TALIŞ VƏ SAXUR DİLLƏRİNDƏ LEKSİK VAHİDLƏRİN PARALELLİYİ
Açar sözlər: Talış, Saxur, dil, xalq, leksik, ədəbi dil
Key words: Talysh, Sahur, language, people, lexical, literary language
“Azərbaycanın varı, dövləti təkcə onun yeraltı və yerüstü sərvətləri deyil, onun ərazisində
yaşayan xalqlardır”
Heydər Əliyev, Ümummilli lider
Azərbaycan Respublikasının ərazisində yaşayan xalqların və etnik nümayəndələrin dillərinin
müqayisəli elmi təhlili və tədqiqi ən aktual vəzifələrdəndir. Müstəqil Respublikamızın Prezidenti
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
63
cənab İlham Əliyev 11 yanvar 2016-cı ildə imzaladığı sərəncamı ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda multikulturalizm
ənənlərinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə
2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm” ili elan etdi, tarixi İpək yolunda
yerləşən Azərbaycanımızı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-
mədəni
rəngarənglik
mühitinin
formalaşdığı,
ayrı-ayrı millətlərin və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi
tanındığını da qeyd etdi.
Bu da məlumdur ki, yerli dialektlərin bəziləri inkişaf edərək milli ədəbi dilin əsası olur. Belə
ki, ədəbi dilin lüğət tərkibi yerli dialektlərin lüğət tərkibindən çox zəngindir. Ədəbi dil insanların
bütün iş sahələrini əhatə etdiyi üçün onun təsir dairəsi yerli dialekt və şivələrin təsir dairəsindən qat-
qat genişdir. Dialektlər də öz növbəsində bu və ya digər fəaliyyət sahəsinin inkişafı ilə əlaqədar
olaraq spesifik sözlərə malik olur ki, ədəbi dil də bunun hesabına zənginləşir.
Azərbaycan xalqı müxtəlif xalqlarla müxtəlif şəkildə əlaqə və münasibətdə olmuş və
olmaqdadır. Azərbaycan dili yaxın xalqlar arasında geniş nüfuz dairəsinə və təsirə malik olduğuna
görə həmin xalqların ümumünsiyyət vasitəsinə çevrilmişdir.
Tədqiqatımızda Müstəqil Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların dilində -
Talış və Saxur dilində oxşar leksik vahidlərin müqayisəli təhlilindən bəhs olunur.
Talışlar Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara və qismən
Masallı, Lerik rayonlarında, eləcə də İranın şimalında, əsasən Gilan ostanında, az sayda Ərdəbildə
Nəmin şəhərində yaşayırlar.
Talış dili Hind – Avropa dillərinin Hind – İran qoluna daxildir. Talış dilinin daxil olduğu
Kaspi dil qrupu, Hind – İran dillərində İran dil qrupuna daxil olan şimal – qərbi İran dil
yarımqrupunun qoludur. Kaspi dil qrupuna aid olan gilan dili, mazandaran dili, simnan dilləri bu
dilə daxil olan dillərdən hesab olunur. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s.
dillərinə yaxındır. Slavyan (rus, belorus, ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), german
(alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur (1).
Azərbaycan dilinin dialekt və şivələrində leksik fərqləri araşdırmaq, həm ayrı-ayrı dialekt və
şivələrimiz arasında, həm də müasir ədəbi dillə qarşılıqlı əlaqəsini vermək, eləcə də Azərbaycan dili
ilə başqa qohum olan və qohum olmayan dillər arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək
və onların düzgün linqvistik qiymətini vermək olduqca lazımlıdır.
Talış dili tarix boyu Azərbaycan ədəbi dili, onun bu və ya digər dialektləri ilə qarşılıqlı
əlaqədə olmuşdur. Bunun nəticəsində qarşılıqlı dillər bir – birinə təsir göstərmişdir. Bu cür qarşılıqlı
əlaqələr həmin dillərin leksik sistemində vacib iz buraxmışdır. Prof. Qəzənfər Kazımov qeyd edir:
“yerli talışlarla qonşuluq nəticəsində Azərbaycan – türk əhalisi İrandilli tayfalara çoxlu söz verdiyi
kimi, ünsiyyət prosesində onların bir çox səciyyəvi terminoloji sözlərini də mənimsəməli olmuşdur”
(6, s.6).
Saxur dili Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biridir. Azərbaycanda
əsasən Zaqatala və Qax rayonlarında, Dağıstanda və Rutul rayonunda yerləşən saxur kəndlərində
işlənilir. Saxur dili Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aiddir (2).
Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və
etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif
xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə
ötürüblər. C.Gözbaraxlı yazır: “...saxur xalqını başqa xalqlar arasında doğma, doğma
Azərbaycanımızda isə yad hesab etmirik. Hesab edirik ki, azsaylı xalqların dilləri arasında bu
dillərin püxtələşməsi baxımında müəyyən əlamətləri ilə seçilən sirli söz xəzinəsi vardır” (4, s.176).
Xalqların bir-biri ilə müxtəlif əlaqələri və birgə yaşayışı zamanı daha çox məişət və iqtisadi
cəhətdən ünsiyyət yaranır. Bu cür tarixi ünsiyyət və əlaqələrin nəticəsində ana dilimizdən həmin
xalqların dillərinə yaşayışın bütün sahələri ilə bağlı bir çox söz və ifadələr keçmişdir.
Müxtəlifsistemli dil ailələrinə daxil olan Talış və Saxur dillərində qeydə alınan oxşar leksik
vahidlərin müqayisəli təhlili, demək olar ki, ilk dəfədir tədqiq olunur. Məqalədə göstərilən leksik
vahidlər həm Talış dilində, həm də Saxur dilində (4) qeydə alınmış folklor materialları və xalq
danışıq dilinə əsasən təhlil olunur və iki qrupda sadalanır:
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
64
1) Həm fonetik tərkibi, həm də ifadə etdiyi leksik mənası oxşar olan vahidlər
a) talış dilində b) saxur dilində
sim – məftil sim – məftil
gəbə - xalça gəbə - xalça
dinq - çəltik döymək üçün dəyirman dinq – çəltik döyən alət
cecim/cəcim – döşəməyə salmaq üçün palaz cecim– döşəməyə salmaq üçün palaz
çin – oraq çin – oraq
Müqayisə zamanı sözləri etimoloji təhlil edərkən bəzi məqamları qeyd etmək istəyirik.
Məsələn, sim sözü farsca “gümüş” deməkdir. Cecim fars mənşəli söz olub, yun ipdən toxunulmuş
zolaqlı, ala-bəzək, nazik palazdır. Elmi mənbədə çin sözü iki mənada izah olunur: 1) Orağın dişli
formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini
qab)ilk dəfə Çində istehsal olunduğu üçün belə adlanıb. 2) Həqiqət mənasında işlədilən bu söz Çin
dilindən keçmişdir (mənası “həqiqət”dir), rütbə mənasındakı çin də Çin dilinə məxsusdur (çinovnik,
çin-çin yığmaq sözləri də burdandır). Qab mənasındakı çən (neft çənləri) sözü də, bəzi alimlərin
fikrincə, Çin dilindən keçmədir, çəllək sözü də qohumdur. Həqiqət anlamını verən çin sözü ilə eyni
deyil, omonimdir (“mərtəbə” deməkdir) (3, s.137).
2) Fonetik tərkibi fərqli, leksik mənası oxşar olan vahidlər
a ) talış dilində b) saxur dilində
kaqi /kaqe – toyuq kate – toyuq
mığə - bədənin nazik sümüyü mənasında mığa - çiyin
nağ/nəğ – damaq nağ – yaş
cəndək/cəmdək – bədən candak – bədən
çəxo – bıçaq çıka – bıçaq
canq/çanq - əl ilə qapmaq çank – tələ
dərqəz – kol biçən deryaz – kol biçən
bırz – düyü birinz – düyü
şartük – çəltik şaltük – çəltik
xandax – xəndək qandax – xəndək
künəleynə - yemişan ağacı kuneliynayuv – yemişan ağacı
Hər iki azsaylı xalqın dilində işlək olan canq/çanq/cank sözü “tutmaq”, “mühasirəyə salmaq”
mənasındadır. Belə ki, cənq/çəng farsca “pəncə”, “dırnaq” deməkdir. Dırnaqla yaralamaya isə
çənqe (çəngi) deyirlər (3, s.67).
Şartük, şaltük sözlərində kök söz “su” anlamını ifadə edən çək, çisək (3, s.67) kimi sözlər ilə
qohum olduğu və “su sevən” (bitki) mənasında işləndiyi qənaətinə gəlmək olur. Talış dilində
toplanmış materialların təhlilində tük sözünü “çəltik əkilən sahə” mənasında işləndiyini görmək
olur. Məs.:
A ğız, sən gə bu tükə,
Çörəg ver də, bi tikə,
Gözum yoldə qalıbdi
Yar gələrmi bu tükə? (Bayatı)
Bunlardan başqa həm Talış, həm də Saxur dilində elə sözlər də vardır ki, onların fonetik
tərkibi oxşar olsa da, leksik mənaları tamamilə fərqlidir. Məsələn; Saxur dilində zer “inək”
mənasında, Talış dilində zer “əzgil” mənasında, saxur dilində se “keçi”mənasındadır. Talış dilində
se sözünün bir neçə mənada işləndiyi göstərilir: 1) три- “üç”; 2) брать, получать- “almaq,
götürmək”; 3) покупать- “almaq, satın almaq” (5, s.327). Demək olar ki, hər iki azsaylı xalqın
dilində bu cür sözlər çoxluq təşkil edir.
Ayrı-ayrı dillər qohumluq əlaqələrindən asılı olmayaraq bir-biri ilə özlərinin bütün tarixi
inkişaf mərhələlərində və eləcə də, müasir dövrdə qarşılıqlı təsirə məruz qalır. Eyni zamanda, bu və
ya digər bir dilin tərkib ünsürlərini təşkil edən dialektlər də öz növbəsində bu prosesdə fəal iştirak
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
65
edir. Bunlar da daxil olduqları dilin ayrı-ayrı dialektləri ilə qarşılıqlı əlaqəyə girir, qarşılıqlı təsirdə
bilavasitə özünü təzahür etdirir, lakin bununla kifayətlənməyib, təmasda olduğu hər hansı başqa bir
dillə qarşılıqlı münasibətdə olur. Beləliklə, dil və dialektlər arasında qarşılıqlı təsir hadisələri
yaranır.
Bu və ya başqa dilin öz qrupu içərisində müstəqil və ya asılı rolunu bu dilin özünə məxsus
olub, öz qrupunun başqa dillərində olmayan fonetik, leksik və qrammatik nümunələr tapmaqla,
onun xüsusi vəziyyətini tədqiq etmək və qohum dillərin içərisindəki yerini müəyyən etmək olar (7,
s.13).
Dillər arasındakı əlaqələr ədəbi dil və dialekt səviyyələrində baş verir. Tarixən
müxtəlifsistemli dillər arasındakı əlaqələr daha çox dialekt səviyyəsində başlanır; ədəbi dil
səviyyəsindəki münasibətlər nisbətən sonrakı dövrlərdə formalaşır. Təbii haldır ki, xalq nə qədər
kiçik olsa da, ünsiyyətdə, münasibətdə olduğu hər hansı bir xalqla daima yaşayışın bütün sferalarına
aid olan qarşılıqlı dil əlaqələrini qurur. Hər iki xalqa məxsus söz və ifadələr bir dildən başqa dilə
keçərək zamanla orada yaşayır və çox hallarda vətəndaşlıq hüququ qazanaraq o dilin leksik layında
ümumişlək olur.
Ədəbiyyat
1. az.m.wikipedia.org/wiki/Talış_dili
2. az.m.wikipedia.org/wiki/Saxur_dili
3. Əhmədov B. Etimologiya lüğəti (Araşdırmalar, mülahizələr). 4400-ə yaxın sözün etimoloji
yozumu. Bakı – 2015, 287 s.
4. Gözbaraxlı C. Saxurlar. Bakı – 2016, 176 s.
5. Мамедов Н. Талышско-русско-Азербайджанский словарь. Баку-«Нурлан» - 2006, 439
с.
6. Mirzəyev E. Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası. “Elm və
Təhsil”, Bakı – 2010, 182 s.
7. Tahirov İ. Dialekt leksikasında alınma sözlər (şərq qrupu dialekt və şivələrinin materialları
üzrə). Bakı – “Nurlan” – 2004, 135 s.
Xülasə
Məqalə Müstəqil Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların dilində - Talış və
Saxur dillərində oxşar leksik vahidlərin müqayisəli təhlilinə həsr edilmişdir. Bu mövzu ilk dəfədir
ki, tədqiqata cəlb olunur. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların,
azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir.
S.O.Agayeva
The lexical parallelism in Talysh and Tsakhur languages.
