Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə28/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

159

 

 



 

 

bir yerdə  2 ədəd küpə bənzər eni  3 m yaxın,  dərinliyi isə  4 metrə  yaxın su  hovuzları var. Qala  



sakinlərinin bu sudan  paltar  yumaq  və yuyunmaq  üçün  istifadə etmələrini  söyləyə   bilərik.    

Mamrux məbədi. Sövmənişin 

Bu abidənin  uzunluğu  4,7m eni,  3,5m hündürlüyü  isə  3,3m-dir. Abidə  çay daşı, kvadrat  

kərpic və kirəcdən  tikilmişdir. 

Mamruxdakı  abidə  sövmənişindir.  Sövmənişin  ölçülərinə  görə    balaca  olub  ictimai  ibadət  

binasıdır.  Məbədlərdən    fərqli    olaraq    sövmənişinlərdə  təntənəli    dini  mərasimlər  keçirilmir. 

Sövmənişinin    altar  (latınca    yuxarı,    yüksək  yer,  məbədin    Şərq    tərəfində  olur,  yüksək    dərəcəli  

ruhanilər üçün  xüsusi yerdir) hissəsi olmur.  Deyilənlərə görə  bu  tikililərdə zənglər  yerləşdirilir 

və hər  saatdan  bir  zəng  vurulurdu. Bura  həmçinin  ikonalar  və şamlar  qoyulurdu. 

Sövmənişinlər    əsasən    insanların    yeni    ərazilərə  köçdüyü    yerlərdə  tikilirdi.  Bu  ərazilərdə 

sövmənişinlərin tikilməsi və orada xaçın yerləşdirilməsi yeni torpaqların saflaşdırılması demək idi. 



Pipan məbədləri. Üç kilsəli bazilika 

Zaqatalanın  Yuxarı  Tala    kəndi  ərazisində  yerləşən  Pipan  yaşayış  məntəqəsi      ərazisində  

Albaniya    dövrünə  aid    möhtəşəm  abidələr  vardır.  Bu  məbədlərın    yuxarıda    qeyd  etdiyimiz  kimi 

Sasanilərin  Albaniyada    xristianlığa    qarşı    mübarizə  apardığı  dövrdə  tikilməsi  güman  edilir.   

Məbədlərdən      birincisi  üç  otaqdan    ibarətdir.    Onlardan  ən  böyüyü    orta    otaq  olub,  hündürlüyü  

4,5m-dir.  Otağın  uzunluğu 6,5m-dir. Eni 3,5m-dir. Otaqda bir pəncərə  yeri var, tavanı dairəvidir. 

Bu otağın  girəcəyində aşağıya doğru  bir dəlik var. Buradan  görürük ki, zirzəmidə bir  başqa otaq  

da vardır. Bu otağın  eni 3,3m, uzunluğu 6,7m, hündürlüyü  3m-dir. Burada  Şərq və Qərb tərəfdən 

iki pəncərə  yeri vardır. Bu otaqda müqəddəs odun qorunub saxlanılmasını deyə bilərik. Bu da bizə 

məbədin  əvvəlcə  od  məbədi  olduğunu  sonra  isə  kilsəyə  çerildiyini  söyləməyimizə  imkan  verir. 

Yuxarıda qeyd etdiyimiz kimi xristianlığın ilk təbliğatçıları bütpərəstliyə aid  müqəddəs   yerləri öz  

məqsədləri  üçün    məharətlə    istifadə    edirdilər.  İnsanların    əvvəllər  ziyarət    etdikləri  yerlərdə  

xristian  məbədləri tikilir, bəzən də  bütpərəstliyə  aid  məbədlər  xristian  kilsələrinə  çevrilirdi. 

Əsas otağın  hər iki tərəfində  uzunluğu  birinci otaqla   eyni  olan otaqlar var. Yan otaqların 

eni  1,8m-dir,  hündürlüyü  2,5m-dir.  Burada  üç  pəncərə  yeri  vardır.  Tavanı  dairəvidir.    Tikinti  

materialı  kimi burada  çay daşından , bişmiş kərpic və kirəcdən istifadə  olunmuşdur. Binanın  ön 

hissəsində  hər  iki  tərəfdən    aynabənd  formasında    divarlar  var.  Bu  divarların  hündürlüyü  3  m-dir. 

Abidənın  ümumi hündürlüyü  6,5m-dir. Abidə üç neftli kilsələri xatırladır. Məbədin  önündə  ora 

çıxmaq  üçün  pilləkənlərin olduğunu deyə bilərik. Belə tipli məbədlər  elmi  ədəbiyyatda üçkilsəli 

bazilika  adlanır. Belə məbədlərin  əsas  kompozisiyasının   xarakterik  xüsusiyyəti bir  tikilidə üç 

otağın  olması, iki ətraf   otaqların   ortadakına nisbətən  balaca olmalarıdır. Əsas orta zal  eninə  və 

hündürlüyünə  görə digər  ikisindən  böyükdür. Üç kilsəli bazikalar  Gürcüstanda geniş yayılmışdır. 

Lakin  gürcü  alimləri  özləri    də  qeyd  edirdilər  ki,  belə    kilsələrə  Balkanlarda  ,  Suriyada  da  rast 

gəlinir.  [5,s.91]  Bu  kilsələrin    meydana    gəlməsinin    əsas    səbəbi,  dini    ayinlərin    gün  ərzində 

müxtəlif  otaqlarda keçirilməsi  məcburiyyəti idi. 

Üçkilsəli    bazilikalar  Kaxetiya    ərazisində    də    vardır.  Kaxetiyanın  bir  hissəsi  tarixi  Qafqaz  

Albaniyasının  əyaləti  olan  Kambisenaya  daxil  idi.  Deməli    bu  mövzu  heç  də  Alban  memarlığına 

yad deyil və tapılmış  kilsələr bunun təsdiqidir  [5,s. 91-94] 

Üçkilsəli Pipan bazilikası Qumdakı bazilika ilə ideya  bağlığına  malikdir. Bu bağlılıq  əsasən  

hər  iki  məbəddə    hündür    orta    kilsənin    olması  və  hər  iki    tərəfdən    balaca    otaqlarla    əhatə 

olunmasıdır. 

Pipandakı  üçkilsəli məbəd Albaniya ərazisində belə  kilsələrin çox yayıldığından  xəbər verir. 

 

Ədəbiyyat: 



 

1. Azərbaycan tarixi, II cild. Bakı . 2007 

2. Albaniya tarixi. Bakı, 2006. 

3.Krupnov.İ.İ. Drevneyşaya kultura Kafkaza i Kafkazskaya etniçeskaya obşnosti. 1964. 

4.Qaraxmedova.A.A . Xristianskie pamyatniki Kafkaskoy Albanii. Bakı,1986 

5.Məmmədova G. Zodçestvo Kafkazskoy Albanii. Bakı 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

160

 

 



 

 

Summary 



High level  of tolerance  of the  Azerbaijani  society as  well as spiritual  wealth and variety of 

the Azerbaijani culture are primarily jointed for by spreading and co-existence of different beliefs in 

Azerbaijan  throughout  its  history.  It  was  Zoroastrianism,  Christianity  and  Islam  that  had  an 

indelible impact on the architectural image of the country as well. Ruins of numerous fortresses and 

citadels  in  Zaqatala  other  part  of  Azerbaijan  are  indicative  of  the  high  level  of  development  of 

engineering art. 

 

 

 



 

 

 



 

 

 



Mətanət Yaqubqızı filologiya üzrə fəlsəfə doktoru 

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 

matanatyaqubqizi@rambler.ru 

 

AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN VƏ ETNİK QRUPLARIN 

FOLKLORUNDA ORTAQ DƏYƏRLƏR 

(Şəki-Zaqatala folklor nümunələri əsasında) 

 

Açar sözlər: mozaik, avar, saxur, udi, etnik  



Key words : inlaid, paddle, saxur, udi, ethnical 

 

Azərbaycan müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin birgə  yaşadığı tolerant bir ölkədir. 



Fərqli  dinlərə,  dillərə  və  mədəniyyətə  mənsub  olan  bu  xalqlar  və  etnik  qruplar  daima  dostluq  və 

əmin-amanlıq  şəraitində  yaşamışlar.  Birgə  yaşam  tərzi  həmin  xalqlarda  ortaq  inancların  və 

mədəniyyətin əmələ gəlməsinə şərait yaratmışdır. Bu birgə və ortaq dəyərlərdən qaynaqlanan vahid 

Azərbaycan xalqı hər zaman və hər yerdə seçilmiş, hətta örnək olmaq səviyyəsinə yüksəlmişdir. 

Məlum  olduğu  kimi  Azərbaycan  ən  qədim  dövrlərdən  başlayaraq  bir  çox  xalqların  və  etnik 

qrupların  ortaq  vətənidir.  Dilindən,  dinindən,  irqindən  asılı  olmayaraq  bu  ölkəyə  gələn  hər  kəs 

burada  isti  ana  qucağı,  Vətən  tapmışdır.  İstər  bu  torpaqlara  nə  vaxt  gəldiyi  və  ya  buralarda  nə 

vaxtdan yaşamağa başladığı tarixin qaranlıqları altında qalan yəhudilər və dağ yəhudiləri, tatlar və 

lahıclar, saxurlar və udilər, talışlar və ləzgilər, laklar və avarlar, ingiloylar və kürdlər, rutullar, eləcə 

də xınalıq, hapıt, qrız dilinin daşıyıcısı olan xalqlar və etnik qruplar kimi qədimi həmvətənlilərimiz, 

istərsə  də  nə  vaxt  və  hansı  səbəblərdən  buralara  köçürüldüyü  dəqiq  bilinən  ruslar  və  malakanlar, 

mesxeti  türkləri,  hətta  ən  son  gələnlərdən  biri  olmasına  baxmayaraq,  bizə  qarşı  artıq  ikinci  dəfə 

torpaq  iddiasına  düşən  ermənilərə  belə,  bu  diyarda  hər  zaman  tam  hüquqlu  vətəndaş  münasibəti 

göstərilmişdir. 

Burada bir haşiyə  çıxaraq “azsaylı xalq” deyimi  və  ya ifadəsi  haqqında bir neçə söz demək 

istəyirik.  Bu  günə  qədər  istər  elmi,  istər  publisistik  yazılarda,  istərsə  də  rəsmi,  siyasi  və 

qanunvericilik  aktları  ilə  bağlı  sənədlərdə  “azsaylı  xalq”  termini  işlədilməkdədir.  Hal-hazırda  bu 

termin və ya anlayış “milli azlıq” termininin və ya anlayışının sinonimi kimi qəbul və istifadə edilir. 

Eyni  vəziyyət  rus  dilində  də  müşahidə  edilir  və  həmin  məqamda  müvafiq  olaraq  “maloçislennıye 

narodi”  və  “natsionalnıye  menşinstva”  anlayış  və  terminlərindən  istifadə  edilir.  İngilis,  alman, 

fransız  dillərində  də  eyni  mənzərə  müşahidə  olunur.  Biz  “azsaylı  xalq”,  yaxud  da  “milli  azlıq” 

terminlərindən  istifadə  edilməsində  hansısa  bir  siyasi  səhv,  sosial  qəbahət  və  ya  məntiqi  yanlışlıq 

olduğunu iddia etmirik. Sadəcə diqqəti bir məsələyə yönəltmək istəyirik. 

Azərbaycan  ərazisində  elə  xalqların,  elə  millətlərin  nümayəndələri  yaşayır  ki,  onların  yer 

üzərindəki  ümumi  sayı  nəzərə  alınsa,  onlara  “azsaylı  xalq”  demək  doğru  olmazdı.  Məsələn, 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

161

 

 



 

 

Azərbaycan  ərazisində  say baxımından faktiki  azlıq təşkil edən, amma  yer üzərindəki  ümumi sayı 



baxımından Azərbaycanda  yaşayan və respublika  əhalisinin  əksəriyyətini təşkil edən türk mənşəli 

aborigen  xalqdan  daha  çox  olan  ruslara  nə  “azsaylı  xalq”,  nə  də  “milli  azlıq”  demək  doğru  deyil. 

Azərbaycan  ərazisində  ruslar  kompakt  şəkildə,  sadəcə  Gədəbəy  rayonunun  Saratovka  və  İsmayıllı 

rayonunun  İvanovka  kəndlərində  yaşayırlar.  Bundan  başqa  həmin  xalqın  nümayəndələri  Bakı, 

Gəncə,  Sumqayıt,  Mingəçevir  şəhərlərində,  eləcə  də  digər  rayonların  rayon  mərkəzlərində  də 

pərakəndə  şəkildə  yaşayırlar.  İstənilən  halda  onların  Azərbaycandakı  ümumi  sayı  o  qədər  də  çox 

deyil və təxminən talışlar, ləzgilər qədərdir. Bu üç xalqın nümayəndəsinin Azərbaycandakı ümumi 

sayı  təxminən  bərabər  olduğuna  görə  onların  hamısını  eyni  tərzdə  Azərbaycan  Respublikası 

ərazisindəki “azsaylı xalq” və ya “milli azlıq” adlandırmaq o qədər də doğru deyil. Azərbaycanda 

təxminən eyni miqdarda olduqlarına baxmayaraq, qeyd edilən xalqlardan birini və ya ikisini “xalq”, 

digərini və ya digərlərini isə “azsaylı xalq” adlandırmaq da doğru deyil.  

Biz  təklif  edirik  ki,  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  və  vahid  Azərbaycan 

xalqının ayrılmaz tərkib hissəsi olan heç bir xalqa “azsaylı xalq”, yaxud da “milli azlıq” deməyək. 

Ona  görə  ki,  vahid  Azərbaycan  xalqı  sayından,  azlığından  və  ya  çoxluğundan  asılı  olmayaraq 

respublika ərazisində yaşayan bütün xalqların və etnik qrupların birliyi, vəhdəti əsasında formalaşır. 

Bizcə,  xalqın  böyüklüyü  nə  onun  fərdlərinin  ümumi  sayının  azlığında  və  ya  çoxluğunda,  nə  də 

tərkibində  olduğu  dövlətin,  cəmiyyətin  əksəriyyətini  təşkil  edib-etməməsində  deyil.  Xalqın 

böyüklüyü  onun  demokratikliyində,  tolerantlığında,  digər  dillərə,  dinlərə  və  mədəniyyətlərə  qarşı 

dözümündədir. 

Hal-hazırda  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  bütün  xalqlar  və  etnik  qruplar 

sayından, dilindən və dinindən asılı olmayaraq bir-birinə qarşı xoş məram nümayiş etdirir və həmin 

xalqların  bu  davranış  tərzi  ölkə  qanunları  ilə  tənzimlənir.  Azərbaycan  Respublikası  ərazisində 

yaşayan  bütün  xalqlara  və  etnik  qruplara  dil  sərbəstliyi  və  tam  dini  azadlıq  verilmişdir. 

Azərbaycanda istənilən dildə ibtidai, orta və ali məktəb açmağa, qəzet, jurnal nəşr etdirməyə, radio, 

televiziya verilişləri yayımlamağa qanunla icazə verilir. Bu gün Azərbaycanda Azərbaycan dili ilə 

yanaşı rus, ingilis, alman, fransız və s. dillərdə orta və ali məktəblər fəaliyyət göstərir, bu və digər 

dillərdə qəzet və jurnallar nəşr olunur, radio, televiziya verilişləri yayımlanır.  

Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dilidir. Bununla belə insanlar arasında ünsiyyəti 

təmin etmək məqsədi  ilə  istənilən dildən istifadə etməyə icazə  verilir, ünsiyyət  dili  kimi hər hansı 

bir dildən istifadəyə məhdudiyyət qoyulmur. Azərbaycan ərazisində yaşayan bütün xalqlar və etnik 

qruplar  öz  ana  dillərini  unutmasınlar,  bu  dildən  aktiv  şəkildə  istifadə  edə  bilsinlər  deyə,  həmin 

xalqların kompakt şəkildə yaşadığı ərazilərdə yerləşən və bu xalqların övladlarının təhsil aldıqları 

məktəblərdə,  dilin  perspektivi  nəzərə  alınması  şərtilə,  ya  təhsil  həmin  xalqların  öz  dillərində 

aparılır,  ya  da  həftədə  ən  azı  iki  dəfə  öz  ana  dillərinin  tədrisi  və  gənc  nəslə  öyrədilməsi  təmin 

olunur. 

İstər  millət,  xalq  və  etnik  qrupların,  istərsə  də  onların  dilinin  yaranması,  formalaşması  ilə 

bağlı müxtəlif fikirlər, az inandırıcı olanlarından başlamış, ən dəqiq sübutlara söykənənlərinə qədər 

müxtəlif əfsanələr, rəvayətlər, təxminlər, elmi fərziyyələr, nəzəriyyələr və faktiki dil materiallarına 

əsaslanan elmi mülahizələr şəklində müxtəlif mənbə və elmi araşdırmalarda qeyd olunmaqdadır. 

Bu gün, yəni XXI əsrdə, dilimizdəki leksik vahidlərin ümumi sayının yüz minlərə, qrammatik 

qayda  və  normalarınsa  yüzlərlə  olduğu  bir  zamanda  bizim  gündəlik  həyatımızdakı  aktiv 

leksikonumuz  təxminən  5-7  min  sözdən  ibarətdir.  Bu  gün  sırf  məişət  həyatı  ilə  bağlı  təxminən  2 

minə  qədər leksik  vahiddən və  təxminən 15-25  qrammatik normadan istifadə  edirik. O halda belə 

təxmin etmək olar ki, yalnız məişətlə bağlı istifadə edilən qəbilə və tayfa dillərində sözlərin ümumi 

sayı heç bir halda 2 mindən, qrammatik norma sayı isə 10-15-dən çox ola bilməzdi. Əgər bu faktı 

da  nəzərə  alsaq  ki,  qəbilə  məişətində  heç  bir  texniki  vasitə,  indiki  qədər  ev,  geyim  əşyası  və  s. 

olması  mümkün  deyildi,  o  halda  həmin  dillərdəki  sözlərin  ümumi  sayının  nə  qədər  az  olduğunu 

təxmin  etmək  o  qədər  də  çətin  deyil.  Cəmiyyətin  inkişafının  sonrakı  mərhələlərində  ona  paralel 

olaraq  dil  də  inkişaf  etmişdir.  Təbii  ki,  bu  mövqe  dilin  insanların  özü  tərəfindən  yaradılması 

ideyasına  bağlıdır.  Bundan  fərqli  mövqelər  də  vardır.  Yəni  dilin  hazır  şəkildə  insanlara  kənardan 

(Allah tərəfindən və  ya  kosmosdan) hazır şəkildə verildiyini iddia edənlər də vardır. Hər iki halla 

bağlı belə bir ümumi fərziyyə irəli sürülür ki, “dil bir yerdə yaranıb yer üzünə yayılmışdır”. Amma 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

162

 

 



 

 

insanların özlərinin fərqli məkanlarda yaranıb, öz dillərini fərqli şəkildə yaratdıqlarını iddia edənlər 



də vardır. Biz, şəxsən dillərin monogenez olması, yəni eyni bir kök dildən əmələ gəlməsi ideyasının 

tərəfdarıyıq. 

“Tarix elmləri doktoru, professor Y.Yusifovun fikrincə, e.ə. III minillikdə Ümumdağıstan kök 

dili  mövcud  olmuş  və  həmin  dil  tədricən  nax  və  ləzgi  dil  qruplarına  parçalanmışdır.  Ləzgi  dil 

qrupunun parçalanması isə I minillikdə baş vermişdir. Orta əsr qaynaqlarında Dərbənd bölgəsində 

və Koysu-Samur hövzəsində ləzgi etnosları (ud/ udi/ udin, qel, leq, lpin, cilb, cikb və s.) yad edilir. 

“Bir ehtimala görə, ümumləzgi kök dilindən əvvəlcə xınalıq dili, sonra arçin və udin dilləri, daha 

sonra isə buduq, qrız, rutul və saxur dilləri təcrid olunmuşdur” (4, s.349-350). 

Göründüyü  kimi,  insanların  və  onların  dilinin  hazır  şəkildə  kənardan  gəlməsi  (yəni  Allah 

tərəfindən  yaradılması,  kosmosdan  enməsi)  və  ya  təkamül  nəticəsində  Yer  üzərində  konkret  bir 

nöqtədə,  yaxud  da  paralel  şəkildə  müxtəlif  nöqtələrdə  yaranması  ideyası  müxtəlif  fikirlərin  irəli 

sürülməsinə  əsas  verir.  Bu  fikir  və  mülahizələrdən  hansının  düzgün,  hansının  yanlış  olduğunu 

söyləmək  olduqca  çətindir.  Çünki  bütün  bu  mülahizə  və  fikirlərin  tərəfdarları  öz  mövqelərinin 

düzgün  olduğunu  sübut etmək  üçün  çoxsaylı  dəlillər  təqdim  edirlər.  İlkin  mərhələdə  insanların  və 

onların  dillərinin hansı  yolla, necə  yaranması məsələsi  ilə bağlı fikirlər fərqli, ziddiyyətli  olsa da, 

istər xalqların, istərsə də dillərin sonrakı inkişafı və təkamülü ilə bağlı fikirlər, bu təkamülün tədqiqi 

üsulları ilə bağlı mülahizələr, demək olar ki, bənzər və ortaqdır. 

Professor Qəzənfər Kazımovun söylədiyi fikir və mülahizələr əsasında qəti şəkildə belə deyə 

bilərik  ki,  bu  tədqiqatçı  alim  məhz  üçüncü  ideyanın  tərəfdarıdır.  Onun  qayəsinə  görə  insanlar  və 

onların dili Yer adlı planetə kənardan gəlməmişdir, tarixi təkamül nəticəsində bir nöqtədə yaranmış 

və  bütün  dünyaya  yayılmışdır.  Professor  Ulu  dilin  protodillərə  parçalanmasını  dilçi  dəqiqliyi  və 

özünəməxsus  səliqəsi  ilə  ardıcıllıqla  qeyd  edir,  bu  prosesi  aşağıdakı  şəkildə  ümumiləşdirir: 

“müqayisəli-tarixi metod əsasında aralarına möhkəm sərhəd qoyulmuş dil ailələri və ümumən Yer 

üzərində mövcud olan bütün dillər bir mənşədəndir, bir ulu dilin törəmələri, bir gövdənin budaqları, 

yarpaqlarıdır – doğma Yer kürəsinin bütün xalqları, bütün dinləri kimi, dilləri də bir kökdəndir”  (4; 

səh:49). 

F.e.d.,  prof.  Q.Kazımovun  fikirlərini  akademik  Kamal  Abdullayev  də  özünəməxsus  şəkildə 

təsdiq  edir.  O  da,  təxminən,  eyni  prinsiplərdən  çıxış  edərək  Ulu  dil  deyilən  bir  dil  faktını  şəksiz 

qəbul  edir  və  bu  faktı  aşağıdakı  şəkildə  diqqətə  çatdırır:  “Əgər  bu  dillərin  dərinliyinə,  ilkinliyinə 

ensək, bu dillərin tarixinin elə bir nöqtəsinə gəlib çıxacağıq ki, oxşarlıqlar daha qalmayacaq, bütün 

fərqlər silinəcək. Eyni – bütün sonrakı qohum dillər üçün eyni bir məxəz, ümumi bir dil qalacaq. Bu 

məxəzin dilçilikdə öz adı var. Onun adı Ulu dildir” (1, s.46). 

Şəki-Zaqatala  regionunda  yaşayan  xalqların  və  etnik  qrupların  dillərinə  aid  olan  sözlərin 

qarşılıqlı  şəkildə  bir-birinə  keçməsi  halı  ilə  bağlı  faktlar  bir  çox  mənbələrdə  öz  əksini  tapmışdır: 

“XIX  əsrdə  akademik    A.A.  Şifner  yazırdı:  “Udilər  tatarlardan  (azərbaycanlılardan  –  Q.C.,  R.H.) 

təkcə  geyimlərini  iqtibas  etməmişlər;  nağılları,  bayatıları,  qoşmaları  və  zərb-məsəlləri  də  bu  dil 

vasitəsilə  bilirlər  və  çox  zaman  bu  dildə  söyləyirlər...  Udi  dilinin  böyük  bir  hissəsini  təşkil  edən 

tatar sözləri əsl udi sözlərini sıxışdırıb onları əvəz edir, bu da udi dilinin tədricən tatar dili içərisində 

əriməsinə  səbəb  olur”.  Professorlar  Q.Cavadov  və  R.Hüseynov  bu  fikri  təsdiq  edərək  doğru 

nəticəyə  gəlmişdirlər  ki,  bu  da  Şəki-Zaqatala  bölgəsində  yaşayan  bütün  xalqlara  və  etnik  qruplara 

şamil  oluna  bilər:  “...  əsrlərlə  eyni  ərazidə,  eyni  coğrafi  mühitdə  yaşayan  hər  hansı  bir  xalq 

başqasından  təcrid  olunmuş  şəkildə  yaşaya  bilməz.  Ona  görə  də  istər  udilər  və  istərsə  də 

azərbaycanlılar  tarix  boyu  ağır  günlərində  bir-birinə  arxa  durmuş,  vahid  təsərrüfat  ənənələri 

yaratmış,  bir-birindən  öyrənmiş,  lazım  gəldikdə  isə  bir-birinə  öyrətmişlər.  Bu  gün  udilərin 

leksikonunda  yüzlərlə  Azərbaycan  sözünə  rast  gəlindiyi  kimi,  onlarla  qonşu  azərbaycanlıların 

dilində müəyyən qədər udi istilahlarına rast gəlirik” (3, s.89). 

Azərbaycan  dilinə  məxsus  sözlərin  bu  regionda  yaşayan  digər  xalqların  və  etnik  qrupların 

dilinə keçməsini əks etdirən bəzi nümunələr söylənilən fikrin düzgünlüyünü sübut edir.  

 

Udi dilində bir alqış nümunəsinə baxaq: 



Ocağen va kömək qam bay 

Ocaq (pir mənasında) sənə kömək olsun 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

163

 

 



 

 

 



Avar dilində bir tapmaca nümunəsi: 

Mahla goroy guxey abay

1

   (Tundur) 



Мах1ла кьорой кьюхъай абай (Tундур)  

Həyətin ortasında alçaq xala (arvad)  (Təndir) 

 

Saxur dilində bir inanc nümunəsi: 



Quraxlıx exeme – kacalaşın siyahini oykan. 

Quraqlıq olanda keçəllərin siyahısını düzəldirdilər. 

 

Dünyada, elə bir dil tapmaq olmaz ki, o, müxtəlif dialektlərə bölünməmiş olsun. Bu baxımdan 



regionda yaşayan xalqların və etnik qrupların dilləri də istisna təşkil etmir. 

Udi dilinin iki dialekti vardır: Nic və Oğuz-Oktomberi dialekti” (6, s.8). “Avar dilinin çoxlu 

dialektləri vardır ki, bu dialektdə danışan dil daşıyıcıları bir-birini çətin başa düşürlər. Avar dilinin 

dialektləri  şimal,  cənub-qərb,  cənub-şərq  qrupuna  bölünür.  Zaqatala  bölgəsində  yaşayan  avarlar 

andalan, antsux, karax, kusur, Zaqatala (car) dialektində danışırlar”. (5, s.21). 

Saxurların  da  dili  bir  neçə  dialektə  bölünür.  Belə  ki,  dilçilər  saxur  dilinin  Saxur-Qum, 

Mişleş,  Cınıx,  Muxax-Sabunçu  və  Suvagil  dialektlərindən  ibarət  olmasını  müəyyən  etmişlər. 

Mütəxəssislərin fikrincə, sadalanan dialektlərin özü də bir neçə şivəyə ayrılırlar” (2, s.297). 

Bir avar nümunəsində dialekt və şivə ünsürlərini müşahidə edə bilmək üçün eyni bir mahnının 

fərqli dialektlərdəki variantlarına baxaq: 

 

Avar dilində mahnı  



 

Munqi, dunqi, danaqi, 

Daldanusab qubaqi

Birikçuzul Havaqi

Hasanazul içiqi

Qad qalada qoqu yas

Xab qalada qoqu vas

Bakmaz ninal qanzay 

Bip, bip, bip, bip. 

 

Eyni nümunə digər dialektdə  



 

Мунги, дунги, данаги,  

Далданусаб бехьчеги

Бирик1азул гьаваги

Хъасанобал г1ич1иги  

Кьад къалану къогу яс, 

Гъаб къалану къогу вас

Бакмазазул ганзай нина

Бип, бип, бип, бип. 



 

Tərcüməsi:  

 

Sən də, mən də, dana da.   



Daldadakı

2

 səkidə. 



                                                           

1

 “Aba” türk dilində 1) bacı, böyük bacı;  2) ana  (bax: 7, s.2); 3) aba -ayba – Qazax-Tovuz bölgəsində də 

ana mənasındadır. Bu sözün Azərbaycan dilindən avar dilinə keçdiyi şəksizdir. Bu qədər qaynayıb-qarışmış 

xalqın dillərinin təbii ki, bir-birinə güclü təsiri mümkündür.

 

2

 Gizlindəki

 

 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin