Ümumilikdə isə, hər yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri
yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.
İnternetdə:
www.books.google.com
284
15 Sentyabr - Beynəlxalq Nöqtə Günü, (2009)
Bu bayramı əsasən Uşaq Yaradıcılıq
Mərkəzlərində,
uşaq kitabxanalarında
keçirirlər. Beynəlxalq Nöqtə Gününün
tarixi ingilis rəssamı Piter Q.Reynoldsun
2003-cü ildə yazdığı ―Nöqtə‖ kitabı ilə
bağlıdır. Bu kitabda şəkil çəkməyi
bacarmayan balaca qız haqqında danışılır.
Daha doğrusu, qıza elə gəlir ki, o, şəkil
çəkə bilmir. Rəsm dərsində Vaşti sadəcə
kağızı nöqtələyirdi. Lakin müəllimə ondan
şəkilin altında imzasını qoymağı xahiş
edir və nöqtəni gözəl çərçivəyə salıb
divardan asır. ―Mən daha yaxşı çəkə
bilərəm‖, - deyə Vaşti qərara gəlir və
məlum olur ki, bu, həqiqətən belədir. Bu kitab çoxlu mükafatlar alır, Çikaqo
kitabxanasının versiyası üzrə ―İlin kitabı‖ seçilir və bir çox dillərə tərcümə olunur.
2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edir. O gündən bəri
Beynəlxalq Nöqtə Günü hər il qeyd olunur. Nöqtə günündə iştirak etmək üçün
təsviri sənət studiyasında olmaq məcburi deyil. Kitabı satın almaq olar. Layihənin
saytında qeydiyyatdan keçdikdən sonra isə, metodiki vəsaiti və hətta proyektor
üçün ―Nöqtə‖ləri yükləmək olar.
Öz nöqtənizdən başlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi həyata keçirin!
İnternetdə:
www.books.google.com
285
16 Sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994)
1994-cü ildə BMT-nin Baş Assambleyası özünün qətnaməsi ilə
(A/RES/49/114) sentyabrın 16-nı Beynəlxalq Ozon Qatının Qorunması Günü
(International Day for the Preservation of the Ozone Layer) elan etmişdir. Ozon
Qatının Qorunması Günü ozon qatını dağıdan maddələr üzrə Monreal
protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur.
1987-ci il sentyabrın 16-da 36 ölkənin imzaladığı və bu sənədə görə,
iştirakçı ölkələr ozon qatını dağıdan maddələrin istehsalını məhdudlaşdırmalı və
tam dayandırmalıdırlar. Həmin gün Monreal protokolu və ona əlavələrdə qeyd
olunan vəzifələr və məqsədlərə uyğun təbliğatın aparılması dövlətlərə tövsiyə
olunur.
Ozon qatı nazik qaz qalxanı şəklində Yeri Günəş radiasiyasının dağıdıcı
təsirindən qoruyur. O, yer üzərində nəhəng örtük kimi sərilmişdir. Əgər bu qat çox
zəifləyərsə, bu bütün biosfer və canlı aləm üçün fəlakət olar. Ultrabənövşəyi
şüaların insan üzərinə düşməsi nəticəsində dəri xərçəngi, görmənin itirilməsi və
başqa xəstəliklər yarana bilər. XX əsrin 80-ci illərində alimlər Antarktidada
ozonun ümumi tərkibinin iki dəfə azaldığını aşkara çıxardılar. Məhz o vaxtdan
―ozon dəlikləri‖ ifadəsi yarandı. Ozon qatının nazikləşməsinə sənaye
müəssisələrinin, zavodların məhsulu olan xlor oksidi təsir göstərir. Biz ozon
dəliklərinin yaranmasının qarşısını almaq iqtidarında deyilik. Lakin məişət
səviyyəsində əlimizdən gələni edə bilərik.
İnternetdə:
www.books.google.com
286
18 Sentyabr - Milli Musiqi Günü, (1995)
“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin
cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın
mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini,
əhval-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır.”
Ümummilli lider Heydər Əliyev
Sentyabrın 18-i Azərbaycan
xalqının
dahi
oğlu,
musiqi
mədəniyyətimizin korifeyi Üzeyir
bəy Hacıbəyovun doğum günüdür.
Üzeyir bəyin doğum gününün musiqi
tariximizin ən əlamətdar hadisəsi
kimi anılması tez bir zamanda ənənə
halını almışdır. 1995-ci ildə isə
Prezident Heydər Əliyevin fərmanı
ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın
Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin gün təkcə
musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı
tapmaq olmaz ki onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə
hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi
ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin
teatrında hazırlanan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil,
bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də
Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və
arvad", "O olmasın, bu olsun" , "Arşın mal alan" musiqili komediyalarında o dövr
Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü.Hacıbəyov milli
musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o
cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi
xəzinəsinin incilərindən olan "Koroğlu" operasını, həm də yeni Azərbaycan
Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Dahi bəstəkarın
yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil olmuşdur. Azərbaycan və dünya musiqi mədəniyyətinin
inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik
yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Milli
musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
İnternetdə:
www.books.google.com
287
19 Sentyabr - Beynəlxalq Piratlar Günü, (1995)
19 sentyabr qeyri-rəsmi olaraq Beynəlxalq Piratlar Günü və ya Piratları
Təqlid Günü (International Talk Like A Pirate Day) kimi qeyd olunur. Bu gün
―Piratlar kimi danış‖ da adlandırılır. Çox şən keçən bu bayram dünyanın 40-dan
çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir,
onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər. Bayramın vətəni
Amerikanın Oreqon ştatının Olbani şəhəridir. Belə ki, 1995-ci il iyunun 6-da Con
Baur və Mark Sammers adlı iki dost zarafat üçün piratların işlətdikləri ifadələrdən
istifadə edərək söhbət ediblər. Bu bayramın konsepsiyası da belə yaranıb. 2002-ci
ilə qədər bu bayram haqqında məlumat geniş yayılmamışdı. Lakin Deyv Berri adlı
jurnalistin məqaləsindən sonra bu haqda məlumat yayılır və bayramın çoxlu
pərəstişkarları yaranır.
Bu qeyri-adi günü qeyd etmək ənənəsi tədricən Avstraliya, Kanada və
İngiltərəyə, daha sonra başqa ölkələrə də yayılıb.
İnternetdə:
www.books.google.com
288
20 Sentyabr - Neftçilər Günü, (1994)
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr
hər il ölkəmizdə Neftçilərin peşə bayramı günü kimi qeyd edilir.
Qeyd olunan tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin
müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə
bayram kimi qeyd edilib. Neftçilər Günündə adətən sənayenin bu sahəsində əldə
edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu
sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət
başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə
Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci
ildönümü münasibətilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş
keçirilib.
Hər il 20 sentyabrda Azərbaycan Prezidentinin neft-qaz sənayesi kollektivləri ilə
görüşləri mütəmadi xarakter alır.
İnternetdə:
www.books.google.com
289
20 Sentyabr - Ümumdünya Düyü Günü, (2004)
20 Sentyabr - Ümumdünya Düyü Günü BMT-nın Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı FAO-nun təşəbbüsü ilə yaranmışdır. Əslində bu əlamətdar gün 1950-ci
ildə düşünülsə də, bayram 2004-cü ildə BMT-nın Baş Assambleyası tərəfindən
təsis olunmuşdur. Düyü bir çox ölkələrdə populyar olsa da, Şərqi və Cənub-Şərqi
Asiya ölkələridə əsas qida hesab olunur və əkilib becərilir.
Arxeoloji qazıntıların nəticələrinə görə, düyü 7000 il əvvəl Çində məlum idi.
O, daha sonra Hindistana, Koreyaya, Yaponiyaya və s. ölkələrə yayılmışdır. Düyü
Orta Asiyada e.ə. təxminən 500-cü ildə məlum olmuş, oradan isə Cənubi Qafqaza
gəlib çıxmışdır. Bu gün düyü dadmayan insan təsəvvür etmək çətindir. Demək olar
ki, bütün xalqlar düyüdən yeməklər hazırlayırar. Yalnız Uzaq Şimalda yaşayan
xalqlar istisna təşkil edirlər.
İnternetdə:
www.books.google.com
290
20-21 Sentyabr - Beynəlxalq Yarasalar Gecəsi
Yarasa obrazı insanların çoxunda hələ də qorxu yaradır. Bu kiçik gecə
heyvanlarının vampir olması haqqında əfsanələr, filmlər insanların onları müxtəlif
yollarla məhv etməsinə, nəticədə yarasaların saylarının azalmasına gətirib
çıxarmışdır. Bu da, öz növbəsində, təbiətdə tarazlığın pozulmasına səbəb olur.
İnsanlara zərər vuran gecə həşəratlarını məhv edən və bir çox bitkilərin
tozlanmasında iştirak edən yarasalara xüsusi bir gecə həsr olunmuşdur. Dünyada
hər il sentyabrın 20-dən 21-ə keçən gecə Beynəlxalq Yarasa Gecəsi qeyd olunur.
Bu tarix təsadüfən seçilməmişdir. Məhz həmin vaxt uçan siçanların qış
məskənlərinə miqrasiyası başlayır. Bayramın məqsədi onların insanlara zərərliliyi
haqqında mifləri dağıtmaq, qorunmağa ehtiyaclarının olduğuna diqqəti cəlb
etməkdir.
İnternetdə:-calend.ru/holidays
291
21 Sentyabr - Beynəlxalq Sülh Günü, (1981)
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”
H.Cavid.
BMT bu günü 1981-ci ildə təsis edib. İlk Sülh Günü də 1981-ci ilin
sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-
cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001- 2002-ci ildə BMT Sülh Günü üçün
21 sentyabr gününü müəyyənləşdirib və bu tarixi Ümumdünya Atəşkəs Günü elan
edib. Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur.
Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan
çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb
edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin
vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə
dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən
məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan
qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi,
ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan
sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin
qarşısını alıb, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladıb,
müharibəni dayandırmaqla, ölkədə sabitliyə nail olub. Bu, həm də dövlətimizin
sülh arzusunun ifadəsi idi. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının
münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi,
qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü
ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və
atəşkəsin pozulması halları tez-tez qeydə alınır.
Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali
Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin
sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində
əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız
müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyəti
düşündürüb.
İnternetdə:
www.books.google.com
292
22 Sentyabr - Filləri Ümumdünya Müdafiə Günü
22 sentyabr bir çox ölkələrdə ekoloji bayramlardan biri olan Ümumdünya
Filləri Müdafiə Günü (World Day of Elephants) kimi qeyd olunur. Bu bayram,
planetimizdəki quruda yaşayan məməlilərin ən böyüyü olan fillərin sayının
azalmasından narahat olan təbiəti mühafizə təşkilatları, ekoloqların təşəbbüsü ilə
yaranmışdır. Fillər qədim xortumluların yeganə nümayəndəsi kimi günümüzədək
gəlib çıxmışlar. Hal-hazırda onlar təbiətdə Cənub-Şərqi Asiyanın və Afrikanın
tropik meşələrində və savannalarında yaşayırlar.
Qədim zamanlardan fillərə dünyanın bir çox xalqları tərəfindən sitayiş
olunub, onlar hakimiyyət və hökmdarların əzəmətinin, xeyirxahlıq və sakitliyin,
müdrikliyin simvolu olmuşlar. Hindistan, Tailand və s. kimi Asiya ölkələrində
fillər bayramlarda mütləq yer alırlar. Lakin fillərin ən böyük düşmənləri də məhz
insanlardır. Bu heyvanların sayının azalmasının əsas səbəbi dişlərinə və ətinə görə
ovlanması, onların yaşayış sahələrinin daralması, meşələrin qırılması və
ümumiyyətlə ekologiyanın pisləşməsidir. Bu gün Afrika filləri yoxolma təhlükəsi
qarşısındadır. Hal-hazırda fillərin iki növü – Hind və Afrika filləri mühafizə
olunur. Hind fillərinin hündürlüyü 2,5 metr, çəkiləri 3-5 ton, Afrika fillərinin
hündürlüyü 4 metrədək, çəkiləri isə 5-7 tondur. 1989-cu ildə BMT öz qərarı ilə fil
dişinin ticarətini tam qadağan etmişdir. Bu günün qeyd olunmasının da məqsədi
məhz fillərin qorunmasına diqqəti cəlb etməkdir. Bayram rəsmi statusa malik
olmasa da, ekoloji, təbiəti mühafizə təşkilatları, könüllülər tərfindən geniş qeyd
olunur, maarifləndirici tədbirlər həyata keçirilir.
Fillər bədii əsərlərin də qəhrəmanı olurlar. Qriqori Osterin kitabındakı fil
balası, Mauqli haqqında kitablardakı müdrik Xatxa və dünyada çox məşhur olan,
ingilis yazıçısı və rəssamı Devid Makkinin yaratdığı Elmer adlı rəngbərəng, dama-
dama fil buna misal ola bilər.
İnternetdə:
www.books.google.com
293
23 Sentyabr - Saqqız Günü, (1848)
1848-ci il sentyabrın 23-ü saqqızın yaranma günü hesab olunur. Belə ki,
məhz həmin gün amerikalı Con Kurtis öz evində ilk saqqızı istehsal etmişdir.
Saqqız yeməli olmayan elastik əsasdan, müxtəlif dad və aromatverici əlavələrdən
ibarət konfet növüdür.
İlk saqqızın tarixi e.ə VII-II əsrlər hesab olunur. O, Şimali Avropada
qazıntılar zamanı tapılmışdır və üzərində insan dişinin izləri olan qatrandan
ibarətdir. Qədim yunanalar saqqız ağacının qatranını çeynəyirdilər. Mayya
hinduları isə dişlərini və nəfəslərini təmizləmək üçün sapodilla ağacının donmuş
şirəsindən istifadə edirdilər.
1848-ci ildə Con Kurtis şam ağacının qatranından sənaye üsulu ilə saqqız
istehsal etmək fikrinə düşür. Sonradan o, öz məmulatına parafin aromatizatorları
əlavə edir. Onların istehsalı getdikcə genişlənir, lakin qatranı qatışıqlardan
təmizləmək çətin olduğu üçün saqqız satışı aşağı idi.
1869-cu ildə saqqızın yeni həyatı başlayır. Artıq onu qatran deyil, kauçuk
əsasda hazırlayırlar. Bu cür saqqızı Tomas Adams icad etmişdir. Yeni saqqız
insanların xoşuna gəlir və artıq 1871-ci ildə Adams onun avtomatik istehsalı üçün
maşın da icad edir və patentləşdirir. Daha sonra o, saqqızın dadını yaxşılaşdırmaq
üçün ona biyan ekstraktı da əlavə edir.
Bu gün saqqızdan əsasən nəfəsi təravətləndirmək, yeməkdən sonra dişlərin
təmizliyi üçün geniş istifadə olunur. Lakin saqqızın insan orqanizminə hər hansı
faydası haqqında ümumi bir fikir yoxdur.
İnternetdə:
www.books.google.com
294
24 Sentyabr - Beynəlxalq Lal-Kar Günü, (1951)
Bu gün 1951-ci ildə Beynəlxalq Lal-karlar
Federasiyasının yaranması şərəfinə təsis
olunub. Statistikaya əsasən, dünyada hər
doqquz nəfərdən biri eşitmə qabiliyyətindən
məhrumdur. Onlar bu qabiliyyəti travma,
xəstəlik və ya anadangəlmə itirirlər. Yer
kürəsində 2500 dil var. Lakin bir dil – jestlər
dili də mövcuddur. Karlar Federasiyası ötən
əsrin əllinci illərində karların beynəlxalq
tədbirlərinə xidmət etmək üçün jestlər
sistemini də yaradıb.
Qeyd edək ki, eşitmə və görmə qabiliyyətini itirmiş insanların içərisində də çox
tanınmış, görkəmli şəxslər olub.
İnternetdə:
www.books.google.com
27 Sentyabr - Beynəlxalq Dovşanlar Günü
Beynəlxalq Dovşanlar Günü xeyriyyə təşkilatları tərəfindən ictimaiyyətin
diqqətini bu heyvanların problemlərinə cəlb etmək məqsədi ilə yaradılmışdır.
Heyvanları müdafiə edənlər, dovşan xəzindən kürklərin hazırlanması və dovşan
ətindən restoranlarda istifadə olunmasının ən azı azaldılmasına səy göstərirlər.
Beynəlxalq Dovşanlar Günündə həm evdə, həm də təbiətdə yaşayan dovşanlara
qarşı daha humanist davranılmasına, onların rahat və sağlam yaşamasına yardım
edilməsinə çağırılır. Həmin günün sentyabrın sonuncu şənbəsi keçirilməsi tövsiyə
olunur.
İnternetdə:
www.books.google.com
295
27 Sentyabr - Ümumdünya Turizm Günü, (1980)
“Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin
təmas və ünsiyyət yeri olmuşdur.Çünki Azərbaycan xalqı yüksək mədəniyyətə
malikdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək.”
Ulu öndər Heydər Əliyev
Beynəlxalq turizm hər bir ölkə
üçün sosial-iqtisadi münasibətləri əks
etdirir.
Bununla
da
beynəlxalq
münasibətlərin tərkib hissəsi kimi
fəaliyyət
göstərir.
Bu
prosesin
tənzimlənməsi üçün də müəyyən norma
və standart nizamlar işləyib hazırlayan
beynəlxalq institutlar fəaliyyət göstərir.
Bunlardan
Ümumdünya
Turizm
Təşkilatı ən üzdə olan təşkilatlardan
biridir. 1979-cu ildə Baş Qərargahı
Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü
təsis edib. Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk
tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin
Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd
olunur. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı
artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında
nümayiş etdirməkdir. Ölkəmizdə Ümumdünya Turizm Günü 2001-ci ildən,
Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27 sentyabr -
Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin gün Ümumrespublika Daxili
Turizm Konfransları da keçirilir. Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26
sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən
başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını
əks etdirən reklam çarxları yayımlanır. 2002-ci ildən başlayaraq Bakıda hər il
Beynəlxalq Turizm və Ümumrespublika Daxili Turizm Sərgiləri keçirilir. Son illər
ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin
təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar
yaradıb. Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilin ―Turizm ili‖ elan edilməsi də
turizm sektorunun Azərbaycan üçün xüsusi əhəmiyyətini göstərmişdir.
―Azərbaycan 2020: gələcəyə baxış‖ adlı inkişaf konsepsiyasında da ölkədə
turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub.
Dostları ilə paylaş: |