“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
170
4. Çelebioğlu, 1995: 12
5. (Kaya, 1999: 340).
6. Doja, Albert. "Socializing Enchantment: A Socio-Anthropological Approach to Infant-
Directed Singing, Music Education and Cultural Socialization" International Review of the
Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), pp. 118–120.
7. Trehub, Sandra E., Trainor, Laurel J. "Singing to infants: lullabies and play
songs"Advances in Infancy Research, (1998), pp. 43–77.
8. Opie and P. Opie, The Oxford Dictionary of Nursery Rhymes (Oxford University Press,
1951, 2nd ed., 1997), p. 6.
9. Doja, Albert. "Socializing Enchantment: A Socio-Anthropological Approach to Infant-
Directed Singing, Music Education and Cultural Socialization" International Review of the
Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), p. 120.
10. Trainor, Laurel J., Tsang, Christine D., Cheung, Vivian H.W. "Preference For Sensory
Consonance in 2- and 4-month Old Infants." Musical Perception: An Interdisciplinary Journal, Vol.
20, No. 2 (Winter 2002), pp. 187–194.
11. Mitterschiffthaler, M. T., Fu, C. H.Y., Dalton, J. A., Andrew, C. M. and Williams, S. C.R.
"A functional MRI study of happy and sad affective states induced by classical music"Human Brain
Mapping, Vol. 28 No. 11 (November 2007).
12. O'Neill, Colleen T., Trainor, Laurel J., Trehub, Sandra E. "Infants' Responsiveness to
Fathers' Singing" Music Perception: An Interdisciplinary Journal, Vol. 18, No. 4 (Summer 2001), p.
410.
13. Perry, Nina (20 January 2013). "The universal language of lullabies". BBC News.
14. Pouthas, V. " The development of the perception of time and temporal regulation of action
in infants and children" Musical beginnings: Origins and development of musical
competence, (New York: Oxford University Press, 1996), pp. 115–141.
15. Ilari, Beatriz and Sundara, Megha. "Music Listening Preferences in Early Life: Infants'
Responses to Accompanied versus Unaccompanied Singing" Journal of Research in Music
Education, Vol. 56, No. 4 (January 2009), p. 356.
16. Chang, Mei-Yueh; Chen, Chung-Hey; Huang Kuo-Feng, "Effects of music therapy on
psychological health of women during pregnancy" Journal of Clinical Nursing, Vol. 17, No. 19
(October 2008), pp. 2580–2587.
17. Trainor, Laurel J. (January–March 1996). "Infant preferences for infant-directed versus
noninfant-directed playsongs and lullabies". Infant Behavior and Development 19(1).
18. Doja, Albert. "Socializing Enchantment: A Socio-Anthropological Approach to Infant-
Directed Singing, Music Education and Cultural Socialization" International Review of the
Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), pp. 118–122.
19. Clark, Daniel; Humphries, Rachel (18 June 2013). "Lullaby Medicine for Premature
Babies". ABC News.
20. Cassidy, Jane W.; Standley, Jayne M. (1995). "The Effect of Music Listening on
Physiological Responses of Premature Infants in the NICU". Journal of Music Therapy 32(4).
21. Standley, Jayne M. (June 2003). "The effect of music-reinforced non-nutritive sucking on
feeding rate of premature infants". Journal of Pediatric Nursing 18 (3): 169–73.
U.Murshudova
The Typology of Cradle songs in the area of Gakh region
Summary
This article deals with the folksongs-lullabies that the woman-mothers sing it. There two
types of folksongs-lullabies. Lullabies- Cradle songs and Lullabies-the mourning songs. Lullabies-
Cradle songs are sung by mother for lulling baby to sleep at home.There are five subject motifs of
Lullabies- Cradle songs:
Blessings, being worried and anxious, loving and amorous, dreaming-wishing and
complaining lullabies. Lullabies-the mourning songs are sung weeping by mother and other
women with sorrow for dead person in the mourning ceremony.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
171
Sahibə Paşayeva
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
LƏZGİ VƏ AZƏRBAYCANLILARDA ORTAQ MƏRASİMLƏR
Açar sözlər: Azərbaycanlılar, ləzgilər, folklor, Yaran Suvar, Novruz
Key words: Azerbaijanians, Lezghins, folklore, tale, legend, saying, Yaran Suvar, Novruz
Azərbaycan və ləzgi xalqları ən qədim zamanlardan başlayaraq eyni tarixi-coğrafi məkanı
bölüşüblər. Hər iki xalqın mədəniyyət, məişət, adət-ənənə, dini görüşlərində, folklorunda oxşarlıq
olsa da, bir sıra fərqli cəhətlər də mövcuddur.
Əsrlər boyu bu xalqlar müxtəlif nağıllar, əfsanələr, nəğmələr, rəvayətlər, atalar sözləri və
zərbi-məsəllərdən ibarət zəngin folklor çələngi yaratmışlar. Ləzgi folklorunun ən məşhur əsəri xalq
qəhrəmanı Şarvili haqqında dastandırsa, azərbaycanlılar üçün Dədə Qorqud əvəzsiz müdrik xalq
ozanıdır.
Ləzgi nağıllarında Azərbaycanlılarda olduğu kimi divlər, cinlər, pərilər, sehrli ilanlar, hiyləgər
tülkülər, insan kimi danışan qurdlar əsas qəhrəmanlar kimi çıxış edir, əsərdə baş verən hadisələrin
gedişini müəyyənləşdirirlər.
Azərbaycan və ləzgi folklorunda təbiət və heyvan kultları öz mövqeyini qoruyub saxlayıb. Bu
folklor nümunələrində onların mövcud inancları öz əksini tapmışdır. Azərbaycanlılarda heyvanlarla,
totemik görüşlərlə bağlı, motivlərdə isə əsasən, maral, ceyran, qurd və s. təsvir olunur. Yəni,
qəhrəmanlar müəyyən şərait nəticəsində bu heyvanlardan birinə çevrilirlər. Qəhrəmanlar hətta
quşlara da çevrilə bilirlər. Türk, xüsusilə də, Azərbaycan inanclarında qurd əksər hallarda “bələdçi-
xilaskar” rolunda çıxış edib təzə, daha uğurlu yaşayış yerlərini nişan verirdi.
Hər iki xalqın inanclarına görə dünya bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların əbədi
mübarizəsi üzərində formalaşmışdır. İşıq və Qaranlıq (Gecə-Gündüz, Günəş-Ay) arasında mübarizə
ölüm və həyat qarşıdurması olduğu üçün həmişə davam edəcəkdir. Belə mifik görüşlər Qafqazın bu
qədim sakinlərinin folklor materiallarında öz əksini tapmışdır. Məsələn, ləzgilərin Ay haqqında olan
əfsanələrindən birində göstərilir ki, Ay ilə Günəş bacı-qardaşdırlar. Ay oğlan, Günəş isə qızdır.
Bacısından inciyən Ay evdən qaçır. Günəş sonra tutduğu işdən peşman olaraq qardaşının dalınca
qaçsa da, onu tapa bilmir. O vaxtdan Günəş gündüzlər, Ay isə axşamlar çıxır.
Azərbaycan xalqının Ay və Günəş haqqında olan əfsanələrindən birində də deyilir ki, “Ay və
Günəş bacı-qardaş imiş. Bir gün onların anaları yuxa bişirmək üçün hazırlıq görürmüş. Anası Ayı
çağırır ki, get oxlovu gətir. Ay oxlovu gətirmir və deyir: “Günəş gətirsin”. Günəşlə Ay bir-biri ilə
savaşır. Ana acıqlı-acıqlı durur və Ayın üzünə bir sillə vurur. Günəş qorxusundan əsim-əsim əsir.
