Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
142
Xarici ədəbiyyat
6 Aprel - Aleksandr İvanoviç Gertsenin anadan olmasının 205 illiyi,
(1812-1870)
Rus yazıçısı, publisisti, pedaqoqu və filosofu Aleksandr İvanoviç Gertsen
Moskvada, varlı mülkədar ailəsində anadan olmuşdur. Atası İvan Alekseyeviç
Yakovlev və anası milliyyətcə alman olan kiçik məmur qızının nikahı rəsmən
bağlanmadığı üçün atası ona Gertsen (almanca Herz) – ―ürəyin oğlu‖ soyadını
vermişdir. Uşaq və yeniyetmə yaşlarında evdə təhsil almışdır. Xarici dilləri
öyrənən gənc Gertsen bir çox Avropa müəlliflərinin əsərlərini mütaliə etmişdir.
Bomarşenin, Hötenin, Şillerin və başqalarının əsərləri gənc Gertseni sentimental-
romantik əhvali-ruhiyyəyə kökləmişdir. Dekabristlər üsyanı ona çox güclü təsir
göstərmişdir. Artıq 1829-1930-cu illərdə o, Şillerin ―Vallenşteyn‖ əsəri haqqında
özünün fəlsəfi məqaləsini yazmışdır.
Gertsen Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində təhsil almışdır.
O,1834-cü ildə dərnək üzvü kimi həbs olunmuş və Perm şəhərinə sürgün
olunmuşdur. 1840-cı ildə Gertsenə Moskvaya qayıtmaq icazəsi verilir. 1847-ci ildə
atasının ölümündən sonra yazıçı həmişəlik Rusiyanı tərk etmişdir.
A.İ.Gertsen 9(21) yanvar 1870-ci ildə Parisdə vəfat etmişdir.
Görkəmli yazıçı çoxlu sayda fəlsəfi, publisistik, o cümlədən bədii əsər
yazmışdır. İskəndər təxəllüsü ilə yazan A.İ.Gertsen ―Kimdir müqəssir?‖, ―Doktor
Krupov‖, ―Olub keçənlər və düşüncələr‖, ―Muravyovun portreti‖ və s. əsərlərin
müəllifidir.
İnternetdə:
www.az.wikipedia.orq
143
22 Aprel - Henri Fildinqin anadan olmasının 310 illiyi, (1707-1754)
XVIII əsr ingilis yazıçısı və dramaturqu, realist romanın banilərindən biri
Henri Fildinq Somersetşir qraflığında anadan olmuşdur. Ədəbi yaradıcılığa siyasi
satiralarla başlayan Fildinq satirik məqalələri ilə də müntəzəm olaraq mətbuatda
çıxış edirdi.
Henri Fildinq 1741-ci ildə roman yazmağa başlayır və onun ilk romanı
―Şamela‖ olur. O, ―Cozef Endryus‖, ―Tom Consun, tapılmış uşağın əhvalatı‖,
―Ameliya‖ romanları, ―Müxtəlif maskalarda məhəbbət‖, ―Don Kixot İngiltərədə‖,
―Sağlam düşüncənin həyatı və ölümü‖ və s. komediyalarının müəllifidir. Henri
Fildinq həm də hüquqşünas olmuş, Londonun Baş hakimi işləmişdir.
Böyük humanist yazıçı 1754-cü ildə Lissabonda vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
144
İncəsənət
14 Aprel- Xalq artisti Fatma Qədrinin anadan olmasının 110 illiyi,
(
1907-1968)
Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə
mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, ciddi
xarakterli misilsiz ifaçısı Fatma xanım Qədir qızı Odessa
şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə
yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan
Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır.
Fatma Qədir qızı Azərbaycan Dövlət Pedaqoji İnstitutunu
bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında
başlamış, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən
xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı",
F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar
("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun
eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə
obrazları yaratmışdır. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrında çalışmış,
1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa
("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya
("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller),
Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana",
O.Balzak),
Gültəkin
("Aydın",
C.Cabbarlı),
Məhəbbət
("Məhəbbət",
M.İbrahimov).
1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. 1943-cü ildə ―Azərbaycanın
Xalq artisti ― fəxri adına layiq görülmüşdür.
Fatma Qədri 29 fevral1968-ci ildə vəfat etmişdir
.
İnternetdə:
www.az.wikipedia.orq
145
15 Aprel - İtalyan rəssamı Leonardo Da Vinçinin anadan olmasının 565 illiyi,
(1452-1519)
Avropa intibah dövründə yaşamış ensiklopedik alim,
riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş,
memar, musiqiçi və yazıçı
Leonardo di ser Pyero da
Vinçi Florensiya Respublikasının ərazisində, Arno
çayı vadisindəki Vinçi şəhəri yaxınlığında, Ankiano
kəndində dünyaya göz açmışdır. O, təkcə humanitar
biliklərə
yiyələnməmiş,
həmçinin
rəsmxət,
kimya,
metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, mexanika və
dülgərlik kimi bəzi texniki bacarıqlar əldə etmiş, rəsm və heykəltəraşlıqla məşğul
olmuşdur. Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və
mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir. Leonardo da
Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz ―Mona Lizanın portreti‖
və ―Sonuncu şam yeməyi” əsərləridir. Onun yaratdığı ―Vitruvian İnsan‖ əsəri də
bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir. Təəsüf ki, müasir günümüzə qədər dahi
rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri, onun
elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks
olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu
oynamışdır. Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir
neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir.
Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu
gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və
plitələrin tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər bu böyük insanın
sonsuz
dühasından
xəbər
verir.
Leonardo
da
Vinçi
anatomiya,
mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və
bu sahələrin inkişafına da böyük töhfələr vermişdir.
O, İtaliya intibahının rəmzi
sayılan "Universal İnsan" (ing. Homo Universale) tipinin ən parlaq
nümayəndəsidir və İkinci minilliyin adamı seçilmişdir.
Leonardo da Vinçi
2 may 1519-cu ildə Fransanın Turen şəhərində vəfat etmişdir.
İxtiraları: Paraşüt, velosiped, tank, ordu üçün tez qurulan körpü, projektor,
katapult, robot, ikilinzalı teleskop.
İnternetdə:
www.az.wikipedia.orq
146
18 Aprel - Xalq artisti, opera müğənnisi Şövkət Məmmədovanın anadan
olmasının 120 illiyi, (1897-1981)
Şövkət Həsən qızı Məmmədova
Tiflis şəhərində, kasıb
pinəçi ailəsində anadan olmuşdur. Atası Şövkətin musiqiyə
olan həvəsini hiss etmiş, milyonçu H.Z.Tağıyevin köməkliyi
ilə 1910-cu ildə onu Bakıya göndərmişdir. 1911-ci
ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sona xanımın
köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə
daxil olmuşdur. Lakin 1912-ci ildə ona olan kömək kəsilmiş
və Şövkət Məmmədova Rusiyaya qayıtmışdır. O, təhsilini
Tiflis Musiqi Məktəbində davam etdirir. 1915-ci ildə Ş.
Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil
olmuşdur. Tiflis Musiqi Məktəbini bitirdikdən (1910) sonra təhsilini davam
etdirmək üçün 1911-ci ildə Milana getmiş, orada məşhur müğənni D.Ambroziodan
dərs almışdır (ikinci dəfə Milanda 1927-29 illərdə olmuşdur). 1917-1921-ci illərdə
Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri
konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Azərbaycan Opera və Balet
Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C.Verdi)
partiyasında çıxış etmiş, 1948-ci ilədək teatrın solisti olmuşdur. Azərbaycan opera
səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi
xüsusiyyətləri ilə əlaqələndirmişdir. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə
Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdə onun direktoru, həm də
not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.
Şövkət Məmmədova SSRİ Xalq artisti (1938) adına layiq görülmüş,
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı
Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Şövkət Məmmədova 1981-ci il iyunun 8-də vəfat etmişdir.
Əsas partiyaları: Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme",
L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Olimpiya ("Hofmanın nağılları",
J.Offenbax), Marqarita Valua ("Hugenotlar", C.Meyerber), Qar qız ("Qar qız",
N.Rimski-Korsakov), Antonida ("İvan Susanin", M.Qlinka), və s. Yaradıcılığında
Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl",
M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) partiyaları xüsusi yer
tutmuşdur. Repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının
kamera-vokal əsərləri daxil idi.
İnternetdə:
www.az.wikipedia.orq
147
19 Aprel - Xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəylinin anadan olmasının
110 illiyi, (1907-1976)
Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu
Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Bakı şəhərində, xalq
maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar
nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olub.
Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr
Texnikumunda,
Azərbaycan
Dövlət
Universitetinin
şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının
nəzdindəki musiqi məktəbində təhsil alıb. 20 yaşında Cəfər
Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi
sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli
müddət Moskva və Leninqrad Opera və Balet Teatrında dirijor assistenti kimi
fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera
və Balet Teatrında dirijоr işləyib. Ə. Bədəlbəyli Azərbaycanda ilk baletin
müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk
Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər
ağlamaz" operalarını yazaraq, adını mədəniyyət tariximizə qızıl hərflərlə əks
etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və
televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Əməkdar incəsənət
xadimi (1940), Xalq artisti (1960) Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da
dünyasını dəyişib.
Operalar: "Xalq qəzəbi" (1941) , "Nizami" (1948) , "Söyüdlər ağlamır" (1971)
Baletlər:"Qız qalası" (1940) , "Tərlan (balet)" (1941) - uşaqlar üçün , Nəsiminin
əsərləri əsasında "Xoreoqrafik freskalar" (1973)
Orkestr üçün bəstələri: Simfonik orkestr üçün «28 aprel» marşı (1929) , Simfonik
orkestr üçün təntənəli marş (1930), Simfonik poema "Sovet hakimiyyəti uğrunda"
(1930), Simfonik freska, Miniatürlər (1938), Xalq çalğı alətləri ansamblı üçün
simfonietta (1950)
Tamaşalar üçün musiqi: “Od gəlini‖ (pyes) (1927) , “Sevil‖ (pyes) (1927) ,
“Almas‖ (pyes) (1928) , “1905-ci ildə‖ (pyes) (1931) , “Yaşar‖ (pyes) (1932) ,
“Siyavuş‖ (pyes) (1932) , “Hacı Qara‖ (pyes) (1933) , “Fərhad və Şirin‖
(pyes) (1941)
Elmi irsi: Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti".
İnternetdə:
www.az.wikipedia.orq
148
22 Aprel - Aktyor, rejissor Həsən Əblucun anadan olmasının 75 illiyi,
(1942-1994)
Həsən Abbasqulu oğlu Əbluc Təbrizdə anadan olub.
Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə
Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra
sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət
İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini
bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın
"Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc
Tamaşaçılar
Teatrında
fəaliyyətini
davam
etdirib.
Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və
İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi
klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və
dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə
bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.
Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb.
Filmoqrafiya: ―Abbas Mirzə Şərifzadə‖ (film), ―Babək‖ (film, 1979), ―Bakıda
küləklər əsir‖ (film, 1974), ―Bircəciyim‖ (film, 1986), ―Birisigün, gecəyarısı...‖
(film, 1981), ―Bizim küçənin oğlanları‖ (film, 1973), ―Dantenin yubileyi‖ (film,
1978), ―Dəli Kür‖ (film, 1969), ―Dənizə çıxmaq qorxuludur‖ (film, 1973), ―Doğma
sahillər‖ (film, 1989), ―Ən vacib müsahibə‖ (film, 1971), Ənvər Həsənov. ―Yeddi
oğuldan biri‖ (film, 2007), ―Həsən Əbluc‖ (film, 1999), ―İstintaq‖ (film, 1979),
―İstintaq davam edir‖ (film, 1966), ―İyirmialtılar‖ (film, 1966), ―Qanlı zəmi‖ (film,
1985), ―Qara gölün cəngavərləri‖ (film, 1984), ―Qaraca qız‖ (film, 1966),
―Qatarda‖ (film, 1981), ―Mikayıl Müşfiq‖ (film, 1978), ―Od içində‖ (film, 1978),
―Ölsəm... bağışla‖ (film, 1989), ―Ömrün İlk Saatı‖ (1973), ―Özgə ömür‖ (film,
1987), ―Pəncərə‖ (film, 1991), ―Sən niyə susursan?‖ (film, 1966), ―Şeytan göz
qabağında‖ (film, 1987), ―Tənha narın nağılı‖ (film, 1984), Torpaq, dəniz, od,
səma‖ (film, 1967), ―Uşaqlığın son gecəsi‖ (film, 1968), ―Ümid‖ (film, 1992),
―Ürək yaman şeydir...‖ (?), ―Ürək... Ürək...‖ (film, 1976), ―Yaramaz‖ (film, 1988),
―Yaşamaq gözəldir, qardaşım!‖ (film, 1966), ―Yenilməz batalyon‖ (film, 1965).
İnternetdə:
www.az.wikipedia.orq
149
24 Aprel - Xalq artisti İsmayıl Osmanlının anadan olmasının 115 illiyi,
(1902-1978)
İsmayıl Osman oğlu Osmanlı Nuxada (Şəki), kasıb
ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından
yetim qalan İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada
işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram
dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il
buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis
Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya
gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və
həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik
pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların
ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar",
"İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz",
Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş
("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban
Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə
Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər",
"Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski,
("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi",
Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil
Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər
Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər,
Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf
("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze),
Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr
Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet",
Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və
"Cehizsiz qız", Aleksandr Ostrovski).
İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər
naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl
dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt
müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev),
"Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.
İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti, 21
iyul 1949-cu ildə Xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına
layiq görülüb.
İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
İnternetdə:
www.az.wikipedia.orq
150
28 Aprel - Xalq artisti, aktrisa Məhluqə Sadıqovanın anadan olmasının
100 illiyi, (1917-2003)
Məhluqə Ələsgər qızı Sadıqova Şuşa şəhərində doğulub.
Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə
ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı sovet məktəbində
yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun
diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram
dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il
sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının
truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci
ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından
biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə
Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu",
"Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı),
Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist
Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və
"Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr
Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam
Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi",
Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım
("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi",
Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər
ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət),
Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq
sorağında", Viktor Rozov) rollarını ifa edib.
Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum
baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas
uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlist
diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük
gətirib. Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSR-in Əməkdar
artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adlarına
layiq görülüb. Aktrisa 2000-ci il avqust ayının 15-də Bakıda vəfat edib.
Dostları ilə paylaş: |