Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 


132 

 

Yubilyar yazıçı və şairlər 



 

1 Aprel - Şair Ayaz Vəfalının anadan olmasının 80 illiyi, (1937) 

 

Ayaz  Vəfalı  (Cəfərov  Ayaz  Rza  oğlu)    Cəlilabad  rayonunun 



Sabirabad  kəndində  anadan  olmuşdur.  Burada  orta  məktəbi 

bitirdikdən  sonra   Azərbaycan  Dövlət  Universitetinin 

filologiya  fakültəsində   təhsil  almışdır  (1954-1959).  Əmək 

fəaliyyətinə   ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti redaksiyasında 

başlamışdır.  Burada  o,  texniki  katib,  ədəbi  işçi,  tənqid  və 

ədəbiyyatşünaslıq  şöbəsinin  müdiri,  baş  redaktorun  müavini 

olmuşdur (1960-1976).  

‖Ulduz‖  jurnalı redaksiyasında  ədəbi  işçi  vəzifəsində  işlədikdən  sonra 

(1976-1977),  yenidən  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti  redaksiyasında  tənqid  və 

ədəbiyyatşünaslıq  şöbəsinin  müdiri  (1977-1978),  məsul  katib  (1978-1993),  baş 

redaktorun  müavini  (1993-1996)  vəzifələrində  çalışmışdır.  1996-2014-cü  illərdə 

―Ədəbiyyat qəzeti‖nin baş redaktoru olmuşdur.  

Ayaz  Vəfalı  bədii  yaradıcılığa  "Lenin  tərbiyəsi  uğrunda"  çoxtirajlı 

universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. O, Azərbaycan EA Nizami 

adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və ―Füzuli və folklor‖ 

mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A. Vəfalı müxtəlif illərdə 

işıq üzü görən  ―İllər və nəsillər‖, ―Ürək və od‖,  ―Turacın mahnısı‖,  ―Bəlkə onda 

öyrənmişik‖, ―Özü oda yana-yana‖ şeirlər kitabının, ―Füzuli öyrədir‖, ―Sənətkar və 

xalq‖,  ―Füzuli  xəlqiliyi‖  elmi-tədqiqat  əsərlərinin  müəllifidir.  O,  həmçinin  böyük 

özbək  şairi  Əlişir  Nəvainin  ―Leyli  və  Məcnun‖,  Ukrayna  ədəbiyyatının  klassiki 

T.Q.Şevçenkonun  ―Kor qadın‖ poemalarını, rus yazıçısı A.Çakovskinin  ―Qələbə‖ 

siyasi  romanını  (I  cild),  dünya  xalqlarının  atalar  sözü  və  məsəllərindən  ibarət 

―Atalar sözü-ağlın gözü‖ kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı 

nümunələri  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Əməkdar  mədəniyyət  işçisi 

(1984) və Əməkdar incəsənət xadimi (2007) fəxri adlarına layiq görülmüşdür. 

Dövri  mətbuatda  şeirləri,  tərcümələri  və  ədəbi-tənqidi  məqalələri  ilə  çıxış  edir. 

"Məhəmməd  Füzuli"  Beynəlxalq  Ədəbi  Əlaqələr  Fondunun  sədridir  (1994-cü 

ildən). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (1991) və Məclisinin üzvüdür 

(1997). 

Kitabları: ―İllər və talelər‖ (1964), ―Ürək və od‖ (1968), ―Turacın mahnısı‖ 

(1973), ―Bəlkə onda öyrənmişik‖ (1979), ―Sənətkar və xalq‖ (1983) ―Özü oda 

yana-yana‖ (1988), ―Füzuli xəlqiliyi‖ (1994) və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

133 

 

 



2 Aprel -  Yazıçı, tənqidçi, tərcüməçi Xeyrulla Əliyevin anadan olmasının  

                 85 illiyi, (1932) 

 

 

