İnternetdə:
www.books.google.com
12
Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012)
2012-ci ildə dünyada daha bir müsbət ənənə yaranmışdır. Həmin ilin
qışından başlayaraq Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə
yeni bayram – Ümumdünya Qar Günü (World Snow Day). Onun başqa adı isə -
Beynəlxalq Qış İdman Oyunları Günüdür. Bayram hər il yanvar ayının bazar
günlərindən birində qeyd olunur.
Bayramın məqsədi qış idman oyunlarına marağı artırmaq və gəncləri fəal
həyat tərzinə cəlb etməkdir. FIS-in fikrinə görə, həmin gün ―qar festivalları‖
keçirilməlidir və burada həm uşaqlar, həm də böyüklər xizək və konki yarışlarında
iştirak etməlidirlər.
İnternetdə : www.books.google.com
13
Azərbaycanın görkəmli şəxsiyyətləri
7 Yanvar - Akademik Mirəli Qaşqayın anadan olmasının 110 illiyi,
(1907- 1977)
Mirəli Qaşqay Gəncə şəhərində anadan olmuşdur.
1930-cu ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin dağ-mədən fakültəsini bitirərək, dağ-mədən
mühəndisi-geoloq ixtisasını almışdır. Həmin ildə SSRİ
Elmlər
Akademiyasının
Petroqrafiya
İnstitutunun
aspiranturasına daxil olmuşdur. 1934-cü ildə ―İstisu mineral
bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə
dair‖ namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik
Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və
bazitlərinin tədqiqinin nəticələri ―Azərbaycanın əsas və
ultraəsas süxurları‖ adlı monoqrafiyasında əksini tapmışdır. 1942-ci ildə bu əsərə
görə ona geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər
Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi
olmuşdur. O, uzun illər Azərbaycan Elmlər Akademiyasının Geologiya
İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası
şöbəsinə rəhbərlik etmişdir. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət
Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və
kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. M.
Qaşqay böyük elmi irs qoyub getmişdir. Onun 600-dən çox elmi əsəri və 35
monoqrafiyası çap olunmuşdur. ‖Azərbaycanın əsas və ultraəsas süxurları‖,
―Azərbaycan mineral suları‖, ―Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi
xüsusiyyətləri‖, ―Daşkəsənin petrologiyası və metallogeniyası‖, ―Alunitlər, onların
genezisi və istifadəsi‖, ―Listvenitlər, onların genezisi və təsnifatı‖ kimi
fundamental əsərlərin müəllifidir. 10 elmlər doktoru və 50 elmlər namizədi
hazırlamışdır.
M. Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Filmoqrafiya: ―Qaşqayın son proqnozu‖ (film, 2007) (Mirəli Qaşqayın 100 illik
yubileyi ilə bağlı rejissor Elçin Musaoğlunun quruluşunda akademikin həyat və
yaradıcılığından bəhs edən sənədli film).
İnternetdə:
www.az.wikipedia.orq
14
21 Yanvar - Tarixçi, şərqşünas Əlisöhbət Sumbatzadənin anadan olmasının
110 illiyi, (1907-1992)
Əlisöhbət Sumbatzadə Bakının Əmircan kəndində
anadan olmuşdur.1926-ci ildə Bakı Müəllimlər Seminariyasını
və 1929-cu ildə isə Şərq fakültəsini bitirmişdir. 1929-1957-ci
illərdə ali məktəblərdə, AMEA-nın Tarix və Fəlsəfə
İnstitutunda işləmişdir. AMEA-nın vitse-prezidenti (1957-
1959), İqtisadiyyat
İnstitutunda şöbə
müdiri
(1959-
1963), Yaxın və Orta Şərq Xalqları İnstitutunun (1963-1969)
və Tarix
İnstitutunun direktoru
(1970-1972), AMEA-nın
İctimai elmlər bölməsinin akademik katibi (1970-1981)
olmuşdur. 1982-ci ildən İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə
müdiri işləyib.
Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli
şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında
Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. Ə.Sumbatzadə özünün
elmi potensialına, müxtəlif elmlərə yaxından bələd olmasına, elmi təcrübəsinə
söykənərək, Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs
göstərmiş və uzun illər apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə, müdrik
çağında ―Azərbaycanlılar – etnogenez və xalqın formalaşması‖ adlı son dərəcə
vacib monoqrafiyasını yazmış və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın
əsasını qoymuşdur. XlX əsrdə Azərbaycanın ictimai-iqtisadi tarixinin bütün
mənzərəsinin elmi təhlilini vermək üçün onun sənaye həyatının öyrənilib tədqiq
edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də
tarixşünaslığımızda yenə bu böyük alimin adı ilə bağlıdır. 1964-cü ildə ―Elm‖
nəşriyyatı tərəfindən buraxılan "XIX əsrdə Azərbaycan sənayesi" adlı əsəri ilə
müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını
qoymuşdur. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın inkişafı barədə
reallıqların beynəlxalq elmi aləmə çatdırılmasında Əlisöhbət Sumbatzadənin
əvəzsiz xidmətləri olmuşdur.
1957-1959-cu illərdə Azərbaycan EA-nın vitse-
prezidenti, sonra Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru və
akademiyanin ictimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləyərkən
onun təşkilatçılıq fəaliyyəti özünü daha bariz şəkildə göstərmişdir.
Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Kitabları: ―XIX əsrdə Azərbaycan sənayesi‖ (1967), ―Müasir dövrdə Sovet
Azərbaycanı iqtisadiyyatının inkişafı‖ (1980), ―Sovet tarix elmi 1975-1979-cu
illərdə‖ (1980)
İnternetdə:
www.books.google.com
15
Yubilyar yazıçı və şairlər
1 Yanvar - Şair Ramiz Məmmədzadənin anadan olmasının 80 illiyi, (1937)
Ramiz Məmmədzadə Ağdam şəhərində anadan
olmuşdur. Orada 1 saylı şəhər orta məktəbini bitirmiş,
sonra Bakı Dəmiryol Məktəbində və APİ-nin pedoqoji
fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə
1960-cı ildə ―Bakı‖ qəzetində dərc olunmuş ―Milyon
ananın övladı‖ adlı ilk şeiri ilə başlamışdır. Dövri
mətbuatda müharibə mövzusunda çoxlu şeir və məqalələri
çap olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevə həsr etdiyi
―Canpolad əfsanəsi‖ əsəri maraq doğurmuşdur.
Ramiz Məmmədzadənin lirik-fəlsəfi şeirləri insanı düşünməyə vadar edir,
çətin məqamlarda dözümlü olmağa səsləyir. Onun böyük həyat təcrübəsi var.
Şairin poeziyası elə duyğulardan yaranır ki, ancaq özünə məxsusdur, onun fərdi
yaşantılarıdır. O, hadisələrin içərisindən çıxmağı, onların fövqündə dayanmağı,
uzaqdan qiymət verməyi bacarır. Millətə sevgi, dövlətə ehtiram şairin poeziyasında
da başlıca yer tutur.
Kitabları: ―Həmişə sən gələsən‖ (1970), ―Vaxtında açsaydı qönçələr‖ (1978),
―Qeyrət günü‖ (1990), ―O gecə‖ (20 yanvar) (1990), ―Canpolad əfsanəsi‖ (1995)
və s.
Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
16
5 Yanvar - Yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illiyi, (1927-1985)
Əlfi Qasımov Ağdam rayonunun Poladlı kəndində
anadan olmuşdur. Şelli-Qaradağlı kəndinin yeddiillik
məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji
Texnikumunda təhsil almışdır.
Ağcabədi rayonunda Xocavənd və Boyat kənd
məktəblərində
müəllim
işləmişdir
(1943-1944).
Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini
davam etdirmiş (1944-1946), 1946-cı ildə ADU-nun
jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə
universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi"
qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir
(1951-1958). "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib (1958-
1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri
Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983)
çalışmışdır. 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət
Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləmişdir. Əlfi
Qasımov ədəbi yaradıcılığa şeirlə başlamışdır. ―Xalq arzusu‖ adlı ilk şeri 1945-ci
ildə Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc olunmuşdur. Universitetdə
oxuduğu illərdə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc
edilmişdir. ―Əriməzin ətəklərində‖ adlı ilk oçerklər kitabı 1954-cu ildə çap
olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin
tərcümələləri və tərtib etdiyi digər kitabları işıq üzü görmüşdür. Əsərləri rus,
qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.