Ay tutduğu işdən utanır. Hər ikisi evdən qaçır. Deyirlər, Günəşin günahı olmadığından o, gündüz,
Ay isə utandığından gecə gəzməyə çıxır.” [ 3 s. 246]
Ləzgilərdə Tar ilahəsi bolluq və məhsul Allahı kimi qəbul edilir. O, pirlərdə ağaclara asılan
rəngarəng parça hissələrində ifadə olunur. Tar adını daşıyan Allah pirlər vasitəsilə qorunur. Ağac
totemi Azərbaycan və ləzgi mifoloji sistemində böyük əhəmiyyət kəsb edir. Totem kimi götürülən
və pirləşən, yəni müqəddəsləşən söyüd, palıd, çinar ağacları bar vermir. “Bu, tabu ilə bağlı
seçimdən irəli gəlirdi, yəni, totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı
əməl edə bilsin.” [3, s. 246]
Ləzgi panteonunda Ay Allahı Men qədim və güclü müqəddəslərdən sayılırdı. Azərbaycan və
Dağıstanın toponimlərində “men” köklü yer adları vardır. Məsələn, Xaçmaz rayonunda Mencer-uba
kəndi, Dağıstanın Zöhrab kəndi yaxınlığında Menduq klam adlı əkin yeri, Kukvar kəndi
yaxınlığında Manadin yaqıvar adlı örüş yeri və s.
Ləzgi xalqının Allahlar panteonuna daxil edilən müqəddəslərdən biri də Su Allahı idi. Su
Allahı Tavar adlanır və o, güllərdən toxunmuş paltar geyirdi. Gözəl mənasını verən Tavar qadın adı
da buradan meydana gəlmişdir. Tavat adı da bu sözdən yaranmışdır. Qeyd etmək lazımdır ki, Tavat
adına azərbaycanlılarda da rast gəlinir.
Ləzgi xalqı təbiətdə baş verən dəyişikliyi müxtəlif mərasimlərlə qeyd edirdilər ki, bunlardan
biri də ilahə “Yar”ı tərənnüm edən “Yaran Suvar” bayramıdır. O, martın 21-dən aprelin 4-dək
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
172
davam edir. Ləzgilərin ən yaddaqalan və gur bayramlarından sayılan Yaran Suvar (Bahar bayramı)
qədim adətləri, xalq oyunları, folklor nümunələri, bir-birindən maraqlı şənlikləri ilə seçilir. Xalqın
həmin bayramla bağlı zəngin folklorunun olması da bununla əlaqədardır. Azərbaycanlıların da
sevərək təntənə ilə qeyd etdikləri Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqal
qalayaraq üzərindən tullanmaq, səməni yetişdirmək, qonaq getmək, işığı və bolluğu andıran
müxtəlif yeməklər və şirniyyatlar bişirmək, rəqs etmək kimi bir sıra ayin və adətlər həyata
keçirilirdi. Xüsusi olaraq, bayram üçün seçilmiş buğdadan qovurğa, həlimaşı və səməni halvası
bişirirdilər.
Hər iki xalqın Bahar bayramında od ünsürü ilə bağlı bir çox adətlər mövcuddur. Martın 21-də
hər evin qarşısında, hər həyətdə tonqallar qalanırdı ki, hər bir ailə üzvü onun üzərindən tullanmalı
idi. Xəstə və kiçik yaşlı uşaqların adlarına məşəllər yandırılırdı. Belə hesab olunurdu ki, od bədəni
təmizləyir, keçmiş günahları yandırır, bədəni möhkəmlədir, insanı müqəddəs oda yaxınlaşdırır.
Oda çirkli su tökmək, uzun müddət baxmaq olmaz. Çünki o, vura, yandıra, kül edə bilər.
Keçi mifinin rituallaşması hər iki xalqın düşüncə tərzində rast gəlinir. Qışın Kosa, yazın Keçi
obrazında mifikləşməsi ulu əcdadlarımızın əkinçilik məşğuliyyətinə başlamasından qabaq
olmuşdur. Keçi Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək
yaşamaqdadır. Novruzda Kosa qışın, Keçi isə yazın carçısıdır. Kosa uzun səfərə hazırlaşır.
Mərasim iştirakçıları bilirlər ki, qış gedir, yaz gəlir. Ancaq Kosa öz mövqeyini asanlıqla vermək
istəmir. Axırda Keçi-yazı Kosa-qışı vurub öldürür. Mərasim iştirakçıları sevinirlər, Keçini
alqışlayırlar. Bu mərasimdə Kosa - qışın mifik obrazı, xalqın dünyanı dərk etməsinin əski görüşləri
ilə bağlıdır. Azərbaycanlılar hesab edirdilər ki, Keçi yaz bayramında aparıcıdır. Günəşlə bağlıdır.
Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişdir.
Ləzgilərdə də keçi müqəddəs heyvan sayılır. Ya 22 sentyabr, ya da 22 martda ləzgi ailəsi 7
erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin özəlliyi var. 22 mart yeni ilin gəlişi, sentyabr
isə ilin yarı olması və məhsul yığımının başa çatması ilə əlaqədardır. Kəndli bu il də ailəsinin ac
qalmayacağına görə şükür edir və ilin məhsulu olan keçidən 7-ni şükranlıq rəmzi olaraq kəsir.
Kəsilmiş yeddi keçidən yeddi orqan çıxarılır və bir daşın üzərində yandırılır. Həmin keçilərdən
birinin buynuzu evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz yenisi ilə əvəzlənir.
Ləzgi xalqında İslama qədərki qədim adətlərin sırasında “Ay günləri”nin qeyd olunması da
vardır. “Vatsrakъar” adlanan bu bayramda yeni Ay doğduğu gündə çubuqlardan Ayın maketini
hörür, onu güllər və al-əlvan parçalarla bəzəyər, çəmənlikdə qoyardılar. Gənclər əl-ələ tutaraq
səmada əsl Ay tam çıxanadək rəqs edərdilər.
Beləliklə, hər iki xalqın poetik yaradıcılığı olan folkloru onların həyati təcrübəsini, istək və
arzularını ortaq və fərqli şəkildə əks etdirmişdir. “Azərbaycan folklorunun özəlliklərindən biri onun
başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olmasıdır. Bu xalqların şifahi söz sənətində
bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini
göstərir.” [6] Ləzgi folklor nümunələrində də nəinki Dağıstanda və Azərbaycanda yaşayan
ləzgilərin, o cümlədən, digər Qafqaz xalqlarının təsiri duyulmaqdadır. “Xalqın gözü güzgü olar”
deyiblər. Məhz buna görə də o, yaxşı nə varsa seçərək bundan faydalanıb. Bu folklor nümunələri
həmin xalqların tarixi ilə yaşıddır.
Ədəbiyyat
1. Azərbaycan folkloru antologiyası: Dərbənd folkloru. XIV kitab. Bakı: Səda, 2006, 430 s.
2. Qafarov R. Azərbaycan Türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi,
evolyusiyası və poetikası): fil. elm. dok. diss. avtroreferatı. Bakı, 2010, s. 26.
3. Pirsultanlı S.P. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı: Azərnəşr, 2009, 486 s.
4. Tuncay B. Etnoqonik miflər. Bakı: Nurlan, 2013, 308 s.
5. Ризванов 3., Ризванов Р. История лезгин. Махачк.: Общество книголюбов, 1990, 76 c.
6. Folklor - Azərbaycan - www.azerbaijan.az
7. Əfruz Rəhimovanın Qusar bölgəsindən topladığı folklor örnəkləri /Tərtib ed. Sahibə
Sədnikqızı // Azərbaycan-Elmi iş.-2015, №1, 122 s.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
173
Xülasə
Azərbaycan və ləzgi xalqları çox qədim tarixə malikdirlər. Onların torpağı (Azərbaycan və
Dağıstan) Qafqazın ən qədim sivilizasiya ocaqlarından biridir. Bu xalqların folkloruna baxmaqla
onların həyat və tarixinə nəzər salmaq mümkündür. Əsrlər boyu bu xalqlar özünəməxsus müxtəlif
xarakterli folklor çələngi yaratmışlar.
Sahiba Sadniqqizi
Summary
The people of Azerbaijan and Lezghin have ancient history. Their land {Azerbaijan and
Dagestani} is considered to be one of the oldest places of civilization in the Caucasus. Looking
through the folklore of these people we can have a clear notion about their life and history. Through
the centuries the inhabitants of these lands created various kinds of folklore materials with special
peculiarities.
Əfsanə Həziyeva
Azərbaycan Memarlıq və İnşaat Universiteti, baş müəllim
efasanaheziyeva@mail.ru
MULTİKULTURALİZM CƏMİYYƏTİNDƏ KALKA ÜSULU İLƏ TƏRCÜMƏNİN
SPESİFİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: multikulturalizm, semantik məna, kalka üsulu, prefiks
Key words: multiculturalism, semantic meaning, calquing, prefix
Vətənimiz Azərbaycan hər zaman dünyada sülh ölkəsi kimi tanınmışdır. Çünki ölkəmizdə
multikultural dəyərlərə xüsusi diqqət yetirilir, irqindən, dinindən, dilindən, milliyyətindən sosial
mövqeyindən asılı olmayaraq bütün xalqlar dostluq və qardaşlıq şəraitində yaşayır. Əlbəttə ki,
xalqımızın qonaqpərvər, humanist olması onlara burda yaşamağa, öz düşüncə və fikirlərini rahat
şəkildə ifadə etmələrinə imkan verir. Bu azsaylı xalqlar Azərbaycanı öz vətəni hesab edirlər. Hətta
qədim dövrlərə nəzər saldıqda belə, bədii ədəbiyyat nümunələrində dastanlarımızda, nağıllarımızda,
bunun bariz nümunələrinə rast gəlmək olar. Bütün bunlar Azərbaycanda multikultural cəmiyyətin
tarix boyu mövcud olmasına bir sübutdur.
Ölkəmizdə azsaylı xalqların hüquqları qorunur. Prezidentimiz buna xüsusi diqqət yetirir və
Azərbaycanın bütün vətəndaşlarına irqindən, dilindən, milliyətindən asılı olmayaraq eyni münasibət
bəsləyir. Bunun bariz nümunəsi olaraq Prezident İlham Əliyev 2016-cı il Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan etmişdir. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması bu siyasətin multikultural prinsiplərə yüksək dərəcədə hörmətin bir
sübutudur.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ilkin dövrdə Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və uğurlu siyasəti nəticəsində Azərbaycanın, tarixi köklərə dayanan,
tolerantlıq və multikulturalizm ənənələrini yenidən bərpa və inkişaf etdirilməsi yolunda yeni bir
mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev “Azərbaycan onun ərazisində yaşayan bütün
millət və xalqların ümumi vətənidir”; “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən
başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
174
dinlərə etiqad edən adamlardır” ifadələri bir daha bu siyasətin nə dərəcədə müdrik və ali olmasından
və çoxmədəniyyətliliyə olan qayğı və diqqəti təcəssüm etdirirdi. Onun rəhbərliyi ilə Azərbaycan
xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin
multikulturalizm sahəsində apardığı uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək
mədəni irsə malik olan, multikultural dəyərlərin qorunduğu tolerant respublika kimi dünyada
xüsusi hörmət qazanmışdır. Azərbaycanın müxtəlif humanitar sahələrdə silsiləli olaraq təşkil etdiyi
beynəlxalq görüşlər, konfranslar, tədbirlər buna bariz nümunədir. Bildiyimizə görə bütün dünyada
təxminən 5000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Və bundan belə nəticəyə gəlmək olar ki
bu xalqların sayı qədər mədəniyyət, həyat tərzi, mövqe, dil vardır. Əlbəttə ki bu xalqların bir birini
anlamasında müxtəlif dillərdən edilən tərcümələrin xüsusi rolu vardır.
Xalqın həyatının inkişafında baş verən dəyişikliklər öz əksini, ilk növbədə dilin lüğət
tərkibində tapır. Ümumiyyətlə dilin lüğət tərkibinin inkişafı prosesi bilavasitə xalqın tarixi inkişafı
ilə vəhdət təşkil edir. Xalqın tarixini öyrənmədən həmin xalqın lüğət tərkibindəki inkişaf
meyllərini aşkar etmək mümkün deyildir. Bu dil nəsildən-nəslə keçərək öz daxili inkişaf
qanunlarına əsasən dəyişmiş və təkmilləşmişdir. Həmçinin dilin inkişafında müxtəlif dillərdən
edilən tərcümələrin də öz payı vardır. A.Lilova qeyd edir: “tərcümə bir dildə mövcud olan şifahi,
yaxud yazılı mətnin məzmun invariantlığını və keyfiyyətini, eləcə də müəllif autentikliyini
saxlamaqla başqa dildə yenidən yaradılmasına yönəldilmiş spesifik və şifahi və yazılı fəaliyyətdir”
[2, s. 32-33]
Sözlərin mənasının semantik cəhətdən daha da genişlənməsi, söz yaradıcılığı imkanları,
müxtəlif dillərdən edilən tərcümə prosesi (kalkaetmə) və alınma sözlər dilin lüğət tərkibinin daha
da zənginləşməsində xüsusi rol oynayır. Söz yaradıcılığında başqa dillərdən kalka yolu ilə edilən
tərcümələr mühüm yer tutur. Tərcümə zamanı leksik vahidlərin meydana gəlməsində ən çox
istifadə edilən üsullardan biri də kalka yoludur.
A.A Reformatski yazır: “ Kalka sözün hissələr üzrə tərcümə edilib, sonra həmin hissələrin
mexaniki surətdə birləşdirilməsidir” [1, s.106]
Ümumiyyətlə, kalka üsulu ilə söz düzəltmə dedikdə, yeni meydana gələn anlayışları bildirmək
məqsədi ilə dildə öncədən yaranmış anlayışlar arasında fərqi ortaya çıxarmaqla digər dillərin lüğət
tərkibindən yararlanmaq və həmin dilə məxsus müxtəlif elementlərdən istifadə olunması nəzərdə
tutulur. Bu kalkalar müxtəlif məqsədlə yarana bilər məsələn; bəzi kalkalar yeni yaranmış söz, əşya,
hadisəni ifadə etmək üçün , digər kalkalar isə hər hansı bir dildə öncədən var olan əşya və elementlə
yeni adlarla ifadə olunması əlaqədar yaranır.
Kalkanın düzgünlüyü onu təşkil edən komponentlərin doğru şəkildə uyğunlaşdırılmasından
asılıdır. Kalka yaratma zamanı, ilk növbədə, nəzərə alınmalı nüanslardan biri kalka edilən sözün
tərkibindəki elementlərin ifadə etdiyi mənalardan asılı olaraq düzgün ardıcıllıqla və diqqətlə
sıralanmasıdır. Kalkalar dilin daxili imkanlarına uyğun olaraq alınma sözlərlə bərabər funksiya
daşımalı və strukturuna görə də eyni olmalıdır. Lakin bəzi hallarda olur ki sözün tərkib hissələrinin
qeyri dəqiq ifadə olunması, düzgün sıralanmaması, hər hansı bir sözün dəqiq olmayan kalkasının
yaranmasına səbəb ola bilir və bu müəyyən hallarda nöqsan kimi qəbul olunmur. Çünki bəzi
hallarda iki müxtəlif dillərin qarşılıqlı əlaqəsi zamanı onların qrammatik xüsusiyyətləri uyğun
gəlmir və bunun nəticəsində kalka olunan söz ekvivalentinin yerləşmə qaydasına uyğun olmur.
Bununla belə bu hal müxtəlif dillərin quruluşunda qanunauyğun bir vəziyyət kimi qəbul olunur.
Demək kalka və kalka olunan sözün forması müxtəlif dillərdən üst-üstə düşməyə də bilər.
V.V.İvanov belə kalkaları “quruluşundan sılı olmayaraq xarici terminin mənasını açan” kalka kimi
ifadə edir. [5, s. 103]. Məsələn, ingilis dilində “washing machine ” söz birləşməsi, Azərbaycan
dilində “paltaryuyan maşın” kimi kalka edilir. Sözlərə daha yaxından diqqət yetirdikdə görünür ki,
“washing” və “paltaryuyan” sözləri qrammatik quruluşa görə fərqlənirlər. İngilis dilində söz bir kök
bir şəkilçidən, Azərbaycan dilində isə iki mürəkkəb sözdən ibarətdir. Yaxud, ingilis dilində
“elevator”, rus dilində “грузоподьемник”, Azərbaycan dilində “yükqaldıran” , bundan başqa ,
“heating system”, rus dilində “система отопления” , Azərbaycan dilində “istilik sistemi” daha
dəqiq kalka olunmuşdur.
|