Kitabları:‖Bir ömrün yadigarı‖ (1984) , ―Bizə nə‖, ―Şükür, xudaya‖, ―Vətən‖
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.books.google.com
22
25 Yanvar - Şair İbrahim Zakirin (Pur Əzim İbrahim Əzim oğlunun)
anadan olmasının 125 illiyi, (1892- 1971)
İbrahim Zakir Cənubi Azərbaycanın Ərdəbil mahalında,
Şeyx
Kəlxoran kəndində,
yoxsul
kəndli
ailəsində
doğulmuşdur. Bədii yaradıcılığa gənc yaşlarından başlayan
Zakirə ―Molla Nəsrəddin‖ məcmuəsinin böyük təsiri
olmuşdur. 60 ildən çox bədii yaradıcılıq yolu keçmiş İbrahim
Zakir M.Ə.Sabir və M.Ə.Möcüz satira məktəbinin layiqli
davamçılarındandır. Gənc yaşlarından məşrutə hərəkatında
iştirak edən Zakir 1916-cı ildə yazdığı ―Mənə nə‖, ―Ara həkimləri‖ adlı satirik
şerləri ilə öz yaradıcılıq yolunu müəyyənləşdirmişdir. "Fəryad edirəm", "Novruz
bayramı" adlı şeirləri Rəşt qəzetlərində çap olunmuşdur. Sonralar o, satirik
şerlərinə və siyasi fəaliyyətinə görə yurdundan sürgün edilmişdir. Onun
satiralarında feodal-patriarxal münasibətlərin, faşizmin, mövhumatın və geriliyin
ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda
çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir. İ. Zakir
1941-1945-ci illərdə Cənubi Azərbaycanda başlamış milli-azadlıq hərəkatında fəal
iştirak etmiş, fədai başçısı olmuşdur. 1945-ci ilin dekabrında Azərbaycanda
Demokrat Hökuməti qurulduqdan sonra o, məsul partiya vəzifəsində işləmişdir.
1946-cı ilin dekabrında Cənubi Azərbaycan demokrat dövləti şah istibdadı və
imperializm ağaları tərəfindən boğulduqdan sonra Zakir də minlərlə təqib olunan
soydaşımız kimi Sovet Azərbaycanına pənah gətirmiş, ömrünün son 25 ilini burada
keçirmişdir. Bu dövrdə onun yaradıcılığı forma və məzmun cəhətdən daha da
zənginləşmişdir.
Şair ―Mənə nə‖, ―Ara həkimləri‖, ―Fəryad edirəm‖, ―Novruz bayramı‖,
―Vətən, ey vətən‖, ―Azər‖, ―Qürbətdə‖, ―Təbriz‖, ―Mən aşiqi-hürriyyətəm‖, ―Şanlı
xalqımız‖, ―Zahid və Şair‖, ―Mənim öz dilim var‖, ―Qardaşlıq köməyi‖ adlı şerləri
ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir.
İbrahim Zakir 1971-ci il oktyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş və
burada dəfn olunmuşdur.
Kitabları: ―Mənim andım‖ (1950), ―Günəşin qələbəsi‖ (1951), ―Zəfər günəşi‖
(1951), ―Mübariz gənclər‖ (1955), ―Şerlər‖ (1956), ―Savalan xatirələri‖ (1961),
―Vətən nəğmələri‖ (1964) və ―Məni susdurmayacaq‖ (1967) və s.
Ədəbiyyat. Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
23
26 Yanvar - Yazıçı Əzizə Əhmədovanın anadan olmasının 85 illiyi,
(1932-2003)
Əzizə Əhmədova Bakıda anadan olmuşdur. Orta təhsilini
şəhər məktəbində almış, Bakı Pedoqoji Texnikumunu
bitirmişdir (1951). Azərbaycan Dövlət Universitetinin (indi-
ki Bakı Dövlət Universitetinin) jurnalistika şöbəsində
təhsilini
davam etdirmiş, oranı bitirdikdən sonra
―Uşaqgəncnəşr‖ də redaktor işləmişdir (1956-1966). Ədəbi
fəaliyyətə həmin dövrdə başlamışdır. ―Qorxmazın səhvi‖ adlı
ilk mətbu hekayəsi 1957-ci ildə ―Pioner‖ jurnalında dərc
olunmuşdur. Yaradıcılığında uşaq hekayələri və pyeslərlə yanaşı, tərcüməçilik də
başlıca yer tutur. Dünya xalqları ədəbiyyatından çoxlu tərcümələr etmişdir.
V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C. Barri, M.Prilejayeva,
A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycanlı
yazıçının tərcüməsində yeni ömrünü yaşamış, yeni oxucular qazanmışdır.
Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor, ―Gənclik‖ nəşriyyatında
direktor olmuşdur (1967-1987). SSRİ Yazıçılar və Jurnalistlər İttifaqı plenumunun
və Azərbaycan EA Terminologiya Komitəsinin üzvü seçilmişdir. Eyni zamanda
SSRİ ―Dövlətnəşrkom‖u uşaq ədəbiyyatı şurasının üzvü olmuşdur (1970-1990).
Əzizə Əhmədova həm də dramaturq idi. Pyesləri teatrlarda, televiziyada
tamaşaya qoyulurdu. Müxtəlif cizgi filmləri üçün ssenarilər yazırdı. İctimai
həyatın, ədəbi məclislərin ən fəal iştirakçılarından biri idi. Uzun müddət "Gənclik"
nəşriyyatının direktoru vəzifəsində işləyən Əzizə Əhmədova bir naşir kimi də
uğurlu fəaliyyət göstərmişdir. O dövrdə həqiqətən də uşaq və gənclər üçün
mükəmməl kitablar işıq üzü görürdü. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan
"Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-
səda doğurdu. İlk dəfə idi ki, Azərbaycan yazıçısının macəra üslubunda orijinal
kitabı işıq üzü görürdü. Ədəbi tənqid də Əzizə Əhmədovanın bu kitabı haqqında
müsbət rəylər söylədi.
Yazıçı xidmətinə görə medalla təltif olunmuşdur. Əsərləri keçmiş SSRİ və
xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Əzizə xanım 2003 -cü il avqustun 24-də Bakıda vəfat etmişdir.
Kitabları: ―Xınalı qayalar‖ (1967), ―Yaz qarı‖ (1970), ―Onu çiçəklər sevdi‖
(1977), ―Bir ürək sındırmışam‖ (1980), ―O günlərə baxıram‖ (1982), ―Damda
yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları‖ (1985),
―Çiçəklərim‖ (1988), ―Bir məhəbbət burulğanı‖ (1990) və s.
Ədəbiyyat: Əhmədov Teymur - Azərbaycan yazıçıları” (XX-XXI yüzillikdə) Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
24
Xarici ədəbiyyat
18 Yanvar - İngilis yazıçısı Alan Aleksandr Milnin anadan olmasının
135 illiyi (1882-1956)
Alan Aleksandr Miln Londonda anadan olmuşdur.