Summary
The article is dedicated a comparative analysis of lexical units of the Talysh and Tsakhur
languages of the minorities living like in the Independent Republic of Azerbaijan. This is the first
time that research is drawn to the subject. The composition of the Azerbaijani national minorities
and ethnic groups and national minorities living here, diversity, diversity of advantageously differs
from many countries.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
66
Təranə Xəlilova, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
tarana11@box.az
AZƏRBAYCANDA ETNOLİNQVİSTİK PROSESLƏR
(AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN DİL TƏSNİFATI)
Açar sözlər: Etnik birliklər, təsnifat, antropoloji, linqvistik, genealoji, dil ailələri
Keywords: Ethnic associations, classification, anthropological, linguistic, genealogical,
linguistic families
Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli xalqlar arasında birinci ümumilikdə isə
ruslardan sonra ikinci yerdə dururlar. Azərbaycan Respublikası əhalisinin sayı 8,3 milyondur.
Azərbaycanda 8 milyondan çox azərbaycanlı yaşayır. Bundan başqa azərbaycanlılar Gürcüstanda,
Mərkəzi Asiya və Qazaxıstanda, Rusiyada, Türkiyədə böyük qruplar halında yaşayırlar. Dünyada
hazırda 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan çoxmillətli ölkədir. Burada
azərbaycanlılarla yanaşı çoxlu miqdarda etnik qruplar: ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər,
xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və digər
хаlqlаr yaşayırlar. Azərbaycanda subetnoslar еtnоqrаfik qruplаr da yaşayır: ayrımlar, padarlar,
şahsevənlər və s. bu cür subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir. Еtnik qruplаr
tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dilm аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə
ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, yengiloylardır ki, bunlar da başlıca
olaraq Azərbaycanın şimalşərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.[4, s. 69]
Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil
ailəsinə - türk, Şimali Qafqaz, hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki
müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan
Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti
məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki
Azərbaycan ərazisində məskunlaşmağa başlamış türk mənşəli tayfaların dilləri əsasında, uzun
tarixi inkişaf prosesinin gedişində formalaşmışdır.
Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız
dilləri ilə təmsil olunmuşdur. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında
yayılmışdır. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində
ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi
yarımqrupuna daxildir.
Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir (bu dilin ləzgi
yarımqrupuna mənsubluğu elmdə mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində
və Oğuz rayon mərkəzində məskunlaşmışlar.
Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də
daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil,
Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşmışlar. [1, s. 147-150]
Azərbaycanın şimal-şərqində yayılmış "Şahdağ qrupu" - xınalıq, buduq və qrız dillərini də
Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər. Xınalıq dilində Quba rayonunun
eyni-adlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və
Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar.
Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılmış avar dili isə Şimali Qafqaz
dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.
Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd
dilləri ilə təmsil olunmuşdur.
Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron
yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının
ərazisində yayılmışdır. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar,
xristian tatlar (monofızitlər), iudaist tatlar və ya dağ yəhudiləri. [1, s. 148]
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
67
Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın
cənub-şərqində -Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılmışdır.
Kürd dili İran dillərinin qərb yarım-qrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və
Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılmışdır.
Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil
olunmuşdur.
Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir.
Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşmışlar.
Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın
dağlıq hissəsinin bir neçə rayonunda yayılmışdır.
Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunmuşdur. Bu dilin daşıyıcıları
xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında
məskunlaşmışlar.
Azərbaycanda, Türkləşmə prosesi yalnız türk aborigenlərin cənubdan gələn oğuzlar və
şimaldan gələn qıpçaqlarla qarışması, nəticəsində, bunların assimilyasiyasından sonra başlandı və
getdikcə sürətlənib XI-XII əsrlərdə qurtararaq, Azərbaycan və Arran ərazisində müasir Azərbaycan
millətini əmələ gətirən türkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi.
XIX-XX əsrlər Azərbaycan dilinin ən sürətli tərəqqi və çiçəklənmə dövrü olmuş, bunun
nəticəsində də Azərbaycan dili müasir dünyanın funksional baxımdan ən inkişaf etmiş dillərindən
birinə çevrilmişdir. [1, s. 149]
XIX-XX əsrlərdə Azərbaycanda etnolinqvistik proseslərin inkişafında dörd əsas mərhələni
qeyd etmək olar: Rusiya imperiyası tərkibində (XIX əsr – 1917-ci il); Azərbaycan Xalq
Cümhuriyyəti dövrü (1918-1920-ci illər); sovet dövrü (1920-1991-ci illər); dövlət müstəqilliyinin
bərpasından sonrakı dövr (1991-ci ildən sonrakı mərhələ). [7, s. 10]
Bu mərhələlər bir-birindən dövlət səviyyəsində həyata keçirilən dil siyasətinin əsas
xüsusiyyətlərinə görə fərqlənir. Dil siyasəti dövlətin dil sahəsində iradəsini həyata keçirməyin ən
effektiv və güclü vasitəsidir.
Son 200 il ərzində ölkədəki etnolinqvistik proseslərin inkişaf istiqamətini müəyyənləşdirən
əsas amillər sırasında ilk növbədə ölkənin Rusiya imperiyası tərəfindən işğalmı qeyd etmək
lazımdır. Rusiya imperiyasının müstəmləkə siyasətinin ideoloji əsasmı ruslaşdırma xətti təşkil
etdiyi üçün ölkədə dillərin qeyri-bərabərliyi prinsipi qanunvericilik səviyyəsində təsbit
olunmuşdu. Rusiya imperiyasının hakim dairələri sərt dövlət dili siyasətini həyata keçirirdilər.
Bu siyasətin ən səciyyəvi xüsusiyyətləri bir tərəfdən rus dilinin dövlət dili elan olunaraq onun
zorla qeyri-rus xalqlara qəbul etdirilməsi, digər tərəfdən isə əsarətdə olan xalqların ana dillərinin
inkişafı qarşısında müxtəlif süni əngəllərin yaradılmasından ibarət idi.
Qonşu regionlar, məs., Gürcüstan və Ermənistanla müqayisədə ruslaşdırma siyasəti
Azərbaycanda xüsusilə kobud və amansız formada həyata keçirilirdi. Belə ki, gürcü və erməni
dillərinə nisbətən çarizmin Azərbaycan dilinə münasibəti daha dözülməz idi və bu dilin cəmiyyət
həyatının əsas sahələrindən sıxışdırılıb çıxarılması üçün çeşidli qadağalar tətbiq olunurdu.
