Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 412,98 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix18.09.2023
ölçüsü412,98 Kb.
#145244
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)

üç mərhələdən
keçmişdir:
1). Ibtidai insan dəstəsi və ya ulu icma
2). Qəbilə icması; 
3). Ibtidai icma quruluşunun dağılması. 
 
Ibtidai insan dəstəsi və ya ulu icma alt və orta paleolitdə 
(1,5 milyon ildən 
40 min il bundan əvvələ kimi) 
yaşamışdır. Insanlar qida əldə etmək və 
heyvanlardan qorunmaq zərurəti qarşısında 20-30 nəfərdən çox olmayan bir 
dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar 
mağaraları), Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) 
və Lerikdə 


14 
(Buzeyr 
mağarası)
məskən salmışdır. Ibtidai insan yem əldə etmək üçün 
yığıcılıq və ovçuluqla məşğul olurdu və bu istehlak təsərrüfatı adlanırdı.
Paleolit
alt, orta və üst adlanan 3 dövrə bölünür: 
Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər 
davam etmişdir. Azıx, Tağlar Azərbaycanda ən qədim paleolit düşərgələri sayılır. 
Azərbaycanda ən qədim daş alətlər Azıx mağarasında tapılmışdır. «Quruçay 
mədəniyyəti» nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl 
Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. 
Bacarıqlı insan əmək alətləri düzəldə və ondan istifadə edə bildiyinə 
görə belə adlandırılmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə 
birləşdiyi ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət 
məhsulları ilə qidalanır, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 
min il bundan əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub 
saxlamağı bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri 
tapılmışdır. Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacarıqlı 
olması ocağın ətrafında divar hörməsində özünü göstərir. Mağarada tapılmış 
insanın alt çənə sümüyü 350-400 min il bundan əvvələ aiddir. Çənə sümüyünün 
aid olduğu insan 

Yüklə 412,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin