Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə29/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

164

 

 



 

 

Biriklərin Havası



1

 

Həsənobanın içiqi



2

Üst qalada 20 qız, 



Yuxarı qalada 20 oğlan, 

Bəkməzlərin çılğın bacısı, 

Bip, bip, bip, bip. 

 

Bölgədə atalar sözü, məsəl və deyimlərdə oxşar cəhətlər özünü güclü surətdə göstərir. Bölgə 



ərazisində  yaşayan  əhali  o  qədər  qaynayıb-qarışmışdır  ki,  aşağıdakı  şəkildə  süjet  oxşarlığı 

yaranmışdır. Oxşar atalar sözləri, oxşar süjetlər. Məsələn: 

 

Udilərdə:  



Ağıllı fikirləşincə dəli vurub aparır. 

Azərbaycan dilində: 

Ağıllı fikirləşincə dəli çayı keçir. 

 

Avarlarda: 



İti öldürən atar. 

Azərbaycan dilində: 

İti öldürənə sürütdürərlər. 

 

Saxurlarda: 



Qonağı ərəb olanın qapısı gen gərək. 

Azərbaycan dilində: 

Dəvəçi ilə dost olanın darvazası gen gərək. 

 

Beləliklə,  bu  regiona  məxsus  spesifik  elementlərin  üzə  çıxarılması  ilə  yanaşı,  bütün 



variantlarda  izlənən  ortaq  cəhətlər  də  müəyyən  edilmişdir.  Bu  cəhət  bir  daha  sübut  edir  ki,  bütün 

rəngarəngliyinə və kolorit fərqlərinə baxmayaraq, region əhalisinə aid olan bütün nümunələr vahid 

Azərbaycan  folklorunun  ayrılmaz  tərkib  hissəsidir.  Çünki  Azərbaycan  təkcə  türkdilli 

azərbaycanlıların deyil, eləcə də müxtəlif dil ailələrinə mənsub olan xalqlar və etnik qrupların - udi 

və xınalıqlıların, avar və ləzgilərin, talış və kürdlərin, tat və dağ yəhudilərinin, saxur və ingiloyların, 

hapıt və buduqların da eyni dərəcədə Vətənidir. 

ƏDƏBİYYAT 

1.  Abdullayev  K.  (Kamal  Abdulla)  Dilçiliyə  səyahət  (Dilçi  olmayanlar  üçün  dərslik).  Bakı-

“Mütərcim”-2010, 200 səh. 

2. Cavadov Q. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı-2000, 439 səh.  

3. Cavadоv Q. Hüseynоv R. Udilər (tarixi-etnоqrafik tədqiqat). Bakı-1996, 221səh. 

4.Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı-Təhsil-2003, 584 səh. 

5. Аварцы Алазанской долины. Bakı-“Qanun”nəşriyyatı-2012 

6. Мобили Роберт. Удины: язык, религия и этнография. Баку-2011, c. 79  

7. Турецко-русский словарь. Москва-«Издательство «Русский язык»-1977, с. 966. 

 

Xülasə 



Azərbaycan  Respublikasının  Şəki-Zaqatala  bölgəsi  müxtəlif  xalqlar  və  etnik  qrupların 

kompakt  yaşadığı  mozaik  bir  ərazidir.  Bu  bölgədə  avar,  saxur,  ləzgi,  ingiloy,  udi,  lak  və  başqa 

xalqlar və etnik qrupların nümayəndələri  yaşayır. Müxtəlif dil daşıyıcısı olmasına baxmayaraq, bu 

xalqlar  ortaq adət-ənənələrə, ortaq dəyərlərə mənsubdur. 

 

                                                           



1

 Adam adı

 

2



  İçiq  -  Böyük  qardaş.  Bu  sözün  mənasını  bizə  bildirən  f.d.  Sevda  Süleymanovaya  öz  təşəkkürlərimizi 

bildiririk.

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

165

 

 



 

 

Matanat Yaqubqizi 



The common values in folklore nations and ethnic groups are living in Azerbaijan    

(On the basis of Sheki-Zaqatala samples of folklore) 

Summary 

Sheki-Zagatala  region  is  a  mosaic  of  different  nations  and  ethnic  groups  densely  populated 

areas of the Republic of Azerbaijan. Avars, lezghins, tsakhur, ingiloys, udi, japan and other nations 

and ethnic groups living in this region. Common traditions and customs, common values, it belongs 

to the people, despite the fact that the carriers of different languages. 

 

 

 

 

 

 

 

 

 

 



Ulduz Bəşir Mürşüdova, fil.ü.f.d. dosent 

AMEA ŞREM aparıcı elm işçi və ADPU Şəki filialında Dillər kafedrasının müdiri 

ulduzshirin@gmail.com 

 

AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏN  

QƏLƏMƏ ALINAN LAYLALARIN TİPOLOGİIYASI 

 

Açar  sözlər:  beşik  mahnıları,  məqsəd,  valideyn  duyğuları,  laylanın  strukturu,  mədəniyyət, 

uşaq tərbiyəsi, inanclar 

Key  words:  cradle  songs,  goals,  pearent  feelings,  the  structure  of  cradle  song,  culture, 

bringing up children,believes 

 

Azərbaycanın  Qax  ərazisində  yaşayan  türk  və  digər  etnik  azlıqların  qələmə  alınmış    folklor 



örnəklərin  arasında  Qadın-  Ana  yaradıcılığının  məhsulu  olan  laylaları  təsnif  edərkən  iki  növü 

diqqəti cəlb edir: Beşik nəğmələri-laylalar; Yas nəğmələri-laylalar 

Hər iki növün yaradıcısı və yaşadanı qadın-analardır.  

Qadın-analar  ən  qədim  zamandan  ailənin  və  qəbilənin  yaşaması  və  rifahı  üçün  əsas 

məsuliyyət  daşıyırdı,  onlar  bitki  toplayır  və  becərirdilər,  bitki  və  otlardan  istifadə  etməklə 

xəstəlikləri müalicə edirdilər, uşaq, gənc və yaşlılara qayğı göstərir, bütün geyim və əmək alətlərinı 

hazırlayır,  dəridən  hazırlanan  məhsulları  emal  edirdilər.  Onlar  təhlükəsizlik  tədbirləri  görür, 

geyimlər,  at  üçün  yəhər,  parça  hazırlamaq,  gön  aşılamaq  və  daxmasını  yaşamaq  üçün  əlverişli 

vəziyyətdə  saxlamaq  kimi  vəzifələri  həyata  keçirirdilər.  Silah  və  alətlər  hazırlayır,  evlərinin 

tikilməsində  böyük  işçi  qüvvə  kimi  çalışır,  hətta  tez-tez  ov  zamanı  kişilərə  kömək  edirdilər. 

Loğman qadınlar, toplanan otlar və bitkilərdən istifadə etməklə xəstələri müalicə edir və müxtəlif 

dərmanlar hazırlayırdılar. 

Qəbilələr  və  tayfaların  yaşaması  üçün  vacib  fiqurlar  hesab  edilən  qadınların,  ailədə  və  tayfa 

içərisində  bir  çox  əlavə  vəzifələri  var  idi.  Ən  vacib  vəzifəsi  isə  dünyaya  uşaq  gətirmək,  onlara 

tərbiyə etmək və təhsil vermək, qidalandırmaq, qayğısına qalmaq idı. Analar iş görərkən və ya bir 

yerdən digər  yerə səyahət edərkən körpələrini yanlarında gəzdirmək üçün bellərinə bağlayır, beşik 

adlı taxtadan hazırlanmış qutudan isə uşaqları yatırmaq üçün istifadə edirdilər. 

Azərbaycan  xalq  deyimləri  araşdırılarkən  qadının  həm  Azərbaycan  mədəniyyətinin  

dövrlərinə uyğun olaraq mətnlərdə rol aldığını, həm də dəyərli hökmləri olduğu məlum olur. Xalq 

deyimlərinin  əsası  olan  mifologiyadan  başlasaq,  Azərbaycan  mifologiyasında  qadınla  əlaqədar  bir 

çox  ünsürlərə  rast  gələrik.  Verbitskinin  yığdığı  Altay  Yaradılış  Mifində,  Tanrı  Ülgen  kainatı, 

dünyanı və insanları yaratması üçün dişi ruh Ak-Ene (Ağ-Ana) ilham verir (7, s.9 ). Ayrıca insanın 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

166

 

 



 

 

yaradılışıyla əlaqədar yığılan mifoloji mətnlərdə torpağın qadınabənzər bir şəkildə insanı dünyaya 



gətirdiyi  görülür. Torpağın  gücü qadına miras  olaraq verilmişdir. Türk-Məmlük Yaradılış  Mifində 

insana  bənzəyən  mağara  oyuqlarına  toplanan  palçığın,  günəş  tərəfindən  isidilməsi  ilə  insanlar 

meydana  gəlir  (8,  s.10).  Lakin  islamın  gəlişi  ilə  bu  deyimlər  də  dəyişdirilmiş  və  günah  etməmək 

məqsədi ilə mətnlər yeni təfəkkürə uyğun olaraq yeni məzmunda təqdim edilmişdir. 

Bütün  xalq  və  millətlərin  mədəniyyətində  olduğu  kimi  Azərbaycanda  da  uşaqları  yatırmaq 

üçün istifadə edilən laylalar mövcuddur. çoxlu sayda beşik nəğmələri, yuxu nəğmələri olan laylalar 

öz məzmun və strukturuna görə tədqiqatçıların diqqətini cəlb edir. Bu örnəklərin yaradıcısı anadır, 

səbəbi isə ana sevgisi, qayğısı və ürək yanğısıdır.  



Beşik  nəğmələri-laylalar  böyüklər  tərəfindən  körpə  uşaqlar    üçün  oxunan  sakitləşdirici  və 

yuxugətirici vasitədir. Onlar həzin musiqi parçası ilə ifa edilir, xeyir-dualarla zəngin olan və əsasən, 

analar-nənələr  tərəfindən  yaradılıb-yaşadılan  xalq  nəğmələridir.  Laylalar  müxtəlif  məqsədlər  üçün 

istifadə edilir. Bəzi cəmiyyətlərdə onların oxunması mədəni bilik və adətdir. Bundan əlavə, laylalar 

ünsiyyət  bacarıqları  inkişaf  etdirmək  üçün,  emosional  niyyət  göstəricisi  kimi,  körpələrin 

sakitləşdirilməsi, rahatlaşması zamanı "körpələrin modulyasiyasının (bir tondan başqasına keçmək) 

ayrılmaz  hissəsi  və  valideyn  diqqətidir"  və  körpələrin  davranışlarının  tənzimlənməsinin  inkişaf 

etdirilməsi üçün istifadə olunur (5, s.5). Laylalardan istifadənin ən əhəmiyyətli tərəfi isə körpələrin 

yuxusuna  yardım  edilməsidır  (6,  s.12).  Oxunan  musiqi  sadədir  və  avazı  tez-tez  təkrar  edilir. 

Laylalar  demək  olar  ki,  bütün  xalqların  həyatında  ən  qədim  zamanlardan  başlayaraq  mövcud 

olmuşdur (9, s.13). 

Tük dilinin Azərbaycan ləhcəsində “layla”, Türkiyə türkcəsində "ninni", xalq ağzında "nenni, 

nen, nennen şəklində istifadə edilir, (4, s. 12). Qarsda "lalay / nanay";  Erzincan və Ərzurumda "elo" 

kimi tanınır ki, göründüyü kimi bölgəyə görə fərqli adlandırılır (3, s. 340). 

Layla – ninnibütün Türk dünyasında geniş yayılmışdır. Başqkurtlar "sängildäk yırı"; kazaklar 

"beşik  Jiri";  qırğızlar  "aldey-aldey";  özbəklər  "Alla";  tatarlar  "bığının  (bällü)  cırı";  türkmənlər 

"hüvdü"; uyğurlar "älläy" adını vermişlər (6, s. 650-651).  

Qax  ərazisində  yaşayan  etniklərdən  avarlar  laylanı  kinidax  kuçidul,  zaxor  və  ingiloylar  isə 

Azərbaycan türkləri kimi layla adlandırırlar. 

Ümumiyyətlə, ilk yaradıcıları və söyləyiciləri təsbit edilə bilməyən laylalar, ictimai və mədəni 

həyatın  təsiri  ilə  bir  sıra  dəyişikliklərə  uğramış,  nəticədə  cəmiyyətin  mədəniyyətini  əks  etdirən 

örnəklər kimi inkişaf etmişdir. Anaların uşaqları yatırmaq üçün söylədikləri layla nəğmələri xalqın 

şifahi şeir yaradıcılığının məhsulu kimi qiymətlidır. 

Layla  çalan  analar  körpələri  ilə  bağlı  fikir  və  düşüncələrini  əks  etdirirlər.  Analardan  başqa 

nənə, xala, bibi, bacı və  s.  yaxınları da layla söyləyirlər. Bu səbəbdən layla ananın qadın dünyası, 

yaşadığı hadisələr, uşağına bəslədiyi duyğuların təsiri ilə yaranır. Laylanın mövzusu, ümumiyyətlə, 

körpədir; uşağın sağlam dünyaya gəlməsindən yaranan sevinc, yaxşı xasiyyət, fiziki gözəllik, uğurlu 

bir  gələcək  və  s.  diləklər  önə  çıxan  mövzulardır,  ancaq  bunların  yanında  ananın  peşimançılıqları, 

qorxuları, təkliyi, həsrətləri, gözləmələri, şikayətləri, qısacası psixoloji durumu da laylalar vasitəsilə 

dilə gətirilir. 

Laylalar  hələ  qoxunun,  rəngin  fərqində  olmayan  körpələr,  duyduqları  və  tanıdıqları  ana 

səsindəki  sevgi  və  sakitləşdirici  mənzum-mənsur  sözlər  və  nəğmələri  instinktlə  tanıyır.  Laylaların 

sonunda nəqarət kimi söylənilən "Laylay balam a laylay; Körpə balam, a laylay, la-y,la-y,la-y "kimi 

sözlər  yuxu  gətirici  musiqili  təsirlərə  malikdir.  “Uşaq  öz  anasına,  çevrəsinə,  ana  dilinə,  mühitə 

laylalarla  uyğunlaşır,  adaptasiya  olur”.(Azərbaycan  Aşıqlar  Birliyinin  I  katibi,  folklorşünas 

Məhərrəm  Qasımlı)  Ana  laylasını  körpənin  ana  dilində  aldığı  ilk  dərs  kimi  də  anlamaq 

mümkündür. Xalq musiqisi, həzinlik onun ruhunu sığallayır. 

Məzmununa görə laylaları aşağıdakı kimi təsnif etmək olar: 

1. Xeyir-dua motivli  laylalar 

2. Həsrət motivli laylalar 

3. Sevgi motivli laylalar 

4. Arzu-dilək motivli laylalar 

5. Şikayət motivli laylalar 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

167

 

 



 

 

Laylalar sadə nizamlı melodiya ilə oxunur ki, bu da,  adətən, yüksək emosiyalı sevgini ifadə 



edir. Uşaqlar layla dinləyərkən həmişə ahəngli fasilələri ahəngsiz fasilələrdən daha yaxşı qəbul edir, 

çünki bu zaman harmoniya yaranır. Əks təqdirdə, körpə dinləmə marağını itirəcək və onun diqqətini 

bərpa etmək çox çətin olacaq (11, s.7). 

Azərbaycan  laylaları  nizamlı  melodik  tendensiyaya  malikdir  və  musiqisi  həzin,  ahəngli, 

yumşaq və sadədir. Onu hər kəs oxuya bilir. Ananın sevgi dolu sözləri və ona uyğun olan oxşayıcı 

səsi  uşağın  diqqətini  cəlb  edir,  onun  sinirlərinə  sığal  çəkir,  beyin  sakitləşir,  vücud  boşalır.  Təkrar 

edilən  avaz  onun  həyat  tonusunu  qaldırır,  fəaliyyətə  gətirir,  canlandırır,  möhkəmləndirir  və  yuxu 

gətirir. Sadə tonik və dominant harmoniya uşağın dərin yuxuya getməsinə səbəb olur. 

Nizamlı melodik tendensiyalarından başqa, laylaların bir neçə struktur oxşarlıqları vardır. 

Əsas tendensiyalardan biri tez-tez qısamüddətli təkrarlar və bölmələr arasında uzun fasilələrin 

olmasıdır.(8. 9.) Bu, körpə zehnini durulaşdırır və musiqi emalı körpəni yavaş-yavaş yuxuya salır. 

Ritmik nümunələri oxuyarkən ana öz körpəsini beşikdə musiqiyə uyğun yellədir, yırğalayır". 

(10.s.14)  Bu  hərəkəti  körpə,  ana  bətnindəki  hərəkət  təcrübəsinin  davamı  kimi  hiss  edir.  Bundan 

əlavə,  körpə  ritmik  olaraq  öz  bədən  hərəkətləri  ilə  eşitdiyi  musiqi  arasında  güclü  əlaqə  olduğunu 

duyur  (11,  s.12)  Laylalarda  temp,  ümumiyyətlə,  yavaşdır,  fikrin  sözlərlə  ifadə  edilməsi  isə  sadə, 

həzin və qısa olur (6, s.7) 

Laylaların musiqisi təsadüfi deyil, düşünülmüş şəkildə yaradılmışdır. Layla tez-tez, hətta yaşlı 

insanlar  üçün  də  oxunur,  xüsusilə  yataq  xəstəsi  olanlar  üçün  laylalardan  sakitləşdirici  təbii  vasitə 

kimi istifadə olunur. Bu zaman stress atılır, qəlbə rahatlıq, hüzur, fərəhlık gəlir və hamilə qadınların 

ümumi  psixoloji  olaraq    sağlamlığının  yaxşılaşdırılması  üçün  musiqi  və  səsin  ən  uğurlu  növü 

laylalardır (13, s.11). Hamilə qadın  ana  bətnində olan övladına layla çalır və artıq onu musiqi  ilə 

tanış  edir,  dünyadan  qorxmamağa  cəsarətləndirir.  Sevgi  ilə  oxunan  layla  dünya  ilə  tanış  olmayan 

uşağı psixoloji rahatlaşdırır. 

Laylaların  bu  xüsusiyyətləri  Azərbaycanın  müxtəlif  etnik  mədəniyyətləri  arasında  ardıcıl 

olaraq  öyrənilir.  Yaşlı  insanlar  müxtəlif  mədəni  fonlarından  asılı  olmayaraq,  laylaları  tanıyır  və 

mədəni  konteksti  bilmədən  laylaları  müəyyən  edə  bilir  (8,  s.  11).  Körpələr  də  bu  keyfiyyətlərinə 

görə laylalara güclü istək və diqqət göstərir, sakitləşir və musiqini dinləyərək yatır (14, s. 19). 

Laylalardan  cəmiyyətin  mədəni  rolunu  və  təcrübələrini  gücləndirmək  üçün  istifadə  olunur. 

Azərbaycan mədəniyyətində laylalarla birlikdə uşağın beşiyinin yırğalanması da vacibdir. Laylanın 

musiqi  ritminə  uyğun  olaraq  uşağın  yatması,  yuxudan  ayılması,  ailə  statusunun  mədəni  simvolu 

kimi  xarakterizə  olunur.  Uşağına  layla  çalınması  və  beşiyinin  tərpədilməsi  analığın  ən  vacib 

atributu  kimi  təqdim  edilir.  Zərif  və  həzin  musiqi  terapiyası  körpələr  üçün  sanki  sehrli  bir 

təbabətdir,  belə  musiqi  sədaları  altında  oxunan  layla  uşaqların  yatması  və  qidalanmasına  kömək 

edir. 


New  York-Presbiterian  Uşaq  Sağlamlıq  Xəstəxanasının  Komanski  Mərkəzində  Dr.  Jeffery 

Perlman göstərir ki,  yeni doğulmuş körpələrin ürək fəaliyyətinin daha  yaxşı bərpasına incə musiqi 

terapiyası yaxşı təsir edir. Bu onların kilo almasını, fiziki, psixi inkişafını sürətləndirir. New York 

City Beth İsrail Tibb Mərkəzinin himayəsi altında Pediatriya Amerika Akademiyasının 2013-cü ilin 

may  ayında  nəşr  olunmuş  jurnalında  layla  musiqisi  zərif  musiqi  növü  kimi  təqdim  edilir-"canlı" 

musiqi  ürək  və  tənəffüs  funksiyasına  təsir  edir.  Florida  Dövlət  Universitetinin  Infant  Milli 

İnstitutunun Jayne M. Stendley və Uşaq Musiqi Terapi Psixoterapiya İncəsənəti bölməsinin 2011-ci 

il  fevral  ayında  nəşr  olunan  məqaləsində  göstərilir  ki,  bu  cür  musiqi  terapiyası  alan  körpələr 

xəstəxananı tez tərk edir (16, s. 5). 

Azərbaycanlının  valideyn  sevgisi  və  duyğularından  yaranan  laylalar  sivilizasiyada  əvvəl 

ibtidai analıq hisslərinin nəticəsi olaraq yaradılmışdır. Onların bəziləri həm musiqi, həm də sözlərin 

mənasına  görə  sülhsevər  hipnotik  keyfiyyətə  malikdir.  Bəziləri  isə  kədərli,  həyəcanlı,  narahatlıqla 

dolu  sözlərlə  ifa    edilir,  sanki  ağı  deyilir.  “Lay-lay...,  lay-lay...”  ifadəsi  beşikdə  yırğalanan  uşağın 

tərpətmə ahəngi ilə oxunur, nəticədə uşaq sanki sehrlənir və sakitləşir. Laylalar yalnız uşağa deyil, 

eyni  zamanda  anaya  da  terapiya  kimi  xidmət  edir  (10,  s.9).  Ana  layla  çalarkən  həm  də  öz  ürək 

sözlərini, narahatlıqlarını, gözləntilərini dilə gətirir, sakitləşir, dincəlir. 

Layla  körpəni  sakitləşdirmək,  ovundurmaq  üçün  ən  mühüm  vasitədir.  Valideyn  vasitəsi  ilə 

uşaq  sevgi  dolu  insan  səsinə,  yumşaq  avazına  uyğunlaşır,  hətta  ağrıları  azalır,  psixoloji  durumu 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

168

 

 



 

 

pozitivləşir.  Beşik  nəğmələri  kədər-gözyaşı,  xoşbəxtlik-gülüş,  imtiyaz  -zərər,  tərbiyə  vasitəsi  kimi 



musiqi kontekstlərindən ifadə edilir.  

Uşaqlar təbii-instinkt olaraq ana laylası vasitəsilə onun səsini tanıyır, digər qadınlardan seçir, 

ana  istiliyini  hiss  edir.  Ana  və  övlad  arasında  qayğıkeşlik  duyğuları  layla  vasitəsilə  yaranır  və 

inkişaf  edir.  Layla  çalmayan  anaların  analıq  duyğuları  zəif  olur,  sevgi  və  qayğıkeşlik  qənaətbəxş 

olmur.  

Azərbaycan anaları öz körpələrini ağuşunda deyil, belinə bağlayıb dolaşardılar: bulağa gedib, 

belində  səhəng  və  güyümlə  su  gətirir,  həyət-bacada  təmizliklə,  dirriklə  məşğul  olurdular.  Onlar 

ailədə  daim  məşğul  olduqlarından  uşaq  ananın  belində  yatır,  orada  daha  təhlükəsiz  və  etibarlı 

olurdu. 

Lakin uşağın yatması üçün beşik hazırlanırdı ki, körpə orada təhlükəsiz şəraitdə yatarkən ana 

da ev işləri ilə məşğul olurdu. Beşik ağacdan hazırlanırdı və körpəni pis ruhlardan, bəd nəzərlərdən 

qorumaq  üçün  xüsusi  bitki  və  əşyalardan  bəzək-dekorasiyalar  asılırdı.  Laylanın  melodiyası  həzin 

mehin səsinə, suyun şırıltı ilə axmasına bənzəyir. Laylalar quruluşuna görə üç cür olur:  

1. Beş misralı olub, əvvəlki iki  və axırıncı iki misrası lay-lay sözü ilə bitir, üçüncü misra isə 

fərqli sözlə ifadə edilir.  

2. Altı misralı olub yalnız üçüncü misrası fərqli sözlə ifadə edilir, qalan bütün misralarda lay-

lay ifadəsi təkrar olunur. 

3. Altı misralı olur, yalnız axırıncı iki misrada laylay ifadəsi təkrar deyilir, qalan misralardan 

yalnız üçüncü misrada fərqli sözdən istifadə edilir, digər misralar isə təkrar sözlə ifadə edilir. 

Analar  öz  qəmini  kədərini,  problemlərini,  bədbəxtliklərini  layla  deyərkən  unudur  və  qarğış 

etməkdən çəkinərdilər. Çünki el deyimlərinə görə qarğışın iki başı var idi. Mütləq sahibinə də zərər 

verirdi.  

Evdən  körpə  səsinin  gəlməsi  ən  gözəl  alqışlardan  biridir.  Atalar  sözlərində  deyilir:  “Uşaq 

olan evdə qeybət olmaz”, “Uşağı yemək yox, fərəh böyüdər”. 

Layla çalan zaman analar hər deyilən sözə  diqqət  yetirmişlər, sözün gücünə  inanan qadınlar 

körpə uşaqlar üçün ancaq parlaq gələcək arzulu ifadələri seçib oxuyurdular. 

Layla  vasitəsi  ilə  ana  övladına  öz  gözləntilərini  ifadə  edir,  tanrıya  əhd  edir,    sehrli,  mistik 

sözlər oxuyur. 

Layla  zamanı  ən  çox  işlədilən  söz  qızılgüldür  ki,  ana  onun  təmizliyini,  bakirəliyini  əsas 

götürərək  beşik  nəğmələrində  istifadə  edilir.  Uşaq  və  qızılgül  müqəddəs  və  təmizdir.  Qızılgül 

yastığı nənələr tərəfindən hazırlanırdı. Gülü qurudub, pambıq parçadan mütəkkə-yastıq tikirdilər ki, 

bu uşağa şirin yuxu gətirirdi. Həmin fəaliyyət laylalarda da öz əksini tapıb. 

Yas  nəğmələri-laylalar  hüzr  yerlərində  analar  və  xüsusi  ağıçılar  tərəfindən  oxunur.  Yas 

mərasimi dünyada mövcud olan bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Bu adətlər min 

illərlə  formalaşmış,  müxtəlif  dinlərə,  zamanlara,  yerlərə  müqavimət  göstərərək  yaşamışdır.  Onlar 

çox dərin köklərə və adətlərə əsaslanmışdır. Bu adətlər rəhmətə gedən şəxsə dərin hörməti göstərir. 

Lakin  bu  mərasimlər  müasir  dəfn  münasibətlərinin  dini-  tarixi  elementlərini  qoruyub  saxlayır. 

İnsanların ən kədərli və hüznlü halında yaranan və ahı- nalə məzmunu ilə diqqəti cəlb edən ağılar 

bayatı şəklində, yaxud nəsr şəklində olur və yas mərasimində xüsusi ruhanilər tərəfindən avazla ifa 

edilirdi.  

Dəfn  mərasimi  ömrünü  başa  vuran  insanların  ikinci  dünyaya  yola  salınma  mərasimi  idi.  Bu 

zaman  rituallar  həyata  keçirilir  və  rəhmətə  gedənin  şəxsiyyətindən  asılı  olaraq  dəfn  həyata 

keçirilirdi.  İnsan  ölümdən  həmişə  qorxub,  müxtəlif  mifik  ölüm  mələkləri  yaradıb  və  ölümdən 

sonrakı həyatları haqqında deyimlər və əhvalatlar uydurmuşlar. 

Qədim  Azərbaycan  türk  yas  mərasimlərində  şamanlar,  dünyasını  dəyişən  adamın 

qəhrəmanlıqlarını  yada  salır,  haqqında  müsbət  şeylər  danışır  və  onun  ruhunun  ikinci  dünyada 

bağışlanması üçün xüsusi dualar edirdilər. Ağılarda günahların bağışlanması ilə bağlı dualar edilir, 

rəhmətliyin  yaşadığı  zaman  gördüyü  xeyirxah  işlərdən  danışılır  və  ölüm  mələyindən  onunla  yaxşı 

rəftar etməsini diləyirdilər.  

Çin  qaynaqlarından  məlumdur  ki,  Hunlar,  Gansu  (Kansu)  əyalətindəki  Tsilen-şan  (Allah) 

dağından  ayrıldıqları  zaman  ağı  demişlər.  Bildiyimiz  ən  köhnə  ağı  nümunəsi  isə  e.ə.  119-ci  ildə 

Hunların  bir  döyüşü  nəticəsində  Ordos'un  şimalındakı  torpaqlarını  itirərək  böyük  çölün  şimalına 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

169

 

 



 

 

çəkilmələri  zamanı  söylənilmişdir.  Ayrıca  Türklərin  ən  köhnə  ağıları  içərisində  Alp  Ər  Tunga'ya 



deyilən  Kaşğarlı  Mahmud  tərəfindən  sağü  deyilən  ağını  göstərmişlər.  Alp  Ər  Tunga'ya  oxunan 

ağılar və yuğ mərasimi ilə əlaqədar ilk məlumata Bilge Kağanla bağlı əhvalatda rast gəlinir. 

Bu matəm adəti zamanı dost və qohumlar ölü  üçün nalə çəkir və qorxu fəryadı qoparırdılar, 

saçlarını kəsirdilər. Dəfndən  sonra qida və içki bir müddət məzarın yanında təşkil edilirdi. Tonqal 

qalanır, vəfat etmiş insanın getdiyi uzun səyahət üçün işıq və  istilik təmin edilirdi. 

Həm  qədim,  həm  də  müasir  ağılarda  sarsılmış,  itkinin  təsirindən  böyük  kədər  motivləri 

güclüdür və hüznlü musiqi ilə söylənilir. Ağıları aşağıdakı kimi təsnif etmək olar: 

1. Övlad itkisi məzmunlu ağılar 

2. Valideyn itkisi məzmunlu ağılar 

3. Qardaş itkisi məzmunlu ağılar 

4. Bacı itkisi məzmunlu ağılar 

Ağılar Azərbaycan şifahi xalq  yaradıcılığının ən zəngin janrlarından biridir. Bu zaman layla 

ifadəsinin nəqarət  kimi  işlənməsi  yenə  də  yuxu ilə  ilgilidir. Qədim inamlara görə bu dünyanı  tərk 

edərək digər dünyaya gedən insan dərin yuxuya gedir. Bu yuxunun körpə uşaq yuxusu qədər şirin 

olması  üçün  lay-lay  oxumaq  vacib  idi.  Ölüm  zamanı  ayrılıq  labüddür,  bunun  acısı  hər  kəsi 

kədərləndirir, göz yaşları ilə insanlar çəkdikləri acını ifadə edir və inanırdılar ki, ölmüş insan onları 

duyub, əzizlərinin onu nə qədər sevdiyini anlayır. 

Ərəb  kultunda  məzar  daşı  yoxdur.  Ölünün  torpaqla  inteqrasiya  etməsi  və  zaman  içində 

torpağa  qarışaraq  itməsi  istənilirdi.  Məzarın  müqəddəsləşdirilməsi  günahdır.  Məzarlara  daş 

tikilməsi  və  bu  daşın  sənət  əsəri  halına  gətiriləcək  qədər  bəzənməsi  İslam  coğrafiyasında  Türk 

kultunda  mövcuddur.  Şaman  ənənəsinin  davamı  olaraq  türk  məzarlarında  ölən  gənc  insanların 

əşyalar qoyulur, gəlin və gənc qızların və oğlanların məzarları tel və duvaqlarla bəzədilir. Ağaclara 

müxtəlif parça və  yaylıqların  bağlanması,  qəfəsdəki  quşların azad edilməsi  indi də  ənənə  şəklində 

davam etdirilir.  Yas nəğmələrində insanları ağlatmaq ağıçıların vəzifəsidir. Onlar kədər dolu səslə 

oxuyurlar. 

Azərbaycan türklərinin İslam dini qəbul etməsindən on əsr keçmiş olmasına baxmayaraq, bu 

gün  gündəlik  həyatımızdakı  bir  çox  mədəni  elementlər  İslamdan  əvvəlki  mədəniyyətin  izlərini 

daşımaqdadır.  

Məzar  daşında  Şaman  ayinlərində  köməkçi  ruhların  yardımından  faydalanmaq  məqsədi  ilə 

istifadə  edilib.  Ailədə  vəfat  etmiş  insanların,  köhnə  Şaman  ruhlarının,  meşənin,  suyun  və  yerin 

köməkçi  ruhlarının  da Şamana kömək  etdiyi  qəbul  edilirdi. Quşların ruhları Şamana səmaya səfər 

etməkdə  kömək  edirdi.  Cəmiyyətdə  din  adamları  müqəddəs  hesab  edilirdi  və  onların  ölümündən 

sonra,  ruhlarından  kömək  istəmək  məqsədi  ilə  məzarları  müqəddəsləşdirmişlər.  İndi  də  məzar, 

türbə,  yatır  və  bənzəri  yerlərin  ziyarəti  və  bunlardan  mədət  umulması  inanc  sisteminin  davamı 

olaraq ortaya çıxmışdır.  

Yas mərasimlərində  ağı  demək də şamanizmdən miras qalan elementlərdən biridir. Rəhmətə 

gedən insanlara dərin hörmətin əlaməti idi ki, onun cənazəsi yanında xoş sözlər danışılır və dualar 

edilirdi ki, uca ruhun qarşısında günahları bağışlansın. 

Bölgədən  toplanan  ağı-laylaların  nəsr  forması  da  mövcuddur.  Matəm  motivli  bu  ifadələrin 

sonunda lay-lay işlədilir və göz yaşları ilə müşayiət olunur. Bu tip deyimlərdə lay-lay ölmüş insana 

ikinci  dünyadakı  həyatın  olmasına  inam  duyğuları  ifadə  edir.  İnanırlar  ki,  ölülər  o  biri  dünyada 

görüşür, söhbət edir və dərdləşirlər. Yəni ölümsüzlüyə və əbədi həyata inam hələ də yaşayır.  

Azərbaycanın  Qax  ərazisində  yaranıb-yaşayan  laylalar  qadın  yaradıcılığının  şah  əsəri  kimi 

diqqəti  cəlb  edir.  Dünyaya  gələn  körpə  üçün  və  dünyaya  vida  edən  insan  üçün  söylənən  laylaları 

oxuyan qadının səs tembri və musiqi avazı eyni, məzmunu, şeiriyyəti isə fərqlidir. Yalnız nəqarət 

təkrarlanır.  Hər  iki  növdə  də  məqsəd  yatırtmaq  və  hüzur    verməkdir.  Bu  örnəklərin  araşdırılması 

həmişə folklorşünasların diqqətini cəlb etmişdir. 

Ədəbiyyat: 

1. Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. Şəki-Balakən bölgəsi. Bakı-2011. 

2.  Azərbaycan  folkloru  antologiyası.  Tərtib  edəni:  Əhliman  Axundov,  birinci  kitab,  Bakı-

1968. Səh.288.  

3. KTLS, 1991: 650-651. 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin