İnternetdə:
www.books.google.com
384
3 Dekabr - Beynəlxalq Əlillər Günü, (1992)
Ümumdünya Səhiyyə Təşkilatnın məlumatına
görə, dünya üzrə fiziki qüsurlu insanların faiz
göstəricisi 10%-dir. Bu göstərici Azərbaycan üzrə
4,4% təşkil edir ki, bu da MDB məkanında ən aşağı
göstərici hesab edilir. Respublikamızda dörd yüz
mindən artıq əlil insan var. Onların bir hissəsi II
Dünya müharibəsi, bir hissəsi erməni təcavüzü
nəticəsində əmək qabiliyyətlərini itirən şəxslərdir.
Əlillərin
sosial
müdafiəsinin
gücləndirilməsi
haqqında dövlət proqramına uyğun olaraq, onların
xaricdə müalicəsi təşkil edilir. Bu yöndə işlər davam etdirilir.
Əlil insan dedikdə hər kəsin ağlına müəyyən orqanlarını itirmiş insanlar
gəlir. Unudulmamalıdır ki, bu onların işləməyinə, həyat fəaliyyətlərinə və ya insani
keyfiyyətlərinə əngəl deyil və olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu
olmamaq gərəkdir. İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla
yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır:
anadangəlmə,
müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər
nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Əlillik eyib sayılmamalıdır. Çünki
bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani
keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır. Bu insanlar
hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və
yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir
sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil
arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və
bərpa kursları keçirlər.
Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının
qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT
tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il
oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-
nü Beynəlxalq Əlillər Günü kimi qeyd olunması haqqında Bəyannamə qəbul
etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək,
əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
İnternetdə:
www.books.google.com
385
6 Dekabr - Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)
Bu gün Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı
ilə təsis olunub. O vaxtdan bütün respublikada
rabitəçilər və informasiya texnologiyaları sahəsinin
işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə
bayramının məhz bu gündə qeyd olunması
Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə
bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda
―Nobel qardaşları‖ cəmiyyəti tərəfindən ilk telefon
xətti çəkilmişdir. Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin
hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Rabitə sisteminin əsas
inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. 1976-cı ildə təkcə Bakı telefon
şəbəkəsinin gücü 1927-ci illə müqayisədə, 20 dəfədən çox artmış, telefon
Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin illərdə
poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf
yolu keçmişdir. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış
komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə
tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə
obyektin tikintisinə başlanmışdır. Həmçinin, 90-cı illərdə Azərbaycanda
informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə
başlamış, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənmiş, Azərbaycanın
internet seqmenti genişlənmişdir.
Respublikamızda rabitə və informasiya-kommunikasiya texnologiyaları
sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən ölkə
Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur.
2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun,
Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması
haqqında sənədlər imzalanmışdır. Həmin ilin noyabrında illik ―Bakutel‖ sərgi-
konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF
2012) da keçirilmişdir. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük
diqqətin yetirilməsini bir daha sübut edir.
İnternetdə:
www.books.google.com
386
7 Dekabr - Beynəlxalq Mülki Aviasiya Günü, (1996)
1944-cü il dekabrın 7-də Beynəlxalq Mülki
Aviasiya haqqında Konvensiya imzalanmışdır. 6
dekabr 1996-cı ildə BMT Baş Assambleyası
tərəfindən 7 dekabr Beynəlxalq Mülki Aviasiya
Günü elan olunmuşdur. Azərbaycanda ilk mülki
hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində
həyata keçirilmişdir. Lakin hələ 1918-ci ildə
Azərbaycan
Xalq Cümhuriyyətinin yarandığı
gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər
görülmüşdür. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də
―Yunkers‖ təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Ölkəmizdə ilk
hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra
istifadəyə verilmişdir. 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb ki,
bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə
Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Sergey Utoçkinin idarə etdiyi
uşaqsayağı yöndəmsiz və möhkəm olmayan ―Farman-4‖ sistemli fransız biplanı
heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vuraraq,
alqışlar altında yerə enib. Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava
nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il ötüb. 1923-
cü ildə ―ZAKAVİA‖- Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb.
Artıq 1923-cü ilin aprel ayında ―Yunkers‖ təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu
ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom tikilib və mülki ―Hava
stansiyası‖ yaradılıb. Bu, aviaparkı müasir ―Boeing-757‖ təyyarələri ilə
təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas
üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı
aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə
Bakı şəhərində açılmasına imkan verib. Növbəti illərdə ―Naxçıvan‖ beynəlxalq
hava limanı, ―Gəncə‖ beynəlxalq hava limanı və ―Zabrat‖ hava limanında yeni
təyyarə vağzalının binası istismara verilib.
2008-ci ildə ―Lənkəran‖ və ―Zaqatala‖ beynəlxalq hava limanları açılıb.
Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər, müvafiq olaraq
2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Qeyd edək ki, hazırda AZAL ölkə
daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-Qəbələ
marşrutları üzrə uçuşlar yerinə yetirir.
―Azərbaycan Hava Yolları‖ QSC Avropa, MDB, Yaxın Şərq və Asiya
ölkələrinə sərnişin daşımaları həyata keçirir. İndi ―Azərbaycan Hava Yolları‖ QSC
Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında
(İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur.
İnternetdə:
www.books.google.com
387
10
Dekabr - Ümumdünya Futbol Günü
10 dekabr - Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı
ilə qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir
ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol –
―ayaqla top oyunu‖ haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci
minillikdə Çin mənbələrində rast gəlinib. O, çsu-çyu adlandırılıb, mənası ―ayaqla
itələmək‖ deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq
məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə
yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin
kəsilmiş başlarını təpikləyirdilər. Futbolu Qədim Yunanıstanda və Romada
təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun ―top uğrunda
mübarizə‖ adlandırılıb.
Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol
Günü idmançıları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən
bayramdır. Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə
Bakının "Cənub inşaatçısı" komandası olub.
İnternetdə: arxiv.az
388
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, (1950)
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.”
Ulu öndər Heydər Əliyev
1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən ―İnsan hüquqları
haqqında ümumi bəyannamə‖ qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il
dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd
olunur. İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv
hüquqlarını təsvir edir.
İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki,
bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha
ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Avropada əsas insan
hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da
qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquları Konvensiyası
mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan
ibarətdir ki, Avropada bu sənədə əsaslanan və eyni zamanda real işləmə
mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan
Hüquqları Məhkəməsi fəaliyyət göstərir. İnsan haqqları çox hallarda bütün
insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə
edilir: ―Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və
digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa
hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir.
İnternetdə:__www.azerbaijan-news.az'>İnternetdə:
www.books.google.com
389
11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)
“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait
yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-
ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır".
Ulu öndər Heydər Əliyev
Ötən əsrin sonlarından BMT
tərəfindən hər il dekabrın 11-i Uşaqların
Beynəlxalq Televiziya və Radio Günü kimi
qeyd
olunur.
BMT
Uşaq
Fondunun
(YUNİSEF) təşəbbüsü ilə 1994-cü ilin
aprelində Kann şəhərində təsis olunmuşdur.
Ümummilli lider Heydər Əliyev tərəfindən
1998-ci il mayın 19-da imzalanmış "Uşaq
hüquqları haqqında" Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsində deyilir: ―Uşaqlar barəsində dövlət siyasəti hər bir
uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi
tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin
edilməsinə yönəldilir‖. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22
iyun 1999-cu il tarixdə qüvvəyə minmiş ―Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında‖ Azərbaycan
Respublikasının Qanunudur. Ulu öndərimiz Heydər Əliyev həmişə uşaqların bu
əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların
Beynəlxalq Televiziya və Radio Günü ilə əlaqədar onların hazırladığı mərasimdə
iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə
göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin
xidməti çoxdur.
Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan
vərdişlərdən biri də televiziyadır. Buna görə də respublikamızda bir telekanalın
uşaqlar üçün ayrıca redaksiyası fəaliyyət göstərir. Bu sarıdan Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə
söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də,
istərsə də onun ―Mədəniyyət‖ kanalında uşaq və gənclərə həsr olunan verilişlərin
təkcə adlarına fikir verək: ―Təmas nöqtəsi‖, ―Tələbə dünyası‖, ―Mən də uşaq
olmuşam‖, ―Çoxbilmişlərdənsinizmi?‖, ―Mən azərbaycanlıyam‖, ―Müasir
Azərbaycan gəncliyi‖, ―Biləyən‖, ―Bəbək‖, ―Ana dili‖ və s. əlbəttə, bu verilişlərin
hər biri haqqında ayrıca danışmaq da olar.
İnternetdə:
www.azerbaijan-news.az
390
11 Dekabr - Beynəlxalq Dağlar Günü, (2003)
BMT-nin 2003-cü ilin yanvarında keçirilmiş 57-ci Baş Assambleyasının
qərarı ilə hər il dekabrın 11-də Beynəlxalq Dağlar Günü (International Mountain
Day) qeyd olunur.
BMT-nin Baş Assambleyası planetin dağlıq regionlarının inkişaf
problemlərinə və onların əhalisinə yardımın zəruriliyinə diqqəti cəlb etmək
məqsədi ilə beynəlxalq birliyi həmin gün müxtəlif tədbirlər keçirməyə çağırmışdır.
Bu günlə bağlı adətən tematik kitab yarmarkaları, simpoziumlar, mühazirələr,
seminarlar, məktəblərdə məşğələlər keçirilir.
Dağlar Yer kürəsinin quru səthinin dörddə birini təşkil edir, dünyanın daimi
iqtisadi inkişafında mühüm rol oynayır və əhalinin demək olar ki, 10%-nin daimi
yaşayış məskənidir. Dağlar yalnız dağlıq rayonlarda yaşayan 720 milyon insan
üçün mövcudluq və rifah mənbəyi deyil, həm də dağətəyində yaşayan milyardlarla
insanın yaşayış tərzinə müsbət təsir göstərir. Dağlar həm də bir çox nadir bitki və
heyvan növlərinin qoruğu, Yerin bütün əsas çaylarının su mənbəyidir. Dağlar eyni
zamanda populyar turizm və istirahət məskənləridir. Lakin ətraf mühitin
vəziyyətinin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə,
dağlıq rayonlarda siyasi vəziyyətin kəskinləşməsi isə yerli münaqişələrə,
terrorçuluğun, qaçqınların artmasına, aclığa və xəstəliklərə səbəb olur. Bütün
bunlar isə dağlıq regionların nadir təbiət və insan potensialının itirilməsinə gətirib
çıxarır.
Hər il Beynəlxalq Dağlar Günü üçün mövzu müəyyən olunur. Həmin mövzu
çərçivəsində informasiya materialları işlənib hazırlanır və tədbirlər keçirilir.
İnternetdə:
http://www.calend.ru/holiday/
391
12 Dekabr - Ümummilli lider Heydər Əliyevin Anım Günü, (2003)
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində
misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin
anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti,
siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin
həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin
özünəməxsus yeri vardır.
Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər
Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini
qiymətləndirərkən fəxrlə demişdir: ―Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola
bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu
min ildən bir yetişən dahilərdəndir‖.
Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu
öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz
xidmətlər göstərmiş Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad
Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə
böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi
formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə
etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm
də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində
layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni
zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin
hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət
müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı
mübarizələr və qələbələr tarixidir. Bu parlaq şəxsiyyətin həmin illərdəki
fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin
tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə
yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Heydər Əliyevin dövlətçilik
səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin
vaxt
SSRİ-nin
tərkibində
olan
bütün
xalqlar
tərəfindən
yüksək
qiymətləndirilmişdir. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji
tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və
bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu.
Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar
392
başlandı.1994-cü il sentyabrın 20-də ―Əsrin müqaviləsi‖ imzalandı. Bunun çox
böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan
dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.
Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan
(BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta
reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin
prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: ―BTC-nin fəaliyyətə
başlaması dünyanın enerji xəritəsini dəyişdi‖. Amma dünyanın enerji xəritəsini
dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.
Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi
üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi.
Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq
islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına
çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.
Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan
iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar
iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda
sahibkarlıq fəaliyyəti yaranmağa başladı.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni
mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv
olundu.
Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq,
demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun
memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.
Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə
biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə
inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: ―İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm‖.
Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən
Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Dostları ilə paylaş: |