Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.01.2017
ölçüsü2,59 Mb.
#5213
1   2   3   4   5   6
Partnyorun üstünlük verdiyi 

Partnyor UDV-ni ən çox xoşlayır. 48 

56 

Partnyor cinsi yaxınlıqdan çəkinməni ən çox xoşlayır.  





Ailənin üstünlük verdiyi 

Ailə UDV-ni ən çox xoşlayır. 68 

61 


Ailə cinsi yaxınlıqdan çəkinməni ən çox xoşlayır. 9 

10 


Qeyd: Bunlardan başqa beş kartı çeşidləyənlər (abort, UDV, həb, kondomlar, cinsi əlaqədən çəkinənlər)

 

 



6. AP müştəriləri 

Bakının tibb müəssisələrində AP xidmətlərinin az sayda həyata keçirilməsi ilə  əlaqədar 

olaraq, biz çox az sayda AP müştərilərinindən müsahibə götürdük (n=16). Belə kiçik seçim 

həcmi ilə biz proporsiyaları hesablamaq və bu müştəriləri digər iki müştəri qrupu ilə 



 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



34 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

müqayisə etmək istəmədik. Amma bu kiçik nümunədən bəzi müşahidələri qeyd etməyə 



dəyər.  

 

RS xidmətlərini həyata keçirən tibb müəssisələrində AP xidmətləri arayan bu 16 qadının, 



orta hesabla 28 yaşı, 1,6 uşağı  və 2,6 abortu olmuşdu. Bu AP müştərilərinin demoqrafik 

oxşarlığı abort müştərilərinə daha çox olmuşdur, nəinki ANX müştərilərinə. Bu göstəricini 

qeyd etməyə  dəyər, çünki bu, kontraseptiv vasitə axtaran bu qadınların uşaq dünyaya 

gətirmək və abort təcrübəsinə malik olduğunu göstərir və digər tərəfdən bu qadınlar 

qoruyucu tədbir əldə etmək qərarına gəliblər.   

 

Müsahibə götürülmüş bu 16 AP müştərisinin öz menstrual sikllərinin ən yaxşı nəsil artımı 



vaxtı haqda və abortdan sonra nəsilartırma imkanlarının geri qayıtması haqda dəqiq 

məlumatları var idi. Əksəriyyəti (16 qadından 12-si) müxtəlif kontraseptiv üsulların (UDV, 

kondomlar, ritim və  təqvim) adlandırılması ilə kifayət qədər yaxından tanış idilər, eyni 

zamanda qadınların yarısından azı (yeddi) oral kontraseptivlərə toxundular. AP 

xidmətlərini axtaran qadınlar arasında üç nəfəri UDV uzun müddət təsir edən üsul və azı 

beş il effektli olmasını bildi.  

 

AP xidmətləri üçün mama-ginekoloqa gedəndən sonra müştərilərin kontraseptiv üsullarının 



effekti haqda bilikləri ancaq dəqiq olub. 12 qadından ancaq üçü hamiləlikdən qorunmaqda 

effektliliyinə görə bu üsulları öz düzgün sırasına düzməyi bacarıb. Hələ  də onların 

əksəriyyəti hamiləlikdən qorunmaqda həbləri kondomlardan az effektli kimi hesab edirlər. 

Həblərin istifadəsi ilə bağlı onların narahatçılığında hələ də əlavə təsirlər (real və tibbi əsası 

olmayan) böyük rol oynayır.   

 

Müsahibə götürülmüş müştərilərdən təxminən üçü UDV istifadəsini seçib və onların 



yarısına həkimə gəldiyi gün UDV tətbiq edilib. 5-ci cədvəldən göründüyü kimi, bu heç də 

gözlənilməz dyil ki, bizim nümunəmizdə qadınların çoxu UDV seçiblər, belə ki oral 

kontraseptivləri əldə etmək üçün onlar həkimə yox, aptekə getməli idilər. Çoxları dedi ki, 

onlar UDV-ni həkim məsləhət gördüyü üçün seçiblər, o ən az narahatçılığa səbəb olur və 

onların portyoru bu üsulu digərlərindən daha çox xoşlayır.    

