Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə19/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

111

 

 



 

 

«некой 



параллельной  вселенной,  черном  коллапсаре,  весь  пронизанным  духом 

иррациональности,  к  которому  опасно  он  (доктор  Рзаев)  приблизился,  отправившись 

самонадеянно  в  эту  злополучную  поездку»  [6,  с.  105].  Новая  культура  не  принимает 

персонажей,  отторгает  их  от  себя  («шутя  обращает  безымянную  немку  в  знаменитую 

писательницу  Кристу  Вольф,  месье  Мольера  -  в  исламского  террориста,  а  безобидного 

провинциального нотариуса - в любовника незабвенной его матери» [6, с. 106]. и т.п. 

Наконец,  невозможно  пройти  мимо  такой  художественной  детали,  что  семья  Рзаевых 

живёт ирреальной жизнью. В романе огромное количество вставок из поэтических образцов 

европейской классики и целый ряд реминисценций, латинских слов и выражений (обратим 

внимание хотя бы на название), отсылающих нас к западной литературе и культуре.     

В  заключении  хотим  отметить,  что  мультикультурализм  как  особая  категория  в 

историко-философском  и  социально-политическом  истолковании  для  названных 

азербайджанских  писателей  фактически  представляет  собой  рупор  передовых  идей,  в 

которых  вопросы  толерантности,  уважения  двух  или  нескольких  сторон,  сохранения 

суверенитета и другие всегда в центре внимания. Но, как видели на примере произведений К. 

Саида, Анара и Таира Али, художественная литература имеет ряд преимуществ, потому что 

может  трансформировать  отдельные  культурологические  установки  в  нужном  автору 

направлении. 



 

Литература 

 

1. Анар. Ночные мысли // Литературный Азербайджан, 2015, № 9.  



2. Мир-Багирзаде С.А. Восток и Запад в романе «Али и Нино» // Элм, № 14, 31 июля, 

2015. 


3. Таривердиева С.Е. Трагедия времени и его изображение в азербайджанской прозе 70 

– 80-х годов XX века // Учёные записки БСУ. Серия языка и литературы. Баку, 2007, № 2, с. 

143 – 148.  

4. http://ru.president.az/articles/17441 

5. http://www.mehriban-aliyeva.org/ru/activities/node/845562 

6. Таир Али. «Papilio Homerus». Роман.  http://www.tair-ali.com/. 

 

Xülasə 


 

Təqdim  olunan  məqalədə  üç  əsərin  (Qurban  Səidin  romanları  "Əli  və  Nino",  "Papilio 

Homerus",  Tahir  Əli  və  Anarın  "Gecə  düşüncələr"  essesi)  əsasında  bədii  ideyaların 

multikulturalizmin  nəzəriyyəsində  qəbul  olunmuş  prinsiplərə  transformasiyası  göstərilir.  İşdə  yeni 

fərziyyələr  və  müxtəlif  ədəbi  cərəyanlara  məxsus  Azərbaycan  yazıçıların  göstərilən  əsərlərinin 

təhlilinə yaradıcı yanaşma diqqəti cəlb edir. 

 

S.Kasimova 



Summary 

 

In this article the author on the example of three works (the novels of Kurban said  "Ali and 



Nino", "Papilio Homerus", Tahir Ali  and essays  Anar "Night thoughts") shows the transformation 

of artistic ideas in the principles adopted in the theory of multiculturalism. The work attracted the 

attention  of  some  freshness  hypotheses  and  creative  approach  to  the  analysis  of  the  works  of 

Azerbaijani writers, representatives of different directions. 



 

 

 

 

 

 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

112

 

 



 

 

Solmaz Sərdar qızı Məmmədova, filologiya üzrə fəlsəfə doktoru 



Bakı Qızlar Universiteti 

Applesweet@inbox.ru 



 

DRAMATURGİYADA BƏZİ MULTİKULTURAL MƏQAMLAR 

 

Açar sözlər: multikulturalizm, milli, ədəbiyyat , humanizm, tolerantlıq, dramaturgiya 

Key wods: multiculturalism, national, literature, humanistic, tolerance, drama                                                       

 

Multikulturalizm    dünyanın    ictimai  siyasi  vəziyyətindən  təzahür  edən  və  bu  gün    ədəbi 



prosesin diqqətdə saxladığı  problemlərindən biri kimi  ədəbiyyatda da tarixi reallığı ədəbi reallığa 

çevirən bir sahədir. Xalqların, millətlərin, etnik qrupların qarşılıqlı mədəni birliyi, milli spesifikalı  

mədəniyyətin  qaynayıb  qarışması,  çulğalaşması  və  insanların    kifayət  qədər  mürəkkəb,  həssas 

münasibətlərdə tolerantlıq, anlaşma və hörmət çərçivəsində fəaliyyəti  bədii mədəni sferada xüsusi 

bir    mərhələ  yaratdı.  Etnik  azlıqların  cəmləşdiyi,  tarixən  beynəlmiləlçiliyi,  xalqlar  dostluğu  ilə 

seçilən,  Şərqlə  Qərbin  astanasında  yerləşən  Azərbaycan  kimi  bir  ölkənin  tarixi  proseslərin  

mərkəzində olması, tarixi yerdəyişmələr, xalqların təbii proses kimi  diffuz vəziyyətə gəlib çatması  

bu  problemin  nə  qədər  aktual  olduğunu  bir  daha  təsdiqləyir,  bugünkü  mənzərəni    tam  göz  önünə 

gətirir.  Doğrudur,  miqrasiya,  xalqların  millətlərin  yerdəyişməsi,  köç  və  sair,  dünya  miqyasında 

tarixən mövcud prosesdir, xüsusilə  postsovet  məkanının parçalanması  milli  özünüifadə  üçün xeyli 

imkanlar  yaratdı,  bu  sahədə  aktivlik  artdı.  Eyni  məkanı  bölüşən  milli  müxtəlifliklərin,  kulutral 

çoxluqların məcmusu kimi anlaşılan mədəniyyətin yaradılması məsələsi keçmiş sovet məkanından 

ayrılmış  ölkələr  üçün  vacib  məsələ  idi.  Ona  görə  ki,  multikultural  dəyərlər  tarixin  gələcək  üçün 

saxladığı  ən  gözəl  yadigardır,  millətlərin  tarixi-mədəni  yaddaşıdır.  Qloballaşmanın  nəticələri 

sivilizasiyanın  ultra  inkişafı  bu  dəyərlərə  daha  həssaslıqla  yanaşma  tələb  edir.  Multikultural 

cəmiyyət (mədəni plüralizm)  fərdlərə özlərinə uyğun  mədəni etnik meyarlar  seçmək hüquqlarını 

təmin  etməyə  şərait  yaradır.  Lakin  mədəni  müxtəliflik    etnik  ayrı-seçkilik    demək  deyil.  Bu 

rəngarəng  həyat  tərzləri,  mədəni  oriyentasiyalar  -  mədəni    tendensiyalar  deməkdir.  Bu,  həm  də 

mədəni  plüralizmdir,  individual,  əlahiddə  götürülmüş  identifikliklərin  paralel  mövcudluğu  deyil, 

onların qarşılıqlı əlaqəsi, bir- biri ilə çulğalaşması, qarşılıqlı transformasiyası deməkdir. 

Demək,  multikulturalizm  –  ayrıca  götürülmüş  ölkədə  və  bütövlükdə  dünyada  müxtəlif 

millətlərə  və  dinlərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və 

harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. 

Humanist  və  demokratik  nəzəriyyə,  yaxud  ideologiya  olaraq  multikulturalizm  tolerantlığın 

təcəssümüdür ki, onsuz humanizm,  yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar 

arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil (1, s.4) 

Bu proses Azərbaycanda ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyasının tərkib hissəsi 

kimi  başlanmışdır  və    bu  gün  də  ictimai  siyasi  sosial  sferada    görülən  işlərin  davamı  kimi  cənab 

İlham  Əliyev  Azərbaycanda  multikulturalizm  ənənələrinin  qorunub  saxlanması,  daha  da  inkişaf 

etdirilməsi  və  geniş  təbliğ  olunması  məqsədilə  2016-cı  ilin  “Multikulturalizm  ili”  elan  edilməsi 

haqqında sərəncam imzalamışdır. 

Multikulturalizmin  başlıca  faktorlarından  biri  kimi  milli  şüur,  milli  mənlik  ideyalarını 

reallaşdırmaq  yaxud  leqallaşdırmaq  və  bununla  da  milli  özünütəsdiqi  həyata  keçirməklə  şərtlənir 

Belə vəziyyət isə  yeni-yeni  multikultural dəyərlərin  yaranmasını  labüd  edirdi.  Bu proses  təbii 

yolla,  heç  bir  müdaxiləsiz  formalaşmaq,  inkişaf  etmək    və    simbiyoz  mövcudluq  prinsipləri  ilə 

yaşamaq  iqtidarındadır  yaxud  könüllü  olaraq  vahid  mədəniyyətin  tərkibində    müstəqil    yaşamaq 

kimi  müstəqil    seçim  hüququ  qazanır.  Hər  bir  halda  bu  mədəni  bir    həyat  hadisədir  və    bu  gün 

xüsusilə  aktualdır.  Tarixən  çoxmillətli  bir  ölkə  olmuş  Azərbaycan  öz  beynəlmiləlçiliyi,  digər 

millətlərə  diqqət  və  qayğısı,  öz  ərazisində  yaşayan  etnik  birliklərdən  tutmuş  azsaylı  xalqlara  və 

qeyri  millətlərə  himayədarlığı  və  diqqəti  ona  gətirib  çıxarmışdı  ki,  bu  etnokultur  mədəniyyətlərin 

qorunub  saxlanmış,  gələcək  nəsillərə  ötürülməsi  təmin  olunmuşdur...  Azərbaycan  ədəbiyyatında 

belə məsələləri işıqlandıran xeyli bədii ədəbiyyat nümunələri mövcuddur. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

113

 

 



 

 

Bədii  ədəbiyyata  multikultural  dəyərlər  baxımından  yanaşmaq  həm  də  hadisələrə  ,  təsvir 



edilən obyektlərə, subyektlərə,  tarixi faktlara, fenomen saydığımız dəyərlərə  daha geniş  aspektdən  

dialektik,  sinkretik    arqumentlərlə    yanaşmaq  deməkdir.  Bu  hal  ədəbi  tənqidi  də  vəziyyətə  daha 

geniş   spektrdən, millilik  və beynəlmiləlçilik  probleminə  yenidən multikultural  nöqteyi-nəzərdən  

baxmaq məcburiyyətində qoyur.. 

Ədəbi  tənqid    həm  də  kifayət  qədər  mürəkkəb  olan  etnomədəni  fərqləri,  multikultural 

reallıqları düzgün başa düşmək və bədii təxəyyüldə həzm etmək bacarığını formalaşdırmalıdır. Hal-

hazırda  belə  bir  fikir  var  ki,  multikultural  dəyərləri  ən  yaxşı  ifadə  etmək  üçün  roman  janrı  daha 

münasibdir.  Bu  fikrin  tərəfdarları  ona  əsaslanırlar  ki,  romanın    təhkiyəçilik,  nəqletmə  xüsusiyyəti 

həyatın    lap  dərin  qatlarına  enməyə  imkan  yaradır  və  burada  bir  çox  incə  məqamlar,  gerçəkliyin 

spesifikası  daha  aydın  açılır  və  bundan  başqa  romanın  çoxdilli(polifonik)  strukturu  (Baxtin 

,,Romanda  söz”),  xonotop  universallıq    prinsipi  vardır  ki,  romanın  belə  imkanları  etnik-milli 

identifikliyi  fərqləndirməyə,  çoxyaruslu  həyat  modeli  yaratmağa,    buradakı  rəngarəngliyi, 

həqiqətləri  daha  dolğun,  milli  etnik,  kultural,  dini  fərq,  tolerantlıq,  milli  mədəni  fərqlər  projektor  

altındakı  qədər  aydın  görməyə  xidmət  edir.  Qəhrəmanlar  öz  energetikası,  daxili  səsi,  davranış  və 

münasibətlərində mənsub olduğu milli elementlərin daşıyıcılarıdır. 

Dramaturgiyada  məsələ  nisbətən  fərqlidir.  Burada  müəllifin    fikir  və  ideyalara  müdaxilə 

imkanları ancaq obrazlar vasitəsilə həyata keçirilir, odur ki, xarakterlərlərin dramaturji dolğunluğu, 

dialoq və replikaların ustalıqla yerli yerində işlədilməsi, dram janrının  estetik imkanlarının çoxluğu 

hesabına  qarşıya  qoyulmuş  problem  və  tematikanın  açılması  həyata  keçirilir,  yuxarıda  danışılan 

multikultural  dəyərlərin  ədəbiyyatda  təcəssümü  məsələsi  dramaturji  baxımdan  həllini  tapır.  Hələ 

ötən  əsrin  əvvəllərində  H.Cavid  ’’Şeyx  Sənan’’(1914)  faciəsində  tolerantlıq,  təmkin,  digər  dinlərə 

və  qeyri  millətlərə  qarşılıqlı  anlaşma  və  hörmətlə  yanaşmaq  məsələsi  ilə  yanaşı,  daha  bəşəri  bir 

problem-insanları sevmək idealını ortaya qoymuşdur. Burada rastlaşdığımız din ayrı insanlar, dinsiz 

insanlar(müsəlman, xristian, yəhudi, dərviş), onların qarşılıqlı həyat tərzləri bir daha sübut edir ki, 

Azərbaycan  dini  zorakılıq,  şovinizm,  milli  irqi  ayrı-seçkilik  kimi  ekstremist  ideyaların  yer  aldığı 

məkan olmamışdır, əksinə öz tolerantlığı ilə seçilmişdir. 

İlahi eşqi yerə endirib real həyatla bağlayan, məhəbbət anlamında bütün sədləri vurub keçən 

Şeyx  Sənan  ədəbiyyatımızda  maraqlı  obrazlardandır.  Füzulinin  platonik  eşqi  Şeyx  Sənan 

əhvalatında  gözlə  görünən,  əllə  toxunulan,  uğrunda  mübarizəyə  qoşulan  bir  həyat  hadisəsidir. 

Əsərin əvvəlində  allah eşqi ilə yaşayan, müəllimi Şeyx Hadinin sevimli tələbəsi olan Sənanın bu 

yoldan  dönmək  fikri  yoxdur,  bütünlüklə  ilahi  aləmdə  yaşayır,  hətta  dünya  gözəli  Zəhra  belə  onun 

marağında deyil ...Lakin bir hadisə onun həyata baxışını dəyişir. H.Cavid öz məsləkinə, əqidəsinə 

burada da sadiqdir:  İnsana sevgini, məhəbbəti tanrı hesab  edən Cavid  bunu bir daha sübut etmək 

üçün  qəhrəmanını  ağır  bir  missiya  ilə  yükləyir--  onun  sevgisi  nə  məhəbbət  bəlasına  düçar  olmuş 

Zəhrayadır, nə də başqa bir müsəlmana , Şeyx Sənan tərsa qızına aşiq olmuşdur.  Bu eşq onu gürcü 

Platonun qapısına gətirir. Onun birdən birə belə dəyişməsi, tamamilə yeni məslək, həyat tərzinə üz 

tutmasını Şeyx Hadi təmkinlə, anlaşma ilə qarşılayır, hamıdan da bunu tələb edir:  

Həpiniz çünki kəcnəzər, xain, 

Həm də zahirpərəst, bədbatin 

Sizdə olsaydı şübhəsiz vicdan

Bilərək Şeyxi Kəbeyi-iman, 

Ona heç söyləməzdiz azğın, 

Onu zənn eyləməzdiniz sapqın. (2,s. 100) 

Ümumiyyətlə,  bu  əsərdə  bir  iki  obrazı  çıxmaq  şərti  ilə  dini  dözümlülük,    tolerantlıq    abu  - 

havası  vardır. Remarkalarda milli spesifikanı nəzərə çarpdıran səhnə elementləri, islam və xristian 

dünyası üçün ənənəvi həyat tərzinin təsviri əsrdə etnokulturoloji məqamları vurğulayan səhnələrdir. 

Dərvişlərin  rəqsi,  gürcü  məişətinin  təsvirində  dəliqanlılarının  rəqsi,  kilsə  zəngi,  şərab,  çaxır 

məclisləri,  xaç  simvolikası,  müsəlman  dünyasının  təsviri,  zəvvarlar    əsərə  bir  rəngarənglik  gətirir, 

etnokultur mühit yaradır. Əslində, Şeyx Sənanın əsl əqidəsi sonda  köksündə xaç gəzdirən Papaza 

etdiyi müraciətdə  üzə çıxır. Şeyx Sənan hamının  düşündüyü kimi dinindən dönmüş, başqa dinə üz 

tutmuş biri deyildir. Onun amalı daha dərində, daha bəşəridir, humanizmə daha yaxındır: 

Arif ol, arif !...Atma vicdanı, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

114

 

 



 

 

Ara qəlbində dini, imanı. 



Zahirin çox gözəl fəqət nə çıxar? 

Oynaşır batinində şeytanlar (2, s. 112).  

Ümumiyyətlə,  Gürcü  xalqının  Azərbaycan  xalqı  ilə  dostluq  və  birgə  yaşayış  tarixi  çox 

qədimdir.  İctimai,  siyasi,  iqtisadi,  münasibətlərinin,  mədəni  əlaqələrinin  həmişə  mövcudluğu 

ədəbiyyatımızda  II  İraklinin  ,  Çariça  Tamaranın  obrazlarının  bədiiləşdirilməsi,  Azərbaycan 

ədəbiyyatı  və  sənət  ustalarının  Gürcü  ədəbi  mühiti  ilə  yaxınlıqları    bunu  bir  daha  sübut  edir. 

“Azərbaycan  multikulturalizminin  ədəbi  bədii  qaynaqları”  kitabının  təqdimatında  Kamal  Abdulla 

ədəbiyyat tarixinin məhz belə məqamlarını  vurğulayaraq  hər şairin  yaradıcılığının fonunda onun 

öz  dövrünün  abu-havası,  nəfəsi  duyulur,  dövrün  multikultural  –  ictimai    kardioqramması  çəkilir- 

söyləmişdir”(4, s.. 1). 

H.Cavidin “Ana“ (1912) faciəsi dağ xalqlarının həyatından bəhs edir. Süjetə çəkilmiş hadisə  

ləzgi, çərkəz xalqlarının həyat  tərzi, adət ənənələri haqda təsəvvür yaradır. Oğlunun qatilini evində 

saxlayan  ana  (Səlma)  verdiyi  sözün  üstündə  durur,  sonadək  qonağa  əl  qaldırmağa  icazə  vermir. 

Evinə pənah gətirmiş insanı cani olsa belə öldürməyi kişilik saymır. Qonaq bu yerlərdə toxunulmaz 

,  yüksək  hörmətə  layiq  şəxsdir.  Qapıdan  içəri  keçmiş  yad  evin  ən  əziz  adamı  olur.  Bu  cəhət  dağ 

xalqlarına  xas  gözəl  keyfiyyət  kimi  təqdim  olunur.  Dağ  xalqlarının  çılğınlıq,  qisasçılıq  kimi 

xarakter  keyfiyyətlərinin  “qana  qan”  anlamının  müqabilində  isə    qonağa  hörmət,  sözübütövlük, 

mərdlik, basanı kəsməmək, alicənablıq  kimi insani keyfiyyətlər  sərgilənir.  Ananın yaşadığı böyük 

faciə,  keçirdiyi  iztirablar,  qadınların  göz  yaşları  qatil  Muradı  diri  ikən  ölüyə  çevirir,  onun 

peşmançılıq və əzabları da əsərdə sanki mənəvi tərbiyə, islah yolu kimi təqdim olunur: 

“Murad. 

Yaşatma, öldür, ana! Məncə hala, 

Billah, gəbərməkdən yaşamaq ula... 

Səlma. 


Xayır, sən mənə eylərkən iltica 

Söz vermişəm, dönməm sözümdən əsla!”(6,s. 101). 

M.F.Axundovun  ,’’Müsyo  Jordan  və  Dərviş  Məstəli  şah”  komediyası    müxtəlif  mədəni 

kulturoloji dəyərlərin qarşılaşdırılması, dünyaya inteqrasiya  tendesiyalı  əsər kimi ədəbiyyatımızda 

maraqlı bir hadisədir. 

Əsər  komik  planda  olsa  da,  burada    Azərbaycan  və  Avropa  mental  dəyərləri  qarşılaşdırılır, 

yaddaşlara  hopmuş  adət  və  ənənələr,  onların  müsbət  və  mənfi  tərəfləri  incə  yumorla  oxucuya 

çatdırılır:  

Şahbaz  bəy.  Zəmanə  əhlinin  birisi  də  Paris  xalqıdır.  Sizin  sözünüzə  görə  onların  adət  və 

xəssasından  xəbərdar  olmaq  lazım  gəlir.  Hətəmxan  ağa.  Nə  eybi  var,  onların  adət  və  xəvvasını 

bilgilən  əyər  istəyirsənsə!  Şahbaz  bəy.  Bu  surətdə  əgər  Parijə  getməsəm  oranın  əhlinin  adət  və 

xəvvasından necə müttəle ola bilərəm? Hətəmxan ağa. Çox asan. Necəki mən onları bilirəm Müsyo 

Jordanı  görmək  ilə  və  sözlərinə  qulaq  asmaq  yolu  ilə.  Əgərçi  Qarabağdan  başqa  bir  özgə  yer 

görməmişəm  Şahbaz  bəy.  Əmi,  qanmıram  ki  ,  siz  necə  Parij  əhlinin  adət  və  xəvvasından 

xəbərdarsız? Hətəmxan ağa. Bu saat mən sizə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə 

hər  adət  və  xasiyyət  var  isə  əksi  Parij  əhlindədir.  Məsələn,  biz  əlimizə  həna  qoyuruq,  firənglər 

qoymurlar. Biz başımızı qırxırıq, onlar başlarına tük qoyurlar; Biz başı papaqlı oturarıq, onlar başı 

açıq oturarlar: Biz başmaq geyərik, onlar çəkmə geyərlər; Biz əlimizlə xörək yeyərlər, onlar qaşıq 

ilə  yeyərlər; Biz aşkara  peşkəş  alarıq,  onlar gizlində  alarlar, Biz hər zada inanarıq, onlar heç zada 

inanmazlar, Bizim arvadlarımız gödək libas geyərlər, onların arvadları uzun libas; Bizdə çox arvad 

almaq adətdir, Parijdə çox ər alamaq! 

 Komediyada  maraqlı  cəhət  obrazların  milli  mənsubiyyətinə  görə  fərqli  davranışları    və 

bundan  doğan  uyarsızlığın  komizmdir.  Hətəmxan  ağanın  və  Müsyo  Jordanın  davranışlarındakı 

fərqlər  həm  də  milli  identifikliyi  qabardır.  Ailə,  məişət  məsələlərinə  münasibət,    Azərbaycan 

xalqının  qonaqpərvərlik    keyfiyyəti,  etiket  qaydaları,  milli  mətbəx,  süfrə  mədəniyyəti  ..  bir  sözlə, 

Azərbaycan  həyatının  çox  maraqlı  rəngarəng    cəhətləri    öz  təsvirini  tapır.  Dünyaya  inteqrasiya 

məsələlərinə  diqqəti  artırmaq,  mövhumat  və  cəhalətə  uymamaq  əsərin  əsas  tendensiyasıdır. 

Təfəkkür  tərzlərindəki  fərqlərə  baxmayaraq,  müəllif    heç  bir  obrazı  təqdir  yaxud  tənqid  yolu  ilə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

115

 

 



 

 

getmir, realist həyat səhnələri yaradır, canlılıq, təbiilik, xalq ruhuna yaxınlıq  bu əsəri Azərbaycan 



dramaturgiyasının ən yaxşı nümunələri sırasına daxil etmişdir. 

Cəlil Məmmədquluzadə “Kamança” (1920) pyesini yazmaqla  Azərbaycan dramaturgiyasında 

Qarabağ savaşını əks etdirən ilk nümunə yaratdı, həm də müharibə, işğalçılıq, dağıntı, qırğın  kimi 

qorxunc  həyat  hadisələrinin  fövqünə  dünyəvi  gözəlliyi  qoydu,  “dünyanı  gözəllik  xilas  edəcək” 

kəlamının  doğruluğunu  bir  daha  təsdiqlədi.  Əsərdə  yüzbaşı  düşmən  millətdən  olan    əsiri  çaldığı 

Azərbaycan  muğamının  peşəkarcasına  ifasına,  Azərbaycan  musiqisinə  olan  sevgisinə  görə 

bağışlayır  və  yüzbaşının  belə  insanpərvərliyi  azərbaycanlılığın  bir  xüsusiyyəti  kimi  təqdim  edilir, 

həm  də  xalqımızın  sənətə,  yaradıcı  insanlara    verdiyi  yüksək  dəyəri  nümayiş  etdirir...  Əsrlərlə 

xalqımızın  milli  simasında  formalaşan  alicənablıq,  qeyri  millətlərə  tolerant  münasibət,  siyasətə, 

ideologiyaya deyil, insanlığa verdiyi dəyər onun göstəricisidir ki, amansız qanunların hökm sürdüyü 

şəraitdə belə  bu insani keyfiyyətlər itmir, öz işini görür: “Qəhrəman  yüzbaşı (Qaraşa) Qaraş, sən 

öləsən,  biçarə  Heydər  gəlib  durub  gözümün  qabağında.  Ax,  vay  !.  (Yüzbaşı  bu  sözləri  deyəndə 

Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çəkir. Yenə Baxşı şövq ilə çalmaqdadır. (Yüzbaşı 

gözü  baxışda  gahdan  dillənir.)  Bax,  belə!...eləcə  !..əcəb!...afərin  !..eləcə!...  (və  axırda  yüzbaşı 

birdən  durur  ayağa,  qəməsini  qınından  çıxarır  və  acıqlı,  ucadan  Baxşıya  deyir).  Adə,  erməni,  tez 

kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu 

qəməynən  bu  saat  səni  də  öldürərəm,  özümü  də  öldürərəm  (Çığırır)”  (3,  s.  107).  Azərbaycan 

ədəbiyyatında  belə  məqamlar  sərgiləyən  ədəbi  nümunələr  kifayət  qədərdir.  Ədəbiyyatda 

multikulturalizmin təcəssümü məsələsi bu gün aktual tədqiqatdır. Bu sahədə görülən ən əhəmiyyətli 

iş ,,Azərbaycan multikulturalizminin ədəbi bədii qaynaqları” kitabının işıq üzü görməsidir 

AMEA-nın  vitse-  prezidenti  İsa  Həbibbəyli    Bakı  Beynəlxalq    Multikulturalizm    Mərkəzi 

tərəfindən  tərtib  və  nəşr  olunan  “Azərbaycan  multikulturalizminin  ədəbi-bədii  qaynaqları”nı  

yüksək 

qiymətləndirərək 



kitabın  təqdimat  mərasimində  qeyd  edib  ki,  Azərbaycan 

multikulturalizmini  ədəbiyyat,  mədəniyyət  müstəvisində  öyrənmək  üçün  bu  kitab  çox  mükəmməl 

bir  mənbədir.  Ən  qədim  zamanlardan  başlayaraq  XX  əsrin  əvvəllərinə  qədər  böyük  bir  dövrün 

folklor  abidələrinin  və  yazılı  ədəbiyyatından  nümunələrin  yer  aldığı  bu  kitabda  böyük 

mütəfəkkirlərimizin  insanların  birgə  yaşayışı,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq  cəmiyyətdə 

başlayan  dialoqlar,  qarşılıqlı  etimad,  hörmət,  həmrəylik  haqqındakı  çağırışları,  dahiyanə  fikirləri 

“Azərbaycan  multikulturalizminin  ədəbi-bədii  qaynaqları”  kitabında  öz  əksini  tapıb.  Bu  kitab 

Azərbaycan  ədəbiyyatının  bütün  əsrlər  boyu  humanizm  mövqeyində  dayandığını,  insanpərvərlik, 

ədalət  carçısı,  birlik-bərabərlik  ideyalarının  təbliğatçısı  olduğunu  çox  aydın  şəkildə  göstərir  .”  (4, 

səh 1) 


Bütün  bu  deyilənlərə  belə  nəticə  çıxarmaq  olar  ki,  multikulturalizmdən  imtina  etmək  yaxşı 

heç nə vəd etmir, çünki, bu, anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini 

münaqişələrə aparıb çıxaran yoldur. Müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm 

siyasəti  olmadan  sabit  inkişaf  edə  bilməzlər.  Bunun  əsas  örnəklərindən  biri  Azərbaycan 

Respublikasının  tərəqqisidir  ki,  burada  Azərbaycanın  milli  mədəniyyətinə  müvəffəqiyyətlə 

inteqrasiya olan müxtəlif xalqların nümayəndələri də harmonik inkişaf edirlər (1, s. 10).                                                           

Ədəbiyyat: 

1. Multikulturalizm Azərbaycanın həyat tərzidir. Bakı, 2016 

2. H. Cavid “Əsərləri”, II cild, Yazıçı, 1982  

3. C. Məmmədquluzadə “Əsərləri” II cild, Bakı, 1984 

4.azertag.az/xeber/AMEA_da_Azərbaycan_multikulturalizminin_ədəbi_bədii_qaynaqları_kit

abının_təqdimatı_olub-934165 

5.  M.F.Axundov, “Seçilmiş əsərləri”,  Bakı, 1965 

6. H.Cavid , “Seçilmiş əsərləri”, Bakı, 1958 

Xülasə 

Məqalədə  günümüzün  aktual  məsələlərindən  olan  multikulturalizm  problemi  ədəbi  -  bədii 



nümunələr  üzərində  araşdırılır.  Xüsusilə  dramaturgiyamızın  klassik  nümunələrində  multikultural 

məsələlərin  qoyuluşu  və  aktuallığı  nəzərdən  keçirilir.  Azərbaycanda  dini  tolerantlıq,  milli 

mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi,  milli,  mənəvi,  əxlaqi  dəyərlərin  ədəbiyyatda  təcəssümü 

məsələləri öyrənilir.  



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin