Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə47/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   43   44   45   46   47   48   49   50   ...   161
t.kimya, 1,3

Birinci qrupa O və Si aiddir ki, bunların miqdarı torpaq kütləsinin 80-90%-ni təşkil edir. İkinci qrupa faizin 10 payından çox hissəsini tütan elementlərdir: Al, Fe, Ca, Mg, K, Na, C. Bu iki qrupa daxil olanlar tipik makroelementlərdir. Üçüncü qrupa daxil olan elementlər Ti, Mn, N, P, S makro və mikroelementlər arasında keçid təşkil edir. Mikro və ultramikroelementlərin miqdarı torpaqda n.10-3 - n.10-10 %- lə ölçülür və bunlar aşağıdakılardır: Ba, Sr, B, Rb, Cu, V, Cr, Ni, Co, Li, Mo, Cs, Se və s.
Makroelementlərin və mikroelementlərin bir-birindən fərqləndirilməsi torpaqda və canlı orqanizmlərdə onların miqdarı ilə aparılır. Adətən, o elementləri mikroelementlər adlandırırlar ki, onların canlı orqanizmlərdə miqdarı çox az olur, lakin çox mühüm fizioloji funksiyalar həyata keçirirlər.
Bu cür təyinetmələr şərti xarakter daşıyır, çünki bəzən elə kimyəvi element olur ki, şəraitdən asılı olaraq özünü mikroelement kimi, bəzən isə makroelement kimi aparır. Buna misal olaraq kalsiumu göstərə bilərik. Məlumdur ki, kalsium tipik makroelementdir, çünki torpağın tərkibində onun miqdarı böyük faizlərlə ölçülür. Canlı orqanizmlərdə də o makroelement kimi çıxış edir. Belə ki, konstitusion funksiyaları yerinə yetirir, tikinti materialı olaraq sümüyün tərkibində fəaliyyət göstərir. Amilaza fermentinin tərkibində bu element mikroelement funksiyasını yerinə yetirir. Kalsiumdan başqa dəmir, maqnezium da özlərini bu cür aparırlar. Yəni torpaqda makroelement sayılan bu elementlər canlı orqanizmlərin tərkibində tipik mikroelementlərdir. Hemoqlobin və xlorofillin tərkibinə mikroelement kimi daxildirlər. Bütün bunlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, mikroelementlər canlı orqanizmlərdə bioloji proseslərin həyata keçməsi üçün aktivləşdirici və təşəbbüskar rolunu oynayırlar. Elementlərin yüksək biokimyəvi aktivliyi elektronların energetik səviyyələri, yarımsəviyyələri və orbitalları üzrə paylanmasından asılıdır.
Atomlarda elektronların paylanması üç əsas qaydaya tabe olur:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin