24
heqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanları, tanrıların düşməni, Şumer
dövlətçiliyini dağlara aparan, Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqları
valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» bir toplum
adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini gözdən
salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və əhalini
ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri arasında
baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasında ağalıq edən sonuncu
kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. 2104-cü
ildə həm onun, həm də İkiçayarasında Kuti hakimiyyətinə son qoyuldu. Bundan
sonra kutilər öz doğma torpaqlarına qayıtdılar. Onlar burada lullubi tayfaları
tərəfindən sıxışdırılaraq torpaqlarının bir hissəsini itirmiş və bir qədər şimal-şərq
səmtinə çəkilməli olmuşdular.
Şumer mixi yazılarında İkiçayarasında hökmranlıq edən 21 kuti çarının adı
çəkilmişdir.
Dostları ilə paylaş: