Mövzu 5 : Uşaq folklorunda lirik növə daxil olan janrlar Uzun illər xalq ədəbiyyatının növ və janrları məsələsi tədqiqatçıların diqqətində qalmışdır və hələ də bu müzakirələri tam bitmiş hesab etmək doğru olmaz. Məlumdur ki, ənənəvi olaraq, şeirlə olan əsərlər lirik, nəsrlə yazılanlar epik, xalq tamaşaları dramatik növə daxil edilir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır. Yetkinlər azyaşlı uşaqlar üçün beşiklər və müxtəlif uşaq şerləri ifa edirlər. Uşaq folklorunun ikinci hissəsi orta və yaşlı uşaqlar üçün əsərlərdən ibarətdir. Bunlara oxunan və ya ritmik olaraq tələffüz olunan əsərlər daxildir: mahnı oxumaq, kəşfiyyatçılar, sayma qafiyələri, təmsillər, şerlər, komik mahnılar, həmçinin kəlamlar, dil bükücüləri, tapmacalar, nağıllar. Bəziləri böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmişdir, lakin bu növün əksəriyyəti uşaqların öz yaradıcılığıdı
Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.
Laylalar – folklorşünaslıqda bu janr kiçik yaşlı uşaqları yatızdırarkən analar və ya nənələrin özünəməxsus avazla oxuduğu nəğmələr kimi xarakterizə olunur. Laylalar çox vaxt altı (bəzən yeddi) misradan ibarət olur, son iki misra, demək olar ki, bu mənzum parçaların hamısında təkrar edilir. Bəzən ifaçılar son iki misranın yerinə avazla “Ə balam, əəəə, gül balam, ə ə ə” şəklində laylanı ifa edirlər. Azərbaycanın bir sıra bölgələrində, məsələn, Ordubadda belə nəğmələrə “nənni” də deyilir ki, bu da Türkiyədəki “ninni” sözünün fonetik dəyişmiş formasıdır. Laylaların beşik və ya beşikbaşı nəğmələr şəklində adlandırılmasına təsadüf olunmaqdadır.
Burada başqa bir məqam da qeyd edilməlidir. Laylalar bəzi bölgələrdə həm də yas mərasimlərində ifa edilir. Ölənin yaxınları (bu ana, nənə də ola bilər, övlad, baçı, xala və digər qohum da) mərhuma ağı çəkərək layla deyirlər. Belə laylaların avazı kədərə büründüyü üçün fərqlidir. Əvvəl ağı səslənir, son iki misra laylada olduğu kimi deyilir. Ölənin kimliyindən, yaşından, nüfuzundan asılı olaraq, son misralar dəyişə bilir. Məsələn, “Gözəl anam, a laylay, yorğun anam, a laylay, ürəyi qubarlı anam, a laylay” və s. Ordubadda ölü yuyulub dəfn üçün hazırlanarkən mürdəşir və köməkçisindən başqa onun ən yaxın adamları orada iştirak edərək mərhuma, xüsusən o cavan yaşda vəfat edibsə, laylalar oxunur, ağlaşma olur.
Beləliklə, bəzi araşdırmalarda laylaların uşaq folkloru kimi təqdiminin doğru olmadığı da ortaya çıxır. Həmçinin onların yalnız beşik nəğmələri kimi adlanması da bu nəğmələrin istifadə məqamlarını tam əhatə etmir.
Oxşamalar – laylalar kimi işləndiyi məqamdan asılı olaraq fərqli məzmun daşıyırlar. Belə ki, həm uşaqları oynatmaq, nazlamaq, həm ölmüş yaxınını əzizləmək üçün oxunan bu nəğmələr əsasən qadınlar tərəfindən icra olunur. Uşaqların əzizlənməsi üçün oxunan nəğmələrə bəzən elə nazlama, yaxud da əzizləmə də deyilir. Onlar misraların və hecaların sayına görə rəngarəng olur. Yəni beş, yeddi hecalı şeir şəklində, misraların sayı müxtəlif ola bilər. Bayatı şəklində olan oxşamalar da geniş yayılmışdır. Bəzən oxşamalarda qohumluq münasibətləri də əks oluna bilər.
Öyrətmə və uşaq nəğmələri- buraya düzgü, sanama, öcəşmə, acıtma, dolama,çağırış və müraciətlər və s.daxildir.