α-1-antitripsin çatışmazlığının ən çox rast gəlinən təzahürü
emfizemadır, lakin onun klinik əlamətləri xəstəliyin başlanğıcından
on illər sonra özünü büruzə verir. α-1-antitripsin çatışmazlığının
sərhəd səviyyəsi mövcuddur. Bundan aşağı xəstəliyin inkişaf riski
artır. Siqaret çəkmə ağciyər emfizemasının inkişafını sürətləndirir və
xəstələrin ömrünü qısaldır. α-1-antitripsin çatışmazlığı ilə əlaqədar
olan emfizemanın əlamətləri adətən həyatın 3-cü onilliyinədək
meydana çıxmır. Lakin xəstəliyin tezliyi və ağırlığı əhəmiyyətli
dərəcədə variasiya edə bilər. Bəzi siqaret çəkən şəxslərdə xəstəlik
simptomsuz keçir və ya onun simptomları həyatın 7-ci, 8-ci
onilliyində üzə çıxır. α-1-antitripsin çatışmazlığı olan xəstələrin
həyatının uzunluğu sağlam populyasiya göstəricisi ilə müqayisədə
10-15 il qısadır.
Dostları ilə paylaş: |