Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ


Mövzu 6 : Aşıq Qərib dastanı.Dastanın əsas məzmunu



Yüklə 220,9 Kb.
səhifə6/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 6 : Aşıq Qərib dastanı.Dastanın əsas məzmunu
“Aşıq Qərib” dastanı barədə yazılı məlumatlar XIX əsrin 20-ci illərinə təsadüf edir. Dastanın Azərbaycanda on, Anadoluda yeddi versiyası mövcuddur. Aşıq Qərib tarixi şəxsiyyət olub. XVI əsrdə yaşayıb-yaradıb və Təbriz aşıq məktəbinin görkəmli sənətçilərindən biri olub.
Mənbələrdə göstərilir ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində İran-Rusiya müharibəsinin yekunlarına dair “Gülüstan” müqaviləsinin bağlandığı vaxt bir ziyafət təşkil edilir. Azərbaycanın ikiyə bölünməsinə yol açan hadisəyə həsr edilmiş həmin məclisdə məhz “Qəriblə Şahsənəmin hekayəti” dastanı səslənib.Bu dastan Qafqazda sürgün həyatı yaşayan rus şairi Mixail Lermontovun diqqətini cəlb edir. O, “Aşıq Qərib” dastanını söyləyən aşıqlardan biri ilə tanış olur. Hekayəni dinləyir və dastanın süjeti əsasında eyniadlı məşhur poemasını qələmə alır. Bu faktı poema ilə aşıq söyləmələri arasındakı süjet yaxınlığı, mövzu və məzmun oxşarlığı da təsdiqləyir. Beləliklə, “Qəriblə Şahsənəmin hekayəti” rus şairi Mixail Lermontov tərəfindən yazıya köçürülür.Dastanın süjetinin başqa bir versiyası sonrakı illərdə Azərbaycan aşıqlarından M.Mahmudbəyov tərəfindən yazıya alınır və o, 1882-ci ildə “Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu"nda dərc edilir. Daha sonra 1916-cı ildən etibarən “Orucov qardaşları mətbəəsi”ndə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilir. Həmin nəşrlərdən öz məzmun dolğunluğu və sənətkarlıq baxımından Gəncə versiyası daha çox dinlənilib qəbul edilir. Dastan Azərbaycanda və Anadoluda geniş şöhrət tapır və yayılır. Təsadüfi deyil ki, həmin versiya əsasında Anadolu aşıqları da öz “Aşıq Qərib”lərini yaradırlar.
“Aşıq Qərib” dastanının süjeti Azərbaycan aşıq yaradıcılığında yeni məhəbbət dastanı kimi “buta” arxasınca getmə ənənəsi üzərində qurulub. Bu ənənə daha çox İslam görüşləri ilə bağlıdır. Yəni aşiq və məşuqun yuxuda bir-birinə buta edilməsi, biri-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah bağlantısı, ilahi vergisi ilə bağlıdır. Azərbaycan dastan yaradıcılığında bu tipli süjetlərdə aşiq və məşuqlar bir çox çətinliklərlə üzləşsələr də, sonda bir-birinə qovuşa bilirlər. Məlumdur ki, bu adət xalqımızın dastan yaradıcılığının metodu və ənənəsidir.
“Aşıq Qərib” dastanında tacir Məhəmmədin oğlu Rəsul yuxuda ikən tiflisli Xoca Sənanın qızı Şahsənəm ona buta verilir. Rəsul öz butasının arxasınca getməli olur. Gəlib Tiflisə çatanda bir qarıya rast olur. Qarı vəziyyətdən hali olur və deyir ki, sən qal burada, mən gedim Şahsənəmi muştuluqlayım. Elə buradaca qarı Rəsulu “Qərib” deyə çağırır və Rəsula bu ad xoş gəlir. O, bu adı özünə götürür. Hadisələr açılır, Şahsənəm Aşıq Qəribin gəlişindən xəbər tutur və onunla görüşür. Ancaq Qərib Şahsənəmin əmisi oğlu Şahvələdə nişanlı olduğunu bilir. Bu xəbər onu sarsıdır. Şahsənəm əmisi oğluna xəbər göndərir ki, məni yeddi il gözləsin. Aşıq Qərib Şahsənəmə qovuşmaq üçün bütün əzablara dözür. Dastanda Qəribin kəşməkəşli həyatının çox gərgin bir mərhələsi təsvir olunur. Bu, çətinlik və ağır güzərandan çıxma, buta arxasınca getmə, böyük çətinliklərə qalib gəlib toy gününə qovuşma, yeni həyata qədəm qoyma ilə əlamətdardır. Dastanın əvvəlində butasına qovuşacağına nagüman olan Rəsul (Qərib) dastanın sonunda artıq muradına yetişən haqq aşığı kimi diqqəti çəkir...
Ənənəvi süjetlər əsasında yaranan dastanlarda dünyəvi süjetlər hadisələrin əsasında dayansa da, aşıqlar onları milli həyata məxsus bədii boyalar, rənglərlə cilalayır, müxtəlif adət-ənənə və deyimlərlə zənginləşdirərək məhəbbət dastanlarının yeni bir tipi kimi xalqın mədəni abidəsi edirlər. Elə buna görə də “Aşıq Qərib” opera sənətimizdə də özünə yer tapıb, səhnəmizi bəzəyib. Dastanın motivləri əsasında Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, C.Cabbarlının yazdığı libretto əsasında görkəmli rus bəstəkarı Reynqold Qliyer “Şahsənəm” operasını yazıb...
“Aşıq Qərib” dastan yaradıcılığının şah süjetlərindən biri kimi yüzillikləri aşıb gələrək özünü milli yaddaşa əbədi olaraq həkk edib. Çünki bu əsər xalqımızın dastan yaradıcılığı silsiləsində özünə əbədiyaşar bir yer tutan şifahi düşüncə tarixidir.



Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin