İnternetdə:
www.books.google.com
82
Yubilyar yazıçı və şairlər
3 Mart - Yazıçı Fərman Kərimzadənin anadan olmasının 80 illiyi, (1937-1989)
Fərman Kərimzadə Qərbi Azərbaycanın Böyük Vedi
kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış,
orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində
bitirmişdir. Əzim Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində təhsil almışdır. İsmayıllı və Jdanov
(indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi
olmuşdur. Sonra ―Yüksəliş‖ rayon qəzeti redaksiyasında
ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir. Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari
fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və
incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, ―Ədəbiyyat və incəsənət‖
qəzetinin xüsusi müxbiri olmuşdur. Şüvəlan Yaradıcılıq Evinin direktoru
işləmişdir.
Fərman Kərimzadə imzası daha çox tarixi roman müəllifi kimi məşhurdur.
1967-ci ildə çap olunmuş "Qarlı aşırım" onun yazıçılıq istedadını, ümidverici və
gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə ―Qarlı aşırım‖da 30-
cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki
nəsr ustalarını təkrar etmədən, tamamilə yeni ruhda əks etdirdi. F.Kərimzadənin
uzun tədqiq və araşdırmalardan sonra qələmə aldığı ―Xüdafərin körpüsü‖ əsəri
xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir.
Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə qarşılaşdıran bu
roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin qovuşduğu, birincilərin
ikincilərlə əvəzləndiyi dövrün, Azərbaycan torpaqlarının birlik, Azərbaycan
mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir.
F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.
Kitabları: ―Sonuncu eksponat‖ (1961),‖Ömrümüz-günümüz‖ (1963), ―Heykəl
dilə gəlir‖ (1965), ―Qarlı aşırım‖ (1971), ―Xudafərin körpüsü‖ (1982), ―Çaldıran
döyüşü‖ (1988) və s.
İnternetdə:
www.az.wikipedia.orq
83
3 Mart - Yazıçı Manaf Süleymanovun anadan olmasının 105 illiyi, (1912-2001)
Manaf Süleymanov İsmayıllı rayonunun Lahıc
qəsəbəsində anadan olmuşdur. 18 saylı Bakı şəhər orta
məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına
Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat
fakültəsində təhsil almışdır (1932-1937). O, elmi işlə də
məşğul olmuş, geologiya-mineralogiya elmləri namizədi
alimlik dərəcəsi almış, uzun illər Azərbaycan Neft-Kimya
İnstitutunda dərs demişdir. Ədəbi yaradıcılığa 1947-ci
ildə ―Azərbaycan‖ jurnalında dərc olunan ―Yerin sirri‖
romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda
məqalələrlə də çıxış etmiş, bəzən onları ―Fərəcoğlu‖ imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen,
A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A.
Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri
ilə tanış olmuşlar. Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı
milyonçuları
və
qoçularından, 1918-1920-ci
illərində Azərbaycan
Xalq
Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir.
Manaf müəllim ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb
yaratmışdır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer
tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan
maraqlı sənədlərdəndir. ―Şagirdlik illərim‖ adlı xatirəsi daha maraqlıdır.
―Azərbaycan diyarı. Lahıc‖ ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Onun
636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin
Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin
atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir
Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları,
povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci
elmi siyahısında rəsmiləşdirilmişdir.
Manaf Süleymanov 2001-ci il mayın 24-də Bakıda vəfat etmişdir.
Kitabları: ‖Yerin sirri‖ (1948), ‖Yerin sirri‖ (1956), ―Fırtına‖ (1960), ―Yerin sirri‖
(1967), ―Fırtına‖ (1969), ―Zirvələrdə‖ (1973), ―Dalğalar qoynunda‖ (1977), ―Yerin
sirri‖ (1980), ―Dalğalar qoynunda‖ (1984), ―Zirvələrdə‖ (1988), ―Eşitdiklərim,
oxuduqlarım, gördüklərim‖ (1996), ―Son bahara çatdıq‖ (1996), ―Neft
milyonçusu‖ (1996), ―Şərqdə ilk demokratik cumhüriyyət‖ (1999), ―Şagirdlik
illərim‖ (2001) və s.
İnternetdə: www.az.wikipedia.orq
84
5 Mart - Şair Sabir Almazovun anadan olmasının 80 illiyi, (1937-1976)
Sabir Almazov Qazıməmməd şəhərində, fəhlə ailəsində doğulmuşdur. Atası
Əliabbas Yaqub oğlu 1942-ci ildə cəbhədə həlak olmuşdur. S.Almazov 1945-1955-
ci illərdə 15 saylı Hacıqabul dəmiryol məktəbində təhsil almışdır. 1955-1957-ci
illərdə Bakı dəmir-beton zavodunda usta köməkçisi və usta vəzifələrində
işləmişdir. 1957-ci ildə APİ-yə daxil olmuş, ikinci kursdan sonra, 1959-cu ilin
yayında Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Moskvaya, M.Qorki adına
Ədəbiyyat İnstitutuna göndərilmişdir. Oranı müvəffəqiyyətlə bitirib Azərbaycan
Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməsi şöbəsində işləmişdir. Burada o,
şeir və tərcümə kitablarını redaktə etmiş, vaxtaşırı radio və televiziyada öz
şeirlərini, tərcümələrini oxumuşdur. Gənc şair ədəbi aləmə 1957-ci ildə
―Azərbaycan gəncləri‖ qəzetində çap etdirdiyi ―Mərmər daş‖ şeirilə gəlmişdir.
Bundan sonra ―Gəncliyin səsi‖ almanaxında, dövri mətbuatda tez-tez çıxış
etmişdir. Onun tərcüməsində oxucular dünya yazıçılarının (Afrika, Hind, Suriya,
Kuba‖, çex və b.) əsərləri ilə tanış olmuşlar.
Sabir Almazov 1976- cı il iyunun 4- də Bakıda vəfat etmişdir.
Kitabları: ―Fikir‖ (1967), ―Baharla görüş‖ (1977), ―Mənim səsim‖ (1978) və s.
Tərcümələri: V.V.Bianki. ―Qarışqa yuvasına tələsirdi‖ (1966), V.Kolin. ―Qonur
ayı‖ (1966), A.L.Barto. ―İpatdı‖ (1970), N.Tixonov. ―Altı sütun‖ (1981) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
85
5 Mart - Ədəbiyyatşünas, tənqidçı, tərcüməçi Vaqif Arzumanlının anadan
olmasının 70 illiyi, (1947-2014)
Vaqif Arzumanlı Quba rayonunda anadan olub.
Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-
1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-
nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva
EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən
Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş,
1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri
vəzifəsində çalışmışdır. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli
Münasibətlər İnstitunun direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun ―Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr‖ şöbəsinə
rəhbərlik etmişdir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
beynəlxalq əlaqələr üzrə direktor müşaviri işləmişdir. V.Arzumanlı 1973-cü ildə
namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən
professor adı almışdır, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademikidir
(1996), ―Alman-Azərbaycan Cəmiyyəti‖ İdarə Heyətinin üzvü (1992), Beynəlxalq
―Soydaş‖ Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin vitse-prezidenti (1996),‖Quba Xeyriyyə Cəmiyyəti‖nin
sədri (1996), Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999),
İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin
Prezidenti (2002) seçilmişdir. V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin
1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq
elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər
sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak etmişdir,
30-dan artıq aspirant, dissertant və doktorantın elmi rəhbəri, elmi məsləhətçisi
olmuşdur.
2014-cü ilin iyul ayında ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Kitabları: ―Ürəklər qovuşanda‖ (1989), ―Azərbaycan ünvanlı‖ (1994), ―1918-ci il
qırğınları‖ (1995), ―Tarixin qara səhifələri‖ (1998), ―Keçmişimiz və gələcəyimiz‖
(2000), ―Bölünmüş vətənin bütövlük rəmzi‖ (2006), ―Dünya Azərbaycanlıları
Konqresi‖ (2007), ―Azərbaycanın ən qədim şəhəri-Dəmirqapı Dərbənd‖ (2009),
―Dəyərli ustad‖ (2010), ―Dədə Qorqudun qəbrinin izi ilə‖ (2012), ―Mirzə Fətəli
Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri‖ (2012) və s.
İnternetdə: www.az.wikipedia.orq
86
8 Mart - Şair, yazıçı Məmməd Orucun anadan olmasının 70 illiyi, (1947)
Məmməd Oruc Qərbi Azərbaycanın Vedi rayonunun
Böyük Vedi kəndində anadan olmuşdur. Beyləqan
rayonunun G.Əsədov adına Şahsevən kənd orta məktəbini
bitirdikdən sonra ADU-nun jurnalistika şöbəsində təhsil
almışdır (1965-1969). ―Duyaraq‖ adlı ilk şeiri 1963-cü ildə
―Yüksəliş‖
rayon
qəzetində
dərc
olunmuşdur.
―Azərbaycan gəncləri‖ qəzeti redalsiyasında ədəbi işçi,
şöbə müdiri (1969-1971), Dövlət Televiziya və Radio
Verlişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor (1972-1980),
―Azərbaycan‖ jurnalında ədəbi işçi (1980-1989) vəzifələrində çalışmışdır. Bir ilə
yaxın Beyləqan rayonunun Şahsevən kəndində əkinçiliklə və bədii yaradıcılıqla
məşğul olmuşdur. Onun oxucuların rəğbətini qazanan ―Əzraillə söhbət‖,
―Köçürlümə‖, ―Oyun havası‖, ―Günlərin bir günündə‖ kimi maraqlı nəsr əsərləri
var. ―Ailə səadəti‖, ―Yadigar mahnı‖, ―Leylək körfəzi‖, ―Köçürülmə‖ kitablarının,
―Təbriz almaları‖, ―Oğulla görüş‖ və s. pyeslərin müəllifidir.
Məmməd Oruc Azərbaycan ədəbiyyatında özünəməxsus səsi və nəfəsi olan
yazıçılardandır. O, öz üslubu ilə daim seçilməyi bacarıb. Nasir kimi ən üstün
özəlliklərindən biri də ağrılarını kifayət qədər saf və təmiz düşüncəylə yazmaq və
bunu oxucuya çatdırmaq bacarığıdır. Məmməd Oruc 1993-cü ildən ―Azərbaycan‖
jurnalının nəsr bölməsinə rəhbərlik edir.
Kitabları: ―Ailə səadəti‖ (1973), ―Yadigar mahnı‖ (1979), ―İkinci ad‖ (1984),
―Leylək körfəzi‖ (1985), ―İntizardan sonra‖ (1989), ―Köçürülmə‖ (1990) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
87
16 Mart - Yazıçı Məmməd Dadaşzadənin anadan olmasının 90 illiyi, (1927)
Məmməd Abbas oğlu Dadaşzadə Azərbaycanın Təbriz şəhərində, qulluqçu
ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir. Gəncə Hərbi Hava
Qüvvələri Məktəbində təhsil almışdır (1946-1947). ADU-nun hüquq fakültəsini
bitirdikdən sonra ―Bakı kommunistləri‖ qəzeti redaksiyasında ədəbi işçi
vəzifəsində çalışmışdır (1952-1953). Azərbaycan EA Ədəbiyyat İnstitutu
Əlyazmaları Fondunda elmi işçi (1953-1954), Azərbaycan EA Tarix muzeyində
elmi-kütləvi şöbənin müdiri (1954-1956), ―Xan sarayı‖ muzeyinin direktoru (1956-
1960) olmuşdur. Hazırda Azərbaycan EA Tarix İnstitutunun etnoqrafiya şöbəsində
baş elmi işçi (1961-ci ildən) vəzifəsində çalışır. Tarix elmləri namizədidir.
1949-cu ildən bədii yaradıcılığa başlamışdır. ―Sülhün işığında‖ (1950)
almanaxında ilk mətbu əsəri çıxmışdır. Məqalələri dövri mətbuatda müntəzəm çap
olunur. Etnoqraf-tarixçi kimi xalqın orta əsrlər mənəvi mədəniyyəti, həyat tərzi
haqqında elmi məqalələri və hekayələri ilə çıxış edir.
Kitabları: ‖Ayrılıq‖ (1956), ―Görüş‖ (1962), ―Dan yeri söküləndə‖ (1964), ―Sübh
işığında‖ (1966), ―Elmi həqiqət və dini etiqad‖ (1966) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
88
18 Mart - Dramaturq Qeybulla Rəsulovun anadan olmasının 95 illiyi,
(1922-1988)
Qeybulla Rəsulov Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan
olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra
Şəki Feldşerlik Məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış,
İkinci Dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş
(1942), sonra 402 və 416-cı atıcı diviziyalarında hərbi feldşer işləmişdir. Mozdok
şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır. Ordudan təxris
olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində
təhsil almışdır. Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında
ədəbi hissə müdiri işləmişdir (1953-1955). Ədəbi fəaliyyətə "Tatar Bakıdan gəlir"
birpərdəli pyeslə başlamış, Xalq Yaradıcılığı Evi həmin pyesi ayrıca kitabça
halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində
müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və
incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Dram Teatrında ədəbi hissə müdiri işləmişdir (1965-ci ildən).
Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq
görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün
aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin
zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında
səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, habelə irihəcmli dramları
özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda
"Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız
xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş,
"Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin gözü ilə" və s. pyesləri isə
radioda səsləndirilmişdir.
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir.
Qeybulla Rəsulov 1988-ci il sentyabrın 11-də Bakıda vəfat etmişdir.
Kitabları: ―Rəhmə gəl, mələyim‖ (1956), ―Bir evdə‖ (1956), ―Qonaq‖ (1961)
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
89
20 Mart - Şair, yazıçı, tərcüməçi Zahid Xəlilin anadan olmasının 75 illiyi,
(1942)
Zahid Xəlil (Xəlilov Zahid Abdulla oğlu) Yevlax
şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2
saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi
bitirdikdən sonra, 1959-1965-ci illərdə ADU-nun (indiki
BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində qiyabi
təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütünfermentləmə
zavodunda texnik kimi başlayıb. 1965-1966-cı illərdə
Yevlax şəhər Mədəniyyət Evinin müdiri, ―Qələbə‖ adlı
rayonlararası
qəzetin
redaksiyasında
ədəbi
işçi,
―Təşəbbüs‖ adlı Yevlax rayon qəzetində məsul katib,
―Mübarizə‖ adlı Goranboy rayon qəzetində ədəbi işçi,
məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda nəşr olunan ―Gənc müəllim‖ qəzetinin redaktoru təyin olunub. 1969-
1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə
―Ədəbiyyat tarixi‖ kafedrasında baş müəllim, 1980-ci ildə ―Ədəbiyyat və onun
tədrisi‖ kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə
filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-
nun pedaqoqika fakültəsinin dekanı işləyib. Hazırda ədəbiyyat və onun tədrisi
metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm"
mükafatı laureatı adına layiq görülüb.―Vətənim‖ adlı ilk şeri 1958-ci ildə ―Yeni
Yevlax‖ qəzetində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci
ildə "Literaturnaya qazeta"da dərc olunan ―Kölələr‖ və ―Limonad içməyim‖
hekayələrinə görə redaksiyanın ―Zolotoy telyonok‖ mükafatına layiq görülüb.
Uşaq yazıçısı kimi tanınır. Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin
Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən ―Məktəbəqədər
yaşlı uşaqlar üçün ədəbiyyat‖ adlanan Ümumittifaq konfranslarda iştirak edib.
Keçmiş SSRİ ―Dövlətnəşrkom‖un və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı
Şurasının üzvü olub.
Kitabları: ―Uçan çıraqlar‖ (1969), ―Qarışqalar‖ (1971), ―Mən rəngləri tanıyıram‖
(1972), ―Göydən üç alma düşdü‖ (1974), ―Quşlar, quşlar‖ (1977), ―Torağaylar
oxuyur‖ (1979), ―Ballıca‖ (1981), ―Çıraq nənənin nağılları‖ (1983), ―Cırtdanla
Azmanın yeni macəraları‖ (1985), ―Dünyanın ən balaca nağılları‖ (2002) və s.
İnternetdə:
www.az.wikipedia.orq
90
20 Mart - Şair, dramaturq Atif Zeynallının anadan olmasının 90 illiyi,
(1927-1991)
Atif Zeynallı Bakı şəhərində anadan olmuşdur.
Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə
oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra
ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür.
1944-1949-cu illərdə ADU-nun şərqşünaslıq fakültəsində
təhsil almışdır. Atif Zeynallının yazdığı üç iri monoqrafik
əsəri XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər
Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr
edilmişdir. A. Zeynallının elmi fəaliyyəti ömrünün sonuna
qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. O, bir
sıra aspirant və dissertantların elmi rəhbəri olmuşdur. Cavan yaşlarından o, sovet
ədəbiyyatı şöbəsində işləmiş və şöbə xətti ilə hazırlanan ikicildlik sovet
―Azərbaycan sovet ədəbiyyatı tarixi‖nin əsas müəlliflərindən biri olmuşdur. Alim
ömrünün müdrik illərini çox sevdiyi Səməd Vurğun yaradıcılığı barədə
monoqrafiyanı yazmağa həsr etmişdir. Bu kitab onun ölümündən bir il qabaq
1990-cı ildə çap olunmuşdur. Atif Zeynallının mətbuatda çoxlu resenziya və
məqalələri çıxmışdır. Bunların çoxu C.Cabbarlı, S.Vurğun, S.Rüstəmə həsr
edilmişdir. Onun digər qələm dostları haqqında da məqalələri çoxdur. Ədəbiyyata
1947-ci ildə ―Azərbaycan gəncləri‖ qəzetində çap olunmuş ―Azərbaycan‖ adlı
şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörd şer kitabı çap olunmuşdur. Şeirlə
yanaşı, Atif Zeynallı dram əsərləri də yazmışdır. ―Sirlər yuvası‖, ―Nəriman ata‖,
―Məmmədəli kurorta gedir‖, ―Ləkə‖ və pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə
qoyulmuşdur. Ədibin pyesləri əsasən komik-dramatik üslubda idi. Bədii əsərləri
SSRİ xalqlarının dillərinə çevrilmişdir. ―Keçilməmiş yollarla‖ monoqrafiyası rus
dilində çap edilmişdir. A. Zeynallı özü də vaxtaşırı tərcümələr etmişdir.
Atif Zeynallı 1991-ci il yanvarın 28-də vəfat etmişdir.
Dostları ilə paylaş: |