“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
122
Lamiə Nizami qızı Nağıyeva
Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi
Lamie.7530@gmail.com
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN DİLİNİN SAFLIĞI UĞRUNDA
MÜBARİZƏDƏ “MOLLA NƏSRƏDDİN” JURNALININ ROLU
Açar sözlər: XX əsrin əvvəlləri, ana dili, “Molla Nəsrəddin” jurnalı, maarifçilik hərəkatı.
Key words: The beginning of the twentieth century, mother tongue, "Molla Nasreddin"
magazine, enlightenment movement.
Görkəmli rus alimi K.D.Uşinski «Ana dili» məqaləsində yazırdı: «Xalqın dili onun mənəvi
həyatının heç bir vaxt solmayan və daim təzədən çiçəklənən, tarix sərhədlərindən çox uzaqlarda
başlamış boyasıdır. Dildə bütün xalq və onun bütün vətəni canlanmış olur. Vətənin göyü, onun
havası, fiziki hadisələri, iqlimi, çölləri, dağ və düzənlikləri, meşə və çayları, fırtına və tufanları xalq
ruhunun bütün yaradıcılıq qüvvəsi ilə ana dilində fikirlərə, şəkillərə və səslərə çevrilir. Dil xalqın
içərisində ölüb gedənləri, yaşamaqda olanları və gələcək nəsilləri böyük tarixi və canlı bir tam
şəklində birləşdirən ən canlı, ən məhsuldar ən möhkəm əlaqədir. Dil nəinki xalqın həyatiliyini
özündə ifadə edir, o eyni zamanda məhz həyatın özüdür. Ana dili məhv olarkən xalq artıq yox olur.
Xalqın ağzında dili hələ yaşadıqca xalq da yaşayır» [1, 56]. Ona görə də dünyanın tərəqqipərvər
maarifçi insanları təlimin ana dilində aparılmasını zəruri və vacib saymışlar. Tarixin müxtəlif
dövrlərində imperiyalar ayrı-ayrı xalqların milli dildə təliminə qadağa qoymuş, xırda xalqları
assimiliyasiyaya uğratmaq məqsədi ilə imperiya siyasətini reallaşdırmağa çalışmışlar. Həm Şərq,
həm Qərb ölkələrində yaranan imperiyalar əsarət altına aldıqları xalqların ana dilində təhsil
almasına müxtəlif səbəblərlə mane olur, hakim xalqın dilində yazmağı, oxumağı və danışmağı
həyati şərt kimi irəli sürürdülər.
M.F. Axundov tərəfindən əsası qoyulan demokratik maarifçilik hərəkatının daha da
qüvvətlənməsi və genişlənməsi, onun üzərində demokratik ideyaların inkişafı həmin dövrə təsadüf
edir. Xalqı mövhumat buxovundan xilas etmək, bəsirət sahibi etmək, maarifləndirmək, onlara
insanlıq hüquqlarını başa salmaq və tərəqqiyə çatdırmaq üçün Azərbaycan maarifpərvərləri böyük
səylə çalışır və bu işdə ana dilinin rolunu yüksək qiymətləndirirdilər. Bu da təbii idi. Çünki
dünyanın bütün xalqları kimi Azərbaycan xalqı da gənc nəslin təlim-tərbiyə işinə ana dilindən
başlamışdır.
Uşaq ana dilində anasının zümzüməli laylalarının sədaları altında dərin yuxuya getmiş,
yuxuda qızıl gülün içində şirin yuxu tapmışdır. Hər bir millətin özünə məxsus ana dili var ki, onun
məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir. [2, 271].
Azərbaycan maarifpərvərləri xalq maarifi uğurundakı mübarizəni, xalqı maarifləndirməyin ən güclü
silahı olan ana dilinin saflığı və inkişafı uğurundakı mübarizə ilə əlaqələndirirdilər.
Azərbaycan maarifpərvərləri ana dilinin və ana dilində aparılan təlimin ictimai-pedaqoji
əhəmiyyətini dərk edərək, Azərbaycan məktəblərinin ana dilində olmasını, ana dilinin tədrisinin
yaxşılaşdırılmasını, milli-mənəvi dərkin ən mühüm atributu hesab etmiş, dilin saflığı, zənginliyi,
ədəbi dilin yaradılması uğrunda mübarizə aparmış, ərəb əlifbasının törətdiyi çətinlikləri tənqid
etməklə kifayətlənməmiş, əlifba islahatının həyata keçirilməsi üçün böyük inamla fəaliyyət
göstərmişlər. XX əsrin əvvəllərində təlimin ana dilində aparılması uğrunda C. Məmmədquluzadənin
misilsiz xidmətləri olmuşdur. O, ana dilinin xüsusi təlim fənni kimi tədris edilməsi üçün yorulmaq
bilmədən mübarizə aparmışdır. O, ana dilinin tədrisini yaxşılaşdırmaq məsələsindən danışarkən bu
dilin mühüm incəliklərini öyrənmək məsələsinə ciddi fikir verilməsini tələb edirdi. Ədib ana dilinin
tədrisini yaxşılaşdırmaq, onun keyfiyyətini yüksəltmək məsələlərindən danışarkən dilin təmiz və
səlistliyini gözləməyə xüsusi fikir verilməsini tələb edirdi. Onun fikrincə, dili sadəcə bilmək kifayət
deyildir, onu dərin məhəbbətlə sevmək lazımdır. Elə buna görə də böyük ədib «hökumət qoymur
məktəblərdə ana dilimizi öyrənək»-deyən bu kimi üzdəniraq «ziyalılara» müraciətlə: «Bir saatlığa
tutaq ki, hökumət qoymur məktəblərimizdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur,
ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?» O,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
123
dilimizdə ərəb, fars sözlərinin işlənməsinə qarşı çıxaraq saf, səlis ana dili uğrunda mübarizə
aparırdı. C. Məmmədquluzadə ana dilimizi sevir, onu böyük həvəs və ustalıqla öyrədirdi. Ona görə
də böyük ədib həmin dilin təmizliyi, saflığı uğrunda mübarizə aparmaqla bərabər, onun geniş əhali
arasında yayılması və təlimin ana dilində aparılması uğrunda da səmərəli fəaliyyət göstərmişdir.
Bunun üçün o, ana dilində danışmaq və yazmağın zəruri olmasını qeyd edirdi. «Molla Nəsrəddin»
jurnalının ana dilində çap edilməsindən bəhs edərkən yazırdı: «Biz bu dilə o səbəbdən ana dili adı
qoyuruq ki, bu dildə yazı yazanda ortalığa ana söhbəti gələndə «ana»nı, «ana»da yazırıq, amma
qeyri-yazarlarımız, xah o vədə, xah indi yazılarında «ana» ləvsi rast gələndə, «ana» sözü əvəzinə
«madər» yazırlar. «Ana»nı «madər» yazanlar və «ata»nı «pədər» yazanlar, dəxi qeyri–türk sözlərini
də, habelə səbəbsiz yerə fars və ərəb sözlərinə dəyişirlər. Hətta hər gün yediyimiz çörəyi
bəyənməyib «nan» yeyirdilər və indi də yeyirlər. ..Hələ «pədər» və «madər» və «nan» sözləri
səhldir. Ərəb və fars dilindən elə bir xoruz səsi eşitməmiş kəlmələr və ibarələr lüzumsuz yerə
işlədirdilər ki, dəxi onları ərəb və farsca az savadlılar oxuyub başa düşmürdü» [3, 724-725]. C.
Məmmədquluzadə Azərbaycan dilinin sadəliyi və saflığı uğrunda mübarizə apararkən onun
müstəqil fənn kimi tədris planlarına daxil edilməsi və ona verilən saatların isə artırılmasını tələb
edirdi. O, «Tifliskiy listok» qəzetində nəşr etdirdiyi «Tatarskiy yazık v novoy naçalnoy şkole» adlı
məqaləsində və eləcə də, «Müsəlman dərsi» adlı felyetonunda o zamankı məktəblər üçün tədris
planı tərtib edən komissiyanın işini tənqid edir, ana dili dərslərinə əhəmiyyət verilmədiyini qeyd
edir, onun tədrisi üçün verilən saatların artırılmasını tələb edirdi. Bu haqda müəllif sonralar öz
xatirələrində yazırdı: «O vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala-xətrin qalmasın
babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi, qalan dərslər rus dilində gedirdi və bununla
bərabər xah həmən şəhər məktəbində və xah sonra təsis etdiyi Qori Seminariyasında türk dili
müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqü ilə bizə dərs verirdilər. Bir surətdə ki, o,
vədlər türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər» [4,
469]. C. Məmmədquluzadə sonra fikrini davam edərək yazırdı: «Məsələn, türk dilinin proqramda
varlığı yoxluğuna bərabər idi. Beş ilin müddətində əgər qabaqlarda molla yanında bir şey oxumamış
olsaydı, adımı düz yazmaq qədərincə türk dilini öyrənə bilməyəcəkdim. Onun üçün da mən özüm
də və yoldaşlarım da, yay fəsilləri və təhsili tamam edəndən sonra mollalar hicrəsində xüsusi
surətdə dərs oxumağa məcbur olduq ki, bir az-maz müsəlman savadından əxz edə bilək» [4, 471].
C. Məmmədquluzadə ana dilimizin qrammatikasının elmi əsaslar üzərində qurulmasını tələb edirdi.
Onun fikrincə, dilin qrammatikası lazımı qədər hazırlanmadığı üçündür ki, hər kəs öz istədiyi kimi
yazır və danışır. O, ana dili təlimində yazı işlərinin aparılmasına xüsusi fikir verilməsini tələb
edirdi.
Azərbaycan maarifçilərinin ana dilində məktəb açmaq fikirlərini C.Məmmədquluzadə
ürəkdən bəyənmiş və «Molla Nəsrəddin» jurnalını da ana dilində nəşr etmişdi. C.Məmmədquluzadə
ömrünün axırına kimi ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparmış, onu hər cür yad
təsirlərdən qorumağa çalışmışdır. «Molla Nəsrəddin» jurnalında millətə milli mənlik şüuru
aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyası geniş surətdə
təbliğ edilir, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulurdu. «Molla Nəsrəddin» jurnalı
ilk nömrədən başlayaraq sonuncu nömrəyə kimi ana dilində yazdı. Heç də təsadüfü deyil ki, birinci
nömrəsini «…ey mənim türk /azərbaycanlı/ qardaşlarım mən ki, siz ilə türkün açıq ana dili ilə
danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsən elmimin azlığına dəlalət edir.
Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi
beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdən bir ana dilini danışmaq ilə
keçmişdəki gözəl günləri yad etməyin nə eybi var! [5] – sözləri ilə başlayan «Molla Nəsrəddin»
jurnalı son nömrəyə kimi öz sözünə sadiq qaldı, ana dilinə ehtiram göstərdi və onun fəal
təbliğatçısına çevrildi. Jurnalın ilk nömrəsində dərc edilmiş «məcmuəmizə müştəri olanlara
nəsihət»də əks mənada başa düşüləcək beş nəsihət verilirdi. Həmin «Nəsihət»də göstərilirdi ki,
«məktubları elə bir dildə yazın ki, bir dənə türk kəlməsi olmasın. Türkcə yazmaq eyibdir» [5].
«Molla Nəsrəddin» jurnalı Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün ən mühüm
vasitəni xalqın siyasi hüquqa malik olmasını, onun rəsmi dövlət dili olması hesab edirdi. Çarizm
səltənəti zamanı qeyri-rus millətlərinin, o cümlədən, Azərbaycan xalqının da heç bir siyasi hüququ
yox idi. Jurnal hüquq bərabərsizliyinə qarşı mübarizə aparırdı. «Molla Nəsrəddin» jurnalı
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
124
Azərbaycan məktəblərində ana dilinin tədris edilməsini hərarətlə təbliğ etmiş və onun böyük carçısı
olmuşdur. Ona görə də jurnalın apardığı mübarizə xalqını sevən, onun gələcəyini düşünən insanlar
tərəfindən alqışlanırdı. «Molla Nəsrəddin» jurnalının ortaya atdığı hər bir ideya maarifçilər,
maarifpərvərlər, məktəbdarlar tərəfindən dəstəklənir, elmi mübahisələr genişlənirdi. Jurnal öz
fikrini açıq yazaraq, xalqı başa salırdı ki, ana dilini unutmaq olmaz, uşaqlarınızı ana dilində
oxutdurun, ana dilində məktəblərin açılmasına kömək edin. «Ax, necə arzu edərdim ki, mən də
sahibi ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm» [6, 667] deyən böyük
maarifçi C. Məmmədquluzadənin arzu etdiyi bu fikirlər Azərbaycanın mütərəqqi fikirli adamlarının
hamısını düşündürən ideyalar idi.
«Molla Nəsrəddin» jurnalı Azərbaycan xalqına axıra qədər sadiq qaldı, onun özü qədər qədim
mədəniyyətinə və dilinə hörmət bəslədi. Ana dilinin əhəmiyyəti və məktəblərdə onun tədrisinin
jurnal səhifələrində ardıcıl olaraq irəli sürülməsi Azərbaycan pedaqoji fikrinin inkişafına müsbət
təsir edirdi. Bu, mütərəqqi ziyalıları ruhlandırır və onlara yeni qüvvə verirdi. «Molla Nəsrəddin»
jurnalının irəli sürdüyü bu məsələləri demokratik qüvvələr alqışladılar və ona kömək etdilər.
«Dəbistan», «Rəhbər», «Qoç-Dəvət» və digər jurnal və qəzetlər «Molla Nəsrəddin» jurnalının
səsinə səs verdilər, onlar da ana dilinin tədrisi və ana dilində məktəblərin açılması ideyasını müdafiə
etməyə başladılar. «Molla Nəsrəddin» jurnalının ana dilində oxumaq, ana dilində məktəblər açmaq
fikrinə mürtəce qüvvələr əks çıxır, jurnalın irəli sürdüyü yeniliklərə mənfi münasibət bəsləyirdilər.
Bu mürtəce qüvvələr getdikcə artırdı. Bu elə bir dövr idi ki, ictimai hüququndan məhrum edilmiş,
hüququ tapdalanmış, siyasi şüuru zəif olan milyonlarla savadsız adamları oyatmaq lazım idi. Bu
sahədə aparılan mübarizədən jurnal qorxmur və çəkinmirdi, çünki o, xalqla bağlı idi, bu mübarizədə
o, xalqa arxalanırdı. Jurnalın yazdığı kimi «Molla Nəsrəddin»i təbiət özü yaratmışdı, zəmanə özü
yaratmışdı. «Cəlil Məmmədquluzadə bütün ömrü boyu xalqla bağlı olmuş, iti yazıçı nəzərlərini
xalqın həyatına dikib, onu ən incə psixoloji təzahürlərinə qədər öyrənmiş və əks etdirmişdir» [7, 55-
56].
Azərbaycan maarifpərvərləri ana dilində məktəb açmaq, dərs kitabları, proqramlar və s.
yaratmaq üçün çalışarkən bu işin həyata keçməsinə mane olanlarla da mübarizə aparmalı olurdular.
Sözdə ana dilində danışmağı istəyən, lakin həqiqətdə ana dilini bilməyən, ona hörmət etməyən
insanların ikiüzlülüyünü «Molla Nəsrəddin» jurnalı ifşa edirdi. Jurnal «Meymunlar» adlı
felyetonunda belə insanları tənqid edərək yazırdı: «hürriyyət və hüquq davası düşəndən indiyədək
heç bir müsəlman məclisi olmayıb ki, orda bir obrazovannı müsəlman ayağa durub desin: «hökumət
qoymayır məktəblərdə ana dilimizi öyrənəm!».
Mollanəsrəddinçilər Azərbaycan dilini bəyənməyən, ana dilinə laqeyd yanaşan, bütün
hərəkətlərində, praktik işlərində onun qiymətini alçaldan adamlara qarşı amansız olmuş və onu
jurnal səhifələrində ciddi şəkildə tənqid etmişlər. Mollanəsrəddinçilər dilimizi yabançı sözlərlə
korlamağa çalışan, bəzi «təhsillilər»ə qarşı çox amansız olmuş və onların nöqsanlarını çəkinmədən
tənqid etmişlər. Jurnala görə, belə ziyalılar ana dilimizi yabançı sözlərlə zibilləyir və ümumxalq
mövqeyindən uzaqlaşdırırdılar.
«Molla Nəsrəddin» jurnalı səhifələrində ana dilinin saflığı uğrunda mübarizəyə dair çoxlu
felyetonlara, şeirlərə, son xəbərlərə, hekayələrə, Qafqaz xəbərlərinə, maraqlı şəkillərə və
karikaturalara rast gəlmək olar. Bunlardan «Dili tutulub», «Dil», «Ana dili», «Meymunlar», «Bizim
obrazovannılar», «Əvvəlinci məktub», «İkinci məktub», «Misyonerlər» və s. göstərmək olar.
«Molla Nəsrəddin» jurnalı «Ana dili» adlı məqaləsində dilimizi hörmətdən salan, onu yabançı
sözlərlə korlayan ziyalıları kəskin şəkildə tənqid edirdi: «Hər millətin özünə məxsus ana dili var ki,
onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir.
Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və
vətənini sevdiyi kimi ana dilini də sevir».
O dövrdə xalqın sürətlə savadlanması, ana dilinin inkişafı üçün ərəb əlifbasının yeni əlifba ilə
əvəz olunması çox vacib, həlli təxirəsalınmaz məsələlərdən biri kimi dəyərləndirilirdi. Bu
məsələnin böyük ictimai, pedaqoji, metodik əhəmiyyətini dərindən başa düşən C.
Məmmədquluzadə onun həyata keçirilməsi uğrunda ciddi səy göstərirdi. O, M.F. Axundovun bu
yolda göstərdiyi səy və təşəbbüsü yüksək qiymətləndirir və onun fikrinə ürəkdən şərik çıxırdı. Ərəb
əlifbasının nöqsanlarını ətraflı şərh edən böyük demokrat yazıçı belə nəticəyə gəlirdi: «Mən elə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
125
qanıram ki, nə qədər ərəb əlifbası ilə yazı-pozu edilir, mətbuat tərəqqi tapmayacaq, dil hörmətdən
düşəcək, milli ədəbiyyat puç olacaq. O millət qeyri bir güclü millətə qarışıb yox olacaqdır». C.
Məmmədquluzadə «Əlifba» və digər məqalə və felyetonlarında ərəb əlifbasının çatışmazlıqlarından
ətraflı bəhs etmişdir.
Mollanəsrəddinçilər jurnal səhifələrində qeyd edirdi ki, bizim Azərbaycan türklərinin özlərinə
məxsus dili vardır. Uzun müddət İran dövlətinin nüfuzu altında qalmaqda dilimiz bir növ fars
dilinin qanun və qaydasına tabe edilmişdir, dilimiz o qədər qəliz və dolaşıq olmuşdur ki, indi onu
anlamaq belə mümkün deyil [8, 408]. «Molla Nəsrəddin» jurnalı M.F. Axundovun «…türk, fars və
ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Səbəbi
müsəlman dilində oxumaq çətindir» [9] fikirlərini həmişə müdafiə edirdi. Din nümayəndələrinin
dilindən danışaraq «Molla Nəsrəddin» jurnalı kinayəli şəkildə yazırdı: «Mən yenə deyirəm ki,
yazımın yüzdə doxsanı ərəb və fars ibarəsi olmasa, türk dili xarab olub gedəcək, türk dili ləzzətdən
düşəcək və bunlar keçəndən sonra hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə heç
kəs ona alim deməyəcək» [10]. «Molla Nəsrəddin» jurnalı ana dili məsələsində İlminskiləri,
Miroyevləri, Levinskiləri kəskin tənqid edərək deyirdi ki, onlar dilimizi atıb, bizi ruslaşdırmaq
istəyirlər! O dövrdə ana dilinin inkişafına mane olan amilləri jurnal belə səciyyələndirirdi: «Bir
tərəfdən hürüfat qüsuru, digər tərəfdən dil qüsuru əlimizi və ayağımızı bağlayıb irəli keçməyə
qoymur. Qiraət kitablarımızda «ata» və «yaxşı» kimi çox işlənən və əziz sözlər dərman üçün belə
axtarılsa, tapılmaz, bu, millətə xəyanət etməkdən başqa bir şey deyildir» [9].
«Molla Nəsrəddin» jurnalı Azərbaycan dilini təbliğ etməklə kifayətlənmir, bu dilin
gözəlliyini, böyüklüyünü, əzəmətini tərənnüm edir, bu dildə yazmaqla fəxr edirdi. Jurnal yazırdı ki,
Azərbaycanın görkəmli oğulları olan Abbasqulu ağa Bakıxanov, M.F. Axundov, Qasım bəy Zakir,
Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi öz əsərlərini, nəsihətnamələrini, dram əsərlərini
Azərbaycan dilində yazmışdır, onlar doğma Azərbaycan dilini sevmişlər, onun təmizliyini,
səlistliyini, gözəlliyini müdafiə etmişlər, onlar arzu etmişlər ki, uşaqlarımız ana dilində dərs
oxusunlar. Bizim yazıçılarımız « ana dilini candildən seviblər və yazılarını açıq və aydın yazıblar,
Abbasqulu ağa Bakıxanovun «Nəsihətnaməsi», M.F. Axundovun komediyaları, Hacı Heybət bəy
Fədanın «Məkkə nəsihətnaməsi», Hacı Seyid Əzimin mozun Əşar kəlami, Həsənbəy Məlikzadənin
Ümum və fününə dair yazdığı kitablar və siyasi məqalələr cümləsi açıq və aydın dildə yazılmış
əsərlərdir» [9].
Jurnal dövrünün yazıçı və ədiblərini öz əsərlərini ana dilində yazmağa çağırırdı. Çünki bütün
tarix boyu ədəbi dilin inkişafı və möhkəmlənməsində ədib və yazıçıların, şair və jurnalistlərin
böyük rolu olmuşdur. Bunu «Molla Nəsrəddin» jurnalı və onun rəhbəri C. Məmmədquluzadə yaxşı
dərk etmişdi. Bunun nəticəsi idi ki, jurnalın səhifələrində yazıçılar həqiqi yola çağırılır və onlara
düzgün məsləhətlər verilirdi. «…Sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və
əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və
verməkdədirlər... rus dilini belə müntəzəm qanun və qaydaya salan və bu dərəcədə onu geniş və
zəngin edən onun ədibləri olublar. Hansı rus ədibi olursa-olsun, onun yazdığı əsərləri rus əkinçisi,
rus dehqanı oxuyub asanlıqla başa düşür» [9].
Beləliklə, jurnal ana dilini qorumaqla mübarizəni təkcə özü yox, Azərbaycan xalqının
yazıçılarını da mübarizəyə çağırır, onlardan kömək istəyirdi. «Molla Nəsrəddin» jurnalı «Ana dili»
adlı məqaləsini bu sözlərlə qurtarır: «Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi
yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik
ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini
açıq və sadə dildə yazsınlar, ta ki, xalq onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın.
Ancaq bu yolla yazan ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gəlir» [9]. Mədəniyyətin
tərəqqisi, onun ana dilinin inkişaf etməsindən çox asılıdır. Bunsuz milli mədəniyyət yaratmaq
olmaz. Bunsuz ittifaq bağlamaq olmaz, xalq bir-birini anlaya bilməz, ünsiyyət yaranmaz, bunsuz
milli məktəblər təşkil etmək olmaz, bunsuz sadə adamlara dövrün inqilabi, demokratik tələbləri ilə
əlaqədar olan nəcib hisslər aşılamaq olmaz, milli dil olmasa o xalqın inkişafı dayanır, «ana dili»
məhv olarsa, xalq artıq yox olar deyən Uşinskinin sözlərini «Molla Nəsrəddin» jurnalı ürəkdən
alqışlayırdı.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
126
«Molla Nəsrəddin» jurnalı sübut edirdi ki, Azərbaycan məktəblərində təlim ana dilində
aparılmalıdır, ana dili təlimin mərkəzində durmalıdır. Ana dili vasitəsilə biz məktəblərdə başqa
fənləri öyrənməklə, xalqımız tərəfindən əsrlər boyu əldə edilən nə varsa onu tez və asan öyrənə
bilərik. Jurnala görə ana dilində öyrədilməyən bilikləri uşaq həzm edə bilmir, onun zehnində
özünəməxsus yer tuta bilmir, çətinlik çəkir, çox vaxt sərf edir. «Molla Nəsrəddin» jurnalı ana
dilinin əhəmiyyəti haqqında danışarkən və ana dilində məktəblərin açılmasını ehtirasla irəli
sürərkən rus xalqının dilinə, onun mədəniyyətinə yüksək qiymət verir və uşaqlarımızın rus dilini də
öyrənmələrini müdafiə edirdi, jurnal «rus-tatar» məktəblərinin genişlənməsini həmişə ön planda
verirdi. C. Məmmədquluzadə və onun ətrafında toplaşan mollanəsrəddinçilər «rus-tatar»
məktəblərinin çoxalmasına çalışırdılar. Çünki «rus-tatar» məktəbləri təlimin forma və məzmununa
görə mollaxanalardan çox yüksək üstünlüklərə malik idi. «Molla Nəsrəddin» jurnalı bu üstün
cəhətləri yaxşı başa düşürdü. Jurnalın fikrincə, rus dilini bilməklə rus xalqı ilə möhkəm əlaqə
saxlamaq olar, onların maarif, mədəniyyət, elm və ədəbiyyatından və bunun vasitəsilə dünya
mədəniyyət xəzinəsindən yaxşı istifadə etmək mümkündür. Rus dilini öyrənib, rus mədəniyyətindən
istifadə edilsə də, lakin geniş xalq kütləsi içərisinə savadı, maarifi yaymaqdan ötrü bunlar kifayət
deyil, bunu ancaq ana dili vasitəsilə etmək olar, ana dili vasitəsilə xalqı geniş şəkildə maarifə,
təhsilə, məktəbə cəlb etmək olar. Ona görə də jurnal təhsilin ana dilində aparılmasına çalışırdı.
C. Məmmədquluzadə «rus-tatar» (Azərbaycan) məktəblərində ana dilinin tədrisinin və
öyrənilməsinin o qədər də yaxşı olmadığını göstərirdi. O, «Tərcümeyi-halın» adlı məqalədə yazırdı
ki, o vaxtlar hökumət təsis etdiyi məktəblərin proqramında xala xatırın qalmasın, babətindən
həftədə bir neçə saat türk (Azərbaycan) dili verirdi. Qalan dərslər rus dilində gedirdi. Bu fikri o,
«Dili tutulub» adlı məqaləsində daha kəskin şəkildə irəli sürürdü. Orada ana dilinin başdan soyutma
bir neçə saat öyrədilməsini insanın ölümü kimi qiymətləndirirdi.
«Molla Nəsrəddin» jurnalı «rus-tatar» (Azərbaycan) məktəblərində dərs verən müəllimlərə
yüksək qiymət verirdi. Jurnalın fikrincə «rus tatar» (Azərbaycan) məktəblərində dərs deyən
müəllimlər molla məktəblərində dərs deyən mollalarla müqayisə edilməyəcək dərəcədə dururlar.
Bunlar pedaqoji təhsil almış müəllimlərdir. Lakin bəzi müəllimlər də var ki, onlar nə Azərbaycan və
nə də rus dilini yaxşı bilmədikləri halda, həmin məktəblərdə dərs verirlər. Jurnal belələrini tənqid
edir, onların Azərbaycan dilini mükəmməl bilmədiklərini açıb göstərir və ona istehzalı şəkildə
«Molla Nəsrəddin» gülüşü ilə gülürdü. Bu məsələ «Gəncədən məktub» adlı məqalədə daha aydın
verilir. Həmin məqalədə şagirdlər «Molla Nəsrəddin» jurnalına yazırlar ki, «Biz dərs deyən
müəllimin dilini başa düşmürük, çünki o fars və ərəb dilində danışır. Soruşanda deyir ki, bunlar ana
dilidir». A kişi, insaf elə, vallah nə bizim analarımızın belə dili var, nə də nənələrimizin» [11].
Sonra məktəb şagirdləri «Molla Nəsrəddin» jurnalına sual verərək belə deyirdilər: «İndi, ay molla
əmi, biz qalmışıq məəttəl, barı bizi başa sal görək bu dil nə dilidir.
«Bakıdan məktub» felyetonunda oxuyuruq: «Biz pervı russki-tatarski şkolanın posledniy
klassının uçenikləri qospodin Molla Nəsrəddinnən prasit edirik ki, bizim bu jalobamızı öz
jurnalında napeçat eləsin. Bu səhərlər prixodit eləyirik şkolaya görürük şkolanın dverləri zapiratdı.
İstər dojd yağsın, istər veter olsun biz gərək tri çasa duraq şkolanın dverinin qabağında və uçitelin
qorxusundan smelit eləyə bilmirik ki, qapını ustiçat edək. Axırı, nakanes uçitel qapını atvarit eləyir.
Yeyboğ, gözləri elə olur ki, krasnı yabloka oxşayır. Bizə deyir - ay svoloçlar, məni niyə bespokoit
eləyirsiniz. Mən çetari çasa yatmışam» [12]. «Molla Nəsrəddin» jurnalı bununla qeyd edirdi ki,
müəllimlər hər iki dili yaxşı bilmədikləri üçün nəinki özlərini, həm də dərs verdikləri şagirdləri
korlayırlar.
«Ana dili» felyetonunda ali təhsil almış azərbaycanlıların Azərbaycan dilində
danışmadıqlarını tənqid edərək yazırdı ki, ali təhsil almış bir cavan məktəbi qurtarıb evinə gəlir.
Bununla görüşə gələn molla əvvəl ərəbcə, sonra farsca onunla söhbət edir. Ali təhsilli anlamır,
oğlan rus dilində danışır, bu zaman molla heç bir şey anlamır. Nəhayət onlar bir-birlərini
anlamayaraq ayrılırlar. Bu söhbətə qulaq asan ana otağa gəlib oğluna deyir ki, mən başa düşmədim,
siz nə dildə danışırsınız. Oğlan cavab verir: «Ana, mollaynan biz ana dili danışırıq». Anası deyir:
«Yazıq ana dili». Beləliklə, 3 nəfər azərbaycanlı bir-birini başa düşmədən ayrılırlar.
«Molla Nəsrəddin» jurnalının ana dili sahəsində tutduğu mövqe çox mütərəqqi və düzgün
olmuşdur, ona görə də böyük xalq kütləsi onu sevə-sevə oxuyurdu. «Molla Nəsrəddin» jurnalında
|