Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə31/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   27   28   29   30   31   32   33   34   ...   161
t.kimya, 1,3

Yakob-Marten van Bemmelen (1830-1911) məşhur holland kimyaçısı olub, adsorbsiya təliminin əsasını qoyanlardandır. O, təbii cisimlərin kimyası haqqında geniş tədqiqatlar apararaq, əsas obyekt kimi torpağı və suyu seçmişdir. Kolloid sistemin əsas xassələrinə istinad edərək, Bemmelen torpağın fiziki vəziyyətindən asılı olan udma qabiliyyətinin formalaşmasına xüsusi əhəmiyyət vermişdir. Onun fikrincə torpaqda olan amorf kolloid maddələri dəyişən tərkibli olduğuna görə stexiometrik qanunlara tabe olmurlar. Bu cür birləşmələri Bemmelen adsorbsiyalı birləşmələr adlandırmışdır. XIX əsrin əvvələrində torpağın əsası-turşu xassələri haqqında təsəvvürlər inkişaf etməyə başladı. 1813-cü ildə böyük ingilis alimi, London Kral cəmiyyətinin prezidenti Hemfri Devinin (1778-1829) «Kənd Təsərrüfatı kimyasının əsasları» adlı kitabı işıq üzü gördü. Bu kitabda Devi əhəngin bərk bitki materiallarını həll etməklə, bitkilərin qidalanma şəraitinin yaxşılaşdırılmasında və torpaq strukturunun yaranmasında xüsusi rolu olduğunu qeyd edirdi. O, turşu ilə torpağa təsir etməklə kalsium karbonatın təyin edilməsini təklif edirdi. Amerika tədqiqatçısı E.Ruffin Amerika torpaqlarında bu üsuldan istifadə edərək belə nəticəyə gəlmişdir ki, əhəngləmə torpaq turşuluğunu neytrallaşdıra bilər. E.Ruffinin «Əhəngli gübrələr haqqında etyüdlər» kitabında (1932) torpaq turşuluğu haqqında maraqlı məlumatlar vardır. Torpaq kimyasının inkişafının üçüncü istiqaməti bitkilərin mineral qidalanma nəzəriyyəsidir ki, bu da Y.Libixin adı ilə bağlıdır. Yustas fon Libix (1803-1873) torpaq kimyasının nəzəri və təcrübi inkişafında çox böyük rolu olmuşdur. Onun 1940-cı ildə nəşr etdirdiyi «Üzvi kimyanın əkinçilik və fiziologiyaya tətbiqi» kitabında göstərir ki, bitkilərin inkişafı üçün nəinki karbon, oksigen, hidrogen, azot lazımdır, həmçinin fosfor, kalium, kalsium, kükürd, maqnezium, dəmir, hətta silisium da vacibdir. Libix aqrokimyanın nəzəri problemlərini öyrənməklə kifayətlənmədi, natrium və kalium karbonatın əridilməsi əsasında süni gübrələr hazırladı. Onun işlərinin torpaq kimyasının inkişafına böyük təsiri oldu.
Rusiyada torpaq kimyasının öyrənilməsi barədə tədqiqatlar əsasən XVII əsrə aiddir. Burada M.V.Lomonosovun (1711-1765) xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Onun elmi ədəbiyyata gətirdiyi «qara torpaq» termini nəinki torpaqların təyini edilməsində, həm də «çürüntü»nün sinonimi kimi də istifadə edilir. M.V.Lomonosov çürüntünün əmələ gəlməsini izah etmiş və onun torpaqda toplanma sxemini təsvir etmiş, torpaqda düzların toplanması və münbitliyin yaranmasında rolunu müəyyənləşdirmişdir. Onun ideya və planları əsasında 1755-ci ildə Moskva Dövlət Universiteti yaradıldı. Bu aqronomik-torpaq tədqiqatlarının başlanmasını 1770-ci ildən hesablayırlar. XIX əsrin əvvəllərində torpaq kimyası daha da inkişaf etdirildi. Belə ki, 1825-ci ildə Moskva Universitetinin professoru M.Q.Pavlovun (1793-1840) «Əkinçilik kimyası», 1837-ci ildə isə «Kənd təsərrüfatı kursu» adlı kitabları buna gözəl sübut idi.
Torpaq humusunun kimyəvi tərkibi haqqında ilk dərin tədqiqatlar həmin universitetin kimyaçısı R.Germana məxsusdur. O, torpağın kimyəvi tədqiqatlarını daha da təkmilləşdməklə humus maddələrinin 195 0 C-də qurudulmasını (belə temperaturda humusun strukturu pozulurdu) 100 0 C-də aparmağı məsləhət gördü. Alim qaratorpaqların humusunu xarakterizə etmək üçün su çöküntüsündən və natrium karbonat məhlulundan istifadə etdi. Bundan başqa o, həll olmayan torpaq qalıqlarında karbonun miqdarını təyin etməyi lazım bilirdi. Məhz bu təyin etmə humusun keyfiyyət tərkibinin müasir üsulla öyrənilmə metoduna çox yaxın idi. R.Germanın tədqiqatlarının nəzəri nəticələrinə humus maddələrinin müxtəlif növlü olması və humuslaşmış üzvi maddələrin təsnifatında üç yeni sinifli birləşmələrin müəyyən edilməsi idi: a) çürüntü məhsulları; b) kömür əmələgəlmə prosesi məhsulları; c) bitki qalıqlarında vulkanik kül məhsulları. Humusun tərkibində azotun oynadığı konstitusion rol ideyası da məhz A.Germana məxsusdur. Hansı ki, Mulder azotun humus maddələri tərkibində yalnız ammonium formasında olduğunu təkid edirdisə, German azotun oksigenlə birləşib kovalent rabitə yaratdığını sanballı dəlillərlə sübut edirdi. O, təcrübələrdə izah edirdi ki, uzun müddət əkilib-becərilən qaratorpaqlarda çürüntünün miqdarı xam torpaqla müqayisədə 17-25% azalır. R.Cerman humusdan əlavə bu torpaqlarda silisiumun, dəmir oksidlərin, əhəngin, maqneziumun, rütubətin və fosfor turşularının miqdarını da təyin etmişdi. Torpağın mənşəyi məsələsinin həllində, qanunauyğunluqların müqayisəsində, coğrafi yayılmalarında, düzgün istifadə olunmasında genetik torpaqşünaslığın əsasını qoyan V.V.Dokuçayev (1846-1903) onun kimyəvi xassələrindən geniş istifadə etmişdir. Onun əsərlərində qaratorpaqlar, eləcə də digər torpaqların kimyəvi tərkibi haqqında ətraflı məlumatlara rast gəlmək olar. O, torpaqda üzvi maddələrin miqdarından başqa K2O, Na2O, CaO, MgO, Mn2O3, Fe2O3, Al2O3, CO2, N, P2O5, SO3 oksidləri və NaCl, CaCO3 duzları haqqında qiymətli məlumatlar vermişdir. D.İ.Mendeleyevin (1834-1907) kənd təsərrüfatı problemlərinə böyük marağı olduğunu xüsusi qeyd etmək lazımdır. Heç də təsadüfi deyildir ki, Dokuçayev öz əsərlərində həmişə Mendeleyevin işlərində olan nəticələrə istinad etmişdir. Torpaqda çoxlu sayda kimyəvi analizlər aparan Mendeleyev belə nəticəyə gəlir ki, dəqiq təhlillərdən müxtəlif təsadüflər gözləmək olur.



  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin