Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

İnternetdə: 

www.books.google.com

 

 



 

72 

 

20 Mart - Beynəlxalq Xoşbəxtlik Günü, (2012) 



 

 

 

BMT  2012-ci  ildə  martın  20-ni  Beynəlxalq  Xoşbəxtlik  Günü  (International 



Day  of  Happiness)  elan  etmişdir.  Burada  məqsəd  xoşbəxtliyə  can  atmağın 

planetimizdəki  bütün 

insanların  ortaq  hissi  olması  haqqında  ideyanı 

dəstəkləməkdir.  

Beynəlxalq  Xoşbəxtlik  Gününün  təsisçilərinin  fikrincə,  bu  bayram 

xoşbəxtliyin  bəşəriyyətin  əsas  məqsədlərindən  biri  olduğunu  göstərmək  və 

xatırlatmaq  üçün  təsis  olunub.  Bununla  əlaqədar  təsisçilər  bütün  ölkələri  öz 

səylərini  hər  bir  insanın  rifahına  yönəltməyə  çağırırlar. BMT  hər  bir  üzv  dövlətə, 

beynəlxalq  və  regional  təşkilatlara,  həmçinin  mülki  şəxslər  və  qeyri-hökumət 

təşkilatları  da  daxil  olmaqla,  vətəndaş  cəmiyyətinə  Beynəlxalq  Xoşbəxtlik 

Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımi qaydada qeyd etməyə 

çağırır.  

 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

 

 



 

 


73 

 

 



21 Mart - Beynəlxalq Meşə Günü, (1971) 

 

Birləşmiş  Millətlər  Təşkilatı  Baş 



Assambleyasının  qərarı  ilə  martın  21-i 

Beynəlxalq  Meşə  Günü  elan  edilmişdir 

və  1971-ci  ildən  qeyd  olunur.  BMT  Baş 

Məclisinin 6 yanvar 2013-cü il qərarı ilə  

həmin    ildən  etibarən  hər  il  martın  21-i 

qeyd  edilir.  Beynəlxalq  Meşə  Günü 

meşələrin  və  meşə  sahələrinin  Yer 

kürəsində 

davamlı 

inkişaf 


və 

təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına diqqəti cəlb etmək məqsədi güdür. 

BMT Baş Məclisin bu qərarını  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı alqışlamış və 

üzv  dövlətləri  həmin  gün  xüsusi  tədbirlər,  o  cümlədən  ağacəkmə  kampaniyaları 

keçirilməsini dəstəkləməyə çağırmışdır. 

Yer  kürəsi  ərazisinin  quru hissəsinin 31  faizi  meşələrlə örtülmüşdür.  Haqlı 

olaraq  meşələri  planetimizin  ağciyərləri  adlandırırlar.  Yerin  ekoloji  sistemləri  və 

atmosfer  arasında  karbon  qazı  mübadiləsi  prosesində  meşələr  mühüm  yer  tutur. 

Dünyadakı  meşələrin  13  faizi  xüsusi  qorunan  təbii  ərazilərə  aiddir.  Son  illərdə 

meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin 

təhlükəli dərəcədə azalması meylləri bütün beynəlxalq

 

birliyi ciddi narahat edir. 



 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 

 

 

 



 

 

 



 

74 

 

 



21 Mart - Ümumdünya Poeziya Günü, (1999)

 

“İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlırın 

mənəviyyatına, əxlaqına, tərbiyyəsinə, fikirlərinin formalaşmasına bu qədər 

güclü təsir göstərən başqa bir vasitə yoxdur.” 

                                                                                                   Ümummilli  lider Heydər Əliyev  

1999-cu  ildə  YUNESKO-nun  baş 

konfransının  33-cü  sessiyasında    hər    il  

martın  21-də  Ümumdünya    Poeziya  

Gününü  (World Poetry Day) qeyd etmək 

qərara 


alınmışdır.  İlk  Ümümdünya 

Poeziya  Günü,  YUNESKO-nun    mənzil-

qərargahının 

yerləşdiyi 

Parisdə 

keçirilmişdir.   

YUNESKO-nun  qərarında  deyilir:  

―Poeziya    müasir  insanın  ən  dərin  və 

kəskin  mənəvi  suallarına  cavab  ola  bilər,  lakin  bunun  üçün  ona  daha  çox  ictimai 

diqqəti  cəlb  etmək  zəruridir‖.  Bundan  başqa,  Ümumdünya  Poeziya  Günü  kiçik 

nəşriyyatlara  özlərini  göstərmək  imkanı  verir,  çünki  məhz  onların  səyi  ilə  müasir 

şairlərin  əsərləri  oxuculara  çatır.  Bu  bayram  canlı  poetik  söz  ənənələrini  dirildən 

poziya  klubları  üçün  də  bir  imkandır.  YUNESKO  hesab  edir  ki,  bu  gün  kütləvi 

informasiya vasitələrində poziyanın insanlara açıq, əsl müasir sənət nümunəsi kimi 

pozitiv obrazının yaradılmasına xidmət edir.  

Belə  hesab  olunur  ki,  ən  qədim  şeir-himnlər  e.ə.  XXIII  əsrdə  yaranmışdır. 

Şeirlərin  müəllifi  şairə  En-hedu-ana  olmuşdur.  O,  akkad  çarı  Sarqonun  qızı 

olmuşdur. En-hedu-ana Ay tanrısı Nann və səhər ulduzu tanrıçası İnann haqqında 

yazmışdır.  Bu  günlə  əlaqədar  təhsil,  mədəniyyət  müəssisələrində,  yaradıcı 

kollektivlərdə  müxtəlif  tədbirlər  keçirilir.  Bu  ocağın  neçə-neçə  unudulmaz  söz 

sahiblərindən  biri  olan  sevimli  Şəhriyar  qəlbini,  ruhunu  şeirə,  sözə,  poeziyaya 

bağışlayaraq deyib: 



                                      Şeir mədəniyyət, incəsənətdir, 

                                     İncə ruh, incə zövq, incə sənətdir. 

                                    O da musiqi tək qəlbin səsidir, 

                                   Həyatın ən böyük möcüzəsidir. 

 Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında 

qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir 

həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri 

yada düşür: "Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir". 

Rus şairi, Nobel mükafatı laureatı İosif Brodski isə bildirib ki, poeziya ən yaxşı 

sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır. 

 

İnternetdə: 

www.books.google.com

 

 



  

75 

 

21 Mart - İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə 



                 Günü, (1966)  

  

 



 

 

 



 

 

 



 

İrqi  Ayrı-Seçkiliyin  Ləqv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə  Günü 

(İnternational  Day  for  the Racial  Discrimination)  BMT-nin  Baş  Assambleyasının 

1966-cı il 26 oktyabr tarixində keçirilən  XXI sessiyasının qərarı hər  il  martın  21-

də  keçirilir.  

1960-cı ilin həmin günü polis Şarpevildə (Cənubi Afrika) aparteid rejiminin 

Cənubi Afrika Respublikasında  afrikalıların  məcburi pasportlaşdırılması haqqında 

qanunun  əleyhinə  dinc  nümayiş  zamanı  atəş  açmış  və  69  nəfəri  öldürmüşdür. 

BMT-nin  Baş  Assambleyası  bu  günü  elan  edərək  beynəlxalq  birliyi,  irqi  ayrı-

seçkiliyin  bütün  formalarının  ləğv  olunması  üçün  səylərini  birləşdirməyə 

çağırmışdır.  Bununla    BMT  təsdiq  etmişdir  ki,  irqi  ayrı-seçkiliyi  insan 

hüquqlarının,  əsas  azadlıqların  və  ədalətin  inkarı  hesab  etmək  olar  və  o,  insan 

ləyaqətinə  qarşı  cinayətdir.  BMT  ayrı-seçkiliyin  sosial  və  iqtisadi  inkişafa, 

həmçinin beynəlxalq əməkdaşlığa və sülhə maneə olduğunu da qəbul edir.  

 

İnternetdə: 

www.books.google.com

 

 



 

 

 



 

 

 



 

 

 



76 

 

 



21 Mart - Beynəlxalq Kuklaçı Günü, (2000)

 

 



 

 

21  Mart  Beynəlxalq  Kuklaçılar  Gününün 



(İnternational  Day  of  Puppetry)  qeyd 

olunması  ideyası  məşhur  İran  kukla  teatrı 

xadimi  Civad  Zülfaqarihoya  məxsusdur. 

2000-ci  ildə  Maqdeburqda,  Beynəlxalq 

Kukla  Teatrı  Xadimləri  İttifaqının  XVIII 

Konqresində  o,  bu  məsələni  müzakirəyə 

çıxarmışdır.  İki  ildən  sonra  UNİMA-nın 

Beynəlxalq  Şurasının  iclasında  bayramın  tarixi  müəyyən  olunmuşdur.  Bütün 

dünyadan olan kuklaçıların bayramı ənənəsi 2000-ci ilin 21 martında yaranmışdır. 

Məhz  həmin  gündən  başlayaraq  kukla  teatrlarının  bütün  peşəkarları  və 

pərəstişkarları  tərəfindən  Beynəlxalq  Kuklaçı  Günü  qeyd  olunur.  Ənənəyə  görə, 

həmin  gün  kukla  teatrı  və  yaradıcı  qruplarının  əməkdaşları  maraqlı  kukla 

tamaşaları, görüşlər, konsertlər təşkil edirlər. 

 

Ölkəmizdə də kuklaların, kukla tamaşalarının yaranmasının öz tarixi vardır. 



Kuklalar  səhnədə  görünəndə  həmişə  bayram  olur.  Kukla  tamaşaları  uşaqlara 

xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar 

üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir  mesajdır. Oyuncaqlar, 

bir  tərəfdən  körpə  üçün  əyləncəli  anlar  yaradar,  digər  tərəfdən  tərbiyəvi  və  çox 

təsirli vasitə kimi önəm daşıyar. Kukla oyunlarını üç tipə bölmək olar: kilimarası; 

kukla oyunu. kölgə oyunu. Kukla oyunu tamaşalarının eyni kökdən olan bir neçə 

forması  var.  Bunlardan  ən  geniş  yayılanı  ―Bəbək‖,  ―Keçəl  pəhləvan‖,  ―Maral 

oyunu‖,  ―Kilimarası‖  qədim  kukla  oyunlarındandır.    İllər  ötdükcə  mədəniyyətin 

hər  bir  sahəsi  kimi  kukla  teatrı  da  inkişaf  etmişdir.  Xalqımız  ta  qədimdən,  təbii 

vasitələrdən istifadə olunmaqla, kuklalar düzəltmiş, xalq oyunları  təşkil etmişdir. 

Min  illər  boyu  azərbaycanlıların  yaşadıqları  geniş  ərazidə  kukla  oyunları  da 

yayılmışdır. Bu oyunlar üçün kukla düzəldənləri oyuqçular adlandırıblar. 

Azərbaycanda  körpə  balaların  kuklalarla  əsas  görüş  ünvanı  Abdulla  Şaiq 

adına Kukla Teatrıdır. Kukla Teatrında həm milli, həm də dünya xalqlarının nağıl 

qəhrəmanlarının iştirakı ilə ―Cırtdan‖, ―Turpun nağılı‖, ―Qoçaq Əhməd‖, ―Qırmızı 

Papaq‖,  ―Cik-Cik  xanım‖,  ―Ələddin‖,  ―Quşcuğaz‖,  ―Göyçək  Fatma‖, 

―Məlikməmməd‖ və başqa tamaşalar nümayiş olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

77 

 

 



22 Mart - Ümumdünya Su Ehtiyatları Günü, (1992) 

 Ümumdünya 

Su 

Ehtiyatları 



Gününün 

keçirilməsi  ideyası  ilk  dəfə  BMT-nin  Ətraf 

mühitin qorunması və inkişaf üzrə 1992-ci ildə 

Rio-de-Janeyroda  təşkil  olunan  konfransında 

səslənmişdir. 

 

Su bəşəriyyət üçün zəruridir. Su damlası 



çox  böyük  gücə  malikdir,  su  damlası  hamıya 

lazımdır. Yer səthinin 70%-i su ilə örtülsə də, 

onun  97,5%-i  duzlu  sudur.  Yerdə  qalan  2,5%  şirin  suyun  68,7%-i  buzlaqların 

donmuş  suyudur.  Planetin  su  ehtiyatının  ümumi  həcminin  cəmi  1  faizi  insanlar 

tərəfindən  istifadə  üçün  əlçatandır.  XX  əsrdə  suyun  istifadəsi  6  dəfə  artmış, 

əhalinin  artım  tempini  2  dəfə  üstələmişdir.  İnkişaf  etmiş  ölkələrdə  şirin  su 

ehtiyatlarının 30%-ə qədər sızma nəticəsində itirilir, bəzi böyük şəhərlərdə isə bu 

itki 70%-ə qədər artır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü 

il 22 fevral tarixli 47/193 saylı qətnaməsini qəbul edərək martın 22-ni Ümumdünya 

Su Ehtiyatları Günü elan etmişdir. Bu əlamətdar gün 1993-cü ildən qeyd olunur.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 

 



 

                         

 

 

 



 

 

 



 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        



78 

 

 



  23 Mart - Ümumdünya Meteorologiya Günü, (1950)  

 

Ümumdünya    Meteorologiya    Günü  



1950-ci 

ildən,  yəni  bu 

təşkilatın 

yaradılması  barədə  konvensiya  qüvvəyə 

minəndən  bəri  ənənəvi  olaraq  hər  il  bir 

deviz  altında  keçirilir.  Azərbaycan  1993-

cü  il  sentyabrın  3-dən  Ümumdünya 

Meteorologiya    Təşkilatının    üzvüdür. 

1873-cü 

ilin 


sentyabrında 

Vyana 


şəhərində 

yaradılmış 

Ümumdünya 

Meteorologiya 

Təşkilatı 

ən 


qədim 

beynəlxalq  təşkilatlardan  biri  olan  Beynəlxalq  Meteorologiya  Təşkilatının 

sələfidir.  1951-ci  ildən  isə  Birləşmiş  Millətlər  Təşkilatının  Xüsusi  Agentliyidir. 

Artıq  Ümumdünya  Meteorologiya  Gününün  hər  il  bir  deviz  altında  keçirilməsi 

ənənəyə  çevrilib.  2012-ci  ilin  mövzusu  olan  ―Hava,  iqlim  və  su  gələcəyimizin 

aparıcı  quvvəsidir"  devizi  isə  hava,  iqlim  və  su  ilə  əlaqədar  təqdim  olunan 

məlumatların  sosial-iqtisadi  sektorlar  üçün  müstəsna  rolunu  göstərmək  üçün 

seçilmişdir.  "Hava,  iqlim  və  su  gələcəyimizin  aparıcı  quvvəsidir"  devizi 

Ümumdünya  Meteorologiya  Təşkilatının  16-cı  Konqresində  2012-ci  ildən 

başlayaraq  İqlim  Xidmətlərinin  Qlobal  Çərçivə  Sisteminin  (İXQÇS) 

yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu Konqresdə İqlim 

Xidmətlərinin  Qlobal  Çərçivə  Sisteminin  4  prioritet  istiqaməti  müəyyən 

edilmişdir: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə 

və  qida  təhlükəsizliyi.  Operativ  və  rejim  xarakterli  hidrometeoroloji 

məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində, 

kənd  təsərrüfatı,  tikinti,  aviasiya,  gəmiçilik,  energetika  və  s.  sahələrdə  istifadə 

edilməsi böyük səmərə verməklə, dayanıqlı inkişafı təmin edən amillərdəndir.  

 Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Milli 

Hidrometeorologiya  Departamenti  tərəfindən  müşahidə  şəbəkələri  yeni  cihaz  və 

avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin  olunur. Bu da 

müşahidələrin  keyfiyyət  göstəriciləri  ilə  bərabər  onların  operativ  ötürülməsini  və 

istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi 

olaraq  müşahidələrin  aparılması  və  daha  yüksək  dəqiqliklə  qabaqcadan  verilən 

proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada 

bilir.  Bununla  da  təbii  fəlakətlərin  təsirlərinin  nisbətən  yumşaldılması  məqsədilə 

iqtisadiyyatın  bütün  sahələrində  keyfiyyətli  hidrometeoroloji  xidmətə  təlabatın 

artması müşahidə olunur. Bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu 

əvəzsizdir. 

 

İnternetdə: 

http://news.milli.az 

 


79 

 

25 Mart -  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının təsis edildiyi gün,   



(1992) 

 

“Azərbaycanın  dövlət  müstəqilliyi  tarixi  hadisədir,  Azərbaycan  xalqının 

tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim 

borcumuz  dövlət  müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim  qoruyub 

saxlamaqdır.  Bizim  vəzifəmiz  bu  müstəqilliyi  möhkəmləndirməkdən  və  gələcək 

nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.” 

 

 



 

 

                                           



Ümummilli  lider  Heydər  Əliyev 

 

                             



 

 

Azərbaycan  Respublikasının  ən  yüksək  fərqlənmə 



dərəcəsi  olan  ―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adı 

―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adının  müəyyən 

olunması  haqqında‖  Azərbaycan  Respublikasının  25  mart 

1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. 

―Azərbaycanın Milli Qəhrəmanı‖ adı Azərbaycan Respublikasının müstəqilliyi və 

tərəqqisi  naminə  xalq  qarşısında  müstəsna  xidmətlərə  və  rəşadətə  görə  verilir. 

―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adı  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən  onun  öz  təşəbbüsü  ilə  və  ya  irəli  sürülmüş  vəsatətlərə  əsasən  verilir. 

―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adı  eyni  şəxsə  bir  dəfə  verilir. 

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — ―Ay-Ulduz‖ medalı 

―Azərbaycanın  Milli  Qəhrəmanının  xüsusi  fərqlənmə  nişanını  təsis  etmək 

haqqında"  Azərbaycan  Respublikasının  7  iyul  1992-ci  il  tarixli,  201  nömrəli 

Qanunu ilə təsis edilmişdir. ―Ay-Ulduz‖ medalı "Azərbaycan Respublikasının bəzi 

qanunvericilik  aktlarında  dəyişikliklər  edilməsi  haqqında"  Azərbaycan 

Respublikasının  6  fevral  1998-ci  il  tarixli,  429-IQD  nömrəli  Qanununa  əsasən 

―Qızıl Ulduz‖ medalı ilə əvəz edilmişdir. 

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

80 

 

27 Mart - Beynəlxalq Teatr Günü, (1962) 



 

Bu  günün  hər  il  dünyada  keçirilməsi  ilə 

bağlı  qərar  YNESKO  yanında  Beynəlxalq 

Teatr  İnstitutunun  1962-ci  ildə  Vyanada 

keçirilən  konqresində  qəbul  olunub.  Hər  il 

Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu 

incəsənət  xadimləri  dünya  ictimaiyyətinə 

müraciət edirlər. Bu ənənənin əsasını qoyan və 

ilk  dəfə  dünya  ictimaiyyətinə  Teatr  Günü 

münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub. 

 

Ölkəmizin  rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf 



etdirilməsinə  xüsusi  diqqət  yetirir.  Teatr  binalarının  əsaslı  təmiri,  incəsənət 

ustalarının  sosial-rifah  halının  yaxşılaşdırılması  istiqamətində  atılan  addımlar 

bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq 

edilmiş ―Azərbaycan teatrı 2009-2019-cu illərdə‖ Dövlət Proqramı bu gün uğurla 

həyata  keçirilir.  Proqrama  uyğun  olaraq  Abdulla  Şaiq  adına  Azərbaycan  Dövlət 

Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram 

teatrlarının  binalarında  yüksək  səviyyədə  təmir-bərpa,  yenidənqurma  işləri 

aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Ötən illər ərzində 

respublika  teatrları  dünyanın  20-dən  artıq  ölkəsində,  o  cümlədən  Almaniya, 

Türkiyə,  Rusiya,  Belarus,  Gürcüstan,  Fransa,  Mərakeş,  Finlandiya,  İran,  Misir, 

Hollandiya,  Estoniya,  Bolqarıstan,  Ukrayna  və  İsveçrədə  keçirilən  beynəlxalq 

tədbirlərdə  ölkəmizi  ləyaqətlə  təmsil  ediblər.  Eyni  zamanda,  xarici  dövlətlərdən 

tanınmış  rejissorlar,  baletmeysterlər,  xoreoqraflar,  teatr  rəssamları  tamaşa 

hazırlamaq üçün Azərbaycana dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə 

əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


81 

 

Tariximizin qan yaddaşı 



31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, (1918) 

 

                                                 Bu günün misli keçən il, Allahım,  gözdən iraq, 

                                                 Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,  

                                                 Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,  

                                                Südəmərlər nizə nukində çalardı əl-ayaq. 

                                                Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.

              

                                                                                                                  Hacı Səlim Səyyah  

 

Bu  gün  1918-ci  ilin  30  mart  və  3 



aprel  tarixləri  arasında    Bakı  şəhərində  və 

Bakı  quberniyasının  müxtəlif  bölgələrində, 

eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, 

Hacıqabul,  Salyan,  Zəngəzur,  Qarabağ, 

Naxçıvan  və  digər  ərazilərdə  Bakı  Soveti 

və  daşnak  erməni  silahlı  dəstələrinin 

azərbaycanlılara 

qarşı 


törətdikləri 

qırğınlarla  bağlıdır.  Rəsmi  mənbələrə 

əsasən,  soyqırımın  nəticəsində  12  minə 

yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Tarix boyu 

azərbaycanlılara  qarşı  həyata  keçirilmiş  soyqırımı  lap  əvvəldən  rus-erməni 

işbirliyinin nəticəsi olub. Sovet dönəmində üstündən sükutla keçilən mart qırğınları 

1998-cı  ildən  etibarən,  ulu  öndərimiz  Heydər  Əliyevin  26  mart  tarixli  fərmanına 

əsasən,  hər  il  martın  31-i  Azərbaycanlıların  Soyqırımı  Günü  kimi  qeyd  olunur. 

Tarixi faktlar göstərir ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində zaman-zaman 

Azərbaycanın  ən  müxtəlif  bölgələrində  həyata  keçirilən  soyqırımların  anım 

günüdür.  1918-ci  ilin  30  mart  və  3  aprel  tarixləri  arasında  ermənilərlə  ruslar 

Azərbaycan  türkünü  qanına-qəltan  ediblər.  Bundan  əvvəl  və  sonra  bu  cür 

soyqırımlar çox törədilsə də, 1918-ci il martın 31-də baş verən qətl öz miqyasına 

görə bunların hamısından fərqlənir. 

  

Qeyd  edək  ki,  hələ  martın  31-nə  qədər,  daha  dəqiqi,  martın  18-21-də  də 



Bakıda dəhşətli hadisələr baş vermişdi. Dörd gün ərzində şəhərin müsəlman əhalisi 

top  atəşinə  tutulur, güllələnir, diri-diri  yandırılırdı.  Bəzi  məlumatlara  görə, həmin 

günlərdə  çox  sayda  müsəlman  qətlə  yetirilmişdi.  Qırğının  törədilməsinin  başlıca 

səbəbi  Azərbaycanın  müstəqilliyinin  qarşısının  alınması,  Bakının  mühüm  iqtisadi 

və  siyasi  əhəmiyyəti  ilə  bağlıydı.  İngilis  arxivlərini  öyrənən  türk  tarixçisi  Salahi 

Sonyel  elə  qənaətə  gəlib  ki,  1918-ci  ilin  martında  8-12  min  azərbaycanlı  qətlə 

yetirilib. ABŞ tarixçiləri C. və K.Makkartilər də 1918-ci il martın 30-dan aprelin 1-

dək  Bakıda  ermənilərin  8  mindən  12  minədək  müsəlman  öldürdüyünü  və  şəhərin 

türk əhalisinin yarısının qaçdığını yazırlar.  


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin