Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
51
23 Fevral - Tənqidçi, ədəbiyyatşünas Əmirxan Xəlilovun anadan olmasının
80 illiyi, (1937)
Xəlilov
Əmirxan Məhərrəm oğlu Gürcüstan
Respublikasının Marneuli (Sarvan) şəhərində anadan
olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində
bitirmiş,
1956-1961-ci
illərdə
Azərbaycan
Dövlət
Universitetində
təhsil
almışdır. 1968-ci ildə ―Cəfər
Cabbarlının ədəbi-tənqidi görüşləri‖ mövzusunda namizədlik,
1987-ci ildə ―Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf
mərhələləri
(1920-1980)‖
mövzusunda
doktorluq
dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən dosent, 1988-ci ildən etibarən
professor elmi adlarını almışdır. 1970-ci ildən BDU-da ―Rus ədəbiyyatı tarixi‖,
―Türk və şərqi slavyan xalqları ədəbiyyatı‖, ―Dünya ədəbiyyatı‖ kafedralarında
çalışmış, ―Rus ədəbiyyatı və dünya ədəbiyyatı‖ fənlərindən mühazirələr oxuyur.
170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. Məmməd Araz adına ―İti
qələm‖ mükafatı laureatı olmuşdur.
Kitabları: ―Sənət və sənətkar‖ (1974), ―Yesenin və Azərbaycan‖ (1977),
―Aleksandr Blok‖ (1980), ―Əbədi üfüqlər‖ (1985), ―Poeziya, həyat, mənəviyyat‖
(1989), ―XX əsr rus ədəbiyyatı tarixi‖ (1992), ―Sənət həyata bələdçidir‖ (1994),
―Məmməd Araz dühası‖ (2002), ―Əliağa Kürçaylı‖ (2003), ―Olimpe gedən yolda‖
(2005) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
52
Xarici ədəbiyyat
7 Fevral - İngilis yazıçısı Çarlz Dikkensin anadan olmasının 205 illiyi,
(1812-1870)
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi
tanınan Çarlz Dikkens Böyük Britaniyanın Lendport -
Portsmut şəhərində doğulmuşdur. Ç. Dikkens ingilis
ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı,
həm də tanınmış yumor və satira ustasıdır. Onun
yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun
qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur.
―Oliver Tvistin macəraları‖ adlı romanında yazıçı
yoxsulların həyatını təsvir etmişdir. Əsərlərinin əksəriyyəti
dövrü mətbuatda çap olunmuşdur. O, əsərlərini hissə-hissə
yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və
xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb
etmişdir. Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir. Vaxtının çoxunu
açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər
əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlamışdır. Sonralar o,
avtobioqrafik roman olan ―Devid Koperfild‖də bu barədə yazmışdır. 1827-ci
ilin mayında Dikkens hüquq bürosunda işə başlamışdır. 1828-ci ilin
noyabrınadək burada xidmət göstərmişdir.1833-cü ildə özünün ilk hekayəsi
olan ―Qütb gəzintisində nahar‖ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə ―Boz‖
təxəllüslü Dikkens özünün ilk romanını – ―Pikvik qəzetləri‖ni nəşr etdirməyə
başlamışdır. Sonralar o ―Oliver Tvist‖, ―Nikolas Niklbay‖, ―Devid Kopperfild‖
və s. əsərlərini yazmışdır. 1842-ci ildə ABŞ və Kanadaya səyahət etmişdir.
1867-1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş, Emerson Fildz və
başqaları ilə tanış olmuşdur. 1870-ci il iyun ayının 9-da vəfat etmişdir.
Onun bədii yaradıcılıq üsulu fantastika və realizmin birləşməsindən
ibarətdir.
Yaratdığı
surətlər
ingilis
ədəbiyyatının
ən
yaddaqalan
surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu ―ağır artilleriya ustası‖
adlandırılar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast
gəlinir.
Kitabları: ―Oliver Tvistin macəraları‖, ―Böyük ümidlər‖, ―Nikolas Niklbay‖,
―Devid Kopperfild və s.
İnternetdə:
www.az.wikipedia.orq
53
17 Fevral
-
Amerikalı fantast yazıçı Elis Meri Nortonun 105 illiyi,
(1912-2005)
Amerikalı fantast-yazıçı Elis Meri Norton (daha sonralar Andre Elis Norton)
Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur. Məktəb illərindən mütaliəyə
böyük maraq göstərib, divar qəzeti üçün ilk hekayələrini yazıb. 20 il Klivlend
İctimai kitabxanasında işləmişdir. İlk kitabı olan ―Şahzadənin əmri‖ hərbi roman
janrında idi və 1934-cü ildə çap olunmuşdur. Həmin ildə naşirlərin məsləhəti ilə
kişi adı olan Andre Norton təxəllüsünü götürmüşdür. Onların fikrincə bu, kişi
oxucu auditoriyasını cəlb etməli idi. Sonradan yazıçı rəsmi şəkildə Andre adını
əlavə edərək adını dəyişmişdir.
A.Norton fantastika janrında 1947-ci ildən yazmağa başlamışdır (―Krater
adamları‖). Bütünlükdə o, 130 roman yazmışdır. Nortonun ən məşhur romanları
arasında ―Ulduz qapıları‖ fantastik romanı, ulduz tacirləri haqqında ―Günəş
kraliçası‖ kosmik opera seriyası, ―Cadugərlik dünyası‖ və ―Əlf Trilogiyası‖
silsiləsi vardır.
Andre Norton 2005-ci il martın 17-də Tennessi ştatında vəfat etmişdir.
İnternetdə:
www.books.google.com
54
22 Fevral - Psixoloq, yazıçı Yekaterina Muraşovanın anadan olmasının
55 illiyi, (1962)
Rus ailə psixoloqu, yazıçısı, yeniyetmələr üçün kitabların müəllifi
Yekaterina Vadimovna Muraşova Leninqradda (indiki Sankt-Peterburq) anadan
olmuşdur. İlk təhsilini Leninqrad Dövlət Universitetində embrioloq ixtisası üzrə
alan Y.Muraşeva ikinci təhsili kimi psixoloq ixtisasını seçmişdir. Daha sonra
yeniyetmə və ailə psixoloqu kimi ixtisaslaşmışdır. Onun ilk əsəri 1989-cu ildə
çapdan çıxmış ―Dostluq‖ toplusunda ―Talisman‖ povesti olmuşdur. Uşaqlar üçün
macəra, valideynlər üçün elmi-populyar və hər iki qrup oxucular üçün tarixi-
macəra romanları yazır.
2010-cu ildə Astrid Lindqren adına Beynəlxalq ədəbi mükafatın laureatlığına
namizədliyi irəli sürülmüşdür. ―O geri qayıtmayacaq‖, ―Hər zaman açıq qapı‖,
―Bütün ömür üçün bir möcüzə‖, ―Korreksiya sinifi‖ və s. əsərlərin müəllifidir.
Onun ―Korreksiya sinifi‖ müasir rus ədəbiyyatında içində çox seçilən bir əsərdir.
Bu kitab oxuculara əsərin qəhrəmanlarını duymaq, təsvir olunanları yaşamaqla
özünü insan, şəxsiyyət, vətəndaş kimi dərk etməyə kömək edir. Y.Muraşova bədii
ədəbiyyatla yanaşı, valideynlər üçün uşaq psixologiyası üzrə də kitabların
müəllifidir.
İnternetdə:
www.books.google.com
55
25 Fevral - Dramaturq, librettolar müəllifi Karlo Qoldoninin anadan
olmasının 310 illiyi, (1707-1793)
Karlo Qoldoni İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. Fəlsəfə və
hüquq təhsili alan Qoldoni atasının istəyi ilə hüquqşünaslıq karyerasına başlayır.
O, hüquqla məşğul olmaqla yanaşı, teatrla da çox maraqlanırdı.
K.Qoldoni 1731-ci ildə Venesiyada özünün müstəqil vəkillik fəaliyyətinə
başlayır və paralel olaraq Venesiyanın teatr truppalarından birini mətnlərlə təmin
edir. Bu dövrdə onun ilk böyük pyesləri – ―Velizariy‖, ―Rozamunda‖ faciələri,
―Venesiya qayıqçısı‖ komediyası yaranır. Lakin onlar böyük uğur gətirmir və
Qoldoni Toskanaya köçür. Burada o, ―İki ağanın bir nökəri‖ (1745) adlı məşhur
komediyasını yazır. Daha sonra yenidən Venesiyaya qayıdan Karlo Qoldoni
hüquqşünaslıq işini tamamilə tərk edir və bütünlüklə ədəbiyyatla məşğul olur.
Karlo Qoldoninin ―Yalançı‖ (1750), ―Qəhvəxana‖ (1750) və s. pyesləri də böyük
uğur qazanır.
Dramaturq 1761-ci ildə İtaliyanı həmişəlik tərk edir və Parisə köçür. Burada
o, italyan teatrının dramaturqu olur və kralın qızlarına italyan dilindən dərs deyir.
Onun fransız dilində yazdığı ―Deyingən xeyriyyəçi‖ əsəri (1771) ona Avropa
şöhrəti qazandırır.
Karlo Qoldoni 1793-cü il fevralın 6-da Versalda vəfat etmişdir.
İnternetdə:
www.books.google.com
56
26 Fevral - Fransız yazıçısı Viktor Hüqonun anadan olmasının 215 illiyi,
(1802-1885)
Böyük fransız yazıçısı Viktor Mari-Hüqo utopik
realizmin ən nüfuzlu nümayəndələrindən biridir.
Dramaturq, şair, publisist Fransada anadan olub.
Nəzm əsərləri arasında "Düşüncələr" və ―Əsrlərin
əfsanəsi‖ kimi poemaları daha məşhurdur. Fransa
siyasi həyatında da olduqca aktiv olan Hüqo
gənclik illərində mühafizəkar meylli olsa da,
sonralar siyasi sollara qoşulur və respublika
ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq, yaşadığı dövrün və
cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri
canlandırır. Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət
qazanmışdır. Nəzm əsərləri arasında ―Düşüncələr‖ və ―Əsrlərin əfsanəsi‖
(Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən
çox bəyəndiyi əsərləri yəqin ki, ―Səfillər‖ və ―Notrdam qozbeli‖, ―Edam
məhkumunun son günü‖ romanlarıdır - həyat gerçəkliyinin insan gözünə
dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə
pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni
tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də
qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları, cinayətkarları müdafiə etmişdir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri
və mədəni həyatda baş verən hadisələri canlandırır.
Viktor Hüqo 1885-ci ildə mayın 22-də, 83 yaşında Fransada vəfat edib.
Kitabları: ―İsland Han‖ (1823), ―Yeni mədhiyyələr‖, (1824),‖Büq-Jarqal‖ (1826)
―Kromvel‖ (1827), ―Mədhiyyə və balladalar‖ (1828), ―Şərq poemaları‖ (1829),
―Marion de Lorm‖ (1829) , ―Ernani‖ (1829), ―Gənc Fransa‖ inqilabının himni
olacaq mədhiyyə (1830), ―Paris Notr-Damm kilsəsi‖ (1831), ―Kral əylənir‖ (1832),
―Edam məhkumun son günü‖ (1832) ,‖Klod Qö‖ (1834), ―İşıq və kölgə‖ (1840),
―Bir cinayətin tarixi‖ (1852), ―Cəzalar‖ (1853), ―Düşüncələr‖ (1856), ―Əsrlərin
əfsanəsi‖ (1856) ,‖Səfillər‖ (1852-1862), ―Vilyam Şekspir‖ (1864), ―Küçə və
meşələrin nəğmələri‖ (1865), ―Dəniz zəhmətkeşləri‖ (1866), ―Gülən insan‖ (1869)
romanı, ―93-cü il‖ (1874) romanı.
İnternetdə:
www.az.wikipedia.orq
57
İncəsənət
5 Fevral - Əməkdar artist Münəvvər Kələntərlinin anadan olmasının
105 illiyi, (1912-1968)
Münəvvər Kələntərli Lənkəranda anadan olub. 17 yaşında Bakıya gəlib.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə
Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib.
M.Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin
rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə
istirahət edir. Münəvvər Kələntərli 1953-cü ildə ―Vətən‖ kinoteatrına direktor
müavini təyin olunub. Ondan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilib.
Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib.
Filmoqrafiya: ―Ağasadıq Gəraybəyli‖ (film, 1974), ―Arşın malalan‖ (film, 1945),
―Bakının işıqları‖ (film, 1950), ―Bəxtiyar‖ (film, 1955), ―Əmək və qızılgül‖ (film,
1962), ―Görüş‖ (film, 1955), ―Kazbek‖ qutusu (film, 1958), ―Kölgələr sürünür‖
(film, 1958), ―Qızmar günəş altında‖ (film, 1957), ―O olmasın, bu olsun‖ (film,
1956), ―Onun böyük ürəyi‖ (film, 1958), ―Yeni il gecəsində‖ (film, 1958) və s.
İnternetdə: www.az.wikipedia.orq
58
6 Fevral - Xalq artisti Lütfi Məmmədbəyovun anadan olmasının 90 illiyi,
(1927-2005)
Lütfi Şahbaz oğlu Məmmədbəyov Ağdaşda anadan
olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir
müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib,
40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq
bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil
olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət
olunub və ömrünün sonunadək burada çalışıb. Böyük
aktyorluq
məktəbi
keçmiş Lütfi Məmmədbəyov
Akademik Milli Dram Teatrının səhnəsində bir neçə
tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının
rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın)
rejissoru da Lütfi Məmmədbəyov olub - Əlibala Hacızadənin əsəri əsasında 12
seriyalı ―İtkin gəlin‖.
Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.
Filmoqrafiya: ―Ağasadıq Gəraybəyli‖ (film, 1974), ―Atayevlər ailəsi‖ (film),
―Bəxtiyar‖ (film, 1955), ―Duel‖ (film, 1995), ―Göz həkimi‖ (film, 1985), ―İtkin
gəlin‖ (film, 1994), ―Kişilər‖ (film, 1984), ―Qızmar günəş altında‖ (film, 1957),
―Leyli və Məcnun‖ (film, 1961), ―Mehmanxana sahibəsi‖ (film, 1978), ―Mücrü‖
(film, 1973), ―O olmasın, bu olsun‖ (film, 1956), ―Sarıköynəklə Valehin Nağılı‖
(film), ―Sehrli xalat‖ (film, 1964), ―Səhər‖ (film, 1960), ―Taleyin qisməti‖ (film,
1996), ―Unudulan adam‖ (film, 1987), ―Yad qızı‖ (film, 1990), ―Yağışdan sonra‖
(film, 1998), ―Yeni il gecəsində‖ (film, 1958)
İnternetdə: www.az.wikipedia.orq
59
28 Fevral - İtalyan bəstəkarı Coakkino Rossininin anadan olmasının 225 illiyi,
(1792-1868)
Coakkino Antonio Rossini musiqiçilər ailəsində anadan olmuşdur.
Uşaqlıqdan çox gözəl və güclü səsə malik olan Coakkinonun valideynləri öncə
onun müğənni olmasını istəyiblər. Lakin gələcək çətinlikləri və kiçik Coakkinonun
sözəbaxmaz, çətin xarakterini nəzərə alan atası və anası bu fikirdən daşınırlar. Bir
neçə müəllimdən dərs alan Rossininin ilk bəstəkarlıq təcrübələrinin 1804-cü ilə aid
olduğu düşünülür. 1805-ci ildə Rossininin ailəsi Bolonyaya köçür. İtalyan
musiqinin çiçəkləndiyi bu şəhərdə yerli musiqi liseyində dərs alır. O, 1810-cu ildə
―Nikah vekseli‖ librettosuna musiqi yazır. Rossini 1812-ci ildə La Skaladan opera
yazmaqla bağlı ilk sifarişini alır. ―Məhək daşı‖ adlı operası ilk dəfə tamaşaya
qoyulur və 20 yaşlı Rossiniyə şöhrət qazandırır. Həmin vaxtdan o, İtaliyanın
aparıcı gənc bəstəkarı olur. Daha sonralar bəstəkar ―Seviliya bərbəri‖, ―Otello‖,
―Küllücə‖, ―Vilhelm Tell‖, ―Yelizaveta İngiltərə kraliçasıdır‖, ―Musa Misirdə‖ və
s. operalarını yazır. Bu və digər əsərləri bəstəkara dünya şöhrəti qazandırır.
Coakkino Rossini 39 operanın, dini və kamera musiqilərinin müəllifidir.
Bəstəkar 1868-ci il noyabrın 13-də Parisdə vəfat etmiş və Per-Laşez
məzarlığında dəfn olunmuşdur.
İnternetdə:
www.books.google.com
60
Milli qəhrəmanlar zirvəsi
2 Fevral - Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlunun
anadan olmasının 65 illiyi, (1952-1992)
A.Əkbərov Cəbrayıl
rayonunun
Balyand
kəndində
anadan
olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-
ci ildə hərbi xidmətə getmiş, 1972-ci ildə ordudan tərxis olunmuşdur. O, 1974-
cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə
başlamışdır. Sonuncu iş yeri polis şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi
bölməsi olmuşdur. Polis baş çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul
Xidməti müfəttişi vəzifəsində işləmişdir.
1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup
əməkdaşı Kəlbəcər rayonunun ―Sarı yer‖ yaylağındakı mülki şəxslərin
təhlükəsizliyini təmin etmək üçün ezam olunur. Polislərin arasında Akif
Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlağa qəfil basqınlar etdiyindən,
polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
12 avqustda ermənilər ―Sarı yer‖ yaylağına hücuma keçirlər. Əhalini
qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Təxminən 6 saat davam edən bu
döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv
edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. Akif Əkbərov 12
avqust 1992-ci ildə Kəlbəcərin ―Sarı yer‖ yaylağı uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olur. Akif Əkbərov Beyləqan rayonunda dəfn edilmişdir.
Akif Əkbərov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı fərmanı ilə ölümündən sonra ―Azərbaycanın Milli Qəhrəmanı‖ adına
layiq görülmüşdür.
Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun Beyləqan rayonunda büstü
qoyulmuşdur. Rayon mərkəzindəki küçələrdən biri onun adını daşıyır.
İnternetdə: www.az.wikipedia.orq
61
Mart
Əlamətdar tarixi günlər və bayramlar
2 Mart - Azərbaycan Respublikasının BMT - nin Üzvlüyünə Qəbul Olunduğu Gün,
(1992)
2 Mart - Ümumdünya Ucadan Oxu Günü
3 Mart - Ümumdünya Yazıçı Günü, (1921)
3 Mart -Ümumdünya Vəhşi Təbiət Günü, (1973)
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, (2005)
8 Mart - Beynəlxalq Qadınlar Günü, (1910)
10 Mart - Milli Teatr Günü, (1873)
14 Mart - Ümumdünya Yuxu Günü, (2008)
20-25 Mart - Novruz bayramı
20 Mart - Beynəlxalq Xoşbəxtlik Günü, (2012)
21 Mart - Beynəlxalq Meşə Günü, (2013)
21 Mart - Beynəlxalq Poeziya Günü, (1997)
21 Mart - İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə
Günü, (1966)
21 Mart - Beynəlxalq Kuklaçı Günü, (2000)
22 Mart –Ümumdünya Su Ehtiyatları Günü, (22.03.1992)
23 Mart - Ümumdünya Meteorologiya Günü, (23.03.1950)
25 Mart - ―Azərbaycanın Milli Qəhrəmanı‖ fəxri adının təsis edildiyi gün, (1992)
27 Mart - Beynəlxalq Teatr Günü, (1962)
Tariximizin qan yaddaşı
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, (1918)
Yubilyar yazıçı və şairlər
Yazıçı Fərman Kərimzadənin 80 illiyi, (03.03.1937 - 17.03.1989)
Yazıçı Manaf Süleymanovun 105 illiyi, (03.03.1912 - 24.05.2001)
Şair Sabir Almazovun 80 illiyi, (05.03.1937 - 04.06.1976)
Ədəbiyyatşünas Vaqif Arzumanlının 70 illiyi, (05.03.1947 - 09.07.2014)
Şair, yazıçı Məmməd Orucun 70 illiyi, (08.03.1947)
Yazıçı Məmməd Dadaşzadənin 90 illiyi, (16.03.1927)
Dramaturq Qeybulla Rəsulovun 95 illiyi, (18.03.1922 - 11.09.1988)
Şair, yazıçı Zahid Xəlilin 75 illiyi, (20.03.1942)
Şair, dramaturq Atif Zeynallının 90 illiyi, ( 20.03.1927 - 28.01.1991)
Yazıçı Böyükağa Talıblının 120 illiyi, ( 21.03.1897 - 1938)
Yazıçı Cahanbaxış Cavadzadənin 115 illiyi, (22.03.1902 - 06.02.1972)
Xalq yazıçısı İsmayıl Şıxlının 95 illiyi, (22.03.1922 - 26.07.1995)
62
Yazıçı Fəthi Xoşginabinin 95 illiyi, (22. 03.1922 - 1989)
Yazıçı Məmməd Səid Ordubadinin 145 illiyi, (24.03.1872 - 01.05.1950)
Şair Almas İldırımın 110 illiyi, (25.03.1907 - 14.01.1952)
Publisist Əşrəf Hacıyevin 85 illiyi, (25.03.1932 - 2001)
Şair, həkim Paşa Qəlbinurun 65 illiyi, (30.03.1952)
Tərcüməçi Reyhan Salamovanın 90 illiyi, (30.03.1927 - 24.03.2010 )
Dostları ilə paylaş: |