Əlfi Qasımov 1985-ci ilin 12 martında qəflətən vəfat etmişdir.
Kitabları: ―Əriməzin ətəklərində‖ (1954) ,‖Şagird briqadaları‖ (1960), ―Odlu
ürəklər‖ (1962), ―Dostluq və qardaşlıq dünyası‖ (1963), ―Adilənin taleyi‖ (1964),
―Dnepr qəhrəmanı‖ (1964),‖ Ulduz karvanı‖ (1967), ― Məni qınamayın‖ (1968),
―Saçlar ağarsa da...‖ (1969), ―Qızburunda tək məzar‖ (1970), ―Vətən çağıranda‖
(1975), ―Könül sevən...‖ (1977), ―Qağayı fəryadı‖ (1979), ―İnsan qaranquş
deyil‖ (1981), ―Toy gecəsi‖ (1985), ―Bəhyəddin Mirzəyev‖ (1985) və s.
Ədəbiyyat:Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
17
5 Yanvar - Yazıçı Vidadi Babanlının anadan olmasının 90 illiyi, (1927)
Vidadi Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı)
kəndində, müəllim ailəsində doğulmuşdur. Burada orta
məktəbi
bitirdikdən
sonra
ADU-nun
fılologiya
fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad
şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya
köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi
işçi vəzifəsində çalışmışdır. O, Moskvaya M.Qorki adına
Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada
aspiranturaya daxil olsa da, səhhətinə görə Bakıya qayıtmalı
olmuşdur. "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri
işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə
yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan"
jurnalı redaksiyasında nəsr şöbəsinə rəhbərlik etmişdir (1961-1968). C.Cabbarlı
adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi
(1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur.
Vidadi Babanlının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri"
qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri, "Dönüş", "Təbrizdə bir
gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. Nəsr
yaradıcılığına "Gəlin" povesti ilə başlamışdır (1954-cü ildən). Həmin
ildən roman,
povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri
SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. ―Öz evində qonaq‖ pyesi
tamaşaya qoyulmuşdur (2003). ―Dərd məni dilləndirir‖ (2003) publisistik əsərlər
toplusu, ―Mənim gizlinlərim‖ (2002-2003) avtobioqrafik romanı, ―Ana intiqamı‖
(1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə
ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və digər xarici ölkələrdə səfərdə
olmuşdur.
Kitabları: ―Gəlin‖ (1954), ―Tanışlarım və dostlarım‖ (1961), ―Ayazlı gecələr‖
(1961), ―Həyat bizi sınayır‖ (1964), ―Gəlin‖ (1967), ‖Həyat bizi sınayır‖ (1979),
―Müqəddəs ocaq‖ (1983), ―İnsaf nənə‖ (1985), ―Seçilmiş əsərləri‖ (1987),
―Vicdan susanda‖ (1990), ‖Hoydu dəlilərim, hoydu‖ (1993), ‖Ana intiqamı‖
(1995), ―Ömürlük cəza‖ (1998), ―Kişilik haqqında himn‖ (2002), ―Ömürlük əzab‖
(I-II kitab). (2003), ―Bulanlıq dünya‖(2011) və s.
Ədəbiyyat : Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
18
7 Yanvar - Şair Ələmdar Quluzadənin anadan olmasının 65 illiyi, (1952)
Ələmdar Quluzadə Qarabağın Xocalı kəndində
anadan olmuşdur. O, kənd orta məktəbini və 1973-cü ildə
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat
fakültəsini bitirmişdir. 1988-ci ilin sentyabr ayına qədər
Xankəndində yaşamış və bu müddətdə keçmiş vilayət
Radio Verilişləri Komitəsinin Azərbaycan verilişləri
redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O,
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa
gənc yaşlarında başlayan şairin şeirləri ―Azərbaycan gəncləri‖, ―Ədəbiyyat və
incəsənət‖ qəzetlərində və ―Ulduz‖ jurnallarında dərc edilmişdir. İlk kitabı
―Dağların yaddaşı‖ adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı
kitabları çap olunmuşdur. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevə-
sevə oxuyur.
Ələmdar Quluzadənin çoxsahəli yaradıcılığında uşaq ədəbiyyatının
özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların
psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı şeir və
nağıllarda da özünü aydın göstərir. Onun ―Qürbətə düşən daş‖ kitabında vətənə,
xalqa, əməyə, anaya, dosta sevgi mövzularında yazılmış nağıllar (―Papaqçı‖,
―Dəmirçi Daşdəmir‖, ―Bar ağacı‖, ―Bənövşə‖, ―Yuva‖, ―Kiçik qardaş‖, ―Nökər
alim‖, ―Göyərçin‖) geniş yer almışdır. Bu kitabda müəllif özünü nəsrdə sınamış,
həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq, cəsurluq, barədə
düşüncələrini çatdırmışdır. Şairin nağılları ilə yanaşı, onun şeirləri, poemaları,
pyesləri də müxtəlif yaşlı oxucularda maraq doğurur və onları vətənpərvər ruhda
tərbiyə edir.
Kitabları: ‖Alay komandiri‖ (1999), ―Beş qitənin uşaqları‖ (1991), ―Dağların
yaddaşı‖ (1976), ―İsti ocaq‖ (1985), ―Qarabağ oyunu‖ (1993), ―Məhləmizin
uşaqları‖ (2004), ―Mənə söz verin‖ (2001), ―Məni yoldan elemə‖ (2005), ―Ömür-
gün qabaqdadır‖ (1980), ―Şəhid şəhər‖ (1998), ―Tumurcuqlar‖ (1985) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
19
10 Yanvar - Şair, alim Əli Saləddinin anadan olmasının 85 illiyi, (1937-2003)
Əli Saləddin Mehdiyev Gəncə şəhərində anadan
olmuşdur. O, burada M.Ə.Sabir adına 5 saylı şəhər orta
məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuşdur. 1960-cı ildə həmin
fakültəni müvəffəqiyyətlə bitirən Əli Saləddin Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq
ədəbiyyatı şöbəsində işləmiş, daha sonra həmin institutun
aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Saləddin
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, Azərbaycan
EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi, klassik Azərbaycan
ədəbiyyatı və yeni dövr Azərbaycan ədəbiyyatı (XIX-XX əsrlər) şöbələrində müdir
vəzifələrində çalışmışdır.
Ədəbi yaradıcılığa çox erkən başlamış və ―Bahar gəlir‖ adlı ilk şeiri 1954-
cü il mayın 1-də ―Kirovabad kommunisti‖ qəzetində işıq üzü görmüşdür. Əli
Saləddinin şeirləri 1955-ci ildən respublika mətbuatında dərc olunmuş, 1960-cı
ildən isə mütəmadi şəkildə şeir və ədəbi yazıları, elmi və ədəbi-publisistik
məqalələri qəzet və jurnal səhifələrində çap edilmişdir. Ə.Saləddin Azərbaycan
Sovet Ensiklopediyası Baş redaksiyasında çalışdığı zaman bu nəşrin I, III, IV, VI
və VIII cildlərinə daxil edilmiş əsas məqalələrin müəlliflərindən biri olmuşdur. O,
elmi fəaliyyətinin böyük bir hissəsini Azərbaycanın böyük şairi M.Ə.Sabirin
irsinin araşdırılmasına və öyrənilməsinə həsr etmişdir. Əli Saləddin şairin şeirlərini
dərindən təhlil edərək, Sabir şeirinin xalq arasında populyarlığını və digər vacib
məsələləri öyrənmişdir.
Əli Saləddin 2003-cü il noyabrın 18- də Bakıda vəfat etmişdir.
Kitabları: ‖Təlatüm‖ (1966), ―Sabir və folklor‖(1969), ―Azərbaycan sovet
poeziyasının bəzi inkişaf xüsusiyyətləri‖ (1973), ―Azərbaycan poeziyasında estetik
məsələlər‖ (1976), ―Azərbaycan şeiri və folklor (XIX-XX əsrlər) (1982),
―Gəzdiklərim, gördüklərim‖ (1988), ―Əhməd Cavad‖ (1992), ―Bir kərə yüksələn
bayraq‖ (1993) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları.(XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
20
18 Yanvar - Yazıçı Heydər Qasımlının anadan olmasının 75 illiyi, (1942)
Heydər Qasımlı Qazax rayonunun Kosalar kəndində
anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmiş
(1948-1958),
sonra
kolxozda
əmək
fəaliyyətinə
başlamışdır (1958-1960). Bakıda 2 saylı texniki-peşə
məktəbində
quyuların yeraltı operatoru ixtisasına
yiyələnmişdir. M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət
İnstitutunun
mədəni-maarif
fakültəsində
təhsilini davam etdirmişdir (1973-1978). Qazax rayon
Mədəniyyət
Evində
metodist
(1976-1983),
Tarix-
Diyarşünaslıq Muzeyinin direktoru vəzifələrində çalışmışdır (1993-1995).
―Göyəzən‖ rayon qəzetinin redaktoru olmuşdur (1995-ci ildən). İlk mətbu
hekayələri 1962-ci ildə çap olunmuşdur. Bundan sonra ―Çinar pöhrələri‖
(1979), ―Yeni səslər‖ (1984) almanaxında hekayələri dərc edilmiş, efirdə
radiopyesləri oxunmuş, televiziyada birpərdəli pyesləri göstərilmişdir. ―Ləkə‖
adlı dördpərdəli pyes və ―Qanlı papaq‖ adlı roman yazmışdır. Yazıçı ―Araz”
ali ədəbi mükafata (1998) və ―Nurlu qələm ustası‖ fəxri adına (2000) layiq
görülmüşdür.
Kitabları: ―Qızdərəyə gedən yol‖ (1985), ―Çörək ətri‖ (1986), ―Yurd yeri‖
(1987), ―Axtaran tapar‖ (1988), ―Ata kölgəsi‖ (1988), ―Məktəbli çantası‖
(1989), ―Nəfsin bəlası‖ (1991), ―Qisas qiyamətdə qalmaz (1991),
―Qarasaqqal‖ (1997), ―Kibrit qutusu‖ (1997), ―Qanlı papaq‖ (2006), ―Hər
şeyin sonu var‖ (2008).
Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
21
20 Yanvar - Şair Bədri Seyidzadənin anadan olmasının 135 illiyi, (1882-1945)
Bədrəddin Kərbəlayı Mircavad oğlu Seyidzadə Bakı quberniyasının Keşlə
kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə
almışdır. ―Seyid‖ təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş,
klassik poeziya ilə tanış etmişdir. Kiçik yaşlarından bədahətən şeir deməsi ilə
fərqlənmişdir. 1906-1920-ci illərdə ―Həyat‖, ―Səda‖, ―Açıq söz‖, ―Bəsirət‖,
―Babayi-Əmir‖, ―Tuti‖ və s. qəzet və jurnallarda lirik şeirlərini ―Bədri‖, Ənqa‖,
―Hüseyni‖, ―Bədrəddin Hüseyni‖, satirik şeirlərini isə ―İynə‖, ―Sancaq‖, ―Bayquş‖,
―Bərqi-əyyar‖ və s. təxəllüsləri ilə çap etdirmişdir. Bədri Seyidzadə 1909-ci ildə
―Nəşri-maarif‖ darülmüəllimində təhsilini davam etdirmişdir. Şeirlərində (―Bizə
nə!..‖, ―Şükür, xudaya‖ və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən
bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl,
müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər
etmişdir. M. F. Axundovun Puşkinin ölümünə həsr etdiyi ―Şərq poeması‖nı
farscadan doğma dilə çevirmişdir. 1918-ci ildə Azərbaycanda milli istiqlal
hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-
demokratiya ideyalarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün
poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi
olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur. Şair ―Vətən‖
(―Azərbaycan‖ qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və
əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir. Sovet hakimiyyəti
qurulduqdan sonra poetik yaradıcılığını davam etdirmiş, dövri mətbuatda (―Maarif
və mədəniyyət‖, ―Şərq qadını‖, ―Füqəra füyuzatı‖ və s.) qəzəl, qoşma, tərkibənd,
müxəmməs, təxmis, qitə, beytlər və hekayələri müntəzəm çap olunmuşdur.
Bədri Seyidzadə 1945 - ci ildə Keşlə kəndində vəfat etmişdir.
Dostları ilə paylaş: |