İnternetdə:
www.az.wikipedia.orq
100
29 Mart - Fransız yazıçısı Marsel Emenin anadan olmasının 115 illiyi,
(1902-1967)
Fransız yazıçısı, dramaturqu, komediyalar, romanlar, nağıllar və novellalar
müəllifi Marsel Eme anadan olmuşdur. Yazıçı özündən sonra böyük ədəbi irs
qoymuşdur: 17 roman, bir neçə hekayə, pyes, nağıl və ssenarilər toplusu. M.Eme
yaradıcılığının böyük hissəsi qəribə, maraqlı tragikomediyalardır. Bu əsərlərdə
qrotesk və sosial kəskinlik, sarkazm və fəlsəfə, realizm və fantastika, ironiya və
faciə çox harmonik şəkildə uyğunlaşır. Dərin psixologizm və məişətin təsvirinə
böyük maraq göstərilməsi Marsel Emenin hətta ən absurd ehtimallarına belə
realistlik və həqiqilik verir.
Yazıçı həmçinin uşaqlar üçün pişik Murlıka haqqında nağıllardan ibarət iki
silsilənin - ―Qırmızı kitab‖ və ―Mavi kitab‖ın müəllifidir. Bu əsərlər uşaq
ədəbiyyatının klassik nümunəsinə çevrilmişdir. Bundan başqa, o, ―Vuivra‖, ―Yaşıl
madyan‖, ―Lyusenna və qəssab‖, ―Klerambad‖ və s. əsərlərin müəllifidir. Onun
əsərlərinin motivləri əsasında çoxlu filmlər çəkilmişdir.
Marsel Emen 14 oktyabr 1967-ci ildə Paris şəhərində vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
101
31 Mart - Rus şairi K.İ.Çukovskinin anadan olmasının 135 illiyi,
(1882-1969)
Rus sovet şairi, publisist, ədəbi tənqidçi, tərcüməçi, ədəbiyyatşünas, uşaq
yazıçısı, jurnalist Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov) Sankt-
Peterburqda anadan olmuşdur. Onun anası kəndli qadın Yekaterina Osipovna
Korneyçukova, atası isə Emmanuil Solomonoviç Levenson olmuşdur. K.Çukovski
1901-ci ildə ―Odessa yenilikləri‖ qəzetində məqalələrlə çıxış etmiyə başlamışdır.
1903-cü ildə qəzetin ingilis dilini bilən yeganə müxbiri kimi Londona göndərilir.
1906-cı ildə Finlandiyaya köçür, ədəbi tərcümə və ədəbiyyatşünaslıqla məşğul
olur. Yazıçı uşaq ədəbiyyatı sahəsinə nisbətən gec müraciət edir. O, 1916-cı ildə
―Şam ağacı‖ toplusunu tərtib edir və özünün ilk nağılı olan ―Timsah‖ı qələmə alır.
1923-cü ildə onun məşhur ―Moydodır‖ və ―Qorxunc tarakan‖, 1924-cü ildə isə
―Barmaley‖, ―Milçək-Vizilçək‖ əsərləri işıq üzü görür. Uşaqlar üçün yazdığı
əsərləri ilə böyük şöhrət qazanan yazıçı ―Möcüzə-ağac‖, ―Telefon‖, ―Bibiqonun
macəraları‖, ―Cücə‖, ―Ağ siçanın macərları‖, ―Tısbağa‖ və s. uşaq əsərlərinin,
―Günəşli‖, ―Gümüş gerb‖ povestlərinin də müəllifidir. Korney Çukovskinin bir çox
əsərləri, o cümlədən ―Doktor Aybolit‖, ―Limpopo‖, ―Barmaley‖, ―Milçək-
Vizilçək‖ və s. ekranlaşdırılıb.
Yazıçı 1969-cu il oktyabrın 28-də vəfat etmişdir.
Qızı Lidiya Çukovskaya və oğlu Nikolay Çukovski də yazıçıdırlar.
.
İnternetdə:
www.az.wikipedia.orq
102
İncəsənət
13 Mart - Aktyor Nodar Şaşıqoğlunun anadan olmasının 90 illiyi, (1927-2013)
Nodar Şaşıq oğlu İzzətoviç Batumi
şəhərində anadan olub. 1950-ci ildə Moskva
Teatr Məktəbini bitirib. Leninqrad Akademik
Dram Teatrında işləyib. ―Nikbin faciə‖,
―Sevilya ulduzu‖, ―Mariya Tüdor‖ da Cilberti
(V.Hüqo) oynayıb. N.Şaşıqoğlunun kino
yaradıcılığı daha çox Azərbaycanın adı ilə
bağlıdır. ―Uzaq sahillərdə‖ filmində Mehdi
Hüseynzadə (1958, rej. T.Tağızadə), ―Əsl dost‖da Fərman (1959, rej. T.Tağızadə),
―Səhər‖də Əzizbəyov (1960, rej. A.Quliyev), ―Matoe Falkone‖ qısametrajlı
kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin
eyniadlı əsəri əsasında çəkilib), ―Leyli və Məcnun‖da Məcnun (1961, rej.
L.Səfərov), ―Bizim küçə‖də Mixaylo (1961, rej. Ə.Atakişiyev), ―Telefonçu qız‖da
Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb. 1983-cü ildə Azərbaycanın
Xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə ―Şöhrət‖ ordeni ilə təltif olunub.
O, Rusiyanın da Xalq artistidir. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda,
Leninqradın A.S.Puşkin ad. Teatrda aktyor işləyib. ―Mosfilm‖, ―Dovjenko‖,
―Odessa‖, ―Azərbaycanfilm‖ kinostudiyalarda çalışıb. M.Şaşiqoğlu teatr
səhnələrində Don Juan (A.S.Puşkin ―Kiçik tragediyalar‖), Sirano (E.Rostan
―Sirano de Bercerak‖), Kreont (Q.Qauptman ―Antiqo-solntsa‖), Rakov (―Beş
künc‖) kimi obrazları yaradıb. 2003-cü ildən M.Şaşiqoğlu S.Vurğun adına Rus
Dram Teatrına qayıdıb və burada Sorin (A.P.Çexov ―Qağayı‖), Kral Lir (U.Şekspir
―Kral Lir‖) obrazlarını parlaq ifa edib.
Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə Bakıda vəfat edib.
Filmoqrafiya: ―Onun böyük ürəyi‖ (film, 1958), ―Uzaq sahillərdə‖ (film, 1958),
―Əsl dost‖ (film, 1959), ―Matteo Falkone‖ (film, 1960), ―Səhər‖ (film, 1960),
―Bizim küçə‖ (film, 1961), ―Leyli və Məcnun‖ (film, 1961), ―Telefonçu qız‖ (film,
1962), ―De ki, məni sevirsən!‖ (film, 1977), ―Sevinc buxtası‖ (film, 1977),
―Rənglərdə yaşayan kino‖ (veriliş, 2009)
İnternetdə:
www.az.wikipedia.orq
103
15 Mart - Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyi,
(1897-1988)
Ağasadıq Gəraybəyli Şamaxıda anadan olub. Atasını
erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran
xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə
bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud
Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində
―Nicat‖, sonra ―Səfa‖ həvəskar teatr dərnəklərinə üzv
olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin ―Ölülər‖
pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir
Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200
müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə
çıxıb: Nəriman
Nərimanovun ―Nadir
şah‖,
Üzeyir
Hacıbəyovun ―Arşın mal alan‖, Cəfər Cabbarlının ―Sevil‖, ―Od gəlini‖, ―1905-ci
ildə‖, sonralar ―Vaqif‖, ―Həyat‖, ―On ikinci gecə‖, ―Xanlar‖ və s. tamalarda rol
alıb. 1940-cı ildə Azərbaycan SSR-nin Xalq artisti fəxri adına layiq görülüb.
Teatrla yanaşı, kinoda da maraqlı obrazlar canlandırıb. ―Bəxtiyar‖ filmində klub
müdiri Ağabala, ―O olmasın, bu olsun‖ filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram
Teatrında çalışıb.
Ağasadıq Gəraybəyli 1988-ci ildə Bakı şəhərində vəfat edib.
Filmoqrafiya: ―Qız qalası əfsanəsi‖ (film, 1923), ―Hacı Qara‖ (film, 1929),
―Sevil‖ (film, 1929)-Balaş, ―Bakılılar‖ (film, 1938), ―Fətəli xan‖ (film, 1947),
―Bəxtiyar‖ (film, 1955) – Ağabala, ―O olmasın, bu olsun‖ (film, 1956), ―Qızmar
günəş altında‖ (film, 1957), ―Uzaq sahillərdə‖ (film, 1958), ―Bizim küçə‖ (film,
1961), ‖Leyli və Məcnun‖ (film, 1961), ―Böyük dayaq‖ (film, 1962), ―Romeo
mənim qonşumdur‖ (film, 1963), ―Arşın mal alan‖ (film, 1965),‖Yaşamaq
gözəldir, qardaşım!‖ (film, 1966), ―Poçt qutusu‖ (film, 1967), ―Ulduzlar sönmür‖
(film, 1971), ‖Qızıl qaz‖ (film, 1972), ―Bizim küçənin oğlanları‖ (film, 1973),
―Putyovka‖ (film, 1975), ―Diplom işi‖ (film, 1979), ―İstintaq‖ (film, 1979), ―Mən
mahnı qoşuram‖ (film, 1979), ―Solmaz bir bahar kimi‖ (film, 1979), ―Məşədi İbad-
80, yaxud köhnə tanışlar‖ (film, 1980), ―Dua‖ (film, 1982), ―Musiqi müəllimi‖
(film, 1983), ―Nəvəmin nəvəsinin nəvəsi‖ (film, 1985), ―Prima‖ (film, 1992),
―Bizim qəribə taleyimiz‖ (film, 2005), Ənvər Həsənov. ―Yeddi oğuldan biri”
(film, 2007), ―Sarıköynəklə Valehin nağılı‖ (televiziya tamaşası, 1980) və s.
İnternetdə:
www.az.wikipedia.orq
104
22 Mart - Xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illiyi,
(1917-1980)
Yusif Abdulla oğlu Vəliyev Dərbənddə doğulub.
Bakı Teatr Texnikumunda təhsil alıb (1933-1936).
Texnikumu bitirəndən sonra yenicə açılan Mirzə Ələkbər
Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına
işləməyə göndərilib. Teatr bağlananadək, yəni 1949-cu
ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül
sənətkarlarından biri olub. Y. Vəliyevin əsas yaradıcılığı
1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc
Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada o, bir-birindən
fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji,
dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya
rollarını məharətlə ifa edib.
Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında çox maraqlı, yadda qalan
xarakterlər yaradıb. O, adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə
cilalaya, mürəkkəb üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən
və istəyinə cəsarətlə nail olan sənətkar idi. Mürəkkəb rolların ifasında janr
sintezindən həssaslıqla istifadə edir, məqamından, vəziyyətdən asılı olaraq ya
psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi. Bəstəboylu
aktyor səhnədə əzəmətli, pəhləvan cüssəli görünürdü. Təkbaşına səhnədə monoloq
söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayırdı. Pauzalardan və səs
tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər
qazanırdı.
Qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz
ifaçısı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi
yaratmışdır.
Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Əməkdar artist və 9
fevral 1979-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli aktyor 1980-ci il martın 18-də vəfat edib.
Filmoqrafiya: ―Bizim küçə‖ (film, 1961), ―Böyük dayaq‖ (film, 1962), ―Dağlarda
döyüş‖ (film, 1967), ―Biri vardı, biri yoxdu...‖ (film, 1967), ―İnsan məskən salır‖
(film, 1967), ―Uşaqlığın son gecəsi‖ (film, 1968), ―Dəli Kür‖ (film, 1969), ―Bir
cənub şəhərində‖ (film, 1969), ―General‖ (film, 1970), ―Ən vacib müsahibə‖ (film,
1971), ―Həyat bizi sınayır‖ (film, 1972), ―Nəsimi‖ (film, 1973), ―Dənizə çıxmaq
qorxuludur‖ (film, 1973), ―Bakıda küləklər əsir‖ (film, 1974),‖Hədiyyə‖ (film,
1974), ―Dədə Qorqud‖ (film, 1975), ―Tütək səsi‖ (film, 1975), ―Dərviş Parisi
partladır‖ (film, 1976), ―Günlərin bir günü...‖ (film, 1976), ―Arxadan vurulan zərbə
― (film, 1977) və s.
İnternetdə:
www.az.wikipedia.orq
105
25 Mart - Teatrşünas, salnaməçi Qulam Məmmədlinin anadan olmasının
120 illiyi, (1897-1994)
Qulam Məmmədli Cənubi Azərbaycanın Təbriz
şəhərində anadan olmuş, ibtidai təhsilini mollaxanada
almışdır. Sonra Bakı Teatr Texnikumunda oxumuşdur
(1924-1926). 1923-cü ilin iyun ayında Bakıya köçüb
―III İnternasional‖ mətbəəsində mürəttib, ―Kommunist‖
qəzeti redaksiyasında şöbə müdiri, ―Kəndli qəzeti‖ ndə
redaktor müavini, ―Azərbaycan kolxozçusu‖ qəzetinin
redaktoru, Azərbaycan KP MK yanında ―Kommunist‖
nəşriyyatının direktoru, ―Yeni yol‖ qəzetinin redaktoru,
respublika Radio Komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor
olmuşdur (1929-1941). Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi
başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi
seçilmiş əsərlərini, ―Bəxtiyarnamə‖ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap
etdirmişdir. ―İran Azərbaycanının müasir şairləri‖ (1946), ―Səttarxan‖ şeirlər
toplusu (1948), ―Mirzə Əli Möcüz‖ (1948), "Xiyabani" (1949), ―Cənubi
Azərbaycan şairləri‖ antologiyası (1950), ―Heyran xanım‖ (1951), ―Atmacalar‖
(1958-1961), ―Əlağa Vahid. Seçilmiş əsərləri‖ (1975) və s. kitablar onun əməyinin
bəhrəsidir. O, bu əsərləri toplayıb, tərtib edib nəşrə vermişdir. Hələ 1934-cü
ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdir. Ömrü
boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: ―Bilik‖ cəmiyyətində ateizm elmi-
metodik sovetin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş
redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr
rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan
KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP
MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937). Ədəbi və ictimai
fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri
fərmanı, ―Əmək veteranı‖ (1976) medalı və digər on medal ilə təltif olunmuşdur.
Qulam Məmmədli Azərbaycanın SSR Əməkdar Mədəniyyət işçisi (1977),
Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972),
Azərbaycanın Əmakdar jurnalisti (1984), İttifaq əhəmiyyətli təqaüdçü (1987),
M.F.Axundov adına ədəbi mükafatın laureatı (1989) olmuşdur.
Qulam Məmmədli 1994-cü il noyabrın 18-də Bakıda vəfat etmiş, Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Kitabları: ―Tüfeyli ocaqları‖ (1963), ―İmzalar‖ (1977), ―Cavid ömrü boyu‖
(1982), ―Azərbaycan teatrın salnaməsi‖ (1983), ―Molla Nəsrəddin‖ (1984),
―Nəriman Nərimanov‖ (1987) və s.
İnternetdə:
www.az.wikipedia.orq
106
26 Mart - Müğənni Yavər Kələntərlinin anadan olmasının 115 illiyi,
(1902-1979)
Azərbaycanın Əməkdar artisti Yavər Kələntərli
muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir
ifaçısı Yavər xanım Şamaxıda dünyaya gəlmişdir. Yavər
xanımı qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün
əllərindən gələni etmişlər. Ancaq onun məlahətli səsi bir
gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkmişdir.
Üzeyir bəylə Yavər xanımın qardaşı Hacıbala Zamanov
Qori Seminariyasında bir yerdə oxumuşdular. Sonralar isə
dost olaraq qalırdılar. Üzeyir bəy Hacıbala müəllimgilə tez-
tez gələrdi. Elə onlarda ―Leyli və Məcnun‖ operasının
məşqinin aparıldığı vaxtlarda da Üzeyir bəy Yavər xanımın oxumasını
dinləmişdi. Üzeyir bəyin aləmində bu səs elə onun Leylisinin səsiydi.
Bəstəkarın təklifi Yavər xanımın ailəsində razılıqla qarşılanmadı. Amma ona
etiraz da edə bilmədilər.
Yavər Kələntərli 1922-ci ildə birillik musiqi kursunu bitirdi. Görünür,
qisməti beləydi. Bu yanıqlı, qeyri-adi səs təkcə öz-özünü ovutması, qohum-
tanış məclislərində dinlənilməsi üçün deyildi. Ona görə də nə vaxtsa mütləq
səhnəyə çıxmalı, o gözəl səsiylə dinləyənləri feyziyab etməliydı. O gün də
olmasaydı, bir başqa vaxt səhnəyə gəlməli, Yavər Kələntərli adını Azərbaycan
musiqisi tarixinə yazmalıydı . Yavər Kələntərli Azərbaycan radiosununun
və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli,
Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və
Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi (―Şah İsmayıl‖, Müslüm Maqomayev)
və digər partiyaları ifa etmişdir.
Yavər Kələntərli 5 feval 1979-cu ildə dünyasını dəyişmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
107
27 Mart - Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi, (1927-2007)
Sovet və rus violonçel ustası, pianoçu,
dirijor, ictimai xadim, pedaqoq, SSRİ xalq
artisti, 5 dəfə Qremmi mükafatı lauratı Mstislav
Leopoldoviç
Rastropoviç
Bakıda,
peşəkar
musiqiçilər ailəsində anadan olmuşdur. Onun
valideynləri Üzeyr Hacıbəyovun dəvəti ilə
Orenburqdan Bakıya köçmüşlər. M.Rostropoviç
uşaqlığından valideynləri ilə birgə musiqi ilə
məşğul olmağa başlamışdır. 1932-1939-cu illərdə Moskvada musiqi texnikumunda
oxumuşdur. 16 yaşında Moskva Konservatoriyasına qəbul olunmuş və burada
violonçel üzrə təhsil almışdır. Violonçel ustası kimi 1945-ci ildə Moskvada
Musiqiçilərin Ümumittifaq Müsabiqəsində qızıl medal qazanmışdır. 1947-ci ildə
Praqada Ümumdünya Gənclər və Tələbələr Festivalında I mükafata layiq
görülmüşdür. Beynəlxalq səfərləri və müqavilələri sayəsində Qərbdə
şöhrətlənmişdir.1955-ci ildə opera müğənnisi Qalina Vişnevskaya ilə tanış olur və
onlar tezliklə ailə qururlar. İki qız övladı dünyaya gələn M.Rastropoviç və
Q.Vişnevskaya 52 il bir yerdə yaşamışlar. Onlar 1974-cü ildə ailə ezamiyyət adı ilə
SSRİ-dən çıxmışlar. 1978-ci ildə isə sovet vətəndaşlıqları ləğv olunmuşdur.Yalniz
1990-cı ildə onların sovet vətəndaşlığı bərpa edilmişdir.
M.Rastropoviç 1974-cü ildən Qərbin aparıcı dirijorlarından biri sayılmışdır.
17 mövsüm Vaşinqton Milli Simfonik Orkestrinin dirijoru və bədii rəhbəri
olmuşdur. 26 il Moskva Konservatoriyasında dərs demişdir.
M.Rastropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
108
31 Mart - Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov Fəxrəddin Vəliyəddin
oğlunun anadan olmasının 50 illiyi, (1967-1992)
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov Bakı şəhərində doğulmuşdur. 1984-cü
ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985-
1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1991-
ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam
cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr
ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə
Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı
verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.
Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
Solmaz Şirin
İnternetdə:
www.az.wikipedia.orq
109
Aprel
Əlamətdar və tarixi günlər
1 Aprel - Ümumdünya Gülüş Günü, (1564)
1 Aprel - Beynəlxalq Quşlar Günü, (1894)
2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü, (1967)
4 Aprel - Ümumdünya İnternet Günü, (1998)
5 Aprel - Qar Qızın Ad Günü, (2009)
6 Aprel - Beynəlxalq Cizgi Filmləri Günü, (2002)
6 Aprel - İlk Olimpiya Oyunlarının Keçirildiyi Gün, (1896)
7 Aprel - Ümumdünya Sağlamlıq Günü, (1950)
12 Aprel - Ümumdünya Aviasiya və Kosmanavtika Günü, (1962)
13 Aprel - Ümumdünya Rok-N-Roll Günü, (1954)
15 Aprel - Beynəlxalq Mədəniyyət Günü, (1935)
17 Aprel - Ümumdünya Hemofiliya Günü, (1964)
18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günü, (1983)
22 Aprel - Ümumdünya Yer Kürəsi Günü, (1970)
23 Aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü, (1996)
23 Aprel - Ümumdünya İngilis Dili Günü, (2010)
24 Aprel - Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957)
29 Aprel - Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962)
29 Aprel - Beynəlxalq Rəqs Günü, (1982)
30 Aprel - Beynəlxalq Caz Günü, (2011)
Dostları ilə paylaş: |