Alan Miln atası Con Milnin sahibi olduğu kiçik şəxsi
məktəbdə oxumuşdur. Oranı bitirdikdən sonra Vestminstr
məktəbinə, daha sonra isə Kembric Triniti kollecinə daxil
olmuşdur. Tələbə olduğu müddətdə ―Grant‖ tələbə
qəzetində qeydləri çap olunmuşdur. O, adətən qardaşı
Kennetlə birgə yazırdı və bu qeydləri onlar AKM imzası
ilə çap etdirirdilər. Onun yazıları diqqəti cəlb edir və
Britaniyanın yumoristik jurnalı ―Punch‖ Alan Milnlə
əməkdaşlıq etməyə başlayır. Tezliklə Alan redaktorun
köməkçisi vəzifəsinə yüksəlir. A.Miln 1913-cü ildə ailə
həyatı qurur, 1920-ci ildə onun yeganə oğlu Kristofer Robin Miln dünyaya göz
açır. Vinni Pux haqqında məşhur povestlərini də yazıçı məhz oğlu üçün qələmə
alır. Alan Miln Vinni Pux haqqında povestləri qələmə alana qədər artıq kifayət
qədər məşhur yazıçı idi. Lakin Vinni Pux haqqında yazdıqları elə böyük şöhrət
qazanır ki, onun bütün başqa əsərlərini sanki kölgədə qoyur. Bu gün Alan Miln
deyildiyi zaman məhz Vinni Pux yada düşür.Yazıçı çoxlu felyeton, esse, dram
əsəri qələmə almışdır. Lakin Vinni Pux haqqında əsələrindən sonra onu uşaq
yazıçısı kimi təqdim etməyə başlayırlar. 1930-1940-cı illərdə o, romanlar yazmağa
başladığı zaman həm oxucular, həm də tənqidçilər bunu, yumşaq desək, yaxşı
qarşılamırlar. Həyatının sonuna yaxın Milnin uşaq kitablarının tirajı artıq 7 milyon
nüsxə təşkil edirdi. Onun böyüklər üçün yazdığı əsərlər isə artıq təkrar nəşr
olunmurdu.
İnternetdə : www.books.google.com
25
20 Yanvar - Türk şairi Nazim Hikmətin anadan olmasının 115 illiyi,
(1902-1963)
Nazim Hikmət zadəgan ailəsində anadan olmuşdur.
1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil
olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı
əleyhinə şer yazdığı üçün 1919-cu ildə məktəbdən xaric
edilmişdir. ―Sərvliklərdə‖ adlı ilk şeri 1918-ci ildə ―Yeni
məcmuə‖ jurnalında dərc olunmuşdur. 1921-ci ildə Sovet
Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq
Zəhmətkeşlərinin
Kommunist
Universitetində
oxumuşdur.1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi
―Oraq-çəkic‖ qəzetində, ―Aydınlıq‖ jurnalında əsərləri ilə
çıxış etmişdir. 1928-ci ildə Bakıda şairin ―Günəşi
içənlərin türküsü‖ adlı ilk şeirlər kitabı çapdan çıxmışdır.
Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi
məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı,
dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət
gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri
dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə
tamaşaya qoyulmuşdur.
1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə
onun Rəyasət Heyətinin üzvü olmuşdur. N. Hikmət Azərbaycan xalqının və
ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və
yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır.
Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və
xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri
tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin ―Məhəbbət əfsanəsi‖ pyesi
əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar
bəstələmişlər. Rəssam R.Babayev ―Kəllə‖ pyesinə illüstrasiyalar çəkmiş,
heykəltaraş M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları
şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışlar.
Nazim Hikmət 3 iyun 1963-cü ildə Moskvada vəfat etmişdir.
Kitabları: ―835 Satır‖ (1929), ―Sesini Kaybeden Şehir‖ (1931), ―Gece Gelen
Telgraf‖ (1932), ―Kafatası‖ (1932), ―Unutulan Adam‖ (1934), ―Kurtuluş Savaşı
Destanı‖ (1937), ―Ferhad ile Şirin‖ (1965), ―Kurtuluş Savaşı Destanı‖ (1965),
―Rubailer‖ (1966), ―Yaşamaq gözəl şeydir, qardaşım‖ (1966), ―Memleketimden
İnsan Manzaraları‖ (1966-1967), ―Seçilmiş əsərləri‖ 2 cilddə (1967), ―Sevdalı
Bulut‖ (1968), ―Kuvayi Milliye‖ (1968) və s.
İnternetdə:
www.az.wikipedia.orq
26
27 Yanvar - Lyuis Kerrolun anadan olmasının 185 illiyi, (1832-1898)
İngilis yazıçısı, riyaziyyatçısı, məntiqçisi, filosofu Lyuis Kerroll (əsl adı
Çarlz Latuic Docson) İngiltərənin Çeşir qraflığında anadan olmuşdur. Evdə təhsil
almağa başlayan balaca Lyuisin müəllimi elə atası olmuşdur. Anadangəlmə
solaxay olan Lyusi sol əllə yazmağı qadağan edirlər. Bəzilərinin fikrincə, bununla
onun psixikasını zədələmişlər (o, kəkələməyə başlamışdır). 1850-ci ildə kollecə,
sonrakı il isə Oksforda daxil olur. Riyaziyyat sahəsində çox bacarıqlı olan
L.Kerroll 26 il ərzində bu sahə üzrə mühazirələr oxumuşdur.
L.Kerroll kollecdə oxuduğu zaman yazıçılığa başlamışdır. Şeir və kiçik
hekayələrini Lyuis Kerrol imzası ilə müxtəlif jurnallara göndərən gənc yazıçı
tədricən tanınmağa başlayır. Onun əsərləri 1854-cü ildən başlayaraq ciddi ingilis
nəşrlərində dərc olunur. ―Komiki vaxtlar‖ və ―Qatar‖. 1856-cı ildə kollecə yeni
dekan, Henri Liddel təyin olunur, onunla birlikdə arvadı və 5 uşağı da gəlir.
Uşaqların arasında 4 yaşlı Alisa da olur.
Yazıçı 1864-cü ildə özünün məşhur ―Alisa möcüzələr ölkəsində‖ əsərini
qələmə alır.
L.Kerrolun riyazi məntiq sahəsində yazdığı əsərləri də çox dəyərlidir.
L.Kerrol 1898-ci il yanvarın 14-də Surrey qraflığında vəfat etmiş, orada da
dəfn olunmuşdur.
İnternetdə : www.books.google.com
27
İncəsənət
1 Yanvar - Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi,
(1947-2006)
Mikayıl Şahvələd oğlu Mirzəyev Şamaxının (indi Ağsu
rayonunun) Talış kəndində doğulub. 1969-cu ildə
Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki
Azərbaycan
Dövlət
Mədəniyyət
və
İncəsənət
Universitetinin) dram və kino aktyorluğu fakültəsini bitirib.
İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci
ilə qədər (müxtəlif fasilələrlə) Azərbaycan Milli Dram
Teatrında aktyor olub. İki dəfə Milli Məclisə deputat
seçilib. Xalq artisti adına layiq görülüb (22 may 1991).
Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad (―Vaqif‖ və ―Fərhad və Şirin‖, Səməd
Vurğun), Muratov, Eyvaz (―Qəribə oğlan‖ və ―Bizim qəribə taleyimiz‖, İlyas
Əfəndiyev), Aslan (―Kəndçi qız‖, Mirzə İbrahimov), Zahid (―Fəryad‖, Bəxtiyar
Vahabzadə), Elxan ( ―Od gəlini‖ Cəfər Cabbarlı), Cinli Mustafa (―Dəli yığıncağı‖,
Cəlil Məmmədquluzadə), İxtiyar ( ―İblis‖, Hüseyn Cavid) və digər rolları oynayıb.
1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru işləyib.
Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.
Filmoqrafiya: “Ağlar-güləyən‖(1988), ―Anın quruluşu‖ (1980), ―Babək‖ (1979),
―Dədə Qorqud‖ (1975), “Yeddi oğuldan biri” (2007), ―Faydalı qazıntılar‖
(1981), ―Günahsız Abdulla‖ (1984), “Qatır Məmməd‖ (1974), ―Min birinci söz‖
(1997), ―Təbəssüm” (1992), ―Üzeyir ömrü‖ (1981),‖Yeddi oğul istərəm...‖
(1970), ―Topal Teymur‖ (1983).
İnternetdə:
www.az.wikipedia.orq
28
6 Yanvar - Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasının 110 illiyi,
(1907-1980)
SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları
laureatı İsmayıl Yusif oğlu Dağıstanlı Azərbaycan
səhnəsinin ən görkəmli sənətkarlarından biridir.
İsma İsmayıl Dağıstanlı Qax rayonunun Zərnə kəndində
dоğulmuşdur. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki)
mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində
başlamışdır. Bakı Teatr Texnikumunda təhsil almış (1926-
1930), eyni zamanda 1927-ci ildən təcrübəçi aktyor kimi
Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış etmişdir.
