xi
Bizim məsləhətlərimiz aşağıdakılardan ibarətdir:
1. Tibb işçilərini ətraflı kontraseptiv məsləhətlərin verilməsi işində aşağıdakı yollarla
həvəsləndirmək, xüsusilə də abort müştəriləri üçün:
a. Mümkün bütün üsullar vasitəsilə, AP üzrə məsləhətlər də daxil olmaqla, abortdan
sonra tibbi xidmət üçün ətraflı protokolun tərtib edilməsi yolu ilə;
b. Həyata keçirilmiş prosedurun əks olunması və AP məsləhətlərinin bu həyata
keçirilmişlərdə bir göstərici kimi protokollara əlavə edilməsilə stimul yaratmaq
yolu ilə;
2. Tibb işçilərini AP xidmətlərinin tətbiqi üzrə təlimləndirmək:
a. Üsulların effektliliyinə, əlavə təsirlərin mümkünlüyü və kəskinliyinə, UDV-lərin
yerləşdirilməsi vərdişlərinə və məsləhət vermək bacarıqlarına xüsusi diqqət
ayırmaqla, xidmət zamanı və xidmət öncəsi təlimlərdə istifadə olunan AP
kurikulumlarını modifikasiya etmək yolu ilə;
b. Razılıq əsasında birgə qərarlar və təkmilləşdirici təhsil proqramları vasitəsilə tibb
mütəxəssisləri assosasiyasının yaydığı klinik təcrübələr üzrə müasir məlumatları
təbliğ etmək yolu ilə;
3. Müxtəlif yerlərdə AP seçimləri haqda qadınları və geniş ictimaiyyəti
məlumatlandırmaq:
a. Partnyorlar, həkim və müştərilər arasında və eləcə də ailələr içərisində söhbətləri
inkişaf etdirmək yolu ilə;
b. İnsanları çoxsaylı üsullar haqda – mümkün əlavə təsirlərin, cəfəngiyat və səhv
düşüncələrin, eləcə də məlumatlı seçimin gözlənilməsi ilə əlaqədar
məlumatlandırmaq yolu ilə;
4. Həkimə artıq gəlişlərin və əlavə proseduraların AP qəbulunda baryer kimi fəaliyyət
göstərməməsinə əmin olmaq üçün milli AP və abort protolkollarını ÜST və ya digər
sübuta əsaslanmış rəhbər vəsaitlərə uyğunlaşdırmaq;
5. Müasir kontraseptiv üsulları Vacib Dərmanlar Siyahısına daxil etməklə onların
yararlılığına əminlik yaratmaq;
6. Daha yaxşı anlamaq üçün tədqiqatların aparılması:
a. Tibb işçilərinin və ictimaiyyətin AP üzrə təlimləndirilməsinin ən yaxşı yolları, o
cümlədən, mədəni səviyyəyə münasib gələn messaj növləri;
b. Çoxsaylı həkimə gəlişlərin məntiqi əsasını, ultrasəsə olan inamı, profilaktikanın və
ən yaxşı klinik təcrübələrin dəstəklənməsi üçün təlim kurikulumlarının nəzərdən
keçirilməsini;
c. Apteklərdə satılan kontraseptivlərin olması, qiyməti və davamlı olaraq tapılması;
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
1
Giriş
Bəzi məqamlar
Şərqi Avropanın və Asiyanın bir çox ölkələrində abort halları nəzərəçarpacaq dərəcədə
çoxdur və müasir kontraseptivlərdən istifadə az yayılmışdır. Bu regionda total abort tezliyi
dünyada ən yüksək pillədədir (Sedgh et al., 2012; Westoff, 2005; Serbanescu et al., 2005).
Baxmayaraq ki, kontraseptivlərdən istifadə hallarının yüksək olduğu məlumatları verilir,
bir çox cütlüklər ənənəvi üsul kimi cinsi fəaliyyətin müəyyən bir müddət dayandırılması
üsulundan istifadə edirlər (Serbanescu et al, 2005); faktiki olaraq, Qafqazda hazırda ərli
qadınlar arasında AP üsulu kimi ən çox istifadə olunan üsul cinsi fəaliyyətin müəyyən bir
müddət dayandırılması üsuludur.
1
Bu müasir olmayan kontraseptiv üsullar arzuolunmamış
hamiləliklərin və bunun nəticəsi kimi abort hallarının yüksək olmasına aparıb çıxarır (SSC
və Macro International, 2008).
Regionda abort səviyyəsinin yüksək olması və kontraseptivlərdən az istifadə olunmasının
izahı çox geniş faktorlarla əlaqəli olub, həm tələbat və həm də təchizat diapazonunu əhatə
edir. Tələbat sahəsində müasit kontraseptiv üsulları haqda adekvat olmayan biliklər və bu
üsullara qarşı olan neqativ münasibət AP işlərini tormozlayır (CDC və ORC Macro, 2003;
Serbanescu et al, 2005). Təchizat sahəsində postsosialist səhiyyə maliyələşdirilməsi və
təşkilatı, dövlət siyasəti və müasir üsulların əldə olunmasındakı məhdudiyyətlər hamısı bir
yerdə kontraseptiv üsullardan istifadənin qarşısına maneələr qoyur (CDC və ORC Macro,
2003; David et al., 2007; Kovács, 1999). Reproduktivlik seçimləri ilə əlaqəli az diqqət cəlb
edən bir sistem səviyyəli amil səhiyyə xidmətinə görə qeyri-rəsmi ödənişlərin edilməsinin
geniş yayılmasıdır.
Səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlərin edilməsi keçmiş socialist ölkələrində tam
adi bir haldır (Shishkin et al., 2003; Lewis, 2000; Vian və Burak, 2006; Balabanova et al.,
2004). Qeyri-rəsmi ödəniş tibb xidmətçisinə xəstə və yaxud digərləri tərəfindən ödənilən
nəğd pul və ya “hədiyyə” şəklində “göstərilən hər hansı tibbi xidmətə görə bilavasitə
ödəmədir” (Gaal et al., 2006). Regionda qeyri-rəsmi ödənişlərin rolunu başa düşmək üçün
mədəni və tarixi situasiya başa düşülməlidir. Qeyri-rəsmi ödənişlər regionda socialist
tarixçəsinin qismən ümumi məhsuludur. Regionda səhiyyə xidməti sistemi SSRİ və digər
socialist rejimləri tərəfindən mərkələşdirilmiş şəkildə planlaşdırılmış olub. Bu o deməkdir
ki, təchizat, ştatlar, qiymətlər və müalicələr ciddi nəzarətdə olub. Səhiyyə müəssisələri bu
daxil olunanları tənzimləyə bilmədiklərindən, “müştəri yüklənməsini”, gözləmə vaxtını və
keyfiyyəti idarə etmək üçün normativ xidmətlər tətbiq olunub (Ensor, 2004; Lewis, 2000).
Bu isə daha yaxşı və tez tibbi xidmət əldə edilməsində şəxsi kontakt və/yaxud ödəniş
istifadə edilməsi sistemini asanlaşdırıb. Regionda sosializm dağılandan sonra bir çox
ölkələr yüksək dərəcədə mərkəzləşdirilmiş sistemin idarə olunması üçün vəsait, yaxud
təchizata malik deyildi (Allin, Davaki, və Mossialos, 2006; Balabanova et al., 2004).
Vəsaitlərin azılığı, sonradan ştatların əmək haqlarının azalması qeyri-rəsmi ödənişləri bir
1
MEASURE DHS STATcompiler. Müraciət edilib 8
oktyabr
2012-ci il tarixində www.statcompiler.com
.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
2
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
qədər də gücləndirdi, belə ki, dövlət sektoru işçiləri minimal əmək haqqı qazanmaq cəhdi
ilə bilavasitə müştərilərin ödəniş aparmağına təsir etdilər (Ensor, 2004; Shishkin et al.,
2003).
Qeyri-rəsmi ödənişlər sisteminin iki yolu xidmətlə təchiz edənlərin fəaliyyətini
stimullaşdıra bilər: təchiz olunan xidmətlərin tipinə və təchiz edilən testlər, yaxud
proseduraların miqdarına təsir etməklə. Əgər bir xidmət digərindən əhəmiyyətli dərəcədə
fərqlənən gəlir verərsə, həkimlər, yəqin ki, daha çox fayda verən o xidməti inkişaf etdirərlər
(Kovács, 1999). Məsələn, abort xidmətləri üçün çox yüksək ödənişlər edilirsə, tibbi
xidmətlə təchiz edənləri nisbətən az gəlir verən AP xidmətlərini dəstəkləmələrindən
çəkindirə bilər. Əgər ödənişlər əsas xidmət üçün “qonarar” kimi ödənilibsə bu ödənişlər
ikinci stimul şəklində tətbiq oluna bilər. Əgər xidmət göstərənlərə həyata keçirilmiş test və
yaxud proseduraların miqdarına görə ödəmələr aparılıbsa, o zaman tibbi xidmət göstərənlər
lazım olandan çox testlərin olunmasına maraqlı olacaqlar.
Bu regionda qeyri-rəsmi ödəniş sisteminin olması stimul yaratmaqla kontraseptiv tələbata
və təchizata təsir edə bilər. Baxmayaraq ki, belə stimullar regiondakı bütün qadınların RS
seçimlərini tam şəkildə izah edə bilmir, USAID Avropa və Asiya Bürosu “RESPOND”
layihəsindən
2
RS qərar qəbul edilməsində bir amil kimi qeyri-rəsmi ödəmə sisteminin
abortlarla müqayisədə AP tətbiqinə necə təsir edə bilməsini araşdırmağı xahiş edib.
Cavabında “RESPOND” layihəsi Avropa və Asiya regionunda (Patel və Janowitz, 2010)
RS xidmətləri üçün köməkçi materialları işləyib araşdırdı və sonra Azərbaycan və
Albaniyada olmaqla ölkəyə-müvafiq iki tədqiqat apardı. Bu hesabat Azərbaycanda
aparlmış tədqiqat üçün spesifikdir.
Azərbaycan şəraitində
Azərbaycan Respublikasında təxminən 9,5 milyon insan vardır ki, onlardan 20%-i ölkənin
mərkəzi olan Bakı şəhərində yaşayır (CIA, 2012). Əhali əsasən müsəlmanlardan (93%)
ibarətdir və çoxu savadlıdır: yaşı 15-dən yuxarı olan adamların əksəriyyəti (99%) yazmağı
və oxumağı bacarır (CIA, 2012). 2009-cu ildə adam başına düşən ümumi milli aylıq gəlir
321 yeni Azərbaycan manatı (AZN) (US $400) olub (World Bank Group, 2012). 2011-ci
ilin dekabr ayında olan sonuncu artımdan sonra dövlət sektorunda işləyən həkimlərin orta
aylıq əmək haqqı 234 AZN (US $298) (RFE/RL, 2011) olub ki, bu da adam başına düşən
ümumi milli aylıq gəlirin ancaq 72%-ni təşkil edir.
2
RESPOND USAID-nin liderliyi ilə Koperativ Razılıq Assosiasiyası ilə 2008-ci ilin oktyabrından fəaliyyət
göstərən beşillik bir layihə olub, məqsədi kontraseptiv seçimlər və proqram xidmətlərini genişləndirməklə
AP ehtiyaclarını araşdırmaqdır. Onun son məqsədi yüksək keyfiyyətli AP/RS xidmətlərinin istifadəsini
inkişaf etdirməıkdir. RESPOND layihəsi tədqiqatın rolu məlumatlılıq baxışlarının inkişafı, seçilmiş
modellərin effektliliyinin, eləcə də bu sfera proqramlarına yanaşmanın nümayişi və proqramlaşdırılması
yolu ilə bu sahəyə qlobal biliyin əlavə edilməsidir. RESPOND layihəsi beş təşkilatla, o cümlədən RS
sahəsində tədqiqat sahəsində dəstək olan FHI 360-la əməkdaşlıq edirək, EngenderHealth tərəfindən idarə
olunur.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
3
Səhiyyə sisteminin təşkili
Azərbaycanın səhiyyə sistemində tibbi xidmət əsasən Səhiyyə Nazirliyinin dövlət
sektorunun müəssisələri vasitəsilə təmin edilir. Xidmətlərin əldə olunması yolu
universaldır. 2008-ci ildə Səhiyyənin Maliyələşdirilməsi İslahatları üzrə Milli Konsepsiya
istifadəçilərin əsas xidmət paketi üçün etməli olduqları ödənişlərin qanunsuz olması və
dərman preparatlarının dövlət müəssisələrində alınacağı qərarını çıxardı; AP
konsultasiyası/üsulların tətbiqi, antenatal xidmət (ANX) və abort xidmətləri bu xidmət
paketinə daxil edilsə də, AP üsullarının özü bura daxil edilmədi.
Bakıda RS xidmətləri doğum evlərində, qadın məsləhətxanalarında (ancaq qadınlara
xidmət edən kiçik klinikalar), Milli Mamalıq/Ginekologiya Tədqiqat İnstitutunda, AP
mərkəzlərində, perinatal mərkəzlərdə və poliklinikalarda təklif olunur. Son zamanlar
müəssisələrin yenidən qurulması ilə əlaqəli bəzi doğum evləri və qadın məsləhətxanaları
birləşdirilmişdir. Bütün müəssisələr AP məsləhətlərini və ANX həyata keçirirlər, ancaq
sonuncu xidmət qadın məsləhətxanalarında daha tez-tez edilir, nəinki doğum evlərində.
Poliklinikalar və perinatal mərkəzlərin, demək olar ki, hamısı abortlar edirlər. Qadın
məsləhətxanaları ancaq ambulator xidmətləri həyata keçirir və qanuna, müvafiq olaraq, 6
həftə və daha az hamiləlik müddəti olan hamilə qadınlara abort əməliyyatını tətbiq edir. 12
həftəyə qədər hamiləliyi olan qadınlara abortlar doğum evlərində edilir.
Azərbaycanda RS və AP
Azərbaycanda RS profile abortun yüksək səviyyəsi və müasir kontraseptiv dominantlığın
aşağı səviyyəsi ilə xarakterizə olunur. Azərbaycan qadınlarının 70%-i reproduktivlik
yaşındadır (15–49 yaşlar). Hər bir qadın üçün ömrünün total nəsilartırma kofisenti 2,0
doğuş olduğu halda, reproduktivlik müddətində hər bir qadına düşən abortların sayı 2,3
olması (SSC və Macro International, 2008) bir çox qadınların həyatında doğuşlarla
müqayisədə abortların daha çox olmasını nümayiş etdirir. Ərdə olan qadınlar arasında
müasir kontraseptiv üsullardan istifadə çox aşağı səviyyədədir (14%) və onlar arasında
daha çox istifadə olunan üsul cinsi əlaqədən çəkinməkdir (33%) (SSC və Macro
International, 2008). Müasir üsullardan ən çox istifadə olunanı UDV-dir: hazırda ərdə olan
qadınların 9%-i bu üsuldan istifadə edir (SSC
və
Macro International, 2008).
Azərbaycan qanunlarına görə qadının arzusu ilə 12 həftəlik hamiləliyə qədər abortlara icazə
verilir. 12-28 həftəlik hamiləliyin abort olunması müəyyən tibbi və sosial-ekonomik
vəziyyətlər (məsələn, ərin ölümü, boşanma, əlil uşağı olma və s.) səbəbindən, yaxud
həkimlərin ekspert rəyi ilə icazə verilir (SN, 2003; United Nations Secretariat, 2008). Abort
etmək ancaq mama-gonekoloqlara icazə verilir və abort xidməti tibbi təhsil kurikulumunun
bir tərkib hissəsidir. Abort xidmət, tibbi göstəriş, yaxud könüllü olmasından asılı
olmayaraq, bazis xidmətlər paketinin bir hissəsidir və odur ki, qanunla tələb olunur ki,
ictimai sector müəssisələrində pulsuz həyata keçirilsin. Abortdan sonrakı dövr üçün
xidmətlə əlaqəli milli protocol olmamasına baxmayaraq, abortdan sonrakı dövr üçün AP
xidməti haqda ANX protokolunda toxunulur (SN, 2008): burada deyilir ki, abortdan, yaxud
düşükdən dərhal sonra və ya yeddi gün ərzində qadınlara AP haqda məsləhətlər
verilməlidir və nəhayət, ideal hal odur ki, AP haqda məsləhətlər qadınlara abortdan əvvəl,
yaxud onlar klinikanı tərk etməmiş verilsin.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
4
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
USAID və UNFPA tədqiqatlar və proqramlar vasitəsilə Azərbaycanda müasir kontraseptiv
üsulların inkişaf etdirilməsi üçün çox əhəmiyyətli səylər etmişlər. 2004-ci ildən 2010-cu ilə
qədər USAID tərəfindən maliyələşdirilən ACQUIRE layihəsi AP/RS-ın əldə olunması, ona
aparan yollar və istifadəsini inkişaf etdirmək üçün yollar axtarıb (ACQUIRE Project,
2010). ACQUIRE yanaşmasına səhiyyə sistemini gücləndirmək, təchiz edənləri
təlimləndirmək, AP/RS kurikulumlarını inkişaf etdirmək, AP üsullarını təklif edən özəl
aptekləri həvəsləndirmək və AP/RS ilə əlaqəli kommunikasiya təlimləri daxildir. Bu layihə
2008-ci ildə təsdiqlənmiş Milli RS Strategiyasının inkişafında fəal iştirakçı olmuşdur.
Bundan əlavə, ACQUIRE SN-nə AP üzrə klinik rəhbərlik və protokolların inkişaf
etdirilməsində, o cümlədən, yeddi AP üsulu və bir AP məsləhəti (bunlar hal-hazırda Milli
Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması protokollarının bir hissəsidir) üzrə texniki
yardım göstərmişdir (SN, 2009). ACQUIRE layihəsi AP məsləhətləri, UDV-nin
yerləşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması üzrə yeddi rayondan və Bakı şəhərindən
olan xidmət təchizçiləri üçün təlimlər həyata keçirib. Dövlət Tibb Universiteti öz təlim
kurslarında tətbiqi üçün ACQUIRE təlim kurikulumunu rəsmi olaraq qəbul edib.
Bütün bu səylərə baxmayaraq, AP-nın istifadəsi və müasir üsulların sağlamlıq üçün riskli
olması kimi anlam aşağı səviyyədə qalmaqda davam edir. Bakıdakı İctimai Sağlamlıq və
İslahatlar Mərkəzi və UNFPA ilə əməkdaşlıq edərək IPPF (International Planned
Parenthood Federation) tərəfindən son zamanlar Bakı və Azərbaycanın iki rayonunda
aparılmış son tədqiqat göstərdi ki, kişi və qadınlar müasir üsulların, xüsusilə də oral
kontraseptivlərin istifadəsini öz sağlamlıqları üçün ziyanlı olmasını hesab edirlər. Bu focus
qrupunda iştirak edənlər onu da qeyd etdilər ki, xidmət təchizçiləri tərəfindən məsləhətlər
almırlar (IPPF European Network, 2012). Bundan başqa, özəl sector əməkdaşları (Private
Sector Partnerships (PSP)-One Project) USAID tərəfindən maliyələşdirilən “Abt
Associates” təşkilatının nəticələrinə görə məlum olub ki, əlkə əhalisinin içərisindən ərdə
olan qadınlardan 19%-i hazırdsa müasir üsullardan istifadə edir. İstifadə etməyənlər
arasında bu üsuldan xəbəri olan, amma onları istifadə etməyə qarşı çox az marağı olan
böyük bir hissənin (37%) olması (onları “şübhə ilə yanaşanlar” kimi adlandırıblar)
aşkarlandı (Patsika et al., 2009).
Aərbaycanda AP-na olan siyasi dəstəkdə qarışıqlıq vardır. ACQUIRE ilə SN tərəfindən
inkişaf etdirilmiş Milli RS Strategiyası 2008-ci ildə SN tərəfindən təsdiqlənməsinə
baxmayaraq, bu hesabatın yazılı şəkli kimi, o hələ də dövlət tərəfindən qanuniləşməmişdir.
Bundan başqa, baxmayaraq ki, SN UDV və oral kontraseptivləri 2008-2009-cu illərdə
Vacib Dərmanlar Siyahısına daxil etməyə cəhd etmişdir ki, bu da o dərmanların ölkə
daxilində tapılması ilə nəticələnməli idi, amma onlar əlavə olunmayıb. Vacib Dərmanlar
Siyahısı hər il təzələnsə də, müasir üsullar daxil edilməmişdir. Onlar, eləcə də, dövlət
müəssisələrində pulsuz buraxılan dərman preparatları siyahısına da daxil edilməmişdir.
1994-cü ildən 2004-ci ilə qədər səhiyyə müəssisələrinin ictimai sektorunda AP üsulları
pulsuz olaraq təchiz olunmuşdur (Senlet və Capps, 2009). Bu proqramla təchiz olunan
vasitələr mis T UDV, kondomlar, həblər və inyeksiya oluna bilən hormonal kontraseptivlər
olub. 2004-cü ildən pulsuz kontraseptivlər ehtiyatı azalmışdır və 2007-ci ildə aparılmış
tədqiqat göstərdi ki, bu vasitələr artıq əlçatan deyil, həmin inyeksiyalar isə bütün nümunəvi
müəssisələrdə yoxdur (Bradley et al., 2007). Qlobal Fond və sosial marketinq təşkilatları
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
5
hələ də kondomla təchiz edə bilərlər (Senlet və Capps, 2009). Qadınlar kontraseptiv
vasitələri özəl apteklərdən pulla ala bilərlər. Mirena
©
UDV ancaq çox az özəl apteklərdə
tapılır.
Qeyri-rəsmi ödənişlər
Azərbaycanda ictimai sektorda səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlər tez-tez baş
verən və gözlənilən bir haldır. Faktiki olaraq, Azərbaycanda Dünya Bankının Yaşayış
Standartları Meyarlarının Araşdırılması sorğularına cavab verənlərin ¾ hissəsindən çoxu
səhiyyə xidmətlərinə görə qeyri-rəsmi ödənişlər etmişlər (Lewis, 2000). RS xidmətləri
sahəsində vəziyyət fərqlənmir: Demographic and Health Survey (Demoqrafik və
sağlamlığın təhlili), Patel və Janowitz (2010) aşkarlayıb ki, Azərbaycanda dövlət tibb
müəssisələrində abort etdirmiş, UDV yerləşdirilmiş, ANX almış, yaxud uşaq dünyaya
gətirmiş qadınların azı 74%-i xidmətlər üçün ödənişlərin edilməsini söyləyir. Abort, UDV-
nın yeridilməsi və ANX ilə müqayisədə doğuşa yardım xədmətləri üçün ödənişlər daha
böyük olmuşdur.
3
(Patel və Janowitz, 2010). Azərbaycanda dövlət tibb müəssisələrində RS
xidmətlər üçün ödəniş rəsmi nəzərdə tutulmayıb, odur ki, istənilən ödəniş qeyri-rəsmi
ödənişdir.
Məqsədlər
Bu tədqiqatın məqsədi Bakıda AP ilə müqayisədə abortlara inam üçün yardımçı olan
münasibətlər, davranış və stimulların daha yaxşı başa düşülməsi, eləcə də müasir
kontraseptivlərlə təçhizatın və onlardan istifadənin yaxşılaşdırılması işində
müdaxilələrin planlaşdırılması idi.
4
Yaradıcı tədqiqatın spesifik məqsədləri
aşağıdakılar idi:
1. Qadınların kontraseptiv istifadə etmələrini stimulə edən faktorların, bu
kontraseptivlərə münasibətlərinin və bu haqda biliklərinin təxviri;
2. Təchizçilərin kontrasepsiyaya olan münasibəti və o haqda olan biliklərinin təsviri;
3. Təchizçilərin qadınlara kontrasepsiya haqda məlumat verib-verməmələrini və
yekun həvəsləndirmə də daxil olmaqla, təchiz edənlərin bu müzakirələrə
həvəsləndirmələrini müəyyənləşdirmək;
3
Bunların arasında kimlər ödəyib və nə qədər ödədiyini biləir.
4
USAID-də AP üsulu kimi abortların həyata keçirilməsi üçün ödənişlər aparılması, yaxud kiminsə məcburi,
yaxud
həvəsləndirmək yolu ilə abort olunması qanun tərəfindən qadağa olunur. Qanunvericilikdə 1973-cü
ildən bu qanun qüvvəyə mindikdən sonra ABŞ-da AP yardımı ABŞ fondundan AP işində istifadə
olunmaqla kimi abort olunma qanunla qadağan olunmuşdur. USAID AP üsularından istifadə etməklə
abortlardan qoruyaraq, qadınların həyatını təhlükəsiz olmayan abortların fəsadlarından qoruyur, bu qadınları
AP/RS
xidmətlərinə könüllü yönəltməklə sonrakı abortlardan qorunmaqda onlara yardımçı olur. Avropa və
Asiya regionlarında USAID yardımı müasir AP vasitələrinin əldə olunması və onların istifadəsini
genişləndirməklə abortların etibarlılığı azalacaq. Bu tədqiqatın nəticələri abortun qanuni olduğu ölkələrdə
təkrar abortlara qarşı inamın azalması ilə yanaşı qadınların müasir kontraseptivlərdən istifadəsinin necə
inkişaf etdirilməsi yolunda əlavə məlumatlarla təchiz edəcəkdir.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
7
Üsullar
Tədqiqatın planı
Bu, Azərbaycanın Bakı şəhərində qadın sağlamlığı müəssisələri ictimai sektorunda RS
xidmətlərinin təsviri tədqiqatıdır. Müsahibə götürənlər mama-ginekoloqlardan və üç tip
xidmət arayan qadınlardan qurulmuş sualları soruşublar: 2012-ci ilin mart ayında iki həftə
ərzində abort, ANX və AP. Tədqiqatın aparılması üçün təsdiqlənmə “Protection of Human
Subjects Committee of FHI 360” və Azərbaycan SN tərəfindən əldə olunub.
Dostları ilə paylaş: |