İnternetdə:
www.books.google.com
363
30 Noyabr - Ümumdünya Ev Heyvanları Günü, (1931)
Hər il noyabrın 30-u bir çox ölkələrdə Ümumdünya Ev Heyvanları Günü
(World Day Pets) qeyd olunur. Bu günün təsis olunması ideyası Təbiətin
qorunması hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən
Beynəlxalq konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox
ölkələrində qeyd olunur və insanlar tərəfindən ev heyvanlarına çevrilən ―balaca
dostlarımıza‖ görə bütün bəşəriyyətin cavabdeh olduğunu xatırladır. Təsadüfi deyil
ki, bu günün devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca
Şahzadənin bütün insanlara ünvanlanmış sözləridir: ―Sən əhliləşdirdiklərin üçün
hər zaman cavabdehsən‖.
Bu günlə əlaqədar keçirilən tədbirlər çox rəngarəng və müxtəlifdir və hər bir
ölkədə fərqli şəkildə düzənlənir. Bu günün hansı şəkildə qeyd edilməsindən asılı
olmayaraq, əsas məqsəd insanları ev heyvanlarının problemlərinə biganə
qalmamağa çağırmaqdır.
İnternetdə:
www.books.google.com
364
Bu tarixi unutmayaq
20 Noyabr - Qarakənd faciəsi, (1991)
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi Xocavənd rayonunun Qarakənd
yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş
dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72
helikopteri 1991-ci il noyabrın 20-də, saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar
arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş
prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd
Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin
müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman
Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Sanlal
Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və
başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur.
İnternetdə:
www.books.google.com
365
Yubilyar yazıçı və şairlər
2 Noyabr - Şair Emil Azərin (Mehdiyev) anadan olmasının 80 illiyi,
(1937-1991)
Emil Azər (Mehdiyev) Azərbaycanın Naxçıvan şəhərində qulluqçu ailəsində
doğulmuşdur.1950-ci ildən ailəliklə Bakıda yaşamışdır. Burada 116 saylı məktəbi,
sonra isə ADU-nun filologiya fakultəsini bitirmişdir. Ədəbi fəaliyyətə ―Ordubad
işçisi‖ qəzetində (1949-cu il iyun) çap etdirdiyi ―Dahi rus sənətkarına‖ adlı şeir ilə
başlamışdır. Həmin şeir A.S. Puşkinə həsr olunmuşdur. 1974-cü il aprelin 15-dən
Bakı şəhər Oktyabr rayonu Korlar Cəmiyyətinin mədəniyyət evində metodist
işləmişdir.
Emil Azər 1991-ci il fevralın 21-də Bakıda vəfat etmişdir.
Kitabları: ―Gənclik‖ (1961), ―Dörd qardaşım var‖ (1966), ―Köçəri quşlar‖ (1971),
―Əkizlər‖ (1974), ―Damcılar‖ (1978), ―Görmək istəyirəm‖ (1982), ―Çörək ağacı‖
(1986), ―Ana laylası‖(1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
366
5 Noyabr - Ədəbiyyatşünas Vilayət Quliyevin anadan olmasının 65 illiyi,
(1952)
Vilayət Quliyev Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində, fəhlə ailəsində
anadan olmuşdur. Beyləqan rayonundakı K.Əsədov adına Şahsevən orta məktəbini
bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1970-1975). Üç
il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA
Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur (1978-1981). "Müasir
Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası
müdafıə etmişdir (1982). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi
(1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı
elmi işçi (1987-1994), Azərbaycan Respublikasının xarici işlər naziri (1999-2004)
vəzifələrində işləmişdir. Hazırda Azərbaycanın Macarıstanda fövqəladə və
səlahiyyətli səfiridir (2004). "Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və
"Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru
olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin
birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1990).
İctimai-siyasi həyatda fəal çalışmışdır. Azərbaycan Milli İstiqlal Partiyası təşkilat
komitəsinin üzvü və siyasi şuranın üzvü (1992-1993) olmuşdur. Həmin dövrdə
Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində mühazirələr oxumuşdur.
Demokratik İstiqlal Partiyasının birinci katibi seçilmişdir (1994-cü ildən).
"Azərbaycan Demokratik Respublikası" kitabını tərtib edib müqəddimə və
şərhlərlə nəşr etdirmişdir (1992). Hacı Zeynalabdin adına Azərbaycan Milli
mükafatına layiq görülmüşdür (1994).
Azərbaycanın dövri mətbuatında 1978-ci ildən çıxış edir. Onun elmi məqalə və
rəyləri müxtəlif şəhərlərin (Kazan, Alma-Ata və s.) qəzet və jurnallarında çap
olunmuşdur. "Fikrin karvanı", "Ədəbi proses", "Azərbaycan-Avropa ədəbi
əlaqələri" və s. kollektiv əsərlərin əsas müəlliflərindəndir. Rus, türk, ərəb, ingilis
və fars dillərini bilir.
Kitabları: ―Mirzə Kazımbəy‖ (1987), ―Özümüz və sözümüz‖ (1993),
―Ağaoğlular‖ (1997), ―Tarixdə iz qoyan şəxsiyyətlər‖(2000), ―Açıq sözün hikməti‖
(2001), ―Böyük əkinçi:Həsənbəy Zərdabi‖, ―Tariximiz-taleyimiz‖ (2002) və s.
İnternetdə:
www.az.wikipedia.orq
367
7 Noyabr - Yazıçı, publisist Zaman Novruzun anadan olmasının 85 illiyi,
(1932)
Zaman Nəzərəli oğlu Novruzov (Zaman Novruz) Azərbaycanda Kürdəmir
rayonunun Axtacı kəndində anadan olmuşdur. Sabirabad şəhər orta məktəbini
bitirmişdir (1958). Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun sənaye
iqtisadiyyatı fakültəsində (1958-1963) və Azərbaycan Dövlət Universitetinin
hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır (1963-1969).
Ədəbi-bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. Dövri mətbuatda 500-
dən artıq elmi, elmi-kütləvi məqalələri, publisistik yazıları, hekayə və təmsilləri
dərc edilmişdir. ―Azərbaycan kurortları‖ (1965), ―Azərbaycanın canlı sərvətləri və
onun mühafizəsi‖ (1983), ―Təbiət səhvləri bağışlamır‖ (1988), ―Xəzərin qiymətli
sərvəti‖ (1984), ―Təbiət qisas alarsa‖ (1990), ―Foto çəkməyi necə öyrənməli‖
(1965), ―Bədii fotoqrafiya‖ (1966), ―Məktəbdə foto dərnəyi‖ (1967) kitabları
kütləvi tirajla buraxılmışdır. Əsərləri türk, rus, və ingilis dillərində nəfis tərtibatla
çap olunmuşdur. ―Azərbaycanın ov ensiklopediyası‖ irihəcmli kitabını
tamamlamışdır. ―Əmək veteranı‖ (1987) və bir sıra digər medallarla təltif
olunmuşdur. Zaman Novruzov 2004-cü ildə vəfat etmişdir.
Kitabları: ―Göy göl‖ (1969), ―Sehrli rənglər‖ (1971), ―İnsan izləri‖ (1982), ―Ovçu
çırağı ilə‖ (1986), ―Ovçu insaf elə‖ (1991), ―Canavarın yuxusu‖ (1992), ―Boz
qurda vəsiyyət‖ (1992), ―Oran, Qutan və Xosunun lətifələri‖ (1993), ―Xoşunun
207 lətifəsi‖ (1995), ―Bəxt aynası‖ (2000) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
368
11 Noyabr - Şair, dramaturq Mirmehdi Seyidzadənin anadan olmasının
110 illiyi, (1907-1976)
Azərbaycan şairi, dramaturq Mirmehdi Həsənoğlu
Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın
Aşqabad şəhərində, dənizçi ailəsində anadan olmuşdur.
İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci
ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə
Pedaqoji texnikumda təhsil almışdır. Ədəbi yaradıcılığa
1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd
qızı" adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı
və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən
sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri
kitabxanasına rəhbərlik etmişdir. Mirmehdi Seyidzadənin 1932-ci ildə ayrıca
kitabca şəklində nəşr edilən və mükafata layiq görülən "Şanlı gün" poeması
məktəblilər üçün sevimli əsər olmuşdur. Sonra Bakıda onun bir sıra başqa
kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim
güclüdür", "And" kitabları çıxmışdır. O, müasir mövzuda uşaq şerləri və
nəğmələri, "Keçəl Səməd" mənzum nağılını yazmışdır. Onun "Nərgiz", "Ayaz",
"Qızılquş", "Elsevər" və sairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə
şerlərinə isə mahnılar bəstələnmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi
şöbəsində təhsil almış yazıçı 1932-1939-cu illərdə ―Azərnəşr‖də redaktor, şöbə
müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş ―Uşaqgəncnəşr‖
də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Yazıçının Ömər Xəyyam, A.S.
Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular
tərəfindən sevilə-sevilə oxunur. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş,
1958-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Mirmehdi Həsənoğlu Seyidzadə 1976-cı il avqust ayının 30- da vəfat
etmişdir.
Kitabları: ―Keçəl Səməd‖(1929), ―Qorxmaz‖ (1945), ―Bağçamız‖ (1953), ―Yeni il
hədiyyəsi‖ (1954), ―Sirli çeşmə‖ (1962), ―Ulduzlar səpələnir‖ (1963), ―Həyat eşqi‖
(1968), ―Nərgiz‖ (1970), ―Qəzəllər‖ (1970), ―Təmsillər‖(1972), ―Yadigar
(mənzum nağıl) (1973), ―Qəzəllər‖ (1975), ―Gümüşü qar‖ (1976), Xatırlayarsan
məni‖ (1978), ―Bahar duyğuları‖(1979), ―Ağacların şikayəti‖ (1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
369
17 Noyabr - Yazıçı, publisist Əli İldırımoğlunun anadan olmasının
90 illiyi, (1927)
Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun
Əliquluuşağı kəndində, rəncbər ailəsində anadan
olmuşdur. 1941-1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu,
Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində
müəllim işləmişdir. Yüzlərlə oçerk, felyeton, hekayə və
povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar",
"Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının,
"Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər
atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş
yağan gün" romanlarının müəllifidir. "Zorən jurnalist" romanının birinci hissəsi
("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları
türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr
olunmuşdur. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr
olunmuşdur. 2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. 1941-45-ci
illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan
ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə
təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci ildə
Respublikanın "Əməkdar jurnalisti" adına layiq görülüb. "Qızıl qələm", "Ali
Araz", "Ustad jurnalist", Ə.Haqverdiyev adına mükafatların laureatıdır. Türk
ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət"
beynəlxalq mükafatına layiq görülmüşdür.
Kitabları: ―Mayaklar‖ (1974), ―Həmin adam‖ (1987), ―Dərd‖(1993), ―Telepat‖
(1994), ―Zorən jurnalist‖ (1995), ―Silinməz izlər‖ (1997), ―Közərən sətirlər‖
(1999), ―Qarlı gecələr‖ (2004), ―Aqibət‖ (2007), ―Daş yağan gün‖ (2010) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
370
19 Noyabr - Şair Aslan Kəmərlinin anadan olmasının 75 illiyi, (1942-1994)
Aslan Kəmərli (Mustafazadə Aslan Mustafa oğlu) Qazax rayonunun Kəmərli
kəndində anadan olmuşdur. Orta məktəbi bitirib (1949-1959), sonra kolxozda
çalışmışdır (1959-1960). Bakı Rabitə Texnikumunda təhsilini davam etdirmişdir
(1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə
"Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor
işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi
müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun
poeziya şöbəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul
katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası
üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Xeyriyyə Cəmiyyətinin
yaradıcılarından biri və ilk sədri olmuşdur. (1992-ci ildən).
Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə
başlamışdır. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində
çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Aslan Kəmərli 1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində
vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.
Kitabları: ―Kəndimizin baharı‖ (1976), ―Obamıza yolum düşüb‖ (1979), ―Yadigar
şəkil‖ (1981), ―Ömrümə düşən işıq‖ (1984), ―Yolumu gözləyən var‖ (1986),
―Babamın yüz yaşı var‖ (1989), ―Ölümdən o yana‖ (1992) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
371
22 Noyabr - Yazıçı Hüseyn Abbaszadənin anadan olmasının
95 illiyi, (1922-2007)
Hüseyn Abbas oğlu Abbaszadə Bakı şəhərində anadan olmuşdur.
M.A.Əliyev
adına
Azərbaycan
Dövlət
Teatr
İnstitutunda
təhsil
almışdır. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında baş redaktor (1966-
1971), ―Göyərçin‖ jurnalı redaksiyasında baş redaktor (1972-1975), Azərbaycan
Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə müharibə illərində cəbhə qəzetlərində çap etdirdiyi şeirlərlə
başlamışdır. Mərkəzi jurnal və qəzetlərdə vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş
SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. ―Qırmızı Ulduz‖,
―Qırmızı Əmək Bayrağı‖, I dərəcəli ―Böyük Vətən müharibəsi‖, ―Şöhrət‖
ordenləri, 10-dan çox medalla təltif edilmişdir.
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı
laureatı, SSRİ Yazıçılar İttifaqı və ÜİHİŞ-in mükafatı laureatı Hüseyn
Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.
Kitabları: ―Sınaq illəri‖ (1949), ―Yaşıl küçə‖ (1951), ―Əlibalanın ağır səfəri‖
(1985), ―Nərgizlə Nigarın nağılları‖ (1986), ― Dünyadan gör necə insanlar gedib‖
(1988), ―Burulğanlar‖ (1991), ―Balaca Mehribanın nağılları‖ (1997),
―Qayıdanlardan biri‖ (2003) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
372
Xarici ədəbiyyat
3 Noyabr - Rus şairi Samuil Marşakın anadan olmasının 130 illiyi,
(1887-1964)
Rus şairi, dramaturq, tərcüməçi, ədəbi tənqidçi Samuil Yakovleviç
Marşak Voronejdə anadan olmuşdur. Gənc Samuilin poetik dəftərlərindən biri
məşhur rus ədəbi tənqidçisi V.V.Stasovun əlinə düşür və o, gənc şairin taleyində
mühüm rol oynayır. Onun köməyi ilə Peterburqa gələn Marşak burada ən yaxşı
gimnaziyalardan birində oxuyur. 1904-cü ildə Stasovun evində Maksim Qorki ilə
tanış olur və o, Marşakı Yaltadakı bağ evinə dəvət edir. 1907-ci ildən əsərləri çap
olunmağa başlayır. 1911-ci ildə Yaxın Şərqə səyahətə çıxır və burada
gördüklərinin təsiri ilə ―Fələstin‖ adı altında şeirlər silsiləsini qələmə alır.
1920-ci ildə Yekatinodarda yaşayan S.Marşak Rusiyada uşaqlar üçün ilk teatrı
yaradır və bu teatr üçün pyeslər yazır. 1923-cü ildə uşaqlar üçün ilk şeir kitablarını
nəşr etdirir (―Cekin tikdiyi ev‖, ―Qəfəsdəki uşaqlar‖, ―Axmaq siçan balası
haqqında nağıl‖). 1922-ci ildə Petroqrada köçən Marşak ―Vorobey‖ uşaq jurnalını
yaradır, bir neçə il bəzi nəşriyyatlara rəhbərlik edir. 1938-ci ildə Moskvaya köçür.
1960-cı ildə avtobioqrafik ―Həyatın başlanğıcında‖ povestini, 1961-ci ildə poetik
ustalıq haqqında məqalə və qeydlərdən ibarət ―Sözlə tərbiyə‖ kitabını çap etdirir.
S.Marşak özünün 50 ildən artıq ədəbi fəaliyyəti dövründə həm felyetonlarını, həm
də ciddi, ―böyüklər üçün‖ lirikasını yazmaqda davam etmişdir. Uşaqlar üçün ―On
iki ay‖, ―Bəladan qorxan, xoşbəxtliyi görməz‖, ―Pişiyin evi‖, ―Kral və əsgər
haqqında nağıl‖, ―Niyə ayın paltarı yoxdur‖, ―Naməlum qəhrəman haqqında
hekayə‖ poemasının və s. əsərlərin müəllifidir. O, bir çox dünya klassiklərinin
əsərlərini rus dilinə tərcümə etmişdir. Özünün əsərləri də bir çox dillərə tərcümə
olunmuşdur.
Samuil Marşak 4 iyul 1964-cü ildə Moskvada vəfat etmişdir.
İnternetdə:
www.ru.wikipedia.orq
373
14 Noyabr - İsveç yazıçısı Astrid Lindqrenin anadan olmasının 110 illiyi,
(1907-2002)
Məşhur İsveç yazıçısı, uşaqlar üçün ―Balaca və damda yaşayan Karlson‖ və
Uzuncorab Peppi haqqında trilogiya kimi dünya şöhrəti qazanmış əsərlərin müəllifi
Astrid Lindqren (qızlıq soyadı Eriksson) Stokholm şəhərində anadan olmuşdur.
Özünün çox xoşbəxt uşaqlıq keçirdiyini qeyd edən yazıçı, onun yaradıcılığının
ilham qaynağının da məhz uşaqlığının olduğunu vurğulayırdı. Astrid Lindqrenin öz
sözlərinə görə, ―Uzuncorab Peppi‖ (1945) əsərinin yaranmasında qızı Karinə
borcludur. Belə ki, balaca Karin xəstə olarkən, anası hər axşam ona müxtəlif
nağıllar, əhvalatlar danışırdı. Bir gün Karin adını uydurduğu Uzuncorab Peppi
haqqında əhvalat istəyir. Yazıçı heç bir şərtiliyə tabe olmayan kürənsaçlı qız
haqqında hekayələr danışmağa başlayır. Bir dəfə o, bu hekayələri toplayaraq öz əli
ilə kitab şəklində hazırlayır. Buradakı illüstrasiyalar da onun özünə məxsus olur.
O, bu kitabı nəşriyyata göndərir, lakin onlar əlyazmanı geri qaytarırlar. Lakin bu,
onu ruhdan salmır. 1944-cü ildə ―Raben və Şöqren‖ nəşriyyatının uşaq əsərləri ilə
bağlı elan etdiyi müsabiqədə iştirak edir və ―Britt-Mari ürəyini boşaldır‖ (1944)
əsərinə görə ikinci mükafatı və onun çapı üçün müqaviləni əldə edir. 1945-ci ildə
həmin nəşriyyatdan redaktor işi üçün təklif alan Astrid işə düzəlir və ömrünün
sonuna qədər orada işləyir. Onun bütün kitabları da həmin nəşriyyatda çap olunur.
Bütünlükdə onun 70-dən çox əsəri var. 1940-1950-ci illərdə xüsusilə fəal işləyən
yazıçı xəfiyyə Kalle Blyumkvist haqqında trilogiya, nağıllar və mahnıar topluları,
detektivlər və s. qələmə alır. Yazıçı 1954-cü ildə özünün ilk nağılvari povesti olan
―Mio, mənim Miom‖ əsərini çap etdirir. Onun növbəti trilogiyası olan ―Balaca və
damda yaşayan Karlson‖ əsərinin ilk kitabı 1955-ci ildə çap olunur. 1962-ci ildə
―Damda yaşayan Karlson yenə uçub gəldi‖, 1968-ci ildə ―Damda yaşayan Karlson
yenidən dəcəllik edir‖ kitabları işıq üzü görür. Astrid Lindqrenin əsərləri teatrlarda
tamaşaya qoyulmuşdur və qoyulmaqda davam edir. Bu əsərlər dəfələrlə
ekranlaşdırılmış, əsasında cigi filmləri çəkilmişdir.
Astrid Lindqren 28 yanvar 2002-ci ildə Stokholmda vəfat etmişdir. Uşaq
ədəbiyyatının görkəmli nümayəndəsi olan A.Lindqren Hans Xristian Andersen
medalı və bir çox ölkələrin ədəbiyyat sahəsindəki mükafatları ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: |