“RESPOND” layihəsi üzrə tədqiqatlar ardıcıllığı:
Qlobal biliyə yardım
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri
dövlət sektorunda reproduktiv sağlamlıq
və ailə planlaşdırılması xidmətləri üzrə
istifadəçilər
Margaret Eichleay, FHI 360
Teymur Huseynov, t.f.d., müstəqil ekspert,
Hannah Searing, Engender Health
Sarah Mercer, FHI 360
Barbara Janowitz, FHI 360
İyul, 2013-ci il.
“RESPOND” layihəsi üzrə tədqiqatlar ardıcıllığı:
Qlobal biliyə yardım
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri
dövlət sektorunda
reproduktiv sağlamlıq
və ailə planlaşdırılması xidmətləri üzrə
istifadəçilər
Margaret Eichleay, FHI 360
Teymur Huseynov, t.f.d., müstəqil ekspert,
Hannah Searing, Engender Health
Sarah Mercer, FHI 360
Barbara Janowitz, FHI 360
İyul, 2013-ci il.
2013 EngenderHealth (The RESPOND Project)
“RESPOND” layihəsi
c/o EngenderHealth
440 Ninth Avenue
New York, NY 10001 U.S.A.
Telefon: 212-561-8000
Fax: 212-561-8067
e-mail: info@respondproject.org
www.respondproject.org
Bu nəşr Amerika xalqının böyük dəstəyi ilə, ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (U.S. Agency for International Development (USAID) “Əhali
və reproduktiv sağlamlıq xidmətləri” vasitəsilə və GPO-A-00-08-00007-00
əməkdaşlığının razılığı ilə mümkün olmuşdur. Hesabatın məzmununa görə
cavabdehlik “RESPOND” layihəsinin üzərinə düşür və USAID, yaxud
ABŞ dövlətinin qaçılmaz baxışlarını əks etdirmir.
ABŞ-da nəşr olunub. Təkrar istifadə olunan vərəqlərdə nəşr olunub.
Sitatlar: Eichleay, M., Huseynov, T., Searing, H., Mercer, S. və Janowitz,
B. 2013. Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda
reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
“RESPOND” layihəsi üzrə tədqiqatlar ardıcıllığı: Qlobal biliyə yardım.
Hesabat No. 11
Nyu York: EngenderHealth (“RESPOND” layihəsi).
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
iii
Mündəricat
Minnətdarlıq ............................................................................................................................ v
Qısaldılmalar ......................................................................................................................... vii
Qısa xülasə ............................................................................................................................. ix
Giriş ......................................................................................................................................... 1
Bəzi məqamlar ............................................................................................................ 1
Azərbaycan şəraitində ................................................................................................ 2
Məqsədlər ................................................................................................................... 5
Üsullar ..................................................................................................................................... 7
Tədqiqatın planı .......................................................................................................... 7
Nümunə və əməkdaşlar ............................................................................................... 7
Məlumatların toplanması ........................................................................................... 8
Müəyyənləşdirmələr ................................................................................................... 9
Təhlillər ....................................................................................................................... 9
İnsan tədqiqatlarında iştirak edənlərin mühafizəsi .................................................. 11
Nəticələr ................................................................................................................................ 13
1. İştirakçıların xüsusiyyətləri .................................................................................. 13
2. Ailə planlaşdırılmasının istifadəsi ....................................................................... 16
3. Səhiyyə sisteminin təsirləri .................................................................................. 19
4. Nəsil artımı və ailə planlaşdırılması üzrə biliklər ............................................... 27
5. Şəxsi inam və təsirlər ........................................................................................... 29
6. Ailə planlaşdırılması müştəriləri .......................................................................... 33
Məhdudiyyətlər ..................................................................................................................... 35
Müzakirələr və əldə olunmuş əsas nəticələr ........................................................................ 39
Məsləhətlər ............................................................................................................................ 43
Ədəbiyyat .............................................................................................................................. 45
Cədvəli
Cədvəl 1. Müştərinin tipinə müvafiq toplanmış iştirakçıların nəzərdən keçirilməsi ........ 8
Cədvəl 2. Xidmətçilərin demoqrafik xüsusiyyətləri və təklif olunan xidmətlər ............ 14
Cədvəl 3. Müştərilərin demoqrafik xüsusiyyətləri .......................................................... 15
Cədvəl 4. Müştərilərin tipi, abortların sayı və baş vermiş doguşlara görə paylanma
əmsalı................................................................................................................. 16
Cədvəl 5. Xidmət göstərənin ailə planlaşdırılması üsullarını xatırlatmasını söyləyən
müştərilərin faizi ............................................................................................... 18
Cədvəl 6. Mənbənin lokalizasiyası, müştərinin tipi və üsullar nəzərə alınmaqla, ailə
planlaşdırılması üsullarının mənbəyi haqda məlumatlı olan müştərilərin
faizi.. ................................................................................................................... 19
Cədvəl 7. Kontraseptiv məsləhətlərə müxtəlif baryerlərin olmasını məlumat verən
xidmət göstərənlərin faizi ................................................................................ 20
Cədvəl 8. Müştəri tipini nəzərə almaqla ödəniş edən müştərilərin faizi ......................... 21
Cədvəl 9. Müəssisədə lazım olan vasitələri/xidmətləri alanlar da daxil olmaqla,
spesifik xidmətlərə görə ödəniş edən müştərilərin sayı və faizi ..................... 21
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
iv
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
Cədvəl 10. Ödəniş müddəti və ödəniş statusu nəzərə alınmaqla müasir üsullarla
məsləhət almış müştərilərin faizi ...................................................................... 22
Cədvəl 11. Müştəri tipi nəzərə alınmaqla, yeni manat və ABŞ dollar ilə seçilmiş
xidmətlərə görə orta ödəniş məbləği ............................................................... 23
Cədvəl 12. Müxtəlif testlər və proseduralar edilmiş, abort olunmuş müştərilərin faizi .... 24
Cədvəl 13. Test və proseduralara görə orta məbləğ ödəmiş abort olunmuş
müştərilərin faizi ............................................................................................... 24
Cədvəl 14. Müştərilərin ailə planlaşdırılması və üsullardan istifadəyə başlamasından
əvvəl rutin testlər/proseduralar məsləhət görən xidmət göstərənlərin faizi .... 25
Cədvəl 15. Mama-ginekoloq və ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən
məsləhət görülmüş qadınlar üçün UDV (uşaqlıqdaxili vasitələr), yaxud
kontraseptivlər istifadəsinə başlamışların həkimə gəlişlərinin orta hesabla
Sayı ................................................................................................................... 26
Cədvəl 16. Müştəri tipi nəzərə alınmaqla, ailə planlaşdırılması üsullarının
adını/təsvirini edə bilən müştərilərin faizi ....................................................... 27
Cədvəl 17. Hamiləlikdən qorunmaq üçün ailə planlaşdırılması üsullarını onların
effektliliyinə müvafiq qaydalar çərçivəsində tətbiq edən xidmət
göstərənlər və müştərilərin faizi ...................................................................... 27
Cədvəl 18. Müştəri tipi nəzərə alınmaqla, ailə planlaşdırılması üsullarının
mənbəyi haqda məlumatlı olan müştərilərin faizi ........................................... 28
Cədvəl 19. Abortdan sonra UDV-lərin nə zaman yerləşdirilməsi haqda biliyə malik
xidmət göstərənlərin faizi ................................................................................ 29
Cədvəl 20. Müştəri tipi nəzərə alınmaqla, nəsil artımına üzgün və inamla yanaşan
müştərilərin faizi .............................................................................................. 29
Cədvəl 21. Müştəri tipi nəzərə alınmaqla, seçim kimi UDV-lərin və yaxud
kondomların gələcəkdə istifadə etmələri üçün müxtəlif səbəblər söyləyən
müştərilərin faizi ............................................................................................... 30
Cədvəl 22. Cavab reaksiyası verənləri nəzərə almaqla, oral kontraseptivlər, yaxud
UDV-lərin istifadəsi ilə əlaqəli müxtəlif problemlərin olacağını məlumat
verən xidmət göstərənlər və müştərilərin faizi ................................................ 31
Cədvəl 23. Müştəri tipi nəzərə alınmaqla, qadınların niyə müasir kontraseptiv
üsullardan istifadə etmədiklərinin müxtəlif səbəblərlə əlaqəli olması
razılığına gələn müştərilərin faizi .................................................................... 32
Cədvəl 24. Müştəri tipi və müzakirə olunan mövzu nəzərə alınmaqla, abortlar və
ailə planlaşdırılması üsullarının önəmliliyinə görə fərqli baxışlara malik
müştərilərin faizi .............................................................................................. 33
Şəkillər
Şəkil 1.
Müştəri tipi nəzərə alınmaqla, nə zamansa müxtəlif ailə planlaşdırılması
üsullarından istifadə etmiş müştərilərin faizi .................................................. 16
Şəkil 2
Müştəri tipi nəzərə alınmaqla, müxtəlif ailə planlaşdırılması üsullarından
istifadə etmək cəhdi olmasını söyləyən müştərilərin faizi .............................. 17
Şəkil 3.
Aborta gəldiyi müddətdə ailə planlaşdırılması xidməti almış müştərilərin
faizi .................................................................................................................... 17
Şəkil 4.
Müştəri tipi və üsullarına müvafiq olaraq, xidmət göstərnlər tərəfindən
müasir üsulların istifadəsi təklifi irəli sürülmüş müştərilərin faizi .................. 19
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
v
Minnətdarlıq
Müəlliflər bu layihəyə yardımçı olan bir çox insanlara öz minnətdarlığını bildirib təşəkkür
etmək istərdilər. Birincisi və ən başlıcası biz USAID heyyətinə, xüsusilə də, Dr. Paul
Holmes, Rebecca Roth, Avropa və Avrasiya Bürosu nümayəndəsi Jewel Gausman, “Əhali
və reproduktiv sağlamlıq” təşkilatından olan və “RESPOND” layihəsinin rəsmi
nümayəndəsi Carolyn Curtisə öz minnətdarlığımızı bildiririk. Dr. Faiza Aliyeva və Səhiyyə
Nazirliyinin dəstəyi olmadan bu layihənin mümkünlüyü real olmazdı. USAID-nin Bakıda
nümayəndələri Dr. Şirin Kazimov və Dr. Chuck Lermanın öz vaxtlarını və təcrübələrini
əsirgəməmələri də həmçinin təqdirə layiqdir. Bizim təşəkürrlər, həmçinin, bu tədqiqatın
konsepsiyasının tərtib olunması və həyata keçirilməsində köməyi olan Dr. Mavcuda
Babamuradova, Dr. Ceyhun Məmmədov, Anna Kaniauskene və Dr. Gülnarə Rzayevayadır.
Tərcümə sahəsində hərtərəfli və diqqətli fəaliyyətinə görə biz Nigar Hüseynzadə və Zamira
Abbasovaya təşəkkür edirik. Məlumatların toplanmasındakı səylərinə görə biz SIAR
“Tədqiqat və məsləhət” məlumattoplama komandasına minnətdarıq. Klinik təcrübələrinə
görə Dr. Irina Yacobson və Dr. Kelly Culwell və hesabatı diqqətlə nəzərdən
keçirirdiklərinə görə Karen Katz, Dr. Rick Homan, eləcə də Samuel Fieldə çox böyük
minnətdarlığımızı bildiririk.
Öz şəxsi təcrübələrini bizimlə bölüşmüş və bu layihənin reallaşmasına səbəb olmuş həkim
və qadınlara öz minnətdarlığımızı ifadə etmək istərdik.
Müəlliflər bu tədqiqata USAID/Avropa və Avrasiya Bürosu vasitəsilə böyük dəstək olan
Amerika xalqına minnətdardırlar. Hesabatın məzmununa görə cavabdehlik “RESPOND”
layihəsinin üzərinə düşür və USAID, yaxud ABŞ dövlətinin qaçılmaz baxışlarını əks
etdirmir.
Bu hesabat Michael Klitsch tərəfindən tərtib olunub və Elkin Konuk tərəfindən format
olunub. Hesabatda Dr Pirverdi Mestiyev tərəfindən Azərbaycan dilinə tərcümə
edilmişdir.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
vii
Qısaldılmalar
ACQUIRE
Access, Quality, and Use in Reproductive Health (Reproduktiv
sağlamlıqdan istifadə, keyfiyyət və onun əldə olunması – RS-dən istifadə,
keyfiyyət və onun əldə olunması)
ANX Antenatal
xidmət
AP ailə planlaşdırılması
AZN
cari yeni Azərbaycan manatı
IPPF
International Planned Parenthood Federation (Beynəlxalq
planllaşdırılmış valideynlik status federasiyası)
RESPOND
Responding to the Need for Family Planning through Expanding
Contraceptive Choices and Program Services (Kontraseptiv seçimlər və
Proqram xidmətlərinin genişləndirilməsi vasitəsilə ailə planlaşdırılmasına
olan ehtiyaclara cavab reaksiyası)
RS reproduktiv
sağlamlıq)
UDV uşaqlıqdaxili vasitə
ÜMG ümumi
milli
gəlir
UNFPA
United Nations Fund for Population Activities (Əhalinin aktivliyi üçün
Birləşmiş Millətlər Fondu)
USAID
United States Agency for International Development (Beynəlxalq İnkişaf
üçün ABŞ Agentliyi)
ÜST Ümumdünya
Səiyyə Təşkilatı
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
ix
Qısa xülasə
Şərqi Avropa və Avrasiyanın bəzi ökələrində abort halları nəzərəçarpacaq dərəcədə yüksək
olduğu halda müasir ailə planlaşdırılması (AP) üsullarının yayılması azlıq təşkil edir. Bu
regionlarda abortların geniş tətbiqi və müasir üsullardan az istifadə olunmasının izahı həm
səhiyyə xidməti sistemi və həm də fərdi səviyyədə olan geniş amillər zənciri ilə bağlıdır.
Reproduktivlik seçimləri ilə əlaqəli az diqqət cəlb edən bir sistem səviyyəli amil səhiyyə
xidmətinə görə qeyri-rəsmi ödənişlərin edilməsinin geniş yayılmasıdır. Baxmayaraq ki,
qadınların bütün reproduktiv sağlamlıq (RS) seçimlərinin izahı üçün cəhdlər edilmir, qeyri-
rəsmi ödənişlərin edilməsi ailə planlaşdırılması seçimlərinin inkişaf etdirilməsi məsələsndə
tibbi xidməti həyata keçirənlərin effektli işinə əngəllik törədəcəyi nəzəri fikri yaranır. Bu
layihənin məqsədi iki ölkədə ˗ Azərbaycan və Albaniyada bu sistemin necə işləməsinin tam
mənzərəsini əldə etmək və RS xidməti təchizatında, eləcə də AP istifadəsi üçün qərarların
verilməsində ödənişlərin oynadığı rolu başa düşməkdir. Bu hesabat Azərbaycana aiddir.
Məlumatlar 2012-ci ilin mart ayında Azərbaycanın paytaxtı Bakı şəhərinnin doqquz
müəssisəsindən toplanmışdır. Müsahibələr 60 mama-ginekoloq, abort istəyi olan 203 qadın,
ANX qəbul edən 180 qadın və AP xidmətləri alan 16 qadınla aparılıb.
Bu müsahibələrin nəticələri göstərir ki, Bakıda kontraseptivlərin az istifadə edilməsinin
əsas səbəbləri kompleks şəklində olub, potensial olaraq maliyə və qeyri-maliyə
amillərindən ibarətdir.
Maliyə amilləri
Bakıda qadınların əksəriyyəti xidmətin abort, yaxud ANX olmasından asılı olmayaraq və
bu tibbi xidmətlərdən pulsuz istifadə etmək hüquqlarının olmasına baxmayaraq RS
xidmətləri üçün ödəniş aparıblar. Bir ANX gəlişi üçün ödəniş bir abort ödənişindən ucuz
olub, amma uşağın doğulması üçün olan ödəniş abort ödənişindən çox olub.
Abort müştəriləri arasında ödəniş aparanlara müasir kontraseptiv üsullar ilə əlaqəli
məsləhətlərin verilməsi ehtimalı daha az olub, nəinki ödəniş aparmayanlara. Bununla
əlaqəli biz iki potensial səbəbi araşdırdıq: (1) Tibbi xidmət edənlər ödənişə müvafiq olaraq
özlərinin məsləhət manevrini dəyişirlər; yaxud (2) müştərilər istədikləri xidmət növü üçün
ödəniş aparırlar və bəziləri məsləhət istəmirlər. Heç bir fikir əldə olunmuş məlumatlarla öz
təsdiqini tapmadı. Bundan əlavə, biz, tibbi xidmət edənlərin AP məsələsində aktiv şəkildə
əngəl yaratmasını təsdiqləyən heç bir sübut əldə etmədik.
Nəhayət, tibbi xidməti həyata keçirənlər Ümümdünya Səhiyyə Təşkilatının (ÜST)
məsləhəti ilə müqayisədə kontraseptivlər istifadəçilərinin test/proseduralara daha tez-tez
gəlmələrini məsləhət görürlər. Əlavə gəlişlər təkcə müştərinin daha çox vaxt itkisinə deyil,
eləcə də xidmətlər üçün daha çox ödənişlər aparılmasına və müasir üsulların müştərinin
sağlamlığına zərər yetirə biləcəyi fikrinin inkişafına səbəb ola bilər.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
x
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
Qeyri-maliyə amilləri
Bu tədqiqatda abort müştərilərinə AP xidmətlərinin tətbiqi çox aşağı olub. Abort
müştərilərinin ancaq 20%-i səhiyyə müəssisəsini kontraseptiv üsullarla (kondom, yaxud
uşaqlıqdaxili vasitə) tərk ediblər, müştərilərin əksəriyyəti söyləyiblər ki, tibb işçiləri onlarla
kontraseptiv vasitələr haqda söhbət aparmayıb (61% abort müştəriləri, 74% ANX
müştəriləri). Tibb işçiləri məlumat verirlər ki, tibb işçisi ilə müştəri arasında daha yaxşı
kommunikasiya göstəricisi olan müştərilərinin məlumatlılıq dərəcəsinin aşağı olması
məsləhət verilməsi işində bir maneədir. Bu müştərilər arasında, hansılarla ki, AP tibb
işçiləri ilə müzakirə olunub, mama-ginekoloqlar kontraseptivlərin istifadəsini
dəstəkləyiblər; amma tibb işçiləri seçimlərin tam siyahısını təqdim etməyiblər. Abort
olunan qadınların 80%-dən çoxunun uşaqların sayına görə bu üsula üstünlük verməsi
seçiminə müvafiq olaraq, tibb işçiləri öz müştərilərinə AP haqda dəqiq və ətraflı
məlumatlar verməlidirlər ki, onlar RS məqsədləri ilə əlaqəli tam təsəvvürə malik olsunlar.
Bir çox qadınlar çox yayılmış adi üsullarla (UDV və həblər) tanış olduğu halda, qadınların
əksəriyyəti təcili kontraseptiv həblərlə tanış deyillər və onları haralarda əldə etmək
mümkün olduğundan xəbərsizdirlər. Bu məlumat əhali arasında əsas kontraseptiv üsul kimi
cinsi əlaqədən çəkinmə üsulu istifadə edən qadınlarda təkrar abortların azalması üçün
xüsusilə vacibdir.
Həm abort və həm də ANX alan qadınlar gələcəkdə müasir kontraseptiv üsullarından
istifadə edəcəkləri fikrində olduqlarını göstərmişlər: onların 40%-dən çoxu UDV istifadə
edilməsinə üstünlük verdiklərini göstərirlər. Bu qadınlar hələ də UDV və oral
kontraseptivlərin təhlükəsizliyi və effekti ilə bağlı məqamlara görə narahatdırlar. Onların
çoxu, hələ bəziləri üçün aşkar olunmamış, müasir üsulların sağlamlıq üçün neqativ
nəticələrinin olacağı fikrinə görə narahatdırlar. Bəzi tibb işçiləri də müasir kontraseptiv
üsulların sağlamlığa neqativ təsirlərinin olmasına inanırlar və bu da müasir üsulların tətbiqi
və qəbuluna öz təsirini göstərə bilər. Bundan əlavə, bir çox tibb işçiləri UDV-in qoyulması
təlimlərini keçsələr də, təcrübədə bunu etmədiklərindən, bu, həkimlərin bu proseduru
həyata keçirməsində həvəssizlik nümayiş etdirməsinə səbəb ola bilər. Baxmayaraq ki, tibb
işçilərinin 100%-i müştərilərinə AP üzrə məsləhət vermələri işində öz bacarıqlarına əmin
olmalarını söyləyirlər, onların AP üsulları haqda bilikləri optimal səviyyədən aşağı olub:
onlardan yalnız 36%-i UDV, kondomlar və həblərin tətbiqini həyata keçirə bilib və
hamiləlikdən qorunmaq efektliliyini düzgün korreksiya edib. Bu əminlik və üsullarla
əlaqəli qeyri-dəqiq məlumatlılığın ona əlavə olunması potensial kontraseptiv istifadəçiləri
arasında cəfəngiyatın təbliğinə səbəb ola bilər.
Bu tədqiqatda əməkdaşlıq edən tibb müəssisələrinin kontraseptivlərlə təminatı
araşdırılmayıb, müşahidələr göstərir ki, bu müəssisələrdə UDV və həblər nadir hallarda
olur: bu da üsulların az tətbiqini qismən izah edə bilər. Əvvəlki illərdə Əhalinin aktivliyi
üçün Birləşmiş Millətlər Fondu ehtiyat materialları ilə təchiz edib, amma 2011-ci ildən
kontraseptivlərin ehtiyatının yaradılması üçün Azərbaycan höküməti tam cavabdehlik
daşıyır. Kontraseptiv təhlükəsizliyinin inkişafı üçün istiqamətləndirilmiş səylər olmadan
AP-nın tətbiqinin dəyişdirilməsi az ehtimal olunandır.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
Dostları ilə paylaş: |