1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləmiş,
Dərbənddə təşkil etdiyi Azərbaycan Teatrının rejissoru və aktyoru olmuşdur (1932-
1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar
silsiləsi yaratmışdır. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi
məşhurlaşmışdır. Onun səhnə yaradıcılığı həmişə yüksək vətəndaşlıq pafosu ilə
seçilmişdir. Realizm məktəbi keçmiş, parlaq və özünəməxsus istedada malik bir
aktyor kimi özünü göstərmiş İ.Dağıstanlı məşhur dramaturqların və klassiklərin
əsərlərinin tamaşalarında yadda qalan sürətlər yaratmışdır. Sənətdə qazandığı
uğurlarına görə respublikanın Əməkdar artisti, Xalq artisti fəxri adlarına layiq
görülmüşdür. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov
roluna görə 1948-ci ildə Stalin Mükafatına, İlyas Əfəndiyevin ―Mahnı dağlarda
qaldı" dramındakı Böyük bəy roluna görə isə 1972-ci ildə respublika Dövlət
Mükafatına layiq görülmüşdür. Ömrünün sоn illərində Azərbaycan Dövlət İncəsənət
İnstitutunda kafedra müdiri vəzifəsində çalışmışdır. Bir neçə aktyor və teatr haqqında
kitabları nəşr olunmuşdur.
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat etmişdir.
Filmoqrafiya: ―Ağasadıq Gəraybəyli‖ (film, 1974), ―Axşam konserti‖ (film, 1948),
―Böyük dayaq‖ (film, 1962), ―Koroğlu‖ (film, 1960), ―Kölgələr sürünür‖ (film,
1958), ―Qara daşlar‖ (film, 1956), ―Qatır Məmməd‖ (film, 1974), ―Rənglərdə
yaşayan kino‖ (veriliş, 2009), ―Səbuhi‖ (film, 1941), ―Sovet pəhləvanı‖ (film, 1942),
―Sualtı qayıq T-9" (film, 1943) və s.
İnternetdə: www.az.wikipedia.orq
29
18 Yanvar - Xalq artisti, rəqqasə Afaq Məlikovanın anadan olmasının
70 illiyi, (1947)
Afaq Süleyman qızı Məlikova Bakıda anadan olub. Uşaqlığı müharibədən
sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri
dodaqaltı zümzümə edib, rəqs etməyi sevib. Qızlarının rəqsə hədsiz marağını görən
valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyublar. Leyla Vəkilovadan dərs
alan gənc xanım istedadı sayəsində Xalq artisti adına qədər yüksəlib. Afaq xanım
1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub.
1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi
pedaqoqudur. Azərbaycan xalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın
repertuarına Şərq xalqlarının rəqsləri də daxildir.
O, Türkiyə, Misir Ərəb Respublikası, Polşa, Fransa, Böyük
Britaniya, Kanada, Portuqaliya, Almaniya, İspaniya və digər ölkələrdə çıxış
etmişdir. Afaq xanım 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəridir.
İnternetdə: www.az.wikipedia.orq
30
18 Yanvar - Xalq artisti, dirijor Kamal Abdullayevin anadan olmasının
90 illiyi, (1927-1997)
Azərbaycanın musiqi mədəniyyətinin inkişafında
böyük rolu olmuş, görkəmli dirijor, Xalq artisti,
professor Kamal Canbaxış oğlu Abdullayev Bakıda
anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət
Konservatoriyasını (1952) bitirmişdir. Sonralar o,
Donetsk Opera və Balet Teatrında və Azərbaycan
Opera və Balet Teatrında P.İ.Çaykovskinin ―Yevgeni
Onegin‖, Ü.Hacıbəylinin ―Əsli və Kərəm‖, ―Leyli və
Məcnun‖ operalarına, Q.Qarayevin ―Yeddi gözəl‖,
S.Hacıbəyovun ―Gülşən‖ baletlərinə dirijorluq etmişdir. 1962-ci ildə
K.Abdullayev Moskvaya, Stanislavski və Nemiroviç-Dançenko adına
Akademik Musiqili Teatrlarına baş dirijor vəzifəsinə dəvət olunmuşdur.
Burada da o, bir çox əsərlərə müvəffəqiyyətlə dirijorluq etmişdir.
Onun təfsir etdiyi S.Prokofyevin ―Monastırda nigah‖ operasının lent
yazısı ilə o, Beynəlxalq və qızıl medala layiq görülmüşdür.
K.Abdullayev uzun illər qürbətdə yaşamasına baxmayaraq, həmişə doğma
xalqına, Azərbaycan musiqisinə möhkəm bağlı olmuş, musiqiçilərimizlə
daim yaradıcılıq əlaqəsi saxlamışdır. O, hansı ölkədə, hansı şəhərdə
qastrol səfərində olurdusa, mütləq Azərbaycan bəstəkarlarının əsərlərini öz
repertuarına salır və bu əsərləri böyük ustalıqla dinləyicilərlə çatdırmağa
çalışırdı.
Onun konsert fəaliyyəti də çox geniş və səmərəli olmuşdur. Xarici
ölkələrdə - Polşa, Türkiyə, Macarıtsan, Almaniya, Yaponiya, Çexiya və
keçmiş SSRI-nin bir çox şəhərlərində onun dirijorluğu yüksək
qiymətləndirilmişdir.
İnternetdə: www.books.google.com
31
22 Yanvar - Rəssam Bəhruz Kəngərlinin anadan olmasının 125 illiyi,
(1892-1922)
Azərbaycan təsviri sənətində realist dəzgah
boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının
formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi
xəstəlik keçirən Bəhruz
Kəngərli ağır
eşitdiyindən
ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyl
göstərmişdir. Tiflisdə
Qafqaz
İncəsənəti
Təşviq
Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq
Məktəbində oxumuşdur (1910–1915). Kəngərlinin rəssam
kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və ―Molla
Nəsrəddin‖ jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının
ilk dövründə müəllimi – ―mollanəsrəddin‖çi rəssam O.Şmerlinqin və tələbə
yoldaşı L.D.Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər,
mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri
yaratmışdır (―Qoca kişi‖, ―Toy‖, ―Elçilik‖ və s.). Kəngərlinin zəngin bədii irsi
qalmışdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz
Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-
estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir.
Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (―Yaşlı kişi‖, ―Gürcü‖
və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi
hadisələri ilə səsləşən ―Qaçqınlar‖ silsiləsinə daxil olan portretlər canlılığı, reallığı
və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı
mühüm yer tutur. Onun mənzərələrində təbiətin gözəllikləri (―Şəlalə‖, ―Dağlıq
mənzərə‖, ―İlanlı dağ ay işığında‖, ―Günəş batarkən‖, ―Ağrı dağı, ―Köhnə qala‖,
―Əliabad kəndində darvaza‖, ―Yamxana kəndinə gedən yol‖ və s.), mədəniyyət
abidələri (―Möminə xatın türbəsi‖, ―Əshabi-kəhf dağı‖, ―Nuhun qəbri‖), ilin
fəsilləri (―Payız‖, ―Bahar‖) əks olunmuşdur. Bəhruz Kəngərli 1918–1920-ci illərdə
erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba
torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan
―Qaçqınlar‖, ―Qaçqın qız‖, ―Qaçqın oğlan‖, ―Qaçqın qadın‖, ―Yurdsuz ailə‖,
―Qaçqın Gümşün‖, ―Ayaqyalın qaçqın oğlan‖ və s. onlarla qaçqının portreti təkcə
sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Kəngərli həm də
milli teatr rəssamlığının banilərindəndir. Ötən əsrin onuncu illərində Naxçıvan
teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-
cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.
A.Babayevin "Yarımçıq şəkil" pyesi Kəngərliyə həsr olunmuşdur. B.Kəngərlinin
Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır. 2016-cı
ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı
olmuşdur.
Dostları ilə paylaş: |