Partlamışğoydu- “Partladı; Şagird uxəc başdəmiş ərc - “Şagird oxumağa başladı”; Zın artux hər
zad başə əskızın başdəmiş ərzın – “Mən artıq hər şeyi başa düşməyə başladım”; “Basmış ər –
“Bas”; “Çırpmış ər – “Çırp”
Başlamış feilinə -əric artırmaqla isə məsdər yaranır: başdamış əric.
Ləzgi dilində isə Azərbaycan dilindən keçmiş düz, təklif, rastlaş, xahiş, izah, fikir,
mehriban, asan, zillə, doğru, asılı, nəzarət, mızılda, cəzalan, qabul, nifrət, ciddi, kıbıt (kobud),
ayrıl, bağışla, şərait, deqiş (dəyiş), izlə, razı, yoxla və s. kimi çoxlu sayda leksik vahidlər vardır.
Maraqlıdır ki, tat və hapıt dilində olduğu kimi, ləzgi dilində də Azərbaycan türkcəsinə məxsus
-mış
4
şəkilçili feili sifət feil yaradıcılığında aktiv şəkildə iştirak edir: yoxlamışalı – “yoxlayacaq”;
izləmişzivi – “izləyir”; şərait yaranmış hanvay – “şərait yaranmışdı”; bağışlamışaldış –
“bağışlamayacaq”; ayrılmışmva – “ayrılmış”; rastlaşmışhanı – “rastlaşdı”; zilləmişnivay –
“zilləmişnivay; başlamışnı – “başlayıb”; yaşamışnı – “yaşayıb”; mızıldamışzevay –
“mızıldanırdı”; cəzalandırmışzay – “cəzalandırardıq”.“Mahnı oxure” (Mahnı oxuyur)
cümləsindəki feil milli indiki zaman feillərimizə bənzəyir.
Hər hansı bir ərazidə yaşayan xalqların dil əlaqələrinin tədqiqinin böyük əhəmiyyəti vardır.
Belə ki, bu əlaqələrin öyrənilməsində meydana çıxan dil faktları həm də həmin xalqların. ya da
etnosların istisadi-sosial, mədəni əlaqələrini üzə çıxarır. İsmayıllı rayonunda tatlar, hapıtlar,
ləzgilər, ruslar, yəhudilər əsrlərdir iç-içə yaşamaqdadırlar. Qeyri-avtoxton etnoslar içərisində
əhalisinin sayının müqayisədə çoxluğuna və dil əlaqələrinin daha sız olmasına görə tat dili, onun
Lahic ləhcəsi birinci yer tutur. Lahıc ləhcəsində çox sayda türk mənşəli söz olmaqla yanaşı,
Azərbaycan türkcəsinin qrammatik səviyyədə təsiri diqqəti cəlb edir. Tatca sözlərə milli
şəkilçilərimizin, milli sözlərimizə isə tat dili şəkilçilərinin qoşulması ilə söz yaradıcılığı və relyativ
əlaqələrin qurulması, İsmayıllı şivəsində çoxlu sayda tat mənşəli sözün olması bu dil əlaqələrinin
həm tarixi, həm də etnoslararası iqtisadi, mədəni əlaqələrin dərinliyindən xəbər verir.
Hapıtlar isə özlərinin etiraf etdiyi kimi türk ruhuna çox yaxın olduqları kimi, Azərbaycan
türkləri ilə ortaq kültürə, eyni zamanda çoxlu sayda ortaq dil faktlarına malikdir.
İsmayıllıda yaşayan etnik azlıqların dilləri həm dövlət dilimizlə, həm də bir-biri ilə oxşar və
ortaq təsirlənmə nöqtələrinə malikdır. Məsələn, Azərbaycan dilinə məxsusu feili sifətlərə köməkçi
feil, və ya şəkilçi artırmaqla söz yaradıcılığı həm tat, həm hapıt, həm də ləzgi dilində vardır.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
74
Ədəbiyyat:
1. Azərbaycan dilinin dialektoloji lüğəti,”Şərq-Qərb,Bakı, 2007 ).
2. Azərbaycan dilinin dialektoloji lüğəti. I c. Ankara, 1999, 374 s.
3.Eren Hasan. Anadoluda toplu yardımlaşma gelenekleri İmece s. 548 file:///C:/Users/
Casper/Downloads/Anadoluda%20Toplu%20Yard%C4%B1mla%C5%9Fma%20Gelenekleri,%20
%C4%B0mece.pdf
4. Ərəb və fars sözləri lüğəti. Bakı, Yazıçı, 1985, 1036 s.s.55
5. Gülsüm Hüseynova. Tat dilinin leksikası, ”Elm və təhsil”,Bakı,2013, 250 s.
6. Gülsüm Hüseynova. Tat dili leksik fondunun geneoloji təhlili Azərbaycan tatlarının dilinin
materialları əsasında),”Elm və Təhsil”, Bakı, 2013, 160 s.
8.Qubatov Ə.B. “Şahdağlılar və dilləri” http:// www.translit.Az/ELEKTRON%20 KITAB-
XANA/ TERCUMESUNASLIQ/44.htm
7. Rəcəbli Qəzənfər. Azərbaycanda qarşılıqlı yardım formaları (tarixi-etnoloji tədqiqat), Bakı,
2008
9. http://www.translit.az/ ELEKTRON% 20KITABXANA/TERCUMESUNASLIQ/44.htm
10.http://www.anl.az/down/meqale/xalqcebhesi/2011/iyun/187533.htm11.http://www.tdk.gov
.tr/index.php?option=com_gts&arama=gts&guid=TDK.GTS.5761431eb4ce94.27328909
11.http://www.tdk.gov.tr/index.php?option=com_gts&arama=gts&guid=TDK.GTS.5761431e
b4ce94.27328909
Xülasə
Multikulturalizm şəraitində iqtisadi, mədəni əlaqələrlə yanaşı, dillərin qarşılıqlı təsir
prosesləri də baş verir. Belə məkanlardan biri İsmayıllı rayonudur. Rayonda İran, Qafqaz, slavyan
və s. dillərinin ləhcələri əsrlərlə birgə yaşadıqları milli əsas təşkil edən xalqın dilinin təsirinə məruz
qalmaqla yanaşı, həm də Azərbaycan dilinin İsmayıllı şivəsinə təsirsiz qalmamışdır. Məqalədə bu
məkanda dillərin leksik və qrammatik səviyyədə əlaqələri araşdırılmışdır.
S. Qasumova
LANGUAGE CONNECTIONS IN ISMAILLY REGION
Summary
In the condition of multiculturalism in additon to economic, cultural relations, interaction
processes of languages occur. One of these places is Ismailly region. In the region the dialects of the
Iran, Caucasus, Slavic languages etc. exposed to the effect of the language of the people that make
up the national base and lived together for centuries and at the same time these dialects influenced
the Ismailly dialects of the Azerbaijan language.In this article it was analyzed the connections of
languages in the lexical and grammatical level in this place.
Firuzə Aşur qızı Əsgərova
E-mail: firuzeesgerova@icloud.com
AZƏRBAYCANIN ŞİMAL BÖLGƏSİNDƏ YAŞAYAN AZSAYLI XALQLAR
Açar sözlər: Quba, xalq, dağ yəhudiləri, ləzgi, tat, Qusar, şimal, rayon, etnos
Key words: Guba, people, jews, lezghin, tat, Gusar, north, region, ethnicity
Zəngin tarixə və bənzərsiz təbiətə malik Quba rayonu Azərbaycanın sosial-iqtisadi, siyasi və
mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. Rayonun ərazisində 134 tarixi-arxeoloji
abidə, o cümlədən eramızdan əvvəlki dövrlərə aid Gültəpə, Çarıqtəpə, Pirtəpə kurqanları ilə yanaşı,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
75
türbələr, məbədlər və məqbərələr, XIX əsrə aid Hacı Cəfər, Səkinə xanım və Cümə məscidləri
mövcuddur. Əhalisi ayrıca etnoqrafik qrup təşkil edən və unikal xüsusiyyətləri ilə seçilən Xınalıq
kəndi bu rayondakı qədim və yüksək mədəniyyətdən xəbər verir. Quba rayonundakı müxtəlif dini
konfessiyalara mənsub insanların əsrlərdən bəri birgə yaşaması ölkəmizdə tolerantlığın parlaq
nümunəsi sayıla bilər.
Azərbaycanın şimal-qərb bölgəsində yaşayan türk mənşəli tayfaların tarixi haqqında xeyli
faktlar və materiallar mövcuddur. Erkən orta əsrlərdə bu bölgədə bir sıra türk mənşəli toponimlərin
mövcudluğu (Quba, Alpan, Şabran, Qarqar, Xursar, Dondar, Samur, Çul, Çöl və b.) göstərir ki, bu
ərazilərdə hələ qədim dövrlərdən türkdilli tayfalarla yanaşı bir sıra Dağıstan və xüsusən İber-Qafqaz
dillərinə mənsub tayfalar və xalqlar yaşamışlar. Bu baxımdan xüsusi olaraq qeyd edilməlidir ki,
Şimal-Şərqi Azərbaycanın bir çox toponimləri qədim türk mənşəlidir.
Quba-Xaçmaz bölgəsində tarixən qıpçaqlara məxsus tayfa adlarını əks etdirən çoxlu yaşayış
məntəqə adları müəyyən edilmişdir. Məsələn, qıpçaqların mənbələrində çəkilən Kuç, Çələqər, Tuk
tayfa adları, Xuc, Calaxar və Tuq kənd adlarında öz əksini tapmışdır. Eranın ilk əsrlərində Cənub-
Şərqi Avropada yaşamış avar Qudi tayfasının adı Xaçmaz rayonundakı Avaran kənd adında
qalmışdır. Mənbələrin təsdiqinə görə eranın ilk əsrlərində indiki Dərbənddən 17 km cənubda
yerləşmiş Çul şəhəri qədim türk mənşəli Çul tayfasının adını daşıyırdı. Quba rayonunda Alpan kənd
adının məhz alban tayfasının adı ilə bağlanılması göstərir ki, Alpan, Alban, və Alvan formalarında
kənd adları Qərbi Azərbaycanda, Gürcüstanda və hətta Cənubi Azərbaycanda da vardır [2, s. 71].
Quba əhalisi həmişə ərazidə çoxsaylı tayfa tərkibi olması ilə fərqlənmişdir. Hal-hazırda Quba
ərazisində mövcud olan və özündə onlarla etnoqrafik xüsusiyyət saxlayan yer adları mövcuddur.
Azərbaycanın Şimalında yaşayan ən qədim xalqlardan biri yəhudilərdir. Yəhudilər hazırda
Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı
qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. “Qırmızı Qəsəbə”
Quba rayon mərkəzinin iki-üç kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Paytaxt Bakıdan
təxminən iki yüz kilometr şimalda yerləşən bu qəsəbədən keçərkən təmtəraqlı binalarla yanaşı, dini
məbədlər-sinaqoqlar gözə dəyir. Dağ yəhudiləri Şərqi Qafqazda, əsasən, Azərbaycan və Dağıstanda
kök salmış yəhudilərdir. Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı yer “Qırmızı
Qəsəbə”dir. 1926-cı ilədək bu qəsəbə “Yəhudi qəsəbəsi ” adlanıb. Sonra Sovet qurulanda, rusların
11-ci Qırmızı ordusu Azərbaycana daxil olarkən bu qəsəbədən keçib və bu ordunun şərəfinə qəsəbə
“Qırmızı qəsəbə” adlanıb . Əhalinin 99%-i dağ yəhudilərdən ibarət olan qəsəbədə azərbaycanlılar
və ləzgilər də yaşayır
Müasir dövrdə dağ yəhudilərinin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər
dağ yəhudilərinin VII əsrdə yaranmış və Azərbaycan torpaqlarını da əhatə edən xəzərlərdən
törədiyini deyirlər. Məlum olduğu kimi xəzərlər yəhudi dinini qəbul etmiş türk tayfaları idilər.
Lakin müasir alimlər bu fikrə qarşı çıxaraq dağ yəhudilərinin eramızdan əvvəl Assur və Babil işğalı
zamanı əsir götürülmüş yəhudilər olduğunu qeyd edirlər. Yəhudi dini kitablardında göstərilir ki,
Samirə şəhərinin assurlar tərəfində işğal olunması nəticəsində burda olan yəhudilər Assuriyanın
Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında indiki Cənubi Azərbaycan
ərazisində yerləşdirilir. Dağ yəhudilərinin əcdadları bura 15 əsr bundan əvvəl gəlmişlərdir. V əsrin
sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək
verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan
ərazisində yerləşdirilir [6].
Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin
ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə
yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan
artıq sinaqoq inşa olunub.
Dağ yəhudilərinin digər yəhudilərlə fərqləri danışıqlarında, bir də adətlərində hiss olunur. Dağ
yəhudilərinin dili fars dilinə bənzəyir. Qəsəbədə üç dildə danışılır: dağ yəhudilərinin gündəlik
işlətdikləri İran kökənli "cuvuri" və Azərbaycan dillərində. Bu qəsəbə sakinlərinin böyük
əksəriyyəti rus və ingilis dillərini də yaxşı mənimsəyiblər. Burada yerləşən 2 məktəbdən birində
dərslər Azərbaycan , digərində isə rus dilində tədris olunur. Hər ikisində dünya yəhudilərinin
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
76
danışdığı ivrit dili tədris olunur. Azərbaycanda fəaliyyətdə olan 5 sinaqoqdan 2-si Bakıda, 2-si
Qırmızı Qəsəbədə, 1-i isə Oğuzda yerləşir. Respublikamızda iki yəhudi məktəbi, kollec, uşaq
bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində ivrit dili
fakültəsi açılıb, ivrit dilində qəzet və jurnallar çap olunur. Bu gün Azərbaycanda yaşayan 20 min
yəhudinin 95 faizini dağ yəhudiləri təşkil edir.
Sayca az olan Quba yəhudiləri, bəzən də dağ yəhudiləri adlanan yəhudilər daha böyük etnik
qrupun əhatəsinə düşdüklərindən normal alış-veriş və ticarət əlaqələri yaratmaq üçün yerli dili
öyrənməyə məcbur olmuşlar. İlk vaxtlar ikidillilik şəraitində yaşayan yəhudilər tədricən hətta
məişətdə də öz doğma dillərini unudaraq bir dilliyə, bütünlüklə tat dilinə keçmişlər. Təbiidir ki,
onlar bu torpağa özləri ilə tat dilini gətirməmişdilər. Elə bundan sonra da yəhudilər öz milli
mənsubiyyətlərini yəhudi yox, tat hesab etməyi daha üstün tutmuşlar. Əsasən də tatarlar öz milli
etnik mənsubiyyətlərini qəbul etdiklərinə görə məsələn, indi Xızı tatı başqa dilə mənsub olan
“dağlı” sözünü özünə etnik ad seçmişdir, lahıclı tat isə Lahıc coğrafi adından özünə etnik ad
düzəltmiş, Suraxanı tatı isə özünü “pars” adlandırmağı üstün tutur. Alınma dili öz doğma dilinə
çevirən yəhudilər ailə-məişət, xüsusilə din və onun mərasimlərinə dair leksik vahidləri tat dilinə
gətirmiş, beləliklə də alınma, özününkü olmayan tat dilini bir növ özününküləşdirmiş, ona milli-
semit tərkibi vermişlər. Bu da təbiidir. Çünki yəhudi tat deyil. Azərbaycana gələndən sonra tat dilini
qəbul etmişdir.
Tatlar – Azərbaycanda yaşayan İran dilli etnoslardan biri olub, əsasən Abşeron
yarımadasında, Bakı şəhərində, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma
ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli
cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar. Azərbaycan tatları
arasında başlıca fərq onların dillərində özünü göstərir. Yəni Abşeron, Şamaxı tatları ilə Quba, Xızı
tatlarının dillərində müəyyən dialekt və ləhcə fərqləri var. Dilçilər ləhcə fərqlərinə görə tat dilini üç
qrupa bölürlər. Birinci qrupa Quba, Dəvəçi, Qonaqkənd ərazisində yaşayan tat əhalisi daxildir – tat
dilinin şimal ləhcəsi adlandırılır. İkinci qrup – mərkəz ləhcəsi adlanır ki, bura Xızı rayonu
ərazisində yaşayan tatlar aid edilir. Üçüncü qrup – cənub ləhcəsi adlanır, buraya Abşeron, Lahıc və
Şamaxının tat əhalisi daxildir.
Azərbaycan tatlarının bir qolu da «dağ yəhudiləridir» onlar özlərini «cuhud» (yəni başqa
dindən olanlar, «tat cuhudları») adlandıran azsaylı etnosdur. Dinlərinə görə bu etnos yəhudi sayılır.
Dağ yəhudiləri başlıca olaraq Quba rayonundakı Qırmızı qəsəbədə və qismən də Oğuz rayon
mərkəzində yaşayırlar.
Maqsud Hacıyev tat sözünün 17 mənasını verib. Onların içərisində “yad”, “gəlmə”, “qeyri-
türk”, “şəhərli”, “oturaq həyat keçirən”, “savadlı, bilikli” və s. mənaları vardır. Ümumiyyətlə, tat
sözü müxtəlif mənalarda təzahür edir. Tatların yüz illərdən bəri öz ədəbi dili olmamışdır. Fars dilinə
yaxın qohum dillərdən sayılan ədəbi dil kimi formalaşa bilməmişdir. Tatların da ədəbi-yazı dili
Azərbaycan(türk) dili , ya da fars dili hesab olunur.
Tat dilinin tədqiqi Azərbaycan dilçiliyinə çox fayda verə bilər. Çünki Azərbaycan xalqının və
ərazisinin tarixi kimi onun dili də bir çox xalq və tayfaların tarixi və dili ilə bu və ya digər şəkildə
əlaqədardır. Müxtəlif dövrlərdə olmuş və az-çox davam etmiş belə əlaqələr həm də Azərbaycan
xalqının mədəniyyətində, dilində müəyyən izlər salmışdır. Belə izləri dəqiq öyrənmədən dürüst
tarixi-elmi nəticələrə də gəlmək çətindir. Buna görə də Azərbaycanda həm İber-Qafqaz tayfa və
xalqlarının, həm də İran dilli tayfa və xalqların, xüsusən bunlardan Azərbaycan ərazisində
yaşayanların tarixini, mədəniyyət və dilini tədqiq etmək lazımdır.
Tat dilini, bu dilin müxtəlif şivə və ləhcələrini, onların leksika və qrammatikasını bitkin və
tam şəkildə öyrənmək müasir Azərbaycanşünaslığın qarşısında duran mühüm və vacib məsələlərdən
biridir. [3, s. 16]
Dil insanları birləşdirən ünsiyyət vasitəsi kimi təkcə öz doğma etnik mühiti ilə kifayətlənmir,
bu dilin daşıyıcıları olan etnosun ictimai-siyasi vəziyyəti, xüsusilə burada iqtisadi-mədəni tələbləri
mövcud qəbilə, tayfa və ya xalq dilinin öz əhatə dairəsini genişləndirməyi tələb edir. Bir dildə
danışan kiçik insan cəmiyyəti, yaxud indi qəbul olunduğu kimi azsaylı xalqın nümayəndələri
fəaliyyət dairələrini genişləndirmək üçün daha böyük başqa xalqın dilini bilmək ehtiyacı duyurlar.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
77
Azərbaycan dilinin tat dilinə təsiri hərtərəfli və əhatəlidir. Bu təsir özünü tat dilinin bütün
qrammatika və leksikasında geniş dairədə göstərir. Fonetik, morfoloji, sintaktik və leksik təsirin
bəzi məsələlərini hətta ötəri nəzərdən keçirməklə bu haqqında müəyyən təsəvvür əldə etmək olar.
Azərbaycandakı azsaylı xalqların, o cümlədən tatların dil və mədəniyyətlərinin əsasən
türkdilli mühitdə qorunub saxlanması həm elmi, həm də siyasi cəhətdən xüsusilə mühümdür. Tat
dili hind-avropa dillər ailəsinin İran qrupuna daxildir və şifahi nitqdə bir-birini qarşılıqlı başa düşən
Şimal, Mərkəzi və Cənub (Azərbaycan Respublikası ərazisində) kimi üç əsas ləhcəyə bölünür.
Tatların ictimai vəziyyəti və ailə məişəti yeni məzmun kəsb etmiş, xeyli inkişaf etmişdir. Onların
mədəni inkişafı Azərbaycan türklərinin mədəni tərəqqisi ilə eyniləşmişdir. Elə buna görə də, bu gün
tatların nəinki təkcə məişəti və həyat tərzini, hətta, ümumiyyətlə, tarixi-mədəni inkişafını ümumi
mənada Azərbaycan xalqından, o cümlədən də azəri türklərinin inkişaf problemlərindən, bu xalqın
ümumi irəliləyiş prosesindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycandakı azsaylı xalqların,
etnik qrupların və milli azlıqların hər birini ümumazərbaycan inkişaf prosesindən ayırmaq sadəcə
olaraq məntiqsizlikdir. Bu eyni dərəcədə çoxmillətli və müxtəlif etnik tərkibli Azərbaycanda
yaşayan tatlara da aiddir. Tatların əsas məşğuliyyəti əkinçilik, bağçılıq və xalçaçılıqdır. [1,s.10]
Antik yunan tarixçisi Strabon və Heradot, eramızdan əvvəl və eramızın I-III əsrlərində
yaşamış Roma-Bizans tarixçiləri Apolloni Rodosski, Stefan Vizantyski, Korneli, Tasit, Klavdi
Ptolomey və başqaları, V-VIII əsrlərin tarixçiləri Aqofenqel, Koryun, Favtos Buzand, Movses
Xorenasi, Egişe, Sebeos, VII-XI əsrlərlərdə Qafqazda olmuş ərəb tarixçiləri əl-Kufi, Balazuri, əl-
Masudi, İbn əl-Asir, Yaqut əl-Həməvi və başqaları, alban tarixçiləri Moisey Kaqankatvasi
(Kalankatuylu) və Yesai Calayan ləzgilər haqqında maraqlı məlumatlar vermişlər [4, səh.611].
Ləzgilərin “leg” və “gel” tayfaları qədim zamanlardan Gülgəri və Qudyal çayları arasındakı
ərazilərdə yaşamışdılar. Qafqaz Albaniyası İran tərəfindən işğal etdikdən sonra Albaniyanın bir çox
vilayətləri müstəqil siyasi qurumlar yaratmağa cəhd göstərmişlər. Albaniyanın şimal torpaqlarında
Lezgan, Müşkür, Layran, Filan dövlətləri yaranmışdır. Orta əsrlərin ərəb mənbələrində həmin
dövlətlərin adları al-Lakz, Maskut, Layran, Filan və yaxud Lezganşah Layranşah, Filanşah və
Maskur kimi verilmişdir.
Lezgan ləzgiləri ən güclü tayfalardan olan ləzgilər tərəfindən təşkil olunmuşdur. XII əsrin
sonu, XIII əsrin əvvəllərində ləzgilərin yaşadığı ərazilər Lekzistan (Ləzgistan) kimi tanınır və tarixi
mənbələrə ölkənin adı belə düşür. XVII-XIX əsrlərdə ləzgilərin Qafqazda işğalçılara qarşı apardığı
qəhrəmanlıq mübarizəsi bu döyüşkən xalqı daha da məşhurlaşdırır.
XVI-XVII əsrlərdə Cənubi Dağıstanda ləzgilərin müstəqil Qurah vilayəti və 3 müstəqil azad
icması - Axtıpara, Altıpara və Doqquzpara yaranmışdı. XVIII əsrdə yaranmış Quba xanlığının
tərkibinə müasir Quba və ona qonşu olan rayonlarla yanaşı, tarixi Şabran və Müşkür mahalları
həmçinin Cənubi Dağıstanın xeyli hissəsi də daxil idi.
Ləzgilər Qafqaz xalqlarından biri, Dağıstan və Azərbaycanda yaşayırlar. Azərbaycanda
əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt
və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər
Azərbaycan əhalisinin 2,2 % -ni təşkil edir.
Ləzgilərin hazırki ərazilərdə qədimdən məskunlaşmasını hələ eramızdan əvvəlki dövrlərdə
yaşamış yunan müəllifləri də öz əsərlərində qeyd edirlər. Ləzgilərin nəsilləri olan ləklər (leqlər)
hazırda Quba rayonunda və Dərbənd yaxınlığında yaşayırlar. Tarixi keçmiş, xarici işğalçılara qarşı
mübarizə, əlverişsiz təbii şəraitlə əlaqədar müxtəlif qrupların uzun müddət bir-birindən təcrid
olunması ləzgilərin bir neçə qola parçalanmasına gətirib çıxarmışdır. [5, s. 35]
Ləzgi dili Dağıstanın böyük dillərindən biridir. Bu dil qrupuna ləzgi, tabasaran, ağul, rutul,
saxur, qrız, buduq, arçi, udin, xınalıq dilləri daxildir. Ləzgi dili Dağıstan dilləri qrupunun iber-
qafqaz dillərindən biridir. Bu dildə danışanlar ən çox Azərbaycan Respublikasında və Dağıstanda
Respublikasında yaşayırlar.
Ləzgi dili üç böyük ləhcədən (Küre, Quba, Axtı) altı dialektdən (Güne, Yarki, Qurah, Quba,
Axtı, Fiyar) və xeyli şivələrdən ibarətdir. Ləzgi ədəbi dili Güne dialekti əsasında formalaşmışdı.
Ləzgi dilinin fonetik sistemi özünəməxsus fonetik xüsusiyyətləri ilə seçilir. Bu dil samitlərlə
olduqca zəngindir. Hallanma sistemi zəngin olub, 18 haldan ibarətdir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
78
Ləzgi dili Quba ləhcəsi və onu dialektlərini məşhur alim, “Ləzgi dialektologiyasının
oçerkləri” (1964) kitabının müəllifi, məşhur dilçi alim, filologiya elmləri doktoru Uneyzat
Meylanova da araşdırmışdır. Onun 1992-ci ildə rusca Tbilisidə çap etdirdiyi “Ləzgi dilinin Quba
ləhcəsinin Kuzun dialekti ” və həmin il Bukar Talıbovla birgə Mahaçqalada buraxdırdığı “Quba
ləhcəsi ləzgi dialektləri sistemində orta mövqe tutan halqa kimi ” məqalələrində maraqlı fikirlər irəli
sürülür. Müzəffər Məlikməmmədov “Ləzgi dilləri” kitabında ilk dəfə olaraq ləzgi dilinin Quba
ləhcəsinin üç dialektdə - Quba, Qusar və Qımıl-Küsnət dialektlərindən ibarət olduğunu
göstərmişdir. Bütün bunlar Quba ləhcəsinin ləzgi dilinin öz dialektləri olan zəngin ləhcələrdən biri
olduğunu bir daha sübut edir.
Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının
şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar
Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney
ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril
qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası
ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər.
Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda yaşayan azsaylı
xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu” , Bakı-2012, səh.47
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi “Quba və qubalılar”, Bakı-
2012, səh. 589
3. Maqsud Hacıyev “Azərbaycan tatlarının dili” Bakı-1995, səh. 226
4. Sədaqət Kərimova “Qusar Qusarlılar” Bakı-2011 səh.703
5. Z.N.Eminov “Azərbaycanın əhalisi” Bakı-2005, səh. 558
6. http://publika.az/
Firuza Ashur Asgarova
MINORITIES LIVING IN THE NORTHERN REGION OF AZERBAIJAN
SUMMARY
The world's most ancient nations, some of the Jews who are scattered all over the earth are
equal citizens of the Republic of Azerbaijan. Unique place in the world after Israel densely
populated by Jews in Krasnaya Sloboda. Mountain Jews in Guba region, as well as actively
participate in the country's socio-economic life. Flavors of Azerbaijan, Guba, Khachmaz, Khizi and
some of the people living in the villages. According to some researchers, along the western coast of
the Caspian Sea from Apsheron to Derbent tats, and they are the remains of ancient Persians
resettled here, no doubt, one of the oldest ethnic layers of Shirvan. Lezghin - speaking peoples of
the Caucasus, which is one of the Lezghin in the compact southeast Dagestan, part of the north-east
of the country, a small number live in many countries of the world. Lezghins of the more than 20
districts of Baku, Sumgait, Ganja, Mingechevir, Goychay and live in other cities. There are around
170 thousand Lezghin carrier of the Republic of Azerbaijan. Traditional crafts such as carpet
weaving in rural areas of the region is developing. The ancient peoples of the Caucasus, which play
an important role in the economic development of the region Lezghins.
Dostları ilə paylaş: |