Xeyrulla  Salman  oğlu  Əliyev  Cəlilabad 

rayonunun  Göytəpə  qəsəbəsində,  kolxozçu  ailəsində 

anadan  olmuşdur.  Burada  şəhər  orta  məktəbinə  daxil 

olmuş  (1939),  lakin    İkinci  Dünya  müharibəsi  illərində 

təhsilini  davam  etdirə  bilməmişdir.  Sonra  orta  məktəbi 

bitirib  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakültəsinin  jurnalistika  şöbəsində  təhsilini  davam 

etdirmişdir  (1952-1957).  Azərbaycan    KP  MK-nın 

mədəniyyət  şöbəsində  bölmə  müdiri  (1970-1989), 

ideologiya    şöbəsində  təlimatçı  (1989),  Cəlilabad  rayon 

Partiya 


Komitəsinin 

birinci 


katibi 

(1989-1990) 

vəzifələrində  işləmişdir.  Bədii  yaradıcılığa  jurnalistlik  fəaliyyətinin  ilk  illərindən 

başlamışdır.  Hekayələri,  tərcümələri,  oçerkləri,  ədəbi-tənqidi  və  publisist 

məqalələri,  teatr  və  kino  rəyləri,  eləcə  də  tərcümələri  dövri  mətbuatda  müntəzəm 

―Ə.Xeyri‖, ―Əli Xeyrəddinov‖, ―Xeyir Əliyev‖ və s.imza və təxəllüslərlə çap edilir. 

Xeyrulla  Əliyev  Azərbaycan  ədəbiyyatının,  müasir  ədəbi  prosesin  aktual  inkişaf 

problemləri  ilə  ardıcıl  məşğul  olur.  Məqalələrində  müasir  Azərbaycan  nəsrinin 

mütərəqqi meyilləri ədəbiyyatşünaslığın metodoloji nailiyyətləri səviyyəsində təhlil 

edilir.  İyirmidən  artıq  bədii  filmin  mətnini  Azərbaycan  dilinə  çevirmişdir. 

Xidmətlərinə  görə  ―Şərəf  nişanı‖  ordeni  (1980)  və  Azərbaycan  SSR  Ali  Soveti 

Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  ilə  (1989)  təltif  edilmişdir.  Azərbaycan 

Respublikası Ali Sovetinin deputatı olmuşdur (1990). 

 

Kitabları:  ―Sovremennı  Azerbaydjanski  roman‖  (1978),  ―Azərbaycan  Demokratik 

Respublikasının milli rəmzləri‖ (1992), ―İncəsənət tarixi –xarakter tarixidir‖ (2003) 

və s.  


Tərcümələri: Ç.Aytmatov ―Povestlər‖ (1980), N.Dumbadze ―Mən günəşi görürəm‖ 

(1986),  ―Ağ bayraqlar‖ (1997) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 


134 

 

 



3 Aprel -  Yazıçı Musa Qocayevin anadan olmasının 85 illiyi, (1932-1993) 

               

 

 



 

 

 



 

 

 



 

 

 



Musa  Qulu  oğlu  Qocayev  Qazax  rayonunun  Çaylı  kəndində,  kolxozçu 

ailəsində  anadan  olmuşdur.  Kənd  orta  məktəbini  bitirəndən  sonra  Azərbaycan 

Dövlət Universitetinin hüquq fakultəsində təhsil almışdır (1950-1955). M.Quliyev 

Azərbaycan  SSR  ―Qayğı‖  cəmiyyətinin  sədr  müavini  (1987-1990),  ―Sərhəd‖ 

könüllü  cəmiyyətinin  sədri  olmuşdur  (1991-1993).  Ədəbi  fəaliyyətə  şeirlə 

başlamışdır  (1955-ci  ildən).  İlk  şeirləri  ―Pioner‖,  ―Azərbaycan  gəncləri‖, 

―Kommuna  yolu‖  qəzetlərində  dərc  edilmişdir.  Hekayə,  oçerk  və  felyetonlarını 

dövri mətbuatda müntəzəm çap etdirmişdir. ―Ata laylası‖ pyesini, ―Kəşfiyyatın izi‖ 

kinossenarisini qələmə almışdır.  

1983-cü ildə Əli Bayramlı və Yevlax rayon zəhmətkeş deputatları Sovetinin 

deputatı  seçilmişdir.  Xidmətlərinə  görə  12  medalla  təltif  olunmuşdur.    Musa  

müəllimin  1967- ci  ildə  çapdan çıxan  ―Mühüm  tapşırıq‖  kitabından  sonra,  bir-

birinin   ardınca   ―Tək əldən səs‖,  ―Mühüm əməliyyat‖,  ―Gecələrin mahnısı‖, 

―Maye qızıl‖,  ―Qartal  balası‖,  ―Məhəbbət  olan  yerdə‖,  ―Qanlı  çinar‖ 

roman  və  povestləri  kitab  halında  nəşr  olunub.  

  

Musa Qocayev 1993-cü il yanvarın 20- də Bakıda vəfat etmişdir. 



 

Kitabları: ―Mühüm tapşırıq‖ (1967), ―Tək əldən səs‖ (1970), ―Maye qızıl‖ (1974), 

―Gecələrin mahnısı‖ (1977),  ―Məhəbbət olan yerdə‖ (1987), ―Odlu ürək‖ (1989), 

―Qanlı çinar‖ (1992) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



135 

 

 5 Aprel - Şair Lətif Vəlizadənin anadan olmasının 75 illiyi, (1942) 



 

 

  



 

 

 



 

 

 



 

Lətif  Vəlizadə  Füzuli  rayonunda,  kolxozçu  ailəsində  anadan  olmuşdur. 

İbtidai  təhsilini  burada  B.  Sərdarov  adına  orta  məktəbdə  almış,  ailə  vəziyyətinə 

görə  təhsilini  C.Cabbarlı  adına  axşam  fəhlə-gənclər  orta  məktəbində  davam 

etdirmişdir.  Moskvada,  M.Qorki  adına  Ədəbiyyat  İnstitutunda  təhsil  almışdır 

(1966-1971). Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan Natəvan adına klubun 

müdiri (1971-1978), Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində 

ictimai-siyasi  verlişlər  redaksiyasının  əməkdaşı  (1978-1987),  televiziyanın  tikinti, 

nəqliyyat  və  rabitə  baş  redaksiyasının  əməkdaşı,  radionun  Xəbərlər  Baş 

redaksiyasının  redaktoru  olmuşdur  (1987-2006).  Ədəbi  fəaliyyətə  1959-cu  ildə 

Füzuli  rayon  qəzetində  dərc  olunan  ilk  şeirilə  başlamışdır.  1968-ci  ildən  dövri 

mətbuatda  vaxtaşırı  çıxış  edir.  Əsərləri  keçmiş  SSRİ  xalqların  dillərinə  tərcümə 

olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.  

 

Kitabları: ―Azərin dovşanı‖ (1978), ―Çoban yastığı‖ 1983), ―Bu yurdun nəfəsi‖ 

(1986), ―Bu torpağın bərəkəti‖ (1986), ―Bu necə yuxudu, yoza bilmirəm‖ (2002), 

―Yol ayrıcında‖ (2004) və s.  

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



136 

 

12 Aprel -  Ədəbiyyatşünas, dramaturq Məmmədhüseyn Təhmasibin anadan 



                   olmasının 110 illiyi, (1907-1982) 

 

 



Təhmasib  Məmmədhüseyn  Abbasqulu  oğlu  Naxçıvan 

şəhərində  anadan  olmuşdur.  Bakı  Pedaqoji  Texnikumunu 

bitirmişdir  (1923-1927).  3  il  Naxçıvan  şəhər  orta 

məktəbində müəllimlik edəndən sonra Azərbaycan Dövlət 

Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini 

davam  etdirmişdir  (1930-1933).  1933-1936-cı  illərdə 

Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində 

metodist, Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakültəsində baş  müəllim  (1939-1951),  dosent  (1951-

1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat 

İnstitutunda  xalq  yaradıcılığı  şöbəsinin  elmi  əməkdaşı,  şöbə  müdiri  işləmişdir 

(1944-cü ildən vəfatınadək). 

  Ədəbi  yaradıcılığa  1934-cü  ildən  başlamışdır.  ―Qaçaq  Nəbi‖  adlı  ssenarisini 

1938-ci ildə ―İnqilab və mədəniyyət‖ jurnalında çap etdirmişdir. ―Bir qalanın sirri‖ 

(1960),  ―Onu  bağışlamaq  olarmı?‖  (1960)  ssenariləri  əsasında  eyni  adlı  filmlər 

çəkilmişdir. ―Bahar‖ (1938), ―Aslan yatağı‖ (1941), ―Çiçəklənən arzular‖ (1951), 

―Hind  nağılı‖  (1956),  ―Rübailər  aləmində‖  (1968)  və  digər  pyes-nağılları 

respublikanın  teatr  səhnələrində  müvəffəqiyyətlə  tamaşaya  qoyulmuşdur. 

―Azərbaycan  xalq  dastanları  (orta  əsrlər)‖  mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə  etmişdir  (1965).  1946-1977-ci  illərdə  ―Koroğlu‖,  ―Molla  Nəsrəddinin 

lətifələri‖,  ―Aşıq  Ələsgər‖,  ―Kitabi-Dədə  Qorqud‖,  ―Azərbaycan  dastanları‖  və 

digər  xalq  incilərinin  toplanması,  tərtib  edilməsi  və  nəşr  olunmasında  fəal 

çalışmışdır.  

M.Təhmasib  1967-ci  ildə  Azərbaycan  Respublikası  Ali  Soveti  Rəyasət 

Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif 

olunmuşdur.  Məhəmmədhüseyn  Təhmasib  1982-ci  il  oktyabr  ayının  5-də  Bakıda 

vəfat etmişdir. 

Kitabları: ―Azərbaycan folkloru kursu‖ (1940), ―Azərbaycan xalının qəhrəmanlıq 

eposu‖ (1941), ―Azərbaycan xalqının qəhrəman oğulları‖ (1942), ―Çiçəkli dağ‖ 

(1965), ―Azərbaycan xalqının dastanları‖  (1972) və s. 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 


137 

 

15 Aprel - Yazıçı Əli Səbrinin anadan olmasının 125 illiyi, (1892-1983)



 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün  ziyalıları 



arasında  Əli  Səbrinin  (Qasımov)  xüsusi  yeri  var.  Yazıçı, 

jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-

azadlıq  mübarizəsinin  cəfakeşlərindən  biri  olsa  da,  bu  gün 

onun ömrünün açılmamış səhifələri qalmaqdadır.  

1917-1920-ci  illərdə  millət  və  vətən  qarşısında  öz 

üzərinə  düşən  vəzifəni  hünər  və  şərəflə  yerinə  yetirən  Əli 

Səbri  Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, 

―Molla Nəsrəddin‖ jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir 

hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Zaqafqaziya (Qori) Müəllimlər 

Seminariyasını  bitirən  Əli  Səbri  qısa  müddət   Bakıda   müəllimlik  etdikdən 

sonra   Naxçıvana   gedərək  yerli  vətənpərvərlərin    20-ci    yüzilliyin    əvvəllərində  

erməni  daşnak  təcavüzünə  qarşı apardıqları müharibənin ön sıralarında olub.

 

Əli 


Səbri  Naxçıvanda  qurulan  Araz-Türk  hökumətinin  sədri  Əmir  bəy  Əkbərzadə, 

Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların 

köməyilə  könüllü  xalq  dəstələrinin  yaradılmasına  təşəbbüs  göstərib,  onların 

əlaqələndirilməsində  xüsusi  rol  oynayıb.  Bu  səylər  nəticəsində  yaranmış  Nehrəm 

taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə 

və  Zeyvə  taboru  (Fətulla  bəy  Hüseynov),  Ordubad  taboru  (İbrahim  Xəlil 

Axundov),  Vedibasar  müqavimət hərəkatının başçısı  Abbasqulu bəy  Şadlinskinin 

və  Civə  kənd  könüllülərinin  komandiri  Bala  bəy  Vəkilovla  birlikdə  erməni 

işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək, mahalın erməni 

silahlarından təmizlənməsində xüsusi rol oynayıb. 1914-cü ildən ədəbi yaradıcılığa 

başlayan Əli Səbri V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan tərcümələr edib. 

O, bir sıra povest, xatirə və hekayələrin müəllifidir. Əli Səbri 1956-cı ildə bəraət 

qazandıqdan  sonra  jurnal  və  nəşriyyatlarda  çalışıb,  Azərbaycan  Yazıçılar 

İttifaqında bədii fondun direktoru işləyib. Əli Səbri 19 fevral 1983-cü ildə Bakıda 

vəfat edib.  

 

Kitabları: ―Solğun çiçək‖ (1914), ―Şəbi hicran‖ (1916), ―Balaca və xallı‖ (1917), 

―Ömürdən yarpaq düşür‖ (1983) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

138 

 

 



15 Aprel - Şair Əkbər Məftunun anadan olmasının 105 illiyi, (1912-1990) 

 

Əkbərov  Əkbər  Qurban  oğlu  Naxçıvanın  Ordubad 

şəhərində  anadan  olmuşdur.  Əvvəlcə  Naxçıvan  şəhərində 

oxumuş  (1921-1926),  sonra  pedoqoji  texnikumu 

bitirmişdir  (1926-1930).  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunun  dil  və  ədəbiyyat  fakültəsində  təhsil  almışdır 

(1934-1938). 

Eyni 


zamanda 

―Pioner‖ 

jurnalı 

redaksiyasında  ədəbi  işçi,  Bakının  3  saylı  məktəbində 

müəllim işləmişdir (1935-1941). Ordubad şəhər yeddiillik 

məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda 

―Ordubad  işçisi‖  qəzeti  redaksiyasında  məsul  katib,  redaktor,  radio  verlişləri 

qovşağında  diktor,  məsul  katib,  M.S.Ordubadi  adına  şəhər  Dövlət  Dram 

Teatrında  müvəqqəti  müdir  kimi  çalışmışdır  (1943-1954).  S.Vurğun  adına 

Ordubad orta məktəbində müdir olmuşdur (1954-1959). Sonra ailəliklə Bakıya 

köçmüşdür.  Burada  Azərbaycan  Dövlət  Universitetinin  nəşriyyatında  baş 

redaktor,  ―Maarif‖  nəşriyyatında  baş  redaktor  olmuşdur.  1968-ci  ildə 

―M.S.Ordubadinin  poeziyası‖  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir.  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin  dosenti 

olmuşdur (1969-1985).  

 Onun  ―Təyyarəçi‖  adlı  ilk  şeiri  1935-ci  ildə  ―Ədəbiyyat  qəzeti‖ndə  dərc 

olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdiir. ―Vətən 

qızı‖  (1940),  ―Sevənlər‖  (1943),  ―Nəsimi‖  (1946),  ―Saray‖,  ―Şahin‖  və  s. 

pyeslərini  qələmə  almışdır.  Xidmətlərinə  görə  ―Şərəf  nişanı‖,  ―SSRİ  Silahlı 

qüvvələrinin 70 illiyi‖ ordeni və doqquz medalla təltif olunmuşdur.  

Əkbər  Məftun  1990-cı  il  sentyabrın  14-də  Bakıda  vəfat  etmiş,  Ordubadda 

dəfn olunmuşdur.   

Kitabları: ―Kiçik heykəltəraş‖ (1937), ―Vətən qızı‖ (1940), ―Sevənlər‖ (1943), 

―Nəsimi‖ (1946), ―Mənim baharım‖ (1972), ―Şəfa bulağı‖ (1980), 

―M.S.Ordubadi‖ (1987) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

  



 

 

 

 

 

 

139 

 

 



20 Aprel -  Xalq şairi Məmməd Rahimin anadan olmasının  110 illiyi, 

                   (1907-1977) 

 

  

 

 

 

 

 

 

 

Məmməd Rahim ( Hüseynov Məmməd Abbas oğlu) Bakıda, kiçik sahibkar 

ailəsində  doğulmuşdur.  1917-ci  ildə  atası  ölmüş,  böyük  qardaşının  himayəsində 

yaşamışdır.  Bakı  şəhər  məktəblərində  təhsil  alıb,  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunun  şərqşünaslıq  fakultəsinə  daxil  olmuş  (1928-ci  ildə),  eyni  zamanda 

―Azərnəşr‖də tərcüməçilik etmişdir (1928-1931). 1926-cı ildə ilk şeiri ―Gördüm‖, 

1930-cu ildə isə ilk şeir kitabı ―Arzular‖ çap olunmuşdur. Yazıçılar İttifaqında şeir 

bölməsinin rəhbəri (1941-1946) olmuşdur. Məmməd Rahim həm də İranda xüsusi 

ezamiyyətdə  olmuşdur.  1946-cı  ildən  yalnız  ədəbi  yaradıcılıqla  məşğul  olduğuna 

görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya 

bölməsinə  rəhbərlik  etmişdir.  ‖Xaqani‖  (1955)  mənzum  dramını,  ―Sayat  Nova‖ 

(1956), ―Natəvan‖ (1962) poemalarını yazmışdır. Ş. Petefi, Beranje, A.Tvardovski, 

A.  Blok,  Şiller,  Nekrasov  və  başqalarının  əsərlərini  dilimizə  tərcümə  etmişdir. 

Onun  əsərləri  keçmiş  SSRİ  xalqlarının  dillərinə  və  bir  sıra  xarici  dilə  tərcümə 

edilmişdir.  Azərbaycan  Xalq  şairi  (1957),  Əməkdar  İncəsənət  xadimi(1940), 

Dövlət  Mükafatı  laureatı  (1949)  Məmməd  Rahim  1977-ci  il  mayın  6-da  Bakıda 

vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 

 

Kitabları:  ―Arzular‖  (1930),  ―Partizanın  tüfəngi‖  (1937),  ―İldırımın  kitabı‖ 

(1939),  ―Nübar‖  (1939),  ―Arzu  qız‖  (1940),  ―Vətən  sevgisi‖  (1942),  ―Leninqrad 

göylərində‖  (1949)  ,  ―Məhəbbətin  baharı‖  (1957),  ―Arzular  gül  açanda‖  (1965), 

―Tonqal başında‖ (1968), ―Dayağım‖ (1971), ―Limon və çay‖ (1972), ―Məhəbbət 

dastanı‖ (1974), ―Seçilmiş əsərləri‖  (üç cilddə) (1988) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

140 

 

22 Aprel -  Şairə Rəfiqə Hüseynovanın anadan olmasının 75 illiyi, (1942) 

 

 

 



 

 

 



 

 

 



 

Hüseynova  Rəfiqə  Ağamoğlan  qızı  Xaçmaz  şəhərində  anadan  olmuşdur. 

Bakıda  49  saylı  şəhər  orta  məktəbini  bitirdikdən  sonra  Azərbaycan  Dövlət 

Universitetinin  filologiya  fakültəsinin  jurnalistika  şöbəsində  III  kursadək  təhsil 

almışdır.  Daha    sonra  Azərbaycan  Yazıçılar  İttifaqının  zəmanəti  ilə  Moskvaya, 

M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmişdir. Həmin institutda qiyabi təhsil 

almışdır. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində redaktor, ―Bakı‖ 

qəzeti  redaksiyasında  müxbir  işləmişdir.  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti 

redaksiyasında  ədəbi  işçi,  teatr  və  kino  şöbəsinin  müdiri  işləmişdir  (1967-1971). 

C.Cabbarlı  adına  ―Azərbaycanfilm‖in  dublyaj  şöbəsində  böyük  redaktor 

vəzifəsində çalışmışdır (1973-1992).  

  

Ədəbi  fəaliyyətə  ―Azərbaycan  gəncləri‖  qəzetində  dərc  olunan  ―Külək‖ 



şeirilə  başlamışdır.  Tələbəlik  illərindən  dövri  mətbuatda  şeirləri,  publisist 

məqalələri  ilə  çıxış  edir.  Bədii  tərcümə  ilə  də  ardıcıl  məşğul  olur.  Əsərləri  SSRİ 

xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  Türkiyə  mətbuatında  şeirləri  çap 

olunmuşdur. O, yüzə yaxın bədii filmi ruscadan doğma dilə çevirmişdir. Ssenariləri 

əsasında ―Dünyaya insan gəlir‖, ―Şeir  mənim üçün bir kainatdır‖ sənədli filmləri 

çəkilmişdir. ―İnsan və əmək‖ sənədli filmlər müsabiqəsində onun ―Dünyaya insan 

gəlir‖  filmi  ikinci  mükafata  layiq  görülmüşdür.  Azərbaycan  Qadınlar  Şurasının 

üzvüdür.  Azərbaycan  Komsomolu  Mərkəzi  Komitəsinin  Fəxri  Fərmanına  layiq 

görülmüşdür.  ―Qızıl  qələm‖  mükafatı  laureatıdır.  Ümumdünya  Sülh  Federasiyası 

tərəfindən ―Sülh məramlı səfir‖ Fəxri adına layiq görülmüşdür. 



Kitabları: ―Səninlə birlikdə‖ (1963), ―Sahildə‖ (1973), ―Əsrin qadını‖ (2004) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

141 

 

24 Aprel - Şair Abdulla Faruqun anadan olmasının 110 illiyi, (1907-1944)  



 

 

 

Əfəndiyev  Abdulla  Musa  oğlu  Göyçay  rayonundakı  Poti  kəndində,  əkinçi 



ailəsində  doğulmuşdur.  İlk  təhsilini  Göyçayda  almış  (1917-1921),  sonra  Bakı 

Müəllimlər  Seminariyasına  göndərilmişdir.  Oranı  bitirəndən  sonra  Azərbaycan 

Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedoqoji 

fakültəsinə  dəyişirlər.  Burada  ictimai  tarix  şöbəsini  bitirir.  Göyçay  rayonunda 

pedoqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun 

hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet 

Şərq  Xalqları  Elmi-Tədqiqat  İnstitutunun  aspiranturasında  təhsil  almaq  üçün 

Moskvaya  ezam  olunur  (1930).  Ailə  vəziyyətinə  görə  bir  ildən  sonra  Bakıdakı 

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna dəyişilir. Eyni zamanda Nərimanov 

adına  Texnikumda  müəllim,  maarif  şöbəsində  pedoqoji  kabinetin  müdiri  olur 

(1933-1934).  ―Qızıl  Şərq‖  mətbəəsində  Baş  Mətbuat  İdarəsinin  nümayəndəsi 

işlədiyi  vaxt (1934) Sovet Ordusuna xidmətə çağırılır. Qısa fasilələrlə ―Ədəbiyyat 

qəzeti‖  və  ―Şərq  qadını‖  jurnalları  redaksiyalarında,  ―Azərnəşr‖də  işləyir.  İkinci 

Dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə iştirak edir (1942-

1943).‖Qızıl əsgər‖ cəbhə qəzeti səhifələrində mübariz ruhlu  şeirləri dərc olunur. 

―Qara Məmməd‖ mənzum pyesini, ―Otuz qəhrəman‖ poemasını bu dövrdə qələmə 

alır. N. Nekrasov, İ.Franko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edir.  

 Abdulla  Faruq  1944-cü  ildə  Taqanroq  ətrafında  gedən  döyüşlərdə  həlak 

olmuşdur.  

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin