Filmoqrafiya: ―Abşeron ritmləri‖ (film, 1970),
“
Azərbaycan incəsənəti‖(film,
1970),‖Azərbaycan naminə!‖ (film, 2004), ―Bəstəkar Müslüm Maqomayev‖ (film,
1977), ―Burulğan‖ (film, 1986), ―Dostluq himni‖ (film, 1974), ―Gümüşgöl
əfsanəsi‖ (film, 1984), ―İntibah‖ (film, 1972), ―İstanbul reysi‖(film, 2010),
―Konsert proqramı‖ (film, 1971) (II), ―Müslüm Maqomayev2 (film, 2002), ―Nə
gözəldir bu dünya...‖ (film, 1999), ―Nəğməkar torpaq‖ (film, 1981), ―Nizami‖
(film, 1982), ―Oxuyur Müslüm Maqomayev‖ (film, 1971), ―Payız konserti‖ (film,
1962), ―Rəşid Behbudov 20 il əvvəl‖(film, 1996), ‖Sonuncu şahid‖ (film, 2004),
―Tənha ruh‖ (film, 1998), ―Ürək nəğməsi‖ (film, 1989), ―Üzeyir ömrü‖ (film,
1981), ―Yarımçıq qalmış mahnı‖ (film, 1979), ―Yaşa, qızıl balıq‖ (film, 1988),
―Yeni görüşlərədək, Müslüm!‖ (film, 1963) və s.
İnternetdə:
www.az.wikipedia.orq
274
20 Avqust - Xalq artisti, dirijor Niyazinin anadan olmasının 105 illiyi,
(1912-1984)
Niyazi Tağızadə-Hacıbəyov Zülfüqar oğlu Tbilisi
şəhərində dünyaya göz açmışdır. İlk musiqi təhsilini öz
əmisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan və
skripkaçı - professor L.Bretanitskidən almışdır. Müxtəlif
dövrlərdə Niyazi Bakı Kinostudiyasının musiqi rəhbəri,
Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan
Dövlət Cazının bədii rəhbəri, Opera və Balet Teatrının
dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri və Azərbaycan Dövlət Simfonik Orkestrinin baş
dirijoru kimi çoxşaxəli fəaliyyət göstərərək, milli musiqi
mədəniyyətimizin inkişafı və təbliği yolunda yorulmadan çalışmışdır. Niyazi ilk
Azərbaycan dirijorudur ki, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrına baş
dirijor təyin olunmuşdur. Onun ―Rast‖ simfonik muğamı Azərbaycan musiqi
xəzinəsinin ən maraqlı və nadir incilərindəndir. Böyük hind yazıçısı Rabindranat
Taqorun əsəri əsasında yazdığı ―Çitra‖ baleti Cavahirlər Nehru adına Beynəlxalq
Mükafata layiq görülmüş, bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
Bəstəkar həmçinin ―Xosrov və Şirin‖ operasının, ―Zaqatala‖ süitasının, kütləvi
mahnı janrının ilk nümunələrindən olan ―Vətən haqqında mahnı‖, ―Təbrizim‖,
―Qaragilə‖ mahnılarının, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin
müəllifidir. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan"
və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını
("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.)
simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota
salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli
"Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. O, "Təbrizim", "Dağlar qızı",
"Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin
―Dağılan tifaq‖, C.Cabbarlının ―Almas‖, S.Vurğunun ―Vaqif‖, A.Korneyçukun
―Polad qartal‖ dram tamaşalarına, həmçinin ―Almas‖, ―Kəndlilər‖, ―Fətəli xan‖
və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Məşhur dirijor və bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı
laureatı, 2-dəfə Stalin Mükafatı laureatı, Beynəlxalq Nehru Mükafatı laureatı, 2
Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı (1982) adına layiq görülmüş Niyazi
1984-cü il avqustun 2-də vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
275
Milli qəhrəmanlar zirvəsi
1 Avqust - Azərbaycanın Milli Qəhrəmanı
Əliyev Ehtiram İsrayıl oğlunun
anadan olmasının 45 illiyi, (1972)
Ehtiram Əliyev Ucar rayonunun Qazyan kəndində
anadan olub. Səkkiinci sinfi 1987-ci ildə doğma kəndində
bitirərək, Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci
ilin iyunun 5-dən 1996-cı ilin avqustunadək hərbi xidmətdə
olub. Onu Naxçıvana göndərirlər. Ehtiram Sədərəkdə və
Batabat yaylağında əsl qəhrəmanlıq göstərir. Daha sonra
o, (1993-cü ildə) Ağdam cəbhəsinə göndərilir. 1994-cü
il yanvarın 5-də döyüşçülərimiz hücum edərək erməniləri 45
km geri oturda bilirlər. Bu döyüşdə Ehtiram yaralanır. Lakin
müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə
Tərtər cəbhəsinə yollanır. Hənin döyüşlər zamanı da Ehtiram fədakarlıqla vuruşur,
onlarla erməni qulduru məhv edilir.
Vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə
görə
Əliyev Ehtiram İsrayıl oğlunna
Azərbaycan Respublikası Prezidentinin 1995-
ci il aprel tarixli 307 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə
Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. "Təfəkkür" universitetini bitirib.
Hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda rəis müavinidir. Ailəlidir.
Bir qızı, iki oğlu var.
İnsanın od-alovlu
Tarixlərə heyrəti,
Anaların qırğına,
Sülhün hərbə nifrəti –
Hərbi andımdır mənim.
Ələmdar Quluzadə
İnternetdə:
www.az.wikipedia.orq
Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010.
276
31 Avqust -
Azərbaycanın Milli Qəhrəmanı
Nəcəfov Yunis İsa oğlunun
anadan olmasının 50 illiyi, (1967-1992)
Yunis
Nəcəfov Kəlbəcər rayonunda anadan
olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə
getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi
bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə
daxil olmuş, daha sonra Çelyabinsk Tank Məktəbində
təhsilini davam etdirmişdir. 1989-cu ildə leytenant rütbəsi
almış və qulluğa başlamışdır. 1990-cı il 20 Yanvar hadisəsi
ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılmışdır. 1991-ci
il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N"
saylı bölüyə komandir təyin edilmişdir. Yunis bir neçə şəhər və rayonlarda şərəfli
döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin və Şuşa şəhərinin
müdafiəsində xüsusilə fərqlənmişdir. Daha sonra döyüşçülər hazırlamaq məqsədilə
Bakıya göndərilmişdir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan
zaman yenidən cəbhəyə dönmüşdür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-
ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur. Subay idi. Goranboy rayonunun Qarqucaq kəndində dəfn
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı
fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulmuşdur.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.az.wikipedia.orq
277
Sentyabr
Əlamətdar tarixi günlər və bayramlar
8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1943)
8 Sentyabr - Beynəlxalq Savadlılıq Günü, (1966)
9 Sentyabr - Ümumdünya Gözəllik Günü, (1995)
9 Sentyabr - ―Smaylik‖lərin Ad Günü, (1982)
12 Sentyabr - Respublika Uşaq Kitabxanasına ədəbiyyatşünas
Firidun bəy Köçərlinin adının verildiyi gün, (1967)
15 Sentyabr - Bilik Günü, (2004)
15 Sentyabr - Beynəlxalq Nöqtə Günü, (2003)
16 Sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994)
18 Sentyabr - Milli Musiqi Günü, (1995)
19 Sentyabr - Beynəlxalq Piratlar Günü, (1995)
20 Sentyabr - Neftçilər Günü, (1994)
20 Sentyabr - Ümumdünya Düyü Günü, (2004)
20-21 sentyabr - Beynəlxalq Yarasalar Gecəsi
21 Sentyabr - Beynəlxalq Sülh Günü, (1981)
22 Sentyabr - Filləri Ümumdünya Müdafiə Günü
23 Sentyabr - Saqqız Günü, (1848)
24 Sentyabr - Beynəlxalq Lal-Kar Günü, (1951)
27 Sentyabr - Beynəlxalq Dovşanlar Günü
27 Sentyabr - Ümumdünya Turizm Günü, (1980)
29 Sentyabr - Ümumdünya Dəniz Günü, (1978)
30 Sentyabr - Beynəlxalq Tərcüməçilər Günü, (1991)
Yubilyar yazıçı və şairlər
Şair, dramaturq Ramiq Muxtarın 75 illiyi, (05.09.1942)
Şair Ağasəfanın 75 illiyi, (08.09.1942)
Yazıçı, publisist Mustafa Çəmənlinin 70 illiyi, (10.09.1947)
Yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi, (12.09.1887 - 03.01.1943)
Şair, yazıçı Məmməd Namazın 75 illiyi, (12.09.1942)
Şair, publisist Rüstəm Behrudinin 60 illiyi, (12.09.1957)
İncəsənət
Xalq artisti Əhməd Bakıxanovun 125 illiyi, (05.09.1892 - 26.03.1973)
Xarici ədəbiyyat
Rus yazıçısı A.K.Tolstoyun 200 illiyi, (05.09.1817-10.10.1875)
Rus yazıçısı B.S.Jitkovun 125 illiyi, (11.09.1882 - 19.09.1938)
Milli qəhrəmanlar zirvəsi
Seyidov Məhərrəm Mirəziz oğlunun 65 illiyi, (07.09.1952 - 19.01.1990)
Senyuşkin Sergey Aleksandroviç, (15.09. 1957 - 29.02.1992)
278
Əlamətdar tarixi günlər və bayramlar
8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1958)
“Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Hesab
edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur”.
Ümummilli lider Heydər Əliyev
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd
edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV
konqresində bununla bağlı qərara gəlinib. Dünya mediası üçün əlamətdar sayılan
bu gün 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex
jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.
Bu gün Azərbaycan dövləti siyasi mövqeyindən asılı olmayaraq, bütün
Kütləvi İnformasiya Vasitələrinin (KİV-in) inkişafında maraqlıdır. Bunun üçün
ölkədə KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF (Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradılıb. KİVDF jurnalistlərin
peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif
layihələr həyata keçirir. Bu qurumun layihələrində iştirak edən qəzetlərin maddi-
texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib.
İnternetdə:
www.books.google.com
279
8 Sentyabr - Beynəlxalq Savadlılıq Günü, (1966)
Beynəlxalq Savadlılıq Günü (İnternational Literasy Day) Beynəlxalq
Millətlər Təşkilatı sistemində qeyd olunan bayramlardandır. O, 1965-ci ilin
sentyabrında Tehranda keçirilmiş Təhsil nazirlərinin savadsızlığın ləğv edilməsi
üzrə ümumdünya konfransının tövsiyələri ilə YUNESKO tərəfindən 1966-cı ildə
təsis olunmuşdur. Sentyabrın 8-i bu konfransın təntənəli açılışı günüdür.
Bu günün əsas məqsədi YUNESKO-nun fəaliyyətinin əsas sahələrindən biri
olan, ayrı-ayrı şəxslərin, icmaların, birliklərin hüquq və imkanlarının
genişləndirilməsi aləti kimi savadlılığın yayılması sahəsində beynəlxalq birliyin
səylərini fəallaşdırmaqdır.
Savadlılıq bəşəriyyət üçün həqiqətən bayramıdır. Çünki bu sahədə nəhəng
uğurlar qazanılmış, Yer kürəsində savadlı insanların sayı 4 milyarda çatmışdır.
Lakin bir çox ölkələrin bu sahədəki böyük uğurlarına baxmayaraq, dünyada 860
milyon yaşlı insan hələ də savadsızdır, 100 milyon uşaq isə məktəbə getmir.
Saysız-hesabsız uşaq, gənc və böyük isə müasir dövrün tələblərinə cavab verən
səviyyədə savada malik deyillər, bu da onları savadlı hesab etməyə imkan vermir.
Bu əlamətdar günün qeyd olunmasında hökumətlər, çoxtərəfli, ikitərəfli və
qeyri-hökumət təşkilatları, özəl sektor, birliklər, cəmiyyətlər, həmçinin müəllimlər,
bu sahənin mütəxəssisləri, tələbələr iştirak edirlər.
Qeyd etmək lazımdır ki, hər il Savadlılıq Günü müəyyən mövzuya həsr
olunur. Belə ki, o, müxtəlif illərdə aşağıdakı devizlər altında keçirilmişdir:
―Qadınlar üçün savadın əhəmiyyəti‖, ―Savadlılıq şəxsi imkanları genişləndirir‖,
―Savadlılıq və sağlamlıq‖, ―Savadlılıq sabit inkişafı təmin edir‖, ―Keçmişi
oxuyaraq, gələcəyi yazırıq‖ və s.
İnternetdə:
www.books.google.com
280
9 Sentyabr - Ümumdünya Gözəllik Günü, (1995)
XX əsrdə kosmetologiya sahəsində əsl inqilab baş vermişdir. Beynəlxalq
Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq Gözəllik Gününün
(İnternational Beauty Day) yaradılması təşəbbüsü ilə çıxış etmişdir və bu gün hər il
sentyabrın 9-da qeyd olunur.
Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi dünyada əsas beynəlxalq
gözəllik terapiyası assosiasiyası hesab olunur və 1946-cı ildə Brüsseldə
yaradılmışdır. Bir çox ölkələrdə 33 şöbəsi olan komitə bütün dünyada minlərlə
həkimi birləşdirir. 1995-ci ildən başlayaraq hər ilin 9 sentyabr günü bütün gözəl
olan, estetik və mənəvi həzz bəxş edən hər şey alqışlanır, təqdir olunur.
Dünyada ilk gözəllik yarışması 1888-ci ilin sentyabrında Belçikada, ilk
―Dünya gözəli‖ müsabiqəsi isə 1951-ci ildə Londonda keçirilmişdir.
Kosmetoloqlar, kosmetik vasitələrin istelsalçıları və satıcıları, plastik
cərrahlar, model biznesinin nümayəndələri bu günü peşəkar bayramları kimi qeyd
edirlər.
İnternetdə:
www.books.google.com
281
9 Sentyabr - “Smaylik”lərin Ad Günü, (1982)
9 sentyabr 1982-ci ildə Karnegi Mellon Universitetinin professoru Skott
Falman öz kolleqalarına elektron məlumat göndərir və simvoldan istifadə edir ":-)"
Alim belə hesab edir ki, bu işarə gülümsər üzə bənzəyir. Həmin vaxtdan da
Smayliklər Günü bütün dünyada qeyd olunmağa başlayır. ―Emoji‖ sözü
Yaponcada "şəkilli xarakter" mənasını verir və "e" (şəkil) və "moji" (xarakter)
sözlərinin birləşməsindən meydana gəlir. Açıqlama vermək lazım olsa, smayllar
müxtəlif duyğu və düşüncələrimizi, ümumiyyətlə sarı sifətli insan bənzəri ikonlar
vasitəçiliyi ilə ifadə edən, mesajlaşmadan istifadə etdiyimiz kiçik şəkillərdir. Bu
hörmətcil və şirin insanlar, illər əvvəl smayllardan istifadə etməyə başlayıblar.
Hətta bu gün də Yapon bir dostunuz olsa, rahatlıqla smayla olan sevgilərini görə
bilərsiniz.
İnternetdə:
www.books.google.com
282
12 Sentyabr - Respublika Uşaq Kitabxanasına ədəbiyyatşünas, pedaqoq
Firidun bəy Köçərlinin adının verildiyi gün, (1967)
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci
il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər
Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana
fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-
ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25
saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının
inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi
dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan
ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor
antologiyasının banisi
Firidun bəy Köçərlinin adını daşıyır.
F.Köçərlinin 1912-ci ildə çap etdirdiyi ―Balalara hədiyyə‖ kitabına onun
balalarımıza miras qoyduğu folklor nümunələri- xalqın sahib olduğu qədim tarixi-
mədəni irs bu gün də qorunub saxlanılaraq yenidən öz orijinallığında olduğu kimi
təkrar nəşr edilərək, oxucuların istifadəsinə verilmişdir. Azərbaycanın görkəmli
ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı,
tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin 150 illik yubileyinin
keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
14 fevral 2013-cü ildə Sərəncam vermişdir. F.Köçərlinin ―Balalara hədiyyə‖
kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının sifarişi ilə nəfis tərtibatla ―Şərq-Qərb‖
nəşriyyatında təkrar nəşr olunaraq, oxucuların istifadəsinə verildi. Kitabdakı
illüstrasiyalar Azərbaycan Xalq rəssamı Arif Hüseynova məxsusdur.
Görkəmli alim və maarifçi F. Köçərlinin adını daşıyan Respublika Uşaq
Kitabxanasının yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin
ümumrespublika metodik mərkəzi formalaşmışdır. Nəhayət, uşaq kitabxanaları
üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf
perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət bütün
kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət
göstərməsinə hüquqi, nəzəri, metodik və təşkilati zəmin yaratmışdır. Kitabxana
1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin 2012-ci ildən isə mötəbər
bir təşkilatın- Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Firidun bəy
Köçərli adına Respublika Uşaq Kitabxanası 2013-cü ildən ―Uşaq ədəbiyyatı
xəzinəsindən‖ seriyası ilə ―Firidun bəy Köçərli. Biblioqrafiya‖, ―İlyas Tapdıq‖,
―Abdulla Şaiq‖ kimi biblioqrafik göstəriciləri hazırlamış və nəşr etdirmişdir.
İnternetdə:www.clb.az
283
15 Sentyabr - Bilik Günü, (2004)
“Təhsil xəzinədir, əmək onun açarı”
Seyid Əzim Şirvani
Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu
təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür.
Azərbaycan təhsilinin bugünkü inkişafı öz
mənbəyini
ötən əsrin 70-ci illərindən
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
aparılan uzaqgörən və məqsədyönlü siyasətdən
alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil
quruculuğu sonrakı inkişaf üçün güclü təməl
olub. 1969-1982-ci illərdə məktəbəqədər
tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Heydər Əliyevin imzaladığı
"Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək
haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci illərində 5
yeni ali məktəb yaradılıb. Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə
ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Ümummilli liderin
Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin,
təhsilin inkişafında böyük işlər görülüb. 1993-2003-cü illərdə 6 yeni akademiya
təsis edilib, özəl ali məktəblər yaradılıb.
Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı
xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət
proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən
biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə
iki mindən çox yeni məktəb binası tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə
―Ən yaxşı ümumtəhsil məktəbi‖ və ―Ən yaxşı müəllim‖ mükafatlarının təqdimatı
da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. Gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖ çərçivəsində gənclərin dünyanın
müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi
istiqamətində də işlər uğurla davam etdirilir. Təhsilin inkişafında Heydər Əliyev
Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də
xüsusi vurğulanmalıdır. Fondun ―Yeniləşən Azərbaycana yeni məktəb‖ layihəsi
çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın
məktəb tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat
məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun
dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. Beləliklə, sentyabrın 15-i ölkəmizin
bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.
Dostları ilə paylaş: |