Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.01.2017
ölçüsü2,59 Mb.
#5213
1   2   3   4   5   6

Nümunələr və iştirakçılar 

Müəssisələr 

Bu tədqiqat üçün maraq kəsb edən abort, AP və ANX həyata keçirən Bakıdakı ictimai 

sektoru sağlamlıq müəssisələri olub. Biz ancaq bu üç xidmətin üçünü də  həyata keçirən 

müəssisələri ona görə seçdik ki, xidmətlərin hamısını  həyata keçirə bilən tibb işçiləri 

sorğulamaq istəyirdik. Bakıda on üç müəssisə bizim meyarları uyğun idi; biz qərara aldıq 

ki, nümunələri 10 ən böyük müəssisədə əldə edək. Anketlərdəki həssas xüsusiyyətlərə görə 

dörd müəssisə bizimlə  əməkdaşlıq etməkdən imtina etdi və biz ümumi olaraq doqquz 

əməkdaşlıq edəcək müəssisə ilə qaldıq.  

 

Müştərilər 

Maraq dairəsində Bakıdakı seçilmiş ictimai sektor müəssisələrində abort, AP, yaxud ANX 

alan qadın müştərilər olub. Bu üç müştəri tipi ona görə seçilib ki, onlar AP üçün təcili və 

yaxud gələcəkdə ehtiyacı olan qadın qrupunu təmsil ediblər, eləcə də bu xidmət axtaranlara 

kontraseptiv məsləhətlər təklif olunacaq. Bundan savayı, RS xidmətləri içərisində biz abort 

xidmətinin qiymətini müəyyən etmək istədik və ona görə müqayisə üçün ANX və AP 

xidmətləri alan müştəriləri də daxil etdik. Müştərilər müəssisəni tərk etdikdə, yaxud tibb 

heyyətindən uzaqlaşandan sonra cəlb olunub. Müştərilərlə razılıq  əsasında müəssisənin 

tənha bir hissəsində müsahibə aparılıb.   

 

Bu tədqiqat üçün münasib olmalı müştərilər aşağıdakı şərtlər daxilində olmalı idi: 



1.  Azı 21 yaş, yaxud 18–20 yaşlar arasında və ərli qadın olmalı

5

 



2.  Abort, AP təchizatı, yaxud məsləhəti və ya ANX xidməti üçün müsahibə günü tibb 

müəssisəsinə gələnlər; 

3.  Ümumi anesteziya edilməyənlər

6

 



 

                                                 

5

  Baxmayaraq ki, Azərbaycanda 18 yaş  həddi-buluğa çatmış yaş sayılır, nəzərə alınmalıdır ki, 21 yaşına 



  qədər olan ərdə olmayan qadından AP və abortdan istifadə etməsi haqda soruşmaq mənən bir qədər uyğun 

  gəlmir.   

6

  Ümumi  anesteziyaya  məruz qalmış qadınlar bu proseduradan sonra razılıqlı  məlumat vermək imkanında 



 olmur. 

 


 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Müştərinin imtina faizi bu tədqiqat üçün 26% olub. İmtina edənlərə mühasibə üçün 



əməkdaşlıq etmək istəməyənlər və müsahibə tamamlanmamış onu yarımçıq qoyan fərdlər 

daxildir.  İmtina üçün mümkün səbəblər məhdudiyyətlər bölməsində  təsvir olunub. Cəmi 

405 müştəri ilə müsahibə aparıldı; onlardan dördü təhlildən çıxarıldı, çünki onlar haqda 

məlumatlar toplanma dövründən sonra əldə olunub, və iki nəfəri də protokola müvafiq 

aparılmadığı üçün araşdırmadan çıxarılıb (Cədvəl 1). Yekun müştəri sayı 399 nəfər olub. 

 

Cədvəl 1. Müştəri tipinə görə əməkdaşlıq edənlərin xülasəsi  



 

Müştərilərin sayı 

Abort ANX  AP  Cəmi 

Cəlb olunmuş 279 

243 

29 


551 

Uyğun gəlməyən 

5 0 0 5 

İmtina edən 69 

63 



141 



Təhlildən çıxarılanlar 

2 0 4 6 


Yekun nümunə seçim həcmi 

203 180  16 399 

 

Təchiz edənlər 

Biz seçilmiş ictimai sektor müəssisələrində maraq dairəmizdə olan xidmətlərdən (abort, 

AP, yaxud ANX) azı birini həyata keçirmiş 60 mama-ginekoloqla müsahibə apardıq. 

Hazırda mama-ginekoloq kimi çalışanların siyahısı  hər bir müəssisədən  əldə olunub və 

onların arasından cəmi 60 nəfəri təsdfi seçim edilib. Təchizçilər şəxsən növbənin sonunda 

dəvət olunublar. Müsahibələr müəssisədə, xidmət göstərənin özünü çox rahat hiss etdiyi bir 

otaqda aparılıb.   

 

 



Məlumatların toplanması 

“SIAR Research and Consulting” yerli tədqiqat agentliyi 2012-ci il mart ayında 10 gün 

məlumatların toplanması üçün 16 qadın-müsahibə götürəni muzdlu əməyə  cəlb etmişdir. 

Bu 10 gün ərzində bütün müəssisələrdə abort olunan müştərilər haqda məlumatlar toplanıb. 

Hər bir müəssisədən iki gün ərzində ANX və AP müştəriləri haqda məlumatlar toplanıb. 

ANX və AP müştəriləri haqda toplanmış  məlumatlar abortla müqayisədə az olub, çünki 

ANX müştərilərinin abort müştərilərinə nisbəti  əvvəlcədən xidmət statistikasında kobud 

şəkildə 5:2 olub. ANX və AP müştərilərindən eyni gündə müsahibə alınıb, çünki onlar eyni 

təchizçi tərəfindən baxılmış və onlar eyni çıxışdan çıxmışdılar. Büdcənin məhdudiyyəti və 

AP ilə əlaqəli müştəri axınının az olması səbəbindən daha geniş həcmdə AP müştərilərinin 

əldə olunması üçün əlavə  səylər edilməyib. Müsahibədən sonra müştərilərə vaxtlarının 

alınması ilə  əlaqəli, kompensasiya məqsədilə evlərinə taksi ilə getmələri təklif olunub (6 

AZN, yaxud 8 ABŞ $-a qədər). Təchizçilərə  əməkdaşlıq etdikləri üçün yeməli kiçik 

şirniyyat məmulatı təklif olunub.   

 

Bu tədqiqat üçün dörd məlumat vasitəsi istifadə olunub: biri hər bir müştəri üçün və 



biritəchizçi üçün. Bütün vasiələr  əsaən bir cavab tələb edən suallardan ibarətdir, ancaq 

sualların bəzilərinə bir neçə cavab verilə bilərdi ki, bu da cavab verənlərə imkan verir ki, 

stimul verən xüsusi hallara daha ətraflı cavab versinlər.   

 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



9

 

Müəyyənləşdirmələr 



Müasir kontraseptiv vasitələr 

Bu tədqiqatda “müasir” hesab edilən kontraseptiv vasitələrə UDV, oral kontraseptivlər, 

kondomlar, kontraseptiv halqa, spermasidlər və  təcili həblər aid edilib. Implantlar və 

inyeksiya formasında preparatlar da müasir hesab edilir, amma onlar haqda cavab verənlər 

heç vaxt danışmayıblar.  

 

Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr



  

Əvvəlki tədqiqatlar göstərdi ki, Azərbaycanda qadınlar və tibbi xidmətlə təchiz edənlər əlavə 

təsirləri (yaxud sağlamlıq problemləri) müasir kontraseptivlərin istifadəsində  əsas maneə 

kimi görürlər (IPPF European Network, 2012; SSC və Macro, 2008). Müasir vasitələr 

ümumi əlavə təsirlərə malikdir və qadınların naraharçılığına səbəb olan bəzi əlavə təsirlər ola 

bilsin ki, bu vasitələrlə əlaqəli deyil, yaxud həddən çox şişirdilib (Serbanescu et al., 2005). Bu 

tədqiqat üçün aşağıdakı sağlamlıq problemləri şişirdilmiş və ya dezinformasiya kimi sayıla 

bilər. Biz hormonal və qeyri-hormonal UDV-ləri fərqləndirməmişik.  



 

Üsul 

Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr  

Kombinə olunmuş oral 

kontraseptivlər (həblər) 

Süd vəzisi xəstəliyi, xərçəng, kistalar, ölüm, tüklərin inkişafı, 

sağlamlıq problemləri, hormonal disfunksiyalar, sonsuzluq, 

qaşınma/qızarma, qara ciyər zədələnmələri, uçaqlıq problemləri 

UDV Allergiya, 

xərçəng, köpmə, eroziya, tüklərin inkişafı, hormonal 

dəyişikliklər, sonsuzluq, iltihab, böyrək xəstəlikləri, miqrasiya, dəri 

problemləri, çəki artımı 

 

Lazım olmayan testlər və həkimin qəbuluna gəlmələr 

Azərbaycandakı aparılmış əvvəlki tədqiqatlar göstərdi ki, tibbi xidmətlə təchiz edənlər öz 

gəlirlərini artırmaq məqsədilə müştərilərə lazımsız testlər təyin edir və artıq sayda həkimə 

gəlişləri məsləhət görürlər (Armand et al., 2007; Bradley və Mursagulova, 2006). Tibbi 

xidmətlə  təchiz edənlər AP üçün hansı “tipik” proseduraların tələb olunduğu və bununla 

əlaqəli həkimə  gəlişlərin hansı sayda olması soruşulub. Test/proseduraların və  həkimə 

gəlişlərin sayı haqda həkim və müştərilərin məlumatları ÜST-nin rəhbər vəsaiti və AP/RS 

üçün Azərbaycanın milli protokolu ilə müqayisə edilib. Aborta gələn müştərilərin rutin 

gəlişləri sayı haqda soruşmaq, eləcə  də onları AP müştərilərinin gəlişləri ilə müqayisə 

etmək çox vacib idi. Bu müqayisə bizə tibbi xidmətlə təmin edənlərin həddən çox testləri 

və  həkimə  gəlişləri bütün xidmətlər üçün rutin olaraq tələb etmələrini, yoxsa ancaq AP 

üçün olmasını görməyə imkan verər.  

 

 

Təhlillər 



Bu tədqiqatda olan təhlillər təsvir olunandır. Tezliklər X

2

 testləri, orta və ara şəklində 



təqdim olunub. Açıq sualların (bir neçə cavabı olan suallar) təhlili üçün. Mətn “SIAR 

Research and Consulting” heyyəti tərəfindən azərbaycan dilindən ingilis dilinə  tərcümə 

olunub, sonra SPSS proqramına daxil edilib və qruplaşdırmaq üçün Excel proqramına 

ötürülüb. Bir neçə suala qadınların verdiyi oxşar cavablar tərcümə prosesində 

qruplaşdırılıb.   

 


 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



10 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Gəlir səviyyəsi 

Bu tədqiqat üçün müştəri gəliri ailənin aylıq ümumi gəlirinin üç kateqoriyası  nəzərə 

alınaraq qiymətləndirilib. Bu kateqoriyalar ekspert rəyinə  əsaslanıb, belə ki, milli gəlirin 

adam başına düşən aylıq gəlir orta gəlir kateqoriyası kimi qəbul olunub və kateqoriyalar 

Albaniyada həyata keçirilən paralel tədqiqatlardakı oxşar rəqəmlərə uyğunlaşdırılıb.   

 

Məlumatlılıq əlaqəli suallar  

Məlumatlılıqla  əlaqəli sualların düzgün cavablandırılmışları hesabatda nəzərə alınıb. 

“Bilmirəm” cavabları düzgün deyil kimi kodlaşdırılıb.    

  

Ödənişlər 

Bütün maliyə məlumatları AZN ilə verilib. Sorğu aparanlar cavab verənlərdən köhnə manat 

deyil yeni manatdan istifadə etmələrini xahiş ediblər. Məlumatların toplandığı dövrdə ABŞ 

dollarının orta hesabla kursu belə idi: 2012-ci il, martın 15-də 0,786 AZN=ABŞ $1,00).

7

 

Məlumatların toplandığı vaxtdan asılı olaraq bu kurs bir qədər fərqli olub.  



 

Bu sənəddə iki tip ödəniş haqda qeyd olunub: müsahibə götürülən gün həkimə  gəliş üçün 

ödənilən ümumi məbləğ və dərmanların müəssisələrdə alınması, laboratoriya testləri üçün və 

heyyətin nümayəndələrinə aparılmış ödənişlər. Ümumi ödəniş proseduralar, müəssisədəki 

testlər, prosedura ərzində  və proseduradan sonra istifadə olunmuş  dərmanlar, qeydiyyat və 

heyyətə xərclənən məbləği əhatə edir. Çoxsaylı ödəmələrin miqdarını soruşduğumuz qadınlar 

bunun dəqiqliyi ilə nə qədər olduğunu hesablaya bilmədilər və biz böyük xəta çərçivəsində, 

təxmini olaraq iki ümumi məbləğin ən azını “götürdük”. Başqa bir qeyd edilməmişsə, abort 

olunan müştəri üçün testlər və laborator müayinələr abort prosedupasının olduğu gündə yox, 

başqa bir gündə  həyata keçirilmişdi, amma bu işdə marağı olan müəssisədə  həyata 

keçirilmişdi.   

 

Tərtib olunmuş tapşırıq 

Kontraseptiv vasitələr və aborta dair nisbi fikirləri aydınlaşdırmaq üçün həm müştəri və 

həm də  təchizçilərdən müxtəlif sualları cavablandırmaq xahiş olundu (verilmiş kartların 

müxtəlif mövzuya müvafiq düzülüşü ilə). Hər bir kart müxtəlif kontrasepsiya üsullarını 

göstərirdi: UDV, həb, kondomlar, təcili kontraseptiv həblər və cinsi yaxınlıqdan çəkinmə; 

əlavə olaraq, bir kartda “abort” sözü olub. Müştərilərdən bu kartların müxtəlif 

xüsusiyyətlərə görə aşağıya düşən ardıcıllıqla düzsülməsi xahiş olunmuşdur: təhlükəsizlik, 

effektlilik, istifadəsinin asanlığı, partnyora üstünlük, ailəyə üstünlük və  şəxsə üstünlük. 

Təchizçilərin sorğulanması  təhlükəsizlik, effektlilik və müştəriyə üstünlük çərçivəsində 

aparılıb. Əlavə olaraq, təchizçilər üçün kontraseptiv məsləhətə maneələr kartı əlavə olunub. 

Kartda sadalanan maneələrə aid olub: bilik, təchizat, müştəridən asılı olması, gəlirli olması, 

vaxt məhdudiyyəti və sağlamlıq problemləri (əlavə təsirlər).  

 

Cavab verənlərə icazə verilib ki, haqqında məlumatı olmadıqları kartları tapşırıqdan kənara 



qoya bilərlər. Cavab verənlərin 75%-dən azının istifadə etdiyi hər hansı bir kart bizim 

                                                 

7

 XE Valyuta cədvəli: AZN—Azerbaijani New Manat. Müraciət edilib Okt. 2, 2012-ci il tarixində



 www.xe.com/currencytables/?from=AZN&date=2012-03-15. 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



11

 

təhlildə yer almayıb. Tapşırıqda eyni kartları istifadə edənlər üçün düzlmüş kartların təhlili 



məhdudlaşdırılıb. Kartların düzülüşündə qoşa düzümlər də olub.  

 

Müştəri və  təchizçidən müxtəlif kontraseptiv üsulların effektliliyinə müvafiq çoxdan aza 



doğru düzülüşü xahiş olunduqda, düzgün ardıcıllıq belə olmuşdur: UDV, həb, kondomlar, 

cinsi yaxınlıqdan çəkinmə (Hatcher et al., 2011). 

 

 

İnsan tədqiqatlarında iştirak edənlərin mühafizəsi  



Bu tədqiqat “Protection of Human Subjects Committee of FHI 360” və Azərbaycan SN 

tərəfindən təsdiqlənib. Gizli saxlamaq üçün müştərilərdən  şəxsi müəyyənləşdirən 

məlumatlar toplanmayıb. Baxmayaraq ki, mama-ginekoloqların təsadüfi seçimində 

təchizçilərin adları  tələb olunub, onların adları heç bir araşdırma formalarında qeyd 

olunmayıb və  məlumatlar toplanandan sonra həkimlərin həmin siyahısı tez bir zamanda 

ləğv edilmişdir. Bu tədqiqatda toplanmış məlumatlar onlar toplandığı gün gizli qovluqlarda 

saxlanıb və sonra günün sonunda etibarlı kabinetlərdə yerləşdirilib. Heç bir müsahibə 

iştirakçının şifahi razılığı olmadan aparılmayıb.   



 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



13

 

Nəticələr 

 

 

 



Nəsilartırma imkanlarının tənzimlənməsi üçün müasir kontraseptiv vasitələrin istifadə 

edilməsi, yaxud arzuolunmaz uşaq dünyaya gətirmələrindən qorunmaları üçün cinsi 

əlaqədən çəkinmə və/yaxud abort variantının seçilməsi üçün qadınların verdiyi qərarlar bir 

çox amillərdən irəli gəlir. Burada verilmiş  nəticələr bu amillərdən bəhrələnərək müxtəlif 

bölmələrə bölünmüşdür. Birinci bölmədə  təsvir olunmuş  tədqiqatlar nümunəsinə aidir: 

müştərilər üçün onların sosial-demoqrafik xüsusiyyətləri daxildir; təchizçilər üçün onların 

təlimləri və cari xidmət təchizi təcrübələri.  İkinci bölmədə  təqdim olunan tibb 

müəssisələrində AP üzrə müştərilərin istifadəsinə cəht etdikləri məsləhətlər, vasitələr, eləcə 

də onların istifadəsidir. Digər bölmələr AP vasitələrini qəbul və istifadə etmək üçün edilən 

cəhtlərin potensial səbəblərini müəyyənləşdirməkdən ibarətdir: səhiyyə sistemi amilləri (3-

cü bölmə), məlumatlılıq (4-cü bölmə) və əmin olma (5-ci bölmə). Səhiyyə sistemi amilləri 

üzrə bölmə xidmətlərin yerləşməsi, xidmət təchizatına olan maneələr, müxtəlif RS 

xidmətləri üçün testlər, məsləhət görülən həkimə  gəlişlərin sayı  və xidmət üçün ödəniş 

aparmadan ibarətdir.    

 

AP müştərilərinin çox az sayda olması səbəbindən o sorğudan alınmış nəticələr sonda – 6-



cı bölmədə təqdim olunmuşdur.   

 

 



1. İştirakçıların xüsusiyyətləri 

1.1. Xidmət göstərənlərin demoqrafik göstəriciləri, təlimləndirilmələri və 

göstərdiyi xidmətlər  

Cədvəl 2-də (səhifə 14) bu tədqiqata daxil edilmiş  həkimlərin xüsusiyyətləri verilib. 

Əməkdaşlıq edən bütün mama-ginekoloqlar qadın olub. Onların orta yaşı 50 olub və 

mama-ginekoloq kimi iş stajları orta hesabla 23 il olub.   

 

Müsahibə alınan 60 xidmət göstərənlərin yeddisi (12%),



8

 abort xidmətini göstərir, amma 

təxminən hamısı ANX-ri göstərir (98%). Mama-ginekoloqların 70%-i məlumat veriblər ki, 

qadınlar əsasən AP xidmətləri üçün müraciət edirlər.   

 

Mama-ginekoloqların çoxu məlumat veriblər ki, RS təlimlərini lazımi səviyyədə son 



zamanlar almışlar. Onlarin 75%-dən çoxu məlumat veriblər ki, AP və ANX xidmətləri üzrə 

aldıqları  təlimlər son beş ilin ərzində olub. Müqayisə üçün, məlumat verənlərin 42%-i 

həmin vaxt intervalında abort xidmətləri üzrə  təlim keçdiklərini deyir; faktiki olaraq, 

müsahibə verən həkimlərin 50%-i abort xidmətləri üzrə  təlim keçməmişlər. AP təlimləri 

Azərbaycanda müasir üsullardan daha çox istifadə olunan UDV, həblər və kondomlardan 

ibarətdir. Təcili kontraseptiv həblər və inyeksiya oluna bilən kontraseptivlər (ölkədə əlçatan 

                                                 

8

  Tədqiqatın planlaşdırılması mərhələsində yerli tədqiqatçılar məlumat verdilər ki, bütün mama-ginekoloqlar 



  abort, ANX və AP xidmətləri üzrə təlimli və təcrübəlidirlər, amma praktiki işləyən mama-ginekoloqların 

 çoxu 


məlumat verdilər ki, onlar faktiki olaraq heç zaman abort əməliyyatını həyata keçirməyiblər.    

 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



14 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

olsa da) haqda təlimlərdə olan mam-ginekoloqların ¾-dən də azı məlumatlıdır. Bu göstərici 



AP məsləhətlərinin tam şəkildə  təklif olunması üçün maneçilik törədir. Bundan başqa, 

həkimlərin çoxu üçün UDV təlimi praktiki yerləşdirmə komponentini əhatə etməyib; 

onların ancaq 22%-i nə zamansa təlimdə UDV yerləşdirmişlər. Bu – UDV qoyulması üzrə 

bacarığa görə olan çatmazlıq (klinik və praktik) təlimi təchizçilər tərəfindən üsulun 

tətbiqinin təklifində gizlədilməyə səbəb ola bilərdi.    

 

Cədvəl 2. Təchizatçinın demoqrafik xüsusiyyətləri və təklif olunan xidmətlər 



Xüsusiyyətlər 

Təchiz edən 

orta, yaxud % 

(n=60) 

Qadın (%) 

100 

Orta yaş (il) 



50 

Mama-ginekoloq kimi orta staj ili 

23 

Müştəri tipi (%) 



Abort 12 

ANX  


98 

AP  


70 

Sonuncu ANX təlimi (%) 

Keçmiş illər ərzində  

33 


1–5 il əvvəl 50 

5 ildən çox əvvəl  

12 

Heç vaxt 



Sonuncu abort təlimi (%) 

Keçmiş illər ərzində 24 

1–5 il əvvəl  

18 

5 ildən çox əvvəl 8 



Heç vaxt  

50 


Sonuncu AP təlimi (%) 

Keçmiş illər ərzində 40 

1–5 il əvvəl  

35 


5 ildən çox əvvəl 17 

Heç vaxt  

Müzakirə ediləsi AP təlimli üsullar* (%) 



UDV  

75 


Həblər  

73 


Kondomlar  

60 


Təcili kontraseptiv həblər  

23 


Inyeksiya oluna bilən kontraseptivlər 18 

Implantlar 13 

Qadın sonsuzluğu  

10 


Digərləri

 23 



UDV təlim vaxtı yerləşdirənlər (%) 

22 


* Çoxsaylı cavablar mümkündür 

 



Digərlərinə daxildir: təqvim ritmi, spermasid və kontraseptiv həlqə.

 

 



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



15

 

1.2. Müştərinin demoqrafik xüsusiyyətləri  

Cədvəl 3 bu tədqiqatda müsahibə götürülən abort və ANX xidmətləri almış müştərilərin 

xüsusiyyətlərini göstərir. Abort və ANX xidmətləri almış müştərilər evlilik status, təhsil və 

gəlir üzrə oxşar, amma RS xüsusiyyətlərinə görə fərqli olmuşlar. Orta yaşı 26 olan ANX 

müştəriləri abort müştərilərindən (orta yaş 30) cavan olmuşlar. Bundan başqa, ANX 

müştəriləri daha az uşağa malik olub, abort müştərilərindən az abort olunmuşlar; bu 

göstərici abortların sayı üçün nəzarətdən sonra qalır. (Cədvəl 4, səhifə 16). Bu, yəqin ona 

görədir ki, müsahibə götürülmüş ANX və abort müştəriləri reproduktiv ömrün müxtəlif 

mərhələlərindədirlər.  

 

Abort müştərilərinin uşaqlarının sayı onların  əvvəllər olunduqları abortların sayı ilə 



bağlıdır. Heç uşağı olmayan, yaxud bir uşaqğı olan qadınların böyük ehtimalla, əvvəllər bir 

abort olunduğu halda, bir, yaxud daha çox uşağı olan qadınların təkrar abortları olmuşdur 

(Cədvəl 4). Bu onu göstərir ki, belə qadınlar ailədə sayı  tənzimləmək üçün abortdan bir 

vasitə kimi istifadə etmişlər.   

 

Cədvəl 3. Müştərinin demoqrafik xüsusiyyətləri  

Xüsusiyyətlər 

Müştəri tipi 

Abort 

orta, yaxud % 

(n=203) 

ANX 

orta, yaxud % 

(n=180) 

Orta yaş (il) 

29 

26 


Ərli (%) 

95 


99 

Ailənin ümumi aylıq gəliri (%) 

0–200 AZN 

11 


201–500 AZN 

63 

66 


>501 AZN 

21 21 


Bilmirəm 3 

İmtina edilmiş 2 



Ən yüksək təhsil səviyyəsi (%) 

İlkin/ibtidai 6 

Aşağı sinif 



37 

39 


Yuxarı sinif 

32 


24 

Tam təhsil 26 

31 

uşaqları (%)  



93 

59 


Uşaqların orta sayı 1.8 

0.9 


Müsahibədən əvvəl nə vaxtsa abort 

olması (%)*

 

64 37 


Abortların orta sayı*

† 

2.6 0.6 



*  Ancaq 151 ANX müştəriləri bu suallara cavab veriblər. 

 



Abort müştəriləri üçün

 

bura cari abortlar da daxildir. 



 


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin