Kitabları: ―Sahildə‖ (1958), ―Adanın sirri‖ (1959), ―Dənizin övladları‖ (1963),
―Buz qala‖ (1965), ―Könlümün səsi‖ (1967), ―Üç dəniz arxasında‖ (1970),‖Bir
yarpağam‖ (1974), ―Elə arxalan‖ (1978), ―Əbədilik‖ (1979), ―Odlar yurdum‖
(1981), ―Nur körpüsü‖ (1985), ―Dünya arxayındır etibarıma‖ (1990) və s.
İnternetdə:
www.az.wikipedia.orq
91
21 Mart - Yazıçı Böyükağa Talıblının anadan olmasının 120 illiyi,
(1897-1938)
Böyükağa Mirqasım oğlu Talıblı Masallı rayonunun Qoduman kəndində
anadan olmuşdur. Bakı Realni Məktəbində təhsil almışdır (1909-1915). Petroqrad
Vilayət Komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri,
bir il sonra orada azərbaycanca buraxılan ―Hürriyyət‖ qəzeti redaksiyasının
əməkdaşı olmuş, Xalq Komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir
təyin edilmişdir. Krım cəbhəsində əksinqilabi qüvvələrə qarşı vuruşmuş, eyni
zamanda ―Melitopolskiye izvestiya‖ qəzeti redaksiyası ilə əməkdaşlıq etmişdir
(1915-1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi
komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada Xalq Təsərrüfatı
Şurasının sədri olmuşdur. Azərbaycan xalq ədliyyə komissarı, Mərkəzi Statistika
İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru, respublika
prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923-1932).
―Kommunist‖ qəzetinin ikinci rəsmi redaktoru olmuşdur.
Böyükağa Talıblı 1938-ci ildə həlak olmuşdur.
Kitabları: ―Keyf içində‖ (1929), ―Tövbə‖ (1930), ―Dirək‖ (1971), ―Seçilmiş
əsərləri‖ (1938) kitablarının müəllifi olmuşdur.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
92
22 Mart - Yazıçı Cahanbaxışın anadan olmasının 115 illiyi, (1902-1972)
Cavadzadə Cahanbaxış Salman oğlu Gəncə şəhərində, çəkməçi ailəsində
anadan olmuşdur. 7 yaşından mollaxanada ibtidai təhsil almış, 1911-1913-cü
illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə Ruhani
Seminariyasına daxil olmuşdur. 1919-cu ildə üçaylıq pedoqoji kursda təhsil alıb
ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. İlk mətbu nəsr əsəri olan ―Yaxşı
həyat‖ ―Qızıl Gəncə‖ jurnalında dərc olunmuşdur. Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra Vrangelə qarşı cəbhəyə göndərilmişdir. Sonra
Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi
Azərbaycanın şimal əyalətlərinə, Gilana- Kiçik xanın yaratdığı respublikaya
göndərilmişdir. 1921-ci ilin iyul ayınadək İranda qalmışdır. 1921-ci ilin
avqustunda tərxis olunub Gəncəyə göndərilmişdir. Elə o vaxtdan Çoban Abdallı
kənd ibtidai məktəbinə müəllim və müdir təyin edilmişdir (1921-1925). Sonra
Gəncədə müxtəlif məktəb və texnikumlarda işləmişdir (1925-1929). 1929-cu ildə
Moskva Dövlət Pedoqoji İnstitutuna daxil olmuş, oranı müvəffəqiyyətlə
bitirmişdir. 1933-1943-cü illərdə Bakıda yaşamışdır. Baş Mətbuat İdarəsində
redaktor, sonra ―Azərnəşr‖də tərcüməçi redaktor, müharibə dövründə isə
Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, həm də
M.F.Axundov adına Pedoqoji İnstitutunda müəllim olmuşdur. H. Zərdabi adına
Gəncə Dövlət Pedoqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən
mühazirələr oxumuşdur. Eyni zamanda (1943-1950) Tbilisidə ―Zarya Vostoka‖
qəzeti redaksiyasında tərcüməçi işləmiş, oçerk və hekayələr, tənqidi məqalələr
yazmış, Avropa, rus yazıçılarından vaxtaşırı tərcümələr etmiş, M.Şoloxovun
―Əsərləri‖nin 6 cildini Azərbaycan dilinə çevirmişdir. Səməd Vurğunun gənclik
illərindən bəhs edən ―Ömrün pərişan günləri‖ romanı ―Azərbaycan‖ jurnalının
1997-ci il 11-12-ci saylarinda dərc olunmuşdur. 1946-cı ildən birpərdəli
komediyalar qələmə almışdır. Xidmətlərinə görə medalla təltif edilmişdir.
1972-ci il fevralın 6-da Gəncədə vəfat etmişdir.
Kitabları: ―Qonşular‖ (1937), ―Xanəndə, eşşək və oynağan dəvə‖ (1938),
―İntiqam‖ (1939), ―Hekayələr‖ (1974) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
93
22 Mart - Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 95 illiyi,
(1922-1996)
Şıxlınski
İsmayıl
Qəhrəman
oğlu
(İsmayıl
Şıxlı) Qazaxın İkinci Şıxlı kəndində, müəllim ailəsində
anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib,
Qazax Pedaqoji Məktəbində təhsil almışdır (1933-1936).
Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində təhsilini davam etdirmişdir. (1937-1941).
Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində
aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici
ölkələr
ədəbiyyatı
kafedrasının
müdiri,
bir
müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-
1968)
kimi
çalışmısdır. ―Azərbaycan‖
jurnalında baş
redaktor
(1976-
1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar
İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). İlk mətbu əsəri ―Quşlar‖
şeiri 1938-ci
ildə ―Ədəbiyyat‖
qəzetində dərc
olunmuşdur.
Ədəbi
yaradıcılığa 1947-ci ildə ―İnqilab və mədəniyyət‖ jurnalında çap etdirdiyi
―Həkimin nağılı‖ hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda
müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuşdur. Xidmətlərinə görə ―Qızıl Ulduz‖ (1945), ―Şərəf nişanı‖
(1971), ―Qırmızı əmək bayrağı‖ (1979), II dərəcəli ―Böyük Vətən Müharibəsi‖
(1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin
Fəxri Fərmanına (1973) və ―Şöhrət‖ ordeninə layiq görülmüşdür (04.07.1994).
İsmayıl Şıxlı gözəl nasir olmaqla yanaşı, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist
idi. O, Azərbaycan Komsomolu Mükafatı laureatı (1976), filologiya elmləri
namizədi (1954), Azərbaycanın Xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali
Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991)
olmuşdur.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Kitabları: ―Yetər Aslanova‖ (1949), ―Kerç sularında‖ (1950), ―Dağlar səslənir‖
(1951), ―Daşkəsən‖(1953), ―Ayrılan yollar‖ (1957), ―XVIII əsr xarici ədəbiyyat
tarixi‖ (1970), ―XX əsr xarici ədəbiyyat tarixi‖ (1974), ―Mənim rəqibim‖ (1975),
―Xatirəyə dönmüş illər‖ (1980), ―Dəli Kür‖ (1983), ―Məni itirməyin‖ (1984),
―Cəbhə yolları‖ (1985), ―Seçilmiş əsərləri (I-II cild)‖ (1986), ―Daim axtarışda‖
(1988), ―Namərd gülləsi‖ (1991), ―Ölüləri qəbiristanda basdırın‖ (1992), ―Ölən
dünyam‖ (1995) və s.
İnternetdə:
www.az.wikipedia.orq
94
22 Mart - Yazıçı Fəthi Xoşginabinin anadan olmasının 95 illiyi, (1922-1989)
Fəthi
Həmzə
Əli
Təbriz
şəhərinin
100
kilometrliyində olan Xoşginab kəndində doğulmuşdur.
İbtidai təhsilini burada almış, 15 yaşından İranın
şəhərlərində fəhləlik etmişdir. Təbriz partiya şəhər
komitəsində təbliğat komissiyasının sədri kimi ―21 Azər‖
inqilabında fəal iştirak etmişdir. Cənubi Azərbaycanda
Milli hökumət qurulllduqdan sonra, ADR MK-nın orqanı
‖Azərbaycan‖ qəzetinin məsul redaktoru işləmişdir. 1946-
cı il dekabrın 12-dən siyasi mühacir kimi Sovet İttifaqında
yaşamışdır. Burada ―Azərbaycan‖qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor
işləmiş (1947-1956), Moskvada, ali ədəbiyyat kurslarında təhsil almışdır (1956-
1958). Ədəbi fəaliyyətə gənc yaşlarında farsca yazdığı şeir və hekayələrlə
başlamışdır. 6-cı sinifdə ikən ―Şaxtada qalmış bir qadın‖ adlı mənzum hekayəsinə
görə Azərbaycan Maarif İdarəsi tərəfindən mükafatlandırılmışdır. İlk mətbu şeiri
olan ―Mən kəndliyəm‖ 1943 - cü ildə Tehranda dərc olunmuşdur. Onun doğma
Azərbaycan dilində yazıb-yaratmaq imkanı isə 1945- ci ildən sonra yaranmışdır.
Bu vaxtdan siyasi felyeton və məqalələri, eləcə ə ―Zeynəb‖, ―Mehri‖, ―Züleyxa‖,
―İbrahim‖, ―Usta Ələkbər‖ və s. hekayələri, ―Suvarılmış poladlar‖, ―Eşq və
müharibə‖ povestləri Təbrizdə çap olunmuşdur. Mühacirət dövrü Bakıda
Azərbaycan Demokrat Yazıçıları Cəmiyyətinin sədri olmuşdur. İran inqilabından
dərhal sonra Təbrizdə Azərbaycan şairlər və yazıçılar cəmiyyətini yaratmış, onun
sədri seçilmişdir (1979-1980). Bu cəmiyyətin orqanı ―Ülkər‖ jurnalını təsis
etmişdir. Tərcüməçi kimi də fəaliyyət göstərmiş, rus, belorus və digər xalqların
ədəbiyyatından nümunələri fars dilinə çevirmişdir. Hekayə, povest və romanları
rus, fars, tacik, bolqar, gürcü dillərinə tərcümə olunmuşdur. İnqilabi fəaliyyətinə
görə ―21 Azər‖ medalı ilə təltif edilmişdir.
Fəthi Xoşginabi 1989-cu ildə Moskvada vəfat etmiş, Bakıda dəfn
olunmuşdur.
Kitabları: ―İki dost‖ (1951), ―Son bayraqdar‖ (1956), ―Hekayələr‖ (1956),
―Məhəbbət və nifrət‖ (1965), ―Ata, iki qardaş‖ (1983), ―Ata‖ (1959) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
95
24 Mart - Yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi,
(1872-1950)
Məmməd Hacı Ağa oğlu Səid Ordubadi Ordubad şəhərində anadan
olmuşdur. Ordubadi ilk təhsilini atasından almışdır. Atasının ölümündən sonra
onun əsas müəllimi Məmməd Tağı Sidqi olmuşdur. O, Sidqinin ―Əxtər‖ adlı
dördsinifli məktəbində təhsil almışdır. Ordubadinin mətbuatda ilk şeiri 1903-cü
ildə dərc olunmuşdur. İlk kitabı ―Qəflət‖ 1906-cı ildə Tiflisdəki ―Qeyrət‖
mətbəəsində çap edilmişdir. İkinci kitabı ―Vətən və hürriyyət‖ 1907-ci ildə
çıxmışdır. O, Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan ―Molla
Nəsrəddin‖ jurnalına yazılar göndərir, ―İrşad‖, ―Tərəqqi‖, ―Tazə həyat‖ və s.
qəzetlərdə müxbir sifətilə müntəzəm əməkdaşlıq edirdi. M.S.Ordubadinin
jurnalistik fəaliyyətində ―Molla Nəsrəddin‖ jurnalı ilə əməkdaşlığı xüsusi yer
tutur. ―Hərdəmxəyal‖, ―Divanə‖, ―Qardaşım İbrahimə‖ və s. imzalarla jurnalda
onlarla felyeton çap etdirmişdir. 1908-ci ildə ―İki cocuğun Avropaya səyahəti‖
Ordubadinin birinci romanı idi. M.S.Ordubadinin 20-ci illərdəki yaradıcılığı
olduqca zəngin və ədəbi növlərin rəngarəngliyi ilə seçilən məhsuldar bir dövrdür.
Oxucular onun ―Analıq‖, ―Mənim şeirlərim‖, ―Mollanın yuxusu‖, ―Kənd
alverçisi‖, ―Köhnə adamlar‖ kimi poeziya məcmuələri ilə tanış olublar. Ordubadi
Azərbaycan dilində çıxan mətbuat orqanlarının, demək olar ki, hamısında fəal
əməkdaşlıq edib: ―Əxbar‖, ―Kommunist‖ qəzetlərində, ―Füqəra füyuzatı‖ və
―Molla Nəsrəddin‖ jurnallarının redaktor müavini, ―Yeni yol‖ qəzetində redaktor
vəzifəsində çalışıb. Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan
Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən
biri olub. Onun ―Dinçilər‖, ―Sabotajçılar‖, ―Cəmiyyət-əqvami‖, ―Oktyabr
inqilabı‖, ―Sədəf‖ və digər pyesləri Bakı teatrlarının səhnələrində
müvəffəqiyyətlə tamaşaya qoyulub. ―Dumanlı Təbriz‖ ilə ədəbiyyatımızda
novator romançı kimi seçilən M.S.Ordubadi ―Gizli Bakı‖ romanı ilə daha da bir
yeni mühüm addım atmış olub. ―Qılınc və qələm‖ əsərini ədib 1939-1941-ci
illərdə yazıb.
Ədib uzun sürən ağır xəstəlikdən sonra 1950-ci il mayın 1-də vəfat edib.
Kitabları: ―Qəflət‖ (1906), ―Qanlı illər‖ (1911), ―Mollanın yuxusu‖ (1929),
―Dumanlı Təbriz‖ (1948), ―Qılınc və qələm‖ (1949), ―Gizli Bakı‖(1961),
―Döyüşən şəhər‖ (1969) və s.
İnternetdə:
www.az.wikipedia.orq
96
25 Mart - Şair Almas İldırımın anadan olmasının 110 illiyi, (1907-1952)
Almas İldırım (İldırım Almaszadə) Bakının Qala
kəndində anadan olub. A.İldırımın bəy nəslinə
mənsubluğu üçün Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra o, sovet totalitar rejiminin hədəfinə
çevrilib. Əvvəlcə gənc Almas Azərbaycan Dövlət
Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric
edilib. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə
―Dün bugün‖ adlı şeir məcmuəsi çap etdirib. 1928-də
şeirlərində
ifadə
olunan
millətçi
fikirlərə
görə Dağıstana sürgün edilib. Sürgündə ―Dağlardan
xatirələr‖, ―Ləzgi elləri‖, ―Krımda axşamlar‖,
―Səlimxan‖ və ―Günah kimdədir?‖ adlı şeirlərini yazıb. 1930-cu ildə Bakıya
qayıdıb və ―Dağlar səslənərkən‖ şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab
senzuradan keçməyib və şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına
səbəb olub. 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq
körpəsi Azəri də götürüb bir dəvə karvanına qoşulub və böyük məşəqqətlə İrana
keçib. Almas İldırım İranda dərhal həbs olunub. 25 gün dustaqda qalıb. Nəhayət,
azad edilib, Məşhəd şəhərinə göndərilib. Almas İldırım İranda qala bilməyib
tezliklə Türkiyəyə gedib və 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına
qəbul edilib. Almas İldırım Türkiyədə keçirdiyi on yeddi illik həyatında jurnal və
məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyətçi və istiqlalçı bir şair
kimi tanınıb. Yazdığı şeirlər ―Boğulmayan səs‖ adı altında çap olunub. Bundan
başqa, ―Azərbaycan mahnıları‖ adlı kitabı da var.
Almas İldırım 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edib.
Kitabları: “Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın
şerləriylə‖. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev.(1990), ―Qara dastan‖
(1994) , ―Seçilmiş əsərləri‖ (2004) və s.
Rusca: ―Азербайджан; До свидания, Баку!‖ (1993), ―Прощай Баку!;
Азербайджан‖ (стихи) (1993), ―Что было? Не вернулся‖ (стихи), "Молодёжь
Азербайджана", (1994)
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.az.wikipedia.orq
97
30 Mart - Şair, həkim Paşa Qəlbinurun anadan olmasının 65 illiyi, (1952)
Paşa Qəlbinur Şəmkir rayonunun Çinarlı qəsəbəsində,
qulluqçu ailəsində anadan olmuş, M.Müşfiq adına kənd orta
məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-
profılaktika fakültəsində təhsilini davam etdirmiş, (1968-1975)
institutun göz xəstəlikləri kafedrasında assistent, həm də
ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-
1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən),
həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi
əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı
aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar Salonunda ―Brüssel
Evrika 2002‖ sərgisində ―Oftalmologiyada yeni dərman preparatı Aktirol‖un kəşfı
Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq
görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi
Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002). Azərbaycan Alimlər
İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri
Oftalmoloji Birliyinin İdarə Heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel
İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). ABŞ-
ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində ―İlin
adamı‖ mükafatına, Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və
iltifat diplomuna (2000) layiq görülmüşdür. ―Araz‖ ali ədəbi mükafatın laureatıdır
(1996). Aybəniz Əliyeva ―Paşa Qəlbinur‖ (1996), A.Məmmədov ―Qəlbinur
poeziyası XXI əsrin astanasında‖ (1999) kitabını ona həsr etmişdir. ―Paşa Qəlbinur
– 50‖ biblioqrafiya məlumat kitabı buraxılmışdır. Ədəbi fəaliyyətə 1978-ci ildə
"Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi ―Xal‖, ―Ay gecəyə hicran sıxır‖,
―Mən ilhamı gözlərimlə görmüşəm‖ şeirləri ilə başlamışdır. ―Gözlər‖ adlı ilk şerini
13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. 1992-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Komsomol Mükafatı laureatı
(1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya
Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasının fəxri
doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin, Dünya
Azərbaycanlıları Konqresinin həmsədridir (2008).
Kitabları: ―Ay bir əlçim buluddur‖ (1984), ―Payız məktubu‖ (1987), ―Rəngli göz
yaşları‖ (1990), ―Ağlıma gələnlər başıma gəldi‖ (2003) və s.
Şeirlərinə yazılmış mahnılar: ―Anam elçi gedən gün‖,
―
Bənzərsizim‖ və s.
İnternetdə:
www.az.wikipedia.orq
98
30 Mart - Tərcüməçi Reyhan Salamovanın anadan olmasının 90 illiyi,
(1927-1998)
)
Reyhan Ələkbər qızı Salamova Azərbaycanın Zaqatala şəhərində, sənətkar
ailəsində anadan olmuşdur. 1928-ci ildə ailəliklə Bakıya köçmüşlər. Burada 132
saylı orta məktəbin yeddinci sinfini bitirib, əczaçılıq texnikumunda təhsil almışdır
(1943-1947). ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən
sonra əmək fəaliyyətinə ―Azərnəşr‖də redaktor kimi başlamışdır (1953-1956).
―Uşaqgəncnəşr‖də korrektor, kiçik redaktor, redaktor (1957-1962), ―Azərnəşr‖də
redaktor (1962-1966), ―Gənclik‖ nəşriyyatında redaktor, böyük redaktor (1967-
1988) olmuşdur. İlk tərcüməsi ruscadan ―Cırcırama və qarışqa‖ hekayələr
toplusudur. Azərbaycan Jurnalistlər İttifaqının nəşriyyat üzrə müvəkkili (1972-
1988) olmuşdur.
Reyhan Salamova 1998-ci il martın 24- də dünyasını dəyişmişdir.
Tərcümələri: ―Cırcırama və qarışqa‖( 1957), ―Nədən qorxdular‖ (1958), ―Sünbül‖
(1959), L.Larionova.‖Bizi kim oyadır‖ (1960), V.Bianki ―Qara şahin‖ (1961),
N.Nosov ―Hekayələr‖ (1967), Y.Permyak ―Nazik sim‖ (1977), V.Kava ―Sükutun
ətri‖ (1981), ―Dünya uşaq ədəbiyyatı kitabxanası‖ (1988) və s.
99
Xarici ədəbiyyat
11 Mart - İngilis yazıçısı Duqlas Adamsın anadan olmasının 65 illiyi,
(1952-2001)
İngilis yazıçısı, dramaturqu və ssenaristi, yumoristik fantastik əsərlər
müəllifi Duqlas Adams Böyük Britaniyanın Kembric şəhərində anadan olub.
İngilis ədəbiyyatı üzrə bakalavr və magistr dərəcələrini alan Adams 1978-ci ilin
martında BBC radiosunda dördseriyalı ―Avtostoplarda səyahət edənlər üçün
qalaktika bələdçisi‖ yayına çıxıb və çoxlu mükafat qazanıb. Bir qədər sonra yazıçı
eyniadlı kitabını çap etdirib. Bu kitab çox böyük uğur qazanır və 1984-cü ildə
ingilis bestsellerlərinin siyahısında ilk yeri tutub. Duqlas Adams Golden Pen
mükafatını (mükafat 1000000 nüsxə kitabın satışına görə verilir) almış ən gənc
yazıçı olub. Daha sonra yazıçı bu kittabın davamı olan ―Kainatın qurtaracağındakı
restoran‖ (1980), ―Həyat, Kainat və digər hər şey‖ (1982) kitablarını yazıb.
D.Adams həm də bir çox məşhur serialların ssenarisinin müəllifidir.
Duqlas Adams həm də ətraf mühit və yoxolma təhlükəsi qarşısında qalan
növlərin müdafiəsi hərəkatının fəal üzvü olub.
Yazıçı 2001-ci il mayın 11-də, 49 yaşında ürək tutmasından vəfat edib.
Dostları ilə paylaş: |