri, gülləri ilə də məşhurdur və bunlar insan üçün şəfa mənbəyidir.
Beləliklə, xəyalla gerçəkliyin vəhdəti olan Gülüstani-İrəm Azərbaycan folklorunda ülviliyin
mücəssəməsi kimi meydana gəlir. Lakin, folklorda Gülüstani-İrəm Azərbaycan folklorunda yalnız
ülviliyin mücəssəməsi kimi deyil, həm də burada estetik ideal da bariz şəkildə ifadə olunmuşdur.
Başqa sözlə desək, Gülüstani-İrəm obrazında ülviliklə estetik ideal vəhdət təşkil edir. Burada ülvilik
idealı və əksinə ideal ülviliyi tamamlayan bir prosesdir. Lakin bu vəhdətdə estetik ideal ülvilik
vasitəsilə istifadə olunur. Odur ki, folklorda Gülüstani-İrəm ülvilik vasitəsilə həyatda tam təzahür
olunmamış arzuların ifadəsi kimi meydana gəlir. Beləliklə, fəlsəfi-estetik mənada Gülüstani-İrəm
ülviliyin və estetik idealın folklordakı ifadəsidir.
“Gülüstani-İrəm” yalnız Azərbaycanda deyil, ümumiyyətlə Şərq xalqlarının folklorunda da
çox geniş yer tutur. Odur ki, Gülüstani-İrəm haqqında Şərq folklorşünasları da bir çox maraqlı
fikirlər söyləmişlər. Belə fikir müəlliflərindən bəziləri Gülüstani-İrəmin real bir məkan olduğunu
təsdiq etməyə çalışırlar.
Folklorşünas M.H.Təhmasib bu barədə “Azərbaycan nağılların” kitabında şərhlərdə həmin
müəlliflərlə razılaşaraq yazır: “Belə bir yerin doğrudan da olub-olmadığı, yaxud harada olduğu
barədə çox fikirlər söylənmişdir. Xüsusilə ərəb mənbələrində bu barədə hədsiz-hesabsız rəylər,
ehtimallar vardır. Bu mənbələrin əksəriyyətinə görə İrəm öz gözəlliyi ilə dünyada yeganə olan
qədim bir şəhər imiş və vaxtı ilə Yəməndə yaşayan Ad qabiləsinin mərkəzi olduğuna görə İrəmi-
Ad, hədsiz-hesabsız sükünlara malik olduğuna görə isə İrəmi-Zatül-imad adlanırmış. Mənbələrdə
bu şəhərin bağları, bağçaları haqqında həddindən artıq şişirdilmiş mübaliğəli təsvirlər vardır Verilən
məlumatlara görə bu şəhərin xarabaları indi də qalmaqdadır. Hətta XVIII əsrdə Abdulla İbn-Qülabə
adlı bir nəfərin bu xərabələrdə külli miqdarda nadir, qiymətli şeylər tapmış olduğu da rəvayət
olunmaqdadır” (4, s.320).
A.A.Bakıxanov “Gülüstani-İrəm” adlı məşhur əsərinin müqəddimə hissəsində belə bir
məkanın Azərbaycan ərazisində olduğunu qeyd edir. Müəllif yazır: “Gülüstani-İrəmi, Qaf dağının
yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan yer kimi
təsvir etmişlər. Ehtimal ki, bu da Şirvanın Şabran adlı oazisindən ibarətdir: bu söz xalq arasında da
çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Bunun
yuxarısında, dağlı bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır” (1, s.19). Göründüyü
kimi Gülüstani-İrəm adlı yerin mövcud olması (müxtəlif yerlərə aid edilsə də) təsdiq olunur. Lakin
nağıllarda təsvir olunan Gülüstani-İrəmin məhz həmin yerlərin təsvirindən ibarət olması fikrini
söyləyən müəlliflərlə razılaşa bilmərik. Belə ki, bu müəlliflər folklordakı “Gülüstani-İrəm”i tədqiq
edərkən məsələyə yalnız etnoloji cəhətdən yanaşırlar. Doğrudur ki, məsələnin həllində
etnologiyanın da bir qədər, hətta az da olsa rolu vardır. Lakin burada fəlsəfi-estetik məzmun daha
çox nəzərə çarpır. Nağıllarda təsvir olunan “Gülüstani-İrəm”in tədqiqi zamanı onun fəlsəfi-estetik
mahiyyətini açmaq isə başlıca vəzifə olmalıdır.
Folklorda ülviliyin təcəssümü obyektiv
zərurətin estetik ideal həlli əsasında spesifik
yolla dərk olunmasıdır. Belə ki, folklor şüurunda obyektiv zərurət fəlsəfi və bədii təfəkkür
əməliyyatlarının qarşılıqlı fəaliyyətləri nəticəsində estetik dərk etmənin ifadə vasitələrini ortaya
çıxarır. Çünki, «dərk etmə forma və mahiyyət baxımından bu fəaliyyət və ya prosesin ayrılmaz
tərkib hissəsidir» (5, s.57).
Estetik şüurda ülvilik müəyyən mənada gerçəkliyə qarşı duran, ondan seçilən, fərqlənən və
eybəcər gerçəkliyi inkar edən bir qüvvə kimi meydana gəlir. Ülviliyin gerçəklikdən fərqlənməsi və
xüsusilə eybəcər gerçəkliyi inkar etməsi məsələsi folklorda özünü daha aydın şəkildə ifadə edə
bilmişdir.
Beləliklə, folklorda ülviliyin təcəssümü – obyektiv zərurətin estetik ideal həlli əsasında
spesifik yolla dərk olunması kimi meydana gəlir. Ülvilik vasitəsilə dərk olunmuş zərurətin estetik
həlli xüsusilə nağıllarda aşkar formalarda əks olunur. Folklorda bu formalar çox və müxtəlif olsalar
da bunları aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:
a) qəhrəmanların pis mühitə düşməsi;
b) sirlərin açılması;
v) tilsimlərin dağılması;
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
149
d) daşların adamlara çevrilməsi.
Nağıllarda ülviliyin təcəssümü ilə bağlı olan bu kimi məsələlər geniş yer tutur. Nağıllarda
bütün bu qruplar bir-birilə bağlı məsələlər olduğundan əksər hallarda qarşılıqlı şəkildə təsvir
olunurlar. Yəni “tilsimlərin dağılması” səhnəsi “sirlərin açılması” ilə bağlı olduğu kimi, “sirlərin
açılması” da “daşların adamlara çevrilməsi” prosesi ilə bağlı və ya əlaqədar məsələdir. Bu proseslər
biri digərini doğuran səbəb əlaqəsi olduğu kimi, ziddiyyətlərin həlli məsələsində də dialektik bir
vəhdət yaradır. Folklorda zərurətin spesifik yolla dərk olunmasında belə bir dialektik vəhdətin
ifadəsi məhz bu qruplar vasitəsilə özünü göstərir. Lakin məsələnin açıq şərhi üçün biz bu qrupların
hər birini ayrılıqda nəzərdən keçirməyi üstün tuturuq.
Nağıllarda qəhrəman pis mühitə düşməsi hallarına tez-tez rast gəlirik.
Hər şeydən əvvəl onu göstərək ki, bu məsələ bir növ azadlıq və zərurət probleminin folklorda
bədii həlli kimi meydana gəlir. Qəhrəmanın pis, müdhiş mühitə düşməsi zərurətin insanın istək və
arzularından asılı olmaması hallarını göstərə bilən təsvirdir. Başqa sözlə nağıllarda təsvir olunan bu
“pis mühit” həyat ziddiyyətlərinin fantastik şəkildə təcəssümü kimi meydana gəlir. Nağıllarda bu
cür pis mühit “quyu”, “əjdahanın qarnı”, “tilsimli vilayətlər”, “divlər ölkəsi”, “ilanlar yurdu” və s.
kimi əks olunur. Folklorda qəhrəmanların pis mühitdəki fəaliyyəti estetik idealla bağlı olan
problemdir. Belə ki, pis mühiti düşən qəhrəman dəhşətli eybəcərliklərlə, güclü şərlə, qorxulu
düşmənlərlə rastlaşır və vuruşurlar. Nəhayət qəhrəman öz qüdrəti ilə hər şeyə qalib gəlir, bir sözlə
bütün ziddiyyətlər ideal bir şəkildə həll edilir. Məsələn, “Tapdıq” – nağılında (7, s.50) pis mühitə
(əjdahanın qarnına) düşən qəhrəmanın qeyri-adi fəaliyyətini göstərən bu təsvir zərurətin ideal
həllinin folklora məxsus ifadəsidir. Lakin burada ülvilik də əsas və başlıca rol oynayan bir amil
kimi özünü təsdiq edir.
Beləliklə, Azərbaycan folklorunda estetik ideal ülvilik vasitəsilə geniş şəkildə təzahür edir.
Ədəbiyyat
1. A.Bakıxanov. Gülüstani İrəm. Bakı, 1951.
2. O. Əfəndiyev. Folklorda estetik idealın təcəssümü. Bakı, 1974.
3. Osman Əfəndi. Estetik idrak və onun folklorda təcəssümü. Bakı, 2002.
4. M.Təhmasib. Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi adlandırmanın səbəbi,
əhalinin mənşəyi, dinləri və dinləri haqqında. Azərbaycan nağılları. I c., Bakı, 1960.
5. Mayıl B. Əsgərov. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, 1915.
6. Azərbaycan nağılları. I c., Bakı, 1960.
7. Azərbaycan nağılları. III c., Bakı, 1961.
O.Efendi
The reflection of sincerity conception as a art-estetic in folklore
SUMMARY
The researcher dedicated to the investigation analysis of reflusion problem of esthetic ideal by
sincerity in folklore. Moreover, connection between of conctption “sincerity” and “estetic ideal”
and their reflection form in folklore thought investigated.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
150
Nərgiz Məlik qızı Quliyeva, tarix üzrə elmlər doktoru, professor
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Bakı, Azərbaycan
Elnur Lətif oğlu Həsənov, antropologiya üzrə fəlsəfə doktoru, Elm üzrə Prezident mükafatçısı
AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, Gəncə, Azərbaycan
e-mail.: l-hasan@hotmail.com
MULTİKULTURALİZM ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏ İMAMZADƏ
ABİDƏSİNİN MƏNBƏŞÜNASLIQ ƏHƏMİYYƏTİ
Açar sözlər: Gəncə, ənənəvi sənətkarlıq, multikulturalizm, memarlıq, İmamzadə türbəsi.
Key words: Ganja, traditional trade, multiculturalism, architecture, Imamzade tomb.
Gəncənin əsas simvollarından hesab edilən İmamzadə kompleksi orta əsr Azərbaycan
memarlığının dəyərli nümunələrindəndir. Məlum olduğu kimi, ölkəmizdə milli-mənəvi irsin
qorunaraq yaşadılması, maddi mədəniyyət abidələrinin bərpa edilməsi, dini-əxlaqi dəyərlərimizin
mühafizə olunması tədbirlərinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsinin təməli məhz Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin müdrik siyasəti sayəsində müstəqil
dövlətimizin şərəfli tarixi keçmişinin yaşadıcısı olan abidələrin, o cümlədən dini ziyarətgahların
bərpa etdirilməsi, yenidən qurulması həyata keçirilmişdir. Bibiheybət məscid-kompleksi, Əliayağı
piri, Təzəpir məscidi kimi çoxlu sayda ziyarətgahların abadlaşdırılması məhz Heydər Əliyevin
diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Qədim Gəncədə isə hələ ötən əsrin 70-80-ci illərindən etibarən məhz Ulu Öndərimizin
uzaqgörənliyi sayəsində 17-dən artıq məscid, ibadətgah mədəniyyət ocağı kimi mühafizə edilmişdir.
Dahi Öndərimizin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Abşeron, Sumqayıt, Şamaxı və digər bölgələrimizdə olan qədim məscidlərin, tarixi-
memarlıq abidələrinin bərpası və yenidən qurulması ilə bağlı imzaladığı çoxsaylı fərman və
sərəncamlar milli-mədəni irsimizə qayğının əvəzsiz nümunəsi kimi dəyərləndirilir [3, 11].
Ölkə Prezidentinin qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin ən dəyərli maddi
mədəniyyət nümunələrindən biri hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və
ətrafında abadlaşdırma işlərinin icra edilməsini nəzərdə tutan 1 Mart 2010-cu il, 30 Dekabr 2011-ci
il, 5 İyun 2013-cü il, 16 May 2014-cü il, 5 Noyabr 2014-cü il və 9 Aprel 2015-ci il tarixli
sərəncamları şübhəsiz ki, mahiyyəti etibarilə milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə
verilən ən yüksək qiymətdir. Bu mühüm tarixi əhəmiyyətə malik sərəncamlara uyğun olaraq Gəncə
İmamzadəsi milli memarlıq ənənələrimizə müvafiq şəkildə yenidən qurulur, daha möhtəşəm
görkəmə sahib olur.
İmamzadə kompleksi kimi digər çoxsaylı abidələrin, maddi mədəniyyət nümunələrinin təmiri
və bərpası, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin təbliğ edilməsi ilə bağlı Heydər Əliyev
Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş mühüm tədbirlər xüsusi
qeyd olunmalıdır. Təsadüfi deyildir ki, Gəncə şəhərində məhz Heydər Əliyev Fondunun təşəbbüsü
ilə VII əsr abidəsi olan Comərd Qəssab türbəsi, eyni zamanda qədim Gəncə qapıları, Cavad xan
türbəsi, Fatimeyi-Zəhra məscidi kimi dəyərli abidələr bərpa edilmiş, yenidən qurulmuşdur [6, 68].
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən İmamzadə abidəsi beşinci imam
Məhəmməd Bağırın (Baqirin) oğlu mövlana İbrahimin məzarı üzərində 739-cu ildə ucaldılmış və
tədricən Gəncədə, həmçinin ətraf ərazilərdə yaşayan insanların inam-inanc mənziləsi olmaqla
yanaşı, milli-mənəvi dəyərlərin mühafizə edildiyi ocağa çevrilmişdir. Əsas tikililərinin XIV-XV
əsrlərdə inşa edildiyi, ətrafındakı tikililərin isə, əsasən XVII-XVIII əsrlərdə ucaldıldığı Gəncə
İmamzadə kompleksi həm də ehtiyacı olan insanlara təmənnasız xeyriyyəçiliyin əzəli ünvanı kimi
tanınmışdır. Orta əsrlər dövründən etibarən vəqf mülkiyyət növü kimi fəaliyyət göstərmiş bu pak
məkanda toplanan maddi vəsait tamamilə əvəzsiz olaraq xalqın ehtiyaclarının ödənilməsinə, eyni
zamanda abidənin bərpa və yenidən qurulmasına sərf olunmuşdur [10; 11].
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
151
Mühüm tarixi abidə olan Gəncə İmamzadəsi özünün bir çox səciyyəvi, unikal xüsusiyyətləri
ilə seçilir. Tarix boyu müqəddəs ziyarətgah kimi müsəlman dünyasında əhəmiyyətli mövqeyə malik
olmuş İmamzadə türbəsi həm də Gəncədə yüksək şəhər mədəniyyəti ünsürlərinin göstəricisi
olmuşdur.
Gəncə şəhərinin təqribən yeddi kilometrliyində yerləşən bu müqəddəs kompleks qədim
(yaxud köhnə) Gəncənin xarabalıqları yaxınlığındadır. Kərpicdən inşa olunmuş imam türbəsinin
ətrafında tədricən tikilmiş məscid, sərdabə, həmçinin digər türbələr, karvansara tikililəri (yaxud
karvansaraya bənzəyən evlər), yardımçı bina tikililərindən ibarət bu möhtəşəm dini kompleksin
ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Bundan əlavə, İmamzadə kompleksinin daxilində
əsasən XVIII-XIX əsrlər bədii daşyonma sənəti ustaları olan xəttat-həkkakların, eyni zamanda
nəqqaşların mühüm sənətkarlıq əsərlərini, epitafiya nümunələrini, həmçinin insanların dini
dünyagörüşlərini, təsəvvürlərini əks etdirən məzarüstü abidələri özündə qoruyub saxlamış geniş bir
ərazini əhatə edən qəbiristanlıq mövcuddur. Kompleksin ən qiymətli abidəsi, heç şübhəsiz
düzbucaqlı plana malik olan İmamzadə türbəsidir. Türbənin üzəri rəngarəng kaşılı, kərpic örtüklü
günbəzlə tamamlanır [8, 17-20].
Bir məqamı qeyd etmək lazımdır ki, Gəncədə olan İmamzadə abidəsi məhz tarixi, ənənəvi
multikulturalizm abidəsi kimi bir sıra xüsusiyyətləri baxımından diqqəti cəlb edir:
Gəncə İmamzadə türbəsi mühüm ziyarətgahdır. Buranı hər il minlərlə insan ziyarət edir. Qeyd
olunmalıdır ki, ziyarətçilər arasında həm də xarici dövlətlərin vətəndaşlarının sayı ilbəil artır. Maraq
doğuran fakt bundan ibarətdir ki, abidəyə gələnlər arasında qeyri-müsəlmanlar da olur.
1. Tariximizin çoxəsrlik yadigarı olan Gəncə İmamzadəsi həm də inşasında ənənəvi Gəncə
memarlığına xas olan qırmızı bişmiş kərpic tikilişində “Qızıl kəsişmə” üslubunun tətbiq edildiyi
abidə kimi əhəmiyyətlidir.
2. Gəncə İmamzadəsi çox dəyərli, qədim tarixi-epiqrafik abidədir. Bu abidənin böyük
əhəmiyyətə malik kitabə və yazıları mövcuddur. Burada abidənin inşa etdirilməsi tarixi, eyni
zamanda Gəncə İmamzadəsinin müxtəlif dövrlərdə abadlaşdırılması, yenidən qurulması ilə bağlı
məlumatlar öz əksini tapmışdır.
3. Bu dəyərli tarixi abidə Azərbaycan xalqının ənənəvi etnoqrafik baxış, milli-mənəvi
dəyərlərinin mühüm mənbəyi və eyni zamanda, bir növ etibarlı qoruyucusudur.
4. Gəncə İmamzadəsi çox nəfis, keyfiyyətli sənətkarlıq və memarlıq xüsusiyyətlərini özündə
cəmləşdirən bir kompleksdir. Burada bir çox sənətkarlıq sahələrinin zəngin, qədim tarixə malik
ənənələri vəhdət təşkil edir.
5. Gəncə İmamzadəsi xalqımızın genealoji tarixi keçmişinin tədqiqində mühüm
mənbəşünaslıq dəyərinə malik abidə kimi də diqqəti cəlb edir. Belə ki, qədim əlyazma və tarixi
sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, görkəmli mütəfəkkir, şair 6. Nizami
Gəncəvinin (1141-1209) şəcərəsinin nümayəndələri uzun müddət ərzində abidənin yerləşdiyi
ərazinin vəqf mülkiyyətçiləri kimi sahibi olmuşlar və İmamzadə abidəsi ətrafındakı qəbiristanlıqda
onların məzarları günümüzədək qorunub saxlanılmışdır.
7. Bu dəyərli tarixi-memarlıq nümunəsi ölkəmizin Qərb bölgəsində dini turizmin inkişaf
etdirilməsi baxımından xüsusi əhəmiyyəti ilə seçilən abidələrdəndir. Burada hal-hazırda həyata
keçirilən əsaslı yenidənqurma və abadlıq işləri gələcəkdə bu mühüm sahənin inkişafında abidənin
dəyərini daha da artırmış olacaqdır.
Ədəbiyyat
1. Azərbaycan etnoqrafiyası. (2007). I cild. Bakı: Şərq-Qərb. 544 s.
2. Burton-Brown T. (1951). Excavations in Azerbaijan, 1948. London, 1951. 340 p.
3. Əhmədov F.M. (2007). Gəncənin tarix yaddaşı. Gəncə: Elm. 237 s.
4. Fətullayev-Fiqarov Ş. (2003). Azərbaycanın qədim məscidləri. «Azərbaycan-İrs» jurnalı,
№14-15
5. Guliyeva N.M, Häsänov E.L. (2014). Die traditionelle Gändschänischen Teppiche von
6. Zeitraum der Aserbaidschanischen Gelehrten und Dichter M.S.Waseh als ethno-
anthropologische quelle. Europäische Fachhochschule, №2, pp. 3-5
7. Hasanov E.L. (2015). Le Mausolee Imamzade de Gandja comme une source historique et
culturelle. Proceedings of ISPC Technological advances. Lancaster (USA), pp. 67-69
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
152
8. Həsənov E.L. (2010). Gəncə İmamzadə türbəsində dulusçuluq elementləri. AMEA Gəncə
Regional Elmi Mərkəzin Xəbərlər məcmuəsi, №42, s. 120-122
9. Həsənov E.L. (2012). Gəncə İmamzadə türbəsi (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm və
təhsil, 268 s.
10. Кулиева Н.М., Гасанов Э.Л. (2011). О развитии художественной керамики в
древней Гяндже. Вопросы общественных наук: социология, политология, философия,
история. Материалы международной заочной научно-практической конференции.
Новосибирск: Априори, стр. 133-135
11. Nemət M. (1992). Azərbaycanda pirlər. Bakı, 1992
12. Nemətova M. (1987). Əsrlərin daş yaddaşı. Bakı, 1987
13. Quasebarth J.W., Hasanov E.L. (2014). Typical ornamental characteristics of ceramic
wares of Ganja for the ancient period. Economy, technology, education and prospects for 2014,
№1(9), pp. 53-55
14. Rzayev N. (1957). Köhnə Gəncədə “İmamzadə türbəsi”. Azərbaycan Tarixi Muzeyinin
əsərləri, II cild. Bakı, 1957
15. The dawn of Art. (1974). Leningrad: Aurora Art Publishers. 196 p.
Xülasə
Elmi əsərdə ilk dəfə olaraq qədim tarixi-memarlıq abidəsi olan Gəncə İmamzadə türbə-
kompleksinin Azərbaycanda multikulturalizm ənənələrinin tədqiqində mənbə kimi əhəmiyyəti
müxtəlif tarixi mənbə və materiallar vasitəsilə tədqiq edilmişdir.
Prof. Gulieva Nargiz Malik,
PhD. Hasanov Elnur Latif
IMPORTANCE OF IMAMZADE SANCTUARY OF GANJA AS THE SOURCE
IN RESEARCH OF MULTICULTURALISM TRADITIONS
Summary
Elmi əsərdə ilk dəfə olaraq qədim tarixi-memarlıq abidəsi olan Gəncə İmamzadə türbə-
kompleksinin Azərbaycanda multikulturalizm ənənələrinin tədqiqində mənbə kimi əhəmiyyəti
müxtəlif tarixi mənbə və materiallar vasitəsilə tədqiq edilmişdir.
Адалят Абдиева, доктор философии по философии,
Доц. кафедры Социальных наук АУЯ
adelya_abdiyeva@mail.ru
ИСТОРИЧЕСКИЕ ПРЕДПОСЫЛКИ МУЛЬТИКУЛЬТУРАЛИЗМА В
АЗЕРБАЙДЖАНЕ
Ключевые слова: мультикультурализм, народ, толерантность, духовные ценности,
традиции, взаимопонимание
Key words: multiculturalism, nation, tolerance, spiritual values, traditions and understanding
Национальное развитие любого полиэтнического государства сопровождается
возникновением и необходимостью разрешения ряда очень, и порой запутанных проблем.
Причиной тому то, что людям различных в этническом, расовом, религиозном и культурном
плане приходится уживаться в рамках общей территории.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
153
Сегодня в мире происходят глобальные изменения, которые затрагивают практические
все сферы общественной жизни – экономическую, политическую, социально-культурную,
этнонациональную, демографическую и т.д. Это в свою очередь, приводит к двум
противоположным процессам: с одной стороны, происходит размывание национально-
государственных границ и ускоренное продвижение наций в мировое культурное
пространство, с другой, наблюдается резкое обострение этнической разобщенности и
всплеск национального самосознания, иногда рост нетерпимости, религиозной вражды и
даже сепаратизма.
Подобная тенденция двунаправленности проявляется в изменениях мировой
политической карты тоже. За последние десятилетия мир пережил распад таких
многонациональных государств как СССР, Югославия, Чехословакия. С другой стороны,
некоторые европейские страны, исторически, более «единообразные» по составу нации,
стремятся образовать единое политическое пространство. Примером может послужить
Евросоюз. Сегодня это понятие давно не ограничивается только лишь объединением в
области экономических интересов, как предполагалось в самом начале. Изменилась
«политика открытой терпимости» в Великобритании, которая за последние годы приняла
законы, ограничивающие толерантность в стране, вопрос о предельно допустимой норме
толерантности встал во Франции и Германии. С одной стороны, демократическая основа
развития общества диктует необходимость межконфессиональной толерантности, с другой
стороны, современное общество пришло к порогу социальной нетерпимости. Общество,
порой, стоит перед дилеммой - обеспечить свободу совести каждому гражданину или
ограничить уровень терпимости. Поиск оптимальной меры согласия и диапазона
толерантности становится одной из ключевых задач общества и государства. Толерантность
и веротерпимость не может передаваться по наследству, от поколения к поколению, это не
врожденное чувство той или иной нации. Толерантность это работа, которая должна быть
приоритетной для государства и общества. Просто необходимо законодательно определить
границы религиозной толерантности, порог терпимости с учетом сохранности интересов
государства, общества, личности и обязать религиозные организации обеспечивать
религиозную безопасность. Необходимо распространять принципы толерантности и
заложить их в поведение всего общества и отдельной личности. Толерантность должна
пониматься как способность человека, общества уважать мнение другого, отличного от
своего. Это требует определенных усилий от людей, занимающих соответствующие
должности в управленческой сфере, активности интеллигенции, готовой преодолевать
различные трудности и препятствия на своем пути. Толерантность необходимо воспитывать.
В создавшейся ситуации весьма актуальным является налаживание диалога между
культурами и религиями в целях сохранения культурного разнообразия человеческой
цивилизации. Показательным может быть опыт тех стран и регионов, в которых сильны
традиции толерантности и веротерпимости. Азербайджан в этом отношении представляет
собой уникальный пример сосуществования и сотрудничества многих народов и
религиозных конфессий.
Мультикультурные общества существовали на протяжении всей человеческой истории.
Мультикультурными были древний Рим и мусульманско-православный Константинополь,
Российская империя и т.д.
«Азербайджан веками являлся толерантной страной. Сегодня в Азербайджане
охраняются памятники, относящиеся ко всем религиям и нациям, их восстановление и
реконструкция находятся в центре внимания государства». Это в своем выступлении на III
Бакинском международном гуманитарном форуме в октябре 2013 года сказал Президент
Азербайджанской Республики Ильхам Алиев [2]. Мультикультурность в Азербайджане
имеет очень крепкие устои, богатые традиции, глубокую историю и духовные основы. Корни
этой традиции уходят глубоко в историю, ведь на азербайджанской земле нашли пристанище
еврейские переселенцы, бежавшие из разграбленного Иудейского царства еще 586 году до
н.э. В середине первого столетия нашей эры в Азербайджане поселились первые
последователи христианства, которые в последующем стали основателями Албанской
|