Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
411
31 Dekabr - Yazıçı Eynulla Ağayevin anadan olmasının 110 illiyi, (1907-1978)
Eynulla Ağayev Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuş,
ibtidai təhsilini kənd məktəbində almış, 1926-cı ildə Sabir adına 23 saylı ikinci
dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və
Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizə aparmış, sonra Suraxanı neft
mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata
güclü meyl göstərmiş, ilk şerlərini, məqalə və qeydlərini "Gənc işçi",
"Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərmişdir. İlk hekayəsi
"Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci
sayında çap olunmuşdur. Bundan sonra o, ədəbi dərnəklərdə müntəzəm iştirak
etmiş, 1931-ci ilin noyabrında "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi
qəbul olunmuşdur. Eyni zamanda pedaqoji institutda təhsilini qiyabi davam
etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və
incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir. II Dünya
müharibəsinin ilk günlərində səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır
yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır. 416-cı Taqanroq
diviziyasının tərkibində ağır döyüş yolu keçmiş, Mozdok, Kuban, Krım, Qərbi
Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır
yaralanmış, Krakovda hərbi xəstəxanada müalicədən sonra, 1946-cı ilin martında
ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə",
"Qafqazın müdafiəsinə görə" orden və digər medallarla təltif olunmuşdur. 1946-cı
ilin mayından "Azərbaycan pioneri" qəzetinin məsul redaktoru olmuş, bütün
yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.
Eynulla Ağayev 1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir. Bakı şəhər
orta məktəblərindən biri onun adını daşıyır.
Kitabları: ―Alagöz‖ (1942), ―Sirli qala‖ (1955), ―Dəcəllər‖ (1958), ―Tək qayıq‖
(1961), ―Şişpapaq‖ (1964), ―Dağlarda şimşək çaxır‖ (1967), ―Yağış mahnısı‖
(1968), ―Povest və hekayələr‖ (1976), ―Baba nağılı‖ (1978), ―Teleqram‖ (1982) və
s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
412
31 Dekabr - Yazıçı Tofiq Əfəndiyevin anadan olmasının 95 illiyi, (1922-1995)
Tоfiq
Mirməhəmməd
əfəndi
оğlu
Əfəndiyev
Qаryаgində
(indiki Füzuli şəhərində) anadan olmuş, ortа məкtəbi bitirəndən sоnrа
pedoqoji tехniкumdа təhsil almışdır. Daha sonra müхtəlif məкtəblərdə
müəllim (1941-1948), "Аzərbаycаn müəllimi" qəzеtində хüsusi müхbir
işləmişdir (1948-1951). Аzərbаycаn Dövlət Pedoqoji Хаrici Dillər Institutunun
ingilis dili şöbəsində təhsilini dаvаm еtdirmişdir (1951-1955). Bir müddət
Bакı şəhəri 7 saylı məкtəbdə müəllim (1955-1959), Аzərbаycаn Dövlət Tеlе-
Rаdiо Vеrilişləri Коmitəsində ədəbi-drаm vеrilişləri bаş rеdакsiyаsındа bаş
rеdакtоr işləmiş, sоnrа yаzıçı кimi bütün qüvvəsini ədəbi fəаliyyətə həsr
еtmişdir.
Kitabları: ―Ağ çiçəklər‖ (1962), ―Dağ yolu‖ (1965), ―Cənub mehi‖ (1969),
―Prokuror‖ (1976), ―Münaqişə: Badminton oyunu‖ (1980), ―Qara qapılar‖ (1984)
və s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
413
Xarici ədəbiyyat
7 Dekabr - Britaniya yazıçısı Enn Faynın anadan olmasının 70 illiyi, (1947)
Enn Fayn Lester şəhərində anadan olmuşdur. Uorik Universitetini siyasi
texnologiyalar üzrə bitirən Fayn bir müddət qızlar məktəbində dərs demişdir.
Həyat yoldaşı ilə birgə Amerikada, Kanadada yaşamış, yazıçı 1981-ci ildə
boşandıqdan sonra Britaniyaya qayıtmışdır.
Britaniya imperiya ordusunun zabiti (2003), Kral Ədəbiyyat Cəmiyyətinin üzvü
(2003), Britaniyanın nüfuzlu mükafatlarının laureatı, ikiqat Karnegi medalının
sahibi Enn Fayn ―Günahların siyahısı‖, ―Qatil pişiyin gündəliyi‖, ―Qatil pişiyin
qayıdışı‖, ―Missis Dautfayr‖, ―Undan körpələr‖, ―Dombalangöz‖ və s. əsərlərin
müəllifidir.
İnternetdə:
www.ru.wikipedia.orq
414
13 Dekabr - Alman şairi Henrix Heynenin anadan olmasının 220 illiyi,
(1797-1856)
Heyne Düsseldorf şəhərində dünyaya gəlib və ilk
təhsilini yerli liseydə alıb. Onun ilk şeirləri 1816-cı
ildə Hamburqda olarkən Froydhold Rizenharf (Freudhold
Riesenharf) təxəllüsü ilə çap olunub. Heynrix Heyne gənclik
illərində Bayronun şeirlərini tərcümə edib və eyni zamanda
romantik stilin incəliklərinə yiyələnib. 1820-ci ildə Heyne
Qöttingen şəhərindəki universitetə qəbul edilib. H.Heyne kimi
onun ilk şeiri 1821-ci ildə Berlində işıq üzü görüb. O, Berlində
1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alıb. 1822-ci ildə onun şerlər
kitabı, 1823-cü ildə isə "Fəlakət" kitabı çapdan çıxıb. 1824-cü ildə 33 şeirdən
ibarət topluda Heyneni məşhur edən əsərlər də (―Su pərsi‖) çap olunub. Henrix
Heynenin 1826-ci ildə "Harts səfəri" adlı kitabı çap olunub. Bu kitab ona böyük
uğur gətirib. O, 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan lirik
mahnılar məcmuəsini çap etdirib. Heyne çox vaxt şeirlərində siyasi movzuları da
ironik şəkildə təsvir edirdi. 1827-28-ci illərdə o, Londona və İtaliyaya səfəri
zamanı gördüklərini "Səyahət təəssüratları" əsərində çap etdirib. "Le Grand"
kitabında Heyne Napoleona olan rəğbətini açıqlayır və fransız inqilabının
nailiyyətlərindən söhbət açıb. Artıq 1830-cu illərdə Heyne Almaniyada və
Avropada istedadlı şair kimi ad qazanıb.
Henrix Heyne 17 fevral 1856-cı ildə vəfat edib və Parisdə Monmartr
qəbiristanlığında dəfn olunub.
Kitabları: ―Mahnılar kitabı‖ (1827), ―Şekspirin qızları və qadınları‖ (1839),
―Salon‖ (1834), ―Fəlakət‖ (1857), ―Son şeirlər və düşüncələr‖ (1869) və s.
İnternetdə:
www.ru.wikipedia.orq
415
22 Dekabr - Rus yazıçısı Eduard Uspenskinin anadan olmasının 80 illiyi,
(1937)
Sovet və rus yazıçısı, ssenaristi və uşaq kitablarının müəllifi Eduard
Nikolayeviç Uspenski Moskva vilayətində anadan olmuşdur. Moskva Aviasiya
İnstitutunda təhsil alan Uspenski əvvəllər multfilmlərə ssenari yazmaqla məşğul
olurdu. Yazıçının ilk kitabı ―Fyodor dayı, it və pişik‖ 1974-cü ildə çapdan
çıxmışdır. Kitab üzrə üç cizgi filmi: ―Prostokvaşinodan olan üçlük‖,
―Prostokvaşinoda tətillər‖, ―Prostokvaşinoda qış‖ filmləri çəkilmişdir. Yazıçı
―Gecəniz xeyrə qalsın, uşaqlar‖, ―ABVQDeyka‖, ―Radiodayə‖, ―Bizim limana
gəmilər gəldi‖ kimi verilişlərin yaradıcılarından olmuşdur. 2010-cu ildə Korney
Çukovski adına mükafata layiq görülmüşdür. Eduard Uspenski Timsah Gena,
Çeburaşka, pişik Matroskin, poçtalyon Peçkin, Fyodor dayı və s. kimi məşhur
personajların yaradıcısıdır.
İnternetdə:
www.ru.wikipedia.orq
416
24 Dekabr - Türk şairi Tofiq Fikrətin anadan olmasının 150 illiyi,
(1867-1915)
Osmanlı dövründə yaşamış büyük türk
şairi, pedaqoqu və jurnalisti, türk
ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi
Tofiq Fikrət İstanbulda dünyaya gəlib. O,
Qalatasaray liseyini bitirdikdən sonra bir
müddət Xarici İşlər Nazirliyində işləyib. Sonra türk dili və ədəbiyyatından dərs deyib.
İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu
"Sərvəti-fünun" jurnalında dərc etdirib.
Tofiq Fikrət
türk şeirinə məzmum və formaca
yenilik gətirib. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə
tətbiq edən ilk türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı
qətiyyətlə qamçılayıb, humanizm və azadlıq ideyalarını, xalqların dostluğunu
tərənnüm edib. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbiçilər
arasında əldən-ələ keçərək əzbərlənib və yayılıb. Hakim dairələr tərəfindən ömrünün
sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalıb. Əsərlərində ərəb-
fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli
qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanıb.
Onun yaradıcılığı M. Hadi, H. Cavid, A. Səhhət və başqalarının yaradıcılığına təsir
göstərib. Əsərləri Azərbaycan alimləri tərəfindən də öyrənilib və "Seçilmiş əsərləri"
respublikamizda nəşr olunub.
Kitabları: ―Seçilmiş əsərləri‖ və s.
İnternetdə:
www.az.wikipedia.orq
417
İncəsənət
5 Dekabr - Rəssam Sadıq Şərifzadənin anadan olmasının 105 illiyi,
(1912-1986)
Sadıq Şərifzadə Cənubi Azərbaycanda anadan olmuş,
Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1932) və
Kiyev Rəssamlıq İnstitutunda (1936) təhsil almışdır. 1939-cu
ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq
İnstitutuna köçürülmüşdür. Lakin o, 1940-cı ildə institutun
beşinci kursundan çıxaraq Bakıya qayıtmış və yaradıcılıqla
məşğul olmuşdur. 1940-1958-ci illərdə rəssam bir sıra tarixi
və müasir mövzularda gözəl əsərləri yaradır: "Üzüm yığımı",
"Səttar xan‖, ―Fədailərin Təbrizi müdafiəsi", Sosialist Əməyi
Qəhrəmanı neftçi Ağa Neymətullanın, Sovet İttifaqı
Qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzəağa
Əliyevin portretləri, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib
Təbrizi və Əbülüla Müərri" və s. S.Şərifzadə təkçə boyakar rəssam kimi deyil, həm
də istedadlı bir teatr rəssamı kimi tanınmışdır.
Sadıq Şərifzadə hələ texnikuma girməzdən əvvəl görkəmli teatr
xadimləri Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə
birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. S.Şərifzadənin
bədii tərtibini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi",
"Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam
Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", M.İbrahimovun "Kəndçi
qızı" və b. tamaşalar hər bir sənətsevərdə orijinal fikir yaradır. 1958-ci ildə rəssam
XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin portretini işləmiş
və bu əsərə görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.
1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilən Azərbaycan Ədəbiyyat
və İncəsənət ongünlüyündə nümayış etdirmiş və elə həmin ildə ona Azərbaycan
təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi adı
verilmişdir.
Sadıq Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
418
15 Dekabr - Bəstəkar Ağabacı Rzayevanın anadan olmasının 105 illiyi,
(1912-1975)
Ağabacı İsmayıl qızı Rzayeva Bakıda, ziyalı ailəsində
anadan olub. O, pedaqoji texnikumu bitirib (1929), bir neçə il
Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edib.
Ağabacı xanım tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam
üzrə Mirzə Mənsur Mənsurovdan dərs alıb. O, Azərbaycan Dövlət
Konservatoriyasında Üzeyir Hacıbəyovun sinifində təhsil alıb.
Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olub. İlk
qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və
digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət edib.
Bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl edib, bəzi mahnıları öz sözlərinə
bəstələyib. – "Durna qatarlı qızlar". Bəstəkarın qəhrəman neftçilərimizin əmək
şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan
"Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri
qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim",
"Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli
mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona
xalqın rəğbətini qazandırıb. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin
"Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana"
dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik
əsərlərin,Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. Xalq Çalğı
Alətləri Orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə
bağlıdır. A. Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə
çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə "Qırmızı Əmək Bayrağı"
ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona
Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.
Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə Bakıda vəfat edib və II fəxri Xiyabanda torpağa
tapşırılıb.
Mahnıları: “Ad günü‖, ―Bağçamız‖, ―Balaca kapitan‖, ―Bizim Bakı metrosu‖,
―Bizim gəmi‖, ―Buzov‖, , ―Dostluq qatarı‖, ―Gəl, gəl, a yaz günləri ―, ―İynə‖,
―Kukla‖, ―Qırmızı şar‖ , ―Qış mahnısı‖, ―Şən yolka‖, ―Təyyarə‖, ―Vətənimiz‖, ―Xoş
gəlmisən, təzə il‖ və s.
İnternetdə:
www.az.wikipedia.orq
419
19 Dekabr - Dramaturq Rəhman Əlizadənin anadan olmasının 70 illiyi,
(1947-2013)
Rəhman Balarza oğlu Əlizadə Bakıda doğulub. 237 saylı orta məktəbdə
oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini
bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına
mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan
Xalq Teatrının rejissoru olub. 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə
dramaturq özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-
tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca",
"Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş
planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə yanaşı,
"Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz"
(Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s. tamaşaları hazırlayıb.
Ümumiyyətlə, o, 2006-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında hazırlanmış
32 tamaşanın quruluşçu rejissorudur.
28 oktyabr 2000-ci ildə ona Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. Bir
dramaturq kimi 25-dən artıq pyesi dövlət teatrlarında tamaşaya hazırlanıb. 2008-ci
ildə "Komediyalar" kitabı nəşr olunub. Bu kitabda – "Laləli düzlər", "Kəndimizin
narları", "Dadaşbala əməliyyatı", "Doğmalar", "Dünyanın axırı", "Günah",
"Əbləhlərin toyu" pyesləri toplanıb. 2009-cu ildə "Pyeslər" kitabı nəşr olunub.
Otuz pyesin müəllifidir. İşlədiyi teatrlarda yetmişdən çox tamaşaya quruluş verib.
Rəhman Əlizadə 15 mart 2013-cü ildə vəfat edib.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
420
21 Dekabr - Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun anadan olmasının
90 illiyi, (1927)
Ömər Eldarov Dərbənd şəhərində anadan olub.
Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq
bölməsini qurtardıqdan sonra Leninqraddakı İ. Repin
adına
Rəngkarlıq,
Heykəltəraşlıq
və
Memarlıq
İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam
etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi
olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi
və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı
heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu əsərlər sırasında
şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin,
Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan
Doğramacının heykəlləri, ulu öndər Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun,
rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya
Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda
sənətkar bir sıra kiçik həcmli əsərlərin müəllifidir. Ömər Eldarov yaradıcılıqla yanaşı,
həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci
illərdə o, Rəssamlar İttifaqının katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ
Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının
rəhbəri təyin edilib. Bu illər ərzində heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı
peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin
deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində
çalışıb. 1995-ci ildə isə Ömər Eldarov Milli Məclisə deputat seçilib. Hazırda
Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
‖Şərəf nişanı‖(1959), ―Qırmızı
Əmək Bayrağı‖(1986), ―İstiqlal‖ ordenləri ilə təltif olunub. 16 aprel 2014-cü ildə
"Birlik ulduzları-2014" mükafatının laureatı olub.
18 aprel 2014-cü ildə akademik
Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin
inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.
Əsərləri: “Şairə Natəvan‖ (1960), ―Şair Məhəmməd Füzuli‖(1963), ―Dramaturq
Hüseyn Cavid‖ (1993), ―Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev‖ (1987)
,‖Bəstəkar Üzeyir Hacıbəyov‖ (1955), ―Rəssam Səttar Bəhlulzadə‖ (1974), ―Bəstəkar
və caz musiqiçisi Vaqif Mustafazadə‖ (1984), ―Dirijor Niyazi‖ (1989), ―Yazıçı
Süleyman Rəhimov‖ (1991), ―Bəstəkar Fikrət Əmirov‖ (1988), ―Şərqşünas-tarixçi,
akademik Ziya Bünyadov‖ (2000), ―Akademik Həsən Əliyev‖ (1988) xatirə abidələri
"Elegiya" abidəsi (1989 il), ―Akademik Zərifə Əliyeva‖ (1995), ―Azərbaycanın
ümummilli lideri Heydər Əliyev‖ (2004) və s.
İnternetdə:
www.az.wikipedia.orq
|