İnternetdə:
www.books.google.com
209
17 İyun - Tibb İşçiləri Günü, (2001)
Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır.
Latın atalar sözü
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt
qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır.
İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.
Azərbaycanda tibbin inkişafı daha çox XX
əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti
qurulduqdan sonra onun həyata keçirdiyi sosial-
mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi
ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq Nazirlər
Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə
Səhiyyə Nazirliyi təşkil olunmuşdur. İndi
Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının
keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq ―Tibb işçilərinin
peşə bayramı gününün təsis edilməsi haqqında‖ 4 iyun 2001-ci il tarixli
sərəncamına əsasən, hər il 17 iyun Tibb İşçiləri Günü kimi qeyd olunur.
İnternetdə:
www.books.google.com
18 İyun - Beynəlxalq Atalar Günü, (1909)
Dünyanın bir çox ölkələrində iyunun
üçüncü bazar günü Atalar Günü (Father's
Day) kimi qeyd olunur. Onu ilk dəfə ABŞ-
da qeyd etməyə başlamışlar. Sonora Smart
Dodd 1909-cu ildə kilsədə Analar Gününə
həsr olunmuş ibadət zamanı düşünmüşdür
ki, anasının ölümündən sonra onu və daha
beş uşağı atası böyüdüb tərbiyə etmişdir.
Sonra atasının özü üçün necə xüsusi insan
olduğunu,
onu
necə
sevdiyini
və
qiymətləndirdiyini bilməsini istəmişdir. Bu ənənə bir çox ölkələrə yayılmışdır və
hər kəs atasına öz sevgisini bildirmək üçün bu günü əlavə bir fürsət hesab edir.
İnternetdə:
www.books.google.com
210
23 İyun - Beynəlxalq Olimpiya Günü, (1948)
Bu gün Beynəlxalq Olimpiya Komitəsi
tərəfindən təsis edilmişdir.
1947-ci ildə
BOK-
nin Stokholmda keçirilən 41-ci sessiyasında hər
il Dünya Olimpiya Gününü keçirmək təklifi
irəli sürülüb. İlk Olimpiya Günü 1948-ci il
iyunun 23-də 9 ölkədə qeyd olunub. Olimpiya
Gününü daha təntənəli şəkildə və bütün Milli
Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya
Qaçış Günü keçirilib. Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə
1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə
Olimpiya Oyunlarına qatılıb. Bu gün ölkəmizdə idman sürətlə kütləviləşir. Hər il
müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi, digər sahələrdə olduğu
kimi, idmanda da ölkəmizə böyük imic qazandırır.
Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının
qədim olmaqla yanaşı, həm də keşməkeşli tarixi var. Qədim Yunanıstanda əsası
qoyulan Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi.
Bu oyunların bərpası təşəbbüsü 1894-cü ildə fransız ictimai xadimi baron Pyer de
Kuberten tərəfindən irəli sürülüb. Həmin konqresdə ilk Olimpiya Oyunlarının
keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə
Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib. Üzərində 5 halqa olan Olimpiya
bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və
qırmızı. Rəngli halqaların bir-birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə
edir. Dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan
digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman
mübarizəsinin simvolu kimi qəbul edib.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildə
Milli Olimpiya Komitəsinə İlham Əliyevin sədr seçilməsi isə Azərbaycanda
olimpiya hərəkatının güclənməsi üçün böyük təkan oldu.
İnternetdə:
www.books.google.com
211
23 İyun - Dövlət Qulluqçuları Günü, (2006)
Bu bayram Azərbaycan Prezidenti İlham
Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə
təsis edilib. Dövlət xidmətinin demokratik,
hüquqi və dünyəvi dövlətin yaradılmasındakı
rolunu və BMT Baş Assambleyası tərəfindən
iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının
Azərbaycanda müasir dövlət qulluğu sisteminin
formalaşdırılması və inkişafında, demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunda
ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul
olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit
edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm
nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən ―Dövlət qulluğu haqqında‖
Qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət
siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas
prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri
müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə
sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam
etdirir.
Bu
islahatlardan
məqsəd
çevik
dövlət
idarəçilik
sisteminin
formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət
təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası
prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19
yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ
hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə
əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının
artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin
etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının
məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin
tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol
oynayır. İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər
qurumlarda 28 minə yaxın dövlət qulluqçusu çalışır. 10 min nəfərdən çox şəxs isə
dövlət qulluqçusu kimi pensiya alır.
İnternetdə:
www.books.google.com
212
26 İyun - Silahlı Qüvvələr Günü, (1918)
“Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və
Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusuna eşq olsun!
Yaşasın Azərbaycan!”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Milli Ordumuzun yaradılması hələ
Azərbaycan
Xalq
Cümhuriyyətinin
fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar
Rusiya imperiyasının müsəlman xalqlarına
həqarətli
münasibəti, onların orduda
xidmətdən ―azad‖ edilməsi bu xalqların
hərbi
işləri
yadırğamasına
gətirib
çıxarmışdı. 1917-1918-ci illərdə erməni
təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq
təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu
quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla
Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin
Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın
25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin
edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi
birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları
yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş
erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun
Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar,
Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC
süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun
rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. İlk dəfə Azərbaycan
Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş
və Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin
qərarının qəbul edildiyi tarix – 9 oktyabr Azərbaycan Respublikası Silahlı
Qüvvələri Günü elan edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin
22 may 1998-ci il tarixli fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş
və 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan
edilmişdir. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş
Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da
çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə
müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq
üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü
batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi
səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ölkəmizdə peşəkar ordu
quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu.
İnternetdə:
www.books.google.com
213
26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
Narkomaniya ―ağ ölümdür‖, həyatdan üz
çevirməkdir. ―Narkomaniya‖ və ―ölüm‖ sözləri bu
gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan
narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu
bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik
maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur,
onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq
naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan
bu pis vərdişə alışdırırlar. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox
yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi
laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir.
Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir.
Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır.
Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki
qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş
verir. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik
maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində
eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa
xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini
yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkərli diabet
tez inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə
qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki,
bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik
əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək
qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından
məhrum olur.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə
alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul
edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda
narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi
vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti
altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və
Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
İnternetdə:
www.books.google.com
214
Yubilyar yazıçı və şairlər
3 İyun - Yazıçı Afaq Məsudun anadan olmasının 60 illiyi, (1957)
Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda anadan olub. 1979-cu
ildə BDU-nun jurnalistika fakültəsini bitirib.
1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor,
redkollegiyanın üzvü, 1986-1988-cu illərdə "Azərbaycantelefilm"də direktor
vəzifələrində çalışıb. Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır.
Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru"
romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin "Mövcudluq haqqında
həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn
Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri Azərbaycan dilinə tərcümə
edib. "Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Əsərləri
əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən
doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın
yazarlar").
"Humay" Milli Akademiyası Mükafatı laureatıdır. Yazıçı, dramaturq,
Əməkdar incəsənət xadimi, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru
Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru təyin edilmişdir. 23
dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.
Kitabları: ―Üçüncü mərtəbədə‖ (1971), ―Şənbə gecəsi‖ (1984), ―Keçid‖ (1988),
―Tək‖ (1992), ―İzdiham‖, ―Azadlıq‖ (1997) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.az.wikipedia.orq
215
5 İyun - Dramaturq, ədəbiyyatşünas Həsən Qasımovun anadan olmasının
105 illiyi, (1912-1977)
Qasımov Həsən Məmməd oğlu Bakı qəzasının
Maştağa kəndində ailəsində doğulmuşdur. İlk təhsilini
kənddə almış, sonra Bakı Pedoqoji Texnikumunu
bitirmişdir (1928-1929). Nuxa (indiki Şəki) rayonunun Kiş
kənd ibtidai məktəbində, Bakının Mərdəkan yeddiillik
məktəbində müəllim, İsmayıllı və Astaraxanbazar (indiki
Cəlilabad) rayonlarında məktəb direktoru, inspektor
vəzifələrində işləmişdir (1929-1937).
Ədəbi fəaliyyətə 1937-ci ildə oçerk, hekayə və
pyeslərlə başlamışdır. Əsərləri respublikanın dram
teatrlarında, klub və mədəniyyət saraylarında müvəffəqiyyətlə tamaşaya
qoyulmuşdur. Pyesləri iki dəfə müsabiqədə mükafat almışdır. O, 1956-cı ildə
Andre Stilin ―Birinci zərbə‖ əsərini tərcümə etmiş, ―Azərnəşr‖də ayrıca kitab
halında çap etdirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (APİ) təhsilini
davam etdirməklə yanaşı, Azərbaycan radiosunda ədəbi-dram verilişi
redaksiyaında redaktor, baş redaktor olmuşdur. İkinci Dünya müharibəsinin ilk
günlərində Sovet Ordusuna səfərbərliyə alınmış, ―Qızıl əsgər‖ diviziya qəzeti
redaksiyasında redaktor müavini olmuşdur. O, Şimali Qafqaz və Ukrayna
cəbhələrində hərbi jurnalist kimi ―Qızıl əsgər‖,‖Hücumda‖ qəzetləri ilə sıx
əməkdaşlıq etmiş, şeir, oçerk və hekayələrində qəhrəmanların döyüş hünərini
işıqlandırmış, hamını faşist işğalçılarıına qarşı mübarizəyə ruhlandırmışdır.
Ordudan tərxis edildikdən sonra (1945) Azərbaycan Dövlət Universitetinin
III kursuna daxil olmuş, universiteti 1946-cı ildə ekstern üsulla bitirmiş,
aspiranturada təhsilini davam etdirmişdir. APİ-də baş müəllim (1950), Azərbaycan
Dövlət Nəşriyyatında redaktor (1951) və Azərbaycan EA Nizami adına Ədəbiyyat
İnstitutunun folklor şöbəsində baş elmi işçi vəzifələrində çalışmışdır. ―II dərəcəli
Vətən müharibəsi‖ ordeni və medallarla təltif edilmişdir.
Həsən Qasımov1977-ci il mayın 8-də vəfat etmişdir.
Kitabları: ―Dağların səsi‖ (1969) və s.
Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
216
19 İyun - Şair Taleh Həmidin anadan olmasının 65 illiyi, (1952-2016)
Babayev
Taleh
Həmid
oğlu
(Taleh
Həmid) Şəmkirin Dəllər-Cəyir kəndində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra, (1970-1972-
ci illərdə) sovxozda əmək fəaliyyətinə başlamışdır.
1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974-1979-
cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə
başlamışdır. Nazirliyin kadrlar şöbəsində xüsusi işlər
üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan)
təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975-1980-ci
illərdə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk
illərində Respublika Komsomolu Mükafatına layiq görülmüşdür. 1980-ci ildə Gənc
Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq
Müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə
deyil, onun kənarlarında da işıq üzü görmüşdür. Bir sıra mətbu orqanlarında -
―Ulduz‖ jurnalında şöbə müdiri (1979-1989), ―Yeni fikir‖ qəzetində baş redaktor
(1989-1992), ―Müstəqil qəzet‖in təsisçisi və baş redaktoru (1992-2005)
vəzifələrində işləmişdir. 2005-2015-ci illərdə Regionların İnkişafının İctimai
Birliyində sədr müavini olmuşdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki
cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ―Qızıl
kəlmə‖ ədəbi mükafatına layiq görülmüşdür. 2012-ci ilin noyabrında VI
Uluslararası Canakkala Seir axşamları Festivalında Azərbaycan poeziyasını təmsil
etmişdir. 2015-ci ildə şair-publisist Taleh Həmidin ―Yəhya bəy Dilqəm‖ adlı
ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında
tamaşaya qoyulmuşdur.
Şair Taleh Həmid 1 noyabr 2016-cı ildə Bakıda vəfat etmişdir.
Kitabları: ―Qapımı bahar döyür‖ (1985), ―Təltifsiz bulud‖ (1990), ―Məni
gözləyən olsa‖ (1991), ―Dünya yaxşıdır hələ‖ (1992), ―Bu gündən sabaha‖ (2004),
―Mənə ürəyində yaz yeri saxla‖ (2007), ―Günəşdən gizlənir yay çiçəkləri‖ (2007),
―Ömrün pay sovqatı‖ (2007), ―Qarlı axşamların işığı‖ (2007) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
Dostları ilə paylaş: |