Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ


Mövzu 8 : Qəhrəmanlıq dastanlarının yaradıcılıq yolları



Yüklə 220,9 Kb.
səhifə8/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 8 : Qəhrəmanlıq dastanlarının yaradıcılıq yolları
Dastanlar digər janrlarla müqayisədə həcminə görə daha böyük imkanlara malikdir, yəni burada xalqın zəngin kültürünün bütün sahələrini (ifa, rəqs, poetik söz) canlandırmaq üçün forma geniş meydan verir. Nəsr və nəzmin növbələşməsi isə ustad aşıqlara öz məharətlərini, bilik və bacarıqlarını ifadə etməyə şərait yaratdığı kimi, bu janrın tədqiqatçılarına da xalqının istedadlı nümayəndələrinin gözəl əsərlərilə fəxr etmək, onlarla öyünmək, qürur duymaq üçün fürsət verir. Bundan başqa, toy mərasimlərində geniş kütlə qarşısında, bəzən evlərdə qonaqlıqlar zamanı musiqi ilə ifa edilməsi dastanların xalq arasında geniş yayılması ilə nəticələnir. Beləliklə, Azərbaycan folklorşünaslığında dastan nəzmlə nəsrin növbələşməsi ilə yaranan janrdır. Lakin dünya folklor örnəkləri içərisində yalnız nəzmlə və ya nəsrlə yazıya alınmış dastanlar da vardır.
Dastanların təsnifilə bağlı müxtəlif mülahizələr mövcuddur. Lakin əksər tədqiqatçılar dastanları əsasən iki qrupa ayrılırlar:
1. Qəhrəmanlıq dastanları;
2. Məhəbbət dastanlar
Dünya xalqlarının əksəriyyətində olduğu kimi türk eposları da qəhrəmanlıq motivləri üzərində qurulur. Daha doğrusu, xalqın yaşadığı tarixi gerçəklər bədii şəkildə qəhrəmanlıq dastanlarında öz əksini tapır. Birbaşa tarixi sənəd olmasa da, “Köç”, “Törəyiş”, “Ərgənəkon”, “Şu” və başqa dastanlar türk etnoslarının əski yaşayış tərzi haqqında təsəvvür yaradır. Oğuz türklərinin qəhrəmanlıq, alp-ərənlik dünyagörüşünün zənginliyini özündə əks etdirən, yalnız sənət əsəri kimi qalmayıb, tarixi faktları, xüsusilə Türk-Oğuz dövlətçilik tarixinin bir sıra xüsusiyyətlərini daşıması etibarı ilə ən nəhəng folklor abidəsi isə “Kitabi-Dədə Qorqud”dur
Eposun Drezden və Vatikan adı ilə tanınan iki əlyazması məlumdur. Almaniyanın Drezden Kral Kitabxanasında qorunan əlyazmanı ilk dəfə Fridrix Fon Dits elm aləminə tanıtdırmışdır. Belə ki, 1815-ci ildə “Basatın təpəgözü öldürdüyü boyu” alman dilinə tərcümə etmiş, təhlililə bilikdə nəşr etdirmişdir. Bundan sonra eposla bağlı xeyli tədqiqatlar aparılmışdır. Bu əlyazmada epos bir müqəddimə və on iki boydan ibarətdir və “Kitabi-Dədə Qorqud əla lisani taifeyi oğuzan” adlanır
Azərbaycanda xalq arasında ən çox ifa edilən dastan “Koroğlu”dur desək, yanılmarıq. Hər şeydən əvvəl, xalqın mübarizlik, cəngavərlik ovqatının ifadəsi kimi bu dastan dillərdə əzbər olmuş, bu gün də özünün parlaq həyatını sürməkdə davam edir. “Koroğlu” həm bir çox türk, həm də digər – Anadolu türkləri, Azərbaycan, türkmən, İraq-türkmən, tacik, bolqar, hətta erməni xalqları arasında geniş yayılmışdır. Dastanın Azərbaycan versiyasının iki əsas nüsxəsi məlumdur: Tiflis nüsxəsi – 28, Paris nüsxəsi 13 məclisdən ibarətdir.
“Kitabi-Dədə Qorqud”u yasaqlamağa müvəffəq olan sovet ideoloji sisteminin “Koroğlu”ya qarşı münasibəti bir qədər fərqli mahiyyət daşımışdır. Xalq içərisində geniş yayılması, ağızdan ağıza dolaşaraq, dillərdə əzbər olması bu dastanın yasaqlanmasına, təbii ki, imkan verməmişdir. Qaçaqçılıqla bağlı dastanlara sovet və mühacirət araşdırmalarında xeyli fərqli yanaşma mövcuddur. Sovet tədqiqatçıları bu dastanın Qaçaq Nəbinin yalnız çar idarə sisteminə qarşı mübarizəyə qalxması ilə bağlı yarandığını bildirməkdədirlər. Lakin mühacirətdəki ziyalılar fərqli düşünürlər, dastan qəhrəmanının əsarətə və birbaşa rus müstəmləkəçiliyinə qarşı mübarizə apardığını qeyd edirlər.
XIX əsrdən etibarən Azərbaycanda rus işğalına qarşı qaçaqçılıq hərəkatı başlayır. Həmin hərəkatın apardığı mübarizə qəhrəmanlıq nəğmələrinə mövzu verir. Beləliklə, “Qaçaq Nəbi”, “Dəli Alı”, “Qandal Nağı” və başqa dastanlar meydana gəlir. Onlardan ən çox şöhrət tapanı “Qaçaq Nəbi”dir. Qaçaq Nəbi və onun silahdaşlarının mübarizəsilə bağlı yaranan rəvayət və nəğmələr bir çox folklorşünaslar tərəfindən dastan kimi qəbul edilmir.
Göründüyü kimi, qaçaqçılıq dastanları Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin bədii əksi kimi dəyərləndirilmişdir.


Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin