İnternetdə:
www.books.google.com
161
8 May - Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)
Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist
ictimai xadim, ―Nobel‖ sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis
edilmişdir və 1953-cü ildən qeyd olunur.
Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa
orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz
gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri
Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək
Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmışdır. 1864-cü il avqust ayının 22-də
İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul
olunmuşdur. Belə fərqləndirici nişan, qırmızı fonda ağ xaçı əks etdirən İsveçrə
dövlətinin bayrağına olan hörmətin əlamətidir.
1876-cı ildə Osmanlı imperiyası rus-türk müharibəsində iştirak edən tibbi
işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı
çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan
kimi qəbul olunub. Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və
Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsini və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir.
İnternetdə:
www.books.google.com
162
9 May - Faşizm Üzərində Qələbə Günü, (1945)
“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya müharıbəsində,
Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox
böyük olmuşdur.”
Ümummilli lider Heydər Əliyev
Müharibədə Azərbaycanın 600 mindən
çox oğul və qızının amansız düşmənlə
döyüşlərdə göstərdikləri misilsiz şücaət
və igidlik, arxa cəbhədə çalışanların isə
əmək rəşadəti dillər əzbəridir və bugünki
nəsillər üçün daim örnək olaraq
qalacaqdır.
Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq
nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər
çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları
əbədiləşdirilmişdir. 9 may - Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd
olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz
bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan
torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif
edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə
göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər
Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə
demişdir: ―Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan
ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla
aparılması üçün ən mühüm amililərdən biri olmuşdur. Müharibənin ilk illərində
faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz
əlində cəmləşdirmişdi. Lakin ―Hər şey cəbhə üçün, hər şey qələbə üçün‖ şüarı
altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları nəinki
dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və
sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.‖
İnternetdə:
www.books.google.com
163
15 May - Beynəlxalq Ailə Günü, (1994)
“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt
ailəni, ailə mühitini əvəz edə bilməz”
Mehriban xanım Əliyeva
Ailə Azərbaycan dövləti, Azərbaycan
cəmiyyəti üçün həmişə müqəddəsdir.
Dövlətimiz cəmiyyətin əsas atributu olan
ailənin rifah halının gündən-günə daha da
artmasının qayğısına qalmaqla, onun
müqəddəsliyini bir daha təsdiq edir.
BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü
ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara almışdır.
Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə
alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər
birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşdirməyə çalışır.
Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl
daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun
problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız
İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas
özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial
müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun
problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə
qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin
gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər
görmüşdür. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə
Dövlət Komitəsi yaradılmışdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident
İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Hazırda bu komitə
dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər
üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.
Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili
Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual
problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. M. Əliyevanın təşəbbüsü
ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr
üçün, sözün əsl mənasında, böyük dayaqdır. ―Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı‖ çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin
rifahına, möhkəmlənməsinə xidmət edir.
İnternetdə:
www.books.google.com
164
15 May - Beynəlxalq İqlim günü, (1992)
İqlimin
qorunması
bəşəriyyətin
qarşısında duran qlobal problemlərdən biridir.
Hər il mayın 15-də dünya Beynəlxalq İqlim
Gününü qeyd edir. Bu qeyri-rəsmi bayramın
təsis olunması, meteoroloqların iqlimin indiki
və gələcək nəsillərin rifahı üçün vacib resurs
kimi qorunub saxlanması çağırışına cavab
olmuşdur. Qlobal istiləşmə, atmosfer qatında
ozonun yüksək səviyyədə olması, planetdə hava şəraitinin dəyişilməsi – Yer
kürəsində iqlimin pisləşməsinə səbəb olur və nəticə etibarilə insanların həyat, ərzaq
və mülkiyyət təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin
balanslaşdırılmış inkişafına mənfi təsir göstərir. Müasir elmlər Yer kürəsində
temperaturun getdikcə qalxması halında iqlimin fəlakətli dəyişikliyinin vaxtını
dəqiq deyə bilmirlər. Lakin ekoloq və meteoroloqların fikrincə, bu dəyişiklikləri
təxirə salmaq olar. Geridönməz iqlim dəyişikliklərinə səbəb olan əsas problemlərin
sırasına atmosferdə parnik qazlarının toplanmasının çoxalmasıdır. Bu təzahür
dünya səviyyəsində ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda Yer Sammitində
müzakirə olunmuşdur. Dünyanın 180-dən çox ölkəsinin nümayəndələri BMT-nin
İqlim Dəyişikliyi Haqqında Çərçivə Konvensiyasını imzalamışlar. 1997-ci ildə bu
konvensiya tərəfdarlarının Kiotoda (Yaponiya) keçirilən üçüncü konfransında
konvensiyaya əlavə kimi məşhur Kioto protokolu qəbul olunmuşdur. 2007-ci ilin
dekabrında Balidə (İndoneziya) BMT-nin iqlim dəyişikliyi məsələlərinə həsr
olunan başqa bir konfransı keçirilmişdir.
Yer üzündə iqlimin qorunması planetin hər bir sakinindən asılıdır. Bunun
üçün avtomobillərdən az istifadə etmək, ağac əkmək, yaşıllıqları qorumaq və s.
lazımdır. Bu kiçik işləri hər bir insan həyata keçirsə, əslində çox böyük müsbət
nəticələrə səbəb olar.
İnternetdə:
www.books.google.com
165
18 May - Beynəlxalq Muzeylər Günü, (1977)
“Muzey maddi - mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi,
öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi
tədqiqat müəssisəsidir.”
Ümummilli lider Heydər Əliyev
2000-ci il martın 24-də qüvvəyə
minmiş
―Muzeylər
haqqında‖
Azərbaycan Respublikasının Qanunu
ölkəmizdə
muzeylərin
fəaliyyətinin
təşkilati-hüquqi əsaslarını və müvafiq
münasibətləri tənzimləyir. Ümummilli
lider tərəfindən muzey işinin inkişafı üzrə
müəyyən edilmiş prioritetlər bu gün
Azərbaycan Prezidenti İlham Əliyevin və
ölkəmizin birinci xanımı, YUNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam
etdirilir.
Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda,
qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarıdır. Hər il
mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq
Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar
günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol
oynadığını göstərməkdir.
Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü
qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda
bayram edilir. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər
İdarəsi, Muzey işi üzrə Elmi-Metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii
Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa
Mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn
Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül,
Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil,
bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi
təşəbbüsü ilə yaradılmışdır. 1994-cü ildə ―Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərində ―İstiqlal‖ Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması
haqqında‖ 2006-cı il 18 dekabr, ―Müasir İncəsənət Muzeyinin yaradılması
haqqında‖ 2006-cı il 19 dekabr, ―Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında‖ 2007-ci il 6 mart tarixli sərəncamları, 2009-cu il 22 may tarixli
Sərəncamı ilə təsdiq edilmiş ―Azərbaycanın regionlarında fəaliyyət göstərən
muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri
eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı‖, həmçinin ―Azərbaycan Xalça
Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında‖ 2013-cü il 29
dekabr tarixli sərəncamları bu sahəyə göstərilən qayğıya bariz nümunələrdir.
166
―Azərbaycan 2020: gələcəyə baxış‖ İnkişaf Konsepsiyasını həyata keçirmək
məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə
təsdiq olunan ―Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması,
tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair
2014-2020-ci illər üzrə Dövlət Proqramı‖na uyğun olaraq, milli mədəni irsimizin
qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın böyük zəhməti sayəsində ―Şirvanşahlar Sarayı Kompleksi‖, Qız qalası
və Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESCO-nun Dünya İrsi Siyahısına
daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ
muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər
muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə
beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Ümummilli
liderimizin
siyasi
irsinin
öyrənilməsi,
azərbaycançılıq
məfkurəsinin
formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri
isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə
kimi qiymətləndirilməlidir.
İnternetdə:
www.books.google.com
167
20 May - Ümumdünya Metrologiya Günü, (1875)
Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə
Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət
nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.
Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM)
yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun
sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri
işlənib hazırlanıb. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və
beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr
Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin
vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir
cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və
təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika,
ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq
olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin
müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet
istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.
Azərbaycanda metrologiya sahəsi üzrə dövlət siyasətini Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin
beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında
Dövlət Metrologiya Xidməti yaradılıb. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini
və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının
təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində
kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya
dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə
vasitələrinə ötürülür.
İnternetdə:
www.books.google.com
168
21 May - Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü,
(2002)
Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir.
Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il
mayın 21-də keçirilmişdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər
təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif
azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq
göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın
təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır,
bəzən də tamamilə yox olur. Bütün bu faktların nəzərə alınması və onların
əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə YNESKO-nun ―Mədəniyyətlərin
müxtəlifliyinə dair‖ bəyannaməsinin qəbul olunmasını zəruri etmişdir. Bu
bəyannamənin həyata keçirilməsi üçün iyirmi əsas istiqamətdən ibarət Fəaliyyət
Planı qəbul olunmuşdur. Bəyannamədə müxtəliflik, dialoq və inkişaf arasında
əlaqənin yeni anlayışı irəli sürülmüşdür. Qeyd etmək lazımdır ki, BMT
konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır
və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar
olmasına cəhd göstərir. Milli-mədəni müxtəliflik mədəni zənginlik
deməkdir.
Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında,
inkişafında maraqlıdır və buna dəstək verir.
Dünya cəmiyyəti bununla mədəni müxtəlifliyin inkişafına töhfələr
verməklə, mədəni irsin qorunması, müxtəlif mədəniyyətlərin nümayəndələri
arasında münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır.
İnternetdə:
www.books.google.com
169
22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)
Məşhur bioloq E.Vilson biomüxtəlifliyi -
“
həyatın məğzi"
adlandırmışdır.
Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün
canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir
.
Bioloji
müxtəliflik
bütün
yaşayış
mühitlərində, o cümlədən, quruda, dənizdə və
digər su ekosistemləri və ekoloji komplekslər
də daxil olmaqla, bütün canlı orqanizmlərin
növ müxtəlifliyi deməkdir. 2000-ci il dekabrın
20-də BMT-nin Baş Assambleyası 55/201
nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji
müxtəliflik
üzrə
Konvensiyanın
qəbul
olunması, həmçinin ―Beynəlxalq Bioloji
Müxtəliflik Günü‖ elan etmişdir.
Azərbaycanda biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur.
Bizim taleyimiz ekosistemin məhsuldarlığından və saglamlığından asılı
olduğundan dünyada biomüxtəlifliyin qorunması, irqindən, dinindən, rəngindən
asılı olmayaraq, hər birimizin borcudur. Bu baxımdan təbiətdə canlıların
qorunması təbliğinə istiqamətlənmiş 22 May - Beynəlxalq Biomüxtəliflik Gününü
Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-
de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd edildiyi kimi, ‖dünyanın
gələcəyi, inkişafı ekoloji problemlərin həll ediləcəyindən asılı olacaqdır‖.
Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik
ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən
birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir
Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir,
bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700
növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə
edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16
ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar
aləmi də, son dərəcə zəngin olub, 25 minə yaxın növü əhatə edir. Azərbaycan
florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və
digər faydalı bitkilər daxildir.
Dostları ilə paylaş: |