Tanınmış etnolinqvist Y. Deşeriyevin hesablamalarına görə, Rusiya imperiyası dövründə
Azərbaycan dili ictimai-siyasi, sosial-iqtisadi, mədəni və elmi həyatın 22 əsas sahəsindən yalnız 9-
da fəaliyyət göstərirdi. Qalan sahələrdə isə rus dili hökm sürürdü. [1, s. 150]
Lakin çarizmin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan dilinin funksional inkişafının
qarşısını almaq mümkün olmadı. XIX əsrin sonu - XX əsrin əvvəllərində baş verən köklü sosial-
iqtisadi dəyişikliklər, kapitalist münasibətlərinin bərqərar olması, Azərbaycan millətinin
formalaşması prosesi milli dilin funksional inkişafı prosesində ciddi dəyişikliklərə - onun tətbiq
sahələrinin xeyli artmasına gətirib çıxardı. Azərbaycan dilinin dünyəvi təhsil sistemində tətbiq
miqyası genişləndi, bu dildə mətbuat və teatr yarandı, ədəbiyyat nəşr edildi.
Digər tərəfdən, hətta belə əlverişsiz şəraitdə də Azərbaycan dili Cənubi Qafqaz və Dağıstan
ərazisindəki millətlərarası münasibətlərdə əsas ünsiyyət vasitəsi kimi öz rolunu qoruyub saxlaya
bilmişdi. Hələ 19 əsrin əvvəlində bir çox rus tədqiqatçıları Azərbaycan dilinin bu keyfiyyətini
qeyd edərək, onun regiondakı rolunu fransız dilinin Avropadakı rolu ilə müqayisə edirdilər. Bu
vəziyyət XIX əsrin sonlarına kimi davam edirdi. Belə ki, XIX əsrin 80-ci illərində Qafqazda
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
68
olmuş Y. Veydenbaum qeyd edirdi ki, sadəliyi və öyrənmək üçün asanlığı Azərbaycan dilini
bütün Şərqi Qafqaz üçün beynəlxalq dilə çevirmişdir.
Azərbaycan dilinin funksional inkişafı sahəsində köklü dəyişikliklərə isə yalnız 1918-ci il
mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra nail olmaq mümkün
oldu. Bu hadisə Azərbaycan dilinin funksional inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Belə ki, dil sahəsində milliləşdirmənin həyata keçirilməsi bu dövrdə milli hökumətin
fəaliyyətinin prioritet istiqamətlərindən biri idi. Dil sahəsində milliləşdirmə siyasətinin əsas
mahiyyətini Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpası və
keçmiş metropoliya dilinin tədricən cəmiyyətin əsas sahələrindən sıxışdırılıb çıxarılması təşkil
edirdi. [7, s. 11]
Bu sahədə ilk addım müvafiq hüquqi bazanın yaradılması oldu. 1918-ci il iyunun 27-də
milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət
dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı. 1918-ci il
avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil
müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan dilində fəaliyyət
göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk
addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir.
Bu baxımdan 1918-1920-ci illər dövrünü son iki yüz ildə Azərbaycan dilinin funksional
inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə
baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və
dərinləşməsinin təzahürü idi. [1, s. 147-150]
1920-ci ilin aprelində hakimiyyəti ələ keçirmiş bolşeviklər qeyri-rus xalqlarının sovet
hakimiyyətinə münasibətdə loyal-lığını təmin etmək məqsədilə milli dillərin inkişafı üçün
minimum şərait
yaratmağa
məcbur idilər. Bolşevik hakimiyyətinin milli ucqarlarda
möhkəmləndirilməsi zərurəti də bunu tələb edirdi.
Bu məqsədlə 1921-ci il martın 29-da Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov
Azərbaycan SSR idarələrində türk dilində kargüzarlığın tətbiqinin təşkili haqqında sərəncam
imzaladı. 1923-cü il iyunun 27-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə türk dili
Azərbaycan SSR-in dövlət dili elan edildi.
Bütün bu dövlət sənədləri hüquqi normadan daha çox siyasi deklarasiya xarakteri daşıyırdı.
Belə ki, SSRİ-nin bütün ərazisində olduğu kimi, Azərbaycanda da dövlət dili de-fakto rus dili
idi. Buna baxmayaraq, milli dillər üçün yaradılmış məhdud imkanlar belə XX əsrin 20-30-cu
illərində Azərbaycan dilinin təhsil, mətbuat və kitab çapı sahəsində funksional inkişafına təkan
verdi. Məsələn, 1939/40-cı tədris ilində Azərbaycanın ibtidai və orta məktəblərində oxuyan 638427
şagirddən 68,6 %-i Azərbaycan, 18,9 %-i rus, 12,1 %-i erməni və 0,4 %-i gürcü dillərində təhsil
alırdı.
1939-cu ildə respublikada Azərbaycan dilində 81, rus dilində 46, digər dillərdə isə 9 qəzet
çap olunurdu. Həmin ildə respublikada buraxılan qəzetlərin ümumi tirajının 55,7%-i
Azərbaycan, 33,7%-i rus, 10,6%-i isə digər dillərin payına düşürdü. [1, s. 149]
Lakin Azərbaycan dilinin nisbətən sərbəst inkişafı üçün belə əlverişli dövr uzun çəkmədi.
Artıq XX əsrin 30-cu illərinin sonundan başlayaraq SSRİ rəhbərliyi milli fərqlərin aradan
qaldırılması prosesini süni şəkildə sürətləndirmək xəttini götürdü ki, bu da mahiyyət etibarilə
xalqların ruslaşdırılması siyasəti demək idi. [7, s. 9]
Milli əlifbaların latın qrafikasından kirill qrafikasına keçirilməsi, rus dilinin funksional
inkişafı üçün imtiyazlı şəraitin yaradılması bu siyasətin əsas ünsürləri və tərkib hissəsi idi. 1938-
ci ilin martında SSRİ XKS və ÜK(b)P MK tərəfindən qəbul edilmiş qərarla 1938/39-cu tədris
ilindən rus dilinin istisnasız olaraq bütün ümumtəhsil məktəblərində məcburi tədrisinə başlandı.
Lakin 50-ci illərin ortalarından başlayaraq milli dillərin inkişafına diqqət artırıldı. 1956-cı il
avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış 3-cü sessiyasında Azərbaycan dili
haqqında xüsusi qərar qəbul edildi. Bunun ardınca respublikanın dövlət idarələrində Azərbaycan
dilinin tətbiqi üçün real addımlar atılmağa başlansa da, az sonra mərkəzi hakimiyyətin təzyiqi ilə
bu proses dayandırıldı.
60-cı illərin ortalarında isə SSRİ-də milli münasibətlər, o cümlədən dil sahəsində nisbi
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
69
mülayimləşmə dövrünə birdəfəlik son qoyuldu. Bu dövrdən başlayaraq SSRİ-nin dağılmasınadək
ruslaşdırma siyasəti Sovet dövlətinin daxili siyasətinin əsas istiqamətlərindən birini təşkil
edirdi. Maraqlıdır ki, bu siyasət milli-rus bilinqvizminin (ikidillilik) inkişafı pərdəsi altında
aparılırdı. Buna görə də milli-rus bilinqvizmi heç də rəsmi təbliğatın təqdim etməyə çalışdığı
kimi müxtəlif dillərin qarşılıqlı inkişafı və zənginləşməsinə deyil, birtərəfli surətdə
azərbaycanlılar arasında rus dilinin yayılmasını sürətləndirmək və bu dilin ictimai həyatın
müxtəlif sahələrində hökmranlığının təmin olunmasına xidmət edirdi. [3, s. 114]
Lakin mərkəzin bütün təzyiqlərinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul
olunmuş yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddə
salındı. Həmin maddənin o dövrdə xeyli dərəcədə formal xarakter daşımasına baxmayaraq, bu,
Azərbaycan xalqının ciddi mənəvi-psixoloji qələbəsi idi. Belə ki, SSRİ-nin 15 müttəfiq
respublikasından yalnız üçünün - Azərbaycan, Gürcüstan və Ermənistanın konstitusiyalarında
dövlət dili haqqında xüsusi maddə var idi.
Ədəbiyyat siyahısı
1. Balayev A., Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007
2. Bünyadov Z., Azərbaycan VII-IX əsrlərdə, Bakı: “Şərq-Qərb”, 2007
3.Xudiyev N., I cild Seçilmiş Əsərləri Azərbaycan Ədəbi Dili Tarixi, Bakı 2012
4. Quliyeva N., Etnoqrafiya və Etnologiya, Dərs vəsaiti, Bakı – 2009
5. Rüstəmova A., Müasir dövrdə Azərbaycanda etnodil prosesləri. Bakı: “Qartal”, 2001
6.Yusifov Y., Qədim Şərq tarixi, Bakı: “Şərq-Qərb”, 2007
7. http://files.preslib.az/projects/remz/pdf/atr_dil.pdf Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Prezident Kitabxanası, Azərbaycanda etnolinqvistik proseslər
8. http://millikimlik.az/article/a-7.html Azərbaycan etnogenezi, kimlik şüuru və tarix
konsepsiyaları haqqında mülahizələr (15/05/2016)
Xülasə
Etnik birlikləri qruplaşdırmaq və müəyyən əlamətlərinə görə sistemləşdirmək məqsədilə
etnoqrafiya elmində müxtəlif təsnifat növlərindən istifadə olunur. Məsələn, xalqların coğrafi, dil,
təsərrüfat-mədəniyyət, antropoloji təsnifatları mövcuddur. Dil xalqların və etnik birliklərin ən
mühüm əlamətlərindən biri olduğuna görə, linqvistik təsnifat etnoqrafiya elmində daha geniş
yayılmışdır. Bu təsnifat genealoji xarakter daşıyır və dilləri mənşə qohumluğu prinsipi ilə ayrı-ayrı
dil ailələrində qruplaşdırır.
T.Xalilova
Summary
Due to certain ethnic groups and in order to systematize the science of ethnography is the use
of different classification. For example, geographical, linguistic, economic and cultural,
anthropological classifications. Language is one of the most important features of the peoples and
ethnic groups, according to the classification of linguistic science of ethnography more widespread.
The genealogical classification to the principles of nature and origin of languages and groups
separate language families.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
70
Sevda Qasımova, filologiya üzrə fəlsəfə doktoru
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru v.i.e
sevda168qasimova@gmail.com
İSMAYILLI RAYONUNDA DİL ƏLAQƏLƏRİ
Açar sözlər: dil əlaqələri, Lahıc şivəsi, hapıt dili, ləzgi dili, İsmayıllı şivəsi
Key words: language connections, Lahij dialect, hapit language, lezghin, Ismailly dialect.
Azərbaycanın əhalinin etnik tərkibinin rəngarəngliyinə görə diqqəti cəlb edən rayonlarından
biri İsmayıllıdır. Milli əsas təşkil edənlərlə bərabər burada “Şahdağ” etnik qrupları: ləzgilər,
hapıtlar, bundan başqa tatlar, yəhudilər, ruslar (malakanlar) iqtisadi, mədəni, dil əlaqələri içərisində
yaşamaqdadırlar. Hər bir etnik qrupun özünəməxsus adət-ənənələri, dili, dini inancları olmasına
baxmayaraq, onlar iç-içə yaşadıqları digər etnoslarla yüz illərdir eyni vətəni eyni taleyi
paylaşmaqla qarşılıqlı əlaqədədirlər.
Müxtəlif etnoslar arasındakı münasibətlərdə dil mühüm rol oynayır. Hər cür mədəni əlaqələr
içərisində dil əlaqələrinin ayrıca özəllikləri vardır. İstər aborogen, istərsə də sonradan bu torpağa
köçürülmüş etnik qruplar köklərindən qidalanmamaqla - dil ailələrindən uzaqlaşmaqla içərisində
yaşadığı, həm də dövlət dili funksiyasında olan Azərbaycan türkcəsinin mühüm təsirinə məruz
qalmışdır. Bununla bərabər, dialekt səviyyəsində olsa belə, bu etnik qrupların dilləri Azərbaycan
dilinə təsirsiz qalmamışdır. İsmayıllı rayonunun şivə xüsusiyyətlərini ələ aldığımızda buradakı dil
əlaqələrinə dair maraqlı faktlar meydana çıxır.
Lahıc və İsmayıllı şivələrinin dil əlaqələri
Tarixi taleyi Azərbaycanla bağlı olan xalqlardan biri də İrandilli tatlardır. “Azərbaycan
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, Quba, Dəvəçi və Abşeron
ərazilərində daha kompakt şəkildə yaşayırlar. Tatlar bu ərazilərə hələ VI əsrdə İrandan köçürülməsi
ədəbiyyatda qeyd olunur” (6, s.4). İsmayıllı rayonunda tatdilli etnik qrup kompakt şəkildə Lahıc
qəsəbəsində və qəsəbəətrafı kəndlərdə yaşayırlar.
Tatlar Azərbaycanın bir sıra ərazilərində yayıldığından, tat dilinin müxtəlif ləhcələri
meydana çıxmışdır. G. Hüseynovaya görə, tat dilinin 1) şimal (sünni) şivələri – Quba, Dəvəçi,
Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qazma kəndi ərazisində yayılmış şivələr; 2) mərkəzi
(şiə) 84 şivəsi – Xızı rayonunun Ərüsküş və Dağquşçu kəndi ərazisində yayılmış şivə; 3) cənub
(şiə) şivələri – Xızı rayonunun digər ərazilərində və Siyəzən rayonu ərazisində yayılmış şivələri və
Abşeron, Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) tatlarının şivələri daxildir (6 s.83-84).
Leksik əlaqələr:
Tədqiqatçı Gülsüm Hüseynovanın araşdırmalarında, Azərbaycan dilinin dialektoloji
lüğətlərində, yerli dil materiallarında və başqa mənbələrdən alınan dil faktları Lahıc şivəsi ilə
Azərbaycan dili və onun İsmayıllı şivəsi arasındakı dil əlaqələrini üzə çıxarmağa imkan verir. Bu
dil faktlarından bir neçəsini nəzərdən keçirək:
Tilat – “ağzı yeyilmiş və sapı çürümüş, işlənmiş bıçaq (İsmayıllı şivəsində tilət- “nazik”);
basarat/bəsərət//bəsərot -ərəb mənşəli söz - «diqqət» və «bəxt, tale» (4,s.55), “gerçəkləri
yanılmadan görə bilmə qabiliyyəti, uzaqgörmə”, “basaratı bağlanmaq” isə “gerçəyi görə
bilməmək kimi bir duruma düşmək”(11); bazburud/bazbürd -«boy-buxun, görkəm»; (2s.39);
vəçəxor/beçəxor- «qadınların uşaqlığında yara (xora)», (İsmayıllı şivəsində “gəlinlərin ilk
uşaqlarını bətnlərində veçexor yeyerdi” kimi bir deyim- inanc vardır ki, burdan ya həmin xoranın
çanlı orqanizm kimi alqılanması, ya da həmin sözün məna dəyişməsi nəzərə çarpır);
cıqqa/cıqqan/cıqqana - «bir az, azacıq”, «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik bir
hissəsi»; dıkqıli/duqqulu - «balaca, azca, bir az»; danqaz/danqoz - «lovğa, ədabaz, dikbaş» (2,
s.122.); danqıl/dingil- «yüngülxasiyyətli» (İsmayıllı şivəsində dingil variantı eyni mənada işlənir);
gildir/gildir - «gilə-gilə», «damcı-damcı» (İsmayıllı yerli şivələrində “bıldır-bıldır” fonetik şəklində
ağlamaq feilinə aid olaraq işlənir); həmzotti/həmzətti- «həmzatlı», “insanla birlikdə doğulan ruh,
can”(El içərisində həmin mifik təsəvvürlərə dayanan belə bir inanc var ki, insanlar arasında
həmzadlı -mənfi auralı- sayılanlar yeni doğulmuş uşağın “üstünə girərlərsə” həmin uşaq ölə bilər,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
71
yaşamaz); incəvora- «nə yaxşı ki», «xoşbəxtlikdən» (6, s.39); lələgüllə/ lələgili/ lələgillə - «çərəz»
(İsmayıllı şivəsində isə “lələgilə” şəklində işlənir); düdüxçi - «yalançı» (düdüx’ «yalan»
sözündən).
Gülsüm Hüseynovanın “Tat dilinin leksikası” əsərində dil əlaqələri baxımından qeydə aldığı
ləbgərdən – (tat ləhcələrində abgərdən//obgərdan - ab//ob «su, maye» + gərdan//gərdən
«boyun» (Lahıc və yerli şivədə “misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə” -qeyd
bizimdir), s.39, qobi «kiçik dərə », qoğuş «koğus», «ağacın içindəki ovuq», dino (İsmayıllı
şivəsində dəno – qeyd bizimdir) «həlim, - bişmiş düyü suyu», zəqto//zəqqitum «çox acı», kəm
«az»; noqulay (İsmayıllı şivəsində naqolay-qeyd bizimdir) «yöndəmsiz»; nohur «su yığılan yer»,
parabizən «qanadlarının üzərin də qırmızı xallar olancücü», siəzi«kisə, xaral» (İsmayıllı
şivəsində siyəzi şəklində “nazik” mənasında - qeyd bizimdir); vəçə//ve çə//beçə «körpə arı»; qart
«dəryaz itil əmək üçün daş»; qəcələ «sağsağan»; siyapur «hayasız»; pənə - «pul»; ciyə -
«kəndir»; kənək - «bərk, sınmayan»; sital «tənbəl» və s. sözləri də İsmayıllı şivəsinə Lahıc
şivəsindən keçmiş sözlərdir (5).
“Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qeydə alınmış aşağıdakı tat mənşəli sözlər eynən
İsmayıllıda Lahıc – türk dil əlaqələrinə örnək ola bilər: vaynaçar–farsça nāçār راچان "çarəsiz"
sözündən, “heç olmazsa”, (s. 531; zır – “tamamilə”(s. 560); arna – “ədavət” (İsmayıllı şivəsində
“bəhanə”) (s. 26); zahı – “yeni doğmuş qadın ( s. 554); ləvərə – qaydasından iri, (s.332); ləlöin -
dilənmək (İsmayıllı şivəsində ac, yoxsul), (s.329), lələ-ata, (s.327); ləco- “zarafatşıl, məzhəkəçi”
(s.326); latayir – “ədəbsiz söz” (s. 324); qudnə - lovğa (s. 312); qoyu – qatı (s.311) (1).
Qarşılıqlı dil əlaqələrində türk-monqol mənşəli sözlər başqa bölgələrimizdə yaşayan tatların
dilində olduğu kimi, İsmayıllı tatlarının dilində görünür. Bu sözlər Azərbaycan dili vasitəsi ilə
Lahıc şivəsinə keçmişdir. Həmin leksik vahidlər Gülsüm Hüseynovanın araşdırmasında üzə
çıxarılmışdır: kağaz/kağəz/koğəz, seyrəq/seyrey, sərün/sərin, buğa/büğo, bez, çiçəg/çiçeq,
zöendun/şoindun, quymağ//quymoğ//qiymoğ, çöl//çul, qaburğa//qaburğo, başmağ/başmoğ,
yapunci//yapuncü, sanduğ//sanduğ, cülgi//cülqi, kərpic, ambar//ambor, palaz//paloz,
saray//səroy, tapança//tapançö (5, s.79-80), ostin – «paltarın qolu», çığrığ – «qarqara, makara,
sap çarxı», qırt «az, kəsik», dağar – «qurudulmuş mal, qoyun, keçi dərisindən tikilmiş kisə”,
tuş – «tuş gəlmək», «rast gəlmək», uruğ- turuğ – «nəsil, nəvə-nəticə», ütüg – «zirək,diribaş»
kəsüy – «yazıq, fağır, qəlbi sınıq (adam)» (5, s.64-65).
Qrammatik əlaqələr:
İstər tat dilinin Lahıc şivəsi, istərsə də hapıt dilində leksik əlaqələri ilə bərabər milli dilimizin
milli azlıqların şivələrinə təsirlərini görməkdəyik. Azərbaycan tatlarının müxtəlif ləhcə və
şivələrində işlənən birinci tərəfi Azərbaycan dilindən alınma -mış, - miş, - muş, - müş şəkilçisi
ilə əmələ gəlmiş feili sifət, ikinci tərəfi isə tat dilinə məxsus köməkçi feillə ifadə olunan analitik
feillərdə maraqlı xüsusiyyətlər aşkara çıxır. Belə ki, “birən”- “ol” feili artırılmaqla Azərbaycan
dilindəki məsdər mənalı feillər yaranır. Məsələn: alışmış birən - «alışmaq, öyrəşmək»; allanmış
birən - «aldanmaq»; axmiş birən - «axmaq»; aqnamiş birən - «ağnamaq»; inanmış birən -
«inanmaq»; “birən” köməkçi feili milli feillərimizin başlanğıc formasına və adlara da artırıla bilir:
qunoğbiran – “qonaq olmaq”; sataşbirən – “sataşmaq”. Həmin feili sifətlərə “soxtən”- “et”
köməkçi feili artırmaqla təsirli feillər yaranır: aldatmış soxtən - «aldatmaq»; inanmiş soxtən -
«inandırmaq»; xırdalamiş soxtan – xırdalamaq, tup soxtan – “toplamaq” v ə s.
Lahıc ləhcəsində Azərbaycan dilinə məxsus derevativ sözlər mövcuddur ki, bunları dörd yerə
bölmək olar:
1) Mənşəyindən asılı olmayaraq Azərbaycan dilindən hazır şəkildə alınmış düzəltmə sözlər:
aqrebəli – əqrəbalı; aqrebəsüz – əqrəbasız ; binəli – əsaslı; binəsiz -– əsassız; təməlli;təməlsiz;
anqirti – anqırtı, azqun – azğın ; başçi – başçı, boğçə– baxça; cannığ– canlıq; düolı– dualı;
dədəliy – ögey dədə; ilçi – elçi; oyləli – ailəli; uxşor – oxşar ; əttuq – ətlik; kəsilmək üçün bəslənən
heyvan; ğərəülçi – keşikçi; qirçi – qırla işləyən şəxs; oşboz – aşpaz; bülük – bölük, dəstə;
2) Azərbaycan dilinə məxsus leksik şəkilçilərin tat mənşəli sözlərə qoşulması ilə həmin dilə
məxsus sözlər: ataşluq – odluq, yandırmaq üçün yer; yallü – uşaqlı; cıqqılı– kiçik xırda; cünəli –
yanaqlı; dır-dırçı– deyingən; düvəli – tüstülü; dəbboğçi – dabbaqçı; əntiqəçi – köhnə şeylər satan;
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
72
numlu – adlı-sanlı; düminci – ikinci; düdüxçi - «yalançı»; nimərçi – keçəçi;uxşori – oxşarlıq;
həmzotti/həmzətti – həmzadlı;
3) Azərbaycan mənşəli -çi
4
, -iş
4
və s.şəkilçiləri ilə tat mənşəli –gəri şəkilçisinin
birləşməsindən ibarət olan mürəkkəb –çigəri şəkilçisi vasitəsi ilə yaranan sözlər: başçigəri –
başçılıq; ğərəvülçigəri – keşikçilik, qarovulçuluq; elçigəri – elçilik; yuxsulgəri – yoxsulluq;
əkinçigəri – əkinçilik; gedişgəri – gedişat;
4) Azərbaycan dilinə aid sözlərə tat mənşəli şəkilçinin artırılması ilə yaranan düzəltmə sözlər:
qapundan – qapmaq; yavoşlə – yavaşca; ügəi – ögeylik; yetimi – yetimlik; oşbozgəri – aşpazlıq;
yetimgəri – yetimçilik
Mürəkkəb söz yaradıcılığında da Azərbaycan türkcəsinin təsiri aydın görünür. Belə sözləri də
2 yerə bölmək olar: 1) Azərbaycan türkcəsindən hazır şəkildə alınan mürəkkəb sözlər: çoypüli –çay
pulu; alış-vərişçi – alverçi; 2) Azərbaycan dilinə məxsus sözlə tat dilindən olan sözün birləşməsi ilə
yaranan sözlər: kuxolu – dayıoğlu; nünqatığı– qəlyanaltı; yiğindərin – yır-yığış; yos nohran – yaş
qoymaq; zirbıği – bığaltı; ux şundan – ox atmaq; təmizdili – təmizürəkli, açıqürəkli; təmiz
soxtan – təmizləmək; əməyəruz – əməkgünü
“Şahdağ” etnik qruplarının dil əlaqələri
İsmayıllıda əsasən Hacıhətəmli və Mollaisaqlı kəndlərində yaşayan hapıtlar qədim Alban
tayfalarının nəsillərindən olub dünyada yalnız Azərbaycanda qeydə alınmış nadir etnoslardandır.
“Şahdağ” etnik qrupuna daxildir. Hapıt dili də həm Azərbaycan türkcəsi həm də tarixən qonşuluqda
yaşadıqları etnosların dillərindən təsirlənmişdir. Hapıt-türk dillərinin tarixi əlaqələrinin olması
haqqında araşdırmaçıların görüş birliyi də vardır.
Leksik əlaqələr:
“Şahdağ” dillərinin lüğət tərkibində, səs sistemində və hətta qrammatik quruluşunda
Azərbaycan dilinin təsiri özünü göstərir. Onların lüğət tərkibinə çoxlu Azərbaycan sözləri daxil
olur, tədricən kök sözlərin yerini dilə daxil olan yeni Azərbaycan sözləri tutur. Azərbaycan dilinə
məxsus sözdüzəldici şəkilçilər əsasında bu dillərdə yeni sözlər yaranır. Bu dillərə Azərbaycan dili
vasitəsilə ərəb, fars, hətta rus sözləri də daxil olmuşdur. Aşağıdakı sözlər hapıt - Azərbaycan (türk)
dil əlaqələrinə nümunə ola bilər: aralıcəər- “uzaqdan”; ayağqəbı – “ayağqabı; bəy – “ata”;
bəğriyər – “qorxmaq”; bıdırkən – “böyürtkan”; cic – “gül”; darnak – “dərnək”; bay – “ana”;
funduq – “fındıq”; kar – “iş”; kum-“kənd”; kur – “çay”; kərpiç – “kərpic”; qədə - “oglan”; qım
– “yer”; qıl – “baş”; qoq – “göy”; kərə-“yağ”; qomuş – “camış”; puzan – “pozan”; palaz –
“kilim, xalı”; turşi – “turşu”; uç- “get”; ucən – “bura”; babay – “baba”; dayı – “dayı”; xala –
“xala”; mamay – “bibi”; kur – “çay”; ux – “oxu” (uxəc – “oxumaq”); qəç- “çıx” (“qaç”).
Babay, mamay sözlərinin sonundakı “y” türk ləhcələrində söz sonunda qapalı hecadan açıq
hecaya doğru inkişaf qanunauyğunluğunu ifadə edən “arpay”, “buğday” tipli sözləri xatırladır.
Haput və qrız dillərində çaya “kür” deyilməsi tədqiqatçılarımıza imkan vermişdir ki, uzun
müddət Kür çayının etimologiyası üzərində gedən mübahisəyə son qoysunlar və Zaqafqaziyanın bu
ən böyük çayının öz adının qədim alban tayfalarının birinin dilindən aldığını sübut etsinlər (9).
“Kür” sözünün türk mənşəli söz olması və hətta qədim şumerlərdə belə bu sözün işlənməsi
haqqında yetərincə məlumatlar vardır.
Qrız, buduq, xınalıq, ləzgi dillərində elə türk sözləri işlənir ki, bu gün bəzilərimiz həmin
leksemlərin ilkin variantda mənasını başa düşmürük. Məsələn, kap - “meyvənin yeyiləndən sonra
qalığı, şud -“taxtabiti”, yeb - “ip”, qajğan (qazan) və s. (9.)
Hapıt dilinə Azərbaycan dili vasitəsi ilə və ya birbaşa azərbaycanda yaşayan
tatların,ləzgilərin dindən keçmiş ərəb-fars sözləri də vardır.
Tat dili vasitəsilə hapıt dilinə keçmiş sözlər: azar – “xəstə”; axri- “axrı”; lüzüd ədəmi – “ağ
adam”; bəse – “bəst”i; bustan – “bostan”; dahar- “daş”; əmi – “əmi”; əynə - “güzgü”; əyəl –
“uşaq”; adami – “adam”; ləhəd ədəmi – “qara adam”; mtəpkə - “balış”; nacax – “balta”;
narduvan – “pilləkən”; nukər – “nökər”; şirni – “konfet”; və s.
Hapıt-ləzgi ortaq sözləri: riş – rış - “qız”; bəlkən – balkan - “at”; xu-fu-“çörək”; xəd-yad-
“su”; gədə- qada-“oğlan”; bədəy-bade-“nənə”; babay-ba-“baba”və s.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
73
Araşdırmaçı, yazıçı-publisist Xeyrulla Ağayev bu fikirdədir ki, hapıtlar xarakter,
psixologiya, məişət baxımından türk ruhuna çox yaxındırlar. Hapıtların inanclarında göy tanrıçılıq
inamı indi də yaşamaqdadır. Hapıt etnosundan olan müəllif yazır:”Türkiyə türklərində sənədə
"kahat" deyirlər, bizdə də bu (eynən (sənəd) anlamındadır. Bizdə Allaha qoq deyirlər. Qoq
"yüksəklik", "göy" mənasındadır. Yüksəkliyə də "qoq ki qağa" deyirik, yəni "Allahın yüksəkliyi"
(10). Müəllif həm kultur, həm də dil əlaqələrinə örnək olaraq “iməcilik” sözünə diqqəti çəkir.
Ta qədimdən əski türk toplumunda qarşılıqlı yardımın ən geniş yayılmış formalarından biri
“imece” - "iməcilik" olmuşdur. Tədqiqatçıların fikrincə, "iməcilik" anlayışı yunan sözü olan
"imece"dən alınmışdır və qatılmaq, "yardımlaşmaq", ”köməkləşmək” mənasını verir. Ona görə də
ehtimal etmək olar ki, "iməcilik" qarşılıqlı yardım forması Azərbaycanda ellinizm zamanında
təşəkkül tapmışdır (7).
Lakin “İmece adətinə Bizansın politik və kultural baskısından uzaqqalmış olan türk
yurdlarında rastlanması bu kollektiv yardımlaşma ənənəsinin rumlardan keçmədiyinə bir dəlildir.
Türk dialektlərində “yardım” anlamında üme kelmesi olmuşdur. Qazaxca üme, tatarca, başqırdca
ömə, türkməncə üməçi məhz iməci deməkdir (3, s.548).
Qrammatik əlaqələr:
Azərbaycan dilinin sözdüzəldici “-çı, -çi, -çu, -çü”, “-lıq, -lik, -luq, -lük” şəkilçiləri Şahdağ
dillərinin söz yaradıcılığında əhəmiyyətli rol oynayır. Şahdağ dillərində işlənən bağlayıcılar və
ədatlar əsasən Azərbaycan dilindən, yaxud bu dil vasitəsilə ərəb və fars dillərindən alınmışdır (8).
Lahıc şivəsində olduğu kimi, hapıt dilində də Azərbaycan türkcəsinin qrammatik quruluşunun
təsiri ilə yaranmış birinci tərəfi Azərbaycan dilinə məxsus –mış şəkilçili feili sifət olan mürəkkəb
feillər vardır və yönlük halda olan feillərə “başlamış” feili sifəti ilə artırmaqla yaranan feillər
diqqəti cəlb edir. Məsələn: Qıl daramışiru – “Başını darayır”; Vəz yaraşmışşöri – “Sənə yaraşır”;
Dostları ilə paylaş: |