28
NƏTİCƏ
Mühazirədə kursantların nəzərinə çatdırılan materiallardan aydın oldu
ki, Azərbaycan dünyada ilk insanların yaşadığı
qədim ərazilərdən biri
olmaqla, həm də ilk mədəniyyətlərin də beşiyi olmuşdur. Azərbaycanın
əlverişli təbii-coğrafi şəraiti, zəngin fauna və florası,
mülayim iqlimi ilk
insanların burada yaşaması üçün şərait yaratmışdır.
Azərbaycan ərazisində məskunlaşan ilk insanlar təbiət qarşısında
aciz qalmamamış, onun nemətlərindən bacarıqla istifadə edərək,
insan
nəslinin sonrakı inkişafını təmin edə bilmişdilər. Arxeoloji qazıntılar zamanı
aşkar edilmiş əmək alətləri, məişət əşyaları insanların əqli inkişaflarının,
bacarıq və vərdişlərinin uzun əsrlər boyu təkmilləşdiyini göstərməkdədir.
İbtidai insanlar yalnız əmək alətlərinin və yaşayış
şəraitlərinin
yaxşılaşdırılması ilə kifayətlənməmiş, eyni zamanda cəmiyyət həyatının
mənəvi cəhətdən inkişaf etdirilməsinin də qayğısına qalmışlar.
Arxeoloji
tıdqiqatlar göstərir ki, Azərbaycanın ilk sakinləri ibtidai incəsənətlə məşğul
olmuş və özlərindən sonra zəngin mədəni irs qoymuşlar.
Beləliklə, ibtidai cəmiyyət daxilində mülki bərabərsizliyin,
ictimai
təbəqələşmənin və xüsusi mülkiyyətin yaranması, sənətkarlığın müstəqil
peşəyə çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və birgə yaşayış
qaydalarının pozulmasına gətirib çıxartmışdı.
Azərbaycanda qəbilə
icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin
sonu-
I minilliyin başlanğıcında başa çatmışdı.