 

Həkimə  gəldiyi gün UDV yerləşdirilmiş  səkkiz qadından yeddisi xidmətə görə ödəniş 



aparıb və biri bu suala cavab verməkdən imtina etdi. Ödəniş edənlərdən bu yeddi nəfəri 

orta hesabla 35 AZN (US $44) verib. Ödəmə sualına cavab verməkdən imtina etmiş qadın 

isə bildirdi ki, bura gəlməmişdən  əvvəl ödənişin təxminən 30 AZN (US $38) olcağını 

gözləyirdi. Bu ödənişə müəssisədə müsahibə götürülən gün edilən bütün ödənişlər daxildir: 

qadınların çoxu üçün UDV-in özü bura daxil deyil. Ancaq bir qadın məlumat verdi ki, 

UDV-ni müəssisəyə özü gətirib, amma onun qiymətini soruşsaq da buna cavab vermədi.  

 

Qadınlardan beşinə onların müəssisəyə  gəldiyi gün UDV yazıldı  və lazımi testlərdən 



keçməli oldular. Bu beş qadından üçü ödəniş apardı və orta ödəmə 13 AZN (US $16.50) 

oldu.  


 

16 AP müştərisindən yeddisi məlumat verdi ki, onlara həkimə  gəldiyi gün ultrasəs 

müayinəsi olundu və üçü isə qan analizləri götürüldüyünü dedi.   


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



35

 

Məhdudiyyətlər 

 

 

 



Bu tədqiqatın nəticələrini qeyd etməmişdən əvvəl bəzi məhdudiyyətlər müzakirə 

olunmalıdır.  

 

 

Ödənişlərin müxtəlifliyində çatışmazlıq 



 

İdeal olaraq, AP xidmətlərində maliyə stimulunun rolunu müəyyənləşdirmək üçün biz 

müəssisələrdə qeyri-rəsmi ödənişlərin miqdarında müxtəlifliyi və eləcə  də AP təchizinin 

səviyyəsini tədqiq etməli olduq. Ancaq, ödəniş müxtəlif yerlərə edilməsi və AP 

istifadəsinin az olması  səbəbindən bu ideal tədqiqat mümkün olmadı.  Əgər ödəniş 

səviyyəsində müxtəlifliyi əldə etmək mümkün olarsa (ya müdaxilə yolu ilə, ya da coğrafi 

sahələrlə), gələcəkdə bu sualı araşdırmaq yaxşı olardı.   

 

 



İmtina tezliyi 

 

Bu hesabatın üsular bölməsində  təsvir olunmuş müştərilər arasında imtina tezliyi 26% 

olduğundan, bu tədqiqatda nəticələr məhduddur. Qadınların ¼-nin əməkdaşlıqda zəiflik 

göstərməsinin bəzi mümkün səbəblərinə aşağıdakılar aiddir: 

  Bu tədqiqata iki həssas mövzu cəlb edilmişdir: abort/AP və qeyri-rəsmi ödənişlər. 

İmtina tezliyinin yüksə olmasının bir hissəsi çox güman ki, qadınların bu mövzunu 

müsahibə götürənlə müzakirə etmək istəməməsidir.  

  Müsahibə gütürülən qadınların həkimdən çıxandan sonrakı vaxtı, xüsusilə  də abort 

müştəriləri üçün, çətin və mürəkkəb bir vaxtdır. Bəzi qadınlar müsahibə olunmaq üçün 

özünü kifayət qədər yaxşı hiss etmirlər. Əfsus ki, belə bir halda biz qadınların xidmətlər 

üçün nə qədər ödədiklərini və hansı xidmətlərin edildiyini bilmək istəyirdik, biz onların 

həkimə gəlişlərindən əvvəl müsahibə götürə bilmirdik. Bu tədqiqatdakı məqamlar gizli 

saxlanılmalı olduğundan, biz onların telefon nömrəsini götürə bilməzdik ki, müəssisəni 

tərk edəndən sonra onunla əlaqəsaxlamağa cəht edək.    

  Bəzi müəssisələrdə həkimlər müştərilərinə bizim tədqiqat suallarına cavab verməməyi 

deyirdilər. Bu, ola bilsin ki, son iki ildən artıq müddətdə dövlətin qeyri-rəsmi ödənişlər 

və korrupsiyanın digər növləri üzərində olan diqqətinin artması ilə  əlaqədardır. 

Əməkdaşlıq etdiyimiz müəssisələrdəki bütün baş  həkimlər tədqiqata köməklik 

göstəriblər və  tədqiqatın həyata keçirilməsindən  əvvəl onunla əməkdaşlıq etməyə 

razılıq veriblər, amma bəzi hallarda müəssisənin heyyət üzvləri əməkdaşlıq etməyiblər. 

Belə hallarda ölkədaxili tədqiqatmılar müəssisənin baş  həkimi ilə  təkrar görüşüb 

tədqiqatın məqsədini deyir, onun gizli saxlanılmasını əmin edir və öz heyyət üzvləri ilə 

yenidən danışmağı xahiş edirlər.   

 

İmtina tezliyinin yüksək olmasının  əsas səbəbi  əməkdaşların boyun qaçırmasıdır.  Əgər 



imtina təsadüfi xarakter daşımasaydı, o zaman biz müəyyən tip müştərilərdən cavabları 

itirə bilərdik. Qadınların niyə  əməkdaşlıqda zəiflik göstərməsini dəqiq bilməməyimiz 



 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



36 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

nəticələrimizə bizim cavab tezliyinin stimuledici təsirini başa düşməkdə bizim 



imkanlarımızı bir qədər də  məhdudlaşdırır. Ola bilsin ki, əməkdaşlıq etməyən qadılar 

özlərini pis hiss etmiş  və ya bir qədər imkansız olmuş, yaxud qeyri-rəsmi ödənişi digər 

əməkdaşlardan gizli saxlamaq istəmişdir, biz bunların hansının həqioqət olduğunu dəqiq 

bilmirik.   

 

 

Cavab verməyənlər  



Cavab verənlərin çoxu xidmətə görə ödəniş etdiklərini söyləsələrdə, ödənişin məbləğini 

açıqlamadılar. Ödəniş suallarına cavb verməmə halı bu sualların həssaslığı  səbəbindən 

gözlənilirdi. Həvəssiz cavablandırmaların ödəniş aparmış müştərilərin sayı  və ödənişin 

miqdarının bu tədqiqatda qiymətləndirilməsində çatmazlığa səbəb olacağını biz gözləyirik.   

 

 

Nümunə seçimi  



Müsahibə götürülmüş AP müştərilərinin sayının çox az olması, bu qadınlarla  əlaqəli 

nəticələrin yekunlaşdırılmasını  məhdudlaşdırır, amma bu bir daha Azərbaycanda 

kontraseptivlərin istifadəsinin təkmilləşdirilməsinin vacibliyini, o cümlədən, AP 

müştərilərinə dair gələcəkdə klinikadan kənar  əsasda tədqiqat üsullarının istifadəsi üçün 

ehtiyacları ön plana çəkir. Bundan əlavə, nəticələr göstərir ki, qadınların çoxu həbləri və 

kondomları aptekdənsə, həkimlərdən əldə edirlər. Bizim nümunə seçimi strategiyamız oral 

kontraseptivləri aptekdən  əldə edən qadınları  əhatə etməyib, odur ki, biz onların 

baxışlarının və/yaxud təcrübələrinin tibb müəssisələrində kontraseptiv əldə etmək istəyən 

qadınlardan necə fərlənməsini müəyyən edə bilmərik.   

 

Bizim nümunə seçimi strategiyamızda geniş sayda abort təchizçiləri olmadı. Nəticədə abort 



təchizçilərindən soruşulan prosedura, təcrübə  və inam ilə  əlaqəli bir çox suallar bu 

hesabatda təqdim oluna bilmədi. Mümkündür ki, abort təchizçilərinin kontraseptivlərlə 

əlaqəli seçimi və münasibəti bu tədqiqatda müsahibə götürülmüş təchizçilərin fikirlərindən 

fərqli olsun (əsasən də ANX və AP təchizçiləri); beləliklə biz bu potensial fərqləri 

genişləndirmək, yaxud istiqamətləndirmək üçün ehtimal edə bilmərik.   

 

Azərbaycanda AP üzrə müştərilərə iki tip təchizçi məsləhət verə bilər: mama-ginekoloqlar 



və mamaçalar (akuşerkalar). Biz ancaq mama-ginekoloqlardan müsahibə apardıq, çünki 

onlar əsas AP xidmətləri təchizçiləridir (Patsika et al., 2009). Biz müştərilərə yönəltdiyimiz 

suallarda ehtiyatlı olub, hökümən mama-gonekoloqun yox, ümumiyyətlə  səhiyyə 

təchizçisinin onlarla AP haqda danışıb-danışmadığını soruşduq. Bu yolla biz bütün 

potensial məsləhətçilərinin təcrübəsini əhatə eləməyə ümid etdik.   

 

 



Kompensasiya 

Məlumatları toplamış komandanın fikrinə görə təchizçilər, razılıq formasında vurğulandığı 

kimi, vaxtlarına görə kompensasiya edilməyib. Bu protokol qaydalarının pozulması haqda 

“FHI 360 təşkilatın Fərdlərin Müdafiəsi Komitəsi” nə məlumat verilib. Biz inanmırıq ki, bu 

protokol pozulması təchizçilərin cavablarının həqiqiliyinə təsir edib.   

 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



37

 

Razılıq prosesində məlumatlandırmanın bir hissəsi kimi təklif olunmuş evə aparmaq üçün 



olan taxsi pulunu heç bir qadın almamışdır. Bəzi müəssisələrdə belə  şaiyələr yayılmağa 

başlayıb ki, taxsilər qadınları sorğu aparılması üçün digər müəssisəyə aparmalı idi. Bu 

tədqiqat  ərzində  məlumat toplayanlar və  nəzarət edənlər qadınları  məlumatlandırmışdılar 

ki, taksilər qadınları düz evlərinə aparmalı idilər, amma indiyə kimi heç bir qadın taksi 

pulunu almayıb. Biz düşünmürük ki, taksi xidmətindən istifadə edilə bilməməsi tədqiqatın 

nəticələrinə biləvasitə  təsir edib: ancaq həssas məqamlar haqda danışmağa ümumi 

həvəssizlik baxımından bu qorxu simptomatikdir. Bu qorxu bəzi suallara cavabların 

verilməməsinin yüksək səviyyədə olmasını izah edə bilər.  



 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



39

 

Müzakirələr və əldə olunmuş əsas nəticələr 



 

 

 



 

Bu tədqiqat AP üsulları  və abort tətbiqində qadınların seçimlərinə  təsir edən amilləri, o 

cümlədən, maliyə stimulunun təchizçilərin RS xidmətlərinə edə biləcək təsiri araşdırıb.  

 

 



Ödənişlər 

Bu tədqiqatın məqsədi tibbi xidmətlər üçün edilən ödənişlərin Azərbaycanın Bakı 

şəhərində AP istifadəsinə təsirinin mümkünlüyünü araşdırmaq olub. Xidmətin abort, yaxud 

ANX olmasından asılı olmayaraq, qadınların  əksəriyyəti Bakıda RS xidmətlərinə görə 

ödəniş ediblər. Bir ANX gəlişi üçün ödəniş bir abort ödənişindən ucuz olub, amma uşağın 

doğulması üçün olan ödəniş abort ödənişindən lap çox olub. Ödənişin  əsas hissəsi 

həkimlərə edilib, amma biz AP istifadəsinin təchizçilər tərəfindən aktiv şəkildə gözdən 

salınması üçün biz heç bir sübut tapmadıq.  

 

Abortla  əlaqəli xidmətlər üçün ödənişlər məsləhətçinin təcrübəsindən asılıdır. Müasir 



kontraseptiv üsullar ilə  əlaqəli məsləhətlər verililən ödəniş etmiş qadınların payı daha az 

olub, nəinki ödəniş aparmayanlar. Bununla əlaqəli biz iki potensial səbəbi araşdırdıq: (1) 

Tibbi xidmət edənlər ödənişə müvafiq olaraq özlərinin məsləhət manevrini dəyişirlər; 

yaxud (2) müştərilər istədikləri xidmət növü üçün ödəniş aparırlar və onlar məsləhət almaq 

istəmirlər. Heç bir fikir əldə olunmuş  məlumatlarla öz təsdiqini tapmadı. Məsləhətin 

qadının xidmətlərdən əvvəl, yaxud sonra apardığı ödənişdən asılılığı yox idi, beləliklə bu

təchizçinin öz məsləhətini ödənişə  əsasən aparması ehtimalının olmaması deməkdir. 

Analoji olaraq, ödəniş etmiş müştərilər arasında müasir kontraseptivlərdən istifadə etmək 

istəyənlərin arzusunun həyata keçirilməsi müasir üsullar haqda məsləhət verilib-

verilməməsindən asılı deyil. Bizə aydın deyil ki, xidmət üçün ödəniş etmiş qadınlar müasir 

kontraseptiv üsulları barəsində  məsləhət almağa neqativ yanaşırlar. Bu mövzunun 

gələcəkdə tədqiq olunmasına ehtiyac var.  



 

Bu tədqiqat təchizçilər tərəfindən kontraseptiv istifadəçilərinin ÜST məsləhətlərindən fərqli 

olaraq, həkimə  gəlişlərinin və testlərin/proseduraların daha çox məsləhət görülməsi kimi 

bəzi faktları ortaya çıxarıb. Həkimə  əlavə  gəlişlər müştərilər üçün təkcə çox baxt tələb 

etmir, eyni zamanda xidmətlərə görə ödənişlərin miqdarını artıra bilər. Bundan başqa, 

həkimə əlavə gəlişlər müştərini müasir üsulların riskli olması fikrinə gətirib çıxara bilər. Bu 

əlavə  gəlişlər müştərilər arasında UDV istifadəsinin bahalı olması kimi şübhəli anlamın 

yaranmasına köməklik edə bilər. Həkimlər UDV və oral kontraseptivlərin istifadəsinin 

başlanmasını istəyən müştərilərə ultrasəs müayinəsini də  məsləhət verirlər. Ultrasəs 

müayinəsinə qadınların ehtimal ki, qeyri-rəsmi ödəniş etmələri həb istifadə edilməsi üçün 

maliyə və məntiqi maneə ola bilər.   

 

 



 

 


 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



40 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Qeyri-maliyə amilləri 

Bakıda müasir kontraseptivlərin istifadəsinə çox güman ki, bir neçə qeyri-maliyə amili təsir 

edir. Bu tədqiqatda abort müştərilərinə AP xidmətlərinin tətbiqi çox aşağı olub. Abort 

müştərilərinin ancaq 20%-i səhiyyə müəssisəsini kontraseptiv üsullarla tərk ediblər və tibb 

işçilərinin  əksəriyyəti müştərilərlə kontraseptiv vasitələr haqda söhbət aparmayıb. 

Müsahibə götürülmüş müştərilərin səhiyyə mütəxəssislərini AP məlumatlarının  əsas 

mənbəyi saymasını  nəzərə alsaq, bu, buraxılmış imkanları  təqdim etmiş olur. Təchizçilər 

hiss edirlər ki, onların müştərilərinin blik azlığı  təklif olunan məsləhətlər yolunda bir 

maneədir: bu, təchizçi ilə onun müştərisi arasında daha yaxşı kommunikasiyaya ehtiyacın 

olmasını göstərə bilər. Mama-ginekoloqlar kontraseptiv istifadəsini dəstəkləyən öz 

müştəriləri ilə AP müzakirə edən zaman tam seçim siyahısını  təqdim etməmişlər. Abort 

olunan qadınların 80%-dən çoxunun uşaqların sayına görə bu üsula üstünlük verməsi 

seçiminə müvafiq olaraq, tibb işçiləri öz müştərilərinə AP haqda dəqiq və  ətraflı 

məlumatlar verməlidirlər. Bir çox qadınlar çox yayılmış adi üsullarla (UDV və həblər) tanış 

olduğu halda, qadınların  əksəriyyəti təcili kontraseptiv həblərlə tanış deyillər və onları 

haralarda  əldə etmək mümkün olduğundan xəbərsizdirlər. Bu məlumat  əhali arasında 

əsasən cinsi əlaqədən çəkinmək üsulundan istifadə edən qadınlarda təkrar abortların 

azalması üçün xüsusilə vacibdir.  

 

Həm abort və həm də ANX müştəriləri gələcəkdə müasir kontraseptiv üsullarından istifadə 



edəcəkləri fikrində olduqlarını göstərmişlər: onların 40%-dən çoxu UDV istifadə etmək 

istəyiblər. Bu qadınlar hələ də UDV və oral kontraseptivlərin təhlükəsizliyi və effekti ilə 

bağlı  məqamlara görə narahatdırlar. Bu narahatçılıqların çoxu müasir üsulların sağlamlıq 

üçün neqativ nəticələrinin olacağı fikrinə görədir. Bəzi təchizçilər də müasir kontraseptiv 

üsulların sağlamlığa neqativ təsirlərinin olmasına inanırlar və bu da müasir üsulların tətbiqi 

və qəbuluna öz təsirini göstərə bilər. Bundan əlavə, bir çox tibb işçiləri UDV-in qoyulması 

təlimlərini keçsələr də, təcrübədə bunu etmədiklərindən, bu, həkimlərin bu proseduranı 

həyata keçirməsində həvəssizlik nümayiş etdirməsinə səbəb ola bilər. 

 

Təchizçilərin AP üsulları haqda bilikləri optimal səviyyədən aşağı olub. Beləliklə, UDV 



Azərbaycanda çox populyar müasir üsuldur və əvvəllər tətbiq olunmuş proqramlar UDV-

nin doğuşdan və abortdan sonra yerləşdirilməsi sahəsində  təchizçiləri təlimləndirmişdir, 

odur ki, Bakıdakı mama-ginekoqlar bu vasitəni yerləşdirmək vaxtını  dəqiqliyi ilə bilməli 

idilər, halbuki, yarısından az bir hissəsi UDV-nin abortdan dərhal sonra yerləşdirilməsinin 

mümkünlüyünü bilirdi. Bundan başqa, təchizçilərin ancaq 37%-i AP üsullarını onların 

effektliliyinin azalması düzgün sırası ilə sadalaya bilmiş  və  təchizçilərin 23%-i oral 

kontraseptivlər haqda köhnə, yaxud əsassız fikirlərə malik idilər. Təchizçilərin hamısı 

(100%) müştərilərinə AP məsləhətlərinin verilməsi işində öz bacarıqlarına əmin olduqlarını 

demişlər. Bu əminlik və üsullarla əlaqəli qeyri-dəqiq məlumatlılığın ona əlavə olunması 

potensial kontraseptiv istifadəçiləri arasında cəfəngiyatın təbliğinə səbəb ola bilər.  

 

Kontraseptiv vasitələr hələ  də Vacib Dərmanlar Siyahısına daxil edilməyib və döclət 



tərəfindən alınmır.  

 

Bu tədqiqatda  əməkdaşlıq edən tibb müəssisələrinin kontraseptivlərlə  təminatı 



araşdırılmayıb, müşahidələr göstərir ki, bu müəssisələrdə UDV və  həblər nadir hallarda 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



41

 

olur: bu da üsulların az tətbiqini qismən izah edə bilər. Əvvəlki illərdə Əhalinin aktivliyi 



üçün Birləşmiş Millətlər Fondu ehtiyat materialları ilə  təchiz edib, amma 2011-ci ildən 

kontraseptivlərin ehtiyatının yaradılması üçün Azərbaycan höküməti tam cavabdehlik 

daşıyır. Kontraseptiv təhlükəsizliyinin inkişafı üçün istiqamətləndirilmiş  səylər olmadan 

AP-nın tətbiqinin dəyişdirilməsi az ehtimal olunandır.  

 

Qadın sağlamlığı ilə əlaqəli ictimayətlə kommunikasiyanın yaxşılaşdırılması çərçivəsində 



Azərbaycan dövləti iki strategiyanı inkişaf etdirir. İctimai Sağlamlıq üçün Kommunikasiya 

Strtegiyası hazırda nəzərdən keçirilir. Bundan əlavə, Mama-ginekoloqların Tədqiqat 

İnstitutu ilə birgə Reproduktiv Sağlamlıq Kommunikasiya Strategiyası müştəriyə 

yönəldilmiş qayğı  dəstəklənərək, inkişaf mərhələsindədir. Bunlar siyasi öhdəçiliklər 

vasitəsilə AP məsləhətləri təcrübələrinin inkişafında müsbət əlamətlərdir.  

 

2012-ci ildə Brüseldə keçirilmiş  Dəlillərə  Əsaslnan Təbliğatın tətbiqi vasitəsilə 



Reproduktivlik Sağlamlıqda Tələb olunan Təhlükəsizlik nəzərə alınmaqla Milli Sərvətlərin 

İnkişafı üzrə yüksək səviyyəli məsləhətləşmə iclasında siyasi iradə başlıca komponent olub. 

Dövlət nümayəndələrinin iştirak etdiyi bu iclasda UNFPA və International Planned 

Parenthood Federation (IPPF) Şərqi Avropa və  Mərkəzi Asiya ölkələrində 

kontraseptivlərin  əldə olunması  və  təhlükəsizliyinin təkmilləşdirilməsi üçün bir neçə 

məsləhəti burğuladı (IPPF və UNFPA, 2012). Məsləhətlər yeddi sahəyə 

istiqamətləndirilmişdi: dövlət öhdəçiliyini inkişaf etdirmək; müasir kontraseptivlərin 

xüsusiyyətləri haqda məlumatlılığı inkişaf etdirmək; təchizçilərin xidmətlə  əlaqəli 

münasibətlərini, biliklərini və bacarıqlarını, eləcə  də  təklif etdikləri üsullar sırasını 

təkmilləşdirmək; üsullar sırasının daha geniş  və  əldə olunan edilməsi; müasir üsulların 

ekonomikliyinin inkişaf etdirilməsi və sosial normaların, ehtimalların və  nəsil 

dinamikasının arasinda əlaqənin qurulması (IPPF və UNFPA, 2012). Bu məsləhətlər bizim 

tədqiqatın məqsəd və nəticələri ilə bir sırada durur. Biz ümid edirik ki, bu tədqiqat bizim 

məsləhətlərin həyata keçirilməsi üçün arqumentləri, eləcə də Azərbaycanda səhiyyə sistemi 

reformlarını və RS siyasətini gücləndirəcək.  


 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



43

 

Məsləhətlər 

 

 

 



Baxmayarq ki, bu tədqiqat ancaq Bakıda aparılıb, tibbi yardımı xidmətlərinin təşkili, o 

cümlədən, qeyri-rəsmi ödənişlər və  şəxsi  əlaqələr, regionun bir neçə başqa ölkələrində 

olduğu kimi, Azərbaycanın digər bölgələrində də var. Bu tədqiqatın nəticələri statistic olaraq 

yayıla bilən deyil (hətta Azərbaycan daxilində), amma regiondakı  səhiyyə sistemi və AP 

seçimlərindəki oxşarlıqlar aşağıdakı məsləhətlər daha çox regional olaraq qəbul edilə bilər: 

1.  Tibb işçilərini  ətraflı kontraseptiv məsləhətlərin verilməsi işində  aşağıdakı yollarla 

həvəsləndirmək, xüsusilə də abort müştəriləri üçün:  

a.  Mümkün bütün üsullar vasitəsilə, AP üzrə məsləhətlər də daxil olmaqla, abortdan 

sonra tibbi xidmət üçün ətraflı protokolun tərtib edilməsi yolu ilə;   

b.  Həyata keçirilmiş prosedurun əks olunması  və AP məsləhətlərinin bu həyata 

keçirilmişlərdə bir göstərici kimi protokollara əlavə edilməsilə stimul yaratmaq 

yolu ilə; 

 

2.  Tibb işçilərini AP xidmətlərinin tətbiqi üzrə təlimləndirmək: 



a.  Üsulların effektliliyinə,  əlavə  təsirlərin mümkünlüyü və  kəskinliyinə, UDV-lərin 

yerləşdirilməsi vərdişlərinə  və  məsləhət vermək bacarıqlarına xüsusi diqqət 

ayırmaqla, xidmət zamanı  və xidmət öncəsi təlimlərdə istifadə olunan AP 

kurikulumlarını modifikasiya etmək yolu ilə;   

b.  Razılıq  əsasında birgə  qərarlar və  təkmilləşdirici təhsil proqramları vasitəsilə tibb 

mütəxəssisləri assosasiyasının yaydığı klinik təcrübələr üzrə müasir məlumatları 

təbliğ etmək yolu ilə;  

3.  Müxtəlif yerlərdə AP seçimləri haqda qadınları  və geniş ictimaiyyəti 

məlumatlandırmaq:   

a.  Partnyorlar, həkim və müştərilər arasında və eləcə  də ailələr içərisində söhbətləri 

inkişaf etdirmək yolu ilə;   

b.  İnsanları çoxsaylı üsullar haqda – mümkün əlavə  təsirlərin, cəfəngiyat və  səhv 

düşüncələrin, eləcə  də  məlumatlı seçimin gözlənilməsi ilə  əlaqədar 

məlumatlandırmaq yolu ilə; 

4.  Həkimə artıq gəlişlərin və  əlavə proseduraların AP qəbulunda baryer kimi fəaliyyət 

göstərməməsinə  əmin olmaq üçün milli AP və abort protolkollarını ÜST və ya digər 

sübuta əsaslanmış rəhbər vəsaitlərə uyğunlaşdırmaq;  

5.  Müasir kontraseptiv üsulları Vacib Dərmanlar Siyahısına daxil etməklə onların 

yararlılığına əminlik yaratmaq;  

6.  Daha yaxşı anlamaq üçün tədqiqatların aparılması: 

a.  Tibb işçilərinin və ictimaiyyətin AP üzrə  təlimləndirilməsinin  ən yaxşı yolları, o 

cümlədən, mədəni səviyyəyə münasib gələn messaj növləri;  

b.  Çoxsaylı həkimə gəlişlərin məntiqi əsasını, ultrasəsə olan inamı, profilaktikanın və 

ən yaxşı klinik təcrübələrin dəstəklənməsi üçün təlim kurikulumlarının nəzərdən 

keçirilməsini;  

c.  Apteklərdə satılan kontraseptivlərin olması, qiyməti və davamlı olaraq tapılması;



 

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin