267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)
Orta tunc dövründə (e. ə. III minilliyin sonu - II minilliyin I yarısı) qəbilə
icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki
və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.
Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş
vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə,
dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə
abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin
emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik
boyalı qablar istehsal edilirdi.
Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması
ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər
möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər müəyyən
plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc dövrünə aid
yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər
mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.
Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayrılması nəticəsində
sənətkarlıq məhsulları satlıq məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı-
satqının genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru aparırdı. Bu dövrdə
Azərbaycanda pul yerinə xırdabuynuzlu mal - davar işlənilirdi.
Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq
edilir, buğda, arpa və darı becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə
olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu.
Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq
məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların
əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar,
sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə
başlayırdı. Icmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini
19
təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və
tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.