İnternetdə:
www.ru.wikipedia.orq
374
29 Noyabr - Alman yazıçısı Vilhelm Qaufun anadan olmasının 215 illiyi,
(1802-1827)
Alman yazıçısı, nağılçı və novellist Vilhelm Qauf Ştutqartda anadan
olmuşdur. Vilhelmin 7 yaşı olarkən atası vəfat edir və anası dörd uşağını da
götürərək Tyubingen universitet şəhərində məskunlaşır. V.Qaufun gənclik illəri
orada, ana babasının evində keçir. Burada o, babasının böyük və zəngin
kitabxanasındakı kitabları mütaliə edir. 1818-ci ildə onu monastır məktəbində
oxumağa göndərirlər. İki ildən sonra gənc Vilhelm Tyubingen Universitetinə daxil
olur. Universiteti fəlsəfə və ilahiyyat doktoru dərəcəsi ilə bitirərək o vaxtkı
müdafiə naziri baron fon Xögelin ailəsinə repetitor işinə daxil olur və onun
uşaqlarına dərs deyir. Bu ailə ilə birlikdə Fransaya səfər edən Qauf Almaniyanın
mərkəz və şimal hissələrini də gəzir.
Qauf məhz baron fon Xögelin uşaqları üçün sehrli nağılları qələmə almışdır
və bu nağıllar ―Kübar ailələrin oğulları və qızları üçün 1826-cı ilin yanvar
Almanaxı‖nda dərc olunmuşdur. Burada ―Balaca Muk‖, ―Xəlifə Hacıleylək‖ kimi
məşhur əsərlər vardı. Bu əsərlər çap olunduqdan dərhal sonra almandilli ərazilərdə
böyük populyarlıq qazanmışdır. 1826-cı ildə ―Şeytanın xatirələrinin vərəqləri‖
romanının birinci hissəsi və ―Aydan gələn adam‖ romanı yazılır. Valter Skottun
romanlarından ilham alan Qauf ―Lixtenşteyn‖ romanını qələmə alır. Bu roman
Almaniyada böyük şöhrət qazanır.
V.Qaufun ―Karvan‖, ―Kabus gəmi haqqında əhvalat‖, ―Fatimənin xilası‖,
―Saxta şahzadə haqqında əhvalat‖, ―İskəndəriyyə şeyxi və onun əsirləri‖, ―Əl-
Mənsurun əhvalatı‖, ―Cırtdan Burun‖, ―Səidin macəraları‖ və s. nağılları və digər
əsərləri onun adını dünya ədəbiyyatı tarixinə həmişəlik yazmışdır.
Vilhelm Qauf 1827-ci il noyabrın 18-də qarın yatalağından vəfat etmişdir.
İnternetdə:
www.ru.wikipedia.orq
375
30 Noyabr - İngilis yazıçısı Conatan Sviftin anadan olmasının 350 illiyi,
(1667-1745)
Satirik, publisist, filosof, şair və ictimai xadim Conatan Svift Dublində
anadan olmuşdur. Çox ağır, çətin bir həyat yaşamışdır. Buna görə də yaşadığı
ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış
və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır.
Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür.
Roman
dörd hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq sahibinin
oğlu Lemuel Qulliverin dörd səyahətini əks etdirir. Qulliver, hər dəfə liman
şəhərlərinin birindən səyahətə çıxaraq xəyali, əsrarəngiz ölkələrə düşür. Bu
ölkələrdə yaşayan insanların həyat tərzi, adət - ənənələri və mövcud qanunlarla
yaxından tanış olur və onlara İngiltərə haqqında məlumat verir. Əsərin tam adı
belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin
səyahəti" (1772-1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və
sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cirtdan
liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və
ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi
liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı,
düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi
hadisələr vasitəsilə öz zamanındakı nöqsan və eybəcərliklərin üstünü açmışdır.
Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb
cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə
sürüyüb aparmışdır.
Conatan Svift 19 oktyabr 1745-ci ildə, 77 yaşında vəfat etmişdir.
376
İncəsənət
3 Noyabr - Xalq rəssamı Tağı Tağıyevin anadan olmasının 130 illiyi,
(1887-1965)
Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi Tağı Tağıyev Bakı
şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından rəsmə olan böyük həvəsi, onu
Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna gətirir. Texnikumu bitirdikdən sonra
gənc rəssam portret və tematik əsərlər üzərində çalışır. Orijinal və özünəməxsus
dəst-xəttə malik olan T.Tağıyevin portretlərinin obrazlılığı və mükəmməlliyi,
Azərbaycan təsviri sənətində onu görkəmli portret ustası kimi tanıtmışdır. Onun
xalq qəhrəmanı Koroğluya həsr etdiyi ―Koroğlunun portreti‖, ―Gənc qadın
portreti‖, ―İmtahan qarşısında‖, sənət dostları K.Xanlarova, M.Rəhmanzadəyə,
S.Bəhlulzadəyə həsr etdiyi əsərlərin hər biri öz fərdiliyi, daxili aləmi ilə maraqlıdır.
T. Tağıyev nəinki portret janrında, eyni zamanda maraqla izlənən mənzərə, tematik
abloların müəllifidir. Bu əsərlərində o, doğma diyarın təbiətini, insanları böyük
məhəbbətlə vəsf edir. T.Tağıyevin əsərləri bir çox respublika, keçmiş ittifaq və
xarici ölkələrin Moskva, Kiyev, Qahirə, Dəməşq, Beyrut, Dakar, Praqa, Sofiya,
Berlin, İstanbul, Monreal və s. şəhərlərin tanınmış muzey və sərgi salonlarında
nümayiş etdirilmiş, tamaşaçıların və mütəxxəssislərin böyük marağına səbəb
olmuşdur.
Xalq rəssamı Tağı Tağıyev 1993-cü ildə, 77 yaşında Bakı şəhərində vəfat
etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
377
7 Noyabr - Xalq artisti, bəstəkar Tofiq Quliyevin anadan olmasının 100 illiyi,
(1917-2000)
Tofiq Quliyev Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin
ailəsində anadan olmuşdur, onun anası Yaxşıxanım Mahmudova Hacı
Zeynalabdin Tağıyevin qızlar qimnaziyasında, müqəddəs Nina məktəbində təhsil
almış, 1937-ci ilə kimi hakim işləmişdir. Tofiq Quliyev 12 yaşında Azərbaycan
Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya
daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin
sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci
ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını
bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında
dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah",
"Zabul",
"Dügəh"
muğamlarını
fortepianoda
hazırlayıb.
Üzeyir
Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət
Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi
orkestrdə pianoçu işləməyə başlayıb. 1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə
"Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl
üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın
"Qırmızı flot" hissəsinin rəhbəri olub. Müharibədən sonra M. Əzizbəyov (dram), S.
Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX
əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə
Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə
aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib.
Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub. XX
əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o
cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan
Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi
Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə
Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri
məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir.
Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə –
"Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
İnternetdə:
www.az.wikipedia.orq
378
22 Noyabr - Xalq artisti Fikrət Əmirovun anadan olmasının 95 illiyi,
(1922-1984)
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Kirovabad (indiki Gəncə)
şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir
Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M.
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri,
M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-
1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.
Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və
"Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun
"Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu",
"Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli
səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası
Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur. O, musiqili
komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər
yaratmışdır. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də
dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. Özünəməxsus bəstəkarlıq dəst-
xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano
üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm",
"Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir.
O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki, gözəl deyildim" və digər
filmlərə maraqlı musiqi bəsləmişdir.
Xalq artisti Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat etmişdir.
Operalar: "Ulduz" (1948), "Sevil" (1953)
Baletlər: "Şur (simfonik mugam)" (1968), "Nəsimi dastanı" (1973), "Xəzəri fəth
edənlər" (1975), "Min bir gecə" (1979), "Nizami (simfoniya)" (1984)
Uşaq mahnıları: Bip-bipin nəğməsi, yaxud Uçdu göylərə bizim peykimiz
(Sözləri: Teymur Elçin), Bizim həyət (Sözləri: Teymur Elçin), Odlar ölkəsi
(Sözləri: Tofiq Mütəllibov), Qatar (Sözləri: Zeynal Cabbarzadə), Quzum
(Sözləri: Zeynal Cabbarzadə)
Kitabları: ―Iyirmi mаhnı‖ аdlı fоrtеpiаnо ilə охumаq üçün nоt məcmuəsi (1977),
―Nəsimi hаqqındа dastan‖ – fаciə musiqisi: Böyük Simfоnik Оrkеstr üçün
pаrtiturа, ―Fоrtеpiаnо üçün əsərlər‖ nоt məcmuəsi (1979) və s.
İnternetdə:
www.az.wikipedia.orq
379
Milli qəhrəmanlar zirvəsi
10 Noyabr - Azərbaycanın Milli Qəhrəmanı Güləliyev Oqtay Güləli oğlunun
anadan olmasının 55 illiyi, (1962-1992)
Güləliyev Oqtay Güləli oğlu Laçın rayonunun Xaçınyalı kəndində
doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə
çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul
olmuşdur. Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da
kəskinləşdiyi bir vaxta təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi
ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan "Daşaltı
əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz
zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır
yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın
dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa
çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini
yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri
mühasirəyə düşmüşdür.
11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü
olmuşdur. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay
Güləliyev özü qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər
xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı
ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdür.
Laçın şəhərində və Piçənis kəndində adına məktəb var. 2015-ci ildə
―Yaddaş‖ studiyasında Milli qəhrəmana həsr edilmiş ―Laçın qartalı‖ adlı sənədli
film çəkilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010
380
21 Noyabr - Azərbaycanın Milli Qəhrəmanı Sayadov Mehman Rəşid oğlunun
anadan olmasının 45 illiyi, (1972-1992)
Sayadov
Mehman
Rəşid oğlu Qərbi Azərbaycanın Vardenis
rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci
sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə
azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna
köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı
tamam olan kimi Sovet Ordusuna çağırılır. Qarabağda baş verən hadisələr onu bərk
narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü
olaraq cəbhəyə yollanır. 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı
könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman Şuşa cəbhəsində
əfsanəvi qəhrəmanlıqlar göstərir. Kosalar və Nəbilər kəndlərində vuruşan
Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı
sıradan çıxarır. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz
ölümü ilə ölməzliyə qovuşur. Döyüş meydanında gənc Mehmanın cəsədi
ətrafında onlarla erməni əsgərinin meyiti səpələnmişdi. Bu Mehmanın
qəhrəmanlığından
xəbər
verirdi.
Onun
bu
qəhrəmanlığı Qarabağ
müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi. Subay idi. Bütün cəhdlərə
baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün
olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı
ilə Sayadov Mehman Rəşid oğluna ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010
381
Dekabr
Əlamətdar tarixi günlər və bayramlar
1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü, (1988)
3 Dekabr - Beynəlxalq Əlillər Günü, (1992)
6 Dekabr - Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)
7 Dekabr - Beynəlxalq Mülki Aviasiya Günü, (1996)
10 Dekabr - Ümumdünya Futbol Günü.
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, (1950)
11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)
11 Dekabr - Beynəlxalq Dağlar Günü, (2003)
12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü, (2003)
15 Dekabr - Beynəlxalq Çay Günü, (2004-2005)
25 Dekabr - ―Qızıl qələmlər‖ Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925)
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, (1991)
Bu tarixi unutmayaq
26 Dekabr- Xankəndinin işğalı günü, (1991)
Azərbaycanın görkəmli şəxsiyyətləri
Alim Xudu Məmmədovun 90 illiyi, (12.12.1927 - 15.10.1988)
Yubilyar yazıçı və şairlər
Şairə Elmira Qasımovanın 75 illiyi, (01.12.1942)
Yazıçı Cəmil Əlibəyovun 90 illiyi, (05.12.1927 - 26.10.2014)
Yazıçı, şair İsmayıl Qarayevin 90 illiyi, (05.12.1927 - 09.10.1989)
Dramaturq, publisist Nüşabə Məmmədlinin 70 illiyi, (08.12.1947)
Yazıçı İnqilab Vəlizadənin 80 illiyi, (10 12.1937)
Şair Əhəd Muxtarın 80 illiyi, (12.12.1937 - 23.05.1998)
Şair Xəzangül Hüseynovanın 70 illiyi, (17.12.1947)
Yazıçı Kamran Məmmədovun 95 illliyi, (21.12.1922 - 06.04.1989)
Yazıçı, tərcüməçi Hamlet Qocayevin 75 illiyi, (22.12.1942)
Publisist Ömər Faiq Nemanzadənin 145 illiyi, (24.12.1872 - 10.10.1937)
Şair Yusif Həsənbəyin 85 illiyi, (26.12.1932)
Ədəbiyyatşünas, pedaqoq Əlyar Səfərlinin 80 illiyi, (28.12.1937)
Ədəbiyyatşünas Zəkiyyə Qiyasbəylinin 85 illiyi, (30.12.1932)
Yazıçı Eynulla Ağayevin 110 illiyi, (31.12.1907 - 05.10.1978)
Yazıçı Tofiq Əfəndiyevin 95 illiyi, (31.12.1922 - 28.10.1995)
Xarici ədəbiyyat
Britaniya yazıçısı Enn Faynın 70 illiyi, (07.12.1947)
Alman şairi Henrix Heynenin 220 illiyi, (13.12.1797 - 17.02.1856)
Rus yazıçısı, ssenaristi Eduard Uspenskinin 80 illiyi, (22.12.1937)
Türk şairi Tofiq Fikrətin 150 illiyi, (24.12.1867 - 19.08.1915
382
İncəsənət
Rəssam Sadıq Şərifzadənin 105 illiyi, (05.12.1912 - 02.01.1986)
Bəstəkar Ağabacı Rzayevanın 105 illiyi, (15.12.1912 - 05.07.1975)
Dramaturq Rəhman Əlizadənin 70 illiyi, (19.12.1947 -16.03.2013)
Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 90 illiyi, (21.12.1927)
Bəstəkar Oqtay Kazıminin 85 illiyi, (27.12.1932 - 09.08.2010)
Xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin 70 illiyi, (27.12.1947)
Milli qəhrəmanlar zirvəsi
Əliyev Əliyar Yusif oğlunun 60 illiyi, (14.12.1957 - 03.10.1992)
383
Əlamətdar tarixi günlər və bayramlar
1 Dekabr - QİÇS-lə Mübarizə Günü, (1988)
Bu gün 1988-ci ildə təsis edilmişdir.
HİV - infeksiyası pandemiyası dünya
səhiyyəsinin infeksion xəstəliklər sahəsində
ən ciddi problemidir. BMT-nin HİV/AİDS
üzrə Birləşmiş proqramının və Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) məlumatına
görə, dünyada hər gün 6800-dən artıq insan
HİV-ə yoluxur, 5700-dən artıq insan isə
AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan
insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5
milyonu uşaqdır.
Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim
Səhiyyə Nazirliyinin nəzarətindədir. Respublikamızda HİV-ə yoluxma səviyyəsi
aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa
aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan
vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə
yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan
dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş
vermişdir. Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən
2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV
infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan
2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir. HİV-ə
yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%)
qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər,
AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan
vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin
1 dekabr tarixinədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və
Abşeron rayonunda, 1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində
qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.1992-ci
ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma
faktı qeydə alınmışdır. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara
profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi
Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.
Dostları ilə paylaş: |