olmasının 70 illiyi, (1947)
Nüşabə Əsəd qızı Məmmədova Gəncədə doğulub.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji"
qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin
qəzetin redaktoru olub. Bir neçə kitabın, pyes və kino-
ssenarinin müəllifidir. 1991-ci ildə Gəncə Dövlət Dram
Teatrında Nüşabə xanımın "Cavad xan" tarixi dramı
tamaşaya qoyulub. «Əməkdar jurnalist» adına və Dilarə
Əliyeva adına mükafata layiq görülüb. Gəncə Jurnalist
Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri Təşkilatının üzvüdür.
N.Məmmədovanın "Aeroport" pyesi Dövlət Televiziyasının hərbi-vətənpərvərlik
mövzusunda keçirdiyi müsabiqənin qalibi olub. Xocalı soyqırımına həsr edilmiş
"Haray" pyesi əsasında eyniadlı bədii film çəkilib.
Nüşabə xanımın rəhbərliyi ilə "Tomris" Analar Cəmiyyəti 1992-ci ildə yaranıb,
həmin ilin aprelində Gəncə şəhər İcra Hakimiyyətində qeydə alınıb. 1999-cu ildə
Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib. Cəmiyyət yarandığı gündən
qaçqınlara, məcburi köçkünlərə mənəvi və maddi yardım etməyi özünə borc bilib.
Təşkilat qadın hüquqlarını müdafiə edir, respublikada demokratik islahatların
aparılması işində fəallıq göstərir. Cəmiyyətin üzvləri Qarabağ müharibəsində
iştirak edən və bütün əsgəri xidmətdə olan gənclərlə əlaqə saxlayır, onlarla
görüşür, problemlərinin həllində yardımçı olmağa çalışırlar.
"Tomris" Analar Cəmiyyəti öz vəsaiti hesabına Xocalı soyqırımına həsr olunmuş
"Haray" bədii filmini çəkdirib.
Kitabları: ―Yarpaq tökümü‖ (1984), ―İlğım‖ (1989), ―Sonuncu mahnı‖ (1993),
―Cavad xan‖ (1996) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
402
10 Dekabr - Yazıçı İnqilab Vəlizadənin anadan olmasının 80 illiyi, (1937)
İnqilab Vəlizadə (İnqilab Xan Rəvan) Qərbi Azərbaycanın Vedibasar
mahalının Kolanlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş
(1962), Mədəni-maarif Texnikumunda xalq teatrının rejissoru şöbəsində (1964-
1967), sonra APİ-nin tarix fakültəsində qiyabi təhsil almışdır (1967-1975).
İlk qələm təcrübəsi ―Telefon xatası‖ novellası olmuşdur. İnqilab Vəlizadə
"Məhəbbət yanğısı", "Məhəbbət və nifrət", "Qandal Kənan", "Bağlı qapı
arxasında", İdeal və xəyal", "Nakam məhəbbət", "Qan içində həyat", "Günahsız
günahkar", Köçkünlər", "Rəmziyyə", "Taleyin göz yaşı", "Xocalı
faciəsi", "Bəlalı dağlar" adlı 13 romanın, "Vedi qan içində", "Xan
Araz", "Haqqdan gələn səs" adlı 3 epopeyanın "Qanlı yanvar", Bir gecənin
romantikası", "Ölümdən betər zülm", "Kainat və həyat" adlı 4 povestin,
"Kainat və həyat haqqında elmi anlayış" adlı elmi əsərin, "Ermənistanda
azərbaycanlıların soyqırımı" publisistik əsərin, "Son gecə" (Ağdam Dram Teatrı)
və "Xoş amallar qurbanı" (İrəvan Azəri Dövlət Teatrı) pyeslərinin müəllifidir.
Kitabları: ―Bir gecənin romantikası‖ (1980), ―Qan içində həyat‖ (2000),
―Günahsız günahkar‖ (2001), ―Xan Araz‖ (2001), ―Xocalı faciəsi‖ (2002),
―Taleyin göz yaşı‖ (2003) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
403
12 Dekabr - Şair, tərcüməçi Əhəd Muxtarın anadan olmasının 80 illiyi,
(1937-1998)
Əhəd Muxtar (Əhədulla Qənbərov) Astara rayonunun
Kokolos kəndində anadan olmuşdur. ―Şagird oluram‖ adlı ilk
əsəri ―Göyərçin‖ jurnalında (1958) dərc edilmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini
bitirmişdir. "Qönçələr açılır", "And iç", "Salam, insanlar" və s.
şeir kitablarının müəllifidir. Daha bir kitabı talışca şeirlərdən
ibarətdir. ‖Ulduz‖ jurnalı redaksiyasında ədəbi işçi, şöbə
müdiri (1967-1979), məsul katib işləmişdir (1979-1998).
İctimai işlərdə fəal çalışmış, poetik yaradıcılıqla bərabər bədii
tərcümə ilə məşğul olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri
fərmanı ilə təltif edilmişdir (1988).
Əhəd Muxtar Boleslav Prusun "Firon" romanını, Georgi Markovun "Sibir"
romanını (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin "Əclafların qanunu"
romanını ruscadan Azərbaycan dilinə çevirmişdir. Həmçinin türkmən yazıçısı Təşli
Qurbanovun ―Sarı gül‖ povestini Azərbaycan dilinə çevirmiş, özbək, qırğız, qazax,
türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan oxucularına
çatdırmışdır. Ə.Muxtar Özbəkistanın tanınmış yazıçı və şairlərindən Camal
Kamal, Mir Temir, Şöhrət, Abdulla Aripov, Zülfiyyə, Qafur Qulam və Uyğun,
Şükrulladan da xeyli tərcümələr etmişdir. O, Azərbaycan dilinə çevirmələrdən
ibarət 10-a yaxın toplunun tərtibçisi, yaxud redaktoru olub. Ə.Muxtar bir neçə tatar
şairinin əsərlərini də dilimizə çevirmişdir. Əhəd Muxtarın öz şeirləri də özbək
dilinə tərcümə edilmiş, Özbəkistanın ―Ulduz‖, ―Gülüstan‖, ―Sovet Özbəkistanı‖,
―Buxara həqiqəti‖ kimi jurnal və qəzetlərində dərc olunmuşdur.
Əhəd Muxtar 1998-ci il may ayının 23-də vəfat etmişdir.
Kitabları:―Şəfəq seli‖ (1969), ―And iç‖ (1977), ―Salam, insanlar!‖ (1979),
―Qönçələr açılır‖ (1983), ―Doğmalıq‖ (1985), ―Dünya yaman dünyadır‖ (1989)
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
404
17 Dekabr - Şair Xəzangül Hüseynovanın anadan olmasının 70 illiyi, (1947)
Xəzangül Abbasqulu qızı Hüseynova Gürcüstanın Marneuli rayonunun
Qırıxlı kəndində anadan olmuşdur. Qonşu Baydar kənd orta məktəbini qızıl
medalla bitirmişdir (1966). Gəncədə H.Zərdabi adına Dövlət Pedoqoji
İnstitutunun kimya-biologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-
1971). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla doğma kəndində
kimya müəllimi işləmişdir (1971).
Ədəbi fəaliyyətə erkən yaşlarından başlamışdır. ―Azərbaycan‖(1985-1986),
―Yeni səslər‖ (1987), ―Dan ulduzu‖ (Tbilisi, 1987), ―Vətən nəğməsi‖ (1989)
almanaxlarında seçmə şeirləri dərc olunmuşdur. X. Hüseynovanın şeirləri dövri
mətbuatda ötən əsrin 70-ci illərindən dərc olunmağa başlayıb. Şairə Avrasiya
Yazarlar Birliyinin üzvüdür. Xəzangül xanım yeddi şeirlər kitabının müəllifidir.
Kitablardan biri Türkiyədə "Bitməyən xəzan", digəri isə Tbilisidə gürcü dilində
çap olunan "Şubhələr"dir. 2010-cu ildə X.Hüseynovanın "Məhəbbətin qənimi"
pyesi səhnələşdirilmişdir.
Kitabları: ―Qaya üstə bitən çiçək‖ (1988), ―Yeddinci göylə söhbət‖ (1996) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
405
21 Dekabr - Yazıçı
Kamran Məmmədovun anadan olmasının 95 illliyi,
(1922-1989)
Kamran Dadaş oğlu Məmmədov Şuşa şəhərində anadan olmuş, 1936-1938-
ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan
Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam etdirmişdir (1938-1941).
O, 1941-1942 illərdə II Dünya müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq
qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda
müalicə almışdır. Ali təhsilini 1943-1945 illərdə Azərbaycan Dövlət
Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur. Kamran
Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində
ədəbi redaktor, 1945-1947 illərdə ―Uşaqgəncnəşr‖də şöbə müdiri, 1945-1951
illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına
Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi olmuşdur.
Filologiya elmləri doktoru Kamran Məmmədov 1948-1952 illərdə Pedaqoji Xarici
Dillər İnstitutunda baş müəllim işləmişdir.
K.Məmmədov "Əməkdar elm xadimi" (1982), "Qabaqcıl maarif
xadimi"(1982) fəxri adlarına layiq görülmüş, "Şərəf nişanı", 2-ci dərəcəli Vətən
müharibəsi ordenləri və medallarla təltif olunmuşdur.
Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir.
Kitabları: ―Yuxusuz illər‖ (1969), ―Ömrün izi‖ (1976), ―Dünyamız uşaq gözündə‖
(1983) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
406
22 Dekabr - Yazıçı, tərcüməçi Hamlet Qocayevin anadan olmasının 75 illiyi,
(1942)
Hamlet Göyüş oğlu Qocayev Ağdaş rayonunun Pirəzə kəndində anadan
olmuş, Xarici Dillər İnstitutunun fransız şöbəsini bitirmişdir. H.Qocayev
tərcüməçiliklə tələbəlik illərindən məşğul olmağa başlamışdır. O, G.Mopassanın
və Anri Truayanın hekayələrini, Jorj Simenonun ―Malular ailəsi‖
romanını, Fransuaz Saqanın ―Salam qüssə‖, Ann Flippin ―Bir göz qırpımı‖, Mari
Luiza Verin ―Peretin nağılları‖, Nikol Villelmanın ―Samba və Kinaro‖, Andre
Moruanın ―Fəslin çiçəkləri‖ (1970), N.Visselmanın ―Samba və Kinaro‖ əsərlərini
(1982), ―Fransız hekayələri‖, Ümmülbanunun ―Qafqaz günləri‖ romanını tərcümə
etmişdir. Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda
(1964-1966) çalışan Hamlet Qoca Mali Respublikasında tərcüməçi (1966-1968)
işləmişdir. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, Hamlet Qoca
Azərbaycanın Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin katibi (1971-
1980), Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri (1980-
1982), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Qərb
ölkələri üzrə baş redaktor vəzifələrində çalışmışdır. Tərcüməçiliyə bir yaradıcılıq
işi kimi yanaşan və daim oxucularını yeni-yeni əsərlərlə sevindirən Hamlet
Qocanın ―Tam-tamlar ölkəsində‖ (1971), ―Afrikada görüşlərim‖ (1986), ―Üç
Afrika səfəri‖ (1988), ―Fransızlar yurdum haqqında‖ (1990) və s. kitabları işıq üzü
görmüşdür. H.Qocayev Fransanın ―İncəsənət və ədəbiyyat komandoru‖ ordeni ilə
təltif olunmuşdur (2000).
Kitabları: ―Tam-tamlar ölkəsində‖ (1971), ―Afrikada gördüklərim‖ (1986), ―Üç
Afrika səfəri‖ (1988), ―Kirayəçilər‖ (1992), ―Fransız ədəbiyyatı antologiyası (XIX-
XX əsrlər)‖ (2000) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
407
24 Dekabr - Publisist Ömər Faiq Nemanzadənin anadan olmasının 145 illiyi,
(1872-1937)
Ömər Faiq Ahıska qəzasının Azqur kəndində anadan
olmuşdur. O, ilk təhsilini kənd məscidində almış və
anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh"
məktəbində təhsilini davam etdirmişdir.
Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş
Şəfəq" məktəbinə daxil olmuşdur. Həmin məktəbi
bitirdikdən sonra (1891) Qalata Poçt və Teleqraf
İdarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet
və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk
mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin
bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Ömər Faiq
1900-cu ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsinə
yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir.
1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq
Tiflisə getmişdir. 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış "Şərqi-Rus"
qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa
Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif
Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır.
"Molla Nəsrəddin" jurnalınin təsis və nəşr edilməsində edilməsində Cəlil
Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur. Ömər Faiq təkcə
"Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə nəşr edilən bir sıra
qəzet və jurnallarda ("Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər",
"Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s.) çıxış
etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə,
Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır.
Ömər Faiq Nemanzadə 1937-ci ildə (10 oktyabrda) Stalin represiyasının
qurbanı olmuşdur.
Kitabları: ‖Seçilmiş əsərləri‖, ―Dəvəti-nəşri-asarə‖, ―Üçüncü il‖, ―Xatirələrim‖
və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
408
26 Dekabr - Şair Yusif Həsənbəyin anadan olmasının 85 illiyi, (1932)
Şair, dramaturq, tərcüməçi Yusif Qonaq oğlu Həsənbəyov (Yusif
Həsənbəy) Quba şəhərində anadan olmuş, burada pedaqoji texnikumu bitirdikdən
sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).
Sonra Bakıda Azərbaycan Komsomolunun Səbayel rayon komitəsində
təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı"
axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956-1969). Moskvada,
M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil almışdır
(1975-1977). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul
katibidir (1990-cı ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Quba
bölgə şöbəsinin sədridir (1994-cü ildən).
"Təhsildən qayıdarkən" adlı ilk mətbu əsəri 1954-cü ildə "Azərbaycan"
jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir.
Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. "Ayı kürkü"
(1986)
və
"Dağlarda
işıq"
(1981)
əsərləri
əsasında televiziya
tamaşası hazırlanmışdır. "Sehirli üzük" (1973) pyesi Mingəçevir Dövlət Teatrında,
"Yıxılanı qaldır" (1975) pyesi Ağdam Dövlət Teatrında səhnəyə qoyulmuşdur. "Bir
həyətin sakinləri" (1981), "Kölgənin kölgəsi" (1984) pyesləri Mədəniyyət
Nazirliyi tərəfindən qəbul edilmişdir. Bir çox şeirlərinə mahnı bəstələnmişdir.
Kitabları: ―Ördəyin balaları‖ 1960), ―Yağışda çimən cücə‖ (1962), ―Çay dənizə
tələsir‖ (1963), ―Qağayı‖ (1966), ―Unutmaram o günləri‖ (1966), ―Mahnılar‖
(1967), ―İnsan ömrü‖ (1971), ―Evin ulduzu‖ (1973), ―Nəğməli yarpaqlar‖ (1976),
Zirvə qarı‖ (1978), ―Məhəbbətli dünyamız‖ (1980), ―Günəş doğanda‖ (1981),
―Məhəbbət məşəlləri‖ (1984), ―Xəcalətli qalmayaq‖ (1987), ―Çəmən gülləri‖
(1987), ―İşığın istisi‖ (2000), ―Sualtı döyüşlər‖ (2001) və s.
Tərcümələri: (ruscadan) - “İnadkar sətirlər‖ (Dünyanın klassik və müasir
şairlərinin əsərlərindən seçmələr, 1991) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“ Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
409
28 Dekabr - Ədəbiyyatşünas, pedaqoq Əlyar Səfərlinin anadan olmasının
80 illiyi, (1937)
Əliyar Səfərli Ordubad rayonunun Anabad kəndində anadan olmuş, 1955-ci
ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci
illərdə Azərbaycan
Elmlər
Akademiyasının
Nizami
adına
Ədəbiyyat
İnstitutunun elmi
işçisi
olmuşdur.
Uzun
müddət BDU-nun
filologiya
fakültəsində dərs demişdir. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur.
Əliyar Səfərli Orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış
təhqiqatçılarındandır. O, Məsihinin (XVII əsr) həyat və yaradıcılığına, XVII-
XVIII əsrlər Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir. Mətnşünaslıq
sahəsində də ciddi araşdırmaları vardır. Bir sıra unudulmuş ədəbi abidələri aşkara
çıxarmış, ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi
Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini
(şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını,
habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirmişdir. Uzun
illər Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali
məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə
yaxından iştirak etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir.
Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-1998-ci
illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və
səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil
etmişdir.
Kitabları:‖XVII-XVIII əsrlər Azərbaycan epik şeiri‖ (1982), ―Qədim və Orta
əsrlər Azərbaycan ədəbiyyatı‖ (1982), ―Məhəmməd Şəhriyar‖ (1987), ―Məsihi‖
(1992), ―Ədəbiyyat‖ (IX sinif üçün dərslik) (1994) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
410
30 Dekabr - Ədəbiyyatşünas, publisist, tərcüməçi Zəkiyyə Qiyasbəylinin
anadan olmasının 85 illiyi, (1932)
Zəkiyyə Nadir qızı Qiyasbəyli Tbilisi şəhərində müəllim ailəsində anadan
olmuş, Tbilisidəki M.F.Axundov adına 97 saylı orta məktəbi bitirdikdən sonra
ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan
Dövlət Nəşriyyatında başlamışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində ―Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir
(1992-1993). ‖Təfəkkür‖ Universitetinin filologiya fakültəsində professor (1993),
dekan (1997-2002) olmuşdur. Ədəbi yaradıcılığa publisistik yazılar, tənqidi
məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: ‖İllər
və insanlar‖ (1980), ―Bu günün həqiqəti‖ (1980), ―Söz və iş‖ (1982), ―Dama-dama
göl olar‖ (1987) kitablarının tərtibçisi olmuşdur. ―Mehdi Hüseynin əsərlərində
fəhlə-neftçi surətləri‖ adlı elmi işini müdafiə edib filologiya elmləri namizədi
(1971) alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə ―Azərbaycan sovet ədəbiyyatında
ictimai fəal qəhrəmanın təkamülü‖ adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Zəkiyyə Qiyasbəyli bədii tərcümə ilə də ardıcıl məşğul olur. Hind yazıçısı Kulvant
Sinqx Virkin povest və hekayələrini, çuvaş yazıçısı Mixail Yuxmanın ―Albanın
çiçəkləri‖ kitabındakı hekayələrini müasir Orta Asiya yazıçılarının bir sıra
əsərlərini dilimizə çevirmişdir. Z.Qiyasbəyli Məhsəti Gəncəvi laureatıdır.
Kitabları: ―Sürət uğrunda‖ (1961), ―Səmayəni əmək ucaltdı‖ (1964), ―Mehdi
Hüseynin sənətkarlığı‖ (1968), ―Mənalı ömür‖ (1970), ―Zəka və qüdrət‖ (1978), ‖
İmran Qasımov‖ (1983), ―Zamanın məğzi‖(1989) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Dostları ilə paylaş: |