Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Əlamətdar tarixi günlər və bayramlar



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

Əlamətdar tarixi günlər və bayramlar 

6 Noyabr - Televiziya və Radio günü, (1926) 

“Qarabağ  müharibəsi  dövründə  Azərbaycan  həqiqətlərini  beynəlxalq 

arenaya çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur.”  

                                                                                                                Ulu öndər Heydər Əliyev 

 

Azərbaycanda  hər  il  6  noyabr  - 

Radio  və  Televiziya  İşçilərinin  peşə 

bayramı günü kimi qeyd olunur. 1926-

cı il noyabrın 6-da Azərbaycan radiosu 

fəaliyyətə  başlayıb  və  o  gündən 

sözügedən  tarix  radio  işçilərinin  peşə 

bayramı  günü  kimi  qeyd  olunur. 

Azərbaycan  Televiziyası  yaranandan 

sonra  bu  tarix  təkcə  radionun  deyil, 

həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya 

Studiyası  ilk  dəfə  1956-cı  ilin  14  fevralında  efirə  çıxıb.  İlk  veriliş  günü  ekranda 

mərhum  sənətkarımız  Nəcibə  Məlikova  görünüb  və  çıxışına  ―Göstərir  Bakı‖ 

kəlməsilə  başlayıb.  Həmin  gün  ekranda  ―Bəxtiyar‖  bədii  filmi  göstərilib.  60  il 

əvvəl  Zaqafqaziya  ölkələri  arasında  ilk  dəfə  Bakıda  ağ-qara  rəngdə  göstərən 

televiziya  fəaliyyətə  başlayıb.  1956-cı  il  fevralın  14-də  Azərbaycan  Dövlət 

Televiziya  və  Radio  verilişləri  Qapalı  Səhmdar  Cəmiyyəti,  yəni,  AzTV  yayıma 

başlayıb. Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda 

göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib, Salyan, Quba, Kürdəmir 

və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın 

gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Sonralar 

istifadəyə  verilən  teleqüllə  cəmiyyət  üçün  yenilik  oldu  və  Azərbaycanda 

televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. 

Yeni televiziya  qülləsi inşa  edildikdən sonra  köhnəsi  hissə-hissə  söküldü.  Dövlət 

televiziyası  Azərbaycan  teleməkanına  texniki  uğurlarla  yanaşı,  yaradıcılıq  və 

telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət 

televiziyası  Azərbaycan  dilinin  təbiliğində  əvəzsiz  rol  oynayıb.  Azərbaycanın  ilk 

elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb.  

 

İnternetdə: 

www.books.google.com 

 


346 

 

8 Noyabr - Bakı Metropoliteni işçilərinin Peşə Bayramı Günü, (1932)  

 

  

Noyabrın  8-i  Bakı  Metropoliteni 



İşçilərinin Peşə Bayramı Günü kimi qeyd 

olunur.  Hələ    1932-ci    ildə    Bakı 

şəhərinin  inkişafının  Baş  planının  ilkin 

variantlarında  yerüstü  nəqliyyatın  işini 

yüngülləşdirmək  və  şəhərin  darısqal 

küçələrini    tramvay,  trolleybus  və 

avtobus    nəqliyyatından    təmizləmək 

üçün  ən  sürətli  və  rahat  nəqliyyat 

növünün  -  metropolitenin  tikintisi  qərara 

alınmışdı. Lakin bir qədər sonra başlanan 

1941-1945-ci illər müharibəsi həmin niyyətin həyata keçməsinə mane oldu. Yalnız 

1947-ci  ildə,  dağıdıcı  müharibədən  2  il  sonra  hökumət  layihə-axtarış  işlərinin 

aparılmasının  başlanması  barədə  qərar  qəbul  etdi.  1949-cu  ildə  metropolitenin 

tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq 

olunur  və  metropolitenin  12,1  kilometrlik  xəttinin  inşasına  başlanır.  Baş  yolun 

xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb 

gedirdi.  1953-cü  ildə  tikinti  işləri  müvəqqəti  dayandırılır  və  yalnız  1960-cı  ildə 

bərpa  olunur.  Bu  da  Bakı  Metropoliteninin  istismara  verilməsini  xeyli  gecikdirir. 

1966-cı  ildə  Bakı  Metropoliteni  İdarəsi  yaradılır.  1967-ci  il  noyabrın  6-da  Bakı 

şəhərində metropolitenin 5 stansiyası fəaliyyət göstərirdi. 1967-ci il noyabrın 25-

dən  metropolitenin  daimi  istismarı  və  qatarların  müntəzəm  hərəkəti  başlanır. 

Hazırda  Bakı  Metropoliteninin  23  stansiyası  var  -  ―Həzi  Aslanov‖,  ―Əhmədli‖, 

―Xalqlar dostluğu‖, ―Neftçilər‖,  ―Qara Qarayev‖,  ―Koroğlu‖, ―Ulduz‖, ―Bakmil‖, 

―N.Nərimanov‖,  ―Gənclik‖,  ―C.Cabbarlı‖,  ―Xətai‖,  ―28  may‖,  ―Nizami‖,  ―Emlər 

Akademiyası‖, ―İnşaatçılar‖, ―20 Yanvar‖, ―Memar Əcəmi‖, ―Sahil‖, ―İçərişəhər‖, 

―Nəsimi‖,  ―Azadlıq prospekti‖ və ―Dərnəgül‖. Bu stansityalardan 14-ü ulu öndər 

Heydər  Əliyevin  Bakı  metrosuna  böyük  diqqət  və  qayğısı  sayəsində  tikilərək 

istifadəyə verilmişdir. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən 

Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşır. Məhz 

dövlətimizin  başçısının  beş  il  öncə  imzaladığı  sərəncam  əsasında  8  noyabr  Bakı 

Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi təsdiq olunmuşdur.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 

347 

 

9 Noyabr - Dövlət Bayrağı Günü, (2009) 



 

 “Bayrağımız  eşidilən  səsimiz,  duyulan  nəfəsimizdir.    Bizim  bayrağımız 

qürur  mənbəyimizdir.  Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən 

sonra  Azərbaycanın  Dövlət  Bayrağı  milli  suverenliyin  simvolu  kimi  ölkəmizin 

bütün  vətəndaşları  üçün  müqəddəs  dövlətçilik  rəmzlərindən  birinə  çevrilib. 

Azərbaycan  Xalq  Cumhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq 

məfkurəsinə,  milli  -  mənəvi  dəyərlərə  və  ümumbəşəri  ideallara  sadiqliyimizi 

nümayiş etdirir.”                                         

                                   

                                                                                                              İlham Əliyev

 

                                                                                      Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan  Respublikasının  Dövlət    bayrağı 



Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün 

Azərbaycan 

Respublikası  üzərində  dalğalanan 

müqəddəs  Dövlət  bayrağımız-  milli  bayrağımız  ilk 

dəfə  1918-ci  il  noyabrın  9-da  Bakıda,  Azərbaycan 

Xalq  Cümhuriyyəti  Nazirlər  Şurasının  yerləşdiyi 

binada   qəbul  edilmişdir.  Müstəqil  Azərbaycanın 

dövlət  bayrağındakı  üç  rəngin  ifadə  etdiyi  və  XX 

əsrin   əvvəllərindəki  milli  istiqlal  ideologiyamızın  üç  təməl  prinsipini  təşkil 

edən  ―Türkçülük,  islamçılıq  və  müasirlik‖  düsturunun  müəllifi  görkəmli 

Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.  

Azərbaycan  Respublikasının  dövlət  bayrağından  istifadə  müstəqil 

Azərbaycan  Respublikası  Konstitusiyasının  23-cü  və  75-ci  maddələri, 

―Azərbaycan  Respublikasnın   Dövlət  bayrağı   haqqında‖  Azərbaycan 

Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş ―Azərbaycan 

Respublikasının   Dövlət  bayrağı   haqqında  Əsasnamə‖  əsasında  tənzimlənir. 

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu 

bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət, düzbucaqlı parça şəklindədir: üst 

zolaq  mavi  rəngdə,  orta  zolaq  qırmızı  rəngdə,  aşağı  zolaq  yaşıl  rəngdədir. 

Bayrağın  hər  iki  üzündə  qırmızı  zolağın  ortasında  ağ  rəngli  aypara  və 

səkkizguşəli  ulduz  təsviri  vardır.  Müstəqil  Azərbaycanın  dövlət  bayrağındakı 

üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın 

üç təməl prinsipini təşkil edən ―Türkçülük, islamçılıq və müasirlik‖ düsturunun 

müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. 

2009-cu  ilin  noyabr  ayında  Dövlət  Bayrağı  Günü  ilə  bağlı  Əmək 

Məcəlləsinin 105-ci maddəsinə salınan əlavəyə əsasən, 9 noyabr Azərbaycanda 

Dövlət Bayrağı Günü elan olunub.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

348 

 

10 Noyabr - Ümumdünya Gənclər günü, (1945) 



 

“Azərbaycan  gəncləri  Azərbaycanın  gələcəyidir.  Qarşımızda  duran 

vəzifələrdən  biri  də  gəncliyi  daha  yaxşı  hazırlamaqdan,  tərbiyə  etməkdən 

ibarətdir. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və 

necə öyrətməyimizdən asılı olacaqdır.” 

                                                                                                          Ulu öndər Heydər Əliyev 

       Bu  günün  qeyd  olunması  barədə 

qərar  Ümumdünya  Demokratik  Gənclər 

Federasiyası  tərəfindən  1945-ci  ilin  29 

oktyabr  Londonda  keçirilən  konfransda 

qəbul  edilib.  Gənclər  təşkilatlarının 

beynəlxalq  birliyi  özündə  siyasi,  milli 

mənsubiyyətindən  asılı  olmayaraq  bir 

çox 

müxtəlif 



gənclər 

təşkilatını 

birləşdirir.  Federasiya  bütün  dünyada 

sülh,  gənclərin  hüquqları,  xalqların  müstəqilliyi,  qabaqcıl  gənclərin  beynəlmiləl 

həmrəyliyi uğrunda mübarizə aparır. Bununla belə, müasir dövrdə gənclər bir sıra 

problemlərlə  üzləşirlər.  Gənclər  Günü  MDB  məkanında  və  Şərqi  Avropa  ölkələri 

arasında  ilk  dəfə  olaraq  Azərbaycanda  keçirilib.  1996-cı  ildən  sonra  isə  bu  günü 

bütün  MDB-də  geniş  şəkildə  qeyd  edirlər.  Dünyadakı  əmək  qüvvəsinin  dörddə 

birini  gənclərin  təşkil  etdiyi  müasir  dövrdə  işsizlərin  yarısı  məhz  onların  payına 

düşür.  Əmək  bazarları  gənclərin  yaxşı  perspektivli  işlərlə  təmin  etməkdə  böyük 

çətinlik çəkir. Hazırda dünyada 25 yaşa qədər olan 3 milyard insan var. Gənclərlə 

bağlı  digər  mühüm  sənəd  2002-ci  ilin  9  aprelində  qəbul  edilən  ―Gənclər  siyasəti 

haqqında‖  qanundur.  Bu  qanun  Azərbaycan  Respublikasında  gənclər  siyasətinin 

məqsəd,  prinsip  və  istiqamətlərini,  təşkilati-hüquqi  əsaslarını  müəyyən  edir,  bu 

sahədə  yaranan  münasibətləri  tənzimləyir.  Ümummilli  liderimiz  Heydər  Əliyevin 

dediyi  kimi,  Azərbaycan  gəncləri  ―Sağlam  düşüncəli  gənclərdir,  vətənpərvər 

gənclərdir,  xalqını,  millətini  sevən  gənclərdir.‖  İnanırıq  ki,  bu  gənclik  böyük 

azərbaycanlı  Heydər  Əliyevin  ideyalarını  ölkəmizin  başçısı  İlham  Əliyevin 

rəhbərliyi  altında  gerçəkləşdirəcək,  inkişaf  etdirəcək  və  daha  işıqlı  gələcəyə 

aparacaq.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 

349 

 

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü, (1995) 



 

“Bizim  konstitusiyamız  xalqın  konstitusiyasıdır.  Hər  bir  vətəndaşın 

konstitusiyasıdır.  Məqsədimiz  xalqımızın  mənəviyyatını 

qorumaq 

və 

zənginləşdirməkdir.” 

                                                                                              



Ulu öndər Heydər Əliyev 

Hazırkı  Konstitusiya  12  noyabr  1995-ci  ildə 

ümumxalq  referendumu  əsasında  qəbul  edilmişdir.  Bu, 

Azərbaycan 

Respublikasının 

müstəqilliyi 

bərpa 

edildikdən  sonra  ilk Konstitusiyası idi.



 

Konstitusiya  (lat. 

constitutio - "quruluş") - ölkənin əsas sənədi, dövlətin ali 

hüquqi qüvvəyə  malik hüquqi-normativ  aktıdır, dövlətin 

siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi 

statusunu müəyyən edir.

 

Azərbaycanın dövlətinin birinci 



Konstitusiyası 

1921-ci 


il 

mayın 


19-da 

Ümumazərbaycan  Sovetlər  Qurultayında  qəbul  edilib. 



Azərbaycan 

SSR  Konstitusiyasının  1921-ci  il  SSRİ  Konstitusiyasına 

uyğunlaşdırılmış  yeni  redaksiyası  1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan 

Sovetlər  Qurultayında  qəbul  edilib.  Azərbaycan  SSR-nin  1978-ci  il  aprelin  21-də 

qəbul  edilmiş  son  Konstitusiyası  SSRİ  Konstitusiyasına  uyğunlaşdırılmış  olsa  da 

müəyyən  özünəməxsusluğa  malik  idi.  Azərbaycan  Respublikası  müstəqilliyini 

bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü 

ildə  Prezident  Heydər  Əliyev  sədrliyi  ilə  Konstitusiya  komissiyası  fəaliyyətə 

başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 

12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası 

qəbul  olundu.  Azərbaycanın  yeni  Konstitusiyası  5  bölmədən,  12  fəsildən  və  158 

maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, 

son  əlavə  və  dəyişikliklər  isə  18  mart  2009-cu  ildə  referendum  yolu  ilə  edilib. 

1996-cı  il  fevralın  6-da  Prezident  Heydər  Əliyevin  sərəncamı  ilə  12  noyabr 

Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.  

 

 



İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 

 

 

350 

 

13 Noyabr - Ümumdünya Gözdən Əlillər Günü, (1745) 



 

13 noyabr 1745-ci ildə anadan olmuş 

görkəmli  fransız  pedaqoqu  Valentin 

Hayuinin  şərəfinə  bir  çox  Avropa  ölkələri 

13 noyabr tarixini Beynəlxalq Korlar Günü 

kimi  qeyd  etməklə,  mövcud  ictimayyətin, 

dövlət 

qurumlarının 



və 

vətəndaş 

cəmiyyətinin  diqqətini  görmə  qüsurlu 

insanların 

problemlərinə  və 

onların 


inteqrasiya  məsələlərinə  cəlb  etmişlər. 

Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə 13 noyabr 

Ümumdünya  Gözdən  Əlillər  Günü  kimi  qeyd  edilir.  Ümumdünya  Səhiyyə 

Təşkilatının  statistik  göstəricilərinə  əsasən,  dünya  əhalisinin  160  milyonu  gözdən 

əlildir.  Azərbaycanda  da,  beynəlxalq  təcrübədə  olduğu  kimi,  aidiyyatı  dövlət 

orqanları  tərəfindən  gözdən  əlil  insanların  sosial  müdafiəsinə,  onların  təhsil, 

səhiyyə,  idman,  məşğulluq,  sosial  adaptasiya,  istirahət  və  bu  kimi  problemlərinə 

daha çox diqqət yetirilir.  5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasında  Gənc  Ana  və  Uşaqların    Maarifləndirilməsi  İctimai  Birliyi, 

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Əmək  və  Əhalinin 

Sosial  Müdafiəsi  Nazirliyinin  bilavasitə  maliyyə  və  texniki  dəstəyi  və  TİKA-nın 

Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabilliyyəti zəif və məhdud uşaqlar 

üçün  Dil  kursları  və  İnformasiya  Mərkəzi  açılmışdır.  Son  illər  ölkəmizdə  xüsusi 

qayğıya  ehtiyacı  olan  insanlara  dövlət  tərəfindən  daha  çox  diqqət  artırılıb.  Ölkə 

başçısının  imzaladığı  sərəncamlar  bu  təbəqədən  olan  insanların  həyat  şəraitinin 

yaxşılaşmasında  və  onların  cəmiyyətə  inteqrasiyasında  əhəmiyyətli  rol  oynayır. 

Həmçinin, bu insanları öz sıralarında birləşdirən, onların problemlərini işıqlandırıb, 

həllinə çalışan ictimai təşkilatların da fəaliyyətləri üçün geniş imkan yaranıb.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



351 

 

14 Noyabr - Ümumdünya Diabet Günü, (1991) 



 

Bəşəriyyətin  diqqətini  şəkərli  diabetlə 

bağlı    problemlərə    yönəltmək    məqsədi    ilə 

1991-ci  ildən  Ümumdünya  Səhiyyə  Təşkilatının 

(ÜST-ın)  və  Beynəlxalq  Diabet  Federasiyasının 

(BDF-nın) 

tövsiyələrinə 

görə, 


bu 

tarix 


Ümumdünya  Diabet  Günü  kimi  qeyd  edilir. 

2007-ci  ildən  isə  14  noyabr  BMT  günü  elan 

edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) 

emblemi  olan  mavi  dairə  şəkərli  diabet  ətrafında  hamının  birləşməsini  simvolizə 

edir.  Hər  il  müxtəlif  şüar  altında  keçirilən  ÜDG-nün  dəyişilməz  amalı  belə 

səslənir:  ―Güc  birlikdədir!‖.  Qeyd  etmək  lazımdır  ki,  şəkərli  diabet  xəstəliyini 

təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında 

geniş  yayılması,  ağır  fəsadların  meydana  gəlməsi,  böyük  maddi  vəsait  tələb 

etməsidir.  Xəstəliyin  xoş  gedişatı  üçün,  yəni  onun  həyat  tərzinə  çevrilməsi  üçün 

düzgün  tibbi  xidmətə,  sosial-iqtisadi  qayğıya,  normal  psixoloji  duruma  və  bütün 

bunları  tənzimləyə  biləcək  hüquqi  bazaya  ehtiyac  var.

 

Hazırda  dünyada  371 



milyon insanda  şəkərli diabet diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz 

xəstəliyi  haqqında  məlumatsızdır.  Azərbaycanda  da  bu  xəstəlikdən  əziyyət 

çəkənlərin  sayı  182  min  nəfərdən  çoxdur.  Bu  xəstəliyin  yayılma  tempinə  görə 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  ŞD  xəstəliyini  qeyri-infeksion  epidemiya 

kimi dəyərləndirir.

 

  



Azərbaycan  dövləti  bu  xəstəlikdən  əziyyət  çəkən  insanlara  xüsusi  diqqət 

ayırır.  Belə  ki,  ―Şəkərli  diabet  xəstəliyinə  tutulmuş  şəxslərə  dövlət  qayğısı 

haqqında‖  Qanununun  tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası 

Prezidentinin  2004-cü  il  12  fevral  tarixli  Fərmanına  uyğun  olaraq,  Nazirlər 

Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə ―2005-2009-cu illər üzrə 

―Şəkərli diabet üzrə Dövlət proqramı‖ təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər 

Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə ―2011-2015-ci illər 

üçün  Şəkərli  Diabet  üzrə  Tədbirlər  Proqramı‖  təsdiq  edilmişdir.  Bu  proqram 

çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - 

qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı 

ilə  bağlı  uzun  illər  davam  edən  problem  aradan  qaldırılmışdır.  Həmçinin  görülən 

işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 

7,5-ə enmişdir. 

  

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 

352 

 

16 Noyabr - YUNESKO-nun Yaranması Günü, (1946) 

16  noyabr  BMT-nin  humanitar  sahə 

üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-

nun  təsis  edildiyi  gündür.  Bu  qurumun 

yaranması  haqqında  Nizamnamə  1945-ci  il 

noyabrın 16-da Londonda imzalanmış, bir il 

sonra  1946-cı  il  noyabrın  4-də  isə  20  üzv 

dövlətdən  ibarət  təşkilat  rəsmi  fəaliyyətə 

başlamışdır. 

Hazırda 

195 


dövlət 

YUNESKO-nun 

üzvüdür.  YUNESKO-

Azərbaycan  əlaqələrinin  inkişafında  ən  mühüm  addım  ümummilli  lider  Heydər 

Əliyevin  1993-cü  ilin  dekabrında  Fransaya  ilk  rəsmi  səfəri  zamanı  qurumun 

Parisdə  yerləşən  mənzil-qərargahında  baş  direktor  Federiko  Mayorla  görüşü 

zamanı  atılmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  21  fevral  1994-cü  il  tarixli 

Sərəncamı  ilə  Azərbaycan  Respublikasının  YUNESKO  üzrə  Milli  Komissiyası 

yaradılmışdır.  2005-ci  il  sentyabrın  15-də  isə  Prezident  İlham  Əliyev  Milli 

Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanla 

YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı, 

Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  Azərbaycan-

YUNESKO  münasibətlərinin  inkişafında  və  möhkəmlənməsində  məxsusi 

xidmətləri  vardır.  Mehriban  xanım  Əliyevanın  ciddi  səyləri  nəticəsində 

Azərbaycan  muğamı  YUNESKO  tərəfindən  bəşəriyyətin  qeyri-  maddi  irsinin  şah 

əsəri  elan  edilmiş,  Qobustan  Dövlət  Tarixi  Bədii  Qoruğu  ümumdünya  irs 

siyahısına  salınmış,  İçərişəhər  Qoruğu  YUNESKO-nun  təhlükədə  olan 

ümumdünya  irs  siyahısından  çıxarılmışdır.  Aşıq  sənəti  və  Novruz  bayramı  da 

YUNESKO-nun  qeyri-maddi  mədəni  irs  siyahısında  özünə  yer  almışdır.  Təsadüfi 

deyil  ki,  2004-cü  ilin  sentyabrında  Mehriban  xanım  Əliyeva  ənənəvi  musiqinin, 

ədəbiyyat  və  poeziyanın  inkişafına  verdiyi  töhfələrə,  musiqi  təhsili  və  dünya 

mədəniyyətlərinin  mübadiləsi  sahəsindəki  xidmətlərinə  və  YUNESKO-nun 

ideyalarına  sadiqliyinə  görə  bu  təşkilatın  xoşməramlı  səfiri  adına  layiq 

görülmüşdür.  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  Azərbaycanın  ənənəvi 

klassik  musiqisini  dünya  miqyasında  tanıtmaq  məqsədilə  Bakıda  Beynəlxalq 

Muğam  Mərkəzi  tikilərək  istifadəyə  verilmişdir.  2009-cu  ilin  martında 

Azərbaycanda  I  Beynəlxalq  Muğam  Festivalı  keçirilmişdir.  YUNESKO-nun  baş 

direktoru  Koişiro  Matsura  bu  münasibətlə  ölkəmizə  səfər  etmişdir.  Dünyada 

savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 

2008-ci  ilin  mayında  baş  tutan  ―Avropada  subregional  çərçivədə  savadlılıq 

problemlərinə  baxış:  tərəfdaşlıq  əlaqələrinin qurulması  və  innovativ  yanaşmaların 

tədbiqinə  dəstək‖,  həmin  ilin  iyununda  keçirilən  ―Mədəniyyətlərarası  dialoqda 

qadınların  rolunun  genişləndirilməsi‖  və  digər  tədbirlər  bu  mərama  xidmət  edir. 

Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin  və  əlamətdar  hadisələrin  yubileylərinin 

YUNESKO  çərçivəsində  qeyd  edilməsi  də  bu  qurumla  əlaqələrin  yüksək 

səviyyəsinin bariz göstəricisi sayıla bilər.  



İnternetdə: 

www.books.google.com

Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin