“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
58
Xülasə
Məruzədə Azərbaycanın Yardımlı, Lerik rayonlarının mikrotoponimləri sistemində işlənən və
semantik cəhətdən “dağlıq ərazilərdə hamar, düzən yer, yayla” mənasına malik pani substrat coğrafi
termininin mənşəyindən bəhs olunmuşdur.
Elman Mirzayev
About the origin of the substrate geographical term “pani”
Summary
İt is wratten about the origin of substrate geographical terms pani which has the meaning of
“flat area in the montains” by semantic and used in the system of microtoponyms of Lerik and
Yardimli in Azerbaijan in this topic.
Ülkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami adına Ədəbiyyat İnstitutu, aparıcı elmi işçi
u.z.m-9-9@ mail.ru
ORTA ƏSRLƏR ƏRƏBDİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ DİL SİYASƏTİ
Açar sözlər: orta əsrlər, Şərq, Azərbaycan, ərəbdilli, ədəbiyyat
Key words: middle ages, East, Azerbaijan, arabiclanguaged, literature
Dünyanın siyasət səhnəsi hər bir yüzillikdə çoxlu sayda hakimiyyət uğrunda aparılmış
müharibələrin şahidi olmuşdur. Ərazilərin müəyyən dövlətlər, qüvvələr tərəfindən idarə edilməsi və
onların digər millətləri öz tabeçiliyinə alması həmin savaşların görünən əsas tərəfləridir. Lakin
siyasətin başqa bir xüsusiyyəti də mədəniyyət və dil üzərində hakimiyyətdir. Mənbələrə nəzər
saldıqda tarix boyu dilin kamilliyi bir millətin təfəkkürü, onun mənəvi aləminin təzahürü hesab
edilməklə yanaşı, siyasətin bir üsulu kimi aparıcı rol oynamışdır.
İslam dininin meydana gəlməsi təkcə ərəblərin deyil, xilafət ərazisinə daxil olan xalqların da
həyatında, düşüncəsində əsaslı dönüş yaratdı. Bu dövlət geniş əraziləri, müxtəlif etnik tərkiblərə və
fərqli mədəniyyətlərə malik millətləri birgə güc, istedadın sayəsində cəmlədi. Həmin birlik mənəvi
dəyərlərilə yanaşı, vahid mədəniyyətin formalaşmasına da səbəb oldu. Tarixdə ümummüsəlman
mədəniyyəti adlandırılan həmin əsrlərdə formalaşmış mənəvi sərvət tədqiqatçılar tərəfindən hər
zaman yüksək qiymətləndirilmişdir. Bu xəzinənin təməli müxtəlif mədəniyyətlərin bir-birinə
qarşılıqlı təsiri və birgə tərəqqi üzərində qurulmuşdur. İngilis şərqşünası H.A.R.Qibb göstərirdi ki,
fütühat dövründə istila edilmiş xalqlar müsəlman icmasında tədricən ərimişdi. Onların hər biri özü
ilə təcrübə və öz sivilizasiyasını gətirdilər. Bu şəkildə ərəb ədəbiyyatı və düşüncəsi ərəblərin
özlərinin heç zaman çata bilməyəcəyi inkişaf dərəcəsinə yüksəldi [3, 31].
İlk dövrlərdə ərəblər idarəçilik və mədəni sahədə milli təmizliyi qoruyub saxlasalar da, zaman
keçdikcə başqa millətlərin xilafət tarixində rolu artdı. Onların xilafət tarixində xidməti az da olsa,
Əməvilər sülaləsindən başladı. Əgər Əməvilər dövründə fəaliyyət göstərmiş qeyri-ərəblərin məkan
mənsubluğu qeyd edilmirdisə, Abbasilər zamanında məşhur şəxsiyyətlərin adlarında nisbələri
verilirdi.
Orta əsrlər Azərbaycan, fars və digər Şərq xalqlarının ədəbiyyatına ərəb ədəbiyyatşünaslığının
təsiri dəfələrlə qeyd edilmişdir. Bu səbəbdən də, ərəb ədəbiyyatşünaslığı Şərq poetikasında böyük
əhəmiyyət kəsb etdiyi üçün həmin sahənin öyrənilməsi, tədqiqi vacib və aktual məsələ sayılır.
İslamın yaranması və bu müqəddəs dinin geniş əraziləri fəth etməsi bütün müsəlman Şərqində
olduğu kimi, Azərbaycanın da siyasi, iqtisadi, elmi, mədəni inkişafında yeni bir mərhələ
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
59
yaratmışdır. O dövrdə dilə və mədəni tərəqqiyə münasibət bu günün yanaşması ilə tamamilə
fərqlənirdi.
Misir alimi Circi Zeydanın məşhur "Ərəb dilli ədəbiyyat tarixi" ("ةيبرعلا ةغللا بادا خيرات")
əsərindən aydın olur ki, qeyri-ərəblərin ərəb ədəbiyyatında tutduğu mövqe Abbasilər əsrində
getdikcə artdı. Belə ki, cahiliyyə zamanında ədəbiyyat mənzərəsində bu say bir nəfər göstərilirdisə,
Əməvilər dövründə iyirmi birə, Abbasilər hakimiyyətində isə şairlərin altmış faizini əhatə edirdi.
Yeni ümummüsəlman mədəniyyəti müxtəlif istiqamətlərdən inkişaf edirdi. Burada əvvəlki
dövrlərə aid elmi və bədii əsərlər ərəb dilinə tərcümə olunur, zəngin kitabxanalar yaradılır,
dövrünün görkəmli alimlərinin çalışdığı mədrəsələr formalaşır və bunun nəticəsində yüksək zəkalı
mütəfəkkirlərin elmi disputlar apardığı məclislər təşkil olunurdu.
Abbasilər dövrünün əsas xüsusiyyətlərindən biri tərcümə sənəti idi. Burada Antik dövrlərdə
yaranmış elmi biliklərin öyrənilməsinə cəhdlər olunur, yunan, fars, siryani və b. dillərdən ərəb
dilinə tərcümələr edilirdi. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır: "Məmun 832-ci
ildə tərcüməçilər üçün ayrıca bir məktəb təsis etmişdi. "Elm evi" ("Dar əl-elm"), yaxud "Hikmət
evi" ("Beyt əl-hikmə") adlanan bu məktəb müsəlman Şərqinin mədəni inkişafı üçün misilsiz rol
oynamışdır" [6, 29]. Həmin tərcümələrin sonrakı elmin inkişafında misilsiz rolu vardır. Eyni
zamanda bu biliklər Avropa renessans mədəniyyətinə məhz tərcümələrin sayəsində bəlli olmuşdur.
Ərəbdilli alimlərin "birinci müəllim" adlandırdıqları görkəmli yunan filosofu Aristotelin əsərləri
qədim mədəniyyətin öyrənildiyi dövrdə tərcümə edilmiş, yayılmışdır.
Orta əsr elm və ədəbiyyat tarixindən bəhs edən Şərq və Qərb alimlərinin tədqiqatlarında alim,
yaxud mütəfəkkirlərin milliyyəti deyil, əsərin dili əsas götürülür. Bu səbəbdən də, həmin qiymətli
irs "ərəbdilli elm" və yaxud "ərəbdilli mədəniyyət" adlandırılır. Bu xəzinəni bəşəriyyətə töhfə verən
şəxsiyyətlər arasında bir sıra yüksək mədəniyyətə sahib xalqların nümayəndələrinin adlarına rast
gəlinir.
Söz xəzinəsi sayılan ədəbiyyatın xalqın formalaşmasında və özünü millət kimi tanıtmasında
əvəzsiz rolu vardır. Hansı üslubda yazılmasından asılı olmayaraq, o, onu yaradan xalqın düşüncə
səviyyəsini aydın nümayiş etdirir.
Azərbaycan ədəbiyyatı tarixində ərəbdilli nümunələr ilk dəfə Əməvilər dövrünə aiddir. VII-
VIII əsrlərdə yaşamış şairlərdən bəhs edərkən İsmayıl İbn Yəsar Nisainin, onun qardaşı İbrahim ibn
Yəsarın və oğlu Məhəmməd ibn İsmayılın, Musa Şəhəvatın, Əbül-Abbas Əmanın adları qeyd
olunur. Ərəb şovinizminin güclü olduğu bir zamanda onların cəmiyyətdə tanınması, Qureyş
tarixindən bəhs edən mötəbər mənbələrdə həmin şairlərin adlarının və şeirlərindən nümunələrin
verilməsi, onların yaradıcılığının məşhur olub mənbələr vasitəsilə gəlib çatması həmin şairlərin
vətənlərindən uzaqda dövrünün mədəni inkişafında fəal iştirakına nümunədir. Təbii ki, onların
həyat və yaradıcılığı bəzi ərəbdilli ədəbiyyat tarixinin tərkib hissəsi kimi təqdim edilir. Burada
onların əsərlərinin dili əsas götürülür. Lakin şairlərin kimliyindən söhbət gedərkən onların
Azərbaycandan olması da göstərilir.
XI əsrdən başlayaraq Azərbaycan elm və ədəbiyyatı tarixində ərəb dili ilə yanaşı fars dili də
paralel işlədilməyə başladı. Bunun səbəbi tarixi şəraitdən irəli gəlirdi. Siyasət səhnəsində baş vermiş
dəyişiklik mədəniyyət aləminə də təsir etdi.
İngilis şərqşünası H.A.R.Qibb ədəbiyyatda və elmdə yaranmış fars meyli barədə yazmışdır:
"Bütün fars hakimləri bu və ya digər mövqedə ərəb dilini bilirdilər. Himayə etdikləri müəlliflərin
əsərlərinə qiymət verməyi bacarırdılar. Qərbi Asiyadan olan türklər isə nadir halda ərəb dilini başa
düşürdülər və onların hakimlik etdiyi dövrdə yenidən ədəbiyyatda fars dili hakim oldu" [3, 82].
İngilis şərqşünasının verdiyi bu şərh göstərir ki, təxminən XI əsrdən etibarən ədəbiyyatda fars dili
tədricən elm və ədəbiyyat dilinə çevrilməyə başladı. Bu şəraiti təkcə dili bilməmək kimi
qiymətləndirmək düzgün deyildir. Xilafət hakimiyyəti idarəçilik formasını islam dininin ehkamları
əsasında qurmuşdu. Mədrəsələrdə, tədris yerlərində öyrədilən dünyəvi biliklərlə yanaşı, Qurani-
Kərim və ərəb dili mühüm yer tuturdu. Ərəb dilindən uzaqlaşma istəyində başqa bir amil dayanırdı.
Bu dövrlərdə xilafətin zəifləməsi, ərəb və qeyri-ərəb millətlərin daxili çəkişməsi də məsələyə böyük
təsir göstərmişdir.
Müxtəlif əsrlərdə yaşamış əslən azərbaycanlı şairlər öz yaradıcılıqlarında rəngarəng mövzuları
əks etdirmiş, eyni zamanda cəmiyyəti düşündürən məsələlərə, baş verən hadisələrə biganə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
60
qalmayaraq münasibətlərini bildirmişlər. Belə ki, Musa Şəhəvat yaradıcılığında şiəliyin qızğın
tərəfdarı kimi bədii bənzətmələrin ən incilərini seçərək düşündüklərini nəzmə çəkmiş, İsmayıl ibn
Yəsar, onun qardaşı İbrahim ibn Yəsar və oğlu Məhəmməd ibn İsmayıl əməvilər dövründə qeyri-
ərəblərin cəmləşdiyi şüubi hərəkatının etirazlarına şairlik ilhamının, istedadının gücü ilə qoşulmuş,
Əbülabbas Əma bütün bunlardan fərqli əməvi taxt-tacını şeirlərində tərənnüm etmişdir. X əsrdə
Bərəkəveyh Zəncaninin, Əbu Abdulla Muğləsi Marağinin və Cəfər ibn Məhəmməd Marağinin az
sayda gəlib çatmış beytləri bu mənzərəyə yeni bir rəng qatmışdır. XI əsrdə Mənsur Təbrizinin,
Xətibi Urməvinin, Hüseyn Təbrizinin, Xətib Nizami Təbrizinin Nizamülmülkə mədhiyyələri və
digər mövzulu şeirləri diqqəti cəlb edir. Məzmunu, mahiyyəti ilə fərqlənən müxtəlif dövrlərdə
yazıb-yaratmış dövrünün bu məşhur şairlərini iki cəhət birləşdirir. Birinci onlar əslən azərbaycanlı
idilər, digər xüsusiyyət şeirlərinin dili dövlətdə aparıcı sayılan ərəb dilində qələmə alınmasıdır.
Sonuncu cəhət onların həm Azərbaycan, həm də ərəb ədəbiyyatının dəyərli nümunəsi kimi
qiymətləndirməyə əsas verir.
Qaynaqlarda IX əsrdə Azərbaycandan olan fəqihlər, mühəddislər və alimlər haqqında
məlumatlar verilsə də, təəssüf ki, bu yüzilliyi əks etdirən mənbələrdə azərbaycanlı şair və ədiblərin
adlarına rast gəlinmir.
Ərəb alimi Hənna əl-Faxuri ədəbiyyatda IX əsrin əvvəlindən X əsrin başlanğıcına qədər olan
dövrü ərəb ədəbiyyatında Abbasilər dövrünün ikinci mərhələsi kimi qeyd edirdi. Belə ki, həmin
yüzillik "Qədim ənənə tərəfdarları ədəbiyyatı – müqavimət hərəkatı" adı ilə tarixdə iz qoymuşdur
[1, 286]. Bu mərhələ qədim ərəb şeirinə, üslubuna üstünlük verilməsi, keçmişə aid xüsusiyyətlərin
yenidən
canlandırılması
ilə yadda qalmışdır. Azərbaycanlıların ərəbdilli ədəbiyyatda
fəaliyyətlərinin durğunluğunu məhz bu səbəbə görə izah etmək olar.
XII əsr Azərbaycan ədəbiyyatından bəhs edərkən ilk növbədə Xaqani Şirvani və Nizami
Gəncəvi haqqında söhbət açılır. Lakin bu yüzilliyin mənzərəsinin daha da geniş təsviri mümkündür.
Ədəbiyyat tarixində bu əsr Xaqani Şirvaninin (1126-1199), Nizami Gəncəvinin (1141-1209),
Mücirəddin Beyləqaninin (1130-1194), Məhsəti Gəncəvinin (XII əsr) farsdilli yaradıcılığı ilə
yüksək zirvəyə ucalmış, Ömər Gəncəvinin (1085-1155) ərəbdilli şeirlərilə poeziyadakı rəngarənglik
daha da artmışdır.
Sufi alimlər Əbunnəcib Sührəvərdi, onun qardaşı oğlu Şihabəddin Ömər Sührəvərdinin
şeirləri və bədii ifadələrilə diqqəti cəlb edən əsərləri fəlsəfi məzmun daşısa da gözəl ədəbi
nümunələrdir. Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191)
filosof kimi daha çox tədqiq olunsalar da, onların elmin və bədiiliyin vəhdətilə qələmə aldığı
ərəbdilli, farsdilli əsərlərilə həmin mənzərə daha da zənginləşmişdir. Əsrin birinci yarısında fəlsəfə
tarixində Eynəlqüzat Miyanəci (1099-1131) panteizmin, ikinci yarısında Şihabəddin Yəhya
Sührəvərdi (1154-1191) işraqiliyin əsasını qoymaqla ictimai fikir tarixini zənginləşdirmişlər [6, 59].
Eynəlqüzat Miyanəci yaradıcılığında ərəbdilli nəzm və nəsr nümunələrindən bəhs edərkən
onun ömrünün sonlarında qələmə aldığı qısaca "Qəribin şikayəti" ("بيرغلا ىوكش") kimi tanınan
"Ölkələrin alimlərinə vətənindən ayrı salınmış qəribin şikayəti" ("
ع بيرغلا ىوكش
ءاملع ىلا ﻥاطوﻻا ﻦ
ﻥاﺪلﺒلا") traktatı göstərilir. ""Qəribin şikayəti" Eynəlqüzat Miyanəcinin son kitabıdır. Mütəfəkkirin
ölüm ayağında qələmə aldığı bu traktatda öz yaradıcılıq fəaliyyətinə bir növ xitam verir, panteist
doktrinalarına, mütərəqqi ictimai-siyasi baxışlarına bəraət qazandırmağa çalışır. Əsər dərin elmi-
fəlsəfi məzmun daşımasına baxmayaraq, poetik nümunələrin geniş yer verildiyi yüksək bədii
üslubda tərtib edilmişdir" [7, 12].
Mütəfəkkirin şeirləri müxtəlif mövzuları əhatə edir. Vətənə məhəbbət, qərib diyarda çəkilən
həsrət acısı mütəfəkkirin yaradıcılığında geniş yer tutur. Mütəfəkkirin farsca çoxlu sayda rübailəri
vardır. Fəlsəfi məzmunlu bu şeirlər Eynəlqüzat Miyanəcinin müxtəlif dillərdə və üslublarda gözəl
şeirlər yaratmaq bacarığının bariz nümunəsidir.
Şihabəddin Sührəvərdinin poetik yaradıcılığından söz açarkən qeyd etmək lazımdır ki,
dövrümüzə onun yarımçıq şəkildə olan divanı və müxtəlif mənbələrdə əksini tapmış təxminən iki
yüz beytlik ərəbcə şeiri gəlib çatmışdır.
"Şihabəddin Sührəvərdinin ərəbdilli poeziyasına nəzər saldıqda əlvan, rəngarəng kəlmələrdən
hədsiz məharətlə istifadə etdiyi müşahidə olunur. Şair şeirlərində sözlərin seçiminə xüsusi fikir
vermiş, eyni mənalı müxtəlif kəlmələrdən ustalıqla sənət inciləri yaratmışdır... Görkəmli mütəfəkkir
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
61
öz eşqinə sadiq qalan aşiqləri – aşiq, əhbab, sabb; təmizliyi ilə seçilən ilahi məhəbbəti – vədad,
hubb, həva; kəraməti və tərkibilə fərqlənən gözəl şərabı – rah, şərab, mudam, xəmrət sözləri ilə
ifadə etmişdir. Eyni mənalı bu kəlmələri yerində işlətmək şairin fitri istedadının nəticəsində ərsəyə
gəlmiş, oxucusunun zövqünü oxşamışdır" [8, 59].
Mütəfəkkirin sufi-fəlsəfi traktatları bədii üslubuna görə ərəbdilli və farsdilli nəsrin qiymətli
nümunələridir.
Ərəb dilçilik tarixinə nəzər saldıqda alimlər arasında bir sıra azərbaycanlıların da adlarına rast
gəlinir. Onların ərəb dilçiliyinin formalaşmasında oynadıqları rol əvəzsizdir. Akademik Vasim
Məmmədəliyevin "Ərəb dilçiliyi" monoqrafiyasında əslən Azərbaycandan olan neçə-neçə filoloq
haqqında məlumat verilmişdir [5, 244].
Şərq ədəbiyyatında şərhçilik sənəti antologiyaların toplanaraq qələmə alındığı dövrlərdən
inkişaf etmişdir. Orta əsrlərdə bu sahəyə xüsusi əhəmiyyət verilmiş və alimlər arasında görkəmli
şərhçi Xətib Təbrizi yüksək mövqedə dayanmışdır. Bir sıra məşhur şairlərin şeirlərinə yazdığı
şərhlər orijinallığı və dolğunluğu ilə ona böyük şöhrət qazandırmışdır. Dil üslubu, mövzu və zaman
müxtəlifliyinə baxmayaraq, şərhlərinin digərlərindən seçilməsi və bu günün özündə tədqiqatçılar
tərəfindən yüksək qiymətləndirilməsi Xətib Təbrizi şəxsiyyətinin kamilliyinə bariz nümunədir.
"Azərbaycan aliminin ən böyük xidməti şeirin hərtərəfli izahı metodunu ilk dəfə olaraq irəli sürməsi
və öz əsərlərində bunun parlaq nümunəsini verməsidir. Xətib Təbrizi əsərləri həm dilçilik, həm də
ədəbiyyatşünaslıq, həm tarix, həm ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla
bağlı şəkildə tədqiq edən ilk şərhçi idi. Bu, alimin ərəb ədəbiyyatına, ümumiyyətlə müsəlman
xalqlarının mədəniyyətinə gətirdiyi birinci yenilik idi" [4, 54]. O, əslən azərbaycanlı olsa da, təkcə
ölkəmizdə deyil, eyni zamanda dünya alimlərinin araşdırma obyektinə çevrilmişdir.
Bəzən xarici ölkələrdə nəşr edilmiş tədqiqatlarda əslən azərbaycanlı alim və şairlərimizin
milli mənsubiyyətinin düzgün göstərilmədiyinin şahidi oluruq. Bu yanlışlığı aradan qaldırmaq,
mənəvi kamilliyimiz sayılan orta əsr elm və mədəniyyətimizin görkəmli simalarının həyatını,
fəaliyyətini özümüzün dərindən araşdırmağımıza hər zaman ehtiyac vardır.
Müasir tədqiqatlarda çox vaxt müzakirə olunan problemlərdən biri o dövrdə yaranmış
əsərlərin mənəvi sərvət kimi kimə aid edilməsidir. Təbii ki, həmin zamanların dövlət anlayışı, dilə
münasibəti hazırkı mövqedən qiymətləndirilmirdi. İlk dövrlərdə ərəb, XI əsrdən etibarən ona paralel
farscanın elm və ədəbi dil kimi əsas götürülməsi tarixi bir zərurət idi. Zamanla ərəb və fars
dillərinin elmi və ədəbi dil olaraq istifadəsi siyasi məqsədə, sarayların tələbinə uyğun olmuş,
müsəlman Şərqinin ümumi sərvəti kimi dövrümüzə gəlib çatmışdır. Bu səbəbdən də tədqiqat
zamanı dilin yoxsa onu yaradan şəxsiyyətin milliyyətinin əsas götürülməsi aktual məsələlərdəndir.
Tarixi zərurətdən irəli gələn həmin vəziyyətdən çıxış edərək Professor Qafar Kəndli
yazmışdır: "Qətran, Miyanəci, Xaqani türkcə düşünərək farsca və ərəbcə yazmışlar. Sanki əsərlərini
özləri dəricəyə çevirmişlər. Özlərinin tərcümanı və dilmancı kəsilmişlər. Həmin "tərcümələr"də
saxlanılan milli koloritlə xalqına və mədəniyyətinə yad olan, ancaq əsərlərini ana dilində yazan bir
şairin yazılarını tutuşdurduqda məsələ özü-özlüyündə aydınlaşır… Ana dilində yazmamaq tarixi
şəraitlə bağlı olsa belə, Azərbaycan şeiriyyəti və şairliyinin tarixi faciəsidir. Nizami, Xaqani, Qətran
yaradıcılığının faciəsidir" [2, 58].
Dünyanın müxtəlif kitabxanalarında orta əsrlərə aid Azərbaycanın şəhərləri və görkəmli
şəxsiyyətlərinin həyatlarından bəhs edən onlarla müəllifin əsərləri qorunub saxlanılır. Müasir
dövrümüzdə həmin qaynaqların bəziləri çap olunmuş, bəziləri isə hələ də əlyazması şəklindədir.
Həmin yüzilliklərdə yaşamış azərbaycanlılar haqqında geniş məlumatlar əldə etmək üçün bu
mənbələrin aşkarlanması və araşdırılması vacib işdir.
Müasir dövrümüzdə tədqiqatlar zamanı çox vaxt əsərlərin dili ön planda verilərək
ümummüsəlman mədəniyyəti kimi öyrənilir. Məlumdur ki, orta əsrlərə aid əsərlərdə dil amili bəzi
müəlliflərin milli mənsubiyyəti üçün böyük mübahisələrə də səbəb olmuşdur. Lakin o dövrün siyasi
və elmi mühitini bu günün şəraitilə eyniləşdirmək olmaz. Tarixdə bəzən böyük imperiyaların dili
elmi və ədəbi dil olaraq əsas götürülmüşdür. Bu siyasi zərurət alim və mütəfəkkirlərin böyük
şəhərlərdə mükəmməl təhsil alması, yaratdıqları əsərlərinin təbliği və onun hakim himayəsində
qorunması üçün əsas idi. Təbii ki, yaranmış əsər dil xüsusiyyətinə görə ümumi bir sərvət kimi qəbul
edilə bilər. Ancaq əsərin orijinallığı onu yaradan müəllifin mənsub olduğu millətin düşüncə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
62
səviyyəsinin, təfəkkürünün kamilliyini nümayiş etdirir. Əgər elm və ədəbiyyatımızı yalnız anadilli
nümunələrlə məhdudlaşdırsaq bu keçmişdə yaranmış sərvətimizdən intina etmək deməkdir.
Ədəbiyyat siyahısı
1. Аль-Фахури Ханна. История арабской литературы. Т.I, Москва-Издательство
иностранной литературы, 1959, с. 368
2. Kəndli-Herisçi Qafar. Xaqani Şirvani (həyatı, dövrü və mühiti). Bakı-Elm, 1988, s. 592
3. Гибб Х.А.Р. Арабская литература. Москва-Издательство восточной литературы,
1960, с. 188
4. Mahmudov Malik. Xətib Təbrizi (həyatı və yaradıcılığı). Bakı-Elm, 1972, s. 207
5. Məmmədəliyev V. Ərəb dilçiliyi. Bakı-Maarif, 1985, s.288
6. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı-İrşad, 1994, s. 340
7. Məmmədov Zakir. Eynəlqüzat Miyanəci. Bakı-Elm, 1992, s.52
8. Ülkər Zakirqızı (Məmmədova). Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı).
Bakı-Elm, 2010, s.156
Xülasə
Orta əsrlərə aid Azərbaycan elmi-ədəbi nümunələri ərəb və fars dillərində dövrümüzə gəlib
çatmışdır. Məqalədə VII-XII əsrləri əhatə edən ərəbdilli ədəbi mühit qısa şəkildə təqdim
olunmuşdur. Tarix boyu idarəçiliyin hökm sürməsi üçün bir çox amillərlə yanaşı, mədəni və dil
siyasəti də olmuşdur. Həmin xüsusiyyətin onun qorunması, yayılması üçün vacib cəhət olması ön
planda göstərilmişdir.
U.Mammadova
The arabic-language literature and language policy of the Middle Ages Azerbaijan
Summary
Scientific and literary models of medieval Azerbaijan in Arabic and Persian languages
survived to the present day. In article the literary environment in Arabian language 7
th
-12
th
of
centuries is briefly submitted. During all history the cultural and language politics, alongside with a
line of factors, has been directed on maintenance of administrative authority. On the foreground the
problem of the importance of this prominent feature for its protection and distribution is put
forward.
Sevinc Orucəli qızı Ağayeva, filologiya üzrə fəlsəfə doktoru
AMEA Nəsimi adına Dilçilik İnstitutu, böyük elmi işçi
sevinj.aliyeva.76@bk.ru
Dostları ilə paylaş: |