Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə31/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

175

 

 



 

 

İngilis  dilində  “Interplanetary”sözü  ,rus  dilində”межпланетьный”,  “planetlər  arası” 



kalkasına,  və  ya  ingilis  dilində  “inter-library”,  rus  dilində  “межбиблиотечный”,  Azərbaycan 

dilində  “kitabxanalar  arası”,  və  ya    “interdepartmental”,  “междомственный”,  “idarə  daxili” 

kalkalarına  nəzər  yetirsək  müəyyən  edə  bilərik  ki,  bəzi  sözlər  kalka  zamanı  sırası  dəyişmiş  əlavə 

şəkilçilər əlavə olunmuşdur. 

Alınma  sözlərin  forma  və  məzmunca  dəyişməsi  keçdiyi  dilin  daxili  inkişaf  qanunları  ilə 

əlaqədardır.  Bu  haqda  V.Vinoqradov  yazır  ki,  dilin  inkişaf  qanunlarında  onun  milli  orijinallığı 

özünü  göstərir.  Dildə  işlənən  alınma  fonetik  şəkli,  qrammatik  quruluşu  və  mənası  bu  dilin  daxili 

inkişaf qanunları əsasında dəyişilir. Azərbaycan dilinin materiallarina əsaslanaraq belə nəticə əldə 

edilir ki, yarımkalkalarda alınma sözlər arasında bərabərlik qoymaq mümkün deyildir, çünki dildə 

onların  baş  verməsi  istiqamətləri  müxtəlifdir.  Əgər    yarımkalkaların  yaranmasında  xarici  təsir  öz 

əksini tapırsa, alınma sözlər də başqa dilin müəyyən struktur və semantik təsiri olmur. Onlar kalka 

prosesi olmadan alınır və dilin fonetik quruluşuna uyğunlaşdırılır. 

Kalkaların  yaranmasında  kalkaedilən  dildə  uyğun  mənaların  olması  çox  mühüm  şərtlərdən 

biridir.  Dildə  belə  məna,  yəni  başqa  dilə  məxsus  sözün  müqabilində  uyğun  motiv  olduqda 

kalkaetməyə  real  imkan  yaranır.  Aydındır  ki,  müəyyən  bir  əşyaya  onun  bu  və  ya  başqa  bir 

elementinə görə ad verilir. Lakin əşyada başqa əlamətlər də ola bilər. Əgər söz əvvəlki mənaları ilə 

əlaqəni kəsməmişsə, o zaman o aydın daxili formalı olur.  Söz bir ad olmaq etibarı ilə əşya və ya 

hadisələrin mühüm əlamətlərini, mahiyyətini bilavasitə əks etdirməyərək, ancaq əşya və hadisələrlə 

münasibətdə  olanların  adını  ifadə  edir.  “Əgər  söz  yaradıcılığı  söz  və  sözlərlə  semantik  əlaqəni 

itirməmişsə, deyirlər ki, o əsaslıdır, onun aydın və parlaq daxili forması vardır”. 

Hər  hansı  əşyanın  bir  əlaməti  başqa  əlamətlərdən  fikrən  ayrılır  və  təcrid  edilir.  Bu  zaman 

ancaq  nəzərdə  tutulan  əlamətin  başqa  əşyalarla  əlaqəsi  nəzərdə  tutulur.  Lakin  insan  fikri  əşyanın 

əlamətlərinin bütün çoxcəhətliliyi ilə əhatə etməyə qabildir ki, onu da dildə əks etdirir. 

Məlumdur  ki,  sözün  əsas  tərkibi  heç  bir  məzmuna  malik  olmayaraq  dildə  yalnız  işarə  rolu 

oynayır.  Sözün  məzmunu  onun  daxili  cəhətini  təşkil  etdiyi  üçün  və  sözün  ifadə  etdiyi  məfhum 

məzmuna malik olduğu üçün dildə məzmunu dərk etmək zəruri hesab olunur.  

Sözlərin semantik  mənasının genişlənməsi,  söz  yaradıcılığı  üsulları,  başqa dillərdən tərcümə 

prosesi  (kalkaetmə)  və  alınmalar    dilin  lüğət  tərkibinin  zənginləşməsinin  əsasını  təşkil  edir.  Söz 

yaradıcılığında  başqa  dillərdən  kalkalar  mühüm  yer  tutur.  Tərcümə  prosesində    leksik  vahidlərin 

yaradılmasında kalka üsulundan çox geniş istifadə olunur.  

A.A.Reformatski  yazır:  “  Kalka  sözün  hissələr  üzrə  tərcümə  edilib,  sonra  həmin  hissələrin 

mexaniki surətdə birləşdirilməsidir” [1, s.106) 

R.A.Budaqov  isə  kalkaları  sözalmanın  xüsusi  bir  növü  hesab  edərək  yazır:  “  Bu  müvafiq 

əcnəbi sözlərin quruluşu kimi formalaşan, lakin onların maddi əsasını almayan sözlərdir” [3, s. 88] 

S.Sadıqova  isə  bunu  belə  izah  edir:  “Kalkalar  başqa  bir  dilə  məxsus  sözlərin  yaxud  söz 

birləşmələrinin  tərkib  hissələrini  ana  dilin  müvafiq  sözləri    və  söz  birləşmələri  ilə  dəqiq  tərcümə 

etmək üçün həmin sözlərin modeli üzrə qurulmuş sözlər yaxud ifadələrdir”[4, s.69] 

Kalka  haqında  söylənilən  fikirlərdən  belə  nəticəyə  gəlmək  olar  ki  multikuturalizim 

cəmiyyətində  dövlətlər  arasında  münasibətlərin  daha  da  yaxınlaşması,  xalqların  bir  birinin  tarixi, 

mədəniyyəti  ilə  tanış  olmasında  kalka  yolu  ilə  tərcümənin  xüsusi  rolu  vardır,  və  kalkalar  birbaşa 

məzmun məna prinsipinin yaranmasına xidmət edir.  

Mövzu ilə bağlı bütün deyilən fikirləri, araşdırmaları, aparılan fikir mübadilələrini və faktları  

bir  cümlə  ilə  ifadə  etsək,  tam  əminliklə  deyə  bilərik  ki  ,  Azərbaycan,  əsl    humanistlik,  tolerantlıq 

nümunəsidir.  Bunu,  yalnız  Respublikamızda  yaşayan  as  saylı  xalqlar  deyil  həmçinin  beynəlxalq 

aləmdə  ifadə  edilən  fikirlər  sübut  edir.    Respublikamızın  əsas  məqsədi  Ümumazərbaycan  mədəni 

konteksti  etnik  qruplar  və  azsaylı  xalqlar  üçün    mənəvi  doğma  məkana  çevrməkdir.  Azərbaycan 

üçün  ayrı-ayrı  dillərin  daşıyıcıları  arasında  ünsiyyətə  tələbatın  meydana  çıxdığı  ilk  dövrlərdən 

başlayaraq  bu  günə  qədər  multikultural  muhitin  yaradılması  ən  lazımlı  fəaliyyət  növlərindən  biri 

olmuş və o, gələcəkdə də ölkəmiz üçün zəruri iş kimi qalacaqdır. 

 

Ədəbiyyat 



1. A.А.Реформатски. Введение в языкознание. М.1960. 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

176

 

 



 

 

2. A. Lilova Введение в общую теорию перевода.1985.  



3. R. A. Budaqov. Dilçiliyə dair oçerklər. Bakı. Azərnəşr.1956. 

4. S.A. Sadıqova. Müasir Azərbaycan ədəbi dilində termin-söz birləşmələri. Bakı,1986 

5. В.В .Иванов. Терминология и заимствования в современном китайском языке. Наука, 

1973 


6. http://bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258 

7. http://www.mct.gov.az/news-details?id=1538 

Afsana Heziyeva 

 

THE SPECIFIC PECULIARITIES OF THE TRANSLATION WITH THE WAY CALQUE 



IN MULTICULTURAL SOCIETY  

SUMMARY 


This  article  deals  with  the  specific  peculiarities  of  the  translation  with  the  way  calque  in 

multicultural society. The different concepts of some linguists on this problem have been analyzed 

here.  Keys  in  the  formation  of  the  method  word  formation  with  calque  are  searched.  The  author 

analyses the investigations of the linguists concerning with this problem. Besides in the article are 

determined from different brunches. Examples are taken from different dictionaries.  On the basis of 

the materials of the Azerbaijani and English languages the author studied this problem. 



 

 

 

 

 

 

 

 

 

Nüşabə Nəcəf qızı Əsədova 

Azərbaycan Memarlıq və İnşaat Universiteti,  baş müəllim 

asadova.nushabe@rambler.ru 

 

MULTİKULTURAL TOPLUMDA ORTAQ SEMANTİK KODLAŞMA 

(Lokal istifadəli antoponim və toponim komponentli frazeoloji vahidlərin  semantik 

təhlili) 

 

Acar  sözlər:  multikulturalizm,  frazeoloji  vahid,  antroponim,  toponim,  semantika,  məna 

çaları.  

Keywords:  multiculturalism,  phraseological  unit,  anthroponym,  toponym,  semantics, 

semantic shade. 

 

Multikultural ölkə olan Azərbaycan müxtəlif millətlərin, xalqların cəmləşdiyi elə bir məkandır 



ki,  burada  çoxmillətlilik  və  onun  yaratdığı  çoxmədəniyyətlilik  şəraitində  yaşayan  hər  bir 

millətin nümayəndələri yanaşı yaşadıqları digər millətlərin milli sərvətlərindən bəhrələnir və 

həmin  millətlərə  də  öz  töhvələrini  verirlər.    Belə  ki, “mədəniyyət  fərdin  və  kollektivin 

davranışlarından davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı 

xarakterdən meydana gəlir. Xarakter fərdi və  milli kimliyi müəyyən edir. Milli kimlik əsasən 

dil amilindən formalaşır” [7].  Multikultural cəmiyyətə sahib olan Azərbaycanda yaşayan  ayrı- ayrı 

xalqların dilinin leksik özəlliklərini öyrənmək müasir dilçiliyimizin önəm verdiyi məsələlərdəndir, 

çünki, belə tədqiqatlar zəminində həmin dillərin leksik qatları haqqında dəyərli faktiki material əldə 

edilir.  Tədqiqatımız  üçün  obyekt  götürdüyümüz    antroponim  və  toponim  komponentli  frazeoloji 

vahidlər  aid  olduqları  multikultural  toplumun  dil  mühitində  insan  xarkterinin  müxtəlif  tərəflərini, 

psixoloji  özəlliklərini,  fərqli  xususiyyətlərini,  fərdi  cizgilərini  əks  etdirən  “məcazi  məna”  [2,  99] 

daşıyan leksik vahidlərdir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

177

 

 



 

 

Məlum  olduğu  kimi  frazeologiya  leksikanın  zəngin  və  maraqlı  elə  bir  qatıdır  ki,  bu  qat  aid 



olduğu xalqın tarixini, keçmişini, güzəranını, məişətini, həyat və düşüncə tərzini, əmək fəaliyyətini, 

adət-  ənənələrini,  geyimini,  mətbəxini,  qidasını,  psixoloji  düşüncə  tərzini  əks  etdirir.  “Dildə  hazır 

şəkildə işlədilərək komponentləri məna və quruluşca parçalanmayan” [1, 7] frazeoloji  birləşmələr 

aid olduğu dilin daşıyıcılarının səciyyəvi xüsusiyyətlərini əks etdirən milli kimlik vəsiqəsidir. Hər 

bir  xalqın  leksik  bazasının  müəyyən  bir  hissəsini  əks  etdirən  frazeoloji  birləşməlrin  öyrənilməsi 

həmin  xalq  haqqında  müəyyən  məlumatların  əldə  edilməsi  deməkdir.  Bu  baxımdan 

M.Mirzəliyevanın  da  tam  haqlı  olaraq,  qeyd  etdiyi  kimi,  “hər  hаnsı  milli  dilin  frаzеоlоgiyаsının 

dərindən öyrənilməsi həmin dilin tаm mənimsənilməsində əsаs hаlqаdır  və еləcə də о dilin dаşıyı-

cılаrının  zəngin,  rəngаrəng  və  bir  qədər  də  sirli    аləmlərinə  аçılаn  pəncərədir”  [6,  25].    Formaca 

lakonik, ancaq semantik  cəhətdən böyük məna tutumuna malik  olan frazeoloji  ifadələr aid  olduğu 

toplumun  və  bu  toplumu  təşkil  edən  insanların  etnokulturoloji  və  linqvokulturoloji  mühitinin 

aynasıdır.  Bu  baxımdan    təhlil  məqsədi  ilə  araşdırdığımız  antroponim  və  toponim  komponentli 

frazeoloji  vahidlər  ümumilikdə  Azərbaycan  xalqının  ədəbi  dil  mühitində  artıq  qəbul  olunmuş, 

daşlaşmış və hamı tərəfindən anlaşılan ifadələr deyil,  yalnız multikultural Azərbaycan cəmiyyətin 

bir hissəsinə- cənub bölgələrində, Masallı və Lənkəran rayonlarında həm talış xalqı, həm də oradakı 

azərbaycanlılar  tərəfindən  mənimsənilərək  artıq  gündəlik  nitqlərində  işlədilən  deyimlərə,  qanadlı 

ifadələrə və frazeoloji vahidlərə çevrilmiş lokal istifadəli sabit birləşmələrdir ki, belə birləşmələrin 

tərkibindəki sözlər “…frazeologizmləşmə prosesində ilk nominativ mənasını itirib metaforik məna 

qazanmış” [3, 58] vahidlərdir. Yerli xalq tərəfindən yaradılan, nə vaxtsa hansısa bir insana aid olan 

bu antroponim komponentli frazeoloji vahidlər zaman keçdikcə artıq xüsusi bir insana deyil, ümumi 

səciyyə  kəsb  etmiş,  mücərrəd  məna  qazanaraq  artıq  sabit  söz  birləşmələrinə  çevrilmişlər.  Bu 

ifadələr aid olduğu multikultural toplumun üzvləri tərəfindən asanlıqla anlaşılır, kimə ünvanlandığı 

deyilən insan adından deyil, ifadə etdiyi semantik tutumdan, məna yükündən aydın olur. Masallı və 

Lənkəran  rayonlarında  sadə  xalq  arasında  məşhur  olan  və  orada  yaşayan  insanlar  tərəfindən 

müxtəlif  münasibətlər  zəminində  yaradılan  bu  ifadələr  Azərbaycanın  digər  bölgələrində  yaşayan 

insanlar üçün bəzən işlədilməyə bilər. Hətta onlar tərəfindən hərfi mənada başa düşülə bilər, ancaq 

əksəriyyəti  həm  talış  dilində,  həm  də  Azərbaycan  dilində  işlədilən  bu  ifadələr  insanların 

müşahidələri  əsasında  toplanılan  məlumatın  antroponim  və  yaxud  toponim  komponentli  birləşmə 

vasitəsilə  ümumiləşdirilmiş  şəkildə  işlədilir.  Belə  ki,  İ.  Məmmədovun  qeyd  etdiyi  kimi  bu  cür 

umumiləşmiş  mücərrəd  məna  “...sonrakı,  törəmə  xarakteri  ilə  brincidən  fərqlənir”  [6,  30],  yəni 

çəkilən  insan,  yaxud  yer  adı  ayrıca  bir  şəxsi,  yaxud  da  yeri  qeyd  etmək  üçün  işələdilmir,  sadəcə 

ünvanlananın  keyfiyyətini,  səciyyəsini  vurğulayır.  Dediklərimizə  aydınlıq  gətirmək  üçün  yerli 

informatlardan topladığımız belə sabit birləşmələri nəzərdən keçirək. 

I  Lənkəran  və  Masallı  bölgələrində  işlədilən  antroponim  komponentli  frazeoloji  birləşmələr. 

Bu bölgələrdə formalaşan antroponim komponentli frazeoloji ifadələri kişi və qadın adları ilə bağlı  

olmaqla iki qrupda cəmləşdirmək olar: 

1.Kişi adları ilə bağlı olan antroponim komponentli frazeoloji vahidlər : 

Jendərə Qulam- Arvad Qulam- özünü qadın xasiyyətli göstərən, dedi- qodu ilə məşğul olan, 

ağır zəhmətli işlərdən qaçan kişiyə deyilir. 



Ucaboylu,  yaraşıqlı  Şühədam-  ironiya  ilə  işlənir,  balacaboy,  üzdən  o  qədər  də  yaraşıqlı 

olmayan  adam  nəzərdə  tutulur.  Bu  ifadə  adətən  bacarıqsız  və  üzdən  o  rədər  də  baxımlı  olmayan 

övladını tərifləyən valideynlərə ünvanlanaraq işlədilir. 

Dəli  Bəşir  oyunu-  Vəhşi,  kobud  zarafat  edən  kişi  nəzərdə  tutulur.  Deyilənə  görə  Bəşirı 

olmayıb. O, bir uşaq görəndə çox sevdiyindən onu kobud şəkildə qucaqlayar, öpər, işləyərmiş (hətta 

qanayana  qədər).  Uşaqlar  bundan  çox  əziyyət  çəkərmişlər.    Ondan  niyə  belə  etdiyini  soruşanda 

“oynayırdım”  deyə  cavabını  verərdi.  İndi  kobud  zarafatlar  edən  adamlara  “dəli  Bəşir  oyunu 

oynama!” deyə xəbərdarlıq edilir. 

Talış beçəsi= Talış xoruzu- həddən artıq arıq, cılız və tez- tez özündən çıxan dalaşqan adama 

deyirlər. 



Aspa Oruc= At Oruc- at kimi yeriyən adam nəzərdə tutulur.  

Puti Vəli- Onun- bunun malına göz dikən, acgöz, tamahkar adam anlamındadır. 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

178

 

 



 

 

Kaq  Nəbi-  “kaq”  talış  dilində  “toyuq”  deməkdir.  Belə  ki,  toyuqlar  erkəndən  hinə  girdikləri 

üçün  onların  yatması  da  axşam  erkən  olur.  Tez  yatan  adama  “kaq  Nəbi”,  yəni  “toyuq  Nəbi” 

deyirlər. 



Osnəqə  Şamil=  osniqə  Şamil=  osnoqə  Şamil=  osnağa  Şamil=  dəmirçi  Şamil-  həm  dəmir 

işləri görən adama zarafatla  işarədir, həm də ironiya ilə çox danqıltı, səs- küy salan adama deyirlər.  



Vəhi mardə Cəfər- acından ölən Cəfər- çox kasıb, imkansız adam deməkdir. 

Dza Nəsrə= oğru Nəsrə- oğurluq edən adama belə ad qoyulur.. 

Sıpa  Mirələm-  bədxah,  pisniyyət  adam  deməkdir.  Belə  insanın  bir  iş  görəndə  kiminsə 

qarşısına çıxması uğursuzluq gətirməsi kimi anlaşılır. 



Kəlxəni  Əli-  daima  çöllükdə,  kövşəndə  olan,  ev-  eşiyindən,  ailəsində  xəbəri  olmayan  kişiyə 

işarədir. 



Çürüy Əlyağa= Çürük  Əliağa- həm paxıl, bədxah, heç kəsin  sevincinə  şərik olmayan, həm 

xəsis yaxşılıq edə bilməyən və etməyən adam nəzərdə tutulur. 



Quzu Sahib- üzüyola, hamıya qulaq asan, hər bir buyruğa gedən, hamını razı salmağa çalışan 

adama işarədir. 



İt Tağı- dalaşqan, davakar, tündxasiyyət  kişi deməkdir. 

Caz Məhərrəm- toylarda yalnız xarici rəqslər aynayan adamlara deyirlər. 

Qucda Qasım= ət Qasım – çox ət yeyən, ət yeməyə həris olan adam mənasında işlənir. 

Nənə  bımarde  Culan=  Culanın  nənəsi  ölsun-  bu  ifadə  ironiya  ilə  işlənən  ifadədir.  Rəvayətə 

görə  Culan  yeməkdən  doymayan,  acgöz,  qarınqulu,  dalaşqan  və  tənbəl  bir  oğlan  olur.  Nə  vaxt 

ondan yeməkdən doyduğunu soruşanda ac olduğunu, heç nə yemədiyini deyir, heç bir iş də görmək 

istəmir,  dostlarını  incidir.  Anası  da  onu  müdafiə  edərək  bu  ifadəni  işlədərək  oğlunun  haqlı 

olduğunu, guya yalan danışmadığını israr edir. İndi kiminsə günahlı olduğunu görəndə, həmin adam 

özünü yalandan müdafiə etməyə başlayanda bu ifadəni işlədirlər.     



Yezidi Ərəb kimi- çox qəddar, zalım, qaniçən adam mənasında işlənir. Bu ifadənin ərəblərin 

işğalı dövründən xalqın təfəkküründə, yaddaşında qaldığı bəllidir. 

Azərbaycanın cənub bölgələrində xalq tərəfindən yaradılan kişi adlı antroponim komponentli 

frazeoloji  vahidlər  arasında  səciyyə,  keyfiyyət  bildirən  rus  sözlərinin  olması  müşahidə  olunur.  Bu 

bölgələrin leksikasına həsr olunmuş digər tədqiqat əsərində də cənub bölgəsinin şivələrində “çoxlu 

rus  sözlərinin  olması”  faktı  qeyd  olunur  [5,  33].  Rus  sözlərinin  cənub  bölgələrində  həm 

azərbaycanlılar,  həm  də  talışlar  tərəfindən  işlədilməsi  burada  vaxtilə  sürgün  olunmuş  malakan 

rusları  ilə  bağlıdır.  Rus  dilindən  sözlər  bu  rayonlarda  formalaşmış  mücərrəd  mənalı  vahidlərə  də 

keçmişdir. Məsələn: 

Qlaqol Məlik- daima işləyən, çox hərəkət edən adama deyilir.  

Vodka İsa- çox içən, spirtli içkilərə aludə olan, alkoqolizm xəstəsi mənasındadır. 

Kulturnı  Fayaz-  özünə  hədsiz  sığal  verən,  yerli-  yersiz  qara  kostyum  geyinib  özünü  bayağı 

tərzdə mədəni göstərməyə çalışan, əslində isə mədəniyyətdən xəbəri olmayan adamlara deyilir. 



Ələsgəndər dümotdədir- yəni Ələsgəndər dərin fikrə gedib- fikri yanındakılarda olmayan, 

yanında danışılan söhbətə qulaq asmayan, tamam başqa şeylər haqqında düşünən adama işarədir. 

Bu ifadədəki “dümot” talış dilində “dərin fikir” deməkdir. Yəqin ki, “dümot” rus dilindəki 

“думать” feilinin talış dilinə keçmiş dillərin çarpazlaşmasının növlərindən rus dilinin adstratıdır. 

2.Qadın adları ilə bağlı olan antroponim komponentli frazeoloji vahidlər: 

Axanım oxuyur, Şaxanım toxuyur= Agaxanım oxuyur, Şahxanım toxuyur- Azərbaycan dilində 

olan  bu  ifadə  bir-  birinin  səhvini  ört-  basdır  etmək,  gizlətmək  üçün  bir-  birlərini  müdafiə  etmək 

məqsədilə müxtəlif səbəb və bəhanələr gətiriləndə işlədilir. 

Qonça  gəlin=  Qönçə  gəlin-  hər  işə  burulan,  həm  böyüklərin,  həm  də  kiçiklərin  qabağında 

dayanmadan işləyən qadın nəzərdə tutulur. 



Sağıra Mədinə= sağır Mədinə- üst başı tör- töküntü, səliqəsiz, yazıq görkəmli qadına işarədir. 

Lırdinə Sona= kirli Sona- pinti qadına işarədir. 

Cinə  Fatma=  Cin  Fatma-  Həyatdan  küskün,  sədaqətli  qadına  işarədir.  Bu  ifadənin 

qaynaqlandığı mənbə müharibə vaxtına təsadüf edir. Belə ki, ərləri müharibədə ölən bəzi qadınlar 

sonradan ailə qursalar da Fatma adlı qadın ərinə sədaqətli qalaraq nəinki təzədən ailə qurmur, hətta 

sonralar  heç  pal-  paltarına  fikir  vermir,  bəzəksiz    gəzir  ki,  onunla  ailə  qurmaq  istəyən  kişilərin 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

179

 

 



 

 

diqqətini cəlb etməsin. Bu ifadə ailə qurmaq haqqında düşünməyən, yalnız öz işi  ilə yaşayan qadın 



anlamında işlənir. 

II.Lənkəran və Masallı bölgələrində işlədilən toponim komponentli frazeoloji vahidlər: 



Boladı yolu= Boladıya ro- əyri-üyrü yollar nəzərdə tutulur. Ümumiyyətlə, bu frazeoloji vahid 

təkcə yollara şamil edilmir, əyri edilən hər nə varsa, hətta saçın tağı səliqəsiz ayrılanda belə Boladı 

yolu ifadəsi işlənir. Boladı Lənkəran rayonunda olan talış kəndidir. 

Qızılağaclı-  əli  ağaclı-  Masallıda  Qızılağac  kəndində  yaşayan  adamlar  nəzərdə  tutulur.  Bu 

adamların tez- tez və yüksək tonal, hay-küylə danışıqlarına əsasən onlara işarə edirlər. 



Xıla  girdin  çörək  götür,  Xıldan  çıxdın  ayaq-  Masallının  Xıl  kəndinin  adamlarının 

qonaqpərvərliyinə, kəndin yollarının isə vaxtilə palçıqlı, narahat olmasına görə işlədilir. Bu ifadə ilə 

təkcə Xıl kəndi və onun adamları deyil, eyni vəziyyətdə olan yerlərlə də bağlı işlədilir. 

Separadi  təndiri-  çox  isti  olan  yerə  işarədir.  Separadi  Lənkəran  rayonunda  palçığı  təndir 

hazırlamaq üçün  yararlı olan və təndir hazırlanan kənddir. Çox isti  yer olanda “bura lap Separadi 

təndiridir ki!” ifadəsi işlədilir. 

Multikultural    ölkə  olan  Azərbaycanın  ərazisində  yaşayan  azsaylı  xalqların  dilini,  leksik 

bazasının  ayrı-  ayrı  qatlarını  tədqiq  etmək  həmin  xalqların  milli  və  mədəni  xüsusiyyətlərinin, 

məişətinin,  milli  düşüncə  tərzinin,  dini  baxışlarının,  peşə,  sənət  və  məşğuliyyətinin,  tarixi 

keçmişinin    öyrənilməsi  baxımından  əhəmiyyət  daşıyır.  Belə  araşdırmalar  eyni  zamanda  həmin 

xalqların  Azərbaycan  dili  ilə  və  eləcə  də  başqa  dillərlə  interferensiyasını  və  əlaqələrini 

müəyyənləşdirmək baxımından faydalıdır.  

 

İstifadə olunmuş ədəbiyyat siyahısı: 



 

1. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı- “Maarif”- 1978. 

2. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı- “Maarif”- 1982. 

3. Mahmudova Q. Türk dillərinin frazeologiyası II. Bakı- “Nurlan”-2009. 

4. Məmmədov İ. Azərbaycan dilinin semantikası. Bakı- “Xəzər” nəşriyyatı-2006. 

5.  Mirzəyev  E.  Azərbaycan  dili  Lənəran  və  Astara  şivələrinin  terminoloji  leksikası.  Bakı- 

“Elm və təhsil”- 2016. 

6.Mirzəliyeva M. Türk dillərinin frazeologiyası I. Bakı- “Nurlan”-2009. 

7. http://strateq.az/arashdirma/26098/alim-baxisi-multikulturalizm 

 

                                                                                                                  Asadova N. N. 



The Common Semantic Encoding in the Multicultural Society 

(The Semantic Analysis of the Phraseological Units with the Anthroponomical and 

Toponymical  Components in the Local Usage) 

 

Summary 



This  article  studies  the  common  semantic  encoding  in  the  multicultural  society.  Here  is 

carried  out  the  semantic  analysis  of  the  phraseological  units  with  the  anthroponomical  and 

toponymical  components  in  the  local  usage.  These  word  combinations  have  already  acquired  a 

concrete figurative meaning and used for characterizing a person or a place according to a feature 

of his or its character. They are used as phraseological units in the southern p art of Azerbaijan in 

the regions of Lankaran and Masalli. The ethnic group of the Tallishs live together with the Azeri 

people in these regions and these set-expressions are formed by them but they are used commonly 

